Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-279/2020 28.01.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı (Beyləqan şəhəri, M.F.Axundov küçəsi, ev 2-də yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinə qarşı keçmiş X3 və Bərpası Müəssisəsindən işlədiyi müddət, yəni 1986-2001-ci illər üçün istifadə etmədiyi əmək məzuniyyətlərinə görə alacağı 6255,81 manat məbləğində kompensasiyanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, keçmiş X3 və Bərpası Müəssisəsindən işlədiyi müddət, yəni 1986-2001-ci illər üçün istifadə etmədiyi əmək məzuniyyətlərinə görə alacağı 6255,81 manat məbləğində kompensasiyanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsindən göründüyü kimi İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinə qarşı keçmiş X3 və Bərpası Müəssisəsindən işlədiyi müddət, yəni 1986-2001-ci illər üçün istifadə etmədiyi əmək məzuniyyətlərinə görə alacağı 6255,81 manat məbləğində kompensasiyanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia qaldırmışdır. İş materiallarında olan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 27.12.2016-cı il tarixli, 2-1(086)-2860/2016 nömrəli qərardadının təqsdiq edilmiş surətindən görünür ki, İddiaçı cavabdeh X3 və Bərpası Müəssisəsinə və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı 1986-2001-ci illər üçün istifadə etmədiyi əmək məzuniyyətlərinə görə 6255,81 manat kompensasiyanın ödənilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Həmin qərardad qanuni qüvvəsini almışdır. Qərardadda qeyd olunmuşdur ki, cavabdehlərdən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi inzibati orqan statusuna malik olsa da, hazırki iddia ərizəsi üzrə tərəflər arasında olan münasibətlər inzibati sahədə (publik) deyil, mülki hüquq sahəsində (əmək məzuniyyətdən istifadə edilməməsi ilə bağlı kompensasiyanın ödənilməsi ilə bağlı) yaranmışdır ki, burada da onlar mülki hüququn bərabər hüquqlu subyektləridirlər. Bu səbəbdən də həmin şəxslər arasında qeyd edilən mülki münasibətlərə inzibati mübahisə kimi inzibati-iqtisadi məhkəmələrdə baxıla bilməz. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı X3 və Bərpası Müəssisəsinə qarşı mülki-hüquqi tələblə aidiyyəti üzrə müvafiq rayon (şəhər) məhkəməsinə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə qeyd edir ki, İddiaçı ilə cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair 27.12.2016-cı il tarixli, 2-1(086)-2860/2016 nömrəli qanuni qüvvəyə minmiş məhkəmə qərardadı mövcuddur. Belə olan halda, məhkəmə hesab edir ki, hazırki iddia tələbinə yenidən inzibati icraat qaydasında baxılması mümkünsüzdür. Əlavə olaraq məhkəmə qeyd edir ki, iddiaçı Əmirov X2 Meşə Mühafizəsi və Bərpası Müəssisəsində dövlət qulluqçusu kimi deyil, əmək müqaviləsi əsasında işlədiyindən, yəni onunla cavabdeh arasındakı mübahisə inzibati mübahisədən deyil, əmək münasibətlərindən irəli gəldiyindən hazırki iddia tələbinə inzibati mübahisə kimi inzibati məhkəmədə baxıla bilməz. İddiaçının hazırki tələblə aidiyyəti üzrə müvafiq rayon (şəhər) məhkəməsinə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İddiaçıya 26 noyabr 2019-cu il tarixli, 2-1(086)-2729/2019 nömrəli məktubla iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı yardım edilsə də, iddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinə qarşı keçmiş X3 və Bərpası Müəssisəsindən işlədiyi müddət, yəni 1986-2001-ci illər üçün istifadə etmədiyi əmək məzuniyyətlərinə görə alacağı 6255,81 manat məbləğində kompensasiyanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-279/2020
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-279/2020
28.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver