Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-28/2024 08.05.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 08 may 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayonu, Girdəni kəndində yerləşən 1000 kv.m-dən ibarət olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə reyestrdən çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2-1(120)-550/2021 saylı qərardadı ilə Lənkəran rayonu Girdəni bələdiyyəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iş üzrə üçüncü şəxs kimi inzibati məhkəmə icraatına cəlb olunmaları qərara alınmışdır. Bundan əlavə, məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi ilə əvəz olunmuşdur. Bundan əlavə, Şirvan İnzibati Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 2-1(120)- 28/2024 saylı qərardadı ilə X2, X4, X3, X5 və X6 iş üzrə üçüncü şəxs kimi inzibati məhkəmə icraatına cəlb olunmaları qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Lənkəran rayon Girdəni Bələdiyyəsinin 01 avqust 2006-cı il tarixli, 06 saylı qərarı ilə ona Girdəni Bələdiyyəsinin mülkiyyətindən həyətyanı üçün 1000 kv.m torpaq sahəsi ayrılmış və 13 fevral 2006-cı il tarixli torpaqların alqı-satqısına dair Akta əsasən bunun müqabilində Girdəni Bələdiyyəsinin **********0 saylı bank hesabına Kapital Bank vasitəsi ilə 660.000 (altı yüz altmış min) manat (köhnə manatla) məbləğində pul ödəmişdir. Həmin torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən planı və ölçüsü tərtib edilərək X10 kitabında 13 mart 2006-cı il tarixdə 224 nömrə ilə uçota alınıbdır. Həmin vaxtdan Bələdiyyə tərəfindən ona verilmiş torpaq sahəsindən istifadə edir və halhazırda istifadəsindədir. Buna görə də həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə ona reyesterdən Çıxarışın və texniki sənədlərin verilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşmmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi müraciətinə 11 dekabr 2020-ci il tarixli məktubu ilə müxtəlif bəhanələrlə imtina etmişdir. Hesab edir ki, cavabdehin həmin imtinası tam əsassız və qanunsuz olmaqla onun hüquqlarını pozur. Həmin imtina məktubunu 11 dekabr 2020-ci il tarixdə almışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Lənkəran rayonu, Girdəni kəndi ərazisində yerləşən, Girdəni bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 06 saylı müvafiq qərarı əsasında fərdi yaşayış evinin tikintisindən ötrü hazırki iş üzrə İddiaçı ayrılmış 1000 kv.m həyətyanı torpaq sahəsinə dair həmin şəxsin adına müvafiq qeydiyyatın aparılması öhdəliyinin üzərilərinə qoyulmasına dair iddia tələbinə Ərazi İdarəsinin rəsmi münasibətinin (etirazının) bildirilməsi ilə əlaqədar tərəflərindən aidiyyəti hissədə arxiv və baza məlumatları araşdırıldı. Hazırki iş üzrə sərəncama münasibətdə, habelə iddia ərizəsində qeyd olunanlarla bağlı tərəflərindən müvafiq araşdırmalar aparılmıış və nəticədə məlum olmuşdur ki, mövcud DWG (xəritə) baza məlumatlarına əsasən Lənkəran rayonu, Girdəni bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 06 saylı müvafiq qərarı ilə həyətyanı məqsədilə iddiaçıya ayrılmış ümumilikdə həmin 1000 kv.m torpaq sahəsi bələdiyyə mülkiyyəti qeyd olunmuş ərazidə yerləşir. Belə ki, “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 23 oktyabr tarixli 466-İİİQD nömrəli Qanunu ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə dəyişiklik edilmişdir. Həmin dəyişikliyə uyğun olaraq 2007-ci il 01 dekabr tarixindən sonra Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları, bəzi hallar istisna olmaqla, yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Məlumat üçün bildiririk ki, iddiaçı tərəfindən təqdim olunmuş sözügedən torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlərə ekspertiza komissiyası tərəfindən baxış keçirilərkən məlum olmuşdur ki, qanunvericiliyin tələbinə əsasən Lənkəran rayonu, Girdəni bələdiyyəsi mövcud 1000 kv.m torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüquqlarının tanınması prosedurundan sonra notarial alqı-satqı müqaviləsi əsasında həmin torpaq sahəsini özgəninkiləşdirə bilər. Belə ki, iddiaçının ərizəyə əlavə olunmuş ilkin hüquqmüəyyənedici sənədlər üzrə ayrılmış torpaq sahəsi xəritə məlumatlarında Lənkəran rayonu, Girdəni bələdiyyəsinə aiddir, həmin sənədlər əsasında sözügedən şəxs tərəfindən Ərazi İdarəsinə əvvəllər müraciət olunmuş və faktiki yerində aidiyyəti mütəxəssisin iştirakı təmin olunmaqla ölçü işləri aparılmış, həmçinin təqdim olunmuş sənəd üzrə məlumatlarla mövcud xəritə məlumatları dəqiqləşdirilmişdir. Eyni zamanda sözügedən torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş plan ölçü sənədi (kadastr planı) mühüm əhəmiyyətli sənədlərdən sayldığından, faktiki yerində aparılan müayinənin nəticələrinə uyğun baxıla bilər. Yuxarıda qeyd olunanlara əsasən sərəncamın 2-ci bəndində qoyulan tələbin yerinə yetirilməsinə (vahid daşınmaz əmlak obyekti olaraq yuxarıda göstərilən torpaq sahəsinə dair hazırki iş üzrə iddiaçının adına müvafiq qeydiyyatın aparılması tələbinə münasibətdə) münasibətdə bildiririk ki, aidiyyəti mübahisələrin həlli ilə bağlı səlahiyyətlər Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə həvalə edilmişdir. Hal-hazırda, sözügedən mübahisəli (həyətyanı və pay torpağından çıxarılma, torpaq sahələrinin sərhədlərinin müəyyənləşdirilməsi, torpaq sahəsinin zəbtdən azad edilməsi, ilkin sənədlərdə dəyişiklik edilməsi, ilkin hüquqmüəyyənedici sənədlərdə olan məlumatlarla xəritə məlumatları arasında olan uyğunsuzluq və torpaq sahələrinin təyinatına münasibətdə) məsələlərin həlli ilə bağlı (şəhadətnamə, dövlət aktı, ilkin bələdiyyə qərarları və plan ölçü üzrə) səlahiyyətli qurum olaraq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti çıxış edir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış İddiaçı, habelə cavabdehin və üçüncü şəxslərin nümayəndələri və üçüncü şəxslər isə məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallarda, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyinə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: Sizin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış 2020-ci il 03 dekabr tarixli, ********** qeydiyyat nömrəli ərizənizə cavab olaraq bildiririk ki, Xidmətin 10 saylı Ərazi İdarəsi xidmət orqanı olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququ və digər əşya hüquqlarının əmələ gəlməsi, başqasına keçməsi, məhdudlaşdırılması (yüklənməsi) və onlara xitam verilməsinin dövlət qeydiyyatını Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2004-cü il tarixli, 113 nömrəli fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirən dövlət orqanıdır. Lənkəran rayon Girdəni bələdiyyəsinin 01 avqust 2006-cı il tarixli, 06 saylı qərarı ilə Girdəni kəndi ərazisində sizə ayrılmış 0.10 ha həyətyanı torpaq sahəsinə dair müvafiq qeydiyyatın aparılması proseduruna münasibətdə, aidiyyəti hissədə köməklik göstərilməsi barədə hazırki müraciətinizə 10 saylı Lənkəran Ərazi İdarəsində baxılmışdır. Ərizədə qeyd olunanlarla bağlı tərəfimizdən müvafiq araşdırmalar aparılmıış, faktiki yerində müayinə aparılması məqsədilə iştirakınızla əraziyə aidiyyəti mütəxəssisin ayrılması təmin olunmuşdur. Faktiki yerində aparılan müayinənin və təqdim olunmuş sənədlərin ekspertizasının nəticəsi olaraq məlum olmuşdur ki, yuxarıda barəsində qeyd olunan ilkin bələdiyyə sənədləri əsasında həyətyanı kimi sizə ayrılmış 0.10 ha torpaq sahəsi islahatın qərarı ilə digər şəxslərin mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin üzərinə düşür. Belə ki, mövcud DWG (xəritə) baza məlumatlarına əsasən həmin 0.10 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi kimi göstərilən ərazidə yerləşir. Bu baxımdan qanunvericiliyin tələbinə əsasən kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi bələdiyyənin alqı-satqı predmeti deyildir və hər-hansı bir qaydada həyətyanı kimi ayrılması mümkünsüzdür. Eyni zamanda sözügedən torpaq sahəsinə dair tərtib olunmuş kadastr planı üzrə göstərilən koordinatlarla faktiki koordinatlar arasında uyğunsuzluğun olduğu məlum olmuşdur. Qeyd olunan səbəblərdən hazırki ərizənizin icrası prosedurundan tərəflərindən imtina edilir. Ərazi idarəsi olaraq bildirirlər ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Odur ki, ərizənizdə qeyd olunanlar nəzərə alınmaqla sözügedən torpaq sahəsinin koordinatlarının dəqiqləşdirilməsi, digər mülkiyyətçilərlə aranızda mövcud olan mübahisələrin həlli və həmçinin torpaq sahəsinin zəbt olunub-olunmaması məsələsinə yalnız müvafiq məhkəmə instansiyası tərəfindən verilmiş qərardadla məhkəmə torpaqşünaslıq ekspertizası (Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti cəlb olunmaq şərtilə) təyin edildiyi təqdirdə baxıla bilər. İş materiallarında olan xx.xx.2006-cı il tarixli ərizədən, DT və XK Lənkəran rayon şöbəsinin Girdəni bələdiyyəsinin sədrinə ünvanladığı 13 oktyabr 2006-cı il tarixli, 547 nömrəli məktubdan müəyyən olunur ki, İddiaçı yaşayış evi tikmək məqsədi ilə alqı-satqı qaydasında ona 0,10 ha torpaq sahəsinin verilməsi barədə ərizə ilə Lənkəran rayonu Girdəni bələdiyyəsinin sədrinə müraciət etmiş, Girdəni bələdiyyəsinin sədri bu barədə müvafiq rəyin verilməsi üçün DT və XK ünvan 5 ünvanlamış, sonuncu “satılması müəyyənləşdirilmiş torpaq sahələrinin qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olduğunu, həmin torpaq sahələrinin alqı-satqı qaydasında, pulu əvvəlcədən bələdiyyə hesabına köçürülməklə müraciətdə adları qeyd olunan vətəndaşlara, o cümlədən İddiaçı həyətyanı torpaq sahəsi kimi 0,10 ha satıla biləcəyi” bildirilmişdir. İş materiallarında olan ayrılması nəzərdə tutulan torpaq sahələri haqqında məlumat cədvəlindən müəyyən olunur ki, İddiaçı yaşayış evi tikintisi üçün satılması nəzərdə tutulan 0,10 ha torpaq sahəsi üzərində öhdəliklər və məhdudiyyətlər (girov, servitut, həbs və s.) yoxdur. İş materiallarında olan Lənkəran rayonu Girdəni bələdiyyəsinin “torpağın alqı-satqı qaydasında ayrılmasına dair” xx.xx.2006-cı il tarixli 06 saylı qərarından, həmin qərar əsasında ayrılmış torpaq sahəsinin DT və XK Lənkəran rayon şöbəsinin və Girdəni bələdiyyəsinin səlahiyyətli nümayəndələrinin imzaladıqları və həmin təşkilatların möhürləri ilə təsdiq olunmuş yerquruluşu planından, DT və XK Lənkəran rayon şöbəsinin və Girdəni bələdiyyəsinin səlahiyyətli nümayəndələrinin imzaladıqları və həmin təşkilatların möhürləri ilə təsdiq olunmuş, Lənkəran rayon Torpaq və Xəritəçəkmə şöbəsində 13 fevral 2007-ci il tarixdə 275 nömrə ilə qeydiyyata alınmış “Torpaqların alqı-satqısına dair akt”ın surətindən, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Lənkəran rayonu Girdəni bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 06 saylı qərarı ilə İddiaçı satılmış və X12 kitabında 13 mart 2007-ci il tarixdə 224 nömrə ilə uçota alınmış 0,10 ha (1000 kv.m.) torpaq sahəsinin planı və ölçüsü sənədindən və 27 iyun 2006-cı il tarixli, 079135 nömrəli kassa mədaxil orderinin surətindən müəyyən olunur ki, Lənkəran rayonu Girdəni bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 06 saylı qərarı ilə bələlədiyyə mülkiyyətinə aid 1000 kv.m həyətyanı torpaq sahəsi 132 manat (köhnə 660000 manat) dəyəri ödənilməklə Lənkəran rayonu Girdəni kənd sakini İddiaçı satılmışdır. Məhkəmənin 06 aprel 2021-ci il tarixli, 2-1(120)-550/2021 nömrəli qərardadı ilə iş üzrə ekspertiza təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur: - Lənkəran rayonu Girdəni Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 06 saylı qərarına əsasən Lənkəran rayonu Girdəni kənd sakini İddiaçı Girdəni bələdiyyəsinin mülkiyyətindən həyətyanı üçün ayrılmış 1000 kv.m torpaq sahəsinin hüquqi statusu, koordinatları müəyyən edilsin, həmin torpaq sahəsi ayrılarkən Lənkəran rayon Girdəni bələdiyyəsinin mülkiyyətində olmuşdurmu? - Lənkəran rayonu Girdəni Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 06 saylı qərarına əsasən Lənkəran rayonu Girdəni kənd sakini İddiaçı Girdəni bələdiyyəsinin mülkiyyətindən həyətyanı üçün ayrılmış 0,10 ha torpaq sahəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş X15 kitabında 224 nömrə ilə uçota alınmış torpaq sahəsinin plan və ölçüsündə əks olunan ölçülərə və s. göstəricilərə uyğundurmu? - Lənkəran rayonu Girdəni Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 06 saylı qərarına əsasən Lənkəran rayonu Girdəni kənd sakini İddiaçı Girdəni bələdiyyəsinin mülkiyyətindən həyətyanı üçün ayrılmış 0,10 ha torpaq sahəsinin onun adına qeydə alınması başqa şəxslərin hüquqlarını pozurmu? - Lənkəran rayonu Girdəni Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 06 saylı qərarına əsasən Lənkəran rayonu Girdəni kənd sakini İddiaçı Girdəni bələdiyyəsinin mülkiyyətindən həyətyanı üçün ayrılmış 0,10 ha torpaq sahəsi başqa şəxslərin adlarına qeydə alınmışdırmı və ya həmin torpaq sahəsi başqa şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşürmü, əgər üst-üstə düşürsə hansı hissədə? İş materialları qərardadın icrası üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli məktubu ilə iş üzrə xx.xx.2021-ci il tarixli, 10/4845 nömrəli ekspert rəyi və iş materialları məhkəməyə daxil olmuşdur. Ekspert rəyində aşağıdakılar bildirilmişdir: Birinci sual üzrə: - Lənkəran rayonu Girdəni Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 06 saylı qərarı ilə keçmiş DTXK tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsünün koordinatlarına əsasən Lənkəran rayonu Girdəni kənd sakini İddiaçı Girdəni bələdiyyəsinin mülkiyyətindən həyətyanı üçün ayrılmış 1000 kv.m torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edildi. Eyni zamanda İddiaçı naturada çəpər daxilində istifadəsində olan 0,134 ha sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edildi. İddiaçı naturada çəpər daxilində istifadəsində olan 0,134 ha sahəsi Lənkəran rayonu Girdəninin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən kənd təsərrüfatı təyinatlı, pay torpaq sahələridir. Bu mütəxəssis tərəfindən tərtib edilmiş sxemdə göstərilmişdir. İkinci sual üzrə: - Lənkəran rayonu Girdəni Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 06 saylı qərarına əsasən Lənkəran rayonu Girdəni kənd sakini İddiaçı Girdəni bələdiyyəsi tərəfindən həyətyanı üçün ayrılmış, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş X15 kitabında 224 nömrə ilə uçota alınmış torpaq sahəsinin plan və ölçüsündə əks olunan 0,10 ha torpaq sahəsinin fiziki ölçüləri və koordinatları ilə onun naturada istifadə etdiyi (çəpər daxilində) 0,134 ha torpaq sahəsinin fiziki ölçüləri və koordinatları uyğun gəlmir. Bu mütəxəssis tərəfindən tərtib edilmiş sxemdə göstərilmişdir. Üçüncü və dördüncü suallar üzrə: İddiaçı naturada çəpər daxilində istifadəsində olan 0,134 ha sahəsi Girdəni kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən digər vətəndaşların xüsusi mülkiyyətində olan pay torpaq sahəsidir. Bu mütəxəssis tərəfindən tərtib edilmiş sxemdə göstərilmişdir. Məhkəmə iclasında İddiaçı vəsatətlə məhkəməyə müraciət edərək, iş üzrə əlavə məhkəmə ekspertizasının təyin edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 2-1(120)-69/2022 nömrəli qərardadı ilə vəsatət təmin edilərək, iş üzrə əlavə məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur: - Lənkəran rayonu Girdəni Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 06 saylı qərarına əsasən Lənkəran rayonu Girdəni kənd sakini İddiaçı Girdəni bələdiyyəsinin mülkiyyətindən həyətyanı üçün ayrılmış 1000 kv.m torpaq sahəsinin və İddiaçı faktiki istifadəsində olan 0,134 ha torpaq sahəsinin torpağın ayrıldığı vaxt (xx.xx.2006-cı ildə) və hazırda hüquqi statusu (mülkiyyətçisi və mülkiyyətə keçmə əsasları), koordinatları müəyyən edilsin, həmin torpaq sahəsi ayrılarkən Lənkəran rayon Girdəni bələdiyyəsinin mülkiyyətində olmuşdurmu? - Lənkəran rayonu Girdəni Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 06 saylı qərarına əsasən Lənkəran rayonu Girdəni kənd sakini İddiaçı Girdəni bələdiyyəsinin mülkiyyətindən həyətyanı üçün ayrılmış 0,10 ha torpaq sahəsi İddiaçı istifadəsində olan 0,134 ha torpaq sahəsinin daxilində yerləşirmi? - Əgər daxilində yerləşmirsə Lənkəran rayonu Girdəni Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 06 saylı qərarına əsasən Lənkəran rayonu Girdəni kənd sakini İddiaçı Girdəni bələdiyyəsinin mülkiyyətindən həyətyanı üçün ayrılmış 0,10 ha torpaq sahəsinin torpağın ayrıldığı vaxt (xx.xx.2006-cı ildə) və hazırda hüquqi statusu (dövlət və ya bələdiyyə mülkiyyətində olması), hüquqi rejimi (kateqoriyası), uqodiyası, növü, təyinatı nədir? - Lənkəran rayonu Girdəni Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 06 saylı qərarına əsasən Lənkəran rayonu Girdəni kənd sakini İddiaçı Girdəni bələdiyyəsinin mülkiyyətindən həyətyanı üçün ayrılmış 0,10 ha torpaq sahəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş X15 kitabında 224 nömrə ilə uçota alınmış torpaq sahəsinin plan və ölçüsündə əks olunan ölçülərə və s. göstəricilərə uyğundurmu? - Lənkəran rayonu Girdəni Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 06 saylı qərarına əsasən Lənkəran rayonu Girdəni kənd sakini İddiaçı Girdəni bələdiyyəsinin mülkiyyətindən həyətyanı üçün ayrılmış 0,10 ha torpaq sahəsinin onun adına qeydə alınması başqa şəxslərin hüquqlarını pozurmu? - Lənkəran rayonu Girdəni Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 06 saylı qərarına əsasən Lənkəran rayonu Girdəni kənd sakini İddiaçı Girdəni bələdiyyəsinin mülkiyyətindən həyətyanı üçün ayrılmış 0,10 ha torpaq sahəsi başqa şəxslərin adlarına qeydə alınmışdırmı və ya həmin torpaq sahəsi başqa şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşürmü, əgər üst-üstə düşürsə hansı hissədə? Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 noyabr 2022-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatla birlikdə inzibati iş 25 noyabr 2022-ci il tarixdə məhkəməyə geri qaytarılmışdır. Məhkəmənin 07 fevral 2023-cü il tarixli, 2-1(120)-46/2023 nömrəli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02 may 2023-cü il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatla birlikdə inzibati iş 18 may 2023-cü il tarixdə məhkəməyə geri qaytarılmışdır. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi üçün xx.xx.2023-cü il tarixli məktubla iş yenidən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyul 2023-cü il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatla birlikdə inzibati iş 17 avqust 2023-cü il tarixdə məhkəməyə geri qaytarılmışdır. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi üçün xx.xx.2023-cü il tarixli məktubla iş yenidən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 oktyabr 2023-cü il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatla birlikdə inzibati iş 03 noyabr 2023-cü il tarixdə məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 oktyabr 2023-cü il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatından görünür ki, ekspert qarşısında qoyulmuş sualların həlli üçün tədqiqat obyektinə dair İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin müvafiq mütəxəssis rəyinin Mərkəzə təqdim olunması zəruri olduğundan, bu barədə məhkəməyə xx.xx.2023cü il tarixli vəsatət göndərilmişdir. Qeyd olunan tarixdən uzun müddət keçməsinə baxmayaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin müvafiq mütəxəssis rəyi Mərkəzə təqdim edilmədiyindən qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olunmadığından, qərardadla ekspertiza qarşısında qoyulmuş sualların həllinin mümkün olmadığı göstərilmişdir. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərə əsasən iddiaçı yaşayış evinin tikintisi üçün alqı-satqı qaydasında əldə etdiyi 0,10 hektar torpaq sahəsinin dövlət qeydiyyatına alınması, həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın və texniki sənədlərin verilməsi barədə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu isə ərizənin təmin olunmasından imtina etmiş, buna səbəb kimi bələdiyyə sənədləri əsasında həyətyanı kimi iddiaçıya ayrılmış 0.10 ha torpaq sahəsinin aqrar islahatın qərarı ilə digər şəxslərin mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin üzərinə düşdüyünü qeyd etmişdir. Cavabdeh inzibati orqanın iddiaya qarşı etirazında isə mövcud DWG (xəritə) baza məlumatlarına əsasən Lənkəran rayonu, Girdəni bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 06 saylı qərarı ilə həyətyanı məqsədilə ilkin hüquqmüəyyənedici sənədlər əsasında Girdəni kənd sakini İddiaçı ayrılmış 1000 kv.m torpaq sahəsinin Girdəni bələdiyyəsinə aid olduğu, “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 23 oktyabr tarixli 466- İİİQD nömrəli Qanunu ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə uyğun olaraq 2007-ci il 01 dekabr tarixindən sonra Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları, bəzi hallar istisna olmaqla, yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə biləcəyi, qanunvericiliyin tələbinə əsasən Lənkəran rayonu, Girdəni bələdiyyəsi mövcud 1000 kv.m torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüquqlarının tanınması prosedurundan sonra notarial alqı-satqı müqaviləsi əsasında həmin torpaq sahəsinin özgəninkiləşdirə biləcəyi qeyd edilmişdir. Məhkəmə cavabdeh inzibati orqanın iddiaçının Girdəni bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 06 saylı qərarı ilə alqı-satqı qaydasında əldə etdiyi 0,10 hektar (1000 kv.m.) torpaq sahəsinin dövlət qeydiyyatına alınmasından imtinasının yuxarıda qeyd olunan dəlillərini əsassız hesab edir. Belə ki, cavabdeh inzibati orqan hüquqmüəyyənedici sənədlər əsasında yaşayış evinin tikintisi üçün iddiaçıya satılmış 0.10 ha torpaq sahəsinin aqrar islahatın qərarı ilə digər şəxslərin mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin üzərinə düşdüyünü qeyd etsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, Lənkəran rayonu Girdəni bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 06 saylı qərarı ilə Lənkəran rayonu, Girdəni kənd sakini İddiaçı satılmış bələlədiyyə mülkiyyətinə aid 1000 kv.m həyətyanı torpaq sahəsi satıldığı zaman həmin torpaq sahəsinin üzərində öhdəliklərin və məhdudiyyətlərin (girov, servitut, həbs və s.) olmaması, satılması müəyyənləşdirilmiş həmin torpaq sahəsinin qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olması və alqı-satqı qaydasında satıla biləcəyi iş materialları, o cümlədən DT və XK Lənkəran rayon şöbəsinin verdiyi rəylə tam təsdiq olunur. Həmçinin, istifadəsində olduğu 18 il müddət ərzində sözügedən torpaq sahəsi ilə bağlı heç bir fiziki və hüquqi şəxs tərəfindən iddiaçıya etiraz edilməməsi və həmin torpaq sahəsinin mübahisələndirilməməsi də cavabdeh inzibati orqanın yuxarıda qeyd olunan “iddiaçıya satılmış 0.10 ha torpaq sahəsinin digər şəxslərin mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin üzərinə düşməsi” dəlilini təkzib edir. Cavabdeh inzibati orqanın iddiaya qarşı etirazında qeyd etdiyi “Lənkəran rayonu Girdəni bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 06 saylı qərarı ilə həyətyanı məqsədilə ilkin hüquqmüəyyənedici sənədlər əsasında Girdəni kənd sakini İddiaçı ayrılmış 1000 kv.m torpaq sahəsinin “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 23 oktyabr tarixli 466-İİİQD nömrəli Qanunu ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə istinadən 2007-ci il 01 dekabr tarixindən sonra Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları, bəzi hallar istisna olmaqla, yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə biləcəyini, qanunvericiliyin tələbinə əsasən Lənkəran rayonu, Girdəni bələdiyyəsi mövcud 1000 kv.m torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüquqlarının tanınması prosedurundan sonra notarial alqı-satqı müqaviləsi əsasında həmin torpaq sahəsinin özgəninkiləşdirə biləcəyi” dəlili ilə bağlı məhkəmə qeyd edir ki, həmin Qanun 2007-ci il 01 dekabr tarixindən sonrakı torpaq münasibətlərinə şamil olunduğundan hazırki mübahisəyə tətbiq edilə bilməz. Belə ki, İddiaçı ilə Girdəni bələdiyyəsi arasında 0,10 ha (1000 kv.m.) torpaq sahəsi əlaqədar hüquq münasibətləri xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövrü əhatə edir. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddiaçının Girdəni bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 06 saylı qərarı ilə alqı-satqı qaydasında əldə etdiyi 0,10 hektar (1000 kv.m.) torpaq sahəsinin dövlət qeydiyyatına alınmasından imtinasının əsasları iş materialları ilə təsdiq edilmir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsinin bütün zəruri hüquqmüəyyənedici sənədlər əldə olunmaqla iddiaçıya satılması, həmin torpaq sahəsinin digər şəxslərin hüquqları ilə yüklü olmaması halının mövcudluğu “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları ilə uzlaşmır. Qeyd olunanlar məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, cavabdeh inzibati orqanın Lənkəran rayonu, Girdəni bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 06 nömrəli qərarı ilə İddiaçı satılmış torpaq sahəsinə iddiaçının qanuni əsaslarla əldə etdiyi faktik mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından, həmin daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın verilməsindən imtina etməsinin hüquqi əsası yoxdur. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, iddiaçı Şiriyev X8 rayonu, Girdəni bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 06 nömrəli qərarı və həmin qərar əsasında tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi ilə ona satılmış 0,10 hektar (1000 kv.m.) torpaq sahəsinə faktik olaraq mülkiyyət hüququnu qanuni əsaslarla əldə etmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbi baxımından mübahisə predmeti olan torpaq sahəsi iddiaçıya qanunla müəyyən edilmiş bütün prosedur qaydalara əməl edilməklə, heç bir pozuntuya yol verilmədən satıldığından, həmin torpaq sahəsinin satılması barədə Lənkəran rayonu Girdəni Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 06 nömrəli qərarı hal-hazıradək heç bir fiziki və hüquqi şəxs tərəfindən mübahisələndirilmədiyindən və torpaq sahəsinə dair qərar hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edildiyindən iddiaçının həmin torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmalıdır. Bütün qeyd olunanların məcmusunda məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə nzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumundan və digər ödəmələrdən) və hüquq müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir (maddə 108.1). Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir (maddə 108.2). Həmin Məcəllənin 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı Lənkəran rayonu Girdəni Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 06 nömrəli qərarına əsasən Lənkəran rayonu Girdəni kəndi ərazisindən yaşayış evinin tikintisi məqsədilə ona satılmış 0.10 hektar (1000 kv.m) torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, həmin daşınmaz əmlaka iddiaçının mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iş üzrə təyin edilmiş ekspertiza xərci kimi 50 (əlli) manat pul vəsaiti iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 75-ci, 78 – 79-cu, 81-ci, 85ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı Lənkəran rayonu Girdəni Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 06 nömrəli qərarına əsasən Lənkəran rayonu Girdəni kəndi ərazisindən ona yaşayış evinin tikintisi məqsədilə satılmış 0.10 hektar (1000 kv.m) torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, həmin daşınmaz əmlaka iddiaçının mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulsun. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ********** X1, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-28/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-28/2024
08.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver