Məhkəmə qərarları › İş №2-1(120)-2783/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2783/2025

24.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2783/2025 24.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçın cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı «subsidiya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2022-2023-cü əkin ilində İddiaçın məlumatlarına əsasən həyata keçirilən əkinlərə görə hesablanmış subsidiyanın bank hesabına köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "X28'“ X29 Kürdəmir rayonu Ərşəli kəndi ərazisində 100 (bir yüz) hektar təlim - təsərrüfat sahəsi vardır və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli AA № 576616 saylı çıxarışı ilə təsdiq edilmişdir. Tələbələrin bilik və bacarıqlarının daim artırılması məqsədilə razılaşdırılmış ixtisaslar üzrə kadr hazırlığını təşkil etmək və gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyət göstərmək və müəyyənləşdirilmiş qaydalara uyğun olaraq, təhsilalanların müqavilənin predmeti olan sahədə istehsalat təcrübəsi keçməsi məqsədi ilə X10 Agentliyinin balansında olan 100 hektar təlimtəsərrüfat torpaq sahəsi üzrə fiziki şəxs Kürdəmir rayonu Ərşəli kənd sakini X4 2023-cü ilin avqustun 1-dək Birgə fəaliyyətə dair müqavilə bağlanmasına icazə verilməsi üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinə 30 nömrəli. 26 dekabr 2022-ci il tarixli məktubla müraciət etmişdir. Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi xx.xx.2023-cü il tarixli məktubu ilə qeyd olunan şərtlər daxilində fiziki şəxs X7 ilə 2023-cü ilin avqustun 1-dək birgə fəaliyyətə dair müqavilə bağlanmasına etiraz etmədiyini bildirmişdir. Razılaşmaya uyğun olaraq 07 fevral 2023-cü il tarixdə fiziki şəxs X7 ilə həmin torpaqdan Birgə istifadə haqqında müqavilə bağlanmışdır. Azərbaycan Respubilkası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlığı Agentliyinə xx.xx.2023-cü il tarixli məktubla müraciət edərək X15 balansında 100 ha torpaq sahəsində birgə əməkdaşlıq müqaviləsinə uyğun olaraq Kürdəmir rayon Ərşəli kənd sakini X8 ilə birlikdə taxıl əkilmiş torpaq sahəsinə verilən subsidiyanın köçürülməsindən ötrü Kapital Bank tərəfindən cari hesabın açılması üçün X19 icazə məktubunun verilməsini xahiş etmişdir. Birgə əməkdaşlıq müqaviləsi üzrə tərəf olan Kürdəmir rayon Ərşəli kənd sakini X8 da Azərbaycan Respubilkası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlığı Agentliyinə eyni məzmunlu müraciət etmişdir. Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuş problemin həllinin müəssisənin ” X32 qeydiyyatından sonra mümkün olması qeyd olunmuşdur. Müraciətə Azərbaycan Respublikasının Kiçik və X20 Agentliyin xx.xx.2024-cü il tarixli məktubunda X15 subsidiya ala bilməsi üçün X32 kimi qeydiyyatdan keçməli olduğu və Lisey dövlət büdcəsindən maliyyələşən dövlət müəssisəsi olduğu üçün hal-hazırda bank hesabının yaradılması və subsidiyanın həmin bank hesabina köçürülməsinin mümkünsüz olduğu qeyd edilmişdir. 9 saylı Ərazi Vergilər İdarəsi tərfindən verilmiş Çıxarışdan görünür ki, X28 xx.xx.2024-cii il tarixində X27muşdur. Kürdəmir rayonu üzrə X11 İnformasiya Sistemində xx.xx.2022-ci ildə fermer olaraq qeydiyyatdan keçmiş hüquqi şəxs "X28" (VÖEN: **********), 2022-2023-cü il əkin mövsümü üzrə qeydiyyat № **********, reyestr № **********13, ümumi sahəsi 100 (bir yüz) hektar olan dövlət mülkiyyəti çıxarış sənədi əsasında 75 (yetmiş beş) hektar arpa (Qarabağ 22 R1 sortu), 25 (iyirmi beş) hektar buğda (Alekseiç R1 sortu) bitkisi bəyan etmişdir. Həmin çıxarış sənədi xx.xx.2024 cü ildə EKTİS də sistem tərəfindən avtomatik olaraq yekun təsdiq edilmişdir. Həmçinin Kürdəmir rayon Statistika İdarəsi tərəfindən 26 sentyabr 2024-cü il tarixli 3-34-58/2-110/2024 saylı məktubda göstərilmişdir ki, Kürdəmir rayonu üzrə 2022-2023-cü il təsərrüfat ilində buğdanın 1 (bir) hektara düşən orta məhsuldarlığı 35 sentner, arpanın 1 (bir) hektara düşən orta məhsuldarlığı isə 34.4 sentner olmuşdur. 07 fevral 2023 cü il tarixli Birgə istifadə haqqında müqavilənin 4.3- cü bəndinə əsasən 100 (bir yüz) hektar əkin sahəsi üçün verilən subsidiya və subsidiya kartı müqavilə bitən tarixədək X3 istifadəsinə verilməlidir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin 05 may 2023-cü il tarixli 3- 22-2/2-R-321-16-310/2023 saylı məktubuna əsasən 2022-2023-cü əkin ilində X15 EKTİSə daxil etdiyi məlumatlara əsasən həyata keçirilən əkinlərə görə hesablanmış subsidiyanın ödənilməsi hüquqi şəxsin bank hesabının açılmaması səbəbindən mümkün olmamışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında X1 31 iyul 2023-cü il tarixli 3-23-2/2- 531/2023 saylı məktubunda Azərbaycan Respublikasında dövlət xəzinədarlığının fəaliyyətinin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 16 may 1997-ci il tarixli 568 nömrəli Sərəncamına əsasən büdcə təşkilatlarının maliyyə əməliyyatları yalnız xəzinədarlıq tərəfindən açılmış xəzinə hesab kitabları vasitəsi ilə müəyyən edilmiş və X15 X1 15 saylı Regional Xəzinədarlıq İdarəsində ******* xəzinə hesabı kitabı vasitəsi ilə aparılması məqsədəmüvafıq hesab edilmişdir. Göstərilən səbəbdən müvafiq bankda cari hesab açılmasına icazə verilmədiyi üçün 2022-2023-cü ilin əkin subsidiyasını almaq mümkün olmamışdır. "X28" 08 oktyabr 2024-cü il tarixdə X30 olmuş. 25 oktyabr 2024-cü il tarixdə isə liseyin X16 rayon filialında 2022-2023-cü ilin 100 (bir yüz) hektar əkin subsidiyasının köçürülməsi üçün AZ50AİİB******************** saylı bank hesabı açılmışdır. Hal-hazırda Kürdəmir rayonu Ərşəli kənd sakini fiziki şəxs X8 07 fevral 2023-cü il tarixli Birgə istifadə haqqında müqaviləni əsas gətirərək 2022- 2023-cü il əkini üçün subsidiyanı liseydən tələb edir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin müraciətimiz əsasında Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin İddiaçınə vermiş olduğu xx.xx.2024- cü il tarixli məktubu ilə subsidiyanın verilməsindən imtina edilmişdir. Mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinə dəfələrlə cəhd etsə də, mübahisə hal-hazırda da davam edir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi tərəfindən iddiaya qarşı etiraz təqdim edilmişdir. Etirazda qeyd olunmuşdur ki, 7 fevral 2023-cü il tarixdə fiziki şəxs X4 İddiaçınə məxsus Kürdəmir rayonu Ərşəli kəndi ərazisində yerləşən 100 hektar təlim-təsərrüfat sahəsindən birgə istifadə haqqında müqavilə bağlanmışdır. xx.xx.2022-ci ildə fermer olaraq qeydiyyatdan keçmiş hüquqi şəxs "X28” 2022-2023-cü il əkin mövsümü üzrə 75 (yetmiş beş) hektar arpa (Qarabağ 22 R1 sortu) , 25 (iyirmi beş) hektar buğda (Alekseiç R1 sortu) bitkisi bəyan etmişdir. Həmçinin Kürdəmir rayon Statistika İdarəsi tərəfindən İddiaçınə ünvanlanmış 26 sentyabr 2024-cü il tarixli, 3-23-2/2- 531/2023 nömrəli məktubda göstərilmişdir ki, Kürdəmir rayonu üzrə 2022-2023-cü il təsərrüfat ilində buğdanın 1 ( bir) hektara düşən orta məhsuldarlığı 35 sentner, arpanın 1 (bir) hektara düşən orta məhsuldarlığı isə 34.4 sentner olmuşdur. Hal-hazırda Kürdəmir rayonu Ərşəli kənd sakini fiziki şəxs X6 7 fevral 2023-cü il tarixli Birgə istifadə haqqında müqaviləni əsas gətirərək 2022-2023-cü il əkini üçün ödənilməli olan subsidiyanı liseydən tələb edir. Bu səbəbdən, 7 fevral 2023-cü il tarixli birgə istifadə haqqında müqavilənin 4.3-cü bəndinə əsasən 100 (yüz) hektar əkin sahəsi üçün verilən subsidiya və subsidiya kartı müqavilə bitən tarixədək X3 istifadəsinə verilməlidir. İddiaçının tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydasına (bundan sonra - Qayda) uyğun olaraq “X9” informasiya sistemi üzərindən həyata keçirilir. Qaydanın 2.7-1ci yarımbəndinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalçılarına bitkiçilik və heyvandarlıq sahələri üzrə subsidiyaların ödənilməsi məqsədilə subsidiya məbləğləri köçürülən plastik kartların hazırlanması və göstərilən bank xidmətləri müvəkkil bank "xxxx" ASC tərəfindən həyata keçirilir. Qaydanın 3.17-ci bəndinə əsasən təqvim ili ərzində büdcədən ayrılan və fermerə verilməyən subsidiya məbləği büdcəyə qaytarılır. Belə ki, 2022-2023-cü əkin ilində EKTİS-ə daxil edilmiş məlumatlara əsasən 75 hektar arpa və 25 hektar buğda əkinlərinə görə hesablanmış subsidiyanın ödənilməsi hüquqi şəxs hesabının açılmaması səbəbindən mümkün olmamış və təqvim ili üzrə ayrılmış subsidiya məbləği dövlət büdcəsinə qaytarılmışdır. Habelə, hesab məlumatlarının "xxxx" ASC ilə işçi qaydada dəqiqləşdirilməsi zamanı bank tərəfindən İddiaçınə cari hesab açıldığı, hüquqi şəxs hesabının açılmadığı bildirilmişdir. Bununla yanaşı, subsidiyanın digər hesaba ödənilməsi mövcud Qaydada nəzərdə tutulmamışdır. Eyni zamanda, 2022-2023-cü əkin ili üzrə subsidiyanın ödənilməsi üçün "xxxx" ASC-nin müvafiq filialında hüquqi şəxsə aid bank hesabının açılması barədə Agentliyin 2023-cü il 15 avqust tarixli 3-22-2/2-1504/2023 nömrəli məktubu ilə iddiaçıya məlumat verilmişdir. Azərbaycan Respublikası Mərkəzi X12 “04" fevral 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydasının 2.2-ci bəndinə əsasən, cari hesablar dövlət qurumları, bələdiyyələr, hüquqi şəxslər, o cümlədən X32lər, onların filial və nümayəndəlikləri, beynəlxalq təşkilatlar, diplomatik və digər rəsmi nümayəndəliklər, ailə kəndli təsərrüfatları, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadə edən torpaq mülkiyyətçiləri, sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər (bundan sonra - fərdi sahibkar), xüsusi notariuslar üçün onların maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı bank əməliyyatlarının aparılması məqsədi ilə açılır. Bu müddəadan da açıq şəkildə görünür ki, cari hesab pubik hüquqi şəxslərin maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı təsərrüfat fəaliyyəti çərçivəsində kommersiya əməliyyatlarını aparması üçün nəzərdə tutulmuşdur. Lakin subsidiya ödənişləri dövlət tərəfindən ayrılan vəsaitlərdir və dövlət ödənişləri “maliyyə-təsərrüfat fəaliyyəti” çərçivəsinə aid edilmir. Buna görə də, subsidiya məbləği cari hesaba köçürülə bilməz və yalnız hüquqi şəxs adına açılmış rəsmi bank hesabına yönəldilməlidir. Əlavə olaraq, Agentlik tərəfindən iddiaçıya 2022-2023-cü əkin ili üzrə həyata keçirdiyi əkinlərə görə cari ildə əkin subsidiyasının ödənilməsi məqsədilə "xxxx" ASC-nin müvafiq filialında hüquqi şəxs adına bank hesabının açılması və fermer kartının əldə olunması tövsiyə edilən 15 avqust 2023-cü il tarixli, 3-22-2/2-1504/2023 nömrəli rəsmi məktub göndərilmişdir. Lakin hüquqi şəxs adına bank hesabı açılmamış və fermer kartı əldə edilməmişdir. Buna baxmayaraq, iddiaçı eyni əsaslarla yenidən müraciət etmişdir. Bu hal bir daha təsdiq edir ki, subsidiya ödənişinin həyata keçirilməsi üçün tələb olunan qanuni prosedurlar iddiaçı tərəfindən yerinə yetirilməmişdir və subsidiya məbləğinin köçürülməsi hüquqi baxımdan mümkün deyil. Eyni zamanda, iş materiallarından göründüyü kimi, iddiaçı öz ərizəsində də qeyd etmişdir ki, X28 2024-cü ildə X27muş, ondan əvvəl isə büdcə təşkilatı kimi fəaliyyət göstərmişdir. Qaydanın 1.1-ci bəndinə əsasən bu Qayda kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki və hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyaların verilməsinin mexanizmini və şərtlərini müəyyən edir. Qaydaya əsasən, subsidiya yalnız fiziki və ya hüquqi şəxs olan fermerlərə ödənilir və Qaydada fermer anlayışı kənd təsərrüfatı məhsullarının istehsalçısı olan və SİS-də qeydiyyata alınan fiziki və ya hüquqi şəxs kimi müəyyən edilmişdir. 2022-2023-cü illərdə X28 büdcə təşkilatı olduğu üçün, həmin dövr üzrə ümumiyyətlə subsidiya almaq hüququ olmamışdır. Qanunvericiliyin tələblərinə əsasən, büdcə təşkilatlarına subsidiya ödənilməsi nəzərdə tutulmadığı üçün iddiaçının bu dövr üçün subsidiya tələb etməsi hüquqi baxımdan əsassızdır və təmin edilməməlidir. Qeyd edilən hüquqi əsaslar və qanunvericiliyin tələbləri nəzərə alınaraq iddiaçıya subsidiya hesablanması mümkün deyil və ödənilməməlidir. Göstərilənlərə, o cümlədən iddianın əsassız olmasına əsasən iddiaçının tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məlumat verməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdehin nümayəndəsinin iştirakı оlmаdаn bахılmаsını mümkün hеsаb еtmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, Kürdəmir rayonu, Ərşəli kəndində yerləşən 100.0 ha torpaq sahəsinə istifadə hüququ üzrə İddiaçın adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır və torpaq sahəsinin plan və ölçü sənədi verilmişdir. - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Y.Rzayevə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubuna əsasən, 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq X9 İnformasiya Sistemi (EKTİS) üzərindən həyata keçirilir. Həmin Qaydanın 3.8-ci bəndinə əsasən fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə torpaqdan istifadə hüququnu təsdiq edən sənədi, proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti) EKTİSə daxil etməlidirlər. Hüquqi şəxsə hesablanmış subsidiya müvəkkil bank olan “Kapital Bank" ASC- nin müvafiq filialında açılmış və bank tərəfindən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə təqdim olunmuş hesaba köçürülür. 2022-2023cü əkin ilində X13 EKTİS-ə daxil etdiyi məlumatlara əsasən həyata keçirilən əkinlərə görə hesablanmış subsidiyanın ödənilməsi hüquqi şəxs hesabının açılmaması səbəbindən mümkün olmamışdır. Qeyd edilənləri nəzərə alaraq, X24 tərəfindən hüquqi şəxs hesabının açılması üçün aidiyyəti üzrə “Kapital Bank" ASC-nin müvafiq filialına müraciət edilməsi tövsiyə olunur. - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyinin iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubuna əsasən, 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydasfna uyğun olaraq X9 İnformasiya Sistemi (EKTİS) üzərindən həyata keçirilir. Qaydanın 2.7-1 -ci yarımbəndinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalçılarına bitkiçilik və heyvandarlıq sahələri üzrə subsidiyaların ödənilməsi məqsədilə subsidiya məbləğləri köçürülən plastik kartların hazırlanması və göstərilən bank xidmətləri müvəkkil bank "xxxx" ASC tərəfindən həyata keçirilir. Qaydanın 3.17-ci bəndinə əsasən təqvim ili ərzində büdcədən ayrılan və fermerə verilməyən subsidiya məbləği büdcəyə qaytarılır. Hüquqi şəxsə hesablanmış subsidiya "xxxx" ASC-nin müvafiq filialında açılmış və bank tərəfindən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə təqdim olunmuş hesaba köçürülür. Bununla yanaşı, subsidiyanın digər hesaba ödənilməsi mövcud Qaydada nəzərdə tutulmamışdır. 2022-2023-cü əkin ilində EKTİS-ə daxil edilən məlumatlara əsasən 75 hektar arpa və 25 hektar buğda əkinlərinə görə hesablanmış subsidiyanın ödənilməsi hüquqi şəxs hesabının açılmaması səbəbindən mümkün olmamış və təqvim ili üzrə ayrılmış subsidiya məbləği dövlət büdcəsinə qaytarılmışdır. 2022-2023-cü əkin ili üzrə subsidiyanın ödənilməsi üçün "xxxx" ASC-nin müvafiq filialında hüquqi şəxsə aid bank hesabının açılması barədə Agentliyin 2023-cü il 15 avqust tarixli 3-22-2/2-1504/2023 nömrəli məktubu ilə məlumat verilmişdir. Habelə, müraciətə əlavə edilmiş hesab məlumatlarının "xxxx" ASC ilə işçi qaydada dəqiqləşdirilməsi zamanı bank tərəfindən İddiaçınə cari hesab açıldığı, hüquqi şəxs hesabının açılmadığı bildirilmişdir. Qeyd edilənləri nəzərə alaraq, 2024-2025-ci əkin ilində subsidiyadan yararlanması üçün "xxxx" ASC-nin müvafiq filialında hüquqi şəxs hesabının açılması tövsiyə olunur. - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Y.Rzayevə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubuna əsasən, 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq X9 İnformasiya Sistemi (EKTİS) üzərindən həyata keçirilir. Həmin Qaydanın 3.8-ci bəndinə əsasən fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə torpaqdan istifadə hüququnu təsdiq edən sənədi, proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti) EKTİSə daxil etməlidirlər. Hüquqi şəxsə hesablanmış subsidiya müvəkkil bank olan “Kapital Bank" ASC- nin müvafiq filialında açılmış və bank tərəfindən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə təqdim olunmuş hesaba köçürülür. 2022-2023cü əkin ilində X13 EKTİS-ə daxil etdiyi məlumatlara əsasən həyata keçirilən əkinlərə görə hesablanmış subsidiyanın ödənilməsi hüquqi şəxs hesabının açılmaması səbəbindən mümkün olmamışdır. Qeyd edilənləri nəzərə alaraq, X24 tərəfindən hüquqi şəxs hesabının açılması üçün aidiyyəti üzrə “Kapital Bank" ASC-nin müvafiq filialına müraciət edilməsi tövsiyə olunur. - İşdə olan Peşə Təhsili üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli Y.Rzayevə ünvanlanmış məktubuna əsasən, X28 ilə onun arasında birgə fəaliyyət muqaviləsi bağlanmışdır və müqavilədə qeyd olunan şərtlərə uyğun olaraq təlim-təsərrüfat sahəsində müvafiq işlər aparılmışdır. Sözügedən torpaq sahəsinin balans daşıyıcısı olan X28 tərəfindən subsidiyanın alınması məqsədilə tələb olunan bank hesabın açılması üçün tələb olunan bank hesabının açılması üçün banka müraciət edilmiş, lakin hesabın açılması üçün tələb olunan sənədlərin natamam olduğu bildirilmişdir. Sənədlərin təqdim edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetini- 2019-cu il 26 fevral tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan peşə təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin tələblərinə uyğun olaraq, müəssisənin “X32" qeydiyyatından sonra mümkün olacaqdır. - Kənd Təsərrüfatı Nazirliyi X25 İnkişaf Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-22-3- 33/2-56/2024 saylı məktubuna əsasən, Kürdəmir rayonu üzrə X9 İnformasiya Sistemində xx.xx.2022-ci ildə fermer olaraq qeydiyyatdan keçmiş hüquqi şəxs “X28“ (VÖEN: **********). 2022-2023-cu il əkin mövsümü üzrə qeydiyyat № **********, reyestr № **********13. ümumi sahəsi 100 ha olan dövlət mülkiyyəti çıxarış sənədi əsasında 75 ha arpa (Qarabağ 22 Ri sortu) 25 ha buğda (Alekseiç R1 sortu) bitkisi bəyan etmişdir 2023- 2024-cu ıl əkin movsümu üzrə isə heç bır bitki bəyan edilməmişdir. Hazırda həmin çıxarış sənədi 06.09 2024-cü ildə EKTlS-də sistem tərəfindən avtomatik olaraq yekun təsdiq edilmişdir. Nəzərə alınmasını xahiş etmişdir. - İşdə olan X15 xx.xx.2023-cü il tarixli, 159 saylı məktubuna əsasən, X15 balansında 100 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi birgə əməkdaşlıq müqaviləsi ilə Küdəmır rayon Ərşəlı kənd sakini X8 ilə birlikdə taxıl əkilmişdir. Əkin sahəsinə verilən subsidiyanın köçürülməsi üçün X16 filialında cari hesab açılmalıdır. Carı hesabın açılması üçün Kapital Bank tərəfindən icazə məktubu istənilir X16 filialında cari hesabın açılması uçun X19 icazə məktubunun verilməsim xahiş etmişdir. - İşdə olan Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Yanında X1 xx.xx.2023-cü il tarixli məktubuna əsasən, Azərbaycan Respublikasında dövlət xəzindarlığının fəaliyyətinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 16 may 1997-ci il tarixli 568 nömrəli Sərəncamına əsasən büdcə təşkilatlarının maliyyə əməliyyatları yalnız xəzinədarlıq tərəfindən açılmış xəzinə hesab kitabları vasitəsi ilə aparılması müəyyən edilmişdir. X15 X1 15 saylı Regional Xəzinədarlıq İdarəsində ******* xəzinə hesab kitabı mövcuddur və əməliyyatların bu kitab vasitəsilə aparılmasını məqsədəmüvafiq hesab edir. - İşdə olan xx.xx.2024-cü il tarixli Kiçik və X26 Agentliyinin Y.Rzayevə ünvanlanmış məktubuna əsasən, Əkin subsidiyasının əldə edilməsi ilə bağlı yaranmış çətinlik barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ünvanlanmış eyni məzmunlu təkrar müraciətlə Kiçik və X20 Agentliyində aidiyyət baxılmışdır. Əvvəlki eyniməzmunlu müraciətinə məktubları ilə cavablandırılmışdır. Əlavə olaraq, müvafiq köməkliyin göstərilməsi məqsədi ilə KOBİA tərəfindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili uzrə Dövlət Agentliyinə məktub ünvanlanmışdır. PTDA tərəfindən göndərilən cavab məktubunda X15 subsidiya ala bilməsi üçün X32 kimi qeydiyyatdan keçməli olduğu qeyd edilmiş və Lisey dövlət büdcəsindən maliyyələşən dövlət müəssisəsi olduğu üçün hal-hazırda bank hesabının yaradılması və subsidiyanın həmin bank hesabının köçürülməsinin mümkünsüz olduğu bildirilmişdir. Yuxanda qeyd olunanları nəzərə alaraq, gələcəkdə aidiyyəti qurum və təşkilatının əlaqələndirmə işlərinin aparılmasında dəstək göstərilməsi üçün ehtiyac yaranacağı KOBİA-nın səlahiyyətləri çərçivəsində köməklik göstəriləcəkdir. - İşdə olan Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Yanında X1 iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubuna əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki və hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyaların verilməsinin mexanizmi və şərtlər Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı təsdic edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası ilə tənzimlənir. Müraciətdə qaldırılan məsələyə baxılması üçün ilk növbədə həmin Qayda ilə əkir subsidiyasını əldə etmək hüququnun yaranmasını təsdiq edən sənədlər Agentliyə təqdin edilməlidir. - xx.xx.2023-cü il tarixli birgə istifadə haqqında müqaviləyə əsasən, iddiaçı ilə X7 ilə arasında müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən, istifadəyə verən, ona məxsus Kürdəmir rayonu, Ərşəli ərazi vahidliyində yerləşən 100.0 ha torpaq sahəsini birgə istifadə etmək məqdəsi ilə istifadəçiyə verir, istifadəçi öz növbəsində istifadə etdiyi əmlakın müqavilə müddətində cari xərrclərini ödəməyi öhdəsinə götürür. - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki və hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyaların verilməsinin mexanizmi və şərtləri Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” ilə müəyyən edilir. Bu Qaydanın 3.12-ci bəndinə əsasən subsidiya məbləği 30 (otuz) iş günü müddətində fermerin kart hesabına (hüquqi şəxsin cari hesabına) köçürülür və bu barədə fermerə məlumat (SMS, elektron poçt və ya bilavasitə SİS vasitəsilə) verilir. Həmin Qaydanın 3.17-ci bəndinə uyğun olaraq təqvim ili ərzində büdcədən ayrılan və fermerə verilməyən subsidiya məbləği büdcəyə qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 954.1-ci maddəsinə əsasən bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mərkəzi X12 2022-ci il 4 fevral tarixli 04/2 nömrəli qərarı ilə təsdiq edilmiş "Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın 2-ci bəndinə uyğun olaraq bank hesablarının növü olan cari hesablar dövlət qurumları, bələdiyyələr, hüquqi şəxslər, o cümlədən X32lər, onların filial və nümayəndəlikləri, beynəlxalq təşkilatlar, diplomatik və digər rəsmi nümayəndəliklər, ailə kəndli təsərrüfatları, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadə edən torpaq mülkiyyətçiləri, sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər (fərdi sahibkar), xüsusi notariuslar üçün onların maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı bank əməliyyatlarının aparılması məqsədi ilə açılır. Yuxarıda qeyd edilənlərdən aydın olur ki, fiziki və hüquqi şəxslərə hesablanmış subsidiya onların müvəkkil bankda açdıqları və bank tərəfindən Aqrar Kredit və İnkişaf Agentliyinə təqdim olunmuş hesablarına köçürülür. Sorğuda qeyd edilən şəxsin 2022-2023-cü əkin ili üçün "X9” informasiya sisteminə daxil etdiyi məlumatlara əsasən ona 75 hektar arpa və 25 hektar buğda əkinlərinə görə subsidiya hesablanmış və Agentlik tərəfindən 2023-cü il 15 avqust tarixli 3- 22-2/2-1504/2023 nömrəli məktubla subsidiya məbləğinin köçürülməsi üçün müvafiq bank hesabının açılmalı olması bildirilmişdir. Lakin müvəkkil bankda hüquqi şəxs hesabının açılmaması səbəbindən subsidiya ödənilməmiş və həmin təqvim ili üzrə ayrılmış subsidiya vəsaiti dövlət büdcəsinə qaytarılmışdır. - İddiaçın "xxxx" ASC-in Kürdəmir Filialında bank hesabı olması barədə məlumatlar iş materiallarına əlavə edilmişdir. Məhkəmə tərəfindən iş materialları araşdırılaraq müəyyən edilmişdir ki, iddiaçı ilə fiziki şəxs X7 ilə 2023-cü ilin avqustun 1-dək birgə fəaliyyətə dair Razılaşmaya uyğun olaraq 07 fevral 2023-cü il tarixdə fiziki şəxs X7 ilə həmin torpaqdan Birgə istifadə haqqında müqavilə bağlanmışdır. İddiaçı Azərbaycan Respubilkası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlığı Agentliyinə xx.xx.2023-cü il tarixli məktubla müraciət edərək X21 balansında 100 ha torpaq sahəsində birgə əməkdaşlıq müqaviləsinə uyğun olaraq Küdəmir rayon Ərşəli kənd sakini X8 ilə birlikdə taxıl əkilmiş torpaq sahəsinə verilən subsidiyanın köçürülməsindən ötrü Kapital Bank tərəfindən cari hesabın açılması üçün X19 icazə məktubunun verilməsini xahiş etmişdir. Birgə əməkdaşlıq müqaviləsi üzrə tərəf olan Küdəmir rayon Ərşəli kənd sakini X8 da Azərbaycan Respubilkası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlığı Agentliyinə eyni məzmunlu müraciət etmişdir. Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuş problemin həllinin müəssisənin X22raq qeydiyyatından sonra mümkün olması qeyd olunmuşdur. Kürdəmir rayonu üzrə X11 İnformasiya Sistemində xx.xx.2022-ci ildə fermer olaraq qeydiyyatdan keçmiş hüquqi şəxs "X28" (VÖEN: **********), 2022-2023-cü il əkin mövsümü üzrə qeydiyyat № **********, reyestr № **********13, ümumi sahəsi 100 (bir yüz) hektar olan dövlət mülkiyyəti çıxarış sənədi əsasında 75 (yetmiş beş) hektar arpa (Qarabağ 22 R1 sortu), 25 (iyirmi beş) hektar buğda (Alekseiç R1 sortu) bitkisi bəyan etmişdir. Həmin çıxarış sənədi xx.xx.2024 cü ildə EKTİS də sistem tərəfindən avtomatik olaraq yekun təsdiq edilmişdir. Azərbaycan Respublikasının Kiçik və X20 Agentliyin xx.xx.2024-cü il tarixli məktubunda X15 subsidiya ala bilməsi üçün X32 kimi qeydiyyatdan keçməli olduğu və Lisey dövlət büdcəsindən maliyyələşən dövlət müəssisəsi olduğu üçün hal-hazırda bank hesabının yaradılması və subsidiyanın həmin bank hesabina köçürülməsinin mümkünsüz olduğu qeyd edilmişdir. Həmçinin cavabdeh orqan tərəfindən iddiaçının müraciətindən imtina edilərək, Hüquqi şəxsə hesablanmış subsidiya "xxxx" ASC-nin müvafiq filialında açılmış və bank tərəfindən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə təqdim olunmuş hesaba köçürülür. Bununla yanaşı, subsidiyanın digər hesaba ödənilməsi mövcud Qaydada nəzərdə tutulmamışdır. 2022-2023-cü əkin ilində EKTİS-ə daxil edilən məlumatlara əsasən 75 hektar arpa və 25 hektar buğda əkinlərinə görə hesablanmış subsidiyanın ödənilməsi hüquqi şəxs hesabının açılmaması səbəbindən mümkün olmamış və təqvim ili üzrə ayrılmış subsidiya məbləği dövlət büdcəsinə qaytarılmışdır. 2022-2023cü əkin ili üzrə subsidiyanın ödənilməsi üçün "xxxx" ASC-nin müvafiq filialında hüquqi şəxsə aid bank hesabının açılması barədə Agentliyin 2023-cü il 15 avqust tarixli 3-22-2/2- 1504/2023 nömrəli məktubu ilə məlumat verilmişdir. Habelə, müraciətə əlavə edilmiş hesab məlumatlarının "xxxx" ASC ilə işçi qaydada dəqiqləşdirilməsi zamanı bank tərəfindən İddiaçınə cari hesab açıldığı, hüquqi şəxs hesabının açılmadığı bildirilmişdir. Qeyd edilənləri nəzərə alaraq, 2024-2025-ci əkin ilində subsidiyadan yararlanması üçün "xxxx" ASC-nin müvafiq filialında hüquqi şəxs hesabının açılması tövsiyə olunur. Məhkəmə tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən ona məxsus bank hesabının açılması barədə müraciətlər etmiş, iddiaçı tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Yanında Dövlət Xəzinədarlıq Agentliyinə edilmiş xx.xx.2023-cü il tarixli müraciətə 3 ay müddət keçdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə münasibət bildirilərək, Azərbaycan Respublikasında dövlət xəzindarlığının fəaliyyətinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 16 may 1997-ci il tarixli 568 nömrəli Sərəncamına əsasən büdcə təşkilatlarının maliyyə əməliyyatları yalnız xəzinədarlıq tərəfindən açılmış xəzinə hesab kitabları vasitəsi ilə aparılması müəyyən edilməsi, X15 X1 15 saylı Regional Xəzinədarlıq İdarəsində ******* xəzinə hesab kitabı mövcuddur və əməliyyatların bu kitab vasitəsilə aparılmasını məqsədəmüvafiq hesab edilməsi barədə məlumat verilmişdir. Bundan sonra iddiaçı tərəfindən cavabdeh orqana müraciət edilmişdir, cavabdeh orqan tərəfindən iddiaçının müraciətindən imtina edilərək, 2022-2023-cü əkin ilində EKTİS-ə daxil edilən məlumatlara əsasən 75 hektar arpa və 25 hektar buğda əkinlərinə görə hesablanmış subsidiyanın ödənilməsi hüquqi şəxs hesabının açılmaması səbəbindən mümkün olmamış və təqvim ili üzrə ayrılmış subsidiya məbləği dövlət büdcəsinə qaytarılması, 2022-2023-cü əkin ili üzrə subsidiyanın ödənilməsi üçün "xxxx" ASC-nin müvafiq filialında hüquqi şəxsə aid bank hesabının açılması barədə Agentliyin 2023-cü il 15 avqust tarixli 3-22-2/2-1504/2023 nömrəli məktubu ilə məlumat verilməsi, habelə, müraciətə əlavə edilmiş hesab məlumatlarının "xxxx" ASC ilə işçi qaydada dəqiqləşdirilməsi zamanı bank tərəfindən İddiaçınə cari hesab açıldığı, hüquqi şəxs hesabının açılmadığı bildirilmişdir. Məhkəmə tərəfindən nəzərə çatıdırılır ki, cavabdeh orqan bank tərəfindən İddiaçınə cari hesab açıldığı, hüquqi şəxs hesabının açılmadığını əsas gətirərək, subsidiyanın iddiaçıya ödənilməsindən imtina etsə də, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən Azərbaycan Respublikasında dövlət xəzindarlığının fəaliyyətinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 16 may 1997-ci il tarixli 568 nömrəli Sərəncamına əsasən büdcə təşkilatlarının maliyyə əməliyyatları yalnız xəzinədarlıq tərəfindən açılmış xəzinə hesab kitabları vasitəsi ilə aparılması müəyyən edilməsi, X15 X1 15 saylı Regional Xəzinədarlıq İdarəsində ******* xəzinə hesab kitabı mövcud olması və əməliyyatların bu kitab vasitəsilə aparılmasını məqsədəmüvafiq hesab edilməsi barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.6-cı bəndinə əsasən Fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin dövlət aqrar inkişaf mərkəzlərinin (DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçirir. "Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.8ci bəndinə əsasən Nazirliyin dövlət aqrar inkişaf mərkəzləri (DAİM) subsidiyaların verilməsi ilə bağlı aşağıdakı xidmətləri həyata keçirir: 2.8.1. bu Qaydada müəyyən edilmiş hallarda fermerlərin, tədarükçülərin və təchizatçıların SİS-də qeydiyyatını aparır; 2.8.2. subsidiya almaq üçün müraciət etmiş fermerlərin sənədlərinin yoxlanılmasını və müraciətlərinin subsidiya informasiya sisteminə (SİS) daxil edilməsini həyata keçirir; 2.8.3. subsidiyaların verilməsi və SİS-in istifadəsi ilə bağlı məlumatlandırmanı həyata keçirir; 2.8.4. subsidiyaların verilməsi prosesində yerlərdə yaranan problemləri araşdırır və onların həlli barədə Agentliyə təkliflər verir. Lakin, sözügedən "Qayda”nın 2.8.3-cü və 2.8.4-cü bəndlərində nəzərdə tutulmuş subsidiyaların verilməsinin və SİS-in istifadəsi ilə bağlı məlumatlandırmanın həyata keçirilməsini, habelə subsidiyaların verilməsi prosesində yerlərdə yaranan problemlərin araşdırılmasını və onların həlli barədə Agentliyə təkliflərin verilməsini təsdiq edən hər hansı bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.6-cı bəndinə əsasən Fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin dövlət aqrar inkişaf mərkəzlərinin (DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçirir. Qaydaların 6.2-ci bəndinə əsasən bu Qaydanın həyata keçirilməsi ilə bağlı yaranan mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1 -ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1 -ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə qeyd edir ki, inzibati orqan tərəfindən maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edilməsi və ya tam araşdırılmaması onların konstitusion hüquqlarının, eləcə də bərabərlik və ayrı-seçkiliyin qadağan edilməsi prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bu hallar məhsuldarlığın aşağı düşməsi ilə yanaşı fermerlərin narazılığına səbəb ola bilər ki, belə halların aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Baş Nazirinin 2021-ci il tarixli, D/O 20827/10763 aid nömrəli məktubu ilə Kənd Təsərrüfat Nazirliyinə ünvanlanan məktubda hüquqmüəyyənedici sənədlərində problemlər olan və qeyri-əkin təyinatlı torpaqlarda becərilən pambıq, tütün, çəltik və şəkər çuğunduru əkinlərinə görə istehsalçılara 2021-ci ildə müstəsna hal kimi subsidiya verilməsinə etiraz edilmədiyi bildirilmişdir. Cavabdeh orqanın imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, iddiaçı "X28" X31 2022-2023-cü il üçün 75 ha arpa və 25 ha buğda əkinlərinə görə görə subsidiya verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1 -ci, 23.1 -ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81 -ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı "X28" X31 2022-2023-cü il üçün 75 ha arpa və 25 ha buğda əkinlərinə görə görə subsidiya verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar