Məhkəmə qərarları › İş №2-1(120)-2750/2023

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2750/2023

07.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2750/2023 07.09.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Ağayeva (Seyfullayeva) Səadət Mirhəsən qızı, X12 və X14 Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 07 nömrəli qərarı ilə verilmiş JN 344A kod 80215018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Ağayeva (Seyfullayeva) Səadət Mirhəsən qızı, X12 və X14 Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 07 nömrəli qərarı ilə verilmiş JN 344A kod 80215018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmənin 22 iyun 2023-cü il tarixli qərardadı ilə X28, X23, X15 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçıya real yardım edilməklə iddianın mümkünlüyü məsələsinin müzakirəsi üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçının, cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Lənkəran rayonunun Aqrar İslahat Komissiyasının 17 may 2004-cü il tarixli 07 saylı qərarı ilə Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yaşayış evinin tikilməsi üçün 0.06 hektar torpaq səhəsi onun və digər ailə üzvləri olan X9, X16, X21, X29, X17, X30, X22 və X1 mülkiyyətinə verilmiş və bu barədə onlara JN-345A KOD 80215018 nömrətli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Bundan sonra onlara məxsus olan torpaq sahəsində fərdi yaşayış evi tikmək üçün müvafiq icazə və tikiləcək evin eskiz-laihəsinin hazırlanması üçün müvafiq sənədləşdirmələr aparılmış və həmin torpaq sahəsi üzərində Port-iliç şəhər ZDS İcrayyə Komitəsinin xx.xx.1976-cı il tarixli qərarı ilə əvvəllər ona verilmiş icazə əsasında fərdi yaşayış evi tikib orada yaşayırlar. Həmin torpaq sahəsi faktiki olaraq 12 ha olmaqla onlara təqdim edilsə də sənədlərdə texniki olaraq 0.06 ha göstərilmişdir. Bundan sonra hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışlar və yxarıda adı və nömrəsi qeyd olunan şəhadətnamədə adları qeyd olunan mülkiyyətçilərin adına qeydiyyatdan keçmişdir. Bu yaxınlarda torpaq sənədində qeyd olunan torpaq sahəsinin faktiki istifadədə olan torpaq sahəsi ilə uyğunlaşdırılınası məqsədi ilə mütəxəsislərin ölçmə işləri aparılmasından ötrü dəvət etsə də mütəxəsislər tərəfindən müəyyən edilişdir ki, onlara verilmiş JN-345A KOD 80215018 nömrətli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə adları qeyd olunmuş Ağayeva (Seyfullayeva) Səadət Mirhəsən qızı, X15 və X13 adına da eyni tarixli, eyni JN kodlu şəhadətnamə verilməklə onların torpaqlarına məxsus olan hüquqmüəvyənedici sənədin ad və kodlarla həmin şəxslərə məxsus olan torpağa dair şəhadətnamədə də qeyd edilmişdir. Üçüncü şəxslərə məxsus olan sənəddə isə JN kodu 344A göstərilsə də Koordinat kodu isə onların torpaq sahəsinə məxsus olan sənədin kodu ilə yani, KOD 80215018 nömrəsi ilə verilmişdir. Bu hal isə bu yaxınlarda torpaq sahəsinin koordinatlarının çıxarılması üçün DƏDRX- nin mütəxəsisləri tərəfindən onları özü dəvət etdiyi zaman ölçmə işləri aparmaq istəyərkən müəyyən edilmiş və həmin hal da mənə məlum olmuşdur. Bundan sonra həmin torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş. Lakin həmin idarə onun ərizəsinə xx.xx.2023-cii il tarixli məktubla imtina verərək ona məhkəməyə müraciət etməli olduğunu izah etmiş və həmin şəhadətnamənin yalnız qanuni qüvvəsini almış məhkəmə qərarı əsasında ləğv edilməsinin mümkün olması izah edildiyindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun olaqraq izahat verərək iddianın təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Lənkəran rayonu, Göyşaban kəndində 193.3 kv.m yaşayış məntəqələrinin torpaqları xüsusi mülkiyyət hüququ üzrə İddiaçı, X2, X4, X5, X6, X18, X7, X10, X11, X19 və X1 adına daşınmaz əmlakın dövlət reyestrdə 70 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan X42 Filialının xx.xx.2023-cü il tarixli arxivdən çıxarışından görünür ki, Port-İliç şəhər sakini 26 Bakı komissarı adma kolxozda balıqçı işləyən X3 öhdəsində olan 0.12 hektar həyətyanı torpaq sahəsində köhnə evinin sökülüb, yenidən tikilməsi haqqında Port-İliç şəhər ZDS İcraiyyə Komitəsinin 30/İİ-1976-cı il tarixli, 2 №-li qərarı təsdiq edilsin, ona RİK- in tikinti və memarlıq şöbəsinin verdiyi layihə əsasında iki otaqdan ibarət fərdi yaşayış evi tikməyə icazə verilsin. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-345A (kod ********) nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 17 may 2004-cü il tarixli, 07 saylı qərarı ilə 0,06 hektar torpaq sahəsi Lənkəran rayonu, Göyşaban kənd sakini İddiaçı və onun ailə üzvləri X2, X4, X5, X6, X18, X7, X10, X11, X19 və X1 mülkiyyətinə verilmişdir. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-344A (kod ********) nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 17 may 2004-cü il tarixli, 07 saylı qərarı ilə 0,06 hektar torpaq sahəsi Lənkəran rayonu, Göyşaban kənd sakini X20 və onun ailə üzvləri X13 və X8 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçı Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 07 nömrəli qərarı ilə verilmiş JN 344A kod 80215018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni mübahisələndirir və iddiaçı iddia ərizəsində cavabdeh qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsini qeyd edərək Ağayeva (Seyfullayeva) Səadət Mirhəsən qızı, X12 və X14 Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 07 nömrəli qərarı ilə verilmiş JN 344A kod 80215018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsini xahiş edir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində qeyd olunur ki, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Göründüyü kimi, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparmış, islahat yekunlaşdığından qeyd edilən komissiyaların fəaliyyəti başa çatmış və islahat komissiyalarının hüquqi varisi müəyyən edilməmişdir. Azərbaycan Respublikasında torpaq islahatlarının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edən “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununa görə torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri isə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsinin, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsinin, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarının təmin edilməsidir. Torpaq islahatı keçirilən zaman sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq sovxozun və ya kolxozun özəlləşdirilən torpaqlarından vətəndaşlara torpaq payı almaq hüququ verilmiş, bundan sonra kolxoz və sovxozlar ləğv edilərək torpaq sahələri üzərində yeni mülkiyyət növləri formalaşmışdır. Nəticədə, Azərbaycan Respublikasının torpaqları dövlət, bələdiyyə və xüsusi mülkiyyətə aid olmaqla 3 kateqoriyaya bölünmüşdür. Beləliklə, iddiaçının tələbi üzrə cavab verməli olan dövlət qurumu (aqrar islahat komissiyası) artıq mövcud deyildir, həmin qurum 1996-cı ildən təsis edilərək fəaliyyətə başlamış və 2005-ci ilədək (10 il ərzində) aqrar islahatın, o cümlədən torpaq islahatının aparılmasını, bununla bağlı məsələlərin həllini həyata keçirmiş, öz missiyasını sona çatdırması ilə əlaqədar 2005-ci ildə mövcudluğuna xitam verilmişdir. xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Oxşar mövqe Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2019-cu il tarixli 3 nömrəli bülletenində (11-ci səhifəsində) aşağıdakı kimi öz əksini tapmışdır: “İnzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanı aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır”. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı Ağayeva (Seyfullayeva) Səadət Mirhəsən qızı, X12 və X14 Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 07 nömrəli qərarı ilə verilmiş JN 344A kod 80215018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsini istəyir. Məhkəmədə iddia qaldırılan zaman iddiaçı qeyd edilən JN 344A kod 80215018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Lənkəran rayon Aqrar İslahatı Komissiyasının xx.xx.2004-cü il tarixli, 07 saylı qərarına əsasən verildiyini nəzərə almamışdır. Belə ki, şəhadətnamə Lənkəran rayon Aqrar İslahatı Komissiyasının xx.xx.2004-cü il tarixli, 07 saylı qərarı əsasında verilmişdir ki, iddiaçı da məhkəmədə qeyd edilən Aqrar İslahatı Komissiyasının qərarını mübahisələndirməli idi. İddiaçı tərəfindən cavabdeh olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi seçilməsi məhkəmə münasibət bildirərək qeyd edir ki, "X48 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli, 290 nömrəli Fərmanı Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli, 206 nömrəli Fərmanı ilə qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi hazırkı iş üzrə yerli aqrar islahat komissiyasının hüquqi varisi hesab edilə bilməz və iddiaçı bu hisədə də cavabdeh inzibati orqanı düzgün süçməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya xx.xx.2023-cü il tarixli, 2-1(120)-2750/2023 nömrəli məktublarla hüquqi yardım məktubuna münasibət bildirmək üçün vaxt verilmiş, əks təqdirdə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin iddiaçı hüquqi yardım məktublarını poçt xəbərnaməsinə imza edərək qəbul etməsinə baxmayaraq, hüquqi yardım məktubuna münasibət bildirməmişdir. Məhkəmə iclasında iddiaçıya təkrar hüquqi yardım göstərilmiş, cavabdeh və tələbi ilə bağlı hüquqları izah edilmişdir. Beləliklə, məhkəmə bütün qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar