Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2765/2024 09.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə qarşı «hərbi qulluqçu kimi mənzil növbəsinə götürülmə» tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə qarşı “hərbi qulluqçu kimi mənzil növbəsinə götürülmə” barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15050/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə, iş aidiyyatı üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1999-cu ildən Müdafiə Nazirliyi N saylı hərbi hissədə hərbiçi kimi qulluğa başlamış, xx.xx.2007-ci ilin avqust ayından xx.xx.2021 -ci il tarixinə kimi Azərbaycan Respublikası Təhlükəsizlik Xidməti Xüsusi Dövlət Mühafizə Xidmətində (Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti) xidmət etdikdən sonra 47 yaşla 06 avqust 2021-ci il tarixdə hərbi xidmətdən təxris edilmişdir. Belə ki, Müdafiə Nazirliyi N saylı hərbi hissədə hərbi qulluqda olarkən xx.xx.2007-ci il tarixdən ev növbəsinə götürülmüşdür. Bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin N saylı hərbi hissənin komandiri E.N.Xəlilovun ünvanladığı 46 saylı xx.xx.2007-ci il tarixli cavab məktubunda da Müdafiə Nazirliyi tərəfindən evlə təmin olunmadığı öz əksini tapmışdır. xx.xx.2008-ci il tarixdə XDMX Milli Qvardiyaya təqdim olunmuş arayışdan da göründüyü kimi xx.xx.2007-ci il tarixdən ev növbəsinə götürülmüşdür. Buna baxmayaraq, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində hərbi qulluq keçdiyi müddətdə ev növbəsinə götürülməmişdir. Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən, iddiaçının mənzil növbəsinə götürülməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə müraciət olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin xx.xx.2023-cü il tarixli 3-42/2-54/1891/2023 saylı cavab məktubu ilə bildirmişdir ki, xidmətin hərbi qulluqçularına xidməti mənzillər verilir və İddiaçı hərbi xidmətdən ehtiyata buraxıldığından mənzil növbəsinə götürülməsi mümkün hesab edilmir, eyni zamanda xidmət Azərbaycan Ordusunun tərkib hissəsi deyildir. İddianın təmin edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti tərəfindən etiraz ərizəsi təqdim edilərək bildirilmişdir ki, ilk növbədə qeyd olunmalıdır ki, hərbi vəzifəli olması səbəbindən İddiaçı hərbi qulluqçu qismində mənzil növbəsinə götürülməsi mümkün deyildir. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.9-cu və 2.0.10-cu maddələrinə müvafiq olaraq, hərbi qulluqçular həqiqi hərbi xidmətdə olan şəxslər, hərbi vəzifəlilər isə ehtiyata keçirilmiş Azərbaycan Respublikasının vətəndaşları hesab olunurlar. İddiaçı iddia ərizəsində göstərdiyi kimi 06 avqust 2021-ci il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Həmçinin iddia ərizəsində istinad edilmiş Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən iddiaçının mənzil hüququ olması iddiası ilə bağlı bildirilir ki, sözügedən Fərman yalnız Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularını nəzərdə tutur. Belə ki, “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1 -ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarət hərbi təsisatdır. Qanunun 1.0.2-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2018-ci il tarixli 1794 nömrəli Fərmanına əsasən Azərbaycan Ordusu dedikdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi başa düşülür. Məlumat üçün qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti xüsusi vəzifələri yerinə yetirən və hərbi xidmət nəzərdə tutulan Azərbaycan Respublikasının başqa silahlı birləşməsidir. Məhz Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin fəaliyyətini tənzimləməməsi səbəbindən adıçəkilən Fərmanın iddiaçıya şamil edilməsi mümkün deyildir. Əlavə edir ki, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində ehtiyacı olan şəxslərə mənzil növbəliliyi qaydasında yalnız xidməti mənzillərin verilməsi həyata keçirilir. Xidməti mənzillər hərbi qulluqçuya xidmət müddəti ərzində verilir və xidmət müddəti bitdikdən sonra isə aidiyyəti üzrə təhvil alınır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 92-ci maddəsinin tələbinə görə xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquqmühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Məcəllənin 103.3-cü maddəsinə görə xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. Göstərilənləri nəzərə alaraq, İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə qarşı “mənzil növbəsinə götürülmə” tələbinə dair iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia ərizəsinə etiraz edərək iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia mümkün iddiadır. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Belə ki, iş materiallarına əlavə olunmuş: - AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü il təvəllüdlüdür, ünvan 1 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin iddiaçıya ünvanlanmış 3-42/2-54/1891/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun, Xidmətdə mənzil sahəsi ilə təmin olunmanın qaydalarını müəyyən edən Əsasnamənin tələblərini, eləcə də Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən Xidmətimizin hərbi qulluqçularına verilən mənzillərin xidməti mənzillər hesab olunduğunu, eyni zamanda vətəndaş İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığını nəzərə alaraq, onun Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində mənzil növbəsinə götürülməyi mümkün hesab edilmir. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti Azərbaycan Ordusunun tərkib hissəsi olmadığı üçün Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanının 1-ci bəndinin tələbləri Xidmətinə şamil olunmur. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 14/1227 nömrəli məktubunda göstərilmişdir ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində aparılan “Şəxsi heyətin elektron məlumat sistemi’nə əsasən ehtiyatda olan gizir İddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2007-ci il tarixədək Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçmiş, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2007-ci il tarixli müvafiq əmrinə əsasən xidmət müddəti başa çatdığına görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və sənədləri Nəsimi rayon hərbi komissarlığına göndərilmişdir. - N saylı hərbi hissənin yaşayış komissiyasının xx.xx.2007-ci il tarixli iclas protokolunda görünür ki, gizir İddiaçı hərbi hissədə xx.xx.2007-ci il tarixdən ümumi ev növbəsinə qəbul edilmişdir. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-25-22/2-661-23/24 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanının ikinci hissəsinə əsasən yaradılmış Komissiya tərəfindən Azərbaycan Ordusu sıralarında 20 (iyirmi) təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların mənzil təminatı məsələsinə baxılır.Gizir İddiaçı Azərbaycan Ordusunda həqiqi hərbi xidmət müddəti (xx.xx.1999-xx.xx.2007) təqvim ili ilə 08 il 01 ay 06 gün təşkil edir. Yuxarıda göstərilənləri nəzərə alaraq ehtiyatda olan gizir İddiaçı, Azərbaycan Ordusunda həqiqi hərbi xidmət müddəti 20 (iyirmi) təqvim ili təşkil etmədiyi üçün adının Azərbaycan Ordusu sıralarında 20 (iyirmi) təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların adlı siyahısına daxil edilməsi qanunvericiliyin tələblərinə uyğun deyil. Cavabdeh Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin məhkəməyə ünvanladığı 25 iyun 2024-cü il tarixli 3-42/2-1/1360/2024 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin əməkdaşlarının yazılı raportu əsasında onların müvafiq qaydada xidməti mənzil növbəsinə götürülməsi və xidməti mənzillə təmin edilməsi mərhələli şəkildə həyata keçirilir. Qeyd edilir ki, İddiaçı Xidmətdə hərbi qulluqçu kimi xidmət etdiyi müddət ərzində xidməti mənzil növbəsinə götürülməsi ilə bağlı müraciət etməmişdir. Qeyd olunmalıdır ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.10-cu maddəsinə görə hərbi vəzifəlilər dedikdə ehtiyata keçirilmiş Azərbaycan Respublikasının vətəndaşları başa düşülür. Bununla yanaşı Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən Xidmətin hərbi qulluqçularına verilən mənzillərin xidməti mənzillər hesab olunduğunu, eyni zamanda İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığını, hazırda hərbi qulluqçu olmamasını, hərbi vəzifəli şəxs hesab olunmasını nəzərə alaraq onun hərbi qulluqçu qismində xidməti mənzil növbəsinə götürülməsi mümkün deyildir. Lakin “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların,ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddiaçının müraciətində göstərilən məsələnin təmin edilməsi mümkün olmamışdır. Nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, İddiaçı xx.xx.1999-cu ildən Müdafiə Nazirliyi N saylı hərbi hissədə hərbiçi kimi qulluğa başlamış, xx.xx.2007-ci ilin avqust ayından xx.xx.2021-ci il tarixinə kimi Azərbaycan Respublikası Təhlükəsizlik Xidməti Xüsusi Dövlət Mühafizə Xidmətində (Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti) xidmət etmiş, 06 avqust 2021-ci il tarixində hərbi xidmətdən təxris edilmişdir. Hal-hazırda iddiaçı hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməsi barədə tələblə cavabdeh orqana müraciət etmişdir, cavabdeh orqan tərəfindən müraciətdən imtina edilmişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət etmişdir. “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1-ci maddəsinə əsasən göstərilmişdir ki, Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakılardır: 1.0.1. Azərbaycan Respublikasının Silahlı Qüvvələri (bundan sonra – Silahlı Qüvvələr) - Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması, habelə təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi məqsədilə yaradılmış, Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarət hərbi təsisat; 1.0.2. Azərbaycan Ordusu - Silahlı Qüvvələrin əsas tərkib hissəsi olmaqla Azərbaycan Respublikasına qarşı yönəlmiş təcavüzün dəf edilməsini, ərazi bütövlüyünün və toxunulmazlığının silahlı müdafiəsini təmin edən və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilən silahlı birləşmə; 1.0.3. Azərbaycan Respublikasının başqa silahlı birləşmələri (bundan sonra - başqa silahlı birləşmələr) - Silahlı Qüvvələrin tərkib hissəsi olmaqla bu Qanunla müəyyən edilmiş xüsusi vəzifələri yerinə yetirən və hərbi xidmət nəzərdə tutulan dövlət orqanları (dövlət orqanlarının strukturuna daxil olan qurumlar). Başqa silahlı birləşmələrə aid dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumların) siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Məhkəmə tərəfindən göndərilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən qeyd edilmişdir ki, gizir İddiaçı Azərbaycan Ordusunda həqiqi hərbi xidmət müddəti (xx.xx.1999-xx.xx.2007) təqvim ili ilə 08 il 01 ay 06 gün təşkil edir. Yuxarıda göstərilənləri nəzərə alaraq ehtiyatda olan gizir İddiaçı, Azərbaycan Ordusunda həqiqi hərbi xidmət müddəti 20 (iyirmi) təqvim ili təşkil etmədiyi üçün adının Azərbaycan Ordusu sıralarında 20 (iyirmi) təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların adlı siyahısına daxil edilməsi qanunvericiliyin tələblərinə uyğun deyil. Belə ki, “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 955-VQ nömrəli Qanununun tətbiqi barədə xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Müəyyən edilsin ki: 3.1. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsinin ikinci cümləsində və 13.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 3.2. həmin Qanunun 9.5-ci və 9.6-cı maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; 3.3. həmin Qanunun 1.0.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi həyata keçirir; 3.4. həmin Qanunun 3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanları” dedikdə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti və Azərbaycan Respublikasının Strateji X1 Agentliyi nəzərdə tutulur. “Hərbi vəzifə və hərbi xidmət haqqında” 23 dekabr 2011-ci il tarixli Azərbaycan Respublikası Qanununun 2.0.9-cu maddəsinə əsasən, hərbi qulluqçular – həqiqi hərbi xidmətdə olan şəxslər. Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxs hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar; 2.0.10. hərbi vəzifəlilər –ehtiyata keçirilmiş Azərbaycan Respublikasının vətəndaşları; 2.0.11. hərbi vəzifəli olmayanlar – hərbi qeydiyyata götürülməli olmayan və istefaya buraxılmış (keçirilmiş) Azərbaycan Respublikasının vətəndaşları; 2.0.12. hərbi qeydiyyata götürülməli olmayanlar - Azərbaycan Respublikasının vətəndaşlığı olmayan şəxslər, sağlamlıq vəziyyətinə görə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmiş, törədilmiş ağır və ya xüsusilə ağır cinayətə görə müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, ehtiyatda olmağın son yaş həddinə çatmış vətəndaşlar və qadın vətəndaşlar (hərbi-uçot ixtisasına malik olan, öz razılığı ilə hərbi qeydiyyata götürülən qadınlardan başqa). 3.1. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin İ hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur. 3.2. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. 3.3. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin İİ hissəsinə uyğun olaraq vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir. 3.4. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən hərbi uçot ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycan Respublikasının qadın vətəndaşları özlərinin razılığı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətə qəbul edilirlər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 92-ci maddəsinə əsasən, xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Maddə 98. Xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi üçün əsaslar 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Maddə 103. Xidməti yaşayış sahələrinin verilməsi 103.1. Xidməti yaşayış sahələri vətəndaşlara ayrıca mənzil kimi verilir. 103.2. Xidməti yaşayış sahələri verilən vətəndaşların kateqoriyaları aşağıdakı orqanlar tərəfindən müəyyən edilir: 103.2.1. dövlət mənzil fonduna münasibətdə - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı; 103.2.2. bələdiyyə mənzil fonduna münasibətdə - bələdiyyə tərəfindən. 103.3. Xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. “Hərbi qulluqçuların statusu haqqında” Qanun Maddə 12. Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququ (-)
2. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır (-) Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər.
6. Yaşına, xəstəliyə görə, ştatların ixtisarına, ailə vəziyyətinə görə həqiqi ehtiyata və ya istefaya buraxılmış, 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş üstünlük hüququna malikdirlər. Məhkəmə tərəfindən ilk öncə iddiaçı F.Cbbarovun nəzərinə çatdırılır ki, “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1-ci maddəsində Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi barədə qeyd öz əksini tapmışdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının Azərbaycan Ordusunda həqiqi hərbi xidmət müddəti (xx.xx.1999-xx.xx.2007) təqvim ili ilə 08 il 01 ay 06 gün təşkil etmişdir. Həmçinin cavabdeh orqan tərəfindən göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin əməkdaşlarının yazılı raportu əsasında onların müvafiq qaydada xidməti mənzil növbəsinə götürülməsi və xidməti mənzillə təmin edilməsi mərhələli şəkildə həyata keçirilir. Məhkəmə qeyd edir ki, İddiaçı Xidmətdə hərbi qulluqçu kimi xidmət etdiyi müddət ərzində xidməti mənzil növbəsinə götürülməsi ilə bağlı müraciət etməmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin yuxarıda qeyd edilən normalarına əsasən, Xidmətin hərbi qulluqçularına verilən mənzillərin xidməti mənzillər hesab olunur, İddiaçı 2021-ci il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır, xidməti başa çatmışdır, hazırda hərbi qulluqçu deyil, hərbi vəzifəli şəxs hesab olunmasını nəzərə alaraq onun hərbi qulluqçu qismində xidməti mənzil növbəsinə götürülməsi mümkün deyildir. “İnzibati icraat haqqında” Qanun Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmçinin məhkəmə hesab edir ki, iddia ərizəsində qeyd edilən vəzifəli şəxslərin qərəzli hərəkətsizlikləri məhkəmə qaydasında öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, hazırkı növ iddialara baxılması zamanı məhkəmə təkcə cavabdehin mövqeyi ilə kifayətlənməyib iddianın mahiyyəti üzrə qiymətləndirilməsində bütün faktiki və hüquqi halların mövcudluğuna münasibət bildirməli, bütün zəruri faktiki şərtlər yoxlanılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş üzrə prosessual xərc yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə qarşı «hərbi qulluqçu kimi mənzil növbəsinə götürülmə» barədə iddia ərizəsi təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim Amilya Hüseynova