Məhkəmə qərarları › İş №2-1(120)-2762/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2762/2025

09.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2762/2025 09.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Nəcəfov Hilal Nəcəfalı оğlunun sədrliyi, Məhkəmə iclаsının kаtibi X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “xx.xx.2009-cu il tarixdə doğulmuş X4 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyətinin tanınması haqqında qərarın ləğv edilməsi haqqında xx.xx.2022-ci il qərarın ləğv olunması və X4 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “xx.xx.2009-cu il tarixdə doğulmuş X4 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyətinin tanınması haqqında qərarın ləğv edilməsi haqqında xx.xx.2022-ci il qərarın ləğv olunması və X4 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-14619/2024 nömrəli qərardadına əsasən iddia tələbinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iş üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasına gəlmiş, iddiaçılar isə gəlməmişdirlər. İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 2-1(120)-4977/2024 nömrəli sərəncamının surətindən görünür ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikası Vətəndaşlığına mənsubiyətin tanınması” tələbinə dair inzibati iş Şirvan İnzibati Məhkəməsinin digər hakiminin icraatındadır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 hazırki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər (maddə 67.1). Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər (maddə 67.2). Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir (maddə 67.3). Məhkəmə qeyd edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikası Vətəndaşlığına mənsubiyətin tanınması” tələbinə dair inzibati iş Şirvan İnzibati Məhkəməsinin digər hakiminin icraatında artıq mövcud olduğu üçün hazırki iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 iddia tələbi üzrə eyni əsaslar, eyni tərəflər və eyni predmet üzrə inzibati iş Şirvan İnzibati Məhkəməsinin digər hakiminin icraatında olduğundan hazırki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “xx.xx.2009-cu il tarixdə doğulmuş X4 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyətinin tanınması haqqında qərarın ləğv edilməsi haqqında xx.xx.2022-ci il qərarın ləğv olunması və X4 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə bağlı iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar