Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2791/2025 01.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı, Cavabdehnə qarşı “ölüm haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Əlili Nərgiz Elsəvər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “ölüm haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Şirvan İnzibati Məhkəməsinin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) şifahi, açıq məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh orqanın hərəkətlərinin qanunsuz hesab etməklə 01 aprel 2024-cü ildə doğulmuş X1 10 avqust 2024-cü il tarixdə ölməsi ilə bağlı ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun X3 ilə nikahları xx.xx.2016-cı il tarixdə qeydə alınmışdır. Birgə nikahlarından 3 nəfər uşaqları olmuşdur. xx.xx.2024-cü il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixdə ona məxsus Bakı şəhərində yerləşən fərdi yaşayış evində ürək tutuması xəstəliyindən vəfat etmişdir. Salyan rayonu Alçalı kənd qəbristanlığında dəfn olunmuşdur. Uşağın ölüm haqqında şəhadətnaməsini almaq üçün cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh inzibati orqan müraciətini təmin etməkdən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin,tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazı Cavabdeh inzibati orqanın 3-16-5/8-13-220/2025 saylı, xx.xx.2025-ci il tarixli iddia tələbinə dair yazılı etirazda göstərilmişdir ki, “Vətəndaşlıq vəziyyəti akatlarının qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 16-cı bəndinə əsasən isə doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktlarının itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir.Ölüm faktının dövlət qeydiyyatı ölüm haqqında tibbi şəhadətnamənin və ya ölüm faktının müəyyən edilməsi barədə məhkəmə qətnaməsi əsasında aparılır. Ölüm faktının, eləcə də istənilən vətəndaşlıq vəziyyətinin dövlət qeydiyyatı aparılmadan isə bu barədə şəhadətnamə verilə bilməz. Ona görə də ölüm faktı baş verdiyi halda ilkin sənəd olan ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün aidiyyəti səhiyyə qurumuna müraciət olunmalı və müvafiq əsaslar olduqda bu tələbdən imtina etmiş həmin quruma qarşı məcburetmə haqqında iddia tələbi ilə bağlı məhkəmədə iddia qaldırılmalı, müvafiq əsas olmadıqda isə ölüm faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının (şifahi məhkəmə baxışı) yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İşin hallar. İş materiallarında olan; Salyan rayon Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ seriyalı, 150384 №-li, xx.xx.2016-cı il tarixli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı ilə X3 xx.xx.2016-cı il tarixdə nikaha daxil olmuşdur. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2016-cı ilin noyabr ayının 28-ci günündə 20 № ilə qeyd edilmişdir.Nikahdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. 5 saylı Bakı “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 995482 №-li xx.xx.2024-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X4 xx.xx.2024-cü ildə Bakı şəhərində doğulmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında 2024-cü ilin aprel ayının 19-cu günündə 2484 № ilə qeyd edilmişdir. Salyan rayonu Qızılağac kəndində xx.xx.2024-cü il tarixdə Qızılağac kənd inzibati ərazi üzrə nümayəndəsi X6, Qızılağac bələdiyyəsinin sədri X7, Alçalı kənd sakini X11 tərəfindən tərtib olunmuş aktda qeyd olunmuşdur ki, Salyan rayonu Qızılağac ərazi dairəsinin Alçalı kənd sakini X5 qardaşı oğlu mərhum X4 xx.xx.2024-cü il tarixində Bakı şəhərində doğulmuş və vəfat etdiyi günə kimi Alçalı kəndində qeydiyyatda olmasına baxmayaraq Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşamışdır. Eyni zamanda aktda qeyd olunmuşdur ki, X4 xx.xx.2024-cü il tarixində ailə üzvlərinə məxsus Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən fərdi yaşayış evində qəflətən ürək tutması xəstəliyindən vəfat etmişdir və mərhum hal-hazırda Salyan rayonu Alçalı kənd qəbristanlığında dəfn olunmuşdur. Odur ki, aktın doğruluğu imzalarla təsdiq olunmuşdur. Bakı Baş Səhiyyə X19 Şəxsin 2 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş 237 №-li cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.2024-cü il tarixində Bakı şəhər Sabunçu rayon Ramana qəsəbəsi 2 saylı Birləşmiş Şəhər Xəstəxanasına uşaq X1 doğum tarixi xx.xx.2024-cü ildə qeydiyyata götürülüb. Uşaq müayinə olunub, vəziyyəti orta ağır olduğu müəyyən olunmuşdur. Uşaq anadangəlmə ürək qüsuru ilə doğulmuşdur. Uşaq xx.xx.2024-xx.xx.2024-cü il tarixində Bakı şəhər Yeni Klinikada stasionar müalicə almışdır. Diaqnoz: Törədici məlum olmayan pnevmaniya.Mədəarası çəpərin qüsuru.Qulaqcıqarası çəpərin qüsuru.Ağciyər arteriyasının atreziyası. Dəqiqləşdirilməmiş sarılıq.Aparılan müalicələrə baxmayaraq uşağın vəziyyətində müsbət dinamika olmayıb.xx.xx.2024-cü il tarixində ana ilə uşağı vəziyyəti haqqında əlaqə saxlanılmışdır. Ana xx.xx.2024-cü il tarixində şənbə günü axşam uşağın öldüyü bildirilmişdir. Uşağı ölümü ilə bağlı valideyinin müəssisəyə müraciət olmamışdır. Məhkəmənin müvafiq sorğusuna əsasən verilmiş: Cavabdeh tərəfindən verilmiş 3-16-5/8-13-220/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi üzrə aparılmış yoxlama zamanı xx.xx.2024-cü il təvəllüdlü X1 doğumunun 5 saylı Bakı “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli 2484 nömrəli aktla dövlət qeydiyyatına alındığı müəyyən edilmişdir. Həmin doğum faktı barədə elektron informasiya sistemindən əldə edilmiş çıxarış məhkəməyə göndərilməklə yanaşı bildirilir ki, akt qeydinin və bu qeydin aparılmasına əsas olmuş sənədlərin təsdiq edilmiş surətinin əldə olunmasına zərurət yaranarsa bununla bağlı 5 saylı Bakı “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə müraciət edə bilər. Məktuba əlavə olunuş Doğum haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X4 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası qismində İddiaçı, anası qismində X12 qeyd olunmuşdur. Ədliyyə Nazirliyi Vətəndaşlıq X8 tərəfindən verilmiş 3-16-5/2-14654/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən valideyinləri xx.xx.1985-ci il təvəllüdlü İddiaçı ilə xx.xx.1998-ci il təvəllüdlü X12 olan xx.xx.2024-cü il təvəllüdlü X1, xx.xx.2018-ci il təvəllüdlü ƏLizadə Zeynəb Amil qızının və xx.xx.2020-ci il təvəllüdlü X10 doğumu haqqında məlumatlar aşkar edilmişdir. Həmçinin informasiya sisteminə baxış keçirilərkən M.Əlizadənin ölümünün qeydə alınması haqqında məlumat aşkar edilməmişdir. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan tərəfindən verilmiş 3-16-5/8-15-Ə-82/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.2024-cü ildə Bakı şəhərində doğulmuş övladı X1 xx.xx.2024-cü ildə ölməsi faktının qeydə alınması barədə müraciətinə baxılmışdır. Müraciətində iddia etdiyi ölüm faktını təsdiq edən həkim şəhadətnaməsi əlavə edilməmiş, eyni zamanda verdiyi məlumatda, ölüm haqqında tibbi şəhadətnamənin verilmədiyi və ölümün qeydiyyatının aparılmadığı bildirilmişdir. Görülmüş tədbirlər üzrə xx.xx.2024-cü il tarixədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün akt qeydləri üzrə yoxlama aparılmış və xx.xx.2024-cü il təvəllüdlü X1 ölümü haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölem haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Ona görə də ölüm faktının qeydə alınmasından imtina edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Alə Məcəlləsi: Maddə 193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə həmin gün informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür ( maddə 194.1). Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür( maddə 194.2). Ölüm haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, həmin məlumatın informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar (maddə 194.3). Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır (maddə 195.1). İPM: İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 8.2-ci bəndində göstərilmişdir ki, ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır (8.4-cü bənd). Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır (8.5-ci bənd). Ölüm, ölüm haqqında akt qeydləri aparmaq yolu ilə qeyd edilir (8.6-cı bənd). Ölüm qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur. Ölüm haqqında şəhadətnamənin tarixi və nömrəsi barədə məlumatlar ölüm haqqında akt qeydinin 16-cı qrafasına əlavə edilir (8.14-cü bənd). “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 39-cu maddəsinə görə insanın ölüm anını tibb işçisi (həkim, feldşer) təsdiq edir. İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2015-ci il, 52 nömrəli əmri ilə təsdiq edilmiş “Ölüm haqqında tibbi şəhadətnamənin verilməsi qaydasına dair” Təlimatın: 3-cü maddəsinə əsasən, ölüm hadisəsi yaşayış yerində baş veribsə Təcili və X9 Stansiyasının (bundan sonra – TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyət vəsiqəsi əsasında ambulator tibb müəssisəsinin həkiminə təqdim etmək üçün bu təlimata əlavə olunan formada “Xəbərdarlıq vərəqəsi” doldurur və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq (hüquq-mühafizə) orqanına məlumat verir. Yaşayış yerində zorakı ölüm barəsində şübhə olduqda, həmçinin ölüm hadisəsi ictimai yerlərdə, küçələrdə və s. qeyriyaşayış yerlərində baş veribsə TTTYS-in həkimi hüquq-mühafizə orqanlarının nümayəndəsinə gələnə qədər meyitin yanında gözləməlidir; 4-cü maddəsinə əsasən, ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və tibbi sənədlər (ambulator karta, xəstəlik tarixindən çıxarış və s.) əsasında onun qeydiyyatda olduğu, qeydiyyatda olduğu yerdə yaşamadığı halda isə faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Göründüyü kimi, X1 ölməsinin səbəbi ilə bağlı hər hansı tibbi sənəd məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu baxımdan, məhkəmə qeyd edir ki, iddiaçının övladı X1 ölüm faktının müəyyən edilməsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında (hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi qaydasında) aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) müraciət etmək hüququ vardır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının, X2 adına ölüm haqqında şəhadətnamə verilməsi tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, İddiaçı Cavabdehnə qarşı “ölüm haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiası təmin еdilməməlidir. NƏTİCƏVİ HİSSƏ Şərh edilənlərə əsasən və İPM-nin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşidə Quliyeva
Məhkəmə qərarları › İş №2-1(120)-2791/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2791/2025
01.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver