Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-279/2023 23.05.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X6, İddiaçı nümayəndəsi X8, cavabdeh Neftçala rayonu X5 nümayəndəsi X4, üçüncü şəxs X14 iştirakı ilə, İddiaçı cavabdeh Neftçala rayonu X3rşı “Neftçala rayonu X5 10 dekabr 2021-ci il tarixli, 22 saylı icalasında müzakirə olunmuş 01 saylı qərarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Neftçala rayonu X3rşı “Neftçala rayonu X5 10 dekabr 2021-ci il tarixli, 22 saylı icalasında müzakirə olunmuş 01 saylı qərarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsi xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X19 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Neftçala Rayonu, X5 10 dekabr 2021-ci il tarixli, 22 saylı iclasında müzakirə olunmuş 01 məsələ üzrə qəbul edilmiş 01 ədəd akta inzibati nəzarət qaydasında baxılarkən sözügedən 01 aktın qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edildiyi aşkar olunmuşdur. Belə ki, yuxarıda qeyd olunan bələdiyyə aktına inzibati nəzarət qaydasında baxılarkən müəyyən olunmuşdur ki, X5 mülkiyyətinə aid 3,85 ha və 20,9 ha əkinə yararlı torpaq sahələrindən qanunvericiliyin tələblərinə uyğun qaydada torpaq hərracı və ya müsabiqəsi keçirilmədən müvəqqəti olaraq istifadəsinin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunanlara əsasən Neftçala Rayonu, X5 10 dekabr 2021 -ci il tarixli, 22 saylı iclasında müzakirə olunmuş 01 saylı qərarlarının ləğv olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçının nümayəndəsi X16 iddianı müdafiə etdiyini bildirərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 qeyd edilən mübahisəli torpaq sahəsinin hal hazırda üçüncü şəxsin istifadəsində olduğunu, mübahisə ilə bağlı etirazlarının olmadığını və yekun nəticənin məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X19 iddia tələbini qəbul etmədiklərini bildirərək iddianın təmin edilməməsini xahiş etdi. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-ci maddələri). İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında qanunun tələblərinə zidd olan inzibati aktların (qərarların) ləğv edilməsini tələb edir. İnzibati Prosessual Məcəllənin 2.2.8-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına baxılır. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslıdır. Belə ki, cavabdeh Neftçala rayonu X5 xx.xx.2021-ci il tarixli, 22 nömrəli iclasında qəbul edilmiş mübahisələndirilən 01 saylı qərarı qanunazidd olduğu üçün iddiaçı həmin qərarların ləğv edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Torpaq müsabiqə və Hərraclarının təşkilatçısı ilə torpaq sahələrinin satıcıları arasında Torpaq Müsabiqəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X17 Ərazi Torpaq müsabiqə və hərrac komissiyasının xx.xx.2021-ci il tarixli X1 ilə Satıcı Neftçala rayonu X5 X2 arasında bağlanmış Torpaq Müsabiqə müqaviləsindən görünür ki, Neftçala rayonu X5 mülkiyyətində olan 3.85 ha torpaq sahəsi müsabiqə yolu ilə hərraca çıxarılmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X17 Ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqə və hərracının nəticələri barədə xx.xx.2021-ci il tarixli iclas protokolunun surətindən görünür ki, hərracda iştirak edən 4 şəxsdən yəni X15, X11, X22 və X12 ibarət hərrac iştirakçılarından hərraca çıxarılmış Neftçala rayonu Aşağı Qaramanlı kəndi ərazisindən bələdiyyə mülkiyyətinə aid 3.85 ha torpaq sahəsi üçün ən yüksək təklif vermiş X19 hər il üçün 350 manat ödəməklə 49 il müddətinə icarəyə verilməsinə dair müsabiqənin qalibi hesab olunmuşdur. İşdə olan Neftçala rayonu X5 xx.xx.2021-ci il tarixli 22 nömrəli onlayn iclas protokolundan görünür ki, Neftçala rayonu X5 mülkiyyətinə aid olan 3.85 ha və 20.09 ha əkinə yaralı torpaq sahəsindən istifadə müvəqqəti olaraq davam etdirilmiş və qərarın icrası bələdiyyə sədrinə həvalə edilmişdir. İşdə olan İddiaçı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı rəisi Nizami Hüseynov tərəfindən Neftçala rayonu X5 xx.xx.2021-ci il tarixli 22 saylı iclasında 01 məsələ üzrə qəbul edilmiş 01 ədəd aktın ləğv olunması təklif edilmişdir. İşdə olan Neftçala rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(053)-582/2021 nömrəli qətnaməsindən görünür ki, X14 cavabdeh Neftçala rayonu X3rşı Neftçala rayonu X5 üzərinə icarə müqaviləsi bağlamaq öhdəliyinin qoyulması, şəhadətnamədə ötürülmüş müddətin üzürlü hesab edilməsi və dəymiş maddi və ziyanın ödənilməsi tələbinə dair mülki işi üzrə iddia tələbi Neftçala rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(053)-582/2021 nömrəli qətnaməsi ilə təmin edilmişdir. İşdə olan Neftçala rayonu Aşağı Qaramanlı bələdiyyə sədri X9 xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək tələbdə qeyd edilən Neftçala rayonu X5 xx.xx.2021-ci il tarixli 22 nömrəli onlayn iclas protokoluna əsasən verilmiş qərarın ləğv edilməsinə etiraz etmədiklərini və gələcəkdə mübahisələndirməyəcəklərini bildirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X17 Ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqə və hərracının nəticələri barədə xx.xx.2021-ci il tarixli iclas protokolu ilə hərracda iştirak edən 4 şəxsdən yəni X15, X11, X22 və X12 ibarət iştirakçılarla hərraca çıxarılmış Neftçala rayonu Aşağı Qaramanlı kəndi ərazisindən bələdiyyə mülkiyyətinə aid 3.85 ha torpaq sahəsi üçün ən yüksək təklif vermiş X19 hər il üçün 350 manat ödəməklə 49 il müddətinə icarəyə verilməsinə dair müsabiqənin qalibi hesab olunmuşdur. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: «Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında» Azərbaycan Respublikası Qanununun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş əsas üzrə inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə bələdiyyələr qəbul etdikləri normativ aktların, dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin istifadəsi barədə aktların, bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktların, birdəfəlik yerli vergilərin və rüsumların tətbiqi barədə aktların, yerli rəy sorğusunun nəticələrini əks etdirən qərarların, bələdiyyələr üçün xərclər və maliyyə öhdəlikləri doğuran aktların, bələdiyyələrin birləşməsi və ayrılması ilə bağlı keçirilmiş yığıncağın (yığıncaqların) nəticələrinin rəsmiləşdirilməsinə dair qərarların, qanunçuluq prinsiplərinə riayət olunmasının təmin edilməsi ilə bağlı bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın təklif və tövsiyələrinin bələdiyyələrin iclaslarında müzakirəsi barədə qərarların bir surətini həmin aktların qəbul edildiyi andan 15 gündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. İnzibati nəzarəti həyata keçirən orqan müraciətin araşdırılması nəticəsində bələdiyyənin fəaliyyətinin qanuna zidd olduğunu aşkar etdikdə, həmin fəaliyyətin 15 gün müddətində dayandırılması və vurulmuş ziyanın aradan qaldırılması barədə müvafiq bələdiyyəyə müraciət edir. İnzibati nəzarəti həyata keçirən orqan bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda və ya daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın 15 gün ərzində dəyişdirilməsi və ya ləğv edilməsi barədə müvafiq bələdiyyəyə müraciət edir. İnzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3 və 8.4-cü maddələrində müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, 15 gün ərzində məhkəməyə müraciət edir. Məhkəməyə müraciət edilməsi barədə müvafiq bələdiyyəyə dərhal məlumat verilməlidir («Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında» Azərbaycan Respublikası Qanunu maddə 1, 3.1, 5.0.1, 6.0, 8.3, 8.4, 8.5). Məhkəmə qeyd edir ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət - bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) riayət edilməsinin təmin olunması, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının aradan qaldırılması məqsədi ilə həyata keçirilən fəaliyyətdir. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Bələdiyyələrin normativ aktlarının və bu Qanununun 6-cı maddəsində nəzərdə tutulmuş aktların bu Qanunun 1-ci maddəsində göstərilən normativ hüquqi aktlara zidd olması barədə kifayət qədər əsas olduqda İnzibati nəzarət icraatının başlanması üçün əsas olur. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 23-cü maddəsində göstərilir ki, torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətində verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətlər, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti (qiyməti) torpağın normativ qiymətindən az olmamaq şərtilə bazar qiyməti nəzərə alınmaqla bələdiyyələr tərəfindən müəyyən edilir. Məhkəmə, qanunvericiliyin yuxarıda təhlil olunmuş normalarına əsaslanaraq hesab edir ki, hazırki mübahisə predmeti olan qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə əməl edilməmiş (qərar qəbul edilərkən bazar qiyməti nəzərə alınmamış) və onun mübahisə ilə bağlı fəaliyyəti qanuna zidd olmuşdur. Cavabdeh bunun əksini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmiş və həmin sənədlərin mövcud olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Beləliklə, şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında qanunun tələblərinə riayət etmədiyindən iddia tələbi təmin edilməli və mübahisə predmeti olan qərarlar ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.8-ci maddəsinə əsasən, bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İnzibati Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 68, 69 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Neftçala rayonu X5 xx.xx.2021-ci il tarixli 22 saylı iclasında 01 müzakirə olunmuş 01 saylı qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-279/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-279/2023
23.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver