Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2781/2023 05.10.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı2, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi ********** Seriya RX ******* nömrəli və qeydiyyat nömrəsi ********** Seriya RX ******* nömrəli çıxarışlara əsasən mülkiyyətlərində olan torpaq sahələrinin mərc çəkilmə işlərinin aparılmasının və torpaq sahəsinin naturada onlara tanıdılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi üzrə inzibati işə Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddiaçıların və X4 mülkiyyətində olan torpaq sahələrinin plan və ölçülərinin naturadakı vəziyyətlə eyniləşdirilməsi üçün torpaq sahələrinə verilmiş plan və ölçülərin dəyişdirilməsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Sonradan İddiaçı2 oğlu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinə “hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi ********** Seriya RX ******* nömrəli və qeydiyyat nömrəsi ********** Seriya RX ******* nömrəli çıxarışlara əsasən mülkiyyətlərində olan torpaq sahələrinin mərc çəkilmə işlərinin aparılmasının və torpaq sahəsinin naturada onlara tanıdılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi davam etdirilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırmışdırlar ki, hər biri Soltan adlı şəxsdən 0.12 ha torpaq sahəsi almışlar və torpaq sahəsinin kənar nöqtələri ölçülərək bizə təhvil verilmişdir. Onlar da çəpər çəkməklə torpaqlarını sərhədləmişlər. Belə ki, Masallı Rayon İsi kənd sakini Əhədli X11 rayonu İsi kəndində 0.12 ha torpaq sahəsini xx.xx.2013-cü ildə qeydiyyat nömrəsi ********** Seriya RX ******* nömrəli çıxarışla almışdır. Masallı Rayon Qəriblər kənd sakini Baratov X14 rayonu İsi kəndində 0.12 ha torpaq sahəsini xx.xx.2013-cü ildə qeydiyyat nömrəsi ********** Seriya RX ******* nömrəli çıxarışla almışdır. Aldıqları torpaq sahəsinin planı və ölçüsü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinin Masallı şöbəsi işçiləri tərəfindən torpaq ölçülüb, nişanlanıb onlara sənədləşdirilib verilib. X1 ötən il Masallı Rayon Məhkəməsində onlara qarşı «cavabdehlərin qanunsuz zəbt etdikləri torpaq sahəsinin azad edilməsi» tələbi barədə iddia qaldırmışdır. Məhkəmə iddia tələbi ilə bağlı tərəflər arasında mübahisə olduğunu görüb iş üzrə ekspertiza təyin etmişdir. Verilmiş mütəxəssis və ekspert rəylərində isə qeyd edildi ki, **********15 reyestr nömrəli çıxarış sənədinə əsasən iddiaçı X6, **********15 reyestr nömrəli çıxarış sənədinə əsasən İddiaçı2 və **********15 reyestr nömrəli çıxarış sənədinə əsasən İddiaçı1 qızma məxsus torpaq sahələri sənəd üzrə bir-birinə bitişik şəkildə yerləşməklə qonşu sahələrdir. Qeyd olunan torpaq sahələrinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki koordinatlar ilə faktiki vəziyyət arasında şimal-qərb istiqamətidə sürüşmə halı mövcuddur. Belə ki, iddiaçının adına tərtib olunmuş “Torpaq sahəsinin planı və ölçüsü sənədində qəyd olunan koordinatlar daxilində yerləşən torpaq sahəsinin 0,01 hektaradək hissəsi cavabdeh İddiaçı1 istifadəsində olan sahəyə, 0,0471 hektaradək hissəsi isə cavabdeh İddiaçı2 faktiki istifadəsində olan sahə düşdüyü, eyni zamanda iddiaçının faktiki istifadəsində olan 0.1313 ha torpaq sahəsinin 417 kv.m hissəsinin ona məxsus “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən kənarda yerləşdiyi müəyyən edilmişdir. Cavabdeh İddiaçı1 adına tərtib olunmuş “Torpaq sahəsinin panı və ölçüsü” sənədində qeyd olunan koordinatları daxilində yerləşən torpaq sahəsinin 335 kv.m hissəsi digər qonşuların istifadəsində olan ərazilərə və ümumi istifadədə olan yol düşdüyü, İddiaçı2 adına tərtib olunmuş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar daxilində yerləşən torpaq sahəsinin 527 kv.m hissəsi digər qonşuların istifadəsində olan sahəyə düşdüyü müəyyən edilmişdir. İddiaçı və cavabdehlərin faktiki istifadəsində olan sahələri bir birinə bitişik şəkildə yerləşməklə qonşu sahələr olduğu, İddiaçı1 faktiki istifadəsində olan torpaq sahəsi mişar daşı və dəmir təbəqədən inşa edilmiş hasar vasitəsi ilə digər sahələrdən təcrid şəkildə ayrıldığı, cavabdeh İddiaçı2 faktiki istifadəsində olan sahə ilə iddiaçı X7 faktiki istifadəsində olan torpaq sahəsi dəmir dirəklər basdırılmaqla şərti olaraq ayrılmışdır. Hörmətli məhkəmə yaranmış problemlər onların təqsiri deyildir. X9 özü də bunu bilir. X2 özü şəxsən daşınmaz əmlakın reyestri xidmətində olmuş, ona həmin problemin həll edilməsinin çox asan olduğunu, bunun üçün sadəcə olaraq tərəflərin bir ərizəsinin lazım olduğu deyilmişdir. Ərizə veriləcəyi təqdirdə torpağın koordinatlarının faktiki vəziyyətə uyğunlaşdırıla biləcəyi deyilmişdir. X1 qərəzli şəkildə bundan imtina edir və ərazinin faktiki vəziyyətinə uyğun koordinatlar yerləşdiriləcəyi təqdirdə onun 1.3 sotunun əksik gələcəyini deyir. Ekspert rəyindən də görünür ki, tək X9 deyil, onların özlərininda faktiki istifadə etdikləri torpaq sahələri onların mülkiyyət sənədlərində göstərilən ölçüdən azdır. Torpaq sahələri 10 il qabaq alınmış və onlara dair plan və ölçü sənədləri də vətəndaşlara həmin vaxt verilmişdir. Sonradan sənəddəki koordinatlar ilə faktiki vəziyyət arasında sürüşmənin olması vətəndaşın təqsirindən deyildir. Dövlət orqanları qeyd edilən sürüşməni özləri aradan qaldırmalıdır. Həmçinin onlar Dövlət Əmlak Komitəsinə müraciət etdikləri zaman Dövlət Komitəsi tərəfindən onlara verilmiş rəsmi cavabda qeyd edilmişdir ki, onlara və X6 məxsus olan torpaq sahələrinin təkrar müayinəsi aparılmış və nəticədə onların və X4 mülkiyyətinə verilmiş torpaq sahələrinin naturada uyğunsuzluğu müəyyən edilmişdir. Belə ki, sənəd üzrə verilmiş torpaq sahəsi ilə faktiki mövcud olan torpaq sahəsi üst-üstə düşmür, baxmayaraq ki, baxılan ərazidə hər üç torpaq sahəsinin yerləşməsi mümkündür. Əvvəllər torpaq sahələri xəritədə yerləşdirilərkən X3 istinad olunurdu. X8 müasir ölçü cihazları olmadan hazırlandığından xətaların mövcudluğuna rast gəlinir. Həmin xətaların olması mübahisə predmeti olan plan-ölçülarin hazırlanmasında sürüşmələrə səbəb olmuş və nəticədə baxılan ərazidə hər üç torpaq sahəsinin yerləşməsinə baxmayaraq sənəd üzrə verilmiş torpaq sahələri ilə naturadakı vəziyyət arasında fərq (sürüşmə) yaranmışdır. Sənəd üzrə verilmiş torpaq sahəsinin naturadakı vəziyyətlə eyniləşdirmək üçün baxılan torpaq sahələrinə verilmiş plan-ölçülərin dəyişdirilməsi zəruridir. Bu da hər üç vətəndaşın eyni zamanda idarəyə plan və ölçünün dəyişdirilməsi üçün müraciəti əsasında mümkündür. Həmçinin qeyd edilmişdir ki, vətəndaşlardan hər hansı birinin plan-ölçünün dəyişdirilməsinə razılığı olmadığı təqdirdə, problemin həlli məhkəmə yolu ilə mümkündür. Bütün bu hallan X9 da bilir və Masallı Rayon Məhkəməsində onun iddiası əsasında işə baxılan zaman məhkəmə iclasında verdiyi izahatında tam olaraq artıqlaması ilə qeyd etmişdir. X13 oglu həmçinin izahatında qeyd edir ki, Faktiki vəziyyətə uyğun ona plan və ölçü sənədinin verilməsinə isə razı deyildir. Eləcədə izahatında əslində o, bu məsələdə cavabdehlərin təqsirinin olmadığını bildiyinidə qeyd etmişdir. Odur ki, pozulmuş hüquqlarımızın bərpası ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsininə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı2 şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçının vəkili Vəkil şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İnzibati Prosessual Məcəllənin 2.2-2.2.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»ndan görünür ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi inzibati orqan kimi təsnif olunmuşlar. həmin vətəndaşların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması qanuna ziddir. İş materialında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Masallı rayonu İsi kənd ərazisindən 0.12 ha torpaq sahəsi İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, AA 000283 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Masallı rayonu, İsi kəndindin ərazisindən 0.12 ha torpaq sahəsi İddiaçı2 xüsusi mülkiyyətindədir. İş materialında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Masallı rayonu İsi kənd ərazisindən 0.12 ha torpaq sahəsi İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, AA 000284 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Masallı rayonu, İsi kəndindin ərazisindən 0.12 ha torpaq sahəsi İddiaçı1 xüsusi mülkiyyətindədir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmə tinin 8 saylı Beyləqan Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pubiik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi idarəsinin iddiaçılara ünvanladığı 17 mart 2023cü ii tarixli məktublarında bildirilmişdir ki, iddiaçılara məxsus olan torpaq sahələrinin təkrar müayinəsi aparılmış və nəticədə onların mülkiyyətinə verilmiş torpaq sahələrnin naturada uyğunsuzluğu müəyyən edilmişdir. Belə ki, sənəd üzrə verilmiş torpaq sahəsi ilə faktiki torpaq sahəsi üst-üstə düşmür, baxmayaraq ki, baxılan ərazidə hər iki torpaq sahəsinin yerləşməsi mümkündür. Əvvəllər torpaq sahələri xəritələrə yerləşdirilərkən Kompleks Yerquruluşu Layihələrinə istinad olunurdu. Kompleks Yerquruluşu Layihələri müasir ölçü cihazları olmadan hazırlandığından xətaların mövcudluğuna rast gəlinir. Həmin xətaların olması mübahisə predmrti olan plan-ölçülərin hazırlanmasında sürüşmələrə səbəb olmuş və nəticədə baxılan ərazidə hər iki torpaq sahəsinin yerləşməsinə baxmayaraq sənəd üzrə verilmiş torpaq sahələri ilə naturadakı vəziyyət arasında fərq (sürüşmə) yaranmışdır. Sənəd üzrə verilmiş torpaq sahəsinin naturadakı vəziyyətlə eyniləşdirmək üçün baxılan torpaq sahələrinə verilmiş planölçülərin dəyişdirilməsi zəruridir. Bu da hər iki vətəndaşın eyni zamanda idarəyə plan-ölçünün dəyişdirilməsi üşün müraciəti əsasında mümkündür. Vətəndaşlardan hər hansı birinin planölçünü dəyişdirilməsinə razılığı olmadığı təqdirdə məhkəmə yolu ilə mümkündür. Məhkəmə hesab edir ki, mərz nişanlarının qoyulmasının tələb edilməsi isə torpaq mülkiyyətçinin müstəsna hüququdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələri). Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X5rşı iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.31-ci bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 oktyabr 2010-cu il tarixli 171 saylı qərarı ilə təsdiq edilmiş «Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri»nin 2.1ci bəndinə görə, mərzçəkmə işləri - kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Göründüyü kimi, mərzçəkmə işləri kompleks iş olmaqla özündə yuxarıda göstərilən işlərin görülməsini ehtiva edir. Qeyd edilən normativ sənədin 2.2-ci bəndinə görə mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır. Qeyd edilən normativ sənədin 2.3.4-cü bəndinə əsasən hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda mərzçəkmə işləri aparılır. Qeyd edilən normativ sənədin 2.3.5-ci bəndinə əsasən torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə də mərzçəkmə işləri aparılır. Sözügedən normativ sənədin 2.4.8-ci bəndinə görə mərzçəkmə işlərində həmçinin torpaq sahəsinin sərhədinin plan-ölçüsünə və ya kadastr xəritələrinə istinad edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci bəndinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinin tələblərinə görə, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Beləliklə, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, iddiaçılar mülkiyyətində olan torpaq sahələri üzərində mərzçəkmə işlərinin aparılmasını tələb etməkdə haqlı olmuşdurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbinin qanuni əsası olduğundan təmin edilməli, iddiaçıların mülkiyyətində ayrı-ayrılıqda olan torpaq sahələrinə dair mərzçəkmə işlərinin aparılması və torpaq sahələrinin naturada iddiaçılara tanıdılması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 2.2.3, 4, 68-69, 75, 81, 85 və 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi ********** Seriya RX ******* nömrəli və qeydiyyat nömrəsi ********** Seriya RX ******* nömrəli çıxarışlara əsasən mülkiyyətlərində olan torpaq sahələrinin mərc çəkilmə işlərinin aparılmasının və torpaq sahəsinin naturada onlara tanıdılması öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-2781/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2781/2023
05.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver