Məhkəmə qərarları › İş №2-1(120)-2789/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2789/2025

07.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2789/2025 07.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 07 iyul 2025-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1975-1977, 1981-1984-cü illərdə Puşkin rayonu X9ndə, 1981-ci ildə “Başazmeliorasiyasutikinti” İdarəsinin 55 saylı bufet-yeməkxanasında, 1985-2005-ci illərdə X8 Birliyində olan sığorta stajı, 1977-1979-cu illərdə hərbi xidmət dövrü nəzərə alınaraq, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyası təyinatı üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin taheliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı filialına müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Qanununa 7-ci maddəsinin tələblərinə əsasən yaşa görə əmək pensiyasının təyinatı üçün 25 il sığorta stajı tələb olunur. Onun 1975-2006-cı illər ərzində ümumilikdə 28 il sığorta stajı vardır. Bu dövrə İT-İ seriyalı ******* nömrəli əmək kitabçasına əsasən təsdiq edilən 1975-1977, 1981-1984-cü illərdə Puşkin rayonu X9ndə, 1981-ci ildə “Başazmeliorasiyasutikinti” İdarəsinin 55 saylı bufet-yeməkxanasında, 1985-2005-ci illərdə Masallı rayon X9ndə qeyd edilmiş sığorta stajı, 1977-1979-cu illərdə hərbi xidmət dövrü daxildir. 08 oktyabr 2010-cu il tarixdə 4027 saylı şəhadətnamə ilə qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyalarının rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı ilədək) əmək pensiyası hüquqlarının nəzərə alınması əmək kitabçasına əsasən müəyyən edilir. Bu səbəbdən Masallı rayon X9ndə bufetçi işlədiyi dövrdə müəssisə tərəfindən hər ay ona satış dövriyyəsinə əsasən haqq ödənildiyindən, plan öhdəliklərinə əsasən hesablanan əmək haqqı məbləğləri hər ay standart olmadığından və bu səbəbdən əmək haqları barədə arayış təqdim edə bilmədiyindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 Təyinatı üzrə Mərkəzi filialı tərəfindən xx.xx.2024-cü il tarixli, 3-17-1/2-H- 311395/2024 saylı məktubla ona əmək pensiyası təyin etməkdən imtina etmişdir, halbuki, həmin dövrlərdə işləməyi İT-İ seriyalı 0368G67 nörnrəli əmək kitabçasına əsasən təsdıq edilir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi məhkəməyə iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlü olduğunu bildirərək xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixdə ərizə ilə cavabdeh orqana yaşa görə əmək pensiyası təyin olunması üçün müraciət etmişdir. Mərkəzi Filial tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-1/2-H-311395/2024 nömrəli imtina məktubu ilə ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi iddiaçının təqdim etdiyi sənədlərə əsasən qanunvericiliklə tələb olunan sığorta stajının (25 il) olmadığı qeyd edilmişdir. Bundan narazı qalan iddiaçı Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda geyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixdən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Bildiririk ki, iddiaçı tərəfindən təqdim olunmuş sənədlərin surətlərində qeyd olunmuş məlumatlara əsasən iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət, xx.xx.1986-cı il tarixdən xx.xx.2006-cı il tarixədək Masallı rayon X7 Birliyində əmək fəaliyyəti göstərdiyi müddətdə iddiaçının adına əməkhaqqı hesablanan dövrlər də nəzərə alınmaqla cəmi sığorta stajı 17 il 4 ay 19 gün təşkil edir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təminatına imkan verən pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, iddiaçının ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququ yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bildiririk ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçıya xx.xx.2024-cü il tarixdən yaşa görə sosial müavinət təyin edilmiş, hazırda ödənişi 220 manat olmaqla davam etdirilir. Beləliklə, yuxarıda qeyd edilən əsaslara görə və qanunvericiliyin tələbləri baxımından İddiaçı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi X2 gəlmiş, İddiaçı isə gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Masallı Rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, AZE seriyalı, ******** nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, hazırki iş üzrə İddiaçı xx.xx.1959-cu il tarixdə Biləsuvar şəhərində doğulmuş və ünvan 3 ünvanında yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsi tərəfindən verilmiş 16 yanvar 2025-ci il tarixli, 3-43-44/2-15/2025 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək 2 il 1 ay 20 gün SSRİ Silahlı Qüvvələrinin tərkibində hərbi xidmətdə olmuşdur. İş materiallarında olan 03 fevral 1975-ci il tarixdə 1959-cu ildə doğulmuş İddiaçı adına tərtib və notarial qaydada təsdiq edilən ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 03 fevral 1975-ci il tarixli, 9 nömrəli əmrlə Puşkin (indiki Biləsuvar) rayonu X9ndə Mehmanxana nəzdində yeməkxanada təcrübəçi işinə təyin edilmiş, 09 mart 1976-cı il tarixli, 20 nömrəli əmrlə vəzifəsindən azad edilmiş və həmin müəssisədə 1 il 1 ay 6 gün, 26 may 1977-ci il tarixli, 43 nömrəli əmrlə “Şəhriyar” iaşə birliyində xörəkpaylayan vəzifəsinə təyin edilmiş, hərbi xidmətə getməsi ilə əlaqədar 25 oktyabr 1977-ci il tarixli, 100 nömrəli əmrlə işdən azad edilmiş və həmin müəssisədə 5 ay, xx.xx.1981-ci il tarixli, 96 nömrəli əmrlə Azərbaycan Meliorasiya Sutikinti İdarəsinin 55 nömrəli yeməkxanasında bufetçi vəzifəsinə qəbul olunmuş, xx.xx.1981-ci il tarixli 407 nömrəli əmrlə işdən azad edilmiş, həmin müəssisədə 6 ay, 18 sentyabr 1981-ci il tarixli, 85 nömrəli əmrlə Puşkin (indiki Biləsuvar) rayonu X9, Səmədabad pambıq məntəqəsi nəzdində bufetçi-çayçı vəzifəsinə təyin edilmiş, 08 fevral 1982-ci il tarixli, 14 nömrəli əmrlə “Kolxoz bazarı” nəzdindəki yeməkxanada çayçı vəzifəsinə, 30 may 1983-cü il tarixli, 50 nömrəli əmrlə Mehmanxana nəzdində yeməkxanada bufet müdiri-aşpaz vəzifəsinə keçirilmiş, 04 may 1984-cü il tarixli, 32 nömrəli əmrlə işdən azad edilmiş və həmin müəssisələrdə 2 il 7 ay 16 gün, xx.xx.1984-cü il tarixli, 103 nömrəli əmrlə Kalinovka kənd yeməkxanasına aşpaz təyin edilmiş, xx.xx.1984-cü il tarixli, 155 nömrəli əmrlə işdən azad edilmiş və həmin müəssisədə 3 ay 26 gün, xx.xx.1985-ci il tarixli, 19 nömrəli əmrlə X8 Birliyində bufet satıcısı vəzifəsinə təyin edilmiş, 28 oktyabr 1985-ci il tarixli, 163 nömrəli əmrlə vəzifəsindən azad edilmiş və həmin müəssisədə 8 ay 15 gün, 08 aprel 1986-cı il tarixli, 11 nömrəli əmrlə X8 Birliyinin 10№-li yeməkxanasında bufetçi vəzifəsinə təyin edilmiş, 01 avqust 2010-cu il tarixli, 07 nömrəli əmrlə vəzifəsindən azad edilmiş və həmin müəssisədə 24 il 3 ay 23 gün, xx.xx.2010-cu il tarixli, co/47 nömrəli əmrlə “Dünya Kriminalı” qəzetinin redaksiyasina işə qəbul edilmiş, xx.xx.2014-cü il tarixli, 547 nömrəli əmrlə işdən azad edilmiş və 3 il 11 ay 22 gün iş stajı toplamışdır. Beləliklə, iş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsi tərəfindən verilmiş 16 yanvar 2025-ci il tarixli, 3-43-44/2-15/2025 nömrəli arayışa və 03 fevral 1975-ci il tarixdə tərtib və notarial qaydada təsdiq edilən ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı hərbi xidmət (2 il 1 ay 20 gün) və əmək fəaliyyəti (33 il 11 ay 18 gün) illəri nəzərə alınmaqla xx.xx.2014-cü il tarixə ümumilikdə 36 il 1 ay 8 gün sosial sığorta stajına malik olmuşdur. İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2024-cü il tarixli 3-17-1/2-H-311395/2024 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hıssəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019- 2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyəıı edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək onun sığorta stajı 25 il, 2026cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyiniz sənədlərin surətlərındə qeyd olunmuş məlumatlara əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarıxinədək hərbi xidmətdə olduğunuz müddət və Masallı rayon X7 Birliyində xx.xx.1986-cı il tarixindən xx.xx.2006-cı il tarixinədək əmək fəaliyyəti dövrünüz zamanı adınıza əməkhaqqı hesablanan aylar da nəzərə alınmaqla cəmi sığorta stajınız 17 il 4 ay 19 gün təşkil edir. Həmçinin, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, ümumi sığorta stajınız qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hıssəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1- dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyiniz sənədlərin surətlərində qeyd olunmuş məlumatlara əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarıxinədək hərbi xidmətdə olduğunuz müddət və Masallı rayon X7 Birliyində xx.xx.1986-cı il tarixindən xx.xx.2006-cı il tarixinədək əmək fəaliyyəti dövrünüz zamanı adınıza əməkhaqqı hesablanan aylar da nəzərə alınmaqla cəmi sığorta stajınız 17 il 4 ay 19 gün təşkil edir. Həmçinin, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən 01.01,2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, ümumi sığorta stajınız qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinasının səbəbi olaraq onun ümumi sığorta stajının qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olması göstərilmişdir. Beləliklə, iş üzrə təqdim edilmiş sənədlərə əsasən xx.xx.1959-cu il tarixdə doğulmuş İddiaçı xx.xx.2024-cü il tarixdə 65 yaşı tamam olmuş, həmin vaxta hərbi xidmət və əmək fəaliyyəti illəri nəzərə alınmaqla ümumilikdə 36 il 1 ay 8 gün sosial sığorta stajına malik olmuş, iddiaçı ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin cavabdeh iddiaçıya yaşa görə əmək pensiyası təyinatından imtina etmiş, buna səbəb kimi tələb olunan staja (25 il) və kapitala malik olmamasını, bəzi illər üzrə işlədiyi X7ində adına əmək haqqının hesablanmamasını, həmin dövrləri iddiaçının sığorta stajına daxil edilməsinin mümkün hesab edilməməsini bildirərək, ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. Məhkəmə İddiaçı yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilməsi üçün cavabdeh təşkilatın gətirdiyi dəlilləri əsassız hesab edir. Belə ki, cavabdeh inzibati orqanın imtinasından və iddiaya qarşı etirazından görünür ki, iddiaçının ümumi sosial sığorta stajı hesablanarkən yalnız hərbi xidmət illəri (2 il 1 ay 20 gün) və Masallı şəhər X9ndə xx.xx.1986-xx.xx.2006-cı illəri əhatə edən əmək fəaliyyəti dövrünə qiymət verilmiş, bu zaman adına əməkhaqqı hesablanan aylar nəzərə alınmaqla cəmi sığorta stajı 17 il 4 ay 19 gün müəyyən edilmişdir. Lakin İddiaçı 03 fevral 1975-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasında əksini tapmış Biləsuvar rayon X9ndə işlədiyi xx.xx.1975 – 09.031976-cı il, xx.xx.1977 – xx.xx.1977-ci il, xx.xx.1981 xx.xx.1981-ci il, xx.xx.1981 – xx.xx.1984-cü il, xx.xx.1984 - xx.xx.1984-cü il dövrlərdə topladığı 4 il 11 ay 18 gün, Masallı şəhər X9ndə işlədiyi xx.xx.1985 – xx.xx.1985-ci il və xx.xx.2006 - xx.xx.2010-cu il dövrlərdə topladığı 5 il 3 ay 15 gün olmaqla, cəmi 10 il 3 ay 3 gün sığorta stajı araşdırılmadan nəzərə alınmamışdır. Həmçinin, iddiaçının xx.xx.2010-cu il tarixdən xx.xx.2014-cü il tarixədək “Dünya Kriminalı” qəzetinin redaksiyasinda işlədiyi və topladığı 3 il 11 ay 22 gün iş stajına qiymət verilməmişdir. Halbuki, İddiaçı adına tərtib və notarial qaydada təsdiq edilən ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, Biləsuvar rayon X9ndə və Masallı şəhər X9ndə yuxarıda sadalanan dövrlərdə işlədiyi həmin müəssisələrin səlahiyyətli şəxslərinin imzaları və möhürləri ilə təsdiq olunmuşdur. Beləliklə, İddiaçı “Dünya Kriminalı” qəzetinin redaksiyasinda işlədiyi və topladığı 3 il 11 ay 22 gün iş stajı nəzərə alınmadan belə, hərbi xidmət illəri (2 il 1 ay 20 gün), Biləsuvar rayon X9ndə və Masallı şəhər X9ndəki əmək fəaliyyəti illəri (32 il 1 ay 16 gün) nəzərə alınmaqla ümumilikdə 34 il 3 ay 6 gün sosial sığorta stajına malik olması iş materialları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Həmçinin, “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Bununla bağlı Ali Məhkəmənin qərarlarında formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sənədlərin arxivdə olmadığına görə əldə edilməməsi və ya qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Məhkəmə tərkibi həmçinin qeyd etmişdir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi həm də ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Digər tərəfdən isə məhkəmə tərkibi qeyd edir ki, cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı və ya müəssisə tərəfindən verilmiş əmək fəaliyyətini təsdiq edən digər sənəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. Məhkəmə hesab edir ki, İddiaçı Biləsuvar rayon X9ndə və Masallı şəhər X9ndə, eləcə də “Dünya Kriminalı” qəzetinin redaksiyasinda işlədiyi dövrlərdə həmin müəssisələrin əmək haqqı cədvəllərində adına əmək haqqının hesablanmaması iddiaçının təqsiri ilə bağlı hal kimi qiymətləndirilə bilməz və bunun məsuliyyətinin onun üzərinə qoyulması qanunvericiliyin tələblərinə ziddir. Belə ki, adları çəkilən təşkilatlar dövlət müəssisələri olmaqla iddiaçının həmin dövrlərdə işləməsi faktını onun adına tərtib olunmuş əmək kitabçasında müvafiq imza və möhürlərlə təsdiq etmişlər. Bundan başqa iş materiallarından görünür ki, İddiaçı müraciətinə əsasən cavabdeh inzibati orqan tərəfindən ona yaşa görə əmək pensiyası təyin edilməli olduğu halda, ona yaşa görə müavinət təyin olunmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtina dəlilləri qanunsuz, iddiaçının ona yaşa görə əmək pensiyası təyinatının aparılması tələbi isə əsaslı olduğundan iddiaçının tələbi üzrə cavabdeh inzibati orqanın üzərinə öhdəlik qoyulmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd olunduğu kimi, xx.xx.1959-cu ildə doğulmuş İddiaçı xx.xx.2024-cü il tarixdə 65 yaşı tamam olmuş, əmək kitabçasına və hərbi biletinə əsasən o, yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi minimum 25 il sığorta stajını toplamış və onun yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar