Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2786/2023 21.12.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı İmişli rayon Qaragüvəndikli Bələdiyyəsinin sədri X1, İddiaçı İmişli rayon Qaragüvəndikli Bələdiyyəsinin nümayəndəsi X2, İddiaçı İmişli rayon Qaragüvəndikli Bələdiyyəsinin nümayəndəsi və vəkili Nümayəndə2, Üçüncü şəxs Gilanlar Fermer təsərrüfatı Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X5, Üçüncü şəxs Gilanlar Fermer təsərrüfatı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili X4, Üçüncü şəxs Hüseynova Ofelya Heydər qızının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı İmişli rayon Qaragüvəndikli Bələdiyyəsinin Cavabdehnə qarşı “Gilanlar" fermer təsərrüfatı MMC-nə 262.0 ha torpaq sahəsinin verilməsinə dair İmişli rayon Hakimiyyəti Başçısının 28 yanvar 2013-cü il tarixli, 10 saylı sərəncamının, "xxxx" fermer təsərrüfatı MMC-nə 10 ha torpaq sahəsinin verilməsinə dair Cavabdeh Başçısının 02 avqust 2019-cu il tarixli, 139 saylı sərəncamının, Hüseynova Ofelya Heydər qızına 45 ha torpaq sahəsinin verilməsinə dair Cavabdeh başçısının 12 avqust 2010-cu il tarixli, 191 saylı sərəncamının, Vəliyev Xəqani Vəkil oğluna 30 ha torpaq sahəsinin verilməsinə dair Cavabdeh Başçısının 08 dekabr 2004-cü il tarixli, 268 saylı sərəncamının ləğv edilməsi” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı İmişli rayon Qaragüvəndikli Bələdiyyəsinin Cavabdehnə qarşı “sərəncamların və müqavilələrin etibarsız hesab edilməsi” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin 19 may 2020-ci il tarixli, 2-1(120)-834/2020 nömrəli qərardadı ilə iddiaçı İmişli rayon Qaragüvəndikli Bələdiyyəsinin Cavabdehnə qarşı “sərəncamların və müqavilərələrin etibarsız hesab edilməsi” tələbi bаrədə iddia ərizəsi üzrə iddiaçı qismində İmişli rayon Qaragüvəndikli Bələdiyyəsinin, cavabdeh qismində Cavabdeh tanınması, iddia tələbinin olduğu kimi saxlanılması, Hüseynova Ofelya Heydər qızının, Vəliyev Xəqani Vəkil oğlunun və Gilanlar Fermer təsərrüfatı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər siyahısından çıxarılması, həmçinin Hüseynova Ofelya Heydər qızının, Vəliyev Xəqani Vəkil oğlunun, Gilanlar Fermer təsərrüfatı Məhdud Məsuliyyətli Cəmiyyətinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(120)-834/2020 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizasının təyin edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-2786/2023 nömrəli qərardadı ilə iddia tələbinə “Gilanlar" fermer təsərrüfatı MMC-nə 262.0 ha torpaq sahəsinin verilməsinə dair İmişli rayon Hakimiyyəti Başçısının 28 yanvar 2013-cü il tarixli, 10 saylı sərəncamının, "xxxx" fermer təsərrüfatı MMC-nə 10 ha torpaq sahəsinin verilməsinə dair Cavabdeh Başçısının 02 avqust 2019-cu il tarixli, 139 saylı sərəncamının, Hüseynova Ofelya Heydər qızına 45 ha torpaq sahəsinin verilməsinə dair Cavabdeh başçısının 12 avqust 2010-cu il tarixli, 191 saylı sərəncamının, Vəliyev Xəqani Vəkil oğluna 30 ha torpaq sahəsinin verilməsinə dair Cavabdeh Başçısının 08 dekabr 2004-cü il tarixli, 268 saylı sərəncamının ləğv edilməsi” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-2786/2023 nömrəli qərardadı ilə iddiaçı İmişli rayon Qaragüvəndikli Bələdiyyəsinin Cavabdehnə qarşı “Gilanlar" fermer təsərrüfatı MMC-nə 262.0 ha torpaq sahəsinin verilməsinə dair İmişli rayon Hakimiyyəti Başçısının 28 yanvar 2013-cü il tarixli, 10 saylı sərəncamının, "xxxx" fermer təsərrüfatı MMC-nə 10 ha torpaq sahəsinin verilməsinə dair Cavabdeh Başçısının 02 avqust 2019-cu il tarixli, 139 saylı sərəncamının, Hüseynova Ofelya Heydər qızına 45 ha torpaq sahəsinin verilməsinə dair Cavabdeh başçısının 12 avqust 2010-cu il tarixli, 191 saylı sərəncamının, Vəliyev Xəqani Vəkil oğluna 30 ha torpaq sahəsinin verilməsinə dair Cavabdeh Başçısının 08 dekabr 2004-cü il tarixli, 268 saylı sərəncamının ləğv edilməsi” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-2786/2023 nömrəli qərardadından iddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(106)-180/2022 nömrəli qərardadı ilə İmişli rayon Qaragüvəndikli Bələdiyyəsinin apellyasiya şikayətinin qismən təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-2786/2023 nömrəli qərardadının ləğv edilməsi, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(106)-180/2022 nömrəli qərardadından üçüncü şəxs Hüseynova Ofelya Heydər qızının vəkili Nümayəndə1 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-51/2023 nömrəli qərarı ilə üçüncü şəxs Hüseynova Ofelya Heydər qızının kassasiya şikayətinin təmin edilməməsi, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(106)-180/2022 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı İmişli rayon Qaragüvəndikli Bələdiyyəsinin sədri X3 iddia tələbini müdafiə etdiyini bildirərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı İmişli rayon Qaragüvəndikli Bələdiyyəsinin vəkili Nümayəndə2 iddia tələbini müdafiə etdiyini bildirərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Gilanlar Fermer təsərrüfatı Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X8 iddia tələbinin mümkünsüz sayılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Gilanlar Fermer təsərrüfatı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili X6 iddia tələbinin mümkünsüz sayılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Hüseynova Ofelya Heydər qızının nümayəndəsi Nümayəndə1 iddia tələbinin mümkünsüz sayılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi, üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi və Vəliyev Xəqani Vəkil oğlu məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə Cavabdeh, üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsinin və Vəliyev Xəqani Vəkil oğlunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək hesab edir ki, iddiaçı İmişli rayon Qaragüvəndikli Bələdiyyəsinin iddiası mümkün sayılmamalıdır. İddiaçının hazırkı iddia tələbi “Gilanlar" fermer təsərrüfatı MMC-nə 262.0 ha torpaq sahəsinin verilməsinə dair İmişli rayon Hakimiyyəti Başçısının 28 yanvar 2013-cü il tarixli, 10 saylı sərəncamının, "xxxx" fermer təsərrüfatı MMC-nə 10 ha torpaq sahəsinin verilməsinə dair Cavabdeh Başçısının 02 avqust 2019-cu il tarixli, 139 saylı sərəncamının, Hüseynova Ofelya Heydər qızına 45 ha torpaq sahəsinin verilməsinə dair Cavabdeh başçısının 12 avqust 2010-cu il tarixli, 191 saylı sərəncamının, Vəliyev Xəqani Vəkil oğluna 30 ha torpaq sahəsinin verilməsinə dair Cavabdeh Başçısının 08 dekabr 2004-cü il tarixli, 268 saylı sərəncamının ləğv edilməsi ilə bağlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarının 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 1.3-cü bəndində qeyd edilir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Göründüyü kimi iddianın mahiyyəti üzrə baxılması üçün iddianın mümkün olması vacib şərtdir. İddianın mümkünlük məsələsi yoxlanılarkən diqqət yetirilməli vacib məsələrdən biri də iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İş materiallarında olan Cavabdeh xx.xx.2010-cu il tarixli, 191 nömrəli sərəncamından görünür ki, Bakı şəhər sakini Hüseynova Ofelya Heydər qızının müraciətinin nəzərə alınması və ona əkinçiliyin inkişafı üçün Qaragüvəndikli kəndi yaxınlığında olan dövlət asudə fondundan müvəqqəti istifadə hüququ ilə 45,0 ha torpaq sahəsinin ayrılıb verilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2010-cu il tarixli, 20 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən və plan çizgidən görünür ki, Bakı şəhər sakini Hüseynova Ofelya Heydər qızına Cavabdeh xx.xx.2010-cu il tarixli, 191 nömrəli sərəncamı əsasında əkinçiliyin inkişafı üçün 45,0 ha torpaq sahəsi 15 il müddətinə icarəyə verilmiş və həmin torpaq sahəsinin planı və çizgisi tərtib edilmişdir. İş materiallarında olan Cavabdeh xx.xx.2013-cü il tarixli, 10 nömrəli sərəncamından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərinin müraciətinin nəzərə alınması və Cəmiyyətə kənd təsərrüfatı məhsullarının istehsalı üçün Qaragüvəndikli kəndi yaxınlığında olan asudə dövlət fondundan 262,0 ha torpaq sahəsinin müvəqqəti istifadə hüququ ayrılıb verilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, 01 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən və plan çizgidən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə Cavabdeh xx.xx.2013-cü il tarixli, 10 nömrəli sərəncamı əsasında əkinçiliyin inkişafı üçün 262,0 ha torpaq sahəsi 99 il müddətinə icarəyə verilmiş və həmin torpaq sahəsinin planı və çizgisi tərtib edilmişdir. İş materiallarında olan Seriya RX ******* nömrəli çıxarışdan və AN 312842 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, 262,0 hektar kənd təsərrüfatı təyinatlı torpaqlar (əkin) Cavabdeh xx.xx.2013-cü il tarixli, 10 nömrəli sərəncamı əsasında 99 il müddətinə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verilməsi dövlət qeydiyyatına alınmış, daşınmaz əmlakın dövlət reyestrində 23 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh Başçısının 02 avqust 2019-cu il tarixli, 139 saylı sərəncamı və tərəflər arasında bağlanmış 02 avqust 2019-cu il tarixli, 30 saylı müqavilə əsasında müvəqqəti istifadə hüququ ilə "xxxx" fermer təsərrüfatı MMC-nə 10 ha torpaq sahəsi əkinçiliyin və heyvandarlığın inkişafı məqsədi ilə 15 il müddətinə icarəyə verilmiş və həmin torpaq sahəsinin planı və çizgisi tərtib edilmişdir. İş materiallarında olan Cavabdeh xx.xx.2014-cü il tarixli, 268 nömrəli sərəncamından görünür ki, Qaragüvəndikli kənd sakini Vəliyev Vəkil Qərib oğlu vəfat etdiyi üçün onun 30,0 ha torpaq sahəsindən istifadə hüququna xitam verilməsi və ona Qaragüvəndikli kəndi yaxınlığında olan asudə dövlət fondundan 30,0 ha torpaq sahəsinin verilməsi barədə İmişli rayonu İcra Hakimiyyəti başçısının 21 avqust 2003-cü il tarixli, 231 saylı sərəncamının hüququ qüvvəsini itirmiş hesab edilməsi, Qaragüvəndikli kənd sakini Vəliyev Xaqani Vəkil oğlunun müraciətinin nəzərə alınması və ona qoyunçuluğun inkişaf etdirilməsi üçün Qaragüvəndikli kəndi yaxınlığında olan asudə dövlət fondundan 30,0 ha torpaq sahəsinin müvəqqəti istifadə hüququ ilə icarəyə verilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 74 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən və plan çizgidən görünür ki, İmişli rayonu Qaragüvəndikli kənd sakini Vəliyev Xaqani Vəkil oğluna Cavabdeh xx.xx.2014-cü il tarixli, 268 nömrəli sərəncamı əsasında əkinçiliyin inkişafı üçün 30,0 ha torpaq sahəsi 15 il müddətinə icarəyə verilmiş və həmin torpaq sahəsinin planı və çizgisi tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/3116 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki: İmişli rayon Hakimiyyəti Başçısının 28 yanvar 2013-cü il tarixli, 10 saylı sərəncam və tərəflər arasında bağlanmış 28 yanvar 2013-cü il tarixli, 01 saylı müqavilə əsasında müvəqqəti istifadə hüququ ilə “Gilanlar" fermer təsərrüfatı MMCyə verilmiş 262.0 ha torpaq sahəsi, qeyd olunan sərəncamın verildiyi tarixdə Dövlət mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Kənd təsərrüfatı məhsullarının (əkinçiliyin) istehsalı məqsədi ilə icarəyə verilmişdir. Cavabdeh Başçısının 02 avqust 2019-cu il tarixli, 139 saylı, sərəncamı və tərəflər arasında bağlanmış 02 avqust 2019-cu il tarixli, 03 saylı müqavilə əsasında müvəqqəti istifadə hüququ ilə "xxxx" fermer təsərrüfatı MMC-yə verilmiş 10 ha torpaq sahəsi, qeyd olunan sərəncamın verildiyi tarixdə Dövlət mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Kənd təsərrüfatı məhsullarının (əkinçiliyin və heyvandarlığın inkişaf etdirilməsi) istehsalı məqsədi ilə icarəyə verilmişdir. Cavabdeh başçısının 12 avqust 2010-cu il tarixli, 191 saylı sərəncamı və tərəflər arasında bağlanmış 12 avqust 2010-cu il tarixli, 02 saylı müqavilə əsasında müvəqqəti istifadə hüququ ilə Hüseynova Ofelya Heydər qızına verilmiş 45 ha torpaq sahəsi, qeyd olunan sərəncamın verildiyi tarixdə Dövlət mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Kənd təsərrüfatı məhsullarının (əkinçiliyin) istehsalı məqsədi ilə icarəyə verilmişdir. Cavabdeh Başçısının 08 dekabr 2004-cü il tarixli, 268 saylı sərəncamı və tərəflər arasında bağlanmış 08 dekabr 2004-cü il tarixli, 74 saylı müqavilə əsasında müvəqqəti istifadə hüququ ilə Vəliyev Xəqani Vəkil oğluna verilmiş 30 ha torpaq sahəsi qeyd olunan sərəncamın verildiyi tarixdə Dövlət mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Heyvandarlığın inkişaf etdirilməsi məqsədi ilə icarəyə verilmişdir. Cavabdeh Başçısının 28 yanvar 2013-cü il tarixli, 10 saylı sərəncamı və tərəflər arasında bağlanmış 28 yanvar 2013-cü il tarixli, 01 saylı müqavilə əsasında müvəqqəti istifadə hüququ ilə "xxxx" fermer təsərrüfatı MMC-yə verilmiş 262 ha torpaq sahəsi faktiki olaraq X8 tərəfindən istifadə olunur. Cavabdeh Başçısının 02 avqust 2019-cu il tarixli, 139 saylı sərəncamı və tərəflər arasında bağlanmış 02 avqust 2019-cu il tarixli, 03 saylı müqavilə əsasında müvəqqəti istifadə hüququ ilə "xxxx" Fermer təsərrüfatı MMC-yə verilmiş 10 ha torpaq sahəsi faktiki olaraq X8 tərəfindən istifadə olunur. Cavabdeh Başçısının 12 avqust 2010-cu il tarixli, 191 saylı sərəncamı və tərəflər arasında bağlanmış 12 avqust 2010-cu il tarixli, 02 saylı müqavilə əsasında müvəqqəti istifadə hüququ ilə Hüseynova Ofelya Heydər qızına verilmiş 45 ha torpaq sahəsi faktiki olaraq Hüseynova Ofelya Heydər qızı tərəfindən istifadə olunur. İmişli rayon İca Hakimiyyəti Başçısının 08 dekabr 2004-cü il tarixli, 268 saylı sərəncamı və tərəflər arasında bağlanmış 08 dekabr 2004-cü il tarixli, 74 saylı müqavilə əsasında müvəqqəti istifadə hüququ ilə Vəliyev Xəqani Vəkil oğluna verilmiş 30 ha torpaq sahəsi faktiki olaraq Vəliyev Xəqani Vəkil oğlu tərəfindən istifadə olunur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İmişli rayonu Qaragüvəndikli bələdiyyəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli, 03/10-705/2 nömrəli məktubunda qeyd edilmişdir ki, qanunvericilik baş idarəsinin kitabxanasında mövcud olan hüquqi aktların nəzarət nüsxələri sırasında, eyni zamanda hüquqi aktların vahid elektron bazasında müraciətdə göstərilən torpaq sahəsinin dövlət torpaqlarına verilməsi ilə bağlı hər hansı akt mövcud deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-51/2023 nömrəli qərarının kassasiya instansiyası məhkəməsinin mövqeyi 23cü bənddə qeyd edilmişdir ki, işə baxan birinci instansiya məhkəməsi mübahisələndirilən sərəncamların qəbul edildiyi vaxt torpaqların dövlət mülkiyyətində olması halından çıxış edərək hesab etmişdir ki, mübahisəli sərəncamlarla üçüncü şəxslərə ayrılmış torpaq sahələri dövlət mülkiyyətinə aid olduğundan həmin sərəncamların ləğv və yaxud etibarsız hesab edilməsi həmin torpaq sahəsinin iddiaçıya qaytarılması ilə nəticələnməyəcəkdir. Eyni zamanda məhkəmənin qənaətinə görə iddiaçı hüquqi marağına uyğun torpaq sahəsinin statusunu, yəni mübahisəli torpaq sahəsinin islahat aparıldıqdan sonra və yaxud hər hansı bir əsasla dövlət mülkiyyətində qalması, habelə bələdiyyə mülkiyyətinə verilməməsi ilə bağlı məsələləri mübahisələndirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-51/2023 nömrəli qərarının kassasiya instansiyası məhkəməsinin mövqeyi 24-cü bənddə qeyd edilmişdir ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçı hüquqi marağına uyğun iddia qaldırılmadığı nəticəsinə gəlsə də, hüquqi yardım etmədən (iddia tələbinin dəqiqləşdirilməsi istiqamətində) iddia tələbini mümkünsüz hesab etmişdir. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, İmişli rayon Hakimiyyəti Başçısının 28 yanvar 2013-cü il tarixli, 10 saylı sərəncam və tərəflər arasında bağlanmış 28 yanvar 2013-cü il tarixli, 01 saylı müqavilə əsasında müvəqqəti istifadə hüququ ilə “Gilanlar" fermer təsərrüfatı MMC-nə 262.0 ha, Cavabdeh Başçısının 02 avqust 2019-cu il tarixli, 139 saylı sərəncamı və tərəflər arasında bağlanmış 02 avqust 2019-cu il tarixli, 03 saylı müqavilə əsasında müvəqqəti istifadə hüququ ilə "xxxx" fermer təsərrüfatı MMC-nə 10 ha, Cavabdeh başçısının 12 avqust 2010cu il tarixli, 191 saylı sərəncamı və tərəflər arasında bağlanmış 12 avqust 2010-cu il tarixli, 02 saylı müqavilə əsasında müvəqqəti istifadə hüququ ilə Hüseynova Ofelya Heydər qızına 45 ha, Cavabdeh Başçısının 08 dekabr 2004-cü il tarixli, 268 saylı sərəncamı və tərəflər arasında bağlanmış 08 dekabr 2004-cü il tarixli, 74 saylı müqavilə əsasında müvəqqəti istifadə hüququ ilə Vəliyev Xəqani Vəkil oğluna 30 ha torpaq sahəsi verilmişdir. Həmçinin müəyyən edilmişdir ki, həmin torpaq sahələri torpağın ayrılması ilə bağlı sərəncamların verildiyi tarixdə Dövlət mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahələri olmuşdur. İddiaçı hazırda həmin sərəncamlarla ayrılmış torpaq sahələrinin bələdiyyə mülkiyyətinə verilməli olan torpaq sahəsi olduğunu iddia edir. Başqa sözlə iddiaçı hesab edir ki, mübahisələndirilən sərəncamların verildiyi vaxt həmin torpaq sahəsi bələdiyyə mülkiyyətinə verilən torpaq sahəsi olduğundan cavabdeh inzibati orqan tərəfindən həmin torpaq sahələri hər hansı inzibati aktla üçüncü şəxslərə verilə bilməzdi. Odur ki, hazırki iddia ərizəsi ilə həmin sərəncamların ləğv edilməsini xahiş edir. Yuxarıda qeyd edilən hüquq normalarının hazırki işin müəyyən edilmiş fakitiki hallarına tətbiq edərək məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddia üzrə subyektiv hüququnun olması üçün vacib şərtlərdən biri iddiaçının mübahisələndirdiyi torpaq sahələrinin hər hansı hüquqi əsasla iddiaçıya məxsus olsun. Başqa sözlə hazırkı iddianı qaldırmaqda iddiaçının subyektiv hüququ o vaxt olacaqdır ki, inzibati orqan tərəfindən iddiaçıya məxsus torpaq sahəsi başqa şəxslərin istifadəsinə verilmiş olsun. Lakin, iş materiallarında olan sənədlərdən (ekspert rəyindən) müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi, hazırda mübahisələndirilən sərəncamlarla üçüncü şəxslərə ayrılmış torpaq sahəsinin iddiaçı ilə heç bir bağlılığı yoxdur. Yəni iddiaçının iddia etdiyi, hazırda mübahisələndirilən sərəncamlarla üçüncü şəxslərə ayrılmış torpaq sahələri bələdiyyə mülkiyyətində deyil, Dövlət mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahələri olmuşdur. Məhkəmə iddiaçı tərəfindən tələbinin hüquqi əsası kimi məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, **********38 nömrəli və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 03/10-709/3 nömrəli məktubları ilə bağlı onu qeyd edir ki, həmin məktubların məzmununda mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olmasına dair hər hansı qeyd yoxdur. Bunun əksi olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, **********38 nömrəli məktubunun məzmunundan görünür ki, bələdiyyənin ehtiyat fonduna torpaq sahəsinin ayrılmasına dair hüquq normaları iddiaçının nəzərinə çatdırılmış və Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 271 nömrəli fərmanı ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na əsasən İmişli rayonu Qaragüvəndikli bələdiyyəsinin 1:10 000 miqyasında xəritəsinin işlənilib aidiyyəti üzrə təqdim edilməsi qeyd olunmuşdur. Məhkəmə onu da qeyd edir ki, hüquqi statusuna görə münahisəli sərəncamlarla üçüncü şəxslərə ayrılmış torpaq sahələri dövlət mülkiyyətinə aid olduğundan həmin sərəncamların ləğv və yaxud etibarsız hesab edilməsi həmin torpaq sahəsinin iddiaçıya qaytarılması ilə nəticələnməyəcəkdir. Məhkəmənin qənaətinə görə iddiaçı hüquqi marağına uyğun torpaq sahəsinin statusu barədə yəni mübahisəli torpaq sahəsinin islahat aparıldıqdan sonra və yaxud hər hansı bir əsasla dövlət mülkiyyətində qalması, habelə bələdiyyə mülkiyyətinə verilməməsi ilə bağlı məsələləri mübahisələndirə bilər. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbinin tərkib hissəsi kimi Vəliyev Xəqani Vəkil oğluna 30.0 ha torpaq sahəsinin verilməsinə dair xx.xx.2004-cü il tarixli 268 saylı sərəncamın ləğv edilməsi qeyd edilmişdir (iddia ərizəsində də həmin tələb mövcuddur). Lakin iş materiallarından görünür ki, Vəliyev Xəqani Vəkil oğluna 30.0 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixli 268 saylı sərəncama əsasən verilmişdir. Məhkəmə yuxarıda qeyd olunan xususatlarla bağlı, həmçinin İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbini və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli № 5 nömrəli Qərarında göstərilən tövsiyyələri rəhbər tutaraq iddiaçıya xx.xx.2023-cü il tarixli, 2-1(120)-2786/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-1(120)- 2786/2023 nömrəli məktublarla yazılı və məhkəmə iclasında şifahi şəkildə yardım göstərib iddia tələbinin (sizin hüquqi marağınıza uyğun torpaq sahəsinin statusunu, yəni mübahisəli torpaq sahəsinin islahat aparıldıqdan sonra və yaxud hər hansı bir əsasla dövlət mülkiyyətində qalması, habelə bələdiyyə mülkiyyətinə verilməməsi ilə bağlı məsələləri mübahisələndirmək hüququnuz vardır, iddia tələbinin tərkib hissəsi kimi Vəliyev Xəqani Vəkil oğluna 30.0 ha torpaq sahəsinin verilməsinə dair xx.xx.2004-cü il tarixli 268 saylı sərəncamın ləğv edilməsi (iddia ərizəsində də həmin tələb mövcuddur) qeyd edilmişdir. Lakin iş materiallarından görünür ki, Vəliyev Xəqani Vəkil oğluna 30.0 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixli, 268 saylı sərəncama əsasən verilmişdir) dəqiqləşdirilməsi, subyektiv hüququnun olmasına və yaxud cavabdeh inzibati orqan tərəfindən subyektiv hüququnun pozulmasına yəni mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olmasına dair sübutların məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. Buna baxmayaraq iddiaçı həmin sübutları məhkəməyə təqdim etməmiş və məhkəmə araşdırması zamanı da belə bir sübut aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, hər hansı bir subyektiv hüququn mövcudluğu mütləq normativ hüquqi aktlara əsaslanmalıdır. Subyektiv hüquq konstitusiyadan, digər ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gələ bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçı iddia tələbini dəqiqləşdirməmiş, həmçinin iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Yəni, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Məhkəmə hazırkı iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə iddianın mümkün sayılmaması ilə bağlı əsasların olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı İmişli rayon Qaragüvəndikli Bələdiyyəsinin Cavabdehnə qarşı ““Gilanlar" fermer təsərrüfatı MMC-nə 262.0 ha torpaq sahəsinin verilməsinə dair İmişli rayon Hakimiyyəti Başçısının 28 yanvar 2013-cü il tarixli, 10 saylı sərəncamının, "xxxx" fermer təsərrüfatı MMC-nə 10 ha torpaq sahəsinin verilməsinə dair Cavabdeh Başçısının 02 avqust 2019-cu il tarixli, 139 saylı sərəncamının, Hüseynova Ofelya Heydər qızına 45 ha torpaq sahəsinin verilməsinə dair Cavabdeh başçısının 12 avqust 2010-cu il tarixli, 191 saylı sərəncamının, Vəliyev Xəqani Vəkil oğluna 30 ha torpaq sahəsinin verilməsinə dair Cavabdeh Başçısının 08 dekabr 2004-cü il tarixli, 268 saylı sərəncamının ləğv edilməsi” barədə iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 46.3, 50 və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı İmişli rayon Qaragüvəndikli Bələdiyyəsinin Cavabdehnə qarşı “Gilanlar" fermer təsərrüfatı MMC-nə 262.0 ha torpaq sahəsinin verilməsinə dair İmişli rayon Hakimiyyəti Başçısının 28 yanvar 2013-cü il tarixli, 10 saylı sərəncamının, "xxxx" fermer təsərrüfatı MMC-nə 10 ha torpaq sahəsinin verilməsinə dair Cavabdeh Başçısının 02 avqust 2019-cu il tarixli, 139 saylı sərəncamının, Hüseynova Ofelya Heydər qızına 45 ha torpaq sahəsinin verilməsinə dair Cavabdeh başçısının 12 avqust 2010-cu il tarixli, 191 saylı sərəncamının, Vəliyev Xəqani Vəkil oğluna 30 ha torpaq sahəsinin verilməsinə dair Cavabdeh Başçısının 08 dekabr 2004-cü il tarixli, 268 saylı sərəncamının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvani küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-2786/2023
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2786/2023
21.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver