Məhkəmə qərarları › İş №2-1(120)-28/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-28/2021

15.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-28/2021 15.02.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinə qarşı “mərhum babaları Əliyev Məhərrəm Abasəli oğlundan qalmış Masallı rayonunun Qəzvinoba kəndində yerləşən 0,14 ha. torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində Əliyev Məhərrəm Abasəli oğlunun adına qeydə alınması, çıxarışın və plan ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinə qarşı “mərhum babaları Əliyev Məhərrəm Abasəli oğlundan qalmış Masallı rayonunun Qəzvinoba kəndində yerləşən 0,14 ha. torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində Əliyev Məhərrəm Abasəli oğlunun adına qeydə alınması, çıxarışın və plan ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(086)- 2386/2019 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinə qarşı “mərhum babaları Əliyev Məhərrəm Abasəli oğlundan qalmış Masallı rayonunun Qəzvinoba kəndində yerləşən 0,14 ha. torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyesrində Əliyev Məhərrəm Abasəli oğlunun adına qeydə alınması, çıxarışın və plan ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinin mümkünsüz sayılması qərara alınmışdır. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2- 1(106)-245/2020 saylı qərardadı ilə İddiaçı1 apelyasiya şikayətinin qismən təmin edilməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(086)-2386/2019 nömrəli qərardadının ləğv edilməsi, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati işin Şirvan İnzibati Məhkəməsinə qaytarılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(120)-1011/2020 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinə qarşı “mərhum babaları Əliyev Məhərrəm Abasəli oğlundan qalmış Masallı rayonunun Qəzvinoba kəndində yerləşən 0,14 ha. torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində Əliyev Məhərrəm Abasəli oğlunun adına qeydə alınması, çıxarışın və plan ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Əliyeva (Şəfəqqətova) Xədicə Ağarəhim qızı, X50, X43, X34, X35, X32 və Masallı rayon Türkoba bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışdırlar ki, babası Əliyev Məhərrəm Abasəli oğlunun Masallı rayonun Qəzvinoba kəndində 0.14 ha torpaq sahəsi olmuş, həmin torpaq sahəsində onlar yaşamış və hazırda həmin torpaq sahəsinə çıxarışın və plan ölçünün verilməsini DƏDRX-in 8 saylı ərazi idarəsinə müaciət etsə də çıxarışın verilməsindən imtina edilmişdir. Həmin torpaq sahəsinin babası Məhərrəmin adına olmasını 1969-1970-1971-ci illərdə 889-cu təsərrüfatbaşına kitabdan çıxarılan arxiv arayışında təsdiqini tapır. Lakin həmin torpaq sahəsini ögəy əmisi mərhum Nazimin övladları ögəy nənəsi Səkinə Balakişiyevanın adına qeydə aldırmaq istəyirlər ki, həmin miras əmlakdan onlara pay düşməsin. Belə ki, Məhərrəm Əliyevin birinci arvadı Xırda Əliyeva ilə evliliyindən atası Fazil və bibisi Əminə anadan olmuşdur, babası Məhərrəm birinci arvadı yəni onların nənəsi Xırda vəfat etdikdən sonra babası Nazim Əliyevin anası Səkinə ilə ailə qurmuş, həmin nikahdan da iki övladları olmuşdur ki, onlar Əliyev Nazim Məhərrəm oğlu və X15 olmuşdur. Nazim Əliyev və Abasəli Əliyev yetkinlik yaşma çatanda Bakı şəhərinə getmişlər orada qalıb işləmiş və 1970-cı illərdən Bakı şəhərində yaşamışlar. Babası Məhərrəmin özünə məxsus yaşayış evi və 0.14 sot həyətyanı torpaq sahəsi olmuş, evin bir hissəsində atası Fazillə onlar, digər hissəsində isə babası ögəy əmisi Nazimin anası Səkinə ilə yaşamışdır, babaları 1970-ci ildə vəfat etdikdən bir müddət sonra yəni 1984-cü ildə də Nazim əmisinin anası Səkinə vəfat etmiş, həmin evdə atası Fazil və ailəsi kimi onlar yaşamaqla istifadə etmişdir. Atası Fazil isə 1996-cı ildə vəfat etmiş, atasının 8 vərəsəsi kimi anaları X16, X44, İddiaçı1, X17, X34, X43, X50 və X36 olmaqla onlar qalıb. Atası vəfat etdikdən hal-hazırki günə kimi qeyd edilən miras əmlakdan evdən və torpaq sahəsindən mütəmadi olaraq onlar istifadə etmişdirlər. Babalarından qalmış yaşayış evini isə 2014-cü ildə ögəy əmisi Abasəlinin oğlu Sabit Əliyev anası Elmira Şükürova ilə birgə onlardan icazəsiz anasının Bakı şəhərinə müalicəyə getməsindən istifadə edərək sökmüşdür. Buna baxmayaraq həmin evin atası Fazilin adına keçməsi ilə bağlı evin texniki kitabçası vardır. Miras qalmış torpaq sahəsində hazırda da onlar istifadə edir. Əmisi Nazimin Bakı şəhərində evi olmaqla 1976-cı ildən Bakıda yaşayır uzun illərdir ki, orada yaşamaqla heç vaxt kəndə gəlməmişdir. Əmisi Nazim isə 2019-cu ildə vəfat etmişdir. Həmin miras əmlakdan onlarında vərəsə kimi payının olduğundan miras əmlak vərəsələr arasında bölünməlidir. Uzun müddətdir ki, qeyd edilən torpaq sahəsi ilə bağlı əmisi mərhum Nazim və mərhum əmisi Abasəlinin boşanmış arvadı Elmira və Nazimin övladı Sabit ilə mübahisələri vardır, Elmiranın torpaq sahəsi və evi olmasına baxmayaraq onlar analarına 1995-ci ilin iyul ayında Türkoba sovxozu (keçmiş Kirov sovxozu) tərəfindən verilən torpaq sahəsində tikinti işlərində mane olduğundan dəfələrlə aralarında dava-dalaş düşmüşdür. Qeyd edir ki, babası Məhərrəmin birinci arvadı Xırda Əliyeva 1948-ci ildə xəstəliydən vəfat etdikdən sonra 1950-ci ildə babası X13 ilə ailə qurmuş, atası Fazil və bibisi Əminə atasının himayəsində böyümüşdürlər. Babasından 1947-ci ildə inşa edilmiş bir mətrəbəli 2 otaqlı ev olmuş, lakin ailə böyüdüyündən 1968-ci ildə evin yan tərəfindən 3 otaq artırılmışdır. Həmin evdə onlar mərhum atası Fazillə yaşamışlar, digər tərəfdə isə 2 otaqda Səkinə yaşamışdır. Babası Məhərrəm 1970-ci ildə vəfat etdikdən sonra da həmin qaydada yaşamışdırlar. Lakin 1970-ci illərdə əmisi Nazim və Abasəli Bakı şəhərinə işləmək üçün getmişlər daha sonra həmin evə gəlməmişlər. X47 ilə evləndiyi vaxt 1941-ci ildə özünün evi və torpaq sahəsi olmuşdur, Səkinə Məhərrəmin evinə gəlin gəlmişdir, buna görə də babası Məhərrəmdən qalmış torpaq sahəsi heç vaxt Səkinə Balakişiyevanın olmamış və ona verilə bilməz və ona məxsus ola bilməz. Babası Məhərrəm 1970-ci ildə vəfat etdikdən sonra təsərrüfat başçısı kimi Səkinə Balakişiyeva kənd savetinin təsərrüfatbaşına kitabında evin ona aid hissəsində (evin yarısına) qeyd edilmiş, (xx.xx.2017-ci il tarixli arxiv arayışı) lakin bu onlara hüquq vermir ki, babası Məhərrəmdən qalmış 0.14 ha torpaq sahəsinə tam hüquq Səkinə Balakişiyevanın adına rəsmiləşsin. Halbuki, 1970-ci ildən bu günə kimi həmin torpaq sahəsindən onlar istifadə edir və həmin torpaq sahəsində mütəmadi olaraq istifadə etməklə yaşayırlar. Arxiv arayışından da görünür ki, Səkinə Balakişiyevanın heç vaxt torpaq sahəsi olmamış, X29 Soveti İcrayə Komitəsi İK-nin qərarı ilə torpaq sahəsi ayrılmamış, nədə ki, Səkinənin Məhərrəm Əliyevlə nikahı olmamışdır. Babası Məhərrəmdən miras qalmış ev 2014-cü ilə kimi mövcud olmuşdur, lakin 2014-cü ildə anası Xədicənin müalicəsi ilə Bakı şhərində olmasından istifadə edən əmisi Abasəlinin boşamış olduğu arvadı Elmira və onun oğlu onların xəbəri olmadan iki gün içərisində evi sökmüşlər. Bu barədə Masallı rayon İHB-nın Türkoba kənd soveti tərəfindən verilən arayışda da öz əksini tapmışdır. Eyni zamanda iddiaçı Nazim Əliyev anası Səkinə Balakişiyeva istər sağlığında istərsə də vəfat etdiyi 1984-cü ildən bu vaxta kimi qeyd edilən əmlakı mübahisələndirməmiş, qeyd edilən torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Flaqqmda Qanunun qüvvəyə mindiyi günə kimi və ya ondan sonra həmin əmlakın qeydə alınması ilə bağlı heç bir müraciət etməmişdir. Lakin son illərdə mərhum əmisi Abasəlinin boşamış olduğu arvadı Elmira ilə aralarında yaranmış mübahisələrindən sonra qərəzli şəkildə yaşadığı torpaq sahəsini və onun üzərində tikmiş olduğu evi sökdürmək məqsədi ilə əmisi Nazim Əliyevin adından məhkəmələrdə iddia qaldırmışlar. Halbuki, hazırkı günə kimi də əmisi Nazim o torpaq sahəsindən heç bir şey istəmədiyini bildirir. Qeyd edilənlərə əsasən mərhum babası Əliyev Məhərrəm Abasəli oğlundan qalmış Masallı rayonun Qəzvinoba kəndində yerləşən 0.14 ha torpaq sahəsinin daşınmz əmlakın dövlət reyestrində Əliyev Məhərrəm Abasəli oğlunun adına qeydə alınması, buna dair çıxarışın və plan ölçünün verilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. İddiaçı1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun məhkəmə tərəfindən təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçılar İddiaçı2, İddiaçı3, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinin nümayəndəsi və üçüncü şəxslər Əliyeva (Şəfəqqətova) Xədicə Ağarəhim qızı, X50, X43, X34, X35, X32 və Masallı rayon Türkoba bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iddiaçılar İddiaçı2, İddiaçı3, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinin nümayəndəsi və üçüncü şəxslər Əliyeva (Şəfəqqətova) Xədicə Ağarəhim qızının, X37, X26, X21, X22, X18 və Masallı rayon Türkoba bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Masallı rayon Dövlət Arxivinin xx.xx.2017-ci il tarixli, 461 nömrəli arxiv arayışında qeyd edilmişdir: “verilir İddiaçı3 ondan ötrü ki, o, xx.xx.2017ci il tarixdə Masallı Rayon Dövlət Arxivinə (MRDA) ərizə ilə müraciət etmiş və 1970-ci ildə vəfat etmiş babası Əliyev Məhərrəm Abasəli oğlunun vəfat edəndə birinci və ikinci arvadlarından olan övladları və onların torpaqları barədə rəsmi məlumat istəmişdir. İddiaçı3, xx.xx.2017-ci il tarixli 837 saylı sorğusuna cavab olaraq bildiririk ki, təsərrüfatbaşına kitabda, babası Əliyev Məhərrəm Abasəli oğlunun hansı arvaddan hansı uşaqlarının olması barədə qeydə rast gəlinmədi, lakin, Masallı rayon İHB-nın Türkoba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə (keçmiş Türkoba kənd X14 İcraiyyə Komitəsi) məxsus təsərrüfatbaşına kitablarından, aşağıdakılar müəyyən oldu: 1969-1970-1971-ci illərə aid 21 saylı təsərrüfatbaşına kitabın 889-cu təsərrüfatında; Əliyev Məhərrəm Abasəli oğlu -1891- ailə başçısı, 1941-ci ildə tikilmiş evi X7 -1920-arvadı, 1969-cu ildə 0.20 ha torpağı X15-1950 oğlu, 1970-ci ildən 0.14 ha X2 -1951 qızı, X27 -xx.xx.1957-oğlu, Əliyev Məhərrəm Abasəli oğlu öləndən sonra təsərrüfat həmin ailə tərkibi ilə birgə, X3 hesabına keçib. 1969-1970-1971-ci illərə aid 21 saylı təsərrüfatbaşına kitabın 890-cı təsərrüfatında; X28 - 1934 ailə başçısı, evi barədə məlumat qeyd yoxdur. X6 1940 arvadı, 1969-cu ildə torpaq yoxdur. X45 Xİİ.1960, 1970-ci ildən 0.10 ha torpağı var. X50, İİ.1962 X43, xx.xx.1963 İddiaçı2, xx.xx.1965 X33, xx.xx.1969 İddiaçı1 Fazi qızı, xx.xx.1970 X46, xx.xx.1967 Əsas: Masallı Rayon Dövlət inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə (keçmiş Türkoba kənd ZDS İK) məxsus təsərrüfatbaşına kitabları” İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı X24 iddiaçıya göndərdiyi xx xxxxxxxx 2019-cu il tarixli, **********00 saylı məktubunda qeyd olunmuşdur ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı X30 ünvanladığınız xx xxxxxx 2019-cu il tarixli ərizənizə cavab olaraq bildiririk ki, Masalı rayonu, Qəzvinoba kəndində yerləşən 0.14 ha torpaq sahəsinin mərhum Əliyev Məhərrəm Abasəli oğluna ayrılması barədə torpaq sahəsininhüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin rnübahisələndirilən 0.14 ha torpaq sahəsinin mərhum X4 adına dövlət qeydiyyatına alınması tələbi ilə bağlı onun vərəsəsi Əliyev Nazim Məhərrəm oğlu Məhkəməyə müraciət etmişdir. Davam edən məhkəmə proseslərində tərəf kimi iştirak etmişsiniz. Belə ki, Əliyev Nazim Məhərrəm oğlunun kassasiya şikayətinin təmin edilməsi ilə əlaqədar, Ali Məhkəmənin xx xxxx 2019-cu il tarixli, 2-1(102).-1845/2019 saylı qərarı ilə Şirvan Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(106)-06/2019 saylı qərarı ləğv edilmiş və yenidən baxılması üçün inzibatı iş Şirvan Apeliyasiya Məhkəməsinə geri qaytarılmışdır. Göstərilən səbəblərə görə sözü gedən 0.14 ha torpaq sahəsinin mərhum babanız Əliyev Məhərrəm Abasəli oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən mümkün deyildir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli, 23931 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli rəyə əsasən, Türkoba kənd XDS (ZDS İK) 1983-1985-ci illərə aid 8 saylı təsərrüfatbaşına kitabın 540-cı təsərrüfatından xx.xx.2018-ci il tarixli arxiv arayışına əsasən və hazırki Qəzvinoba kəndinin ərazisində yerləşən mərhum X3 istifadəsində olmuş 0.14 ha torpaq sahəsinin ölçülərini təyin etmək mümkün olmadı. Masallı rayonu, Qəzvinoba kəndinin ərazisində yerləşən mərhum X3 varisi iddiaçı Əliyev Nazim Məhərrəm oğlunun nümayəndəsi X18 iddia tələbinə görə naturada çəpər daxilində faktiki yerləşmə mövqeyi, koordinatları və ölçüləri mütəxəssis rəyinə əlavə edilmiş ölçü planında və Masallı rayonu, Qəzvinoba kəndi “Qəzvinoba” təsərrüfatının kompleks yerquruluşu layihəsindən çıxarışda öz əksini tapmışdır”. İş materiallarında olan Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-1(106)-30/2020 nömrəli qərarı ilə müəyyən olunur ki, mübahisəli torpaq sahəsində Əliyev Məhərrəm Abasəli oğluna (1970-ci ildə ölmüşdür) məxsus ev olmuşdur. Məhərrəm Əliyevin birinci arvadı Xırda Əliyeva 1948-ci ildə öldükdən sonra Səkinə Balakişiyeva ilə ailə qurmuşdur. Məhərrəm Əliyevin birinci arvadı Xırda Əliyevadan olan uşaqları, həmçinin Fazil Əliyev analarının (Xırda Əliyevanın) ölümündən sonra atalarının, yəni Məhərrəm Əliyevin himayəsində böyümüşdürlər. Yəni onların hamısı Səkinə Balakişiyeva gəlin gəldikdən sonra da, bir evdə yaşamışdırlar. Məhərrəm Əliyevin ölümündən sonra mübahisəli torpaqda olan köhnə evin bir hissəsində onun birinci arvadı Xırda Əliyevadan olan uşaqları, evin digər bir hissəsində isə onun ikinci arvadı Səkinə Balakişiyeva və ondan olan uşaqları yaşamışdırlar. Əliyev Məhərrəm Abasəli oğlu ilə X3 (1984-cü ildə ölmüşdür) rəsmi nikahları barədə məlumatlar olmasa da, onlar ər-arvad münasibətlərində olmuşdurlar. X1 (2016-cı ildə ölmüşdür) və Əliyev Nazim Məhərrəm oğlu (2018-ci ildə ölmüşdür) adında iki uşağı olmuşdur. X32 mərhum Abbasəli Əliyevin oğlu, X35 mərhum Nazim Əliyevin oğludur. İş materiallarında olan keçmiş Türkoba kənd ZDS İcraiyyə Komitəsinin 889 şəxsi hesab nömrəli təsərrüfatbaşına kitabından çıxarışdan görünür ki, mərhum Əliyev Məhərrəm Abasəli oğlu (iddiaçıların babası) ailə başçısı kimi qeyd olunmuş və həmin kitabda 1941-ci ildə tikilmiş ev, 1959-cu ildə 0.20 ha torpaq sahəsi, 1970-ci ildə 0.14 ha torpaq sahəsi qeydə alınmışdır. İş materialında olan Masallı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 367119 seriya nömrəli xx xxxxx 2017-ci il tarixli arayışın təsdiq olunmuş surətindən görünür ki, Əliyev Məhərrəm Abasəli oğlu xx.xx.1970-ci il tarixdə Masallı rayonu, Qəzvinoba kəndində ölmüşdür. İş materialında olan Masallı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 255970 seriya nömrəli xx xxxxx 2017-ci il tarixli arayışın təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.1984-cü il tarixdə ölmüşdür. İş materiallarında olan X11 adına Masallı rayonu Türkoba kəndində yerləşən fərdi yaşayış evinə dair tərtib edilmiş fevral, 1987-ci il tarixli, 292 inventar nömrəli texniki pasportdan görünür ki, X11 adına 600 kv.m torpaq sahəsi qeydiyyata alınmış və həmin torpaq sahəsinin plan çizgisi tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “xxxx” MMC X31 İdarəsinin xx.xx.2019-cu il tarixli, C-229 saylı mütəxəssis rəyinin nəticə hissəsində aşağıdakılar qeyd olunmuşdur: Masallı rayonu Qəzvinoba kəndi “Qəzvinoba" təsərrüfatının ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsi baza materialının yerəuyğun yerləşmə vəziyyətinə görə mübahisə predmeti kimi 0,14 ha (faktiki istifadə kimi 0,1748 ha) həyətyanı torpaq sahəsi hissəsinin yeri 469BB saylı bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsi ilə üst-üstə düşür. JN-189A (kod 80522039) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən X9 və onun ailə üzvlərinə və sonradan bağışlanılma yolu ilə **********62-10301 reyestr nömrəli çıxarışla İddiaçı2 mülkiyyətə verilmiş 0,06 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşmür, Sözügedən torpaq sahələrinin yerləşmə və istifadə vəziyyəti, ölçüləri tərtib edilmiş planda və Masallı rayonu Qəzvinoba kəndi "Qəzvinoba” təsərrüfatının ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsindən çıxarışda göstərilmişdir. Sözügedən mübahisəli torpaq sahəsi hissəsində sökülmüş köhnə evin yerinin yaxınlığından mülki işdə olan akta əsasən cavabdeh-üçüncü şəxs X16 tərəfindən inşa etdirilmiş və ona məxsus, kənar ölçüləri (8,9mX5,7m) olan bir mərtəbəli fərdi yaşayış evi mövcuddur. Masallı rayonu Qəzvinoba kəndi “Gəzvinoba" təsərrüfatının ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsi baza materialının yerəuyğun yerləşmə vəziyyətinə görə 469BB saylı bələdiyyə mülkiyyətinə aid ərazinin hüdudları daxilində yerləşən mübahisəli olan 0,14 ha (faktiki istifadə kimi 0,1748 ha) həyətyanı torpaq sahəsi hissəsində 3-cü sualın cavabında qeyd edilmiş tikilidən başqa təsərrüfatbaşına kitabdan çıxarışda göstərilən 1941-ci ildə tikilmiş köhnə tikililər mövcud deyildir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı X24 məhkəməyə göndərdiyi iddia ərizəsinə etirazında qeyd edilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2- 1 (120)-1011/2020 saylı məktubuna cavab olaraq bildiririk ki, İddiaçı2 Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı X42 tərəfindən rəsmi olaraq bildirilmişdir ki, Masallı rayonu, Qəzvinoba kəndində yerləşən 0.14 ha torpaq sahəsinin mərhum Əliyev Məhərrəm Abasəli oğluna ayrılması barədə torpaq sahəsinin hüquqmüəyyənedici sənədləri təqdim edilməmişdir. Həmçinin mübahisələndirilən 0.14 ha torpaq sahəsinin mərhum X4 adına dövlət qeydiyyatına alınması tələbi ilə bağlı onun vərəsəsi Əliyev Nazim Məhərrəm oğlu Məhkəməyə müraciət etmişdir. Göstərilən səbəblərə görə sözü gedən 0.14 ha torpaq sahəsinin mərhum babanız Əliyev Məhərrəm Abasəli oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən mümkün olmamışdır. Yenidən iddiaçılardan biri İddiaçı1 Ağarəhim qızının Xidmətin 8 saylı X30 etdiyi müraciətə 2020-ci ilin oktyabr ayında rəsmi olaraq cavab olaraq bildirilmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-1(106)-30/2020 saylı qərarı ilə qərarına əsasən iddiaçı Əliyev Nazim Məhərrəm oğlunun apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2- 1(086)-469/2018 saylı qərarı ləğv edilmiş, iddiaçının iddia tələbi qismən təmin edilmiş Masallı rayonu, Qəzvinoba kəndində yerləşən 0.14 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində X3 adına qeydə alınması və həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan və ölçü sənədinin veriməsi ilə bağlı müraciətinin yenidən araşdırılması öhdəliyi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı X24 üzərinə qoyulmuş və iddia tələbi qalan hissədə təmin edilməmişdir. Həmin qərardan tərəfinizdən Ali Məhkəməyə kassasiya şikayəti verilmişdir. Lakin Ali Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli 2-1 (102)-1609/2020 saylı ilə kassasiya şikayəti təmin edilməmiş və Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2- 1(106)-30/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.İddiaçıların tələbi üzrə mərhum Əliyev Məhərrəm Abasəli oğlunun adına Masallı rayonu, Qəzvinoba kəndində yerləşən 0.14 ha torpaq sahəsinin qeydiyyata alınması ilə bağlı Şirvan İnzibati Məhkəməsində 2-1 (120)-1011/2020 saylı inzibati iş mövcuddur. Sözü gedən Masallı rayonu, Qəzvinoba kəndində yerləşən 0.14 ha torpaq sahəsinin qeydiyyata alınması ilə bağlı davam edən Şirvan İnzibati Məhkəməsində olan 2-1(120)-1011/2020 saylı inzibati iş və digər məsələlər üzrə Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı X42 tərəfindən qanunamüvafiq qayadada araşdırma aparılacaqdır. Yuxarıda qeyd etdiklərimi və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsini rəhbər tutaraq, İddiaçı2 və digər şəxslərin Xidmətin 8 saylı X19rşı iddia tələbinin təmin edilməməsini xahiş edirəm. Məhkəmə araşdırması zamanı tərəflərin izahatlarından və iş materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsində Əliyev Məhərrəm Abasəli oğluna (1970-ci ildə ölmüşdür) məxsus ev olmuşdur. Məhərrəm Əliyevin birinci arvadı Xırda Əliyeva 1948-ci ildə öldükdən sonra Səkinə Balakişiyeva ilə ailə həyatı qurmuşdur. Məhərrəm Əliyevin birinci arvadı Xırda Əliyevadan olan uşaqları Məhərrəm Əliyevin himayəsində böyümüşdürlər. Yəni onların hamısı Səkinə Balakişiyeva gəlin gəldikdən sonra da, bir evdə yaşamışdırlar. Məhərrəm Əliyevin ölümündən sonra mübahisəli torpaqda olan köhnə evin bir hissəsində onun birinci arvadı Xırda Əliyevadan olan uşaqları, evin digər bir hissəsində isə onun ikinci arvadı Səkinə Balakişiyeva və ondan olan uşaqları yaşamışdırlar. Əliyev Məhərrəm Abasəli oğlu ilə X3 (1984-cü ildə ölmüşdür) rəsmi nikahları barədə məlumatlar olmasa da, onlar ər-arvad münasibətlərində olmuşdurlar. Həmçinin müəyyən edilmişdir ki, iddiaçılar mərhum babaları Əliyev Məhərrəm Abasəli oğlundan qalmış Masallı rayonunun Qəzvinoba kəndində yerləşən 0,14 ha. torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyesrində Əliyev Məhərrəm Abasəli oğlunun adına qeydə alınması, çıxarışın və plan ölçünün verilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı X30 müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətindən imtina etmişdir. Hazırda iddiaçılar mərhum babaları Əliyev Məhərrəm Abasəli oğlundan qalmış Masallı rayonunun Qəzvinoba kəndində yerləşən 0,14 ha. torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyesrində Əliyev Məhərrəm Abasəli oğlunun adına qeydə alınması, çıxarışın və plan ölçünün verilməsi ödəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə, iddiaçının hazırkı tələblə bağlı ilkin müraciətindən cavabdehin imtinasının qanuniliyini və əsaslığını və işin müəyyən edilmiş faktiki hallarını yuxarıda qeyd edilən sübutlarla yanaşı, aşağıdakı hüquq normalarına uyğun qiymətləndirməyi zəruri hesab edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-2.2.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələri). Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 14.3-ci maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “X5rşı” iş üzrə xx xxxxxx 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli, 439 nömrəli fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.3-cü bəndində göstərilmişdir ki, kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış hüquqların əldə edilməsini təsdiq edən sənəddir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan qanunvericiliyin tələblərinə uyğun araşdırma aparmadan iddiaçının ərizəsinə formal əsaslarla cavab vermişdir. Belə ki, cavabdeh inzibati orqan zəruri araşdırma aparmadan, işin faktiki hallarını müəyyən etmədən, sübutları aydınlaşdırmadan, əlaqəli sübutları və məlumatları əldə etmədən, maraqlı şəxsləri cəlb etmədən, mübahisəli torpaq sahəsini yerində aidiyyəti və maraqlı şəxslərlə birlikdə müayinə etmədən imtina cavabı vermişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 izahatında bildirmişdir ki, Əliyev Məhərrəm Abasəli oğlu onun babasıdır. Babası Məhərrəm 1970-ci ildə vəfat etdikdən sonra təsərrüfat başçısı kimi Səkinə Balakişiyeva təsərrüfatbaşına kitabda evin ona aid hissəsində (evin yarısına) qeyd edilmişdir. Lakin bu onlara hüquq vermir ki, babası Məhərrəmdən qalmış 0,14 hektar torpaq sahəsini tam olaraq Səkinə Balakişiyevanın adına rəsmiləşdirilsin. Halbuki, babası Məhərrəm Əliyev öldüyü günə qədər sözügedən təsərrüfatbaşına kitabda ailə başçısı kimi qeyd olunmuş, həmin kitabda onun adına tikili və torpaq sahəsi olmuşdur. O cümlədən 1970-ci ildən bu günə kimi həmin torpaq sahəsindən onlar, yəni mərhum Fazilin ailə üzvləri istifadə etməklə orada yaşayırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxxx 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.1-ci bəndində göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir. Həmin təlimatın 7.2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2017-ci il tarixli, 537 nömrəli qərarı ilə “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.1-ci bəndində “vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir” sözləri “vəfat etmiş şəxsin adına çıxarış tərtib edilir” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2019-cu il tarixli, 302 nömrəli qərarı ilə “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.1-ci bəndinə (üçüncü halda), 7.2-ci və 7.3-cü bəndlərinə “çıxarış” sözündən əvvəl “elektron” sözü əlavə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2017-ci il tarixli, 537 nömrəli qərarı ilə “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndində “onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış verilir” sözləri “bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış tərtib edilir” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx xxxxxx 2009-cu il tarixli, 113 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında Təlimat”ın 7.1-ci bəndində göstərilmişdir ki, müqavilə və ya digər əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması barədə arayış verilir. Arayış əmlakın növündən asılı olaraq bu Təlimata əlavə olunmuş 1-36-cı əlavələrə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. Həmin Təlimatın 7.2-ci bəndində göstərilmişdir ki, müqavilə və ya digər əsaslara görə vəfat etmiş şəxsə məxsus olmuş və üzərində hüquqlar qeydiyyata alınmamış əmlak üzərində hüquqların rəsmiləşdirilməsi məqsədilə onun qanun və ya vəsiyyət üzrə vərəsələrindən birinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayış verilir. Bu arayış vərəsə tərəfindən qanunvericiliklə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas kimi müəyyən edilmiş sənədlər təqdim olunduqda verilir, həmin sənədlər ərazi idarəsində saxlanılır və vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sənəd təqdim olunduqdan sonra müvafiq qaydada əmlakın qeydiyyata alınması aparılaraq sənədlər əsas kimi əlavə olunur. Arayış bu Təlimata əlavə olunmuş 37-ci əlavəyə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. Həmin Təlimatın 7.5-ci bəndində göstərilmişdir ki, hüququn ölmüş şəxsə aid olması barədə arayış almaq üçün müraciət edən şəxsin vərəsə olması mirasın açıldığı yerin notariusunun yazılı məlumatı ilə müəyyən edilir. Qanunvericilikdən göründüyü kimi, daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarəsinə müraciət etmədən öldükdə, ölmüş şəxsin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün müvafiq qaydalar müəyyən edilmişdir. Həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara qanunvericilikdə göstərilən qaydada çıxarış verilir. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2- 1(106)-245/2020 nömrəli qərarında (5-ci vərəqin 9-cu abzasında) qeyd edilmişdir: “Kollegiya hesab edir ki, iddiaçılar babalarına məxsus torpaq sahəsinin və tikilinin qeydə alınmasını tələb etməkdə haqlıdır. Onların vərəsə olmaması, habelə subyektiv hüququnun olmaması barədə məhkəmənin gəldiyi nəticə əsassızdır. Məhkəmə bu halları nəzərə almaqla, ilkin mülkiyyətçinin vərəsələri kimi qəbul etməli, bu baxımdan inzibati orqanın imtinasına müvafiq qiymət verməli idi”. Məhkəmə iddiaçıların ilkin müraciətindən cavabdehin imtinasına qiymət verərkən yuxarıda qeyd edilən hüquq normaları ilə yanaşı aşağıda qeyd edilən hüquq normalarına da nəzər yetirməyi zəruri hesab edir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 20-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 33-cü maddəsinə əsasən ərizəyə baxılması və həmin ərizə üzrə müvafiq inzibati aktın qəbul edilməsi başqa inzibati orqanın səlahiyyətlərinə aid olduğu halda, ərizəçinin müraciət etdiyi inzibati orqan ərizənin daxil olduğu vaxtdan ən geci 10 gün müddətində ərizəni və ona əlavə olunmuş sənədləri səlahiyyətli inzibati orqana göndərməlidir. Ərizə və ona əlavə edilmiş sənədlərin səlahiyyətli inzibati orqana göndərilməsi barədə ərizəçiyə 6 gün müddətində yazılı şəkildə əsaslandırılmış məlumat verilməlidir. Azərbaycan Respublikasının qanunvericiliyində birbaşa nəzərdə tutulmamışdırsa, ərizəni müvafiq səlahiyyətli orqana göndərən inzibati orqan tərəfindən ərizənin mahiyyəti üzrə hər hansı rəy verilməsi yolverilməzdir. Bu Qanunun 33.1-ci maddəsində nəzərdə tutulmuş hallarda ərizə qanunla müəyyən olunmuş müddətdə təqdim olunmuşdursa, ərizənin təqdim edilməsi ilə bağlı müddətə maraqlı şəxs tərəfindən əməl olunmuş sayılır. Həmin Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 90.1-ci maddəsinə əsasən inzibati orqanların vəzifəli şəxsləri bu Qanunun müddəalarının pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan müraciəti yenidən qanunvericiliyin tələblərinə uyğun tam dolğun araşdırmalıdır. Cavabdeh inzibati orqan müraciətlə bağlı ilkin prosedur qaydaları yoxlamalı, zərurət yaranarsa, müraciət edənə ilkin prosedur qaydalarla bağlı hüquqi yardım göstərməli, müraciətin tam dolğun araşdırılması üçün sübutların əldə edilməsi və işin faktiki hallarının müəyyən edilməsi üçün tədbirlər görməlidir. Zərurət yaranarsa, sübutların əldə edilməsi üçün cavabdeh inzibati orqan tərəfindən sorğular da verilməlidir. Həmçinin mübahisəli torpaq sahəsinin naturada yerini, təyinatını, ölçülərini, sərhədlərini, koordinatlarını, döngə nöqtələrini, digər şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsini aydınlaşdırmalıdır. Həmçinin həmin torpaq sahəsində mövcud tikililər, həmçinin əvvəllər mövcud olmuş tikililər, həmin tikililərin texniki göstəriciləri, həmin tikililərin hansı şəxslər tərəfindən və hansı tarixdə inşa edilməsi müəyyənləşdirilməlidir. Həmçinin təsərrüfatbaşına kitablardakı məlumatlar dəqiqləşdirilməli, həmin təsərrüfata aid tikililərin hansı tarixlərdə və hansı şəxslər tərəfindən inşa edilməsi, həmin fərdi yaşayış evinin hansı tarixlərdə hansı ailə üzvlərinin istifadəsində olması aydınlaşdırılmalıdır. Həmçinin mübahisəli torpaq sahəsində ilkin təsərrüfatın hansı tarixdə və hansı ailə üzvlərindən ibarət tərkibdə yaranması, arxiv və aidiyyəti orqanlarda olan məlumatlar əsasında növbəti yeni ailə təsərrüfatlarının hansı şəraitdə yaranması və ailə təsərrüfatlarının ayrılması barədə məlumatlar aydınlaşdırılmalıdır. Başqa sözlə, hüquqların dövlət qeydiyyatı haqqında, o cümlədən qeydə alınmış mülkiyyət hüquqlarının müdafiəsi (düzgünlüyü) üçün verilmiş ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış, plan və ölçü sənədi vermək cavabdehin vəzifələri sırasına daxildir. Lakin işin faktiki hallarından görünür ki, cavabdeh qanunla onun üzərinə qoyulan vəzifələrini lazımınca icra etməmişdir. Bundan başqa məhkəmə xüsusi olaraq qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulmuşdur. Yalnız bu əsaslardan biri mövcud olarsa hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Cavabdeh hüquqların dövlət qeydiyyatına alınmasından və iddiaçının ərizəsinin icrasından imtina edərkən yuxarıda qeyd edilən hüquq normalarının tələblərinə əməl etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan kimi cavabdeh iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunların tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda aidiyyəti digər inzibati orqanların, iddiaçıların özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçılara hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq nəticəyə gəlməli idi. Hazırki işin hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamışdır. Həmin inzibati icraatın aparılmaması nəticəsində iddiaçının müraciəti üzrə zəruri faktiki və hüquqi hallar da müəyyən olunmamışdır. Cavabdeh iddiaçının müraciətini araşdırmadan formal əsaslarla imtina məktubu verməməli, qeyri-müəyyən münasibət bildirməməli idi. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul etməlidir. İnzibati orqan yazılı inzibati aktı yazılı şəkildə əsaslandırılmalı və əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüququi aktlar göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-68.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçıların mərhum babaları Əliyev Məhərrəm Abasəli oğlundan qalmış Masallı rayonunun Qəzvinoba kəndində yerləşən 0,14 ha. torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyesrində Əliyev Məhərrəm Abasəli oğlunun adına qeydə alınması, çıxarışın və plan ölçünün verilməsi ilə bağlı müraciətinin yenidən araşdırılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinin üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İş materialında olan qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci və 9.1.12-ci maddələrə əsasən inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə vətəndaşlar tərəfindən dövlət rüsumunun ödənilməsi tələb olunmadığından iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4-cü, 68-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçıların Masallı rayonunun Qəzvinoba kəndində yerləşən 0,14 ha. torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində Əliyev Məhərrəm Abasəli oğlunun adına qeydə alınması, çıxarışın və plan ölçünün verilməsi ilə bağlı müraciətinin yenidən araşdırılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar