Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-279/2025 11.06.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi X7, Üçüncü şəxs X1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı “xx.xx.2020-ci il tarixli, 109 saylı sərəncamın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə işə Şirvan şəhərində məhkəmənin inzibati binasında hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi, Təsviri hissə: İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı “xx.xx.2020-ci il tarixli, 109 saylı sərəncamın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş hesab edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 14 may 2024-cü il tarixli, 2-1(120)-696/2024 nömrəli qərardadı ilə X1 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-696/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixli, 4/1563-5/1229 nömrəli ekspert rəyi verilərək, qeyd olunan inzibati iş Şirvan İnzibati Məhkəməsinə qayrarılmışdır. İddiaçının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN **********) iddiaçılar da daxil olmaqla bir neçə səhmdar tərəfindən 1999-cu ildə təsis edilib. Adıçəkilən ASC-nin səhmlərinin 13,1213 %-i iddiaçı, fiziki şəxs İddiaçı1, 0.4986 %-i fiziki şəxs İddiaçı2 və 0,4986%-i fiziki şəxs İddiaçı3 məxsusdur. ASC-nin səhmlərinin qalan hissəsi isə digər 10 ( on ) nəfər səhmdara məxsusdur. Səhmdar cəmiyyətin əsas məqsədi mənfəət əldə etməkdən ibarətdir. Cəmiyyətin əsas fəaliyyət növü Salyan şəhər daxili, Salyan şəhərindən Salyan rayonun kəndlərinə, respublikanın digər rayon və şəhərlərinə sərnişin daşıma xidmətlərini həyata keçirmək, ASC-nin ünvan 1 ünvanında inşa etdiyi 70-ə yaxın qeyri-yaşayış sahəsini müxtəlif növ kommersiya fəaliyyətini həyata keçirən sahibkarlara icarə vermək olsa da, ASC, qanunvericiliklə qadağan edilməyən digər kommersiya xarakterli çoxsaylı fəaliyyət ( əsasən xidmət) növləri ilə məşğul olur. "xxxx" ASC ilə iddiaçılar arasında olan kommersiya münasibətləri üzrə məhkəmə mübahisəsi zamanı Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsindən əldə etdiyi vergi sənədlərindən məlum olur ki, Salyan şəhərində fəaliyyət göstərən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ərazisində adıçəkilən ASC tərəfindən inşa edilmiş ümumi sahəsi 1708,0 (bir min yeddi yüz səkkiz) kv.metr qeyri-yaşayış obyektlərinin ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan X2 adına rəsmiləşdirilməsi cavabdeh tərəfindən 109 saylı, xx.xx.2020-ci il tarixli Sərəncam verilmişdir. X5 "xxxx" ASC-ni ən azı 11 səhmdarından (təsisçisindən) biridir. ASC-nin Nizamnaməsinə əsasən bu qurum kollektiv idarəetmə strukturudur. ASC-yə məxsus ərazidə inşa edilmiş qeyri-yaşayış obyetkləri təsisçilərin hamısının vəsaiti hesabına inşa edilmişdir. ASC-nin əmlakı, o cümlədən həmin 1708,0 (bir min yeddi yüz səkkiz) kv. metr qeyri-yaşayış sahəsi üzərində sərəncam verilməsi ölkə qanunvericiliyinə və ASC-nin Nizamnaməsinə əsasən təsisçilərin iradəsindən asılıdır. Odur ki, Cavabdeh Başçısının 109 saylı, xx.xx.2020-ci il tarixli Sərəncamını qanunvericiliyə zidd hesab edərək, həmin Sərəncamın ləğv edilməsi barədə Qərar qəbul edilməsi xahişi ilə adıçəkilən İcra qurumuna cari ilin fevral ayının əvvəllərində etdiyi müraciətə heç bir cavab verilməmişdir. Ona görə də Cavabdeh Başçısının 109 saylı, xx.xx.2020-ci il tarixli Sərəncamı məhkəmə yolu ilə qanunsuz hesab edilərək, ləğv edilməlidir. Beləliklə, yuxarıdakı xüsusatları və İPM-nin 2.2.2, 33, 34.1, 34.2, 73, MPM-nın 4.1-ci maddəsinin tələblərini rəhbər tutaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ərazisində inşa edilmiş ümumi sahəsi 1708,0 (bir min yeddi yüz səkkiz) kv.metr qeyri-yaşayış obyektlərinin ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan X2 adına rəsmiləşdirilməsi barədə Cavabdeh Başçısı tərəfindən verilmiş 109 saylı, xx.xx.2020-ci il tarixli Sərəncamının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Cavabdehnə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə Cavabdeh nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi X10 hazırkı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X6 hazırkı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçının hazırkı iddia tələbinin əsası ondan ibarətdir ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, 109 saylı sərəncamının ləğv edilməsini məhkəmədən xahiş edir. Daha sonra iddiaçıların nümayəndəsi məhkəməyə xx.xx.2024-cü il tarixli vəsatət göndərərək, "xxxx" ASC-nin 25 iyun 2015-ci il tarixli protokolunun iddiaçılar tərəfindən imzalanmadığını bildirərək xətsünaslıq ekspertizasının təyin edilməsini məhkəmədən xahiş etmişdirlər. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-696/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixli, 4/1563-5/1229 nömrəli ekspert rəyi verilərək, qeyd olunan inzibati iş Şirvan İnzibati Məhkəməsinə qayrarılmışdır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/1563-5/1229 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir: 1) Ekspertizaya təqdim edilmiş,"xxxx" Açıq Səhmdar Cəmiyyətinin Səhmdarların ümumi yığıncağının 25 iyun 2015-ci il tarixli protokolunun sonunda “İddiaçı2” yazılarının qarşısındakı imza-İddiaçı2 tərəfindən icra olunmuşdur. 2) Ekspertizaya təqdim edilmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Səhmdarların ümumi yığıncağının 25 iyun 2015-ci il tarixli protokolunun sonunda “İddiaçı3” və “İddiaçı3” yazılarının qarşısındakı imzalar-İddiaçı3 tərəfindən icra olunmuşdur. 3) Ekspertizaya təqdim edilmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Səhmdarların ümumi yığıncağının 25 iyun 2015-ci il tarixli protokolunun sonunda “X10 etibarnamə İddiaçı1” yazılarının qarşısındakı imza – X10 tərəfindən icra olunmuşdur. Tədqiqata təqdim edilmiş 25 iyun 2015-ci il tarixli Protokolun son vərəqində olan imzalar hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa qələm vasitəsilə icra edilmişdirlər. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarının 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 1.3-cü bəndində qeyd edilir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Göründüyü kimi iddianın mahiyyəti üzrə baxılması üçün iddianın mümkün olması vacib şərtdir. İddianın mümkünlük məsələsi yoxlanılarkən diqqət yetirilməli vacib məsələrdən biri də iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Bundan əlavə iş materiallarında olan "xxxx" ASC-nin 25 iyun 2015-ci il tarixli protokolundan görünür ki, "xxxx" ASC-nin ərazisində inşa edilmiş 1708,0 kv.m ölçüdə qeyri-yaşayış obyektlərinin X1 adına rəsmiləşdirilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli, 109-s saylı sərəncamından görünür ki, "xxxx" ASC-nin ərazisində inşa edilmiş 1708,0 kv.m ölçüdə qeyri-yaşayış obyektlərinin X1 adına rəsmiləşdirilməsi X1 adına rəsmiləşdirilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Cavabdehnə göndərdiyi xx.xx.2020-ci il tarixli, 26 nömrəli məktubundan görünür ki, "xxxx" ASC-yə məxsus ərazidə inşa edilmiş mağaza və köşklərin X1 adına rəsmiləşdirilməsinə etiraz etməmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçılar 25 iyun 2015-ci il tarixdə "xxxx" ASC-nin səhmdarlarının ümumi yığıncağında iştirak etmiş, həmin iclasda "xxxx" ASC-nin ərazisində inşa edilmiş 1708,0 kv.m ölçüdə qeyri-yaşayış obyektlərinin X1 adına rəsmiləşdirilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarla müəyyən edilir ki, cəmiyyətin səhmdarlarının sayı 11 (on bir) olmuş, səhmlərin 82,4 % X3 məxsus olmuş, 2014-cü ilin maliyyə vəziyyəti qismən qənaətbəxş hesab edilmiş, 4600 manat vəsaitin divident olaraq bölüşdürülmüş, alınacaq borc 6 (altı) ay müddətində geri qaytarılacağı təqdirdə "xxxx" ASC-nin istifadəsində olan 1.22928 ha torpaq sahəsi səhmdar X1 adına rəsmiləşdirilməsi təmin edilmişdir. Həmin qərar qəbul edilərkən, iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 etibarnamə əsasında X10 iclasda təmsil etmiş, onların iştirakı ilə iclas keçirilmiş və imzaları ilə qərarı təsdiq etmişdirlər. Daha sonra Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli, 109-s saylı sərəncamı ilə "xxxx" ASC-nin ərazisində inşa edilmiş 1708,0 kv.m ölçüdə qeyri-yaşayış obyektlərinin X1 adına rəsmiləşdirilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçılar səmlərin 82,4% hissəsi üçüncü şəxs X3 məxsus olduğu halda Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli, 109-s saylı sərəncamını bütövlükdə mübahisələndirmiş, bundan başqa xx.xx.2015-ci il tarixdə "xxxx" ASC-nin özəlləşdirilməsinə razılıq verdikləri halda həmin sərəncamın onların hansı sübyektiv hüququna toxunduğunu və onlara həmin sərncam hansı tarixdən məlum olmasına dair sübutlarını məhkəməyə təqdim etməmişlər və məhkəmə araşdırması zamanı da belə bir sübutlar aşkar edilməmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 6.1-ci maddəsində qeyd olunur ki, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktdan məlumatlı olduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd edilən məsələlərlə bağlı iddiaçıya məhkəmə iclasında şifahi qaydada iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqları izah olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdehnə hazırkı iddia tələbi üzrə, sərəncamın ləğv edilməsi barədə subyektiv hüququ olmamış və iddia müddətini ötürmüşdür. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir: “qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilibedilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2020-ci il tarixli 2-1(102)-1712/20 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Həmçinin məhkəmənin gəldiyi hüquqi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019-cu il 3 nömrəli bülletenində (11-ci səhvənin sonuncu abzası) öz əksini tapmış hüquqi mövqe ilə eynidir. Həmin bülletendə qeyd olunmuşdur ki: “İnzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır”. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. Məhkəmə qeyd edir ki, hər hansı bir subyektiv hüququn mövcudluğu mütləq normativ hüquqi aktlara əsaslanmalıdır. Subyektiv hüquq konstitusiyadan, digər ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gələ bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Yəni, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Məhkəmə hazırkı iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. İddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı xx.xx.2025-cü il tarixli, 2-1(120)- 279/2025 nömrəli hüquqi yardım məktubu göndərilsə də, o, hüquqi yardım məktubuna münasibət bildirməmiş və iddia tələbini dəqiqləşdirməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2021-ci il tarixli 2-1(102)-412/2021 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə iddianın mümkün sayılmaması ilə bağlı əsasların olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdehnə qarşı “xx.xx.2020ci il tarixli, 109 saylı sərəncamın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılmış tətqiqatın dəyərləri 126 (yüz iyirmi altı) manatdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən prosessual xərclər iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 tutulmalıdır. İş üzrə digər prosessual xərclər yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 46.3, 50 və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdehnə qarşı “xx.xx.2020-ci il tarixli, 109 saylı sərəncamın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmasın. İş üzrə təyin edilmiş sənədlərin məhkəmə texniki ekspertizasının keçirilməsinə görə 126 (bir yüz iyirmi altı) manat ekspertiza tədqiqatının dəyəri iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X4, kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22. Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvani küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-279/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-279/2025
11.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver