Məhkəmə qərarları › İş №2-1(120)-2793/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2793/2023

13.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2793/2023 13.12.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızınınsədrliyi, Məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7 13 saylı Şirvan ərazi idarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7in 13 saylı Şirvan ərazi idarəsinə qarşı cavabdeh tərəfindən verilmiş RX ******* nömrəli, xx.xx.2019cu il tarixli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan 1.9169 ha torpaq sahəsinin koordinatlarının müəyyən edilərək göstərilməsi və torpaq sahəsinin yerləşdiyi ərazinin göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıbarədə iddia ərizəsi üzrə inzibati işəaçıq məhkəmə baxışı iclasında baxaraq, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdeh tərəfindən verilmiş RX ******* nömrəli, xx.xx.2019-cu il tarixli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan 1.9169 ha torpaq sahəsinin koordinatlarının müəyyən edilərək göstərilməsi və torpaq sahəsinin yerləşdiyi ərazinin göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş hesab edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sabirabad rayonu Osmanlı kənd ərazisindən 1.9169 ha torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX ******* nömrəli, xx.xx.2019-cu il tarixli dövlət reyestrindən çıxarışa əsasən iddiaçıya məxsusdur. Qeyd etdilmiş torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən 14.02.201-cu il tarixli, A№ 351811 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” verilmişdir. Yuxarıda qeyd edilmiş iddiaçıya aid torpaq sahəsinin uc tərəfindən yəni iddiaçıya qonşu olan torpaq sahəsinin sahibi tərfindən 50 metr iddiaçının torpaqından qonşusunun istifadəsindədir və o qonşusuna bu torpağın ona aid olduğunu bildirəndə qonşusu bildirmişdir ki, artıq bu torpaq sahəsi onundur və dövlət idarəsindən gəlib yeni ölçü aparılaraq iddiaçının torpaq sahənin 50 metri qonşusuna verilmişdir. RX ******* nömrəli, xx.xx.2019-cu il tarixli dövlət reyestrindən çıxarışa əsasən və 14.02.201-cu il tarixli, A№ 351811 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə iddiaçıya aid olan torpaq sahəsinin necə ola bilər ki, iddiaçının icazəsi olmadan başqa nəfərə verilsin.Hazırda iddiaçının torpağının xeyli hissəsini istifadə edən qonşusu onun mülkiyyət hüquqlarını kobud şəkildə pozur. O qeyd etdiyi səbəbdən cavabdeh orqana müraciət etmiş lakin artıq 35 gündən çox vaxt keçməsinə baxmayaraq müraciəti cavabdeh orqandadır bu günə kimi iddiaçının müraciəti cavablandırılmamışdır və bu səbəbdən cavabdeh orqanın imtinası olmadan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, Şirvan İnzibati Məhkəməsinin icraatında olan 2-1(120)-2793/2023 saylı, xx.xx.2023-cü il tarixli sərəncamın icrası ilə əlaqədar bildiririk ki, İddiaçı **********15 reyestr nömrəli torpaq sahəsinin AN №351811 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən vəziyyətə uyğun olaraq naturada tanıdılması ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 saylı Şirvan Ərazi idarəsinə müraciət etmişdir.Məlumat üçün bildiririk ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş 'Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na uyğun olaraq, Sabirabad rayonu ərazisində elektron uçot işləri aparılmışdır.Fərmanın 2.3 bəndinə əsasən, ərazi vahidləri üzrə torpaq münasibətlərinin tənzimlənməsi, torpaqlardan daha səmərəli istifadənin təmin edilməsi, həmçit in torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar aradan qaldırılmış, müvafiq layihələr təsdiq olunmuş və həmin layihələrə uyğun olaraq bələdiyyə xəritələri tərtib olunmuşdur.iddiaçının müraciəti üzrə Fərçnanın 2.3 bəndinin müvafiq alt bəndlərinə uyğun olaraq, yaranmış uyğunsuzluğun aradan qaldırılması məqsədilə Ərazi idarəsinin mütəxəssisləri tərəfindən iddiaçının mülkiyyətində olan pay torpaq sahəsinə baxış keçirilmiş və həmin torpaq sahəsinin torpaqların elektron kadastr uçotu informasiya sistemindəki (TEKUİS) yerləşmə vəziyyətinə uyğun olaraq qonşu torpaq mülkiyyətçilərinin iştirakı ilə torpaq sahəsinin döngə nöqtələrinin koordirıatarı GPS aləti vasitəsilə iddiaçıya və qonşu mülkiyyət sahiblərinə naturada göstərilmişdir.Çöl ölçmə işlərinin nəticələri əsasında tərəfimizdən aparıian araşdırılma zamanı müəyyən olunmuşdur ki, iddiaçının istifadəsində olan pay torpaq sahəsindəki faktiki məkan göstəriciləri ilə sənədindəki (AN351811 saylı “Torpaq sahəsinin planı və ölçüsü”) məkan göstəriciləri arasında müəyyən uyğunsuzluqlar mövcuddur. Buna görə də yaranmış uyğunsuzluğun aradan qaldırılması ilə bağlı qaydalara uyğun olaraq, elektron uçot məlumatlarında dürüstləşmə aparılması üçün tərəfimizdən akt tərtib edilmiş, mülkiyyətçilərə qanunun tələbləri izah edilmiş və imza edilməsi üçün akt torpaq mülkiyyətçilərinə təqdim edilmişdir.Lakin qonşu mülkiyyətçi islahat vaxtı onlara verilmiş pay torpaq sahəsindən uzun illər normadan artıq istifadə etdiyinə baxmayaraq, qanunun tələbi ilə razılaşmayaraq bu aktı imzalamaqdan imtina etmiş və haqsız olaraq öz iradını bildirmişdir. Bu səbəbdən də sözügedən 1.91 ha torpaq sahəsindəki mövcud uyğunsuzluqla bağlı (AN351811 saylı “Torpaq sahəsinin planı və ölçüsü”) torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) düzəliş edilməsi mümkün olmamışdır.Qeyd olunan məsələ ilə bağlı 13 saylı Şirvan Ərazi İdarəsində iddiaçı qəbulda olduğu zaman qanunvericiliyin tələbləri ona izah edilmiş və Azərbaycan Respublikasının Torpaq Qanunvericiliyinin 103.1 və 103.2-ci maddələrinə əsasən, torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr, tərəfindən həll edilməsini əsas götürərək yaranmış torpaq mübahisəsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir.Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll olunur.Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.“Daşınmaz əmlakın dövlət reyestri haqqında’ Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır.“Daşınmaz əmlakın dövlət reyestri haqqında ’ Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub- olmaması müəyyən edilir.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11- ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12- ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməsinə etiraz etmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7 13 saylı Şirvan ərazi idarəsinin nümayəndəsi X3 şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinə etiraz edərək, iddia ərizəsinin rədd edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İnzibati Prosessual Məcəllənin 2.2-2.2.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»ndan görünür ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7in 13 saylı Şirvan Ərazi İdarəsi inzibati orqan kimi təsnif olunmuşlar. İş materialında olan AZE******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdə anadan olmuş, Sabirabad rayonu, Qaratuğay kəndində qeydiyyatdadır. İş materialında olan xəbərnamənin surətindən görünür ki, İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7in 13 saylı Şirvan Ərazi İdarəsinə xx.xx.2023-cü ildə məktub ünvanlamışdır. İş materialında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7in 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, A№ 351811 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”dən görünür ki, Sabirabad rayonu Osmanlı kənd ərazisindən 1.9169 ha torpaq sahəsi İddiaçı məxsusdur. İş materialında olanAzərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Sabirabad rayonu Osmanlı kəndərazisində yerləşən 1.9169 ha torpaq sahəsitam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materialında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7in məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-21-3-02/2-8724/2023 nömrəli məktubunda göstərilmişdir ki, RX seriyalı, ******* nömrəli çıxarışın və həmin çıxarışın verilməsinə əsas olan sənədlərin təsdiq olunmuş surətlərinin təqdim edilməsi barədə məktuba aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X7in 13 saylı Şirvan Ərazi idarəsində mövcud arxiv materiallarına əsasən RX seriyalı, ******* nömrəli çıxarışı və həmin çıxarışın verilməsinə əsas olan sənədlərin təsdiq olunmuş surətlərini qoşmada təqdim etmişdir. İş materialında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7in 13 saylı Şirvan Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-21-3-38/2- 1795/2023 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı adına xx.xx.2019-cu il tarixində verilmiş, RX ******* seriyalı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" sənədi və həmin sənədin verilməsinə əsas olan sənədlərin surətlərinin göndərilməsi ilə bağlı məktuba “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsində baxılmışdır. ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” sənədi və həmin sənədin verilməsinə əsas olan sənədlərin təsdiq edilmiş surətləri təqdim olunur. İş materialında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7in 13 saylı Şirvan Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-21-3-38/2- 1267/2023 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı Ərazi İdarəsinə müraciəti, müraciəti zamanı təqdim olunmuş sənədlər və “Vətəndaş müraciətinə cavab” bildirişinin təsdiq edilmiş surətləri təqdim olunur. İş materialında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7in 13 saylı Şirvan Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-21-3-38/2-X- 00xx-xx/2023 nömrəli məktubunda göstərilmişdir ki, **********15 reyestr nömrəli çıxarışla ümumbirgə mülkiyyət hüquqlarını dövlət qeydiyyatına alınmış pay torpaq sahəsinə dair çıxarışa əlavə edilmiş AN351811 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən vəziyyətə uyğun olaraq torpaq sahəsinin naturada tanıdılması barədə ərizəyə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən baxılmışdır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na uyğun olaraq Sabirabad rayonu ərazisində elektron uçot işləri aparılmışdır. Fərmanın 2.3 bəndinə əsasən ərazi vahidləri üzrə torpaq münasibətlərinin tənzimlənməsi, torpaqlardan daha səmərəli istifadəni təmin edilməsi və həmçinin torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar aradan qaldırılmış, müvafiq layihələr təsdiq olunmuş və həmin layihələrə uyğun olaraq bələdiyyə xəritələri tərtib olunmuşdur. Müraciət üzrə Fərmanın 2.3 bəndinin müvafiq alt bəndlərinə uyğun olaraq yaranmış uyğunsuzluğun aradan qaldırılması məqsədilə idarənin mütəxəssisləri tərəfindən ümumbirgə mülkiyyətdə olan pay torpaq sahəsinə baxış keçirilmiş və həmin torpaq sahəsinin torpaqların elektron kadastr uçotu informasiya sistemindəki (TEKUİS) yerləşmə vəziyyətinə uyğun olaraq qonşu torpaq mülkiyyətçilərinin iştirakı ilə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları GPS aləti vasitəsilə müraciət müəllifinə və qonşu mülkiyyət sahiblərinə naturada göstərilmişdir. Çöl ölçmə işlərinin nəticələri əsasında aparılan araşdırılma zamanı müəyyən olunmuşdur ki, vətəndaşın istifadəsində olan pay torpaq sahəsindəki faktiki məkan göstəriciləri ilə sənədindəki (AN351811 saylı “Torpaq sahəsinin planı və ölçüsü”) məkan göstəriciləri arasında müəyyən uyğunsuzluqlar mövcuddur. Buna görədə yaranmış uyğunsuzluğun aradan qaldırılması ilə bağlı qaydalara uyğun olaraq elektron uçot məlumatlarında dürüstləşmə aparılması üçün akt tərtib edilmiş, mülkiyyətçilərə qanunun tələbləri izah edilmiş və imza edilməsi üçün akt torpaq mülkiyyətçilərinə təqdim edilmişdir. Lakin qonşu mülkiyyətçi islahat vaxtı onlara verilmiş pay torpaq sahəsindən uzun illər normadan artıq istifadə etdiyinə baxmayaraq qanunun tələbi ilə razılaşmayaraq bu aktı imzalamaqdan imtina etmiş və haqsız olaraq öz iradını bildirmişdir. Bu səbəbdəndə sözü gedən 1.91 ha torpaq sahəsindəki mövcud uyğunsuzluqla bağlı (AN351811 saylı “Torpaq sahəsinin planı və ölçüsü”) torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) düzəliş edilməsi mümkün olmamışdır.Qeyd olunan məsələ ilə bağlı 13 saylı Şirvan Ərazi İdarəsində qəbulda olduğu zaman qanunvericiliyin tələbləri izah edilmiş və Azərbaycan Respublikasının Torpaq Qanunvericiliyinin 103.1 və 103.2-ci maddələrinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilməsini əsas götürərək yaranmış torpaq mübahisəsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İddiaçının hazırki iddia tələbinin mahiyyəti ondan ibarətdir ki, AN-İ seriyalı, 074835 saylı, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə İddiaçı satılmış ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 1.9169 ha torpaq sahəsinin cavabdeh inzibati orqanın mütəxəssisləri tərəfindən naturada yerlərinin, sərhədlərinin müəyyənləşdirilməsi, başqa sözlə, ölçülüb iddiaçıya tanıtdırılmasıdır. Cavabdeh orqan tərəfindən isə iddiaçıların tələbindən imtina edilərək, Sabirabad rayonu ərazisində elektron uçot işləri aparıldığı, müraciət üzrə yaranmış uyğunsuzluğun aradan qaldırılması məqsədilə idarənin mütəxəssisləri tərəfindən ümumbirgə mülkiyyətdə olan pay torpaq sahəsinə baxış keçirildiyi və həmin torpaq sahəsinin torpaqların elektron kadastr uçotu informasiya sistemindəki (TEKUİS) yerləşmə vəziyyətinə uyğun olaraq qonşu torpaq mülkiyyətçilərinin iştirakı ilə torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının GPS aləti vasitəsilə müraciət müəllifinə və qonşu mülkiyyət sahiblərinə naturada göstərildiyi göstərilmiş, çöl ölçmə işlərinin nəticələri əsasında aparılan araşdırılma zamanı müəyyən olunmuşdur ki, vətəndaşın istifadəsində olan pay torpaq sahəsindəki faktiki məkan göstəriciləri ilə sənədindəki (AN351811 saylı “Torpaq sahəsinin planı və ölçüsü”) məkan göstəriciləri arasında müəyyən uyğunsuzluqlar mövcuddur. Buna görədə yaranmış uyğunsuzluğun aradan qaldırılması ilə bağlı qaydalara uyğun olaraq elektron uçot məlumatlarında dürüstləşmə aparılması üçün akt tərtib edilmiş, mülkiyyətçilərə qanunun tələbləri izah edilmiş və imza edilməsi üçün akt torpaq mülkiyyətçilərinə təqdim edilmişdir. Lakin qonşu mülkiyyətçi islahat vaxtı onlara verilmiş pay torpaq sahəsindən uzun illər normadan artıq istifadə etdiyinə baxmayaraq qanunun tələbi ilə razılaşmayaraq bu aktı imzalamaqdan imtina etmiş və haqsız olaraq öz iradını bildirmişdir. Bu səbəbdəndə sözü gedən 1.91 ha torpaq sahəsindəki mövcud uyğunsuzluqla bağlı (AN351811 saylı “Torpaq sahəsinin planı və ölçüsü”) torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) düzəliş edilməsi mümkün olmamışdır. Qeyd olunan məsələ ilə bağlı 13 saylı Şirvan Ərazi İdarəsində qəbulda olduğu zaman qanunvericiliyin tələbləri izah edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı 1.9169 ha torpaq sahəsinin mülkiyyətçisidir. İddiaçıya AN-İ seriyalı, 074835 saylı, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə İddiaçı satılmış ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 1.9169 ha torpaq sahəsininAN-İ seriyalı, 074835 saylı, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 1.9169 ha torpaq sahəsi satılmışdır. Bu barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7in 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, A№ 351811 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” və xx.xx.2019-cu il tarixində verilmiş, RX ******* seriyalı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Torpağın mülkiyyətçisi qismində iddiaçı torpaq sahəsinin yerində müəyyən edilməsı, mərzçəkmə işlərinin aparılması məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi bundan imtina etmişdir. Məhkəmə hesab edir ki, mərz nişanlarının qoyulmasının tələb edilməsi isə torpaq mülkiyyətçinin müstəsna hüququdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələri). Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X2rşı iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.31-ci bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 oktyabr 2010-cu il tarixli 171 saylı qərarı ilə təsdiq edilmiş «Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri»nin 2.1-ci bəndinə görə, mərzçəkmə işləri - kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Göründüyü kimi, mərzçəkmə işləri kompleks iş olmaqla özündə yuxarıda göstərilən işlərin görülməsini ehtiva edir. Qeyd edilən normativ sənədin 2.2-ci bəndinə görə mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır. Qeyd edilən normativ sənədin 2.3.4-cü bəndinə əsasən hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda mərzçəkmə işləri aparılır. Qeyd edilən normativ sənədin 2.3.5-ci bəndinə əsasən torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə də mərzçəkmə işləri aparılır. Sözügedən normativ sənədin 2.4.8-ci bəndinə görə mərzçəkmə işlərində həmçinin torpaq sahəsinin sərhədinin plan-ölçüsünə və ya kadastr xəritələrinə istinad edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci bəndinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Belə ki, İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra — inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 1.2-ci maddəsinə müvafiq olaraq bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinin tələblərinə görə, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Beləliklə, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahələri üzərində mərzçəkmə işlərinin aparılmasını tələb etməkdə haqlı olmuşdurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-414/2020 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbinin qanuni əsası olduğundan təmin edilməli, Cavabdeh tərəfindən verilmiş RX ******* nömrəli, xx.xx.2019-cu il tarixli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan 1.9169 ha torpaq sahəsi üzrə mərzçəkmə işlərinin aparılması (naturada yerlərinin, sərhədlərinin tanıdılması, müəyyənləşdirilməsi və s.) göstərilməsi və torpaq sahəsinin yerləşdiyi ərazinin göstərilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 2.2.3, 4, 68-69, 75, 81, 85 və 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia ərizəsi təmin edilsin. Cavabdeh tərəfindən verilmiş RX ******* nömrəli, xx.xx.2019-cu il tarixli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan 1.9169 ha torpaq sahəsi üzrə mərzçəkmə işlərinin aparılması (naturada yerlərinin, sərhədlərinin tanıdılması, müəyyənləşdirilməsi və s.) göstərilməsi və torpaq sahəsinin yerləşdiyi ərazinin göstərilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar