Məhkəmə qərarları › İş №2-1(120)-2750/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2750/2024

30.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2750/2024 30.08.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı2, Üçüncü şəxsin nümayəndəsi X11, Üçüncü şəxs X3 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “X11 adına verilmiş xx.xx.2020-ci il tarixli, **********23 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın 0.06 ha aid olan hissədə ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə bağlı iddiası üzrə işə Şirvan İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “X11 adına verilmiş xx.xx.2020-ci il tarixli, **********23 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın iddiaçıların mülkiyyətinə aid olan hissədə etibarsız hesab edilməsi” tələbi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X15 və X6 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdirlər. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında İddiaçı1 məhkəməyə ərizə təqdim edərək və iddianın dəyişdirilərək “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən X11 adına verilmiş xx.xx.2020-ci il tarixli, **********23 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın 0.06 ha aid olan hissədə ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli, 06 saylı qərarı ilə JN-392, kod 80617048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı əsasında X7, X8, İddiaçı1f Müzəffər oğlu və İddiaçı2 kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 1,02 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair X7 ilə X14 arasında 10 noyabr 2000-ci il tarixli alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən qeyd edilən 1,02 ha torpaq sahəsinin 0,51 hektar torpaq sahəsi Arzu Balayevaya 3.800000 (üç milyon səkkiz yüz min) manata satılmışdır. Belə ki, qeyd edilən müqaviləyə əsasən torpaq sahəsinə, yəni ki, 0,51 hektar torpaq sahəsinə alqı-satqı olsa da, lakin üçüncü şəxs onlara məlum olmayan səbədən həmin torpaq sahəsinin 0,5721 hansına çıxarış almışdır. Halbuki, iddiaçılar özlərinə düşən payın iddiaçıya satılması ilə bağlı heç bir razılıq verməmişdirlər. İddiaçılar mülkiyyət hüququnun qeydiyyata alınmasından ötrü çıxarışın verilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə ərizə ilə müraciət etmişlər və oradan bildirildi ki, sözügedən torpaq sahəsinə X11 müraciəti əsasında xx.xx.2020-ci il tarixdə reyestrdən çıxarış, torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Bundan sonra qeyd edilən məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cəlilabad 1 saylı Notariat Ofisinə ərizə ilə müraciət etmişlər və xx.xx.2023-cii il tarixli cavab məktubu ilə bildirildi ki, Müzəffər Bədəlov və Cəmilə Qasımova özlərinə düşən payları Arzu Babayevaya satmışlar, İddiaçı1 və İddiaçı2 payları satılmamışdır. Göründüyü kimi üçüncü şəxsə verilmiş qeyd edilən çıxarış onların mülkiyyət hüquqlarını pozmuşdur. Belə ki, üçüncü şəxsin adına verilmiş çıxarış iddiaçılara aid olan sahənin üzərinə verilmişdir. Belə olan halda da üçüncü şəxsə verilmiş çıxarışın iddiaçılara aid olan hissədə etibarsız hesab edilməsi üçün əsaslar mövcuddur. Qeyd olunan səbəblərdən iddiaçı olaraq mülkiyyət hüququnu tanıtdıra bilmirlər. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdirlər. İddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi iddia tələbinə etiraz edərək, etirazında qeyd etmişdir ki, torpağa mülkiyyət hüququna dair JN-124 saylı dövlət aktı əsasında Cəlilabad rayonu Maşlıq kəndində yerləşən 0.57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə 23 noyabr 2020-ci il tarixdə **********23 reyestr nömrəli çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. İddiaçı1 müraciəti aşkar edilməmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsinin, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklülüyünü) onlara xitam verilməsini, təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq İddiaçı1 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia tələbinin təmin edilməməsini xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X15 iddianı qəbul etmədiklərini bildirərək, iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X9 iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır, ona görə də təmin oluna bilməz. İddia tələbinin mahiyyəti ilə bağlı məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan JN-392, KOD 80617048 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli, 06 saylı qərarı ilə JN-392, kod 80617048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı əsasında X7, X8, İddiaçı1f Müzəffər oğlu və İddiaçı2 kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 1,02 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-1248, KOD 80617048 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Cəlilabad rayonu Maşlıq kənd sakini X12 və ailə üzvlərinə Cəlilabad rayon 02 saylı Dövlət Notariat Kontorunun 10 noyabr 2000-ci il tarixli, 3m-94 saylı alqı-satqı müqaviləsi ilə satılmış cizgidən göstərilən sərhəd daxilində 0.57 hektar torpaq sahəsi kənd təsərrüfatları məhsulları üçün X12 verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Daşınmaz Əmlakın Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Cəlilabad rayonu, Maşlıq kəndində 0.5721 ha olan torpaq sahəsi X11 adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 123 nömrəli kitabın 8 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə NazirliyiDövlət Notariat Arxivinin xx.xx.2024-cü il tarixli, 3-16-5/6-11-677/24 nömrəli məktubuna əlavə edilmiş xx.xx.2000-ci il tarixli müqavilənin surətindən görünür ki, Cəlilabad rayonu Maşlıq kəndində yaşayan X7, X8 və Cəlilabad rayonu Maşlıq kəndində yaşayan X14 arasında Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli, 06 saylı qərarı ilə JN-392, Torpağa mülkiyyət hüququna dair dövlət aktına və Dövlət Torpaq Komitəsinin Qiymətləndirmə və alqı-satqı şöbəsinin xx.xx.2000-ci il,0856 nömrəli arayışına əsasən onlara məxsus olan Cəlilabad rayonu Maşlıq kəndində yerləşən 0.57 hektar torpaq sahəsinin 3.800000 (üç milyon səkkiz yüz min) manata vətəndaş X1. İş materiallarında olan Dövlət Torpaq Komitəsinin xx.xx.2000-ci il tarixli, 0856 nömrəli arayışının surətindən görünür ki, Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 158 nömrəli qərarına müvafiq olaraq Cəlilabad rayonu Maşlıq kənd sakini X4 0255 ha və ailə üzvlərinin X8 0255 ha (cəmi 057 ha) hektardır və normativ qiyməti 1.876.063 (bir milyon səkkiz yüz yetmiş altı min altmış üç) manatdır. Satılan torpaq sahəsi vətəndaşların xüsusi mülkiyyətinə aid olmaqla ilk dəfə satılır. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstrilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhz iddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli, 06 saylı qərarı ilə X7, X8, İddiaçı1f Müzəffər oğlu və İddiaçı2 kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 1,02 hektar torpaq sahəsi ayrılmış və qərar əsasında JN-392, KOD 80617048 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. Daha sonra Dövlət Torpaq Komitəsinin Qiymətləndirmə və alqı-satqı şöbəsinin 29 sentyabr 2000-ci il tarixli, 0856 nömrəli arayışına əsasən X4 və X5 məxsus olan Cəlilabad rayonu Maşlıq kəndində yerləşən 0.57 hektar torpaq sahəsinin 1.876.063 (bir milyon səkkiz yüz yetmiş altı min altmış üç) manata qiymətləndirildiyi müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə NazirliyiDövlət Notariat Arxivinin xx.xx.2024-cü il tarixli, 3-16-5/6-11-677/24 nömrəli məktubuna əlavə edilmiş xx.xx.2000-ci il tarixli müqavilənin surətindən görünür ki, Cəlilabad rayonu Maşlıq kəndində yaşayan X7, X8 və Cəlilabad rayonu Maşlıq kəndində yaşayan X14 arasında Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli, 06 saylı qərarı ilə JN- 392, Torpağa mülkiyyət hüququna dair dövlət aktına və Dövlət Torpaq Komitəsinin Qiymətləndirmə və alqı-satqı şöbəsinin xx.xx.2000-ci il, 0856 nömrəli arayışına əsasən onlara məxsus olan Cəlilabad rayonu Maşlıq kəndində yerləşən, normativ qiyməti 1.876.063 (bir milyon səkkiz yüz yetmiş altı min altmış üç) manat olan 0.57 hektar torpaq sahəsinin 3.800000 (üç milyon səkkiz yüz min) manata vətəndaş X1. Daha sonra Cəlilabad rayon 02 saylı Dövlət Notariat Kontorunun 10 noyabr 2000-ci il tarixli, 3m-94 saylı alqı-satqı müqaviləsi ilə satılmış cizgidən göstərilən sərhəd daxilində kənd təsərrüfatları məhsulları istehsalı üçün ayrılmış 0.57 hektar torpaq sahəsi ilə bağlı X10 adına JN- 1248, KOD 80617048 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmiş və dövlət aktı əsasında Cəlilabad rayonu, Maşlıq kəndində 0.5721 ha olan torpaq sahəsi X11 adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 123 nömrəli kitabın 8 nömrəli vərəqində qeydiyyata alınaraq xüsusi mülkiyyət hüquqlarını təsdiq edən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış təqdim edilmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyriyaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. İddiaçı tərəf cavabdeh inzibati orqanın hərəkətləriin qanunsuz olduğunu bildirir. Əsas arqumentləri isə onlar tərəfindən torpaq sahəsinin 0,57 ha hissəsi deyil, 0,51 ha hissəsinin satılmasıdır. Lakin iş materiallarında olan sənədlərə baxış keçirilən zaman yuxarıda qeyd edildiyi kimi Dövlət Torpaq Komitəsinin Qiymətləndirmə və alqı-satqı şöbəsinin 29 sentyabr 2000-ci il tarixli, 0856 nömrəli arayışına əsasən 0,57 ha torpaq sahəsi 1.876.063 (bir milyon səkkiz yüz yetmiş altı min altmış üç) manata qiymətləndirilmişdir ki, alqı-satqı müqaviləsinə əsasən məhz 1.876.063 manata qiymətləndirilən torpaq sahəsinin satıldığı müəyyən edilir. Eləcə də, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli, 06 saylı qərarı ilə X7, X8, İddiaçı1f Müzəffər oğlu və İddiaçı2 kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 1,02 hektar torpaq sahəsi ayrılan zaman torpaq sahəsinin 2 ayrı-ayrı yerdə olmaqla, ölçülərinin 4518,90 kv.m və 5719,18 kv.m olduğu müəyyən olunur. Əgər iddiaçılar tərəfindən torpaq sahəsinin 0,57 ha deyil 0,51 ha hissəsi satılmalı idisə bu zaman satılmalı olan torpaq sahəsinin 5719,18 kv.m-in hansı hissəsində olması barədədə müvafiq arayışlar təqdim edilməli idi. Lakin iş materiallarında belə bir sənəd aşkar edilməmişdir. Həmçinin torpaq sahəsinin 10 noyabr 2000-ci il tarixli, 3m-94 saylı alqı-satqı müqaviləsi ilə satıldığı, bugünə kimi X14 tərəfindən istifadə olunduğu, qeyd edilən alqı-satqı müqaviləsinin isə hal-hazırda qüvvədə olduğu, tərəflərin mübahisələndirmədiyi müəyyən edilir. İddiaçıların tələbi ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi rədd edilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65-ci maddəsinin məzmunundan göründüyü kimi qanunverici inzibati aktın etibarsızlığını və qanunsuzluğunu biri-birindən fərqləndirir. Belə ki, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Qanunsuz əlverişsiz (maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt) isə, əksinə, hüquqi nəticələr yaradır və qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Göründüyü kimi, torpaq sahəsinin qeyd edilən şəxslərə verilməsi ilə bağlı alqı-satqı müqaviləsi hal-hazırda qüvvədədir, belə olan halda cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya dəfələrlə hüquqi yardım məktubları ünvanlanaraq, qanunvericiliyin tələbləri izah olunmuş, iddiaçının diqqətinə çatdırmaq üçün, eləcə də edilən hüquqi yardımlara iddiaçı tərəfindən verilən yazılı və şifahi izahatları ilə bağlı onunla müzakirə aparılmışdır. Lakin iddiaçı qeyd edilən hallarla bağlı izahların ona aydın olduğunu və son tələb dəqiqləşdirilməsi barədə ərizəyə uyğun qərar verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin olunmasından imtina etməsi qanuni olmuşdur. Ona görə də iddia təmin edilməməlidir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı tərəfə bir daha izah olunur ki, hüquqi maraqları X2 torpaq sahəsinin 0,57 ha deyil, 0,51 ha olmasıdır ki, bununla bağlı tərəflər arasında bağlanılan 10 noyabr 2000-ci il tarixli alqı-satqı müqaviləsini ümumi (rayon-səhər) məhkəməsində mübahisələndirmək hüquqları vardır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “X11 adına verilmiş xx.xx.2020-ci il tarixli, **********23 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın 0.06 ha aid olan hissədə ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar