Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-280/2023 09.02.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X9 iştirаkı ilə, İddiаçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən, 57 yaşdan, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa və staja görə tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və həmin tarixdən hal-hazıra kimi yaranmış fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən, 57 yaşdan, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa və staja görə tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və həmin tarixdən hal-hazıra kimi yaranmış fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 01 yanvar 2006-cı il tarixinə kimi 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 8-ci bəndinə əsasən mənə güzəştli şərtlərlə pensiya təyin edilməsi və hal-hazıra kimi mənə ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi xahişi ilə cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına rəsmən müraciət etmişdir. Cavabdeh isə iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmiş və hər ay ödəməyə başlamışdır. İddiaçı təkrarən rəsmən cavabdehə müraciət edərək iddiaçıya 57 yaşdan pensiya təyin etməsini xahiş etmişdir. Lakin cavabdeh 24 dekabr 2021-ci il tarixli, **********7 nömrəli məktubla onun xahişini yerinə yetirməkdən imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, 01 yanvar 2006-cı il tarixinə kimi ümumi stajınız 25 ildən az- 24 il 8 ay 22 gün təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə tələbləri baxımından 60 yaşdan təyin edilən əmək pensiyasının 57 yaşdan yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh tərəfindən rədd edildiyi üçün o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin xahişini yerinə yetirməməsi barədə imtina məktubu 06 yanvar 2022-ci il tarixində (cavabdehin yerləşdiyi ərazi üzrə) poçt şöbəsinə daxil olmuş, 10 yanvar 2022-ci il tarixində poçtalyonla iddiaçıya çatdırılmışdır. Orta məktəbi bitirdikdən sonra Aznefttikinti Trestinin 2 nömrəli Tikinti Quraşdırma İdarəsində xx.xx.1979-xx.xx.1980-ci il tarixində fəhlə işləmişdir. xx.xx.1980-xx.xx.1982-ci il tarixində həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1982-xx.xx.1983-cü il tarixində X1 Əli-Bayramlı sahəsində 2-ci dərəcəli çilingər, xx.xx.1983- xx.xx.1983-cü il tarixində 15 nömrəli Yol- İstismar sahəsində traktorçu, xx.xx.1983-xx.xx.1984-cü il tarixində Əli-Bayramlı Tikinti Quraşdırma İdarəsində quraşdırıcı çilingər işləmişdir. xx.xx.1984-cü il tarixində Şirvanneft NQÇİ-də quraşdırıcı çilingər peşəsinə işə qəbul edilmiş və xx.xx.1984-cü il tarixində işdən çıxmışdır. xx.xx.1984-cü il tarixində X5 İdarəsində traktorçu vəzifəsinə işə qəbul edilmiş və xx.xx.1988-ci il tarixində işdən çıxmışdır. 12 fevral 1988 -10 may 1988-ci il tarixində Ukraynanın Donetsk vilayətində “Ukrayna” kolzoxunda traktorçu işləmişdir. xx.xx.1988xx.xx.1989-cu il tarixində Cənubenerji istilikizolyasiya Kombinatında istiliyə davamlı materialla işləyən hörgüçü vəzifəsində işləmişdir. xx.xx.1989-cu il tarixində X5 İdarəsində qaldırıcı maşinist vəzifəsinə işə qəbul edilmiş və hal-hazıradək həmin müəssisədə (bir neçə dəfə idarənin yenidən təşkil olunmasını nəzərə almaqla) çalışır. Cavabdehin imtina məktubunu nəzərdən keçirdikdə məlum olur ki, iddiaçının ilkin sübutetmə yükü qismində cavabdehə təqdim etdiyi sənədlər əsasında güzəştli iş stajını mübahisələndirmir; Şəxsi hesabında toplanmış pensiya kapitalının ölkə üzrə müəyyən edilmiş minimum əmək pensiyasından az olmayan pensiya təyinatına imkan verdiyini qəbul edir. Hesab edir ki, qeyd etdiyi bu iki məsələ hazırki iddia işində mübahisələndirilməyən hallar kimi qəbul edilməlidir. İddiaçının güzəştli iş stajı Şirvanneft NQÇİ-də (və onun sonrakı hüquqi varislərində) çalışarkən elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyorları vəzifəsində topladığı iş stajıdır ki, həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qəararı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 2. Neftqaz və qaz kondensatının hasilatı bölməsində 2130200a -14012 qaldırıcıların maşinistləri peşəsinə uyğundur. Cavabdehin iddiaçının 01 yanvar 2006-cı ilı tarixinə kimi ümumi iş stajının guya 25 ildən az olması səbəbi ilə 57 yaşdan pensiya təyinatından imtina etmişdir. Halbuki belə deyildir. Cavabdeh iddiaçının əmək kitabçasında qeyd edilməmiş iki staj dövrünü nəzərə almamışdır. Belə ki, iddiaçı Aznefttikinti Trestinin 2 nömrəli Tikinti Qraşdırma İdarəsində xx.xx.1979-xx.xx.1980-ci il tarixində fəhlə işləmişdir. Həmin staj dövrü 2 ay 20 gün təşkil edir. Digər iş stajı dövrü isə 12 fevral 1988-10 may 1988-ci il tarixində Ukraynanın Donetsk vilayətində “Ukrayna” kolzoxunda traktorçu işləməyidir. İlkin sübutetmə yükü qismində iddiaçı bu barədə həmin iki staj dövrünü təsdiq edən hər iki arayışın əsllərini cavabdehə təqdim etmiş, buna baxmayaraq, cavabdeh həmin stajları nəzərə almamış və beləliklə 01 yanvar 2006-cı il tarixinə olan ümumi iş stajımın 25 ildən az olmasını bildirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 N«-li qərarı ilə təsdiq edilmiş „Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (sonradan -Əsasnamə) (hazırda qüvvədən düşmüşdür, lakin ümumi və güzəştli əmək stajımla bağlı hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olmuşdur) İİ. Əmək stajını təsdiq edən sənədlər bölməsində qeyd edilir: İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqada, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiq edici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, yuxarıda qeyd edilən iki staj dövrünün ondan asılı olmayan səbəblərlə əmək kitabçasında qeyd edilməməsi iddiaçının hüquqlarını məhdudlaşdıra bilməz. Cavabdeh öz imtina məktubunda iddiaçının ümumi iş stajının 01 yanvar 2006-cı il tarixinə kimi 24 il 8 ay 22 gün olmasını bildirir. Yuxarıda qeyd edilən əmək stajları isə üst-üstə 5 ay 17 gün təşkil edir ki, bu da cəmi 25 il 2 ay 22 günlük ümumi iş stajımın olmasını sübut edir. Qeyd edilənlərə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququmun yarandığı 24 may 2018-ci il tarixindən, 57 yaşdan, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006cı il tarixinə kimi qüvvədə olmuş „Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa və staja görə tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə əmək pensiyasının yenidən hesablanması və həmin tarixdən hal-hazıra kimi yaranmış fərqin hesablanaraq ödənilməsinin Azərbaycan Respublikası Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş etdi. Məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X11 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. İşdə olan iddiaçının NZ ******* nömrəli hərbi biletinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1980-xx.xx.1982-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. İşdə olan BT-İ № ******* nömrəli əmək kitabçasının və onun tərcüməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdən əmək fəaliyyətinə başlamış, fasilələrlə əmək fəaliyyətini davam etdirmiş və hal-hazıradək işləyir. İşdə olan xx.xx.1988-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1988-xx.xx.1988-ci il tarixlərdə "xxxx" kolxozunda işləmişdir. İşdə olan Dövlət Neft Şirkətinin xx.xx.2021-ci il tarixli, SOCAR**********80020123X00374 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1979-xx.xx.1980-ci il tarixlərdə “Aznefttikinti” trestinin 2 №-li Tikinti-Quraşdırma İdarəsinin 2-ci sahəsinə 2-ci dərəcəli fəhlə işləmişdir. İşdə olan “X8 Limited” şirkətinin xx.xx.2022-ci il tarixli, 16 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixə ümumi iş stajı 40 il, 08 ay, 26 gündür. xx.xx.2006-cı il tarixinə ümumi əmək stajı 25 il, 02 ay, 18 gündür. İşdə olan xx.xx.2021-ci il tarixli, **********5 nömrəli qərardan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin qərarda iddiaçının xx.xx.2006-cı ilədək 24 il 8 ay 16 gün ümumi iş stajının, 16 il 9 ay 8 gün olması qeyd edilmişdir. İşdə olan X10 şəhər filialının xx.xx.2022-ci il tarixli, 637 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1976-1977-ci illərdə Sabirabad rayonu “Bakı” kolxozunda işləmişdir. İşdə olan X6 rayon filialının xx.xx.2022-ci il tarixli, 141 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1978-1979-cu illərdə Sabirabad rayonu “Bakı” kolxozunda işləmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1961-ci ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasını xahiş etmiş, lakin onun sığorta stajının kifayət etməməsi əsas gətirilərək, müraciətindən imtina olunmuşdur. Başqa sözlə işin hallarından və yuxarıda qeyd edilən sənədlərdən görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı, 12 il 6 aydan çox güzəştli sığorta stajı olmasına baxmayaq, həmin sığorta stajı yalnız əmək kitabçası ilə deyil, arxiv və işlədiyi müəssisələrin verdiyi sənədlər (arayışlar) ilə də təsdiq olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün hərbi və işlədiyi illər daxil olmaqla, pensiya təyin olunmasına əsas verən iş stajının nə qədər təşkil etdiyi və iddiaçının xüsusi sahələrdə işlədiyi illər müəyyən edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq Məhkəmə qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən, onun hərbi xidmət illəri də sosial sığorta stajına da daxil edilməlidir. Belə ki, iddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən də 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsassən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüququqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. İşin hallarından görünür ki, cavabdehin mübahisələndirdiyi məsələ məhz iddiaçının əmək fəaliyyətinə dair yəni sığorta stajını təsdiq edən əmək kitabçasının olmamasına əsaslanmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər təqdim olunur. Göründüyü kimi, tələb edilən sənədlərin siyahısında yalnız əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (xx.xx.1988-xx.xx.1988-ci il tarixlərdə "xxxx" kolxozunda işləməsinə dair xx.xx.1988-ci il tarixli arayışını, X6 rayon filialının xx.xx.2022-ci il tarixli, 141 nömrəli arxiv arayışını, X10 şəhər filialının xx.xx.2022-ci il tarixli, 637 nömrəli arxiv arayışını və digər sənədlərini) cavabdehə təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi X6 rayon filialının xx.xx.2022-ci il tarixli, 141 nömrəli arxiv arayışını, X10 şəhər filialının xx.xx.2022-ci il tarixli, 637 nömrəli arxiv arayışını, həmçinin "xxxx" kolxozunun xx.xx.1988-ci il tarixli arayışını, əmək kitabçasını, hərbi biletini iddiaçının sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2016-cı il tarixli 976 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında» Əsasnamənin 1.1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası, əhalinin əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər, kompensasiyalar və sosial yardımlarla təmin edilməsi, ahılların, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, çətin həyat şəraitində olan şəxslərə sosial xidmət sahəsində tədbirləri həyata keçirən icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmişdir. İstinad edilən siyahıda hər bir istehsalat, işlər, peşələr və vəzifələr müvafiq qaydada bölmələr və kodlar üzrə təsnifatlaşdırılmışdır. Məhkəmə xüsusilə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının xüsusilə zərərli və ağır iş şəraiti aid olan peşələr sırasında 12 il 6 aydan çox iş stajına malik olması mübahisələndirilməmişdir. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunan 2 nömrəli siyahısında göstərilən vəzifələrdə çalışması ilə əlaqədar ümumilikdə 12 il 6 aydan çox iş stajına malik olmuşdur. İddiaçının ümumilikdə 25 ildən çox iş stajı mövcuddur. Məhkəmə qeyd edir ki, müvafiq dövr üzrə iş stajı iddiaçı X2 təqdim etdiyi arxiv və işlədiyi müəssisələrin verdiyi arayışlarında öz əksini tapmışdır və həmin sənədlərdə göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə təqdim etdiyi sənədlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Məhkəmə vurğulumağı zəruri hesab edir ki, iddiaçının ümumi sığorta stajı və güzəştli şərtlərlə işlədiyi dövrü arxiv və işlədiyi müəssisələrin verdiyi arayışlarında öz təsdiqi tapmışdır. Cavabdeh inzibati orqan isə məhkəmə icraatı zamanı təqdim olunmuş arayışların və arxiv sənədlərinin mötəbərliyini mübahisələndirməmiş, bununla bağlı sübutlar təqdim etməmişdir. Beləliklə, iddiaçıya xx.xx.2018-ci il tarixdən, 57 yaşdan, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa və staja görə tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və həmin tarixdən hal-hazıra kimi yaranmış fərqin hesablanaraq ödənilməlidir. Məhkəmə araşdırması ilə sübut olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada əksini tapan sosial təminat hüququ Əsas Qanunun 38-ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası təmin edilməli, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən, 57 yaşdan, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa və staja görə tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və həmin tarixdən hal-hazıra kimi yaranmış fərqin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən, 57 yaşdan, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa və staja görə tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və həmin tarixdən hal-hazıra kimi yaranmış fərqin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-280/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-280/2023
09.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver