Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2791/2024 01.05.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Sərancamın ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və həmin illər üzrə əmək məzuniyyətindən istifadə etməyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına 01 may 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh başçısının onun işdən çıxarılmasına dair 17 noyabr 2020-ci il tarixli, 147 nömrəli Sərəncamının ləğv edilməsi və onun həmin illərdə əvvəlki işinə, yəni Cavabdeh başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində baş məsləhətçisi vəzifəsinə bərpa edilməyi, eyni zamanda məcburi işburaxmaya görə bütün ödənişlərinin verilməsi və həmin illər üzrə əmək məzuniyyətindən istifadə etməyinin cavabbdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü madəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, 2012-ci iln noyabr ayının 16-dan 2018-ci ilin oktyabr ayının 03-nə kimi olan dövrdə Cavabdeh başçısı aparatında Sosialiqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində aparıcı məsləhətçisi vəzifəsində, 2018-ci ilin oktyabr ayının 03-dən 2020-ci ilin noyabr ayının 17-nə kimi olan dövrdə müxtəlif vəzifələrdə işləmişdir. 2020-ci ilin noyabr ayının 17-nə kimi olan dövrdə həmin şöbədə baş məsləhətçi vəzifəsində işləmişdir. 2020-ci ilin avqust ayının 24-dən Faiq Qürbətov Cavabdeh başçısı təyin olundu və az bir müddətdən sonra ondan tələb etdi ki, işdən çıxma ilə bağlı ərizə yazsın. O, isə bildirdi ki, işdən çıxma ilə bağlı ərizə yazmayacaq. Bir müddət bununla bağlı mübahisələri oldu. 2020-ci ilin noyabr ayının ortalarında Cavabdeh başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elşən Astanov ona bildirdi ki, “işə gəlmə səni işdən öz ərizənə əsasən azad etmişik və 1 ilə sənə iş veriləcəkdir”. O, isə onlara inanmadı və dəfələrlə İcra Hakimiyyətinə getsə də bildirdilər ki, bu gün, sabah sənə iş veriləcəkdir. Sonradan o, başa düşdü ki, onlar onu aldadırlar. Buna görə müxtəlif instansiyalara müxtəlif vaxtlarda şikayətlər etmişdir. Sonda Biləsuvar rayon prokurorlluğu şikayətini araşdırdı. 12 dekabr 2023-cü il tarixli Biləsuvar rayon prokurorluğunun qərarından görünür ki, onun əvəzinə onun adından ərizə yazılaraq şəxsi işinə əlavə ediblər ki, guya o, öz xahişilə işdən çıxarılmışdır. Təyin olunmuş məhkəmə xətşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 4/1814 saylı rəyinə əsasən müəyyən olmuşdur ki, onun adından yazılan ərizədəki imza ona aid deyil. Buna görə də hesab edir ki, onu qanunsuz işdən çıxarmışlar. Cavabdeh təşkilata onun işinə bərpa etməyilə bağlı müraciətinə isə rədd cavabı verilmişdir. Cavabdeh təşkilatın imtinasını əsassız və qanunsuz hesab edir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, İddiaçı tərəfindən iddia ərizəsində qeyd edilmiş Cavabdeh rəhbərliyi tərəfindən işdən çıxma barədə ərizə yazması tələbi, Cavabdeh başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elşən Astanov tərəfindən ”işə gəlmə səni işdən öz ərizənə əsasən azad etmişik və 1 ilə sənə iş veriləcəkdir. İcra Hakimiyyətinə getsəm də, bildirdilər ki, bu gün, sabah sənə iş veriləcəkdir” fikirləri həqiqətə uyğun deyildir. Şər və böhtandır. İddiaçı işdən çıxması ilə bağlı hər hansı bir təzyiq, hədəqorxu olmamış və onunla tərəflərindən belə bir söhbət aparılmamışdır. 17 noyabr 2020-ci il tarixdə işdən azad olunduqdan sonra onun 2023-cü ilin iyul ayına kimi Cavabdehnə heç bir müraciəti olmamışdır. Bildirirlər ki, iddiaçı Məmmədov X2 Rayon İcra Hakimiyyəti başçısınm 09 sentyabr 2014-cü il tarixli, 204 nömrəli sərəncamı ilə daimi dövlət qulluğuna götürülmüş və Cavabdeh başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş aparıcı məsləhətçisi vəzifəsinə təyin edilmişdir. Həmçinin Cavabdeh başçısının 03 oktyabr 2018-ci il tarixli, 276 nömrəli sərəncamı ilə Cavabdeh başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçi vəzifəsindən azad edilərək həmin şöbədə Baş məsləhətçi vəzifəsinə təyin edilmişdir. İddiaçı 17 noyabr 2020-ci il tarixdə Cavabdeh başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin Baş məsləhətçisi vəzifəsindən verdiyi ərizəsinə əsasən tutduğu vəzifədən azad olunmuşdur. Məlumat üçün bildirirlər ki, Cavabdeh başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin Baş məsləhətçisi vəzifəsində işləyərkən işində nöqsanlara yol verdiyinə görə Cavabdeh sabiq başçısı Mahir Quliyevin 16 oktyabr 2019-cu il tarixli, 147 nömrəli sərəncamı ilə şiddətli töhmət verilmişdir. Verilmiş intizam tənbehindən sonra yenidən İddiaçı rəhbərin öz səlahiyyətləri hüdudunda verilən şifahi tapşırığını yerinə yetirmədiyinə, dövlət qulluğu vəzifələrinin icrası ilə bağlı bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verdiyinə və qanunvericilikdə dövlət qulluğu ilə bağlı nəzərdə tutulmuş məhdudiyyətlərə əməl etmədiyinə görə “X4 X5” və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.2, 18.0.4 və 25.2.1-ci maddələrinə uyğun olaraq barəsində intizam tənbehi tətbiq edilməklə ona Cavabdeh başçısının 04 noyabr 2020-ci il tarixli, 142 nömrəli sərəncamı ilə töhmət verilmişdir. Qeyd edirlər ki, həmin məsələ ilə bağlı İddiaçıla yanaşı şöbənin digər iki işçisi Kamal Şahbazov və İlqar Abbasov barəsində də intizam tənbehi tətbiq edilmiş və onlara da töhmət verilmişdir. Verilmiş intizam tənbehindən nəticə çıxararaq işlərində dönüş yaratmaq əvəzinə İddiaçı xx.xx.2020-ci il tarixdən işdən azad olunması barədə 17 noyabr 2020-ci il tarixli ərizə ilə Rayon İcra Hakimiyyəti başçısına müraciət etmişdir. İddiaçı ərizəsi nəzərə alınmış və Cavabdeh başçısının 17 noyabr 2020ci il tarixli, 147 nömrəli sərəncamı ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən Cavabdeh başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin Baş məsləhətçisi vəzifəsindən azad edilmiş və son haqq-hesab ödənilməklə əmək kitabçası və işdən çıxma sərəncamının surəti müəyyən olunmuş müddət ərzində İddiaçı verilmişdir. İddiaçı işdən azad olunmasından 2 il 7 ay keçdikdən sonra, yəni 2023-cü ilin iyul ayından başlayaraq qərəzli və məqsədli şəkildə hədə-qorxu və təzyiq altında işdən çıxma ərizəsi yazmadan, saxta yazılmış ərizə əsasında tutduğu baş məsləhətçi vəzifəsindən azad olunması ilə bağlı Mərkəzi icra hakimiyyəti orqanlarına müraciət etməyə başlamışdır. Məlumat üçün bildirirlər ki, İddiaçı 20 oktyabr 2023-cü il tarixdə Cavabdehndə Azərbaycan Respublikası X1 nəzarəti məsələləri şöbəsinin baş məsləhətçisi cənab Məhəmməd İmanov tərəfindən qəbul edilərək şikayəti dinlənilmişdir. Həmçinin, Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən Biləsuvar rayonunda vətəndaşlar qəbul edilərkən İddiaçı da qəbulda iştirak etmiş və qəbul zamanı İddiaçı bir daha tutduğu vəzifədən azad olunmağı barədə Rayon İcra Hakimiyyətinə verdiyi 17 noyabr 2020-ci il tarixli ərizənin tərəfindən yazılmadığını və bu ərizənin Cavabdeh başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elşən Astanov tərəfindən yazıldığını bildirmişdir. Rayon Prokurorluğunda apanlmış araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı 17 noyabr 2020-ci il tarixli ərizənin tərəfindən yazılmadığını bildirsə də, faktiki olaraq 2020-ci ilin 17 noyabr tarixindən işə çıxmamış, yəni işdən azad olunduğu vaxt əmək kitabçasını və son haqq-hesabını almışdır. Araşdırmanın nəticəsi olaraq toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Əlavə olaraq onu da qeyd edirlər ki, işdən azad olunması barədə 17 noyabr 2020-ci il tarixli yazılmış ərizədəki yazılar və “İmza” yazısı qarşısındakı imzanın məhkəmə xətşünaslıq ekspertizasının rəyində İddiaçı və Elşən Astanova aid olmadığı və başqa şəxs tərəfindən icra olunduğu yazılsa da, İddiaçı 17 noyabr 2020-ci il tarixli ərizəni bilərəkdən kənar şəxsə yazdıraraq Rayon İcra Hakimiyyətinə təqdim etmişdir. Məlum ərizənin yazılmasından və təqdim edilməsindən xəbəri olmasaydı son haqq hesabı və əmək kitabçasını almaz və işini davam etdirər və ona qarşı hər hansı bir qorxu və təzyiq göstərilərdisə bununla bağlı 2 il 7 ay müddəti gözləmədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 292-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərdi. İddiaçı bu hərəkətləri ilə Dövlət qulluqçularının “X8” haqqında Azərbaycan Respublikası Qanununun vicdanlı davranış, ictimai etimad və qərəzsizlik tələblərini bir daha pozmasından belə nəticəyə gəlmək olur ki, barəsində müraciətlərində qeyd etdiyi fikirlər heç də həqiqəti əks etdirmir, işlədiyi zaman və hazırda səmimiyyətdən uzaq olmuş və qərəzsiz olmamışdır. Məlumat üçün bildirirlər ki, İddiaçı işdən azad olunduğundan ötən 2 il 7 ay ərzində işindən əsassız olaraq azad olunmağı ilə bağlı hər hansı orqana və ya məhkəməyə müraciət etməmişdir. Bildirirlər ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun “Dövlət qulluğu keçmənin digər məsələləri” haqqında 34-cü maddəsində göstərilir ki, “Bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir”. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 292-ci maddəsində göstərilir ki, işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Həmçinin Məcəllənin 294-cü maddəsinə göstərilir ki, məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Məlumat üçün bildirirlər ki, Əmək Məcəlləsinin “Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri” (maddə 296) maddəsində göstərilir ki, bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində (Kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır) nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsində göstərilir ki, “Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmçinin həmin Məcəllənin 296.6-cı maddəsində göstərilir ki, “Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən-iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Qeyd edirlər ki, İddiaçı hüquqlarının pozulması ilə bağlı etdiyi müraciət Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin tələbləri pozulmaqla edilmişdir. Həmçinin ötürülmüş 3 ilə yaxın müddətlə bağlı hər hansı bir üzürlü səbəbi iddiasında göstərməmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İş üzrə məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. İş materiallarından görünür ki, İddiaçı məhkəməyə “buraxılmış prosessual müddətin bərpası barədə” ərizə təqdim etmişdir. Ərizədə o, cox ciddi şəkildə hədə qorxu və təzyiq altında olduğu üçün carəsizlikdən işdən çıxarılmağı ilə razılaşdığını və bu müddət ərzində məhkəməyə müraciət etməyərək gözləməyinin də səbəbi odur ki, ona “işə gəlmə səni işdən öz ərizənə əsasən azad etmişik və 1 ilə sənə iş veriləcəkdir”. O, isə onlara inanmadığını və dəfələrlə İcra Hakimiyyətinə getsə də bildirmişlər ki, bu gün, sabah sənə iş veriləcəkdir. Sonradan o, başa düşmüşdür ki, onlar onu aldadırlar. Buna görə müxtəlif instansiyalara müxtəlif vaxtlarda şikayətlər etmiş, hazırda isə hazırki iddianı irəli sürmüşdür. Bu səbəbdən də buraxılmış prosessual müddət üzrlü səbəblərdən baş vermişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, iddiaçının “buraxılmış prosessual müddətin bərpası barədə” vəsatətinin və iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı “buraxılmış prosessual müddətin bərpası barədə” ərizənin təmin edilməsini və iddianın mümkün sayılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 “buraxılmış prosessual müddətin bərpası barədə” ərizənin təmin edilməməsini və iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının “buraxılmış prosessual müddətin bərpası barədə” ərizəsi təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçının tələbi üç hissədən ibarət olmaqla iddianın birinci hissəsi inzibati orqanın onun işdən çıxarılmasına dair 17 noyabr 2020-ci il tarixli, 147 nömrəli Səracamın ləğv edilməsindən, ikinci və üçüncü tələbləri isə məcburi işburaxmaya görə bütün ödənişlərinin verilməsi və həmin illər üzrə əmək məzuniyyətindən istifadə etməyinin cavabbdehə həvalə edilməsindən ibarətdir. İddiaçının tələbinin ikinci və üçüncü hissəsi birinci tələbdən asılıdır. İddiaçının birinci tələbi inzibati akt hesab olunan inzibati orqanın 17 noyabr 2020-ci il tarixli, 147 nömrəli Səracamın ləğv edilməsinə yönəldiyindən mübahisələndirmə haqqında iddia növünə aiddir. Bu növ iddianın xüsusi mümkünlük şərtlərindən biri də qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətinə riayət olunmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə görə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda müvafiq müddətlərə riayət olunması iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Qeyd olunmalıdır ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Məmmədov X2 Rayon İcra Hakimiyyəti başçısınm 09 sentyabr 2014-cü il tarixli, 204 nömrəli sərəncamı ilə daimi dövlət qulluğuna götürülmüş və Cavabdeh başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş aparıcı məsləhətçisi vəzifəsinə təyin edilmişdir. Həmçinin Cavabdeh başçısının 03 oktyabr 2018-ci il tarixli, 276 nömrəli sərəncamı ilə Cavabdeh başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçi vəzifəsindən azad edilərək həmin şöbədə Baş məsləhətçi vəzifəsinə təyin edilmişdir. İddiaçı 17 noyabr 2020-ci il tarixdə verdiyi ərizəsinə əsasən Cavabdeh başçısının 17 noyabr 2020-ci il tarixli, 147 nömrəli Sərəncamına əsasən Cavabdeh başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin Baş məsləhətçisi İddiaçı 17 noyabr 2020-ci il tarixindən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1. 1-ci maddəsinə əsasən dövlət qulluğuna xitam verilmiş, faktiki olaraq 2020-ci ilin 17 noyabr tarixindən işə çıxmamış, yəni işdən azad olunduğu vaxt əmək kitabçasını və son haqq-hesabını almışdır. İddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, iddiaçının məhkəmə müdafiəsindən faydalanması üçün qanunvericiklə müəyyənləşdirilmiş müddətlərin (iddia müddəti) üzrsüz səbəblərdən çox uzun müddət ötürülmüş olması mübahisələndirilən sərancamın qanuniliyi məsələsinin araşdırma predmetinə çevrilməsinə ciddi maneə törədir. Belə ki, iş materiallarında görünür ki, iddiaçının hazırkı iddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı cavabdeh inzibati orqana qarşı iddianı sözügedən Sərancamı aldıqdan (təqdim olunduqdan) 3 il 2 aydan çox vaxt keçdikdən sonra qaldırmışdır. Halbuki, İPM-in 38-ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddətini 30 gün müəyyən etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən pozulmuş hüquqların müdafiəsi üzrə qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Məhkəmə buraxılmış müddətinin üzrlü hesab edilməsinə dair ərizəyə münasibətdə qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaların mənasına əsasən, iddianın verilməsi üçün nəzərdə tutulmuş müddət prosessual müddətlər anlayışına aid olunmaqla, onun buraxıldığı təqdirdə bərpa edilməsi nəzərdə tutulmuşdur. Lakin müddəti buraxmış şəxs onun təqsiri olmadan buraxılması halları barədə bildirməli və bu halları əsaslandırmalıdır. Bu isə o anlamı yaradır ki, müddətə riayət etməmiş şəxs sübut etməlidir ki, müəyyən edilmiş müddətin ötürülməsi üzürlü səbəbdən baş vermiş və bilavasitə onun iradəsindən asılı olmamışdır. Buraxılan prosessual müddətin onun təqsiri olmadan buraxılmasını əsaslandırarkən, iddiaçı ərizəsində işdən azad edildikdən sonra ona yaxın zaman ərzində başqa işlə təmin edəcəklərinə dair cavadeh orqan tərəfindən vədlər verildiyini, eləcə də atasının ona işlə təmin olunanadək bu məsələ ilə bağlı hər hansı orqana müraciət etməməsini tövsiyyə etməsi səbəbindən qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etmədiyini qeyd etsə də, məhkəmə iddia tərəfinin həmin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, İnzibati-Prosessual Məcəllədə iddia müddətinin axımının dayandırılmasına səbəb olan hallar konkret olaraq göstərilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.3-cü maddəsinə əsasən inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: 38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); 38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. Göründüyü kimi, mövcud qanunvericilikdə iddiaçının irəli sürdüyü dəlillər iddia müddətlərinin axımının dayandırılmasına əsas kimi göstərilməmişdir. Bu qənaətə gələrkən məhkəmə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq qeyd edir ki, E.Həkimovun şikayəti üzrə 03 noyabr 2008-ci il tarixli qərarında həmin Məhkəmə, iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə onların heç də hər zaman üst-üstə düşməməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Göründüyü kimi, iddiaçı bir təqvim ayı ərzində müraciət etməmiş və bu cür iddialar üzrə müəyyən edilən iddia müddətini ötürmüşdür. Bundan başqa məhkəmə iddiaçının digər tələblərinə, yəni “məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və həmin illər üzrə əmək məzuniyyətindən istifadə etməyinin cavabdehə həvalə edilməsi” hissələrinə münasibətdə qeyd edir ki, iddianın bu hissələri iddianın “Cavabdeh başçısının 17 noyabr 2020-ci il tarixli, 147 nömrəli sərəncamının ləğv edilməsi” hissəsindən asılıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı mübahisə predmeti olan 17 noyabr 2020-ci il tarixli, 147 nömrəli sərəncamı mübahisələndirmək üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, iddianın ikinci və üçüncü hissələri isə həmin qərarın mübahisələndirilməsindən asılı olduğundan iddia tələbi hər üç hissədə mümkün sayılmamalıdır. Beləliklə, məhkəmə hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş iddia müddəti üzrsüz səbəbdən ötürüldüyündən, İddiaçı Cavabdehnə qarşı “Sərancamın ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və həmin illər üzrə əmək məzuniyyətindən istifadə etməyinin cavabdehə həvalə edilməsi” barədə iddiası üzrə “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsi təmin edilməməli və “Sərancamın ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və həmin illər üzrə əmək məzuniyyətindən istifadə etməyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 13-cü, 23.1-ci, 33-cü, 24-cü, 35-ci və 38.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdehnə qarşı “Sərancamın ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və həmin illər üzrə əmək məzuniyyətindən istifadə etməyinin cavabdehə həvalə edilməsi” barədə iddiası üzrə “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsi təmin edilməsin. İddiaçı Cavabdehnə qarşı “Sərancamın ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və həmin illər üzrə əmək məzuniyyətindən istifadə etməyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-2791/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2791/2024
01.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver