Məhkəmə qərarları › İş №2-1(120)-275/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-275/2024

15.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-275/2024 15.11.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ƏƏSMN-nin tabeliyində DSMF-nun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2020-ci il tarixli, **********3 nömrəli və xx.xx.2022-ci il tarixli, **********4 nömrəli qərarlarının ləğv edilməsini və əmək pensiyasında yenidən hesablanma aparılaraq dövlət qulluqçusu kimi stajımın 11 ildən çox olmasını nəzərə alınmasını, əvvəlki dövrlərlə bağlı yaranmış fərqin ödənilməsi və tutulan məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı qarşı “qərarların ləğv edilməsi, əmək haqqı və əlavələr nəzərə alınmaqla əmək pensiyasının xx.xx.2013-cu il tarixdən yenidən hesablanması və 474 manat iddiaçının pensiyasından qanunsuz tutulan məbləğin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-8228/2022 nömrəli qərardadına əsasən iddia tələbinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2013-cü il tarixdən dövlət qulluğu pensiyasının düzgün hesablanması, yaranmış fərqin ödənilməsi və pensiyadan qanunsuz tutulmuş məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-773/2023 nömrəli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Sonradan İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “ƏƏSMN-nin tabeliyində DSMF-nun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2020-ci il tarixli, **********3 nömrəli və xx.xx.2022-ci il tarixli, **********4 nömrəli qərarlarının ləğv edilməsi və əmək pensiyamda yenidən hesablanma aparılaraq dövlət qulluqçusu kimi stajımın 11 ildən çox olmasını nəzərə alınmasını, əvvəlki dövrlərlə bağlı yaranmış fərqin ödənilməsi və tutulan məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-275/2024 nömrəli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun dövlət qulluğunda 11 il 6 ay iş stajı vardır. Dövlət qulluğu stajının 11 il 6 ay olması Şirvan İnzibati-iqtisadi Məhkəməsinin 29 avqust 2017-ci il tarixli qərarı ilə təsdiqlənmişdir. Həmin məhkəmə qərarı qanuni qüvvəyə minmişdir. Belə ki, iddiaçı ilk dəfə dövlət qulluğu pensiyasının düzgün hesablanmadığına, yəni dövlət məvacibi olan vəzifə səlahiyyətlərinin icrasına görə vəzifə maaşına 15% əlavənin, ikinci ixtisas dərəcəsinə görə əlavənin və dövlət qulluqçularına növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində verilən müavinətin pensiya təyin edilən zaman nəzərə alınmaması ilə bağlı Lerik DSMF-nə qarşı məhkəmədə iddia qaldırmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsi də onun tələbini təmin etmişdir. İddiaçının hazırki tələbi isə ondan ibarətdir ki, dövlət qulluğu pensiyası 1-ci dəfə Lerik DSMF tərəfindən düzgün təyin edilməmişdir. İddiaçının dövlət qulluğu pensiyası 10 oktyabr 2013-cü ildən 350 manat təşkil edir, ilk dəfə 10 oktyabr 2013-cü ildə ona 154 manat pensiya təyin edilmişdir, 2013-cü ilin noyabr ayında pensiyası 187 manat, 2013-cü ilin dekabr ayında 245 manat məbləğində təyin edilmişdir. 245 manat pensiyanı iddiaçı 2013-cü ilin dekabr ayından 2017-ci ilin oktyabr ayına qədər almışdır. DSMF-nin xx.xx.2021-ci il tarixli, **********4 nömrəli məktubunda xx.xx.2013-xx.xx.2018-ci il tarixləri arasında dövr ərzində iddiaçıya hər ay 356 manat 20 qəpik məblğində pensiya ödənilməsi göstərilmişdir. Həmin məbləğ formal yazıİmışdır. Eyni zamanda cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktubda 10767,21 manat artıq pul vəsaitinin iddiaçıya ödənilməsi göstərilmişdir. Lakin bu zaman heç bir sənədə əsaslanılmır. Belə ki, DSMF-nin Lerik rayon şöbəsinin xx.xx.2018-ci il tarixli, 56M1869 nömrəli məktubuna əsasən xx.xx.2013-cü ildən xx.xx.2018-ci ilə qədər iddiaçıya ödənilən məbləğ 17030,91 manat olmuşdur, iddiaçı isə faktiki olaraq 17034,68 manat almışdır. İddiaçı xx.xx.2013-cü ildən xx.xx.2018-ci il tarixə kimi olan dövr üçün 350,19 manat pensiya məbləğinin verilməsini tələb edir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına qulluq stajına görə əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi qaydaları”nın 4-ü bəndinə əsasən dövlət qulluğunda xidmətin 2-ci ilindən başlayaraq dövlət qulluğuna görə qulluq stajı müddətindən asılı olaraq hər ay 10 ildən-15 ilədək olan müddət üçün 20% əlavə haqq ödənilir. İddiaçının işlədiyi vəzifələr yardımçı vəzifələr olmuşdur, bu barədə X4 Məhkəməsinin qərarı mövcuddur. İddiaçının dövlət qulluğunda xidmət müdətinin 11 il 6 ay olması həmin qərarla təsdiq edilir. Lakin buna baxmayaraq həmin müddətdə dövlət qulluğu nəzərə alınmadan iddiaçıya pensiya təyin edilmişdir. Halbuki Lerik rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya verilmiş arayışlara əsasən əmək haqqları və mükafatlar da 2018-2019-cu illərdə pensiyanın üzərinə hesablanmamış və pensiyasına əlavə edilməmişdir. Cavabdeh qanunsuz olaraq məhkəmə qərarı olmadan 2020-ci ilin sentyabr-dekabr və 2021-ci ilin yanvar-oktyabr ayları üçün pensiyasının 474 manat məbləğində olan miqdarını hər ay 174 manat kəsmişdir, həmin hesabla cavabdeh iddiaçıya 2436 manat pensiyanı ödəməmişdir. İddiaçı göstərilənlərə əsasən iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, xx.xx.1950-ci il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixdə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək dövlət qulluqçularına verilən iqlim şəraitinə görə əlavələr nəzərə alınmaqla ona təyin edilmiş pensiyanın yenidən Hesablanmasını xahiş etmiş, Filial tərəfindən verilmiş cavab məktubuna əsasən müraciətin müsbət həlli mümkün olmamışdır. “Dövlət qulluğu” haqqında Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən dövlət qulluqçularının qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətlər (sosial məzuniyyətlər, özünün və ya ailə üzvlərinin müalicəsi ilə əlaqədar və yaradıcılıq məzuniyyətləri), özünün və ya ailə üzvlərinin əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar pensiyalar və müavinətlər almaq hüquqları vardır. Həmin Qanunun 23-cü maddəsinə əsasən, dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş Hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının və işsizlikdən sığorta fondunun oüdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən isə Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə görə, şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün o, ya “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmalı, yaxud 18 oktyabr 1991-ci il tarixindən həmin Qanunun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da 1991-ci il 18 oktyabr tarixinədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır. Dövlət qulluqçularına bu Qanunun 20.11-ci maddəsinə əsasən əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləği, dövlət məvacibindəki sonrakı artımlar əmək pensiyası təyin edilərkən nəzərə alınır. İddiaçı Ə.S.X10 rayon şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdən sabiq dövlət qulluqçusu kimi işlədiyi son 24 ay (xx.xx.1998xx.xx.2000-ci illər) nəzərə alınmaqla yaşa əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Sözügedən Qanuna əsasən qeyd etmək lazımdır ki, İddiaçı pensiyası hesablanarkən əsas götürülmüş dövr ərzində (xx.xx.1998-xx.xx.2000-ci illər) iqlim şəraitinə görə verilən əlavə haqqın ona ödənilməsi ilə bağlı hər hansı bir təsdiqədici sübut olmadığından, həmin pul təminatının əmək pensiyası hesablanarkən tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq qeyd etmək lazımdır ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə arta aylıq vəzifə maaşı 298,75 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 29,88 manat, ixtisas dərəcəsinə görə əlavəsi 65,00 manat, hakimiyyət səlahiyyətlərinə görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 44,81 manat, mükafatlarla müavinətlərə görə əlavəsi 36,98 manat olmaqla orta aylıq əmək haqqısı 475,42 manat təşkil etmişdir. Bununla əlaqədar olaraq İddiaçı əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 7 il 4 ay 27 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqısının (475,42 manat) 49 faizi-232,95 manat məbləğində hesablanmalı olduğu halda, 356,20 manat müəyyən edilərək xx.xx.2013xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində hər ay ona ödənilb. Bu səbəbdən də həmin dövr ərzində adıçəkilən şəxsə 6285,75 manat artıq pul vəsaiti ödənilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyirredilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əməkhaqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əməkhaqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar İddiaçı 7 il 4 ay 27 gün dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 24,43 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 328,75 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 32,88 manat, ixtisas dərəcəsinə görə əlavəsi 65,00 manat, hakimiyyət səlahiyyətlərinə görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 49,31 manat, mükafatlarla müavinətlərə görə əlavəsi 40,73 manat olmaqla orta aylıq əmək haqqısı 516,67 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (475,42 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqısının (516,67 manat) arasındakı fərq məbləğinin (41,25 manat) 24,43 faizi-10,08 manat 1 mart 2018ci il tarixinədək hesablanmış pensiyasının (232,95 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 243,03 manat hesablanmalı olduğu halda, 375,26 manat müəyyən edilərək xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində hər ay ona ödənilib. Bu səbəbdən də həmin dövr ərzində adıçəkilən şəxsə 2380,14 manat artıq pul vəsaiti ödənilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Pezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 494,58 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 49,46 manat, ixtisas dərəcəsinə görə əlavəsi 65,00 manat, hakimiyyət səlahiyyətlərinə görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 74,19 manat, mükafatlarla müavinətlərə görə əlavəsi 61,22 manat omaqla orta aylıq əmək haqqısı 744,45 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (516,67 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqısının (744,45 manat) arasındakı fərq məbləğinin (227,78 manat) 24,43 faizi-55,65 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (243,03 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 298,68 manat hesablanmalı olduğu halda, 473,79 manat müəyyən edilərək xx.xx.2019xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində hər ay ona ödənilib. Bu səbəbdən də həmin dövr ərzində adıçəkilən şəxsə 2101,32 manat artıq pul vəsaiti ödənilmişdir. Qeyd olunanlara əsasən İddiaçı xx.xx.2013-xx.xx.2020-ci il tarixləri arasındaki dövr ərzində ümumilikdə 10767,21 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən xx.xx.2020-ci il tarixli **********3 nömrəli məktubla İddiaçı əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddət ərzində Filiala təqdim edilməsi xahiş olunmuşdur. İddiaçı iddia tələbində nəzərdə tutulmuş bir digər məsələ olan əmək pensiyasından hazırki tarixədək qanunsuz tutulma aparılması barədə qeyd etmək lazımdır ki, Filialın iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli **********3 nömrəli məktuba və X11 Sistemindən çıxarışlara əsasən Filial tərəfindən İddiaçı əmək pensiyasından tutulma aparılmadıqı müəyyən edilmişdir. İddiaçı “qərarların ləğv edilməsi, pensiyanın yenidən hesablanması və tutulan məbləğin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia tələbinə qarşı qeyd etdikləri etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə aşağıdakı sübutları qeyd etməyi zəruri hesab edir: İşdə olan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(086)-2654/2017 nömrəli qərarı ilə iddia təmin olunmuş, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X7 rayon şöbəsinə qarşı vəzifə səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faiz əlavənin, ikinci ixtisas dərəcəsinə görə əlavənin və dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində verilən müavinətin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial X7 rayon şöbəsinin üzərinə qoyulmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2020-ci il tarixli, **********6 nömrəli qərarının surətindən görünür ki, iddiaçının qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 494.58 manat, qulluq stajına görə vəzifə maaşının 10% miqdarında əlavəsi - 49.46 manat, ixtisas dərəcəsinə görə əlavəsi 65.00 manat, hakimiyyət səlahiyyətlərinə görə maaşın 15% miqdarında əlavəsi - 74.19 manat və mükafatlarla müavinətlərə görə əlavəsi 61.22 manat olmaqla orta aylıq əmək haqqı 744.45 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli, 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada xx.xx.2019-ci tarixinədək vaxtı ilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (516.67 manat) ilə xx.xx.2019-cu ildən sonrakı orta aylıq əmək haqqının (744.45 manat) arasındakı fərq məbləğinin (227.78 manat) 24,43%-i - 55.65 manat xx.xx.2019-cu ilədək hesablanmış pensiyanın (243.03 manat) üzərinə əlavə olunmaqla əmək pensiyanın məbləği 298.68 manat müəyyən edilmişdir. Lakin xx.xx.2019-xx.xx.2020-cu il tarixləri arasındakı dövr ərzində ona 473.79 manat məbləğində əmək pensiyası ödənilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********4 nömrəli məktubundan görünür ki, İddiaçı Dövlət Sosial X7 rayon şöbəsi tərəfindən 18 oktyabr 2013-cü il tarixində sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azəbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən adıçəkilən şəxsin vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq vəzifə maaşı 298,75 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavə- 29,88 manat, ixtisas dərəcəsinə görə əlavə 65,00 manat, hakimiyyət səlahiyyətlərinə görə vəzifə maaşının 15 faizi miqdarında əlavə-44,81 manat və mükafatlarla müavinətlərin cəminə görə əlavə 36,98 manat olmaqla orta aylıq əmək haqqısı 475,42 manat təşkil etmişdir. Bununla əlaqədar olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən adıçəkilən şəxsin 7 il 4 ay 27 gün qulluq stajına uyğun olaraq əmək pensiyası orta aylıq əmək haqqının (475,42 manat) 49 faizi-232,95 manat məbləğində müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən İddiaçı əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əməkhaqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əməkhaqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 7 il 4 ay 27 gün dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanılması üçün adıçəkilən şəxsin vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 24,43 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq vəzifə maaşı 328,75 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavə-32,88 manat, ixtisas dərəcəsinə görə əlavə 65,00 manat, hakimiyyət səlahiyyətlərinə görə vəzifə maaşının 15 faizi miqdarında əlavə-49,31 manat və mükafatlarla müavinətlərin cəminə görə əlavə 40,73 manat olmaqla orta aylıq əmək haqqısı 516,67 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək adıçəkilən şəxsin vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (475,42 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (516,67 manat) arasındakı fərq məbləğinin (41,25 manat) 24,43 faizi-10,08 manat 1 mart 2018-ci il tarixinədək hesablanılmış pensiyanın (232,95 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 243,03 manat müəyyən edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019cu il tarixindən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq vəzifə maaşı 494,58 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavə-49,46 manat, ixtisas dərəcəsinə görə əlavə 65,00 manat, hakimiyyət səlahiyyətlərinə görə vəzifə maaşının 15 faizi miqdarında əlavə-74,19 manat və mükafatlarla müavinətlərin cəminə görə əlavə 61,22 manat olmaqla orta aylıq əmək haqqısı 744,45 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək adıçəkilən şəxsin vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (516,67 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqının (744,45 manat) arasındakı fərq məbləğinin (227,78 manat) 24,43 faizi-55,65 manat 1 sentyabr 2018-ci il tarixinədək hesablanılmış pensiyasının (243,03 manat) üzərinə əlavə olunmaqla 2018-ci ilin sentyabr ayından etibarən əmək pensiyası 298,68 manat müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Əlavə olaraq bildiririk ki, tərəfimizdən adıçəkilən şəxsin əmək pensiyasından hər hansı tutulma aparılmamışdır. İddiaçı ümumilikdə 10767,21 manat artıq pul vəsaiti ödənildiyi müəyyən olunmuşdur. Həmin vəsaitin büdcəyə qaytarılması məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün adıçəkilən şəxsin yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim edilməsi barədə tərəfimizdən xx.xx.2020-ci il tarixli **********3 nömrəli məktubla xahiş olunmuş, əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əsassız ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında xx.xx.2022-ci il tarixli, **********4 nömrəli qərarının surətindən görünür ki, xx.xx.1950-ci il tarixində anadan olmuş, ünvan 1 ünvanında yaşayan (qeydiyyatda olan) borclu İddiaçı xx.xx.2013-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində 10767,21 manat artıq ödənilmiş əmək pensiyası məbləği tələb edilərək 10 gün müddətində Binəqədi rayonu, Ziya Bünyadov 43 ünvanında yerləşən tələbkar Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Fondun Lerik rayon şöbəsi tərəfindən 18 oktyabr 2013- cü il tarixində sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilib. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə ümumilikdə vəzifə maaşı 298,75 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 29,88 manat, ixtisas dərəcəsinə görə əlavəsi 65,00 manat, hakimiyyət səlahiyyətlərinə görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 44,81 manat, mükafatlarla müavinətlərə görə əlavəsi 36,98 manat olmaqla orta aylıq əmək haqqısı 475,42 manat təşkil etmişdir. Bununla əlaqədar olaraq İddiaçı əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 7 il 4 ay 27 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqısının (475,42 manat) 49 faizi-232,95 manat məbləğində hesablanmalı olduğu halda, 356,20 manat müəyyən edilərək xx.xx.2013- xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində hər ay ona ödənilib. Bu səbəbdən də həmin dövr ərzində adıçəkilən şəxsə 6285,75 manat artıq pul vəsaiti ödənilib. “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əməkhaqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əməkhaqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar İddiaçı 7 il 4 ay 27 gün dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 24,43 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 328,75 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 32,88 manat, ixtisas dərəcəsinə görə əlavəsi 65,00 manat, hakimiyyət səlahiyyətlərinə görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 49,31 manat, mükafatlarla müavinətlərə görə əlavəsi 40,73 manat olmaqla orta aylıq əmək haqqısı 516,67 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (475,42 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqısının (516,67 manat) arasındakı fərq məbləğinin (41,25 manat) 24,43 faizi-10,08 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (232,95 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 243,03 manat hesablanmalı olduğu halda, 375,26 manat müəyyən edilərək xx.xx.2018- xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində hər ay ona ödənilib. Bu səbəbdən də həmin dövr ərzində adıçəkilən şəxsə 2380,14 manat artıq pul vəsaiti ödənilib. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 494,58 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 49,46 manat, ixtisas dərəcəsinə görə əlavəsi 65,00 manat, hakimiyyət səlahiyyətlərinə görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 74,19 manat, mükafatlarla müavinətlərə görə əlavəsi 61,22 manat olmaqla orta aylıq əmək haqqısı 744,45 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (516,67 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqısının (744,45 manat) arasındakı fərq məbləğinin (227,78 manat) 24,43 faizi-55,65 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (243,03 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 298,68 manat hesablanmalı olduğu halda, 473,79 manat müəyyən edilərək xx.xx.2019-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində hər ay ona ödənilib. Bu səbəbdən də həmin dövr ərzində adıçəkilən şəxsə 2101,32 manat artıq pul vəsaiti ödənilib. Əlavə olaraq bildiririk ki, tərəfimizdən adıçəkilən şəxsin əmək pensiyasından hər hansı tutulma aparılmamışdır. İddiaçı xx.xx.2013-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 10767,21 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin vəsaitin büdcəyə qaytarılması məqsədilə İddiaçı əmək pensiyasından tutulmanın aparılması üçün adıçəkilən şəxsin yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim edilməsi barədə tərəfimizdən xx.xx.2020-ci il tarixli **********3 nömrəli məktubla xahiş olunmuş, əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Məhkəmənin iş üzrə 03 mart 2023-cü il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin ekspertlərinə həvalə edilmişdir: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2023-cü il tarixli, 9/1931 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan sənədlərə əsasən 01 dekabr 2013-cü ildən İddiaçı pensiyası hesablanan zaman dövlət məvacibi 583.66 manat təşkil etmişdir. Pensiyaların 01 mart 2018-ci il tarixdən yenidən hesablanmasına dair verilən hesablanma qaydasına müvafiq olaraq, pensiyanız 372,83 manat məbləğində müəyyən edilir o cümlədən; 645.41-583,66 manat = 61.75 manat x132 (11 il iş stajı üzrə ayların sayı) x 50% (15 ilə qədər stajı olan məvacibin 50% nəzərdə tutulduğundan) :180 (15 il stajı üzrə ayların ayı) = 22.64 manat. 01 mart 2013-cü il tarixdən pensiyada artım fərqi 22.64 manat təşkil edir. Əvvəlki pensiya 350.19 manat + 22.64 manat = 372.83 manat. 01 mart 2018-ci il tarixdən pensiya məbləği 372.83 manat məbləğində müəyyən edilir. İşdə olan Azərbaycan Respublikası X9nin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 9-3/2-1163/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991 -ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı"nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. 1976-1982-ci illərdə Lerik rayon “1 may üzümçülük sovxozu”nda, 1982-1984-cü illərdə Lerik üzümçülük və şərabçılıq istehsalat birliyində, 1984-1986-cı illərdə Lerik meyvə tərəvəzçilik istehsalat satış birliyində, 1991-1992-ci illərdə Ağdam rayon damazlıq müəssisəsində iş müddətilə bağlı bildiririk ki, yuxarıda qeyd edilən Siyahıda sovxozlar, istehsalat birlikləri, istehsalat satış birlikəri və damazlıq müəssisələri və həmin qurumlarda mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən 1976-1982-ci illərdə Lerik rayon “1 may üzümçülük sovxozu”nda, 1982-1984-cü illərdə Lerik üzümçülük və şərabçılıq istehsalat birliyində, 1984-1986-cı illərdə Lerik meyvə tərəvəzçilik istehsalat satış birliyində, 1991-1992-ci illərdə Ağdam rayon damazlıq müəssisəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. 1992-ci ildə Lerik Rayon İcra Hakimiyyətinin Kənd təsərrüfatı şöbəsində mütəxəssis vəzifəsində iş müddətilə bağlı bildiririk ki, yuxarıda adıçəkilən Siyahının 2.13-cü bəndində rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası aparılmışdır. Müvafiq uyğunlaşdırılma aparıldığından 1992-ci ildə Lerik Rayon İcra Hakimiyyətinin Kənd təsərrüfatı şöbəsində mütəxəssis vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-244407/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Fondun Lerik rayon şöbəsi tərəfindən 18 oktyabr 2013- cü il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda bildiririk ki, adıçəkilən şəxsin əmək pensiyasından hazırda hər hansı tutulma həyata keçirilmir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Hazırki tələbdə iddiaçı xx.xx.2020-ci il tarixli, **********3 nömrəli və xx.xx.2022-ci il tarixli, **********4 nömrəli qərarlarının ləğv edilməsini və əmək pensiyasında yenidən hesablanma aparılaraq dövlət qulluqçusu kimi stajımın 11 ildən çox olmasını nəzərə alınmasını, əvvəlki dövrlərlə bağlı yaranmış fərqin ödənilməsi və tutulan məbləğin geri qaytarılmasını xahiş edir. Belə ki, məhkəmə icraatı zamanı təqdim olunmuş cavabdehin etirazında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (516,67 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqısının (744,45 manat) arasındakı fərq məbləğinin (227,78 manat) 24,43 faizi-55,65 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (243,03 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 298,68 manat hesablanmalı olduğu halda, 473,79 manat müəyyən edilərək xx.xx.2019xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində hər ay ona ödənilib. Bu səbəbdən də həmin dövr ərzində adıçəkilən şəxsə 2101,32 manat artıq pul vəsaiti ödənilmişdir. Qeyd olunanlara əsasən İddiaçı xx.xx.2013-xx.xx.2020-ci il tarixləri arasındaki dövr ərzində ümumilikdə 10767,21 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilmişdir. Əvvəla Məhkəmə qeyd edir ki, əmək pensiyaçılarına dövlət qulluğu stajına görə əlavələrin təyin olunması üçün onun dövlət qulluqçusu statusuna malik olması zəruri və mütləq dispozisiya şərtidir. Nəzərə almaq lazımdır ki, dövlət qulluqçusunun statusu ilə bağlı məsələlər “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu və onun əsasında qəbul edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Qeyd olunan qanunvericilik icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Məhkəmə bildirir ki, hazırki iddia üzrə mübahisənin həllində hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan qanunvericilikdə dövlət qulluğu stajına görə əlavələrin təyin olunması üçün hansı şərtlərin nəzərdə tutulduğu müəyyən olunmalı və bu şərtlər əsasında iddiaçının dövlət qulluğu stajına görə əlavələrin tələb etmək hüququnun yaranıb-yaranmamasına qiymət verməlidir. Bunun üçün isə qanunvericiliyin aşağıdakı müddəaları təhlil olunmalıdır. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun: (xx.xx.2018-ci il tarixədək olan dəyişikliyə qədər) 23.1.Dövlət qulluqçularının pensiya təminatı üçün əsas və onun qaydası bu maddənin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq Qanunu ilə müəyyən edilir. 23.2.Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 5 il qulluq stajı tələb olunur. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 9-cu bəndində müəyyən edilmişdir ki, dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olan vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu’nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci bəndinə əsasən aparılmışdır. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə əsasən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququna malikdirlər. Məhkəmə qeyd edir ki, dövlət qulluğunda iş stajının hansı meyarlar əsasında qiymətləndirildiyi həm “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi” Qaydalarında, həmçinin “Əmək pensiyaları haqqında” Qanunda nəzərdə tutulmuşdur. Məhkəmə təqdim edilmiş iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, iddiaçının 7 il 4 ay 27 gün qulluq stajı nəzərə alınmaqla iddiaçıya dövlət qulluqçusu kimi xx.xx.2013-cü ildən vəzifə maaşı, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavə, ixtisas dərəcəsinə görə əlavə, hakimiyyət səlahiyyətlərinə görə vəzifə maaşının 15% miqdarında əlavə, mükafatlar və müavinətlərin cəminə görə əlavə nəzərə alınmaqla əmək pensiyası təyin edilmişdir, xx.xx.2018-ci, xx.xx.2019-cu il tarixlərdən iddiaçının dövlət qulluğunda tutduğu vəzifəyə uyğun vəzifədə artımlar olduğu hallarda həmin artımlara müvafiq olaraq iddiaçının pensiyası da artırılmışdır. 2020-ci ildə cavabdeh tərəfindən iddiaçıya 10767,21 manat artıq pul vəsaitinin ödənilməsinin müəyyən edilməsi əsası ilə ona əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığın qısa müddətdə təqdim edilməsi barədə xx.xx.2020-ci il tarixli məktub təqdim olunmuş, əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir, daha sonra isə 2020-ci ilin oktyabr ayından başlayaraq pensiyasından tutmalar aparılmağa başlanılmışdır.İddiaçı həmin tutmaların məbləğinin hər ay 174 manat olmasını bildirmiş, cavabdeh isə iddiaçının pensiyasından həmin məbləğdə tutmalara yol verməsini inkar etməmişdir.Hazırda iddiaçı 10 ildən yuxarı qulluq stajına görə hər ay aylıq vəzifə maaşının 20% hesabı ilə 1098 manat məbləğində iddiaçıya ödənilməyən əlavə haqqın, dövlət qulluğu pensiyasının ilk dəfə (1 -ci dəfə) düzgün təyin edilməməsi nəticəsində 5138,19 manat məbləğində və məhkəmə qərarı olmadan qanunsuz olaraq iddiaçının 1 il 2 ay müddətində 2436 manat məbləğində verilməmiş pensiyasının, cəmi 8672,19 manat məbləğinin birdəfəlik iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 29-1-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Mülki Prosessual Məcəllənin 101.-6-cı maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli qərarına əsasən, “..Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir...” Avropa İnsan Hüquqları Məhkəməsinin öz presedentlərində formalaşdırdığı hüquqi mövqeyə görə: a) Qərarda ərizəçinin işin mahiyyəti üzrə bütün arqumentləri detallı şəkildə, heç biri rədd edilmədən və rədd edildiyi halda dəqiq səbəblər təqdim edilməklə araşdırılmalıdır. Faktlara gəldikdə isə, məhkəmə ərizəçinin məhkəmə işində əhəmiyyətli olan faktları yenidən araşdırmaq səlahiyyətinə malik olmalıdır. Başqa sözlə, əgər ərizəçi yalnız prosessual aspektlərlə bağlı arqumentlər irəli sürürsə, o, sonradan məhkəməni faktlar haqqında qərar çıxarmadığı üçün tənqid edə bilməz (Potocka və digərləri Polşaya qarşı, § 57). b) "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir (H. Belçikaya qarşı, § 53). c) Əsaslandırılmış qərar tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). ç) Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər (X4rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27) və yalnız işin konkret halları işığında şərh edilməlidir: xüsusilə də, tərəflərin məhkəməyə təqdim etdikləri arqumentlərin fərqliliyi və Razılığa gələn Dövlətlərdə qanunvericilik müddəaları, ümumi hüquq normaları, hüquqi rəylər və qərarların təqdimatı və tərtib edilməsi ilə bağlı mövcud olan fərqliliklər nəzərə alınmalıdır (X4rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27). d) Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X4rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28). e) Ədalətli məhkəmə araşdırması anlayışı tələb edir ki, istər aşağı məhkəmənin əsaslarına qoşulmaqla, istərsə də fərqli şəkildə öz qərarlarında az sayda əsaslar göstərən milli məhkəmə yurisdiksiyasına əsasən ona təqdim edilmiş təməl məsələləri faktiki olaraq həll etməlidir və yalnız aşağı məhkəmənin nəticələrini dəstəkləməklə kifayətlənmiş olmamalıdır (Helle Finlandiyaya qarşı, § 60). Məhkəmə tərəfindən tam araşdırılma aparılması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2023-cü il tarixli, 9/1931 nömrəli ekspert rəyinə əsasən müəyyən edilir ki, iş materiallarında olan sənədlərə əsasən 01 dekabr 2013-cü ildən İddiaçı pensiyası hesablanan zaman dövlət məvacibi 583.66 manat təşkil etmişdir. Pensiyaların 01 mart 2018-ci il tarixdən yenidən hesablanmasına dair verilən hesablanma qaydasına müvafiq olaraq, pensiyanız 372,83 manat məbləğində müəyyən edilir o cümlədən; 645.41- 583,66 manat = 61.75 manat x132 (11 il iş stajı üzrə ayların sayı) x 50% (15 ilə qədər stajı olan məvacibin 50% nəzərdə tutulduğundan) :180 (15 il stajı üzrə ayların ayı) = 22.64 manat. 01 mart 2013-cü il tarixdən pensiyada artım fərqi 22.64 manat təşkil edir. Əvvəlki pensiya 350.19 manat + 22.64 manat = 372.83 manat. 01 mart 2018-ci il tarixdən pensiya məbləği 372.83 manat məbləğində müəyyən edilir. Lakin xx.xx.2023-cü il tarixli, 9/1931 nömrəli ekspert rəyini nəzərdən keçirən məhkəmə qeyd edir ki, ekspert rəyinin “tədqiqat prosesinin təsviri” hissəsində nəzəri olaraq tətbiq edilən yanaşmalar (metodlar) öz əksini tapsa da, ekspert tərəfindən hazırda mübahisələndirilən stajın 7 il 4 ay deyil 11 il qeyd edilməsi və 11 il stajın hesablanması məqsədilə hansı qanunvericilik aktlarına istinad edildiyi kimi hallar əsaslandırılmamışdır. Məhkəmə tərəfindən mübahisəli illərdə iddiaçının işlədiyi vəzifənin hal-hazırda dövlət qulluğu üzrə hansı vəzifəyə uyğun olması barədə məlumatın təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası X9nə sorğu verilmişdir. Sorğuya cavab məktubunda qeyd olunmuşdur ki: - Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991 -ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı"nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. 1976-1982-ci illərdə Lerik rayon “1 may üzümçülük sovxozu”nda, 1982-1984-cü illərdə Lerik üzümçülük və şərabçılıq istehsalat birliyində, 1984-1986-cı illərdə Lerik meyvə tərəvəzçilik istehsalat satış birliyində, 1991-1992-ci illərdə Ağdam rayon damazlıq müəssisəsində iş müddətilə bağlı bildiririk ki, yuxarıda qeyd edilən Siyahıda sovxozlar, istehsalat birlikləri, istehsalat satış birlikəri və damazlıq müəssisələri və həmin qurumlarda mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən 1976-1982-ci illərdə Lerik rayon “1 may üzümçülük sovxozu”nda, 1982-1984-cü illərdə Lerik üzümçülük və şərabçılıq istehsalat birliyində, 1984-1986-cı illərdə Lerik meyvə tərəvəzçilik istehsalat satış birliyində, 1991-1992-ci illərdə Ağdam rayon damazlıq müəssisəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. 1992-ci ildə Lerik Rayon İcra Hakimiyyətinin Kənd təsərrüfatı şöbəsində mütəxəssis vəzifəsində iş müddətilə bağlı bildiririk ki, yuxarıda adıçəkilən Siyahının 2.13-cü bəndində rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası aparılmışdır. Müvafiq uyğunlaşdırılma aparıldığından 1992-ci ildə Lerik Rayon İcra Hakimiyyətinin Kənd təsərrüfatı şöbəsində mütəxəssis vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. Nəzərə alınmalıdır ki, X9 tərəfindən məhkəmə icraatı zamanı təqdim olunmuş sorğuya cavab məktubu hər hansı şübhə doğurmur. Belə ki, məlum olduğu kimi X9 dövlət qulluğu sahəsində fəaliyyət göstərən, dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edən və bu siyasətin həyata keçirilməsini təmin edən, həmçinin dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanlarını keçirən və dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin, o cümlədən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün keçirilən test imtahanlarının şəffaflığını təmin edən publik hüquqi şəxsdir. (Azərbaycan Respublikasının X9 publik hüquqi şəxsin Nizamnaməsi) Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli, 9/1931 nömrəli ekspert rəyinin nəticələri əsas götürülməklə hesablanma qaydasını müəyyən etmək yolverilməzdir və qeyd edilən rəy mötəbər sübut hesab edilə bilməz. Eləcə də, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesb edir ki, inzibati orqan tərəfindən iddiaçıya təyin edilən pensiya məbləğindən heç bir tutulma aparılmadığından iddiaçının həmin hissədə də tələbi əsassız olmuşdur. Həm məhkəmə iclaslarında, həmdə sorğu cavablarında inzibati oran tərəfindən heç bir tutulmanın aparılmadığı qeyd edilir. İddiaçı isə tutulma aparılmasa belə yenidən hesablanma nəticəsində ona az pensiya təyin olunduğu əsası ilə həmin məbləğin ona ödənilməsini xahiş etdiyini bildirmişdir. Həmin hissədə də, məhkəmə hesab edir ki, inzibati orqan tərəfindən pensiya məbləği düzgün hesablanmışdır. Qeyd edilən hal yxarıda iş maeriallarına əlavə edilən sənədlərlə bir daha sübut olunur. Odur ki, iddiaçı ilə bağlı inzibati orqan ƏƏSMN-nin tabeliyində DSMF-nun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilən xx.xx.2020-ci il tarixli, **********3 nömrəli qərar və qərar ilə yenidən hesablanma ilə bağlı inzibati orqanın hərəkətləri dzügün olmuşdur. Odurki, inzibati orqanın həmin hissə də hərəkətlərini iddiaçının hüququnun pozan hal kimi qiymətləndirmək olmaz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin digər hissəsi xx.xx.2022-ci il tarixli, **********4 nömrəli qərarın ləğv edilməsi ilə bağlı olmuşdur ki, iddiaçının tələi həmin hissədə əsaslı olmuşdur. İddia tələbinin həmin hissəsinə (artıq ödənilmiş əmək pensiyasının qaytarılması barədə qərarın ləğv edilməsi) münasibətdə Məhkəmə aşağıdakiları bildirir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Yuxarıda qeyd edildiyi kimi hər nə qədər hazırkı mübahisənin həlli ilə bağlı qərarın qanuniliyi baxımından həll edici əhəmiyyət daşımasa da pensiya təyini qərarının və pensiyanın yenidən hesablanması barədə qərar, sərəncam və faktiki xarakterli hərəkətlərinin hüquqi nəticələrinin mövcudluğu baxımından əhəmiyyət daşıyır. Aydın məsələdir ki, qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Qanunsuz inzibati aktın ləğvi isə onun əlverişli və əlverişsiz inzibati akt olmasından və maraqlı şəxsin etimadın qorunması hüququna istinad edibedə bilməməsindən asılıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda adıçəkilən müddəalarından görünür ki, Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunsuz əlverişli inzibati aktın ləğv edilməsində isə vəziyyət başqa formada tənzimlənmişdir ki, yuxarıda adıçəkilən müddəaların tələbindən də görünür ki, qanunsuz əlverişli inzibati aktın ləğvindən sonra onun hüquqi nəticələrinin aradan qaldırılıb-qaldırılması maraqlı şəxsin etimadın qorunması hüququna istinad etmək imkanına mövcud olub-olmamasından asılıdır. Belə ki, maraqlı şəxsin etimadın qorunması hüququna istinad edilməsini istisna edildiyi hallarda qərarın ləğvi onun hüquqi nəticələrinin aradan qaldırılmasına səbəb olur ki, hazırkı iş üzrə qeyd olunan hallardan hər hansı birinin mövcudluğu artıq ödənişin geri qaytarılmasına səbəb olacaqdır. Başqa sözlə, şəxs rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə əmək pensiyası məbləğinin artıq alınmasına nail olubsa və ya pensiya məbləğinin artıq hesablanmasının qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda onun barəsində artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması barədə qərar qəbul edilə bilər. Lakin işin faktiki hallarından göründüyü kimi qeyd olunan halların heç biri mövcud olmamışdır ki, inzibati orqanın vətəndaşdan asılı olmayan hallar nəticəsində hesablamada səhv etməsi məhkəmə hesab edir ki, vətəndaşdan artıq ödənişin tutulmasına əsas yarada bilməz. Belə ki, nə artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə qərarda, nə də məhkəmə sorğusuna əsasən məhkəməyə daxil olmuş müvafiq məlumatların göndərilməsi barədə məktubda vətəndaşın pensiya məbləğinin səhv hesablanmasına hər hansı təsirinin olması barədə heç bir qeyd edilməmişdir. Göründüyü kimi, rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə cavabdeh onun pensiya məbləğinə müdaxilə etməmişdir. Eləcə də, inzibati aktın qanunsuz olduğunu bilinməsi və ya bilməli olmasının cavabdehdən gözlənilməsi məntiqsiz olar. Beləliklə, maraqlı şəxs kimi cavabdeh etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir ki, qeyd olunan hal onun barəsində pensiya təyin edilməsi, faktiki xarakterli hərəkətlər edilərək həmin qərarların hüquqi nəticəsi kimi artıq məbləğ ödənilməsi, iddiaçının səhvi səbəbindən ödənilən məbləğin geri qaytarılmasına əsas vermir. Belə ki, pensiya təyini və səhv hesablamalarla bağlı iddiaçının hərəkətlərini, qəbul edilmiş qərar və sərəncamları qanunsuz hesab etsək belə, həmin hərəkətlər cavabdeh üçün daha artıq ödənişlərin həyata keçirilməsi ilə nəticələndiyindən, yəni onun üçün əlverişli xarakterə malik olduğundan pulun geri qaytarılması əsası da mövcud olmayacaqdır. İnzibati icraat haqqında qanunvericiliyin tələbindən də göründüyü kimi maraqlı şəxsin etimad hüququna istinadı istisna etmirsə qanunsuz inzibati akt əlverişli inzibati akt hesab edilsə belə onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Məhkəmə də ehtimal olunan artıq ödənişi pensiya təyini barədə qərarın, sərəncamın qəbul edilməsinin, faktiki xarakterli hərəkətlərin hüquqi nəticəsi kimi gördüyündən artıq ödənişin aradan qaldırılmasına qanunvericiliklə müəyyən edilmiş məhdudiyyət olduğunu nəzərə alaraq geri qaytarılması barədə inzibati orqanın hərəkətlərini qanunsuz hesab edir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, faktiki xarakterli hərəkətlərin qanuniliyinin yoxlanılması inzibati aktların qəbulu, dəyişdirilməsi, ləğvi, icrasının qanuniliyinin yoxlanılması ilə bağlı olduğu kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun müəyyən etdiyi şərtlər çərçivəsində həyata keçirilməlidir. Belə ki, Adıçəkilən Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Qanunun 1.2-ci maddəsində isə qeyd edilmişdir ki, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Göründüyü kimi inzibati aktla bağlı inzibati orqanların həyata keçirmiş olduğu fəaliyyətin aparılmasının qanuniliyini müəyyən edən adıçəkilən Qanunla nəzərdə tutulmuş şərtlər inzibati orqanların faktiki xarakterli fəaliyyətinin də həyata keçirilməsində məcburi qüvvəyə malikdir. Beləliklə inzibati orqanın həm inzibati akt xarakteri daşıyan qərarları, həm də faktiki xarakterli digər hərəkətləri ilə bağlı inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan prinsip və qaydalarına (məlumatlandırma, tam və obyektiv araşdırma, inzibati akt və faktiki xarakterli hərəkətin qanuniliyi, əlverişlilik meyarları və s) əməl edilməsi zəruridir. Qeyd olunanları nəzərə almaqla, məhkəmə hesab edir ki, qərar əlverişli inzibati aktların və ya inzibati orqanın əlverişli xarakter daşıyan hərəkətlərinin iddiaçıya ehtimal olunan artıq pul ödənişinin həyata keçirilməsi ilə nəticələnən hüquqi nəticəsinin aradan qaldırılmasına yönəldiyindən, əlverişli inzibati aktın isə hazırkı işin faktiki halları nəzərə alınmaqla hüquqi nəticələrinin aradan qaldırılmasına yol verilmir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə Məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Göründüyü kimi sosial müavinətin artıq hesablanması şəxsin ziyanına şərh olunacağı halda belə, həmin hərəkətin əlverişli hesab edilməsi xarakteri aradan qalxmır və hazırkı faktiki hallar nəzərə alınmaqla iddiaçının etimad hüququna istinad etməsi istisna olunmadığından hazırkı tələbin həmin hissə də təmin edilməsi istisna olunmur. Yuxarıda qeyd olunanları, ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçının yanlış pensiya alması ilə bağlı faktiki şərt özü-özlüyündə əhəmiyyət daşımır. Əhəmiyyət daşıyan ehtimal olunan pozuntu halı ilə bağlı iddiaçının təqsirinin olub-olmaması, etimad hüququnun qorunmasına istinadın mümkün olub-olmamasıdır ki, məhkəmə hesab edir ki, etimad hüququ qanunla qorunur. Bu səbəbdən də cavabdehin məsul əməkdaşları ehtimal olunan səhv hərəkətlərinin hüquqi nəticəsinin aradan qaldırılması iddiaçıya həvalə edilməməlidir. Cavabdeh əlavə məbləğinin ödənilməsinə istinad edirsə, həmin məbləğin tutulması cavabdehin səhvə yol verilmiş əməkdaşlarına qarşı münasibətdə tədbirlərin görülməsinə səbəb ola bilər ki, həmin səhvlərin iddiaçının hesabına aradan qaldırılması məhkəmə hesab edir ki, yolverilməzdir. Beləliklə, inzibati orqanın qərarının bir hissədə hüquqi nəticəsi olmaması səbəbi ilə həmin qərara əsasən tutulması nəzərdə tutulan məbləğin tutulması qadağan edilir, yəni dayandırılır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əsassız ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında xx.xx.2022-ci il tarixli, **********4 nömrəli qərarı ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, prosessual xərclər İddiaçı tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əsassız ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında xx.xx.2022-ci il tarixli, **********4 nömrəli qərarı ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 100 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar