Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2757/2023 21.09.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılması barədə xx.xx.2021-ci il tarixli, 423ş/h nömrəli əmrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi işə bərpa olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 2-1(120)-2757/2023 nömrəli qərardadı ilə iş üzrə iddiaçı və cavabdeh olduğu kimi saxlanılmaqla iddia tələbi “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmağı barədə xx.xx.2021-ci il tarixli, 423ş/h nömrəli əmrinin ləğv edilməsi” kimi dəyişdirilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, O, xx.xx.1996-cı il tarixdən anadan olmuşdur və Vətən müharibəsi iştirakçısıdır. Qubadlının azad olunmasına görə, Laçının azad olunmasına görə, Zəngilanın azad olunmasına görə Azərbaycan Respublikasının Prezidenti X12 tərəfindən medallarla təltif olunmuşdur. Vətən Müharibəsi iştirakçısı olduğu üçün Azərbaycan Respublikası Baş X13 tərifindən Medalla təltif olunmuşdur. O, xx.xx.2021 -ci il tarixdən müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti sıralarında xidmətə başlamışdır. Bundan sonra ona məlum olmayan səbəbdən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti sıralarından müvafiq əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.6-cı maddəsinə (xidmətə uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. O, hesab edir ki, hərbi xidmətə yararlıdır özündə hərbi xidmətə dair heç-bir uyğunsuzluq görmür.Xidməti vəzifəsini layiqincə yerinə yetirmişdir. Həmişə yaxşı xidmət etmiş və hər hansı cəzası olmamışdır.O, evin tək qazanc gətirənidir, ailəyə və valideyinlərinə o baxır, ondan başqa evə qazanc gətirən bir şəxs yoxdur. O, qulluq mövqeyində heç bir səhvə yol verməmişdir. Xidməti vəzifəni layiqincə yerinə yetirmişdir. O, əmrin ləğv edilərək işə bərpa olmağı üçün cavabdehə müraciət etsə də cavabdeh ona imtina etmişdir. Cavabdehlə arasında yaranmış mübahisəni yoluna qoymaq cəhdləri nəticə verməmişdir. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.Həmin əmr qanunsuz və əsassız olduğundan ləğv edilməli, işə bərpa edilməyinə, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməlidir. Ona görə iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı işdən azad olunduğundan uzun müddət keçdiyini bildiyini, uzun müddət müalicə aldıqdan sonra başqa dövlət orqanlarına işə düzəlmək üçün müraciət etdiyini, lakin Azərbaycan Respublikasının Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxıldığı üçün heç bir yerdə işə qəbul olmadığı üçün məhkəməyə müraciət etmək qərarına gəldiyini bildirmiş və iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia ərizəsini qəbul etməyərək, iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə isə, inzibati-orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldıra bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Belə ki, iddia tələbindən göründüyü kimi İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi işə bərpa olunması” barədə məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddia tələbindən aydın göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini- X3 general-leytenantının 423ş/h saylı, xx.xx.2021-ci il tarixli əmrini mübahisələndirir. Bununla bağlı, Məhkəmə qeyd edir ki, qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. Yuxarıda istinad edilən normaların təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yalnız İPM ilə müəyyən edilmiş qayda və şərtlərə uyğun verilmiş iddianın inzibati məhkəmə icraatı mümkündür Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini- X3 general-leytenantının 423ş/h saylı, xx.xx.2021-ci il tarixli əmrindən görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq kiçik çavuş İddiaçı Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buxarılmış, onunla bağlanılmış xx.xx.2021-ci il tarixli bağlaşma ləğv edilmiş və hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinə göndərilmişdir. Kiçik çavuş İddiaçı xx.xx.2021-ci il tarixə xidmət illəri: 01 il, 06 ay, 20 gün. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən etiraz təqdim edilərək göstərilmişdir ki, Dövlət Sərhəd Xidmətinin sabiq hərbi qulluqçusu İddiaçı “xidmətə bərpa" tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı DSX-nin sabiq hərbi qulluqçusu kiçik çavuş İddiaçı iddiası əsassızdır və təmin olunmamalıdır. İddiaçı ehtiyatda olan kiçik çavuş S.B.X11 Xidməti rəisinin müavini - X4 xx.xx.2021-ci il tarixli, 423 ş/h nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, Silahlı Qüvvələrin ehtiyatına buraxılmış və onunla bağlanılmış xx.xx.2021-ci il tarixli bağlaşma ləğv olunmuşdur. (əmr qoşmaya əlavə olunur)İddiaçı DSX rəisinin xx.xx.2021-ci il tarixli, 982 №-li əmri ilə kiçik çavuş hərbi rütbəsi verilməklə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə müvafiq olaraq, DSX-də 3 (üç) il müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilməklə müvafiq kursa cəlb olunması məqsədilə Dövlət Sərhəd Xidməti rəisinin müavini - X4 sərəncamına göndərilmişdir.Qoşmaya əlavə olunmuş DSX-nin “Səki” sərhəd dəstəsindən (N №-li hərbi hissə) göndərilmiş sənəddə qeyd olunur ki, kiçik çavuş İddiaçı xx.xx.2021-ci il tarixdə N №-li hərbi hissədə təşkil edilmiş “Qrup komandirlərinin hazırlanması" kursuna cəlb edilmişdir. O, xidmətə başladığı ilk gündən iradəsizlik nümayiş etdirmiş, xidmətə uyğunlaşa bilməmiş, hərbi geyim formasına qarşı hörmətsizlik etmiş və onun daşımaqdan imtina etmişdir. Hərbi qulluqçunun yol verdiyi nöqsanlara görə xx.xx.2021-ci il tarixdə onun dinlənilməsi keçirilmişdir. Dövlət Sərhəd Xidməti rəisinin müavini - X4 xx.xx.2021-ci il tarixli əmri ilə Silahlı Qüvvələrin ehtiyatına buraxılmış və bu barədə əmr zabit-gizir heyətinin düzülüşü zamanı İddiaçı elan olunmuşdur.Qoşmaya əlavə olunmuş xx.xx.2021-ci il tarixli. 09 №-li protokoldan görünür ki, Dövlət Sərhəd Xidməti rəisinin müavini - X4 sərəncamında olan kiçik çavuş İddiaçı hərbi geyim formasına qarşı hörmətsizlik etməsi, onu daşımaqdan imtina etməsi, iradəsizlik və zəiflik nümayiş etdirməsi, şəxsi heyət arasında mənfi yönlü söhbətlər aparması, davranışlarında sərhədçiyə yaraşmayan hərəkətlərə vol verməsi, səhhətində olan problemləri bəhanə gətirərək xidmətini davam etdirmək istəməməsi ilə əlaqədar onun dinlənilmə iclası keçirilmişdir.Protokolda qeyd olunmuşdur ki, kiçik çavuş İddiaçı verilmiş göstərişləri tam icra etməməsinin səbəbini səhhətində yaranmış problemlər, mənəvi-psixoloji vəziyyətinin gərgin olması və əsəbi olması kimi əsassız bəhanələrlə izah etməyə çalışmışdır.Müxtəlif vaxtlarda onunla profilaktiki söhbətlər aparılmasına baxmayaraq, o, bunu lazımınca dəyərləndirməmişdir. Onun bu cür davranışlarının nəticəsi digər hərbi qulluqçuların da mənəvi-psixoloji vəziyyətinə mənfi təsir göstərir.Dinlənilmə iclasının vəzifəli şəxsləri həmçinin çıxışlarında vurğulamışdırlar ki, kiçik çavuş İddiaçı “Qrup komandirlərinin hazırlanması” kursuna cəlb olunduğu vaxtdan Dövlət Sərhəd Xidmətini təmsil edir və onun tərəfindən yol verilmiş nöqsanlar şəxsi heyətlə aparılan tərbiyəvi işin təşkilinə, həmçinin vətənpərvərlik ruhunun yüksəldilməsinə ciddi xələl gətirmiş olur.Daha sonra Dövlət Sərhəd Xidməti rəisinin müavini - X4 sərəncamında olan kiçik çavuş İddiaçı öz məruzəsində səhhətində yaranmış problemləri əsas gətirərək mənəvi-psixoloji vəziyyətinin qərqin olduğunu və alacağı məvacibin şəxsi tələbatlarının ödənilməsinə kifayət etməyəcəyini bildirmişdir.Dinlənilmənin sonunda kiçik çavuş İddiaçı xidməti fəaliyyəti təhlil olunaraq, yuxarıda qeyd olunanlar və mövcud qanunvericiliyin tələbləri nəzərə alınaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılması məqsədəuyğun hesab edilmişdir. xx.xx.2021-ci il tarixli. 09 №-li protokolla kiçik çavuş İddiaçı tanış olmuş və öz imzası ilə təsdiq etmişdir.İddiaçı xidmətə qəbul olunmazdan əvvəl Dövlət Sərhəd Xidmətinin rəisinə ünvanladığı 01,05.2021-ci il tarixli ərizəsində Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə hazır olduğunu bildirmişdir, (ərizə qoşmaya əlavə olunur) Digər tərəfdən qoşmaya əlavə olunmuş bağlaşmanın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə S.B.X8 Xidmətində həqiqi hərbi xidmətə qəbul olunması ilə əlaqədar 3 (üç) il müddətinə bağlaşma bağlanılmışdır. Bağlaşma bağlamaqla İddiaçı 3 il müddətində xidmət etməyi, qeyd olunan müddət ərzində ona həvalə edilmiş xidməti vəzifələri həmişə namus və vicdanla yerinə yetirməyi öhdəsinə götürmüşdür. Lakin DSX-də həqiqi hərbi xidmətə qəbul olunduqdan sonra heç 1 ay olmamış, İddiaçı bağlaşmanın tələblərini kobudcasına pozaraq, xidmət etməkdən imtina etmişdir.Belə ki, işə əlavə olunmuş materiallardan görünür, kiçik çavuş S.B.X11 Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə hərbi hissə rəhbərliyinə raportla müraciət etmiş və həmin raport N №-li hərbi hissədə xx.xx.2021-ci il tarixdə R-1052 nömrəsi ilə qeydiyyata alınmışdır. Qeyd olunan raportdan görünür ki, kiçik çavuş İddiaçı sağlamlıq vəziyətininin müəyyənləşdirilməsi ilə əlaqədar olaraq DSX-nin Hərbi Həkim Komissiyası tərəfindən səhadətlən- dirilməvə ehtiyacı olmadığını və ehtiyata buraxılacağı təqdirdə şəxsi işinin SHXÇDX-nın Sabirabad rayon şöbəsinə göndərilməsini xahiş etmişdir.Bundan əlavə, İddiaçı həqiqi hərbi xidmətə daxil olarkən “Hərbi qulluqçular üçün internet şəbəkəsindən qevri-xidməti məqsədlərlə istifadəsi barədə öhdəlik”, “Hərbi and”, “Əcnəbilərlə xidmətdən kənar əlaqələr barədə məruzə etmək haqqında öhdəlik”, “Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən hərbi qulluqçular üçün müəyyən edilmiş ümumi vəzifələrə əməl edilməsi barədə öhdəlik”, “Dövlət sirrini təşkil edən məlumatları yaymamaq barədə öhdəlik"; və digər öhdəlikləri öz imzası ilə təsdiq edərək həmin öhdəliklərdən irəli gələn tələblərə əməl etmək vəzifəsini daşımışdır (qoşmaya əlavə edilir). Silahlı Qüvvələrin ehtiyatına buraxıldıqdan sonra İddiaçı 2022-ci ilin sentyabr aylarında DSX-nin elektron poçtuna xidmətə bərpa olunmaqla bağlı müraciətlər etmişdir. Həmin müraciətlərdə İddiaçı DSX-də kursa cəlb olunan zaman psixoloji problemlərinin olduğunu, öz-özünə tez-tez əsəbləsdivini. buna görə də tərxis olunduğunu, şəxsi işi SHXÇDX-nın Sabirabad rayon şöbəsinə göndərildikdən sonra xidməti uyğunsuzluq maddəsi ilə tərxis olunduğunu bildiyini, (halbuki öz tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli, 09 №-li protokolda onun adıçəkilən Qanunun 41.0.6-cı maddəsi ilə, yəni xidməti uyğunsuzluğa görə tərxis olunması qeyd olunmuşdur) bununla razılaşmayaraq, xidmətə bərpa olunmaq istəyini qeyd etmiş, əks halda DSX-ni X14 yazmaqla və özünü yandırmaqla hədələmişdir.Cavab məktubunda İddiaçı xidmətə bərpa olunmaq barədə müraciətinə müvafiq komissiyada baxıldığı və xidmətə bərpanın mümkün olmaması göstərilmişdir. Aydındır ki, sərhədçi adma yaraşmayan hərəkətlərə yol verən ehtiyatda ola hərbi qulluqçunun, sadalananlardan əlavə DSX-ni hədələyərək, həmçinin xidmətə bərpa olunmayacağı təqdirdə özünü yandıracağını bildirməsi onun nəinki mənəvi-psixoloji vəziyyətinin qənaətbəşx olmamasından xəbər verir, o cümlədən, DSX-də həqiqi hərbi xidmətə yararsız olacağının bariz nümunəsidir.“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41- ci maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 41.0.2. yaşa görə — həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41.0.3. xəstəliyə görə — hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; 41.0.4. ştatların ixtisarına görə — ştatların ixtisarı və təşkilatı' tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları — «Hərbi xidmətkeçmə haqqında» Əsasnamədə müəyyən edilmiş əsaslara görə; 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.7. məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin intizam Nizamnaməsi»nin 61 -ci bəndinin «z» yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.8. törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzalara məhkum edildikdə (bu Qanunun 42.0.3-oü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.9. öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38-ci (iddia müddəti) maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 165-ci maddəsinə əsasən, ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Qeyd olunanları nəzərə alaraq, kiçik çavuş İddiaçı iddia müddətini buraxmışdır. Belə ki, İddiaçı tərxis əmri elan edilmiş və sonuncu ehtiyata buraxıldıqdan sonra şəxsi is materialları xx.xx.2022-ci il tarixdə SHXÇDX-nın Sabirabad rayon şöbəsinə göndərilmişdir. (müşayiət məktubunun surəti qoşmaya əlavə edilir) Beləliklə, kiçik çavuş İddiaçı Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə xx.xx.2021-ci il taixli əmr elan olunmuş və şəxsi işinin SHXÇDX-nın Sabirabad rayon şöbəsinə göndərilməsi barədə məlumatlı olsa da, o, məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət edərək, 30 gün nəzərdə tutulan iddia müddətini 21 (iyirmi bir) ay müddətinə üzrsüz səbəbdən ötürmüş və iddia ərizəsində prosessual müddətin üzrlü səbəblərdən ötürülməsini təsdiq edən əsasları göstərməmişdir.Azərbaycan Respublikasının 23 sentyabr 1994-cü il tarixli, 885 nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Silahlı X1 1 -ci maddəsinə əsasən hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikasının qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38, 47-ci maddəsini rəhbər tutaraq, iddiaçı S.B.X9 Xidmətinə qarşı olan iddiasının əsassız olduğunu nəzərə alaraq iddiasının təmin edilməməsini Məhkəmədən xahiş etmişdir. - İddiaçıya məxsus SX seriyalı, ******* saylı hərbi biletin surətinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubuna əsasən, “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanununun 41.0.6-cı maddəsinə uyğun olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması və iddiaçının xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsində hərbi qeydiyyata alındığı qeyd edilmişdir. - İddiaçı tərəfindən verilmiş raporta əsasən, Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyata buraxılması ilə əlaqədar şəxsi iş materiallarının Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinə göndərilməsi üçün müvafiq göstəriş verilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 2- 43-54/2-676/2023 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1996-cı il təvəllüdlü İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixdək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmri əsasında ehtiyata buraxılmışdır. xx.xx.2020ci il tarixdə SHXÇDX- nin Sabirabad rayon şöbəsi tərəfindən qismən səfərbərlik ilə əlaqədar hərbi xidmətə çağırılmış və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi hərbi xidmət keçmişdir. 03.01,2021-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmri əsasında ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi müddətdən artıq həqiqi hərbi xidmət keçmişdir və “HVHXH” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən ehtiyata buraxılmışdır. xx.xx.2022-ci il tarixdən SHXÇDX-nin Sabirabad rayon şöbəsində hərbi qeydiyyatdadır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabirabad rayon Polis şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-13-103/2-16007/2023 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı VMAS məlumat portalında heç bir məhkumluğu aşkar olunmadı. - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-3-6/2-30-6769/2023 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1996-cı il təvəllüdlü, Sabirabad rayonunun Güdəcühür kəndində qeydiyyatda olan İddiaçı məhkum edilməsi barədə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda hər hansı məlumat müəyyən edilməmişdir. İddiaçı məhkum edilib-edilməməsi barədə daha dəqiq məlumatın əldə olunması üçün Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə müraciət etmək məqsədəmüvafiqdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 22/2-115057 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı Azərbaycan Respublikası ərazisində cinayət təqibi və ya məhkumluğu barədə DİN-in müvafiq uçotlarında məlumat yoxdur. - İşdə olan xx.xx.2021-ci il tarixli Dövlət Sərhəd Xidmətində hərbi xidmətə qəbul haqqında bağlaşmaya əsasən, İddiaçı ilə DÖvlət Sərhəd Xidməti arasında 3 il müddətində xidmət etməsi barədə bağlaşma bağlanmışdır. İşin hallarından müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikası Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi müavini-X4 ehtiyata buraxılması barədə xx.xx.2021-ci il tarixli, 423ş/h nömrəli əmri ilə ehtiyata buraxılmışdır. Hal-hazırda İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi müavini-X4 ehtiyata buraxılması barədə xx.xx.2021-ci il tarixli, 423ş/h nömrəli əmrini xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək mübahisələndirmiş, bununla da qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, iddiaçının hazırki iddia tələbi ilə mübahisələndirildiyi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi müavini-X7 tərəfindən qəbul edilən əmr xx.xx.2021-ci il tarixə aiddir. Həmin əmrin iddiaçıya hansı tarixdə rəsmi qaydada təqdim olunması ilə bağlı cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Hazırda mübahisələndirilən əmr qəbul edildikdən sonra 1 ildən çox müddət ərzində mübahisələndirməmişdir. Belə olan halda, kifayət qədər uzun müddət ərzində iddiaçının həmin əmr barədə məlumatlı olmaması əsaslı şübhə doğurur və inandırıcılıq baxımından ağlabatan mühakimə hesab edilə bilməz. Belə ki, işin araşdırılmış hallarından aydın olur ki, iddiaçının xx.xx.2021-ci ildən işləmədiyi müddət üzrə ona heç bir ödəniş, əmək haqqı ödənilməmişdir. Həmçinin İddiaçı tərəfindən təqdim edilmiş iddiaçıya məxsus SX seriyalı, ******* saylı hərbi biletin surətinə əsasən, “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanununun 41.0.6-cı maddəsinə uyğun olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması və iddiaçının xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsində hərbi qeydiyyata alındığı qeyd edilmişdir. Qeyd olunmalıdır ki, ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əmrləri inzibati akt hesab olunur və həmin əmrin mübahisələndirilməsinə dair iddialar xüsusi mümkünlük şərtinə iddia verilməsi müddətinə əməl edilmədən verildikdə mümkün sayıla bilməz. Hazırkı iddia, iddia verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia verilməsi müddəti ötürülməklə verilmişdir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarına və işin hallarına istinad edərək hesab edir ki, iddiaçı mübahisələndirmə haqqında iddia növü üzrə prosessual müddəti ötürdüyündən iddia müddətə dair mümkünlük şərti ödənilməməsi səbəbi ilə mümkünsüz sayılmalıdır. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 73.1. qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Maddə 73.2. inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Maddə 73.3. inzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim(elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi əmrdən yəni, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi müavini-X4 ehtiyata buraxılması barədə xx.xx.2021-ci il tarixli, 423ş/h nömrəli əmrini en geci xx.xx.2022-ci il tarixdən (Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsində hərbi qeydiyyata alındığı vaxtdan) məlumatlı olduğundan və prosessual müddətin axımı həmin qərardan məlumatlı olduğu vaxtdan hesablandığından, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş olur. Belə ki, hazırkı iddia ərziəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Başqa sözlə İddiaçı inzibati icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi müavini-X4 ehtiyata buraxılması barədə xx.xx.2021-ci il tarixli, 423ş/h nömrəli əmrindən məlumatlı olduğu vaxtdan 1 (bir) ildən çox vaxt keçdikdən sonra müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hüquqmüdadafiə vasitələri göstərilməyən hazırda mübahisələndirilən əmrin istər rəmi qaydada (poçt vasitəsi ilə) istərsə də elan edilmə yolu ilə təqdim edilməsinin və yaxud həmin əmrin ümumiyyətlə iddiaçıya verilməməsinin heç bir əhəmiyyəti yoxdur. Belə ki, həmin əmrin iddiaçıya təqdim edilməsinin mahiyyəti həmin əmrin məzmunu və nəticələri haqqında iddiaçının məlumatlı olması məqsədi daşıyır. Yəni iddiaçının onun üçün əlverişsiz olan inzibati aktın məzmunu və nəticələri ilə razılaşmadıqda həmin inzibati aktı qəbul edən orqana qarşı hüquqmüdafiə vasitələrindən istifadə edərək mübahisələndirə bilməsi üçündür. İşin faktiki hallarından görünür ki, həmin əmrdən (inzibati aktdan) irəli gələn bütün nəticələr faktiki olaraq baş vermiş, icra edilmişdir və ən əsası inzibati aktın bütün nəticələrindən (xidmətdən faktiki olaraq xaric olması, iddiaçının xidməti yerinə gəlməməsi və bu dövrlər ərzində əmək haqqı almaması) iddiaçı bilavasitə məlumatlı olmuşdur. Hətta, iddiaçı iddia ərizəsində və məhkəmə iclasında şifahi qaydada xidmətdən xaric edildiyini və hərbi biletinin ona verildiyini təsdiq etmişdir. Göründüyü kimi, iddiaçı sözügedən əmrdən məlumatlı olduğu vaxtdan 1 (bir) il keçdikdən sonra cavabdeh inzibati orqana qarşı hazırki iddianı qaldırmışdır. Halbuki, İPM- in 38-ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddətini 30 gün müəyyən etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarının mənasına əsasən, təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyurvə məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı hazırkı iddia tələbi üzrə, iddia müddətini ötürmüşdür. Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə mübahisə predmeti olan “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılması barədə xx.xx.2021-ci il tarixli, 423ş/h nömrəli əmrinin iddiaçının subyektiv hüququnun pozub-pozmaması ilə bağlı məsələlərin araşdırılmasını zəruri hesab etməmişdir. Şərti olaraq qəbul etsək ki, mübahisəli əmrlə iddiaçı müəyyən edilmiş hərbi qulluqçuya yaraşmayan kobud intizam pozuntusuna yol verməmişdir, bu zaman həmin inzibati aktdan şikayət vermək üçün qanunla nəzərdə tutulmuş müddət ötürüldüyündən yuxarıda qeyd edilən hüquq normalarının tələbinə görə hazırkı iddia mümkün sayılmayacaqdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılması barədə xx.xx.2021-ci il tarixli, 423ş/h nömrəli əmrinin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılması barədə xx.xx.2021-ci il tarixli, 423ş/h nömrəli əmrinin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-2757/2023
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2757/2023
21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver