Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-2770/2022 20.12.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər idarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı “xx.xx.2022-ci il tarixli, **********564500 saylı “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, **********564500 saylı “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı iri və xırda buynuzlu heyvanları satışı ilə məşğul olurdu. Onunla "xxxx" MMC arasında şifahi olaraq müqavilə bağlanmış və o, qeyd edilən MMC-ni diri iri və xırda buynuzlu dana və qoyunla təmin edirdi. 2021-ci il tarixdən etibarən qeyd etdiyi "xxxx" MMC bağlanmış və heç bir fəaliyyəti olmamışdır. Hətta sonda verdiyi inək və qoyunları geri qaytarmışdır. Aralarında olan alqı-satqıya dair elektron qaimə vaxtı-vaxtında 8 saylı Ərazi Vergilər İdarəsinə təqdim olunmuş eyni zamanda malın alışı zamanı əldə edilmiş elektron qaimə-fakturalara əsasən ödənişlər aparılmışdır. Yuxarıda qeyd etdiyi kimi, "xxxx" MMC fəaliyyətini dayandırdıqdan sonra aramızda olan ət məhsullarının alış verişi dayandırılmış və bu barədə vergi orqanına məlumat verilmişdir. Bundan sonra ona məlum olmuşdur ki, Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən “Vergilərin sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə Qərar əsasında ona xx.xx.2022-ci il tarixli, **********564500 nömrəli qərarı ilə ona pul məbləği borc hesablanmışdır. Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********564500 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı qanunsuz və əsassızdır. Bundan başqa qeyd edilən qərarı qəul olunandan çox sonra, yəni iddia ərizəsini məhkəməyə verməzdən 8 gün əvvəl əldə etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən iddia ərizəsinə etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə vergi orqanına 2021-ci il üzrə dəqiqləşdirilmiş Gəlir vergisi bəyannaməsi təqdim edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə ümumi gəlirlər 41120,90 manat, cəmi xərclər 40854,70 manat (o cümlədən sosial sığorta haqları üzrə xərclər 350,00 manat, xammal və material xərcləri 40451,46 manat, digər xərclər 53,24 manat), vergiyə cəlb olunan gəlir məbləği 266,20 manat, ödənilməli gəlir vergisi 53,24 manat göstərilmişdir. Vergi orqanında olan proqram təminatı tərəfindən bəyannamə üzrə 40504,70 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Yəni, bəyannamədə göstərilmiş 40504,70 manat xərc məbləği baza məlumatları ilə təsdiqini tapmamışdır. Bəyannamədə yaranmış uyğunsuzluq barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********622100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub” göndərilmişdir. Vergi ödəyicisi tərəfindən zəruri sənədlər (məlumatlar) vergi orqanına təqdim edilmədiyindən xx.xx.2022-ci il tarixdə kameral vergi yoxlaması ilə 1982,64 manat əlavə gəlir vergisi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********564500 nömrəli qərar çıxarılmışdır. Qərar xx.xx.2022-ci il tarixdə vergi ödəyicisinin elektron qutusuna göndərilmiş, xx.xx.2022-ci il tarixdə vergi ödəyicisi tərəfindən oxunmuşdur. Vergi ödəyicisinin iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi vergi orqanı tərəfindən ona hesablanmış vergi məbləğinin ödəməkdən yayınmaq üçün özünümüdafiə məqsədi daşıyır, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********564500 nömrəli Qərarın ləğv edilməsinə dair iddia tələbi əsassızdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək, müddətin tətbiq edilməsi barədə vəsatəti müdafiə edərək, iddiaçı tərəfindən iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüş və müddətin bərpası üçün məhkəməyə hər hansı müraciət edilməmişdir. Eyni zamanda iddiaçı ilə cavabdeh vergi orqanı arasında bağlanmış “Elektron sənəd mübadiləsi haqqında” Müqaviləsinə əsasən vergi orqanı tərəfindən göndərilmiş və vergi ödəyicisinin elektron qutusuna daxil olmuş sənədlər ona verilmiş (təqdim edilmiş) sayılır. Göründüyü kimi, iddiaçıya elektron formada göndərilmiş xx.xx.2022-ci il tarixli **********564500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı onun tərəfindən oxunmuş və həmin sənəd qanunun tələbinə əsasən iddiaçı üçün hüquqi qüvvəyə malikdir. Beləliklə, iddiaçı xx.xx.2022-ci il tarixli **********564500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarın ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddia müddətini buraxmış və həmin halın üzürlü olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Vergi ödəyicisi 2022-ci ilin noyabr ayında (4 aydan çox müddət keçdikdən sonra) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia qaldırmaq üçün müəyyənləşdirilmiş müddəti ötürmüşdür. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, qərar barədə mühasibinin məlumatlı olduğunu, bu barədə ona məlumat vermədiyini, iddiaçının vergi orqanına müraciət etdikdən sonra qərar barədə məlumatlı olduğunu, bu səbəbdən də müddəti ötürdüyünü qeyd etmiş və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə tərəfləri dinləyib, iddiaçının iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə isə, inzibati-orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə görə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldıra bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə qeyd etmək istəyir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim(elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan hər hansı bir iddia hüquqi cəhətdən yoxlanılmalı və iddianın mümkünlüyü və əsaslılığı məsələləri aydınlaşdırılmalıdır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmaması araşdırılır. Qaldırılan iddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu isə məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********564500 saylı “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması” barədə qərarına əsasən, İddiaçı barəsində kameral vergi yoxlaması nəticəsində 1982.64 manat əlavə gəlir vergisi məbləği müəyyən edilmişdir. İşdə olan “vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan” görünür ki, xx.xx.2022-ci il tarixli, **********564500 saylı “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə qərar xx.xx.2022-ci il tarixdə oxunmuşdur. İş materiallarında olan “Elektron sənəd mübadiləsi haqqında” müqavilənin predmetindən görünür ki, vergi orqanı ilə vergi ödəyicisi arasında aparılan yazışmaların elektron şəkildə həyata keçirilməsini, o cümlədən vergi orqanı tərəfindən vergi ödəyicisinə sənədlərin ( məktubların, aktların, protokolların, qərarların, tələbnamələrin, bildirşlərin, xəbərdarlıqların, arayışların, çıxarışların və digər sənədlərin) elektron şəkildə göndərilməsini tərəflər razılığa gəlmişlər. Cavabdeh orqan tərəfindən xx.xx.2022-ci il tarixli məhkəməyə ünvanlanmış məlumatın təqdim edilməsi haqqında məktuba əsasən, İddiaçı (VÖEN **********) tərəfindən xx.xx.2022-ci il tarixdə vergi orqanına 2021-ci il üzrə dəqiqləşdirilmiş Gəlir vergisi bəyannaməsi təqdim edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə ümumi gəlirlər 41120,90 manat, cəmi xərclər 40854,70 manat (o cümlədən sosial sığorta haqları üzrə xərclər 350,00 manat, xammal və material xərcləri 40451,46 manat, digər xərclər 53,24 manat), vergiyə cəlb olunan gəlir məbləği 266,20 manat, ödənilməli gəlir vergisi 53,24 manat göstərilmişdir. Vergi orqanında olan proqram təminatı tərəfindən bəyannamə üzrə 40504,70 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Yəni, bəyannamədə göstərilmiş 40504,70 manat xərc məbləği baza məlumatları ilə təsdiqini tapmamışdır. Bəyannamədə yaranmış uyğunsuzluq barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********622100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub" göndərilmişdir. Vergi ödəyicisi tərəfindən zəruri sənədlər (məlumatlar) vergi orqanına təqdim edilmədiyindən xx.xx.2022-ci il tarixdə kameral vergi yoxlaması ilə 1982,64 manat əlavə gəlir vergisi məbləği hesablanaraq Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********564500 nömrəli qərar çıxarılmışdır. Qərar xx.xx.2022-ci il tarixdə vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi qərardan yəni xx.xx.2022-ci il tarixli, **********564500 saylı “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə qərardan xx.xx.2022-ci il tarixindən məlumatı olmuş və prosessual müddətin axımı həmin qərarın təqdim olunduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən başlamışdır. İddia ərziəsi xx.xx.2022-ci il tarixdə isə məhkəməyə daxil olmuşdur. Başqa sözlə iddiaçı inzibati icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi xx.xx.2022-ci il tarixli, **********564500 saylı “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə qərardan məlumatlı olduğu vaxtdan 3 (üç) aydan artıq vaxt keçdikdən sonra müraciət etmişdir. Göründüyü kimi, iddiaçı cavabdeh inzibati orqana qarşı iddianı sözügedən qərarı aldıqdan (təqdim olunduqdan) 3 ay keçdikdən sonra qaldırmışdır. Halbuki, İPM-in 38-ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddətini 30 gün müəyyən etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən pozulmuş hüquqların müdafiəsi üzrə qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Məhkəmə iddia ərizəsinə münasibətdə qeyd edir ki, mübahisələndirdiyi qərar barədə mühasibinin məlumatlı olduğunu, bu barədə ona məlumat vermədiyini, iddiaçının vergi orqanına müraciət etdikdən sonra qərar barədə məlumatlı olduğunu, qərarı iddia ərizəsini məhkəməyə təqdim etməmişdən 8 gün əvvəl əldə etdiyini, bu səbəbdən də müddəti ötürdüyünü qeyd etsə də, məhkəmə araşdırması zamanı iddiaçı mübahisələndirilən qərar barədə məlumatlı olmamasına dair sübut təqdim edə bilməmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisələndirən qərar elektron qaydada iddiaçının elektron ünvanına göndərilmiş, iddiaçı tərəfindən oxunmuş və prosessual müddəti ötürdükdən sonra inzibati qaydada məhkəməyə müraciət etmişdir. Odur ki, iddiaçı tərəfindən iddia ərizəsinin vaxtında təqdim edilməsinə heç bir maneə olmamışdır. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Məhkəmə qeyd edir ki, İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə görə poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçtla təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 62.3-cü maddəsinə görə bu qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 3 ay müddətində verilir. Həmin Məcəllənin 70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Göründüyü kimi hazırda qüvvədə olan qanunvericilik vergi orqanı tərəfindən qəbul edilmiş qərarın elektron üsulla göndərilməsinin mümkünlüyü birmənalı təsbit edilmişdir. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda müvafiq müddətlərə riayət olunması iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Bununla bağlı olaraq məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, sənədin maraqlı şəxsə təqdim olunmasından qanunvericinin əsl məqsədi şəxsin, onun barəsində çıxarılmış inzibati aktın qəbul olunmasının faktiki və qanuni əsasları, eləcə də hüquqi müdafiə vasitələri barədə tam, dəqiq və dürüst məlumatın əldə edilməsindən ibarətdir. Qeyd olunan şərtlərə əməl olunaraq, üstəlik özünün seçdiyi üsulla ona təqdim edilən inzibati akt hər bir halda qanunla qorunan bu tələblərə cavab vermiş sayılmalıdır. Vergi mübahisələri ilə bağlı məhkəmə təcrübəsi də göstərir ki, elektron yaxud kağız formatda göndərilən inzibati aktların vizual baxımdan tək fərqi aşağı hissədə yer alan imza və möhürdən ibarətdir. Bu mənada, məhkəmə hesab edir ki, vergi orqanı tərəfindən qəbul edilmiş qərarların elektron üsulla göndərilməsinin həmin qərarların qanunla müəyyən edilmiş qaydada çatdırılma üsulu kimi qəbul edilməlidir. Məhkəmənin gəldiyi hüquqi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İş № 2-1(102)-1909/2019 nömrəli 02 iyul 2019-cu il tarixli Qərarında öz əksini tapmış hüquqi mövqe ilə eynidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı hazırkı iddia tələbi üzrə, iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı “xx.xx.2022-ci il tarixli, **********564500 saylı “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı “xx.xx.2022-ci il tarixli, **********564500 saylı “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Sədrlik edən Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-2770/2022
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2770/2022
20.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver