Məhkəmə qərarları › İş №2-1(120)-277/2020

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-277/2020

10.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-277/2020 10.03.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı1 (İmişli rayonu, Qulubəyli kəndində yaşayış yeri üzrəqeydiyyatda olan), üçüncü şəxs İmişli rayon Qulubəyli bələdiyyəsinin nümayəndəsi X1 (İmişli rayonu, Qulubəyli kəndində yaşayış yeri üzrə qeydiyyatda olan), üçüncü şəxs X2 (İmişli rayonu, Qulubəyli kəndində yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinə qarşı Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(086)-309/2015 saylı, 18 mart 2015-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsi tərəfindən ona verilmiş 28.11.2015-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışın və sahib olduğu A 018448 nömrəli plan və ölçü sənədinin ləğv olunması, məhkəmənin 19.10.2009-cu il tarixli aktı ilə yerində ona təhvil verilmiş A 143411 nömrəli plan və ölçü sənədində olduğu kimi ona çıxarışın və plan və ölçü sənədinin verilməsi barədə yeni Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(086)-309/2015 saylı, 18 mart 2015-ci il tarixli qərarının tam icra olunması, Məhkəmə Ekspertiza Mərkəzinin 11.04.2013-cü il tarixli, 4989 nömrəli ekspert rəyinin ləğv olunması və X2 faktiki təkrar yığdığı ot tayasının istifadə etdiyi yerin yerində müəyyən edilməsibarədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən sahib olduğu A 018448 nömrəli torpaq sahəsinin plan və ölçü sənədi ləğv olunması, ilkin sənəd əsasında və məhkəmə aktı ilə təhvil verilmiş A 143411 saylı plan və ölçü sənədində olduğu kimi çıxarış və plan-ölçü sənədi verilməsi, A-119443 saylı plan və ölçü sənədi əsasında 0,12 ha. torpaq sahəsi yerində müəyyən edilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşı X3 tərəfindən verilmiş 11.04.2013-cü il tarixli, 4989 nömrəli rəyin ləğv edilməsi və X4 faktiki təkrar yığdığı ot tayası istifadə etdiyi yer yerində müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İddiaçılara 27.01.2020-ci il tarixli, 2-1(120)-277/2020 saylı məktubla iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı yardım olunmuşdur. Məhkəmə iclasında İddiaçı1 məhkəməyə ünvanladığı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni müdafiə edərək, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinə qarşı Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(086)- 309/2015 saylı, 18 mart 2015-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsi tərəfindən ona verilmiş 28.11.2015-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışın və sahib olduğu A 018448 nömrəli plan və ölçü sənədinin ləğv olunması, məhkəmənin 19.10.2009-cu il tarixli aktı ilə yerində ona təhvil verilmiş A 143411 nömrəli plan və ölçü sənədində olduğu kimi ona çıxarışın və plan və ölçü sənədinin verilməsi barədə yeni Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(086)-309/2015 saylı, 18 mart 2015-ci il tarixli qərarının tam icra olunması, Məhkəmə Ekspertiza Mərkəzinin 11.04.2013-cü il tarixli, 4989 nömrəli ekspert rəyinin ləğv olunması və X2 faktiki təkrar yığdığı ot tayasının istifadə etdiyi yerin yerində müəyyən edilməsi tələbi kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 10.03.2020-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı2 və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə İddiaçı2 və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs İmişli rayon Qulubəyli bələdiyyəsinin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs X4 iddia tələbini qəbul etməyərək təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının və üçüncü şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə əsasən müəyyən etdi ki, Şirvan Инзибати-İqtisadи Məhkəməsinin 18.03.2015-ci il tarixli, 2-1(086)-309/2015 nömrəli qərarı ilə 0,4 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinin üzərinə qoyulmuşdur. Hazırda iddiaçılar həmin qərar əsasında verilmiş RX ******* nömrəli çıxarışın və A018448 nömrəli torpaq sahəsinin plan və ölçü sənədinin ləğv edilməsini xahiş edirlər. Göründüyü kimi hazırki tələbin həmin hissəsi üzrə qanuni qüvvəsini almış məhkəmə qərarı vardır. Şirvan Инзибати-İqtisadи Məhkəməsinin 29.02.2016-cı il tarixli, 8(086)-61/2016 nömrəli qərardadı ilə 18.03.2015-ci il tarixli, 2-1(086)-309/2015 nömrəli icra vərəqəsinin icrası ilə əlaqədar icra üzrə icraata xitam verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının hazırki tələbi məhkəmə qərarının icrası ilə bağlıdır və bunun üçün yeni iddianın qaldırılmasına zərurət yoxdur. Odur ki, iddiaçıların 29.02.2016-cı il tarixli, 8(086)-61/2016 nömrəli qərardaddan şikayət vermək hüququ vardır. Həmçinin, iddianın “X2 faktiki təkrar yığdığı ot tayasının istifadə etdiyi yerin yerində müəyyən edilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Şirvan Инзибати Məhkəməsinin icraatında iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinə və qeyrilərinə qarşı çıxarışın verilməsi öhdəliyinin qoyulması barədə iddia tələbinə dair 2-1(086)-637/2019 nömrəli inzibati iş vardır. Həmin iş üzrə 25 sentyabr 2019-cu il tarixli qərardad ilə məhkəmə ekspertizası təyin edilmiş və ekspertizanın aparılması üçün inzibati iş Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. Ekspert qarşısında 0,12 hektar torpaq sahəsinin statusu, təyinatı, faktiki ölçüləri, koordinatlarının müəyyən edilməsi və s. suallar qoyulmuşdur. Müvafiq ekspert rəyi inzibati işlə birlikdə məhkəməyə qaytarıldıqdan sonra qeyd olunan hissədə iddiaya hüquqi qiymət veriləcəkdir. Eyni zamanda iddiaçı Məhkəmə Ekspertiza Mərkəzinin 11.04.2013-cü il tarixli, 4989 nömrəli ekspert rəyinin ləğv olunması məhkəmədən xahiş edir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə əsasən müəyyən etdi ki, İmişli Rayon Məhkəməsinin hakimi icraatında olan 2(036)-214/2012 nömrəli mülki iş üzrə 17.10.2012-ci il tarixli qərardadla ekspertiza təyin etmiş və həmin qərardad əsasında Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən 4989 nömrəli ekspert rəyi verilmişdir. Məhkəmə qeyd edir ki, 11.04.2013-cü il tarixli, 4989 nömrəli ekspert rəyi ekspertiza tədqiqatını özündə əks etdirən sənəddir. Başqa sözlə, həmin ekpert rəyi prosessual qanunvericiliyə əsasən sübut növlərindən biri hesab olunur və o, inzibati mübahisənin ayrıca predmeti ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, 11.04.2013-cü il tarixli, 4989 nömrəli ekspert rəyi inzibati akt hesab edilmədiyindən onun ləğv edilməsinə dair iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Həmçinin, iddiaçıya izah edilir ki, "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə əsasən ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır. Təkrar ekspertizanın aparılması başqa ekspertə və ya ekspertlərə tapşırılır. Əvvəlki ekspertizanı aparmış ekspertlər təkrar ekspertizanın aparılmasında iştirak edə və izahlar verə bilərlər, lakin tədqiqat zamanı və rəy tərtib edilərkən onlar iştirak etmirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddiasına inzibati icraat qaydasında baxılması mümkün hesab edilməməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 69.5-ci maddəsinin tələbinə görə məhkəmə qərarının nəticəvi hissəsində, həmçinin, prosessual xərclər də göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçılar iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia mümkün sayılmadığından prosessual xərc (məhkəmə xərci), yəni hazırkı iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 115.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 35, 80, 83, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinə qarşı Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(086)-309/2015 saylı, 18 mart 2015-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsi tərəfindən ona verilmiş 28.11.2015-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışın və sahib olduğu A 018448 nömrəli plan və ölçü sənədinin ləğv olunması, məhkəmənin 19.10.2009cu il tarixli aktı ilə yerində ona təhvil verilmiş A 143411 nömrəli plan və ölçü sənədində olduğu kimi ona çıxarışın və plan və ölçü sənədinin verilməsi barədə yeni Şirvan İnzibati- İqtisadi Məhkəməsinin 2-1(086)-309/2015 saylı, 18 mart 2015-ci il tarixli qərarının tam icra olunması, Məhkəmə Ekspertiza Mərkəzinin 11.04.2013-cü il tarixli, 4989 nömrəli ekspert rəyinin ləğv olunması və X2 faktiki təkrar yığdığı ot tayasının istifadə etdiyi yerin yerində müəyyən edilməsibarədə iddiasına inzibati icraat qaydasında baxılması mümkün hesab edilməsin. Prosessual xərc iddiaçılara aid edilsin. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar