Məhkəmə qərarları › İş №2-1(120)-2788/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2788/2024

21.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2788/2024 21.11.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal оğlunun sədrliyi, Məhkəmə iclas katibi X10 оğlunun katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ünvan 1 ünvanına verilmiş mənzil üzərində istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir iddiаsı üzrə işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bахаrаq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı ünvan 1 ünvanında yerləşən mənzilə mülkiyyət hüququnun tanınması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati məhkəməsinin 02 may 2024-cü il tarixli, 2-1(120)-2788/2024 nömrəli qərardadı ilə Lerik rayon Mənzil İstismar Müəssisəsinin adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati məhkəməsinin 30 oktyabr 2024-cü il tаriхli, 2-1(120)-2788/2024 nömrəli qərardadı ilə iddia tələbinə “Lerik şəhəri, C.Şahiyev küçəsi, ev 9, mənzil 2 ünvanına verilmiş mənzil üzərində istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Lerik rayonun Durğan kəndində anadan olmuşdur. 2006-cı ildə rayonun Pirzəküçə kənd sakini X5 ilə ailə həyatı qurmuşdur. Atalarının ikinci dəfə evlənməsinə razı olmayan uşaqları, xüsusən oğlu Həmidov Bəşir və arvadı Gülgəz yaşamaq üçün onları Tərlanın tikdirdiyi evə də buraxmamışlar. Bu səbəbdən əri ilə bərabər 2006-cı ildə atasının evində 2007-ci ildə qardaşının Bakının Nardaran kəndində yerləşən evində daha sonra isə üç il Pirzəküçə kəndində Rafiq adlı kişinin evində kirayədə yaşamışdır. Dövlət tərəfindən 2011-ci ildə əri ilə bərabər ona Camal Şahiyev küçəsində ev 9-da iki otaqlı evdə bir yerdə yaşamaq şərti ilə mənzil vermişdir. 2021-ci ilin sentyabrına qədər əri ilə bərabər bu iki otaqlı mənzildə birgə yaşamışdır. Mərhum həyat yoldaşı Bakının Südçülər sovxozu adlanan massivdə öz vəsaiti hesabına hər cür şəraiti olan üç otaqlı mənzil alaraq, şəhid oğlunun uşaqlarına vermişdir. Əri X1 arvadının uşaqlarına da hər çür köməklik göstərmişdir. Baxmayaraq ki, onların hamısı Tərlanın ikinci dəfə evlənməsinə razı olmamışdırlar. 2021-ci ilin 14 sentyabrında əri X6 vəfat etmişdir. Hazırda həmin evdə tək yaşayır. Ərinin keçmiş arvadında olan oğlu X7 ərinin ölüm şəadətnaməsini gizli şəraitdə Lənkəranın VVAQ şöbəsindən almış və şəhid qardaşı kimi onun bütün imtiyazlarından istifadə etmişdir. Əlavə olaraq bildirir ki, mərhum əri öldükdən sonra mübahisə predmeti olan Lerik rayonu, Lerik şəhərinin Camal Şahiyev küçəsi, 9 saylı evdə yerləşən 2 saylı mənzildə hal-hazıra kimi tək yaşamış və mirası tək qəbul etmişdir. Lerik rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən sözü gedən mənzilə birinci növbə vərəsə kimi tanınmışdır. Bir ildən çoxdur ki, mülkiyyət hüququna dair çıxarış olmadığından bütün komunal xidmətlərə dair bildirişlər mərhum həyat yoldaşının adına gəlir. Adı çəkilən mənzilə mülkiyyət hüququna dair Çıxarış əldə etmək üçün cavabdehə müraciət etmişdir. Lakin həmin mənzilin hüquqi sənədi olmadığı üçün mülkiyyət hüququnun tanınması mümkün hesab edilməmişdir. Bu səbəbdən də göstərilənlərə əsasən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. ünvan 2 ünvanında yerləşən mənzilə mülkiyyət hüququnun tanınması barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. İddiaçı, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə və üçüncü şəxs Lerik rayon Mənzil İstismar Müəssisəsinə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, iddiaçı, cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. Həmçinin iddiaçı əvvəlki məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə İddiaçı, cavabdehin və üçüncü şəxs Lerik rayon Mənzil İstismar Müəssisəsinin nümayəndəsinin iştirakı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Lerik rayon İcra Hakimiyyəti Lerik rayon Mənzil İstismar Müəssisəsinin xx.xx.2023-cü il tarixli, 03 nömrəli arayışından görünür ki, İddiaçı hal-hazırda Lerik şəhər C.Şahiyev küçəsində yerləşən 9 saylı komunal binanın 2 saylı mənzilində yaşayır. Yaşadığı bina 2011-ci ildən Lerik şəhər Mənzil İstismar Müəssisəsinin balansındadır. İş materiallarında olan Azərbaycan Respublikası Lerik rayon İcra Hakimiyyəti Başçısının Lerik Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 34 nömrəli arayışından görünür ki, İddiaçı əri X6 vəfat etdiyi vaxta kimi onunla birgə yaşamış, ərinin ölümündən qabaq ailə tərkibi aşağıdakı kimi olmuşdur: X6 xx.xx.1936-cı il təvəllüdlü, İddiaçı xx.xx.1967-cı il təvəllüdlü. İş materiallarında olan Azərbaycan Respublikası Lerik rayon İcra Hakimiyyəti Başçısının Lerik Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 35 nömrəli arayışından görünür ki, İddiaçı əri X6 vəfat etdikdən sonra ailə tərkibi aşağıdakı kimidir: İddiaçı 16 09 1967-ci il təvəllüdlü. İş materiallarında olan Azərbaycan Respublikası Lerik rayon İcra Hakimiyyəti Başçısının Lerik Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 358 nömrəli arayışından görünür ki, həqiqətən mərhum əri X6 vəfat etdiyi vaxta kimi Lerik şəhəri, C.Şahiyev küçəsi, ev 9, mənzil 2 ünvanında İddiaçı başqa yaşayan olmamışdır və hal-hazırda da yoxdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, AZ-İİ 228445 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli, AZ-İ 676278 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X6 ilə İddiaçı xx.xx.2013-cü il tarixdə nikaha daxil olmuş, 94 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, X3 vərəsəsi İddiaçı 9/16 (on altı da doqquz) hissədə pay almalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Lerik rayon İcra Hakimiyyəti Başçısının Lerik Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-65-13/2-138/2024 nömrəli arayışından görünür ki, İddiaçı Lerik şəhəri, C.Şahiyev küçəsi, ev 9, mənzil 2 ünvanında xx.xx.2011-ci il tarixədək vəfat etmiş əri X6 ilə birlikdə yaşamışdır. Ərinin ölümündən sonra İddiaçı həmin ünvanda tək yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Lerik rayon İcra Hakimiyyəti Başçısının Lerik Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-65-13/2-139/2024 nömrəli arayışından görünür ki, İddiaçı Lerik şəhəri, C.Şahiyev küçəsi, ev 9, mənzil 2 ünvanında hal-hazırda tək yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Lerik rayon İcra Hakimiyyəti Başçısının Lerik Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-65-13/2-140/2024 nömrəli arayışından görünür ki, İddiaçı Lerik şəhəri, C.Şahiyev küçəsi, ev 9, mənzil 2 ünvanında 2011-ci il tarixdən əri X6 vəfat etdiyi tarixədək onunla birlikdə yaşamışdır. İş materiallarında olan Lerik rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(048)- 116/2024 nömrəli qətnamədən görünür ki, Lerik şəhəri, C.Şahiyev küçəsində yerləşən 9 saylı komunal binanın 2 saylı mənzilindən istifadə və yaşayış hüququnun müəyyən edilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-3- 43/2-1025/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış 2-1(120)-2788/2024 saylı inzibati iş üzrə sərəncama münasibətin (etirazın) bildirilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixli məktubunuza tərəfimizdən baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, hazırki iş üzrə İddiaçı etibarlı nümayəndəsi X4 tərəfindən ünvan 4 ünvanında yerləşən, 2 saylı mənzil üzərində Lerik rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə yaranmış istifadə hüquqlarına dair müvafiq qeydiyyatın aparılması proseduru ilə əlaqədar xx.xx.2022-ci il tarixində ********** qeydiyyat nömrəli ərizə ilə 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət olunmuşdur. Belə ki, tərəfimizdən müraciət ərizəsi qanunamüvafiq qaydada araşdırılmış və məlum olmuşdur ki, həmin ünvanda yerləşən yaşayış binası ümumilikdə qeydiyyatdan keçməmişdir. Əlavə olaraq bildiririk ki, həmin ünvanda yerləşən 9 saylı yaşayış binasına dair müvafiq icra hakimiyyətinin hər-hansı bir sərəncamı qeydiyyat orqanına təqdim olunmamışdır. Eyni zamanda bildiririk ki, həmin mənzilin istifadə hüquqlarının müvafiq qeydiyyatının aparılması proseduru ilə əlaqədar qəbul edilmiş qətnamədən tərəfimizdən qanunamüvafiq olaraq apellyasiya şikayəti verilmiş və iş üzrə iddiaçının etibarlı nümayəndəsinin icraatda olan xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəsinin icrasından imtina edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan 2(106)-1300/2023 saylı iş üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardadla Lerik rayon Məhkəməsinin icraatında olan 2(048)-712/2022 saylı iş üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli, 2(048)-712/2022 saylı qərardadları (Ərazi İdarəsinin vəsatətinin və apellyasiya şikayətinin geri qaytarılması barədə Lerik rayon Məhkəməsinin qəbul etdiyi qərardadlara münasibətdə) ləğv edilmiş, tərəfimizdən verilmiş apellyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş materialları baxılmasından ötrü birinci instansiya məhkəməsinə göndərilmişdir. Həmçinin bildiririk ki, Lerik rayon Məhkəməsi tərəfindən yenidən həmin mənzil üzərində istifadə və yaşayış hüququnun müəyyən edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixində 2(048)-116/2024 saylı qətnamə qəbul edilmişdir. Tərəfimizdən həmin qətnamədən hal-hazırda apellyasiya şikayəti verilmişdir. Həmin qətnamənin icrası ilə əlaqədar İddiaçı etibarlı nümayəndəsi X4 tərəfindən 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət ünvanlanmış və yuxarıda qeyd etdiyimiz səbəbdən vətəndaşa tərəfimizdən xx.xx.2024-cü il tarixində imtina bildirişi ünvanlanmışdır. Qeyd olunan səbəbdən hazırki sərəncamın aidiyyəti hissədə icrasına münasibətdə isə bildiririk ki, Ərazi İdarəsi olaraq iddia tələbinin qanuniliyi və əsaslılığı baxımından tam araşdırılmaqla, habelə tərəflərin məhkəmə prosesində iştirakı ilə qanunamüvafiq qərar qəbul edilməsini xahiş edirik. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2- 230/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizənizlə əlaqədar olaraq bildiririk ki, Lerik şəhərində yerləşən, etibarlı nümayəndəsi olduğunuz şəxsin (İddiaçı) qanun üzrə vərəsəsi olduğu şəxsdən (X6) miras qalmış mənzilə dair istifadə hüquqlarının qeydiyyatı ilə əlaqədar təqdim etdiyiniz hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Sənədlərin qanunamüvafiqliyi tərəfimizdən araşdırılarkən məlum olmuşdur ki, sözügedən məsələ ilə bağlı məhkəmə mübahisəsi mövcuddur. Belə ki, gələcəkdə müvafiq məhkəmədən qanuni qüvvəsini almış qərar Ərazi İdarəsinə daxil olduğu təqdirdə tərəfimizdən həmin qərara qanunamüvafiq qaydada münasibət bildiriləcəkdir. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlak üzərində istifadə hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunamüvafiq hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Lerik rayon İcra Hakimiyyəti Lerik şəhər Mənzil İstismar Müəssisəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 24 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı mərhum yoldaşı X6 ilə birlikdə Əmək və Əhaliniin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qarabağ müharibəsi əlilər və şəhid ailələri üçün Lerik rayonunda inşa olunmuş 16 mənzilli yaşayış binasındakı mənzillərin bölgüsünün həyata keçrilməsi məqsədilə 19 iyul 2011-ci il tarixli 11/7-115 nömrəli əmrlə yaradılmış komissiyanın 05 avqust 2011-ci il tarixli iclasının qərarına əsasən C.Şahiyev ev 9, mənzil 2 ünvanında yaşamışdırlar. X6 vəfat etdikdən sonra hal-hazıradək İddiaçı həmin ünvanda yaşayır. Hal-hazırda həmən ünvanda tək yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Lerik rayon İcra Hakimiyyəti Başçısının Lerik Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-65-13/2-896/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, 19 sentyabr 2024-cü il tarixdə daxil olmuş məktubda məhkəmə icraatında olan inzibati iş üzrə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı ünvan 9 ünvanından yerləşən mənzilə mülkiyyət hüququnun tanınması üzrə) dair müraciətinin olması qeyd olunaraq həmin binanın hansı qurumun balansında olması və mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədilə keçirilən iclas qərarının təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim olunması xahiş olunur. Bildiririk ki, Lerik şəhəri, C.Şahiyev küçəsi, ev 9 ünvanındakı yaşayış binası (Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunmuş) 14 iyun 2011-ci il tarixli 75 nömrəli Sərəncamla Lerik Mənzil İstismar Müəssisəsinin balansına verilmişdir, (əlavə olunur) Həmin binada yerləşən mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədilə 18 iyul 2011-ci il tarixli, 11/7-115 nömrəli əmrlə yaradılmış komissiyanın 05 avqust 2011-ci il tarixli iclas qərarı barədə məlumat sizə təqdim olunur, (əlavə olunur) Nəzərə almağınızı xahiş edirik. İş materiallarında olan Azərbaycan Respublikası Lerik rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 75 nömrəli sərəncamından görünür ki, Lerik şəhərinin C.Şahıyev küçəsində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə inşa edilmiş 2 mərtəbəli 16 mənzilli yaşayış binası kapital qoyuluşunun miqdan 1482638.77 manat bina və tikililərin dəyər 1463468.77 manat, avadanlığın dəyəri isə 19170.00 manat təşkil etməklə rayon mənzil istismar sahəsinin balansına verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Lerik rayon İcra Hakimiyyəti Başçısının Lerik Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-65-13/2-655/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Lerik Rayon İcra Hakimiyyəti başçısının “Lerik şəhərinin Camal Şahiyev küçəsində inşa olunmuş 16 mənzilli yaşayış binasının Lerik Rayon Mənzil İstismar Sahəsinin balansına verilməsi barədə” 14 iyun 2011-ci il tarixli, 75 nömrəli sərəncamının və sərəncamın verilməsinə əsas olan sənədlərin rayon dövlət arxivi tərəfindən təsdiq olunmuş surətləri sizə göndərilir. Məlumat üçün bildiririk ki, Lerik şəhərinin Camal Şahiyev küçəsində yerləşən 16 mənzilli yaşayış binası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında 2010-cü ildə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilmiş və həmin kateqoriyadan olan rayon sakinləri arasında Nazirliyin müvafiq mənzil komissiyası tərəfindən bölüşdürülmüşdür. Yaşayış binasında yerləşən mənzillər, o cümlədən İddiaçı yaşadığı iki otaqlı, ümumi sahəsi 80,224 kvm, yaşayış sahəsi 39,78 kvm olan 2 saylı mənzil dövlət mənzil fonduna daxildir. Nəzərə almağınızı xahiş edirik. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.8-ci maddəsinə əsaəsn “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanına əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilir və aparılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır (maddə 4.1). 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (maddə 8.0.5). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. İddiaçıya münasibətdə bərabərlik prinsipinin pozuntusunun baş verdiyi qənaətinə gələ bilmək üçün məhkəmə, ilk növbədə aydınlaşdırmalıdır ki, iddiaçının təqdim etdikləri ilə eyni olan sənədlər əsasında digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunmuşdur. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 20-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı mərhum yoldaşı X6 ilə birlikdə Əmək və Əhaliniin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qarabağ müharibəsi əlilər və şəhid ailələri üçün Lerik rayonunda inşa olunmuş 16 mənzilli yaşayış binasındakı mənzillərin bölgüsünün həyata keçrilməsi məqsədilə 19 iyul 2011-ci il tarixli 11/7-115 nömrəli əmrlə yaradılmış komissiyanın 05 avqust 2011-ci il tarixli iclasının qərarına əsasən C.Şahiyev ev 9, mənzil 2 ünvanında yaşamışdırlar. İddiaçı müvafiq əmr əsasında yaşadığı mənzilə istifadə hüquqularının dövlət qeydiyyatına alınmaqla həmin mənzil sahəsinə çıxarışın verilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən ərizənin təmin olunmasından imtina olunmuşdur. Hazırda iddiaçının istifadə hüquqlarını qeydə almaq istədiyi mənzil Lerik rayon Mənzil İstismar Müəssisəsinin balansındadır, Lerik rayon Mənzil İstismar Müəssisəsi tərəfindən iddiaçının hüquqlarının qeydə alınamsına etiraz edilməmiş, 19 iyul 2011-ci il tarixli 11/7-115 nömrəli əmrlə yaradılmış komissiyanın 05 avqust 2011-ci il tarixli iclasının qərarı geri çağırılmamış, ləğv edilməmiş, dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşməmişdir. Hazırda 05 avqust 2011-ci il tarixli iclas qərarı hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlıdır. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı isə cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas, yəni "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri müəyyən edilməmişdir. Bunun əksi olaraq sözügedən mənzil üzərində istifadə hüququn qeydə alınması üçün kifayət qədər faktiki və hüquqi əsaslar müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən imtinanın əsasını təşkil edən dəlilinə münasibətdə cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməsi məhkəmə tərəfindən müəyyən edilmədi. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ünvan 1 ünvanına verilmiş mənzil üzərində istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş üzrə prosessual xərc yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4-cü, 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddia tələbi təmin edilsin. Lerik şəhəri, C.Şahiyev küçəsi, ev 9, mənzil 2 ünvanına verilmiş mənzil üzərində istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran ərazi idarəsinin üzərinə qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar