Məhkəmə qərarları › İş №2-1(120)-2788/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2788/2025

04.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2788/2025 04.08.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X6, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X32 Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X32 Filialına qarşı “xx.xx.2024-cü il tarixli, 3-17-1/1B-258146/2024 saylı və xx.xx.2024-cü il tarixli, 3-17- 1/1B-258146/2024 3-17-1/1B-287127/2024 saylı qərarların ləğv edilməsi, təyin edilmiş ailə başçısını itirməyə görə pensiyanın dayandırıldığı vaxtdan bərpa edilməsi və həmin vaxtdan ödənilməmiş ailə başçısını itirməyə görə pensiyanın məbləğinin hesablanaraq ödənilməsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin binasında məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X32 Filialına qarşı “İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının bərpa olunması və aldığı müavinətdən tutulmanın dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-2788/2025 nömrəli qərardadı ilə, iddia tələbi dəqiqləşdirilərək, iş üzrə iddia tələbinə “xx.xx.2024-cü il tarixli, 3- 17-1/1B-258146/2024 saylı və xx.xx.2024-cü il tarixli, 3-17-1/1B-258146/2024 3-17-1/1B- 287127/2024 saylı qərarların ləğv edilməsi, təyin edilmiş ailə başçısını itirməyə görə pensiyanın dayandırıldığı vaxtdan bərpa edilməsi və həmin vaxtdan ödənilməmiş ailə başçısını itirməyə görə pensiyanın məbləğinin hesablanaraq ödənilməsinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2005-ci il tarixdə anadan olmuşdur. Məlumat üçün bildirir ki, X24 ilə X13 rəsmi nikahlarından doğulmuşdur. Doğulduqdan sonra onu nənəsi X2 şəhər məhkəməsinin 02 sentyabr 2010-cu il tarixli qətnaməsinə əsasən öz övladlığına götürmüşdür. Övladlığa verildikdən sonra onun sənədlərində anası X15, atası isə X3 qeyd olunmuşdur. Həmin şəxslər onu böyütmüşlər. X4 xx.xx.2013-cü ildə, X14 isə xx.xx.2007-ci ildə vəfat etmişdir. Mərhum anası Zərxanımın vəfatından sonra Şirvan şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 10 saylı Sərəncamına əsasən X16 qəyyumluğuna verilmişdir. xx.xx.2013-cü il tarixdən ailə başçısını itirməyə görə qəyyumu olan X19 pensiya təyin edilmişdir. Həmin pensiya 2024cü ilin dekabr ayına qədər ödənilmişdir. Lakin 2024-cü ilin dekabr ayında cavabdeh qurum tərəfindən məktub ünvanlanmış və məktubda ailə başçısını itirməyinə görə əmək pensiyası almaq hüququnun olmadığı qeyd olunmuşdur. Məktubda xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixinədək əmək pensiyası üzrə ödənilmiş məbləğin əsassız ödənilmiş vəsait hesab olunması qeyd olunmuşdur. Bundan əlavə məktubda qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 80 manat, xx.xx.2022-ci i 1 tarixdən xx.xx.2022- ci il tarixədək 100 manat və xx.xx.2023-cüi il tarixdən isə 120 manat məbləğində ailə başçısını itirməyə görə sosial müavinat təyin edilmişdir. Məktubda həmçinin qeyd edilmişdir ki, əmək pensiyası üzrə əsassız ödənilmiş vəsaitin sosial müavinatından hər ay tutularaq Fondun büdcəsinə geri qaytarılacaqdır. Qeyd olunanlara əsasən hal-hazıradək ailə başçısını itirməyə görə pensiya almaq hüququ olduğunu bildirir. Sosial müavinatın təyin olunması və 120 manat müəyyən olunması ilə razı deyildir. Qeyd edir ki, o, tələbədir və hal-hazırda əyani olaraq 3-cü kursda təhsil alır. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X32 Filialının məktubunda onun sosial müavinatın təyin olunması barədə qərarla razılaşmadığı halda həmin qərardan məhkəməyə şikayət vermək hüququnun olması qeyd edilmişdir. DSMF Sosial Ödənişlərin X32 Filialı tərəfindən qeyd edilən hərəkətlə onun konstitutision hüququ pozulmuşdur. Azərbaycan Respublikasının İPM-nin 2.2.2-ci maddəsinə əsasən məhkəmə DSMF-nin Sosial Ödənişlərin X32 Filialının üzərinə ailə başçısını itirməyə görə əmək pensiyasının bərpa olunması öhdəliyi qoyula bilər. Əmək pensiyaları haqqında qanunun 30.2-ci maddəsinə əsasən Əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada məhkəməyə şikayət edilə bilər. Məcburetmə haqda iddia ailə başçısını itirməyə görə əmək pensiyasının bərpa olunması üçün zəruri olduğunu qeyd etmişdir. Göstərilənləri nəzərə alaraq və İPM-nin 2.2-ci, MPM-nin 296-300-cü maddələrini rəhbər tutaraq məhkəmədən İddiaçı ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasının bərpa olunması və aldığı müavinatdan tutulmanın dayandırılması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nin Sosial Ödənişlərin X32 Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-17- 1/2-144985/2025 nömrəli etiraz məktubunda göstərilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X32 Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının bərpa edilməsi və sosial müavinətdən tutulmaların dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2- 1(120)-2788/2025 nömrəli inzibati iş vardır. Bununla əlaqədar İnzibati Prosessual Məcəllənin 47-ci maddəsinə müvafiq olaraq iddia ərizəsinə etirazı təqdim edir və icraata qəbul edib, hüquqi qiymət verilməsini xahiş edir. Hesab edilir ki, İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfincən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsaslardan biridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd edilən 14.1.1-ci maddəsinin 19 iyun 2013-cü il tarixində qüvvədə olmuş tələblərinə əsasən İddiaçı həmin tarixdən X5 vəfatı ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.1-ci bəndinə əsasən, əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə əmək pensiyaları yenidən hesablanır. Bununla əlaqədar, İddiaçı vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğunun araşdırılması ilə bağlı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən onun barəsində inzibati icraat başlanmışdır. Həmin inzibati icraatın gedişində İddiaçı pensiya hüququna yenidən baxılması zamanı onun ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun olmadığı və bununla əlaqədar olaraq ona artıq pensiya məbləğinin ödənildiyi müəyyən edilmişdir. Xidməti araşdırma zamanı məlum olmuşdur ki, X10 və X7 İddiaçı övladlığa verilməsi haqqında Şirvan Şəhər Məhkəməsinin 2-(032)-423-2010 nömrəli qətnaməsi X5 vəfat etdiyi tarixdən, yəni 22.01,2007-ci il tarixindən sonar qəbul edilmişdir. Bununla da X5 vəfatı ilə əlaqədar İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun olmadığı aşkar edilmişdir.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Bu səbəbdən ailə başçısını itirməyə görə əmək pensiyasının ödənişi xx.xx.2024-cü il tarixindən dayandırılmış və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixindən (artıqödəmə barədə qərarın qəbul edildiyi tarixdən 3 il əvvəl) xx.xx.2024-cü il tarixinədək İddiaçı ödənilmiş pensiya məbləği əsassız ödənilmiş vəsait hesab edilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.5.1 –ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və Qanunun 9.1.4.1-ci maddəsinə əsasən vəfat etmiş şəxsin uşaqlarının 18 yaşına çatanacək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla) ailə başçısını itirməyə görə sosial müavinət almaq hüququ vardır. Həmin Qanunun 9.1 -ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Qeyd olunan maddələrin tələblərinə əsasən X8 vəfatı ilə əlaqədar İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2021 -ci il tarixinədək 80 manat, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 100 manat, xx.xx.2023-cü il tarixindən 120 manat məbləğində ailə başçısını itirməyə görə social müavinət təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 18.3-cü maddəsinin tələblərinə əsasən vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin (bu Qanunun 29.1-ci maddəsi nəzərə alınmaqla) məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir. Bildirilir, həmin Qanunun 14.1.2-ci maddəsinin xx.xx.2007-ci il tarixində qüvvədə olmuş tələblərinə əsasən həmin tarixdən Zərxanım Bağırovanın yaşa görə sosial müavinətinin ödənişi dayandırılaraq Davud Bağırovun vəfatı ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən bildirilir ki, Z.Bağırovanın əmək pensiyası əsasında İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 №-li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən,əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 4.1-ci bəndinə əsasən, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə aşağıdakı sənədlərə əsasən müəyyən edilir: əmək kitabçası; əmək kitabçası olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı. Həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta Qeyd olunanları nəzərə alaraq bildirilir ki, mərhum Z.Bağırovanın sığorta stajını təsdiq edən sənədlərin (əmək kitabçası, əyani təhsil haqqında diplom) notariat qaydada təsdiq edilmiş surətlərini Abşeron DOST Mərkəzinə təqdim etməklə təkrar müraciət əsasında İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası hüququna qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır. Mərkəzi Filial tərəfindən işin halları ilə əlaqədar olaraq inzibati icraat gedişində aşağıdakı qərarlar qəbul edilmiş və həmin qərarlarda aşğıdakı məlumatlar qeyd edilmişdir: xx.xx.2025-ci il tarixli 3- 17-1/1-B-48631/2025 nömrəli “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərar: İddiaçı xx.xx.2010-cu il tarixində X11 övladlığa verilmişdir. X10 əri X5 xx.xx.2007-ci il tarixində vəfatı ilə əlaqədar xx.xx.2007-ci il tarixdən yaşa görə sosial müavinət dayandırılaraq ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Z.Bağırovanın sığorta stajı barədə məlumatlar təqdim edildikdən sonar ərizəyə yenidən baxıla bilər. xx.xx.2025 tarixli 3-17-1/1-B-1974/2025 nömrəli “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərar: İddiaçı xx.xx.2010-cu il tarixində X10 övladlığa verilmişdir. X10 əri X5 22.01,2007-ci il tarixində vəfatı ilə əlaqədar xx.xx.2007-ci il tarixdən yaşa görə social müavinət dayandırılaraq ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Zərxanım Bağırovanın xx.xx.2013-cü il tarixində vəfatı ilə əlaqədar İddiaçı X5 yaşa görə əmək pensiyası təyin edilmişdir. Məhkəmə qərarı D.Bağırovun vəfatından sonar olduğundan təyinat qanunauyğun təyin edilmişdir hesab edilmir. xx.xx.2024-cü il tarixli qərar qüvvədə saxlanılsın. xx.xx.2024 tarixli 3-17-1/1-B- 258146/2024 və 3-17-1/1-B-287127/2024 nömrəli “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərar: İddiaçı xx.xx.2010-cu il tarixində X10 övladlığa verilmişdir. X15 əri X5 22.01,2007-ci il tarixində vəfatı ilə əlaqəcar xx.xx.2007-ci il tarixindən yaşa görə sosial müavinəti dayandırılaraq ailə başçısını itirməyə görə əmək pensiyası pensiyası təyin edilmişdir. Zərxanım Bağırovanın xx.xx.2013-cü il tarixində vəfatı ilə əlaqədar Bağırov Tu'al Davud oğluna X5 yaşa görə əmək pensiyası təyin edilmişdir. Məhkəmə qərarı D.Bağırovun vəfatından sonra olduğundan təyinat qanunauyğun hesab edilmir. Vətəndaş inzibati icraatda iştirak etmişdir. Yaranmış artıqvermənin tutulmasına etiraz edir. Sosial müavirət hüququ yoxlanılmalıdır. xx.xx.2024 tarixli 3-17-1/1-B-258146/2024 nömrəli “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərar: İddiaçı xx.xx.2010-cu il tarixində X10 övladlığa verilmişdir. X15 əri X5 22.01,2007-ci il tarixində vəfatı ilə əlaqədar xx.xx.2007-ci il tarixindən yaşa görə sosial müavinəti dayandırılaraq ailə başçısını itirməyə görə pensiyası təyin edilmişdir. Zərxanım Bağırovanın 21,03.2013-cü il tarixində vəfatı ilə əlaqədar İddiaçı sözügedən şəxsin ailə başçısını itirməyə görə əmək pensiyası (X5 yaşa görə əmək pensiyası) təyin edilmişdir. Məhkəmə qərarı D.Bağırovun vəfatından sonra olduğundan təyinat qanunauyğun hesab edilmir. Vətəndaşın pensiya işi barədə inzibati-icraat başlanılmışdır. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Həmin Qanunun 51.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak eden şəxsləri, zəruri hallarda isə şahidləri,ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Qeyd olunanları nəzərə alaraq, İddiaçı təyin edilmiş əmək pensiyasının qanunauyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranmışdır. Bu səbəbdən həmin Qanunun 21.2-ci maddəsinə əsasən İddiaçı pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinizin dinlənilməsi üçün xx.xx.2024-cü il tarixdə saat 15:45-da Bakı şəhəri, H.ünvan 1 ünvanında yerləşən X22 gəlməsi və ya yazılı qaydada öz mülahizələrini təqdim etməsi xahiş olunmuş və 03 dekabr 2024-cü il tarixli akt qəbul edilmişdir. Həmin aktda aşağıdakı məsələlər qeyd edilmişdir: Daxili xidməti yoxlama nəticəsində “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən vətəndaş X16 (bundan sonra-maraqlı şəxs) ailə başçısını itirməyə görə ərrək pensiyası hüququna yenidən baxılması üçün inzibati icraat başlanılmışdır. Həmin Qanunun 21.2-ci maddəsinin tələblərinə uyğun olaraq maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3-17-1/2-B-291844/2024 nömrəli məktubla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafie Fonduna dəvət olunmuşdur. Maraqlı şəxs xx.xx.2024-cü il tarixində Fonda gəlmiş və aşağıda imza edən vəzifəli şəxslər tərəfindən Fondun inzibati binasında qəbul edilmişdir. Maraqlı şəxsə xidməti yoxlama zamanı onnn ailə başçısını itirməyə görə əmək pensiyasının qanunauyğunluğunun araşdırılması və bu məqsədlə inzibati icraatın keçirilməsi zərurətinin yarandığı bildirilmişdir. Eyni zamanda bu cür hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə əsasən dayandırılmalı olduğu, bununla əlaqədar olaraq ona əmək pensiyasının təyin edilməsi haqqında inzibati qərarın ləğv olunacağı və yaranacaq artıq ödənilmiş vəsaitin büdcəyə bərpası məqsədilə qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlərin görüləcəyi barədə ətraflı məlumat verilmişdir. Daha sonra maraqlı şəxsin yuxarıda qeyd olunanlarla bağlı mülahizələri dinlənilmişdir. Əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraatın gedişində maraqlı şəxsin mülahizəsinin dinlənilməsi inzibati icraatın aparılmasına dair qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilmişdir. Yuxarıda qeyd edilənləri və İPM 47-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmədən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X32 Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının bərpa edilməsi və sosial müavinətdən tutulmaların dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia ərizəsinə etiraz edərək, iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-ci maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Şirvan şəhərinin ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Həmçinin İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X32 Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/1-B-258146/2024 saylı, xx.xx.2024-cü il tarixli, 3- 17-1/1B-258146/2024 saylı və xx.xx.2024-cü il tarixli, 3-17-1/1B-258146/2024 3-17-1/1B- 287127/2024 saylı qərarlarını mübahisələndirmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, müvafiq inzibati aktlar iddiaçıya cavabdeh orqan təqdim edilməmişdir. Belə ki, cavadeh inzibati orqan hazırda mübahisələndirilən qərarlardan iddiaçının məlumatlı olması barədə rəsmi sənədi (poçt qəbzini və s.) məhkəməyə təqdim etməmişdir. Hansı ki, iddiaçının hüquq və qanunla qorunan maraqlarına birbaşa təsir göstərən, onun üçün əlverişsiz vəziyyət yaradan inzibati aktın məzmunu ilə vaxtında tanış olmaq və həmin inzibati akta qarşı öz müdafiəsini təşkil etmək hüququ, cavabdeh inzibati orqanın isə iddiaçının bu hüquqlarını təmin etmək vəzifəsi vardır. Buna görə də iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38-ci maddəsində müəyyən edilmiş iddia müddəti buraxılmamışdır. İddianın əsaslılığı : Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin və AZ-İİ seriyalı, 547929 nömrəli doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, İddiaçı xx xxxxxx 2005-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuşdur, ünvan 2 ünvanında qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X18 Tural Davud oğluna ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-1/2-B-311422/24 nömrəli əmək pensiyası üzrə artıq ödənilmiş vəsaitin aşkar edilməsi və sosial müavinətin təyin edilməsi haqqında məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Abşeron DOST Mərkəzindən daxil olmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.1–ci maddəsinin xx.xx.2013-cü il tarixində qüvvədə olmuş tələblərinə əsasən (qəyyumu kimi X19) həmin tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilib. Xidməti araşdırma zamanı X5 vəfatı ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyası hüququnuzun olmadığı aşkar edilmişdir. Bu səbəbdən xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək əmək pensiyası üzrə ödənilmiş məbləğ əsassız ödənilmiş vəsait hesab olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, vaxtilə təyin edilmiş əmək pensiyasının qanuna uyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Bu səbəbdən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən pensiya hüququnuza yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinizin dinlənilməsi üçün xx.xx.2024-cü il tarixində dəvət məktubu göndərilmiş (3-17-1/2-B-280618/2024 nömrəli məktub) və xx.xx.2024-cü il tarixdə saat 15:45-da Bakı şəhəri, H.Zərdabi prospekti, 80 ünvanında yerləşən X22 (Qəbul şöbəsinə) gəlməyiniz və ya yazılı qaydada öz mülahizələrini təqdim etməsi xahiş olunmuşdur. xx.xx.2024-cü il tarixində siz Fondda qəbulda olmuş və əmək pensiyası üzrə əsassız ödənilmiş vəsaitin sosial müavinətindən hər ay tutulmaqla Fondun büdcəsinə geri qaytarılmasına razılıq verməmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.4.1cı maddəsinə əsasən ailə başçısını itirməyə görə müavinət vəfat etmiş şəxsin uşaqlarına – 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla) təyin edilir. Həmin Qanunun 9.1 -ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Qeyd olunan maddələrin tələblərinə uyğun olaraq xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək 80 manat, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixədək 100 manat və xx.xx.2023-cü il tarixindən 120 manat məbləğində ailə başçısını itirməyə görə sosial müavinət təyin edilmişdir. Təyin olunmuş sosial müavinətin ödənilməsi üçün plastik kartı şəxsiyyət vəsiqəsini təqdim etməklə yaxın DOST Mərkəzindən və ya "xxxx" ASC-nin istənilən filialından ala biləcəyi bildirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnun olduğu bildirilmişdir. İşdə olan Azərbaycan Respublikası Şirvan şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli № 2(032)-423/2010 nömrəli qətnaməsi ilə ərizəçi X8 uşağı övladlığa götürmə tələbinə dair ərizəsi təmin edilmiş, xx xxxxxx 2005-ci il tarixdə anadan olmuş İddiaçı Ramil oğlu ərizəçi X10 övladlığına verilməsi, Şirvan şəhər Qeydiyyat şöbəsinə doğum haqqında akt qeydləri kitabında aşağıdakı məzmunda:Uşağın adı «Tural», soyadı «Bağırov», atasının adı «Davud», anasının adı «Zərxanım», valideynləri atası X14, anası X15, milliyyəti azərbaycanlı, doğulduğu tarix «xx xxxxxx 2005-ci il» doğulduğu yer «Əli Bayramlı şəhəri» yazılmaqla müvafiq qeyd aparılması qət edilmişdir. İşdə olan Şirvan şəhər Məhkəməsi tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış 2(032)-423/2010 nömrəli xx.xx.2025-cüi il tarixli məktubda göstərilmişdir ki, ərizəçi X8 “uşağı övladlığa götürülmə” tələbinə dair Şirvan şəhər Məhkəməsinin 2(032)- 423/2010 saylı, 02 sentyabr 2010-cu il tarixli qətnaməsi ilə təmin edilmiş, qətnamədən apellyasiya şikayəti verilmədiyindən Şirvan şəhər Məhkəməsinin 2(032)-423/2010 saylı, 02 sentyabr 2010-cu il tarixli qətnaməsi qanuni qüvvəyə minmişdir. İşdə olan İ-İE seriyalı, 006292 seriyalı nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X14 ilə X9 04 mart 1957-ci ildə Əli Bayramlı şəhərində nikahları qeydə alınmışdır İşdə olan AZ-İİ seriyalı, 547929 seriyalı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Ramil oğlu xx xxxxxx 2005-ci ildə Əli Bayramlı şəhərində anadan olmuşdur. Uşağın atası X14, anası isə X12r. İşdə olan Şirvan şəhər Qeydiyyat şöbəsinin AZ-İ № 008296 nömrəli, xx.xx.2010-cu il tarixli övladlığa götürmə haqqında şəhadətnamədən görünür ki, İddiaçı Ramil oğlu xx xxxxxx 2005-ci il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuşdur. X15 tərəfindən övladlığa götürülmüşdür. Ona İddiaçı ata adı verilmişdir. İşdə olan Şirvan şəhər Qeydiyyat şöbəsinin AZ-İ № 211104 nömrəli, xx.xx.2007-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2007-ci il tarixdə ölmüşdür. İşdə olan Şirvan şəhər Qeydiyyat şöbəsinin AZ-İ № 601035 nömrəli, xx.xx.2013-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.2013-cü il tarixdə ölmüşdür. İşdə olan X30 X1 ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-48-DA-14F/2-481/23 nömrəli arayışından görünür ki, 2013-cü ilə aid sərəncamlar kitabında xx.xx.2013-cü il tarixli 40 №li sərəncamın müvafiq qaydada təsdiq edilmiş surətlərini təqdim etmişdir. İşdə olan Şirvan şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 40 saylı sərəncamına əsasən, “Qəyyumluq və Himayədarlıq” Komissiyasının xx.xx.2013-cü il tarixli, 251 saylı rəyinin nəzərə alınması, xx.xx.2005-ci il təvəllüdlü İddiaçı Ramil oğlu X19 qəyyumluğa verilməsi qərara alınmışdır. İşdə olan Vİ-JQ seriyalı, 297616 seriyalı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X24 30 sentyabr 1979-cu ildə Əli Bayramlı şəhərində anadan olmuşdur. Uşağın atası X14, anası isə X12r. İşdə olan Azərbaycan Tibb Universitetinin X19 təqdim etdiyi xx.xx.2024-cü il tarixli, 178 nömrəli arayışında onun İİ Müalicə-profilaktika fakültəsinin Tibb ixtissası üzrə İİİ kurs 222A 2b kurs tələbəsi olması qeyd olunur. İşdə olan Şirvan şəhər Qeydiyyat şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-16-5/7-xx-xx/2025 nömrəli məktubunda göstərilmişdir ki, X5 ölümü haqqında Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 23.01,2007-ci il tarixli 23 nömrəli ölüm haqqında akt qeydinin təsdiq olunmuş surəti göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Çeşidlənmə üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı 30 aprel 2025-ci il tarixli, 3-17-1/2-99372/2024 nömrəli məktubunda göstərilmişdir ki, daxil olmuş 21 aprel 2025-ci il tarixli 2-1(120)-2788/2025 nömrəli sorğuya aidiyyəti üzrə baxılmışdır. İddiaçı və mərhum X5 (Şirvan, №017026, №411507, №002620) pensiya və müavinət ödənişinə dair sənədlərin təsdiq olunmuş surətləri göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X32 Filialına qarşı “Əmək pensiyasının yenidən hesablanması haqqında” 05 noyabr 2024-cü il tarixli, 3-17-1/1-B- 258146/2024 saylı qərarına əsasən, İddiaçı xx.xx.2010-cu il tarixdə X10 övladlığa verilib, X15 əri X5 xx.xx.2007-ci il tarixdə vəfatı da əlaqədar xx.xx.2007-ci il tarixdən yaşa görə sosial müavinəti dayandırılaraq ABİ pensiyası təyin edilib. Zərxanım Bağırovanın xx.xx.2013-cu ıi tarixdə vəfatı ilə əlaqədar İddiaçı sözügedən şəxsin ABİ pensiyası (X5 yaşa görə əmək pensiyası) təyin edilmişdir. Məhkəmə qərarı D.Bağırovun vəfatından sonra olduğundan təyinat qanunauyğun hesab edilmir. Vətəndaşın pensiya işi barədə inzibati icraat başlanılmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X32 Filialına qarşı “Əmək pensiyasının yenidən hesablanması haqqında” 05 dekabr 2024-cü il tarixli, 3-17-1/1-B- 258146/2024 3-17-1/1B-287127/2024 saylı qərarına əsasən, İddiaçı oglu xx.xx.2010-cu il tarixdə X10 övladlığa verilib, X15 əri X5 xx.xx.2007-ci il tarixdə vəfatı da əlaqədar xx.xx.2007-ci il tarixdən yaşa görə sosial müavinəti dayandırılaraq ABİ pensiyası təyin edilib. Zərxanım Bağırovanın xx.xx.2013-cu ıi tarixdə vəfatı ilə əlaqədar İddiaçı sözügedən şəxsin ABİ pensiyası (X5 yaşa görə əmək pensiyası) təyin edilmişdir. Məhkəmə qərarı D.Bağırovun vəfatından sonra olduğundan təyinat qanunauyğun hesab edilmir. Vətəndaş inzibati icraatda iştirak edib. Yaranmış artıqvermənin tutulmasına etiraz edir. Sosial müavinət hüququ yoxlanılması qərara alınmışdır. 35483.24 manat pul məbləği artıq vermə müəyyən edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partaiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı uşağı İddiaçı ailə başçısını itirməyə görə atası mərhum X5 vəfatı ilə bağlı ailə başçısını itirməyə görə müavinətin bərpa olunmasına nail olmaqdır. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı Şirvan şəhər Məhkəməsinin 02 sentyabr 2010-cu il tarixli № 2(032)-423/2010 nömrəli qətnaməsi ilə, X10 övladlığa verilmiş və xx xxxxxx 2005-ci il tarixdə anadan olmuş İddiaçı doğumu haqqında akt qeydində atası qrafasında X14, anası qrafasında isə X15 yazılması qərara alınmışdır. İşdə olan AZ-İİ seriyalı, 547929 seriyalı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx xxxxxx 2005-ci ildə Əli Bayramlı şəhərində anadan olmuşdur. Uşağın atası X14, anası isə X15 göstərilmişdir. Cavabdeh orqan etiraz məktubunda vurğulamışdır ki, İddiaçı araşdırma zamanı məlum olmuşdur ki, X10 və X7 İddiaçı övladlığa verilməsi haqqında Şirvan Şəhər Məhkəməsinin 2-(032)-423-2010 nömrəli qətnaməsi X5 vəfat etdiyi tarixdən, yəni xx.xx.2007-ci il tarixdən sonra- 02 sentyabr 2010-cu il tarixdə qəbul edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmçinin AZ-İİ seriyalı, 547929 seriyalı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx xxxxxx 2005-ci ildə Əli Bayramlı şəhərində anadan olmuşdur. Uşağın atası X14, anası isə X12r. Məhkəmə tərəfindən cavabdeh orqanın bu imtinası qanunsuz hesab edilmişdir. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1dək hər il 6 ay artırılır (1 iyul 2020 – 30 iyun 2021 tarixə qadınlar üzrə pensiya yaşı 62 yaşdır). - 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 17.1-ci maddəsinə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, D.Bağırovun vəfatından sonra İddiaçı barəsində tərtib edilmiş AZ-İİ seriyalı, 547929 seriyalı doğum haqqında şəhadətnamə və məhkəmə qətnaməsində qeyd edilənlərə əsasən, atası mərhum X14 qeyd edildiyi üçün və ata qrafasında bu barədə məlumatlar qeyd edildiyinə görə ailə başçısını itirməyə görə pensiya almaq hüququ yarandığından, pensiya dayandırıldığı vaxtdan bərpa edilməlidir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ailə başçısını itirməyə görə Z.Bağırovanın vəfatından sonra, yəni xx.xx.2013-cü il tarixdə ailə başçısını itirməyə görə pensiyası təyin edilmişdir, bundan bir müddət sonra təyin edilmiş pensiyanın dayandırılması cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmişdir. Bundan sonra iddiaçıya sosial müavinət təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X32 Filialı tərəfindən xx.xx.2024-cü il tarixli, 3-17-1/1B-258146/2024 saylı qərar qəbul edilmişdir. Bundan sonra iddiaçı yenidən cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan tərəfindən xx.xx.2024-cü il tarixli, 3-17-1/1B-287127/2024 saylı qərarla xx.xx.2013cu ıi tarixdə vəfatı ilə əlaqədar İddiaçı sözügedən şəxsin ABİ pensiyası (X5 yaşa görə əmək pensiyası) təyin edilmişdir. Məhkəmə qərarı D.Bağırovun vəfatından sonra olduğundan təyinat qanunauyğun hesab edilməsi, vətəndaşın inzibati icraatda iştirak etməsi, yaranmış artıqvermənin tutulmasına etiraz etməsi, sosial müavinət hüququ yoxlanılması qərara alınması, 35483.24 manat pul məbləği artıq vermə müəyyən edilmişdir. Hazırki işdə əmək pensiyasının dayandırılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda qanuni nümayəndə olaraq iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Eyni Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə hesab edir ki, cavabdeh ailə başçısını itirməyə görə pensiyanın dayandırılması məsələsini həll edərkən həm “Əmək Pensiyaları haqqında” Qanunun normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh müvafiq qaydada inzibati icraat aparmadan faktiki hərəkətlər etməklə pensiyanı dayandıra bilməz. "İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1 -ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Göründüyü kimi, iddiaçı üçün əlverişli inzibati akt cavabdeh inzibati orqan tərəfindən "Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3- 17-1/1B-258146/2024 saylı və xx.xx.2024-cü il tarixli, 3-17-1/1B-287127/2024 saylı qərarlar cavabdehin öz təşəbbüsü ilə dəyişdirilmişdir. Həmin aktlar qəbul edilərkən, habelə artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılmasını tələb etməkdən öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın "İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, iddiaçıya pensiya təyin edilməsi barədə xeyrinə əlverişli inzibati aktın mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq (bu barədə ayrıca inzibati akt qəbul edildiyi müəyyən olunmur) "pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, "İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/1B-258146/2024 saylı və xx.xx.2024-cü il tarixli, 3-17-1/1B-258146/2024 3-17-1/1B-287127/2024 saylı qərarlar qəbul etmiş, habelə artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında məktub ünvanlamışdır. Bununla da iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından, xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar qəbul etməyə haqlıdır. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş sözügedən müddətlə bağlı məhdudiyyət ümumən konstitusion dəyər olan hüquqi dövlət prinsipindən irəli gəlir və hüquqi sabitliyin, müəyyənliyin və təhlükəsizliyin təmin edilməsi məqsədlərinə xidmət edir. Buna görə, hüquq münasibətləri, o cümlədən inzibati orqanlarla yaranmış münasibətlər davamlı təftiş olunma riski altında buraxıla bilməz. Belə yanaşma şəxsin hüquqi vəziyyətində qeyri-müəyyənliyə gətirib çıxarardı, onları öz davranışlarını və həyat şəraitlərini planlaşdırmaq imkanından məhrum edərdi, inzibati orqanların fəaliyyətinə münasibətdə isə səmərəli və proqnozlaşdırıla bilən idarəçilik qaydasının təşəkkül tapmasına mane olardı. Bu mənada, inzibati orqanın müvafiq səlahiyyəti qanunsuz olduğunu güman etdiyi inzibati aktın hər bir halda deyil, mütləq qanunvericilikdə təsbit olunmuş konkret təminatlara riayət etməklə ləğv etmək və ya dəyişdirmək imkanı kimi təfsir olunmalıdır. Yuxarıda da qeyd edildiyi kimi “İnzibati icraat haqqında” Qanun belə təminatların sırasına həm də 67.12-ci maddədə təsbit olunmuş müddətlə bağlı məhdudiyyətləri aid etmişdir. Bununla bağlı qiymət verilməli birinci məsələ inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. İkinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 (bir) il ərzində yeni qərar qəbul edilməsidir. Beləliklə, inzibati orqan şəxsə pensiya təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər. İddiaçının pensiya işindən görünən odur ki, inzibati orqan ilk dəfə iddiaçıya xx.xx.2013-cü ildə ailə başçısını itirməyə görə əmək pensiyası təyin etmiş, bundan uzun müddət sonra xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə pensiyanın yenidən hesablanması barədə qərarlar qəbul edilmişdir. "İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. "İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. "Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu barədə məlumatın alınması və ya halın müəyyən edilməsi pensiya ödənişinin dayandırılması məsələsinin həlli üçün inzibati icraatın başlanılmasına ("İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddə) əsas təşkil edən haldır. Odur ki, belə hallardan hər hansı birini aşkar etdikdə cavabdeh müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb pensiya ödənişinin dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməlidir. Qəbul edilmiş inzibati akt isə vətəndaşın inzibati icraata cəlb edilib, araşdırma aparıldıqdan sonra qəbul edilmədir. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da "İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Bundan başqa, nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilibödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və "İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-813/2024 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Məhkəmə tərəfindən müəyyən edilir ki, İddiaçı xx.xx.2005-ci il təvəllüdlüdür. Hazırda tələbədir. Bütün qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X32 Filialının xx.xx.2024-cü il tarixli, 3-17- 1/1B-258146/2024 saylı və xx.xx.2024-cü il tarixli, 3-17-1/1B-287127/2024 saylı qərarları ləğv edilməli, İddiaçı təyin edilmiş ailə başçısını itirməyə görə pensiyanın dayandırıldığı vaxtdan bərpa edilməsi və həmin vaxtdan ödənilməmiş pensiyanın məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi (sosial müavinət çıxılmaqla) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X32 Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X32 Filialının xx.xx.2024-cü il tarixli, 3- 17-1/1B-258146/2024 saylı və xx.xx.2024-cü il tarixli, 3-17-1/1B-258146/2024 3-17-1/1B- 287127/2024 saylı qərarları ləğv edilsin. İddiaçı təyin edilmiş ailə başçısını itirməyə görə pensiyanın dayandırıldığı vaxtdan bərpa edilməsi və həmin vaxtdan ödənilməmiş pensiyanın məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi (aldığı sosial müavinət çıxılmaqla) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X32 Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar