Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2785/2024 24.05.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Qurbanova Pərvanə Tahir Qızının sədrliyi, Məhkəmə iclаsının kаtibi Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdehnə qarşı “Cavabdeh qanunsuz hərəkətlərinə son qoyulması və barışıq sazişinin şərtlərinə əməl olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddianın mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı “Cavabdeh qanunsuz hərəkətlərinə son qoyulması və barışıq sazişinin şərtlərinə əməl olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçılar və cavabdehin nümayəndəsi işin hаllаrı və mübаhisənin vəziyyəti ilə bаğlı məsələlərin müzаkirəsi üçün 24 may 2024-cü il tarixdə məhkəməyə dəvət оlunmuşdur. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Belə ki, iddiaçılar Cavabdehnə qarşı Şirvan şəhər Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(032)-30/2009 saylı qətnaməsi üzrə Cavabdeh qanunsuz hərəkətlərinə son qoyulması və barışıq sazişinin şərtlərinə əməl olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını Şirvan İnzibati Məhkəməsindən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, “Komfort İnşaat" MMC-yə, X20, X25, X11, Şirvan şəhəri 1 saylı Notariat kontoruna və Bakı şəhəri 40 saylı Dövlət Notariat kontoruna qarşı pulun qaytarılması, bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi üzrə mülki işə Şirvan şəhərində 16 yanvar 2009-cu il tarixdə 2(032)-30/2009 saylı Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etmişdir.İddiaçılar İddiaçı1,İddiaçı2, İddiaçı3, cavabdehlər "xxxx" MMC-yə X20, X25, X11 və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şirvan şəhəri Tofiq İsmayılov küçəsi, 13-cü yaşayış massivində Komfort İnşaat MMC tərəfindən tikilməkdə olan hündür mərtəbəli yaşayış binasında mənzil almaq üçün müəssisənin xəzinəsinə pay haqqı qismində ödədikləri pulun geri alınıb onlara qaytarılması habelə müəssisənin keçmiş sahibi X26 tərəfindən onların və qeydlərinin şəxsi vəsaiti hesabına əldə edilmiş Komfort İnşaat MMCnin əmlakının və torpaq sahəsinin müəssisə ilə əlaqə olmayan öz şəxsi borclarına ödənilməsi üçün kənar şəxslərə satılması barədə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçıların nümayəndəsi X27 iddia tələbini müdafiə edərək göstərib ki, ilkin olaraq Komfort İnşaat MMC tərəfindən Şirvan Şəhəri Tofiq İsmayılov küçəsi 13-cü yaşayış sahəsində inşaa olunan binanın hərracdan satışa çıxarmaqla müqavilələr üzrə mənzillər üçün ödənilmiş pulların iddiaçılara qaytarılması və vurulmuş real ziyan kimi onların hər birinə 100000(yüz min) manat məbləğində təzminat ödənilməsi tələbi qoyulsadan sonradan müəyyən olundu ki, Komfort İnşaat MMC-nin direktoru X26 cəmiyyətlə bağlı olmayan borçlarını ödəmək üçün iddiaçıların və qeyrilərin vəsaiti hesabına tikilmiş yarımçıq binanın X11, torpaq sahəsini isə X4.Şirvan şəhəri 1 saylı Dövlət Notariat Kontorunda və Bakı şəhəri 40 saylı Dövlət Notariat kontorunda qeydə alınmış alqı-satqı müqavilələrində MMC-nin kreditorlara olan borcları qəsdən gizlədilmişdir və nəticədə X8 İnşaat MMC-nin direktoru kimi məsuliyyətdən və iddiaçılar qarşısında götürdüyü öhdəliklərdən qıraqda saxlanılmışdır.MMC-nin sahibləri isə iddiaçılar qarşısında heç bir öhdəlik götürmədiyi üçün onların verdiyi iddia tələbi üzrə qətnamə çıxarılsa belə onun icrası mümkün olmayacaqdır.Azərbaycan Respublikas: Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə müvafiq olaraq iddia tələbinə Komfoıt İnşaat MMC-nin əmlakının və onun yerləşdiyi torpaq sahəsinin alqı-satqı ilə bağlı Şirvan Şəhər Dövlət Notariat Kontorunda və Bakı şəhəri 40 saylı Dövlət Notariat kontorunda qeydə alınmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbidə əlavə edilmişdir. Nümayəndə iddia tələbinin tam şəkildə təmin olunmasını məhkəmədən xahiş etmişdir.Komfort İnşaat MMC-nin bağlamış müqavilələr əsasında iddiaçıları mənzillə təmin etməyə, əks təqdirdə həmin müqavilələr üzrə ödənilmiş pul vəsaitlərini geri qaytarmağa borclu olması iş materiallarında olan müqavilələr,arayışlar və digər sənədlərlə tam sübuta yetirilir. Odur ki, məhkəmə hesab edir ki, Şirvan şəhəri 1 saylı Dövlət Notariat Kontorunda 4-Ə-74 saylı reyestrdə qeydə alınmış, Şirvan şəhəri Tofiq İsmayılov küçəsində yerləşən 0,2829 ha və 0,5129ha torpaq sahəsinin Komfort İnşaat MMC-nin təsisçisi X26 tərəfindən X5 barədə 07 may 2007-ci il tarixli alqı-satqı müqaviləsi və Bakı şəhəri 40 saylı Dövlət Notariat Kontorunda 3-M-58 saylı reyestrlə qeydə alınmış ünvan 1 ünvanında yerləşən Komfort İnşaat MMC-nin bütün əmlakının Komfort İnşaat' MMC-nin təsisçisi X26 tərəfindən X1 barədə 22 may 2007-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməklə və Komfort İnşaat MMC- nin iddiaçılar arasında bağlanmış 10 aprel 2007-ci il tarixli müqavilələrə əsasən Komfort İnşaat MMC-nin xəzinəsinə 265481 manat məbləğində pul cavabdeh Komfort İnşaat MMC-dən alınaraq 8S619 manat İddiaçı2, 88430 İddiaçı1 Cotil oğluna, 88432 manat İddiaçı3 verilməklə həmin hissədə iddia təmin edilməlidir. Məhkəmə 16 yanvar 2009-cu il tarixdə Şirvan şəhər Məhkəməsində baxaraq 2(032)- 30/2009 saylı qətnaməni aşağıdakı şəkildə qət etmişdir. İddia qismən təmin edilərək: Şirvan şəhəri 1 saylı Dövlət Notariat Kontorunda 4-Ə-74 saylı reyestrdə qeydə alınmış, Şirvan şəhəri Tofiq İsmayılov küçəsində yerləşən 0,2829 ha və 0,5129ha torpaq sahəsinin Komfort İnşaat MMC-nin təsisçisi X26 tərəfindən X5 barədə 07 may 2007-ci il tarixli alqısatqı müqaviləsi və Bakı şəhəri 40 saylı Dövlət Notariat Kontorunda 3-M-58 saylı reyestrlə qeydə almmış ünvan 1 ünvanında yerləşən Komfort İnşaat MMC-nin bütün əmlakının Komfort İnşaat MMC-nin təsisçisi X26 tərəfindən X1 barədə 22 may 2007-ci il tarixli alqısatqı müqaviləsi etibarsız hesab edilsin. Komfort İnşaat MMC-arasında bağlanmış 10 aprel 2007-ci il tarixli müqavilələrə əsasən ' Komfort İnşaat MMC-nin xəzinəsinə 265481 manat məbləğində pul cavabdeh Komfort İnşaat MMC-dən alınaraq 88619 manat İddiaçı2, 88430 İddiaçı1, 88432 manat İddiaçı3 verilsin. İddia qalan hissədə təmin edilməsin. 25 avqust 2010-cu il tarixdə 2( 10o)-458/2010 sayılı qətnamə Şirvan Apcüyasiy.a Məhkəməsinin Mülki Kollegiyasının Hakimləri: X15(sədrlik edən),X28 və X7 ibarət məhkəmə tərkibində məhkəmə iclas katibi X12, iddiaçılar İddiaçı2 İddiaçı1, onun nümayəndəsi X18, İddiaçı3 nümayəndəsi X16 cavabdeh X9, X22, cavabdeh Komfort İnşaat MMC-nin və X9 nümayəndəsi X10 iştirakı ilə iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3, cavabdehlər Komfoıt İnşaat MMC-yə X20, X25, X11 Şirvan şəhər 1 saylı dövlət notariat kontoruna və Bakı şəhəri 40 saylı Dövlət Notariat kontoruna qarşı müqavilənin ləğvi pulun qaytarılmasına dair iddiası üzrə şirvan şəhər məhkəməsinin 16 yanvar 2009-cu il tarixli qətnaməsindən cavabdehlər X29 və X9 hər ikisinin etibarnamə üzrə nümayəndəsi X13 apellyasiya şikayətinə baxaraq hər iki tərəfin barışıq sazişi bağlamaq barədə ərizəsinə baxaraq iddia ərizəsində göstərilir ki, İddiaçı2, İddiaçı3, İddiaçı1, Komfort İnşaat MMC ilə yaşayış binasında mənzil tikintisi haqqında 10 aprel 20 bağlayaraq cavabdeh quruma külli miqdarda pul ödəmişlər.Əldə olunan razılaşmaya əsasən binanın inşaası 1 il müddətdə başa çatmalıdır. Binanın inşaası əsasən onların tərəfindən ödənilmiş pullar vasitəsilə aparıldıqdan sonra dayandırılmış Komfort inşaat başqa bir şəxsə satıldıqdan sonra isə ümumiyyətlə heç bir iş aparılmamışdır. Ona görə də yaşayış binasında mənzil tikintisi haqqında 10 aprel 2007-ci il tarixdə bağlanmış müqavilələrin 2-ci maddəsi Komfort inşaat MMC tərəfindən pozulduğuna görə İddiaçı2, İddiaçı3 və İddiaçı1 ilə bağlanan həmin müqavilələr ləğv olunmalı və mənzilin tikintisi üçün ödənilən pullar onlara qaytarılmalıdır. Göstərilənlərə əsasən Komfort inşaat MMC ilə yaşayış binasında mənzil tikintisi haqqında 10 aprel 2007-ci ildə bağlanmış müqavilələrin ləğvi, Komfort İnşaat MMC tərəfindən Şirvan şəhəri, T.tsmayılov küçəsi 13-cü yaşayış massivində inşa olunan binanın hərracdan satışa çıxarılmaqla müqavilələr üzrə mənzillər üçün ödənilən pulların İddiaçı2,İddiaçı1 və İddiaçı3 qaytarılması və vurulmuş ziyan kimi onların hər birinə 100000 manat məbləğində təzminatın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.Şirvan şəhər məhkəməsinin 16 yanvar 2009-cu il tarixli qətnamasi ilə iddia qismən təmin edilmiş, Şirvan şəhər 1 saylı Dövlət Notariat Kontorunda 4-Ə-74 sayli reyestrlə qeydə alinmiş, Şirvan şəhəri Tofiq İsmayilov küçəsində yerləşən 0,2829 ha və 0,5129 ha torpaq sahəsinin "xxxx" MMC-nin təsisçisi X30 tərəfindən X6 barədə 07 may 2007-ci il tarixi alqi-satqi müqaviləsi va Bakı şəhər 40 saylı Dövlət Notariat Kontorundan 3-M-58 sayli reyestrdə qeydə alinmiş ünvan 1 ünvaninda yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin bütün əmlakının Komfort İnsaat MMC-nin təsisçisi X26 tərəfindən X2 barədə 22 may 2007-ci il tarixli alqısatqı müqaviləsi etibarsız hesab edilmiş,"xxxx"MMC-nin xəzinəsinə ödənilmiş 265481 manat məbləğində pul Komfort İnsaat» MMC-dən alinaraq 88619 manat İddiaçı2,88430 manat İddiaçı1,88432 manat İddiaçı3 verilməsi qət edilmiş, qalan hissədə iddia təmin edilməmişdir.İddiaçılar məhkəmədən tələblərinin təmin edilərək Cavabdeh qanunsuz hərəkətlərinə son qoyulması və barışıq sazişinin şərtlərinə əməl olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edirlər. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-30/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsinə əsasən Şirvan şəhər 1 saylı Dövlət Notariat Kontorunda 4-Ə-74 saylı reyestrlə qeydə alınmış Şirvan şəhəri, T.İsmayılov küçəsində yerləşən 0,2829 ha və 0,5129 ha torpaq sahəsinin "xxxx" MMC-nin təsisçisi X26 tərəfindən X5 barədə 07 may 2007-ci il tarixli alqı-satqı müqaviləsi və Bakı şəhər 40 saylı Dövlət Notariat Kontorundan 3-M-58 saylı reyestrlə qeydə alınmış ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-nin bütün əmlakının "xxxx" MMC-nin təsisçisi X26 tərəfindən X3 barədə 22 may 2007- ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. "xxxx" MMC ilə bağlanmış 10 aprel 2007-ci il tarixli müqavilələrə əsasən "xxxx" MMC-nin xəzinəsinə ödənilmiş 265481 manat məbləğində pul vəsaiti həmin təşkilatdan alınaraq; 88619 manat İddiaçı2, 88430 manat İddiaçı1, 88432 manat İddiaçı3 verilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2009-cu il tarixdə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə iş üzrə icraata başlanılaraq tərəflərə məlumat verilmişdir. İcra sənədində göstərilən tələb könüllü icra müddət ərzində təmin edilmədiyindən icra məmuru tərəfindən “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən məcburi icra tədbirlərinə başlanılmışdır. İcra tədbirləri zamanı borclunun mülkiyyətində Şirvan şəhəri, T.İsmayılov küçəsində yerləşən 0,5129 ha və 0,2829 ha torpaq sahələrinin olduğu müəyyən olunmuş və üzərinə həbs qoyulması üçün məhkəməyə təqdimat verilmişdir. Şirvan Şəhər Məhkəməsinin 8(032)- 7/2009 saylı, xx.xx.2009-cu il tarixli qərardadı ilə torpaq sahələrinin üzərinə həbs qoyularaq tələb həmin əmlaka yönəldilmişdir. Qiymətləndirici ekspert tərəfindən üzərinə həbs qoyulmuş torpaq sahəsi 658225 manat dəyərində qiymətləndirilmişdir. Daha sonra tələbin yönəldiyi əmlakın satılması üçün hərrac təşkilatına sifariş verilmiş, lakin, alıcı olmadığı üçün hərrac baş tutmamış və sifarişlə bağlı sənədlər geri qaytarılmışdır. Bundan sonra Şirvan Şəhər Məhkəməsinin 2(032)-30/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsindən cavabdehlərin apellyasiya şikayəti verdiyi məlum olmuşdur. Şirvan Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2010-cu il tarixli qərardadla İddiaçı2, İddiaçı1, İddiaçı3 iddialarından imtinaları qəbul edilərək sonuncularla cavabdehlər arasında bağlanılmış barışıq sazişi təsdiq edilmiş və Şirvan Şəhər Məhkəməsinin 2(032)-30/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsi və bu qətnaməyə izah verilməsi barədə 17 iyul 2009- cu il tarixli qərardadı ləğv edilərək, tərəflər arasında barışıq sazişi bağlanıldığına görə mülki işin icraatına xitam verilmişdir. Qeyd olunan icra sənədi qanunvericiliyin tələblərinə uyğun olaraq xx.xx.2010-cu il tarixli qərarla məhkəməyə geri qaytarılmışdır. "xxxx" MMC-nin borclu olduğu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2226/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən isə borcludan 27121 ABŞ dolları məbləğində manat hesabı ilə pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq tələbkar X19 oğluna verilməlidir. Göstərilən icra sənədi isə xx.xx.2021-ci il tarixlərdə şöbənin icraatına daxil olmuş və həmin tarixdə iş üzrə icraata başlanılaraq, “icraata başlamaq haqqında” qərar qəbul edilib, tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borclu təşkilatın hüquqi ünvanına göndərilmişdir. İcra sənədində göstərilən tələb könüllü icra müddəti ərzində təmin edilmədiyindən icra məmuru tərəfindən “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən məcburi icra tədbirlərinə başlanılmış və bununla bağlı borclunun əmlak vəziyyətini müəyyən etmək məqsədi ilə müvafiq təşkilatlara sorğular edilmişdir. İcra tədbirləri zamanı "xxxx" MMC-nin mülkiyyətində Şirvan şəhəri, T.İsmayılov küçəsində yerləşən 0,5129 ha və 0,2829 ha torpaq sahələrinin olduğu müəyyən olunmuş və üzərinə həbs qoyulması üçün məhkəməyə təqdimat verilmişdir. Şirvan Şəhər Məhkəməsinin 8(032)-17/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə torpaq sahələrinin üzərinə həbs qoyularaq tələb həmin əmlaka yönəldilmişdir. Üzərinə həbs qoyulmuş torpaq sahələrinin qiymətləndirilməsi üçün “qiymətləndiricinin dəvət edilməsi” haqqında qərar qəbul edilərək aidiyyəti təşkilata göndərilmiş və qiymətləndirici ekspert tərəfindən Şirvan şəhəri, T.İsmayılov küçəsində yerləşən 0,5129 ha torpaq sahəsinin ilkin satış qiyməti 255000 (iki yüz əlli beş min) manat, 0,2829 ha torpaq sahəsinin ilkin satış qiyməti isə 140000 (bir yüz qırx min) manat müəyyən edilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq üzərinə həbs qoyulmuş əmlaklar müvafiq qiymətə tələbkara təklif edilmiş, lakin, qəbul etməkdən imtina etdiyi üçün satılması məqsədilə hərrac təşkilatına sifariş verilmişdir. xx.xx.2024-cü il tarixdə sonuncu hərrac keçirilmiş, lakin, alıcı olmadığı üçün hərrac baş tutmamışdır. Göstərilənlərə əsasən bildirir ki, barışıq sazişi bağlanıldığına görə Şirvan Şəhər Məhkəməsinin 2(032)-30/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsi ləğv olunduğu gündən hazırki vaxta qədər İddiaçı1 və digərləri barışıq sazişinin şərtlərinin yerinə yetirilmədiyi və müvafiq məhkəmə qərarının icraya yönəldilməsi barədə heç bir müraciət etməmiş və tələbkarlıq nümayiş etdirməmişlər. Yalnız Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2226/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə məcburi icra tədbirləri tətbiq olunduqdan sonra, yəni, təxminən 14 il sonra şöbəyə gələrək üzərinə həbs qoyulmuş torpaq sahələrinin bir qisminin onlara məxsus olduğunu bildirmiş, təsdiqedici sənədləri istədikdə isə heç bir sənədləşmə aparılmadığını bildimişlər. Tərəflərindən qanunvericiliyin tələblərinə uyğun olaraq, barışıq sazişi pozulduğu üçün həmin sazişi təsdiq edən Şirvan Apellyasiya Məhkəməsinin 2(106)- 458/2010 saylı, xx.xx.2010-cu il tarixli qərardadının icraya yönəldilməsi barədə aidiyyəti məhkəməyə müraciət etmələri onlara izah olunmuşdur.Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edirlər. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Şirvan İnzibati Məhkəməsinin 13 fevral 2024-cü il tarixli məktubu ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 hüquqi yardım edilmişdir. Məhkəmə qənaətini əsaslandırmaq üçün yuxarıda qeyd edilən sübutlarla yanaşı aşağıda qeyd edilən hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «İcra haqqında» Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 6.1.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən Azərbaycan Respublikası məhkəmələrinin qərarları, iddianın təmin edilməsi ilə bağlı tədbirlərin görülməsi haqqında məhkəmələrin qərardadları, məhkəmələrin cinayət işləri üzrə hökmlərinin, qərardadlarının və qərarlarının əmlakın alınmasına dair hissəsi, beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin qərarları, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qərarları əsasında verilən icra vərəqələri icra sənədləri sayılır. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. «İcra məmurları haqqında» Qanunun 11-ci maddəsinə əsasən icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə icra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. Məhkəmə qeyd edir ki, icra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırıİmalı məsələ isə ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün aşağıdakı məsələlər nəzərə alınmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunu icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanunu məcəllələşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafıq sahələrə (mülki prosessual, cinayət prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. Ona görə də, hazırkı halda icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativ-hüquqi akt kimi «İcra haqqında» Azərbaycan Respublikası Qanunu deyil, Mülki Prosessual və İnzibati Prosessual Məcəllələr çıxış edir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Tesnifatı»nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair» 10 oktyabr 2017-ci il tarixli qərarında da göstərilmişdir ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilər. Həmin qərarda Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: «...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, «İcra haqqında» Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, «İcra haqqında» Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, «İcra haqqında» Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Konstitusiya Məhkəməsinin Plenumu «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair» 2 sentyabr 2015-ci il tarixli Qərarında da bu mövqedən çıxış edərək qeyd etmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin «İcra haqqında» Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir.» Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzlbati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Bununla yanaşı, icra məmurunun icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan qanunsuz qərarları, eləcə də hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı bir tərəfə (borclu və ya tələbkara, eləcə də üçüncü şəxslərə) ziyan vurulduğu iddia edilirsə, həmin mübahisələrə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə müvafiq olaraq inzibati məhkəmədə baxıla bilər. Qeyd edilənlərin hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 iddia tələbi Şirvan şəhər Məhkəməsinin tərəfindən verilmiş icra vərəqəsinin icrası ilə bağlı yaranmışdır. Ona görə də, həmin qətnamənin icrası gedişində cavabdehin hərəkətlərinin qanuni və qanunsuz olması da inzibati məhkəmənin yox, qətnaməni qəbul edən və onun icrasına nəzarət edən məhkəmənin səlahiyyətinə aiddir. Belə olan halda, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 hazırkı tələb ilə bağlı inzibati məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. İcra sənədinin icrasının təmin edilməsi ilə bağlı icra məmuru tərəfindən hərəkət və ya hərəkətsizliyə yol verildikdə onun mübahisələndirilməsi məsələsi icra sənədini vermiş və icra icraatına nəzarət edən məhkəmə tərəfindən həll edilməli məsələdir. İddiaçılar isə bu qaydada icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə müraciət etməmiş, hazırkı iddianı qaldırmışdır. Yuxarıda da qeyd olunduğu kimi belə iddialar inzibati mübahisə hesab edilmədikləri üçün ona inzibati məhkəmə icraatı qaydasında baxılması yol verilməzdir. İnzibati iddiaların ilkin ümumi mümkünlük şərti isə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsində təsbit edilmiş qaydaya görə mübahisənin inzibati hüquq münasibətləri ilə bağlı yaranmış olmasıdır. Həmin şərt hazırkı işdə ödənilmədiyi üçün iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü və 48-ci maddələrini rəhbər tutaraq iddiaçılara məktub ilə yuxarıda qeyd edilən hüquqi mövqeyə uyğun yardım etmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 1.3cü maddəsində qeyd olunur ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin qərarın 1.4-cü maddəsinə görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması haqqında məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edilərsə, qəbul olunmayan elan edilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 83 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: İddia mümkün sayılmasın. Məhkəmə qərardadından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verə bilər. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-2785/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2785/2024
24.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver