Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-28/2020 19.02.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı (ünvan 1 ünvanda qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh İmişli Bələdiyyəsinə qarşı qərarın ləğv olunması tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh İmişli Bələdiyyəsinə qarşı məhkəmədə iddia qaldıraraq İmişli rayon Bələdiyyəsinin torpağın öz mülkiyyətinə alınması üçün əsas verən qərarının etibarsız hesab olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 25 aprel 2019-cu il tarixli qərardadı ilə İddiaçı cavabdeh İmişli Bələdiyyəsinə qarşı «qərarın etibarsız hesab olunması» tələbinə dair inzibati mübahisə üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. 01 iyul 2019-cu il tarixdə keçirilən məhkəmə iclasında iddiaçı tələbini dəqiqləşdirərək, iddiaya İmişli şəhər XDS İK-nin 30 noyabr 1989-cu il tarixli, 11 №-li protokolunun qərarı ilə ona fərdi yaşayış evi tikmək üçün ayrılmış 500 m2 torpaq sahəsinə İmişli bələdiyyəsinin mülkiyyət hüququnun qeydiyyata alınma prosesuduruna başlanması barədə 11 iyun 2018-ci il tarixli, 13 saylı iclas protokolunun 2-F saylı qərarın ləğv edilməsini xahiş etmişdir. İddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasında izahat verərək, bildirdi ki, İmişli şəhər XDS İK-nin 30 noyabr 1989-cu il tarixli 11 №-li protokolunun qərarı ilə ona İmişli şəhəri Şərq küçəsinin başlanğıcından 60 kv.m torpaq sahəsi yaşayış evinin tikintisi üçün ayrılmışdır. O, həmin ərazini hasara almış və darvaza qoydurmuşdur. 2018-ci ilin sonlarında ərazini mülkiyyət hüququ əsasında daşınmaz əmlakda qeydiyyata aldırmaq istərkən, həmin orqandan ona bildirilmişdir ki, qeyd olunan ərazi başqa şəxsin mülkiyyətinə alındığından xahişi yerinə yetirmək mümkün deyil. Bələdiyyə orqanına müraciət etdikdə torpağın İmişli bələdiyyəsinə verilmiş **********57 reyestr nömrəli ********** nömrəli dövlət reyestrindən çıxarışa əsasən bələdiyyənin mülkiyyətinə keçməsi, Bələdiyyənin qərarı əsasında 29 noyabr 2018-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında X1 bildirilmişdir. Beləliklə, yüklü olan torpaq bələdiyyənin qanunsuz qərarı ilə öz mülkiyyətinə alınmış və başqasına satılmışdır. Odur ki, İmişli bələdiyyəsinin torpağın öz mülkiyyətinə alınması üçün əsas verən qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehnə, üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə və X4 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavadeh Cavabdeh, üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin nümayəndələri və X5 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 62.3-cü maddəsinə əsasən, işə cavadeh İmişli bələdiyyəsinin, üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin nümayəndələrinin və X3 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialında olan İmişli şəhər XDS İK-nin 30 noyabr 1989-cu il tarixli 11 №-li iclas protokolunun təsdiq olunmuş surətindən görünür ki, İddiaçı İmişli rayonunun Şərq küçəsinin başlanğıcından 0,05 hektar həyətyanı torpaq sahəsinin verilməsi qərara alınmışdır. İş materialında olan İmişli Bələdiyyəsinin 11.06.2018-ci il tarixli 13 saylı iclas protokolunun 2-F saylı qərarından çıxarışın təsdiq olunmuş surətindən görünür ki, İmişli Bələdiyyəsinin alqı-satqı predmeti olan 400 kv.m və ya 0,04 ha torpaq sahəsinin İmişli şəhərində yaşayan və 5 ildən artıq qeydiyyatda olan X4 müsabiqədən kənar verilməsi üçün həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması qərara alınmışdır. İş materialında olan İmişli Bələdiyyəsinin 13.08.2018-ci il tarixli 18 saylı iclas protokolunun 1 saylı qərarından çıxarışın surətindən görünür ki, İmişli Bələdiyyəsinin alqısatqı predmeti olan 400 kv.m və ya 0,04 ha torpaq sahəsi müsabiqədən kənar fərdi yaşayış evinin tikintisi məqsədi ilə İmişli şəhərində yaşayan və 5 ildən artıq qeydiyyatda olan X3 mülkiyyətinə verilmişdir. İş materialında olan 29 noyabr 2018-ci il tarixli AN-İ seriyalı ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, satıcı Cavabdeh alıcı X4 ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən 09.07.2018 il tarixdə Cavabdehnə verilmiş **********57 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 0,04 ha torpaq sahəsini satmışdır. İş materialında olan X5 tərəfindən məhkəməyə ünvanlanmış 25 aprel 2019-cu il tarixli ərizədə qeyd olunmuşdur ki, İddiaçı onun mülkiyyətində olan keçmiş Darvin küçəsində (indiki Səməd Bəhrəngi) 0,04 ha torpaq sahəsinə iddia ərizəsi ilə onu, İmişli şəhər Bələdiyyəsini İmişli Rayon Məhkəməsinə vermişdir. Məhkəmə prosesi 08.02.2019cu il tarixə təyin olunmuş, o, da öz növbəsində məhkəməyə tələb olunan sənədləri təqdim etmişdir. Sözügedən torpaq sahəsini İddiaçı qaynı polis mayoru X7 ona məxsus torpaq sahəsinə birləşdirmək niyyətindədir. İddiaçı İmişli şəhər Bələdiyyəsinə təqdim etdiyi torpaq sənədi keçmiş Şərq küçəsinə aiddir və həmin torpaq sahəsində hal-hazırda yaşayış evinin tikintisi – tamamlanma niyyətindədir. Yuxarıda qeyd edilən sənəddə torpaq sahəsinin ərazisi 0,06 ha göstərilsə də, orada 14 ha sahə mövcuddur. Bütün bu ziddiyyətləri nəzərə alaraq İddiaçı onların məhkəmədə iştirak etməsini arzu etmir. O, İİ qrup əlilliyi nəzərə alınaraq, atasından qalan 0,04 ha torpaq sahəsinə öz mülkiyyət hüquqlarını müdafiə etmək əzmindədir. Məhkəmə prosesinin şəffaf və qərəzsizliyini təmin etmək üçün maraqlı tərəf kimi prosesdə iştirak etməsinə icazə verilməsini xahiş etmişdir. İş materialında olan İmişli rayon Dövlət Arxivinin 28 noyabr 2018-ci il tarixli 260 №-li çıxarışından görünür ki, İmişli şəhər XDS İK-nin 25 noyabr 1983-cü il tarixli 11 №-li iclas protokolu ilə İmişli şəhərində yaşamaları və həyətyanı torpaq sahələrinin olmamasını nəzərə alaraq İsmayılov Rafiq Saday oğluna Darvin küçəsinin başlanğıcında olan baş torpaq sahəsindən 0,05 ha həyətyanı torpaq sahəsi verilməsi qərara alınmışdır. İş materialında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 17.10.2019-cu il tarixli 148 nömrəli mütəxəssis rəyinə əsasən, 1) İmişli şəhəri XDS İK-nin 30 noyabr 1989-cu il tarixli 11 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılmış 0,05 ha həyətyanı torpaq sahəsinin ərazisini müəyyən etmək üçün araşdırma aparılmışdır. araşdırma zamanı müəyyən olunmuşdur ki, İmişli şəhəri XDS İK-nin 30 noyabr 1989-cu il tarixli 11 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılmış 0,05 ha həyətyanı torpaq sahəsinin yerquruluşu cizgisi mülki işin içərisində mövcud deyildir. Mülki işin içərisində olan yerquruluşu cizgisi isə 2000-ci ildə torpaq islahatı aparılan zaman İmişli şəhəri ərazisində vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələrinin onların mülkiyyətinə verilməsi ilə əlaqədar olaraq ölçmə işləri aparılan zaman tərtib olunmuş 1:2000 miqyasında tərtib olunmuş yerquruluşu planı əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış yerquruluşu planından istifadə etməklə tərtib olunmuşdur. Ona görə də İmişli şəhəri XDS İK-nin 30 noyabr 1989-cu il tarixli 11 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı Şərq küçəsinin başlanğıcından ayrılmış 0,05 ha həyətyanı torpaq sahəsinin ərazisini naturada və sənəd üzrə müəyyən etmək mümkün olmadığı üçün 0,05 ha torpaq sahəsinin naturada yeri ilə sənəd üzrə yerinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı. 2) İmişli şəhəri XDS İK-nin 30 noyabr 1989-cu il tarixli 11 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılmış 0,05 ha həyətyanı torpaq sahəsinin hüdudlarını müəyyən etmək mümkün olmadığına görə daşınmaz əmlakın dövlət reyestrindən 09.07.2018-ci il tarixli **********57 reyestr nömrəli çıxarışa əsasən Bələdiyyənin mülkiyyətində olmuş (hazırda X3 mülkiyyətində olan) İmişli şəhəri, S.Behrəngi küçəsində yerləşən 0,04 ha torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən etmək mümkün olmadı. İş materialında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2019-cu il tarixli 20886 №-li ekspert rəyindən görünür ki, 1) İmişli şəhəri S.Behrəngi küçəsi, 3 saylı ünvanda yerləşən, İmişli rayonu XDS İK-nın 30 noyabr 1989-cu il tarixli 11 saylı iclas protokolunun qərarı əsasında İddiaçı ayrılmış 0,05 ha həyətyanı torpaq sahəsi İmişli RİHB Aparatı Memarlıq və Tikinti şöbəsinin müdiri N.Rəsulovun və İmişli Bələdiyyəsinin sədri M.İsmayılovun imzası və möhürü ilə təsdiq edilmiş Yerləşmə Planında qeyd olunan koordinatlar daxilində yerləşən torpaq sahəsi ilə mübahisələndirilən torpaq sahəsi üst-üstə düşür; 2) İmişli şəhəri S.Behrəngi küçəsi, 3 saylı ünvanda yerləşən, İmişli rayonu XDS İK-nın 30 noyabr 1989-cu il tarixli 11 saylı iclas protokolunun qərarı əsasında İddiaçı ayrılmış 0,05 ha həyətyanı torpaq sahəsi İmişli RİHB Aparatı Memarlıq və Tikinti şöbəsinin müdiri N.Rəsulovun və İmişli Bələdiyyəsinin sədri M.İsmayılovun imzası və möhürü ilə təsdiq edilmiş Yerləşmə Planına əsasən, qeyd olunan koordinatlar daxilində yerləşən torpaq sahəsi ilə, daşınmaz əmlakın dövlət reyestrindən 09.07.2018-ci il tarixli **********57 reyestr nömrəli çıxarışa əsasən Bələdiyyənin mülkiyyətində olmuş (hazırda X3 mülkiyyətində olan) İmişli şəhəri, S.Behrəngi küçəsində yerləşən 0,04 ha torpaq sahəsi 371,6 m2 hissədə üst-üstə düşür. Əsaslandırıcı hissə: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da, qismən əsaslıdır. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. «İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci və 2.0.11-ci maddələrinə görə, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İmişli şəhər XDS İK-nin 30 noyabr 1989-cu il tarixli 11 №-li qərarı ilə İddiaçı yaşayış evinin tikintisii üçün 0,05 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İmişli Bələdiyyəsinin 11.06.2018-ci il tarixli 13 saylı iclas protokolunun 2-F saylı qərarı ilə İmişli Bələdiyyəsinin alqı-satqı predmeti olan 400 kv.m və ya 0,04 ha torpaq sahəsinin İmişli şəhərində yaşayan və 5 ildən artıq qeydiyyatda olan X4 müsabiqədən kənar verilməsi üçün həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanmmış və bələdiyyənin 13.08.2018-ci il tarixli 18 saylı iclas protokolunun 1 saylı qərarı ilə 0,04 ha torpaq sahəsi müsabiqədən kənar fərdi yaşayış evinin tikintisi məqsədi ilə X3 mülkiyyətinə verilmiş və onunla alqı-satqı müqaviləsi bağlanmışdır. 2018-ci ilin sonlarında iddiaçı ona verilmiş torpaq sahəsini mülkiyyət hüququ əsasında daşınmaz əmlakda qeydiyyata aldırmaq istərkən, qeyd olunan ərazi X3 mülkiyyətinə alındığından xahişini yerinə yetirmək mümkün olmamışdır. Ona görə də hazırda İmişli Bələdiyyəsinin sözügedən qərarının ləğvini tələb etmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 47-ci maddəsinə görə, torpaq üzərində bələdiyyə mülkiyyəti «Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində hüquqların yaranması əsaslarından biri də müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələrdir. Yenə həmin Məcəllənin 56-cı maddəsinin 1-ci bəndinə görə, Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. «Torpaq islahatı haqqında» Qanunun 7-ci maddəsinə əsasən, müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Həmin Qanunun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun 2.1-ci maddəsinə əsasən, müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Sadalanan normalara əsasən məhkəmə hesab edir ki, iddiaçı İmişli şəhər XDS İKnin 30 noyabr 1989-cu il tarixli 11 №-li qərarı ilə ona verilmiş 0,05 ha torpaq sahəsi üzərində hüquq əldə etmişdir. Cavabdeh inzibati orqan isə həmin torpaq sahəsinin 371,6 m2 hissəsinə 09.07.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnu qeydiyyata aldırmış, 13.08.2018-ci il tarixdə isə onu iş üzrə üçüncü şəxs X2. Bundan əlavə, «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» AR Ali Məhkəməsinin 14 fevral tarixli 2003-cü il tarixli plenum qərarına əsasən torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Qeyd edilmişdir ki, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını (kənd təsərrüfatı təyinatlı, su fondu, ehtiyat fondu və s.), torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə, icarə), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Bir neçə kateqoriyaya aid edilmiş eyni torpaqlarda hər bir kateqoriya üçün müəyyən edilmiş qaydalar və məhdudiyyətlər mövcuddur. Torpaq Məcəlləsinin 10-cu maddəsinin 3-cü hissəsinə müvafiq olaraq torpaq sahəsinin hüquqi rejimi ilə əlaqədar mübahisələr zamanı daha ciddi hüquqi rejimi olan torpaq kateqoriyasına üstünlük verilir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan İmişli Bələdiyyəsinin 11.06.2018-ci il tarixli 13 saylı iclas protokolunun 2-F saylı qərarını qəbul edərkən iddiaçının hüquqlarına müdaxilə etmişdir. Belə ki, hələ 1989-cu ildə qanuni əsaslarla iddiaçıya ayrılmış torpaq sahəsinin 371,6 m2 hissəsinə aid qərar qəbul etmişdir. «Bələdiyyələrin statusu haqqında» AR Qanununun 48-ci maddəsinin 4-cü bəndinə görə, bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. İnzibati Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə görə, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə görə, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İmişli bələdiyyəsinin 11.06.2018-ci il tarixli 13 saylı iclas protokolunun 2-F saylı qərarı İmişli şəhər XDS İK-nin 30 noyabr 1989-cu il tarixli 11 №-li qərarı ilə İddiaçı verilmiş 0,05 ha torpaq sahəsi ilə üst-üstə düşən 371,6 m2 torpaq sahəsinə aid hissədə ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. İnzibati Prosessual Məcəllənin 110.3-cü maddəsinə əsasən, iddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Məhkəmə hesab edir ki, prosessual xərclər (məhkəmə xərci) – ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat və torpaq sahəsinin inventarlaşdırılmasına dair 67,20 (altmış yeddi manat iyirmi qəpik) manat xərc cavabdeh İmişli Bələdiyyəsindən tutulmalıdır. İnzibati Prosessual Məcəllənin 115.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 2.2.1, 4, 68-70, 81 və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İmişli bələdiyyəsinin 11.06.2018-ci il tarixli 13 saylı iclas protokolunun 2-F saylı qərarı İmişli şəhər XDS İK-nin 30 noyabr 1989-cu il tarixli 11 №-li qərarı ilə İddiaçı verilmiş 0,05 ha torpaq sahəsi ilə üst-üstə düşən 371,6 m2 torpaq sahəsinə aid hissədə ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri - 50 (əlli) manat İmişli bələdiyyəsindən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə-büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı-Dövlət xəzinədarlığı agentliyi- Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi- VÖEN **********, AZ34CTRE******************** hesaba, torpaq sahəsinin inventarlaşdırılmasına dair 67,20 (altmış yeddi manat iyirmi qəpik) manat Kapital Bank ASC Xətai filialı, filialın kodu 200071, VÖEN (bank) **********, müxbir hesab:AZ37NABZ013501**********1944, SWİFT kod:AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC, VÖEN:**********, AZ23AİİB******************** hesaba keçirilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Zaur Allahyarov
Məhkəmə qərarları › İş №2-1(120)-28/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-28/2020
19.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver