Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2803/2025 03.12.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəcəfov Ramin Ramiz oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil, Cavabdeh Sabirabad Rayon Bala-Həşimxanlı (Moranlı) Bələdiyyəsinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Sabirabad rayonu Bala-Həşimxanlı (Moranlı) Bələdiyyəsinə qarşı “mərhum həyat yoldaşı X13 ilə Sabirabad rayonu Bala-Həşimxanlı (Moranlı) Bələdiyyəsi arasında bağlanmış xx.xx.2004-cü il tarixli X6 etibarsız hesab edilməsi barədə Sabirabad rayon Bala-Həşimxanlı (Moranlı) Bələdiyyəsinin 29 aprel 2022-ci il tarixli, 07 saylı qərarının ləğv edilərək həmin torpaq sahəsinə dair onunla icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı cavabdeh Sabirabad rayon Bala-Həşimxanlı (Moranlı) Bələdiyyəsinə qarşı "mərhum həyat yoldaşı (Moranlı) Bələdiyyəsinə qarş X1 ilə Sabirabad rayon Balaicarəyə verilməsi (Moranlı) Bələdiyəsi arasında 70 ha torpaq sahəsinin 50 il müddətinə icarəyə verilməsi ilə bağlı bağlanılmış xx.xx.2004-cü il tarixli, 04 saylı X4 etibarsız hesab olunmasına dair Sabirabad rayon Bala Həşimxanlı (Moranlı) Bələdiyyəsinin 18 aprel 2022ci il tarixli, 07 saylı qərarının ləğv edilməsi və həmin torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəqiqləşdirilməsi (iddianın dəyişdirilməsi) barədə ərizə təqdim edərək iddiaçı və cavabdehin olduğu kimi saxlanılmasını, iddia tələbinə “mərhum həyat yoldaşı X13 ilə Sabirabad rayonu Bala- Həşimxanlı (Moranlı) Bələdiyyəsi arasında bağlanmış xx.xx.2004-cü il tarixli X6 etibarsız hesab edilməsi barədə Sabirabad rayon Bala-Həşimxanlı (Moranlı) Bələdiyyəsinin 29 aprel 2022-ci il tarixli, 07 saylı qərarının ləğv edilərək həmin torpaq sahəsinə dair onunla icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2803/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı və cavabdehin olduğu kimi saxlanılması, iddia tələbinə “mərhum həyat yoldaşı X13 ilə Sabirabad rayonu Bala-Həşimxanlı (Moranlı) Bələdiyyəsi arasında bağlanmış xx.xx.2004-cü il tarixli X6 etibarsız hesab edilməsi barədə Sabirabad rayon Bala-Həşimxanlı (Moranlı) Bələdiyyəsinin 29 aprel 2022-ci il tarixli, 07 saylı qərarının ləğv edilərək həmin torpaq sahəsinə dair onunla icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasının davam etdirilməsi qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı X16 oglu Sabirabad rayon Bala-Həşimxanlı (Moranlı) Bələdiyyəsi ilə bağlamış olduğu xx.xx.2004-cü il tarixli, 04 saylı X10 ilə kənd təsərrüfatı məhsulları istehsalı və heyvandarlığın inkişafi məqsədi ilə 70 hektar torpaq sahəsini 50 il müddətinə icarəyə götürərək həmin sahə üzərində icarə hüququ əldə etmişdir. Həyat yoldaşı X13 xx.xx.2019-cu ildə vəfat etmişdir. Mərhum həyat yoldaşı X13 xx.xx.2019-cu tarixində vəfat etdikdən sonra adı çəkilən torpaq sahəsi əkin və örüş torpaq sahəsi olmaqla iddiaçının istifadəsində və nəzarətində olmuş, bu səbəbdən də həmin sahəyə dair bütün ödənişləri də öz adından etmişdir. Torpaq sahəsi ilə bağlı İcarə Müqaviləsi bağlamaq üçün cavabdehə dəfələrlə şifahi və yazılı müraciətlər etmiş. Lakin bu müraciətlərinin nəticəsi olmamış və Bələdiyyə İdarəsi müxtəlif bəhanələrlə mərhum həyat yoldaşı X13 ilə bağlanılmış İcarə Müqaviləsini onunla yeniləyərək həmin torpaq sahəsinə dair icarə hüququnun davam etdirilməsinə razılıq verməmiş, lakin buna baxmayaraq torpaq sahəsindən istifadə etməyinə də etiraz etməmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh mərhum həyat yoldaşı X7 Sabirabad rayon Bala-Həşimxanlı (Moranlı) Bələdiyyəsi ilə bağlamış olduğu 20 avqust 2004-cü il tarixli, 04 saylı X10 əsasında kənd təsərrüfatı məhsulları istehsalı və heyvandarlığın inkişafi məqsədi ilə icarəyə götürmüş olduğu yetmiş hektar torpaq sahəsinin bir hissəsini digər şəxslərin istifadəsinə vermiş və bu məqsədlə də həmin sahəylə bağlı onunla İcarə Müqaviləsi bağlamaqdan yayınmışdır. Göründüyü kimi adıçəkilən torpaq sahəsinə dair mərhum həyat yoldaşı X2 rayon Bala-Həşimxanlı Bələdiyyəsi ilə xx.xx.2004-cü il tarixli, 04 saylı X10 bağlamış və xx.xx.2019-cu ildə vəfat etdikdən sonra həmin sahə əkin və örüş torpaq sahəsi olmaqla onun istifadəsində və nəzarətində olmuş, bu səbəbdən də həmin sahəyə dair bütün ödənişlər də onun tərəfindən olunmuşdur. Adı çəkilən torpaq sahəsinə dair onunla İcarə müqaviləsinin bağlanılması məqsədi ilə cavabdeh Sabirabad rayon Bala- Həşimxanlı (Moranlı) Bələdiyyəsinə rəsmi qaydada müraciət etmişdir. Müraciətinə cavabdehin 01 saylı, xx.xx.2025-ci li tarixli məktubu ilə imtina verilmişdir. Eyni zamanda, cavab məktubunda ona məlum olmuşdur ki, Sabirabad rayon Bala-Həşimxanlı (Moranlı) Bələdiyyəsinin 07 saylı, 18 aprel 2022-ci il tarixli qərarı ilə mərhum həyat yoldaşı X7 Sabirabad rayon Bala-Həşimxanlı (Moranlı) Bələdiyyəsi ilə kənd təsərrüfatı məhsulları istehsalı və heyvandarlığın inkişafı məqsədi ilə 70 hektar torpaq sahəsini 50 il müddətinə icarəyə götürülməsinə dair bağlanmış xx.xx.2004-cü il tarixli, 04 saylı X10 etibarsız hesab olunmuşdur. Göründüyü kimi mərhum həyat yoldaşı X3 ila bağlamış olduğu xx.xx.2004-cü il tarixli, 04 saylı X10 ilə kand təsərrüfatı məhsulları istehsalı və heyvandarlığı inkişafı məqsədi ila 70 hektar torpaq sahəsini 50 il müddətinə icarəyə götürərək həmin sahə üzərində icarə hüququ əldə etmişdir. Qeyd olunmuş faktiki əsasa uyğun olaraq adı çəkilən torpaq sahəsi cavabdeh tərəfindən icarəyə verilərkən qanunvericiliklə təsbit olunan üstünlük hüququ nəzərə alınmaqla onun icarəsinə verilməlidir. Həmin sahə icarəyə verilərkən ilkin olaraq ona təklif olunmalı, imtina etdiyi halda digər bir şəxsə təklif olunmalıdır. Üstünlük hüququ birinci növbədə əldə etməyə imkan verən hüquqdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-nin 47-49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxslərdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Мəhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Vəkil izahatında iddia tələbinin dəlillərinə uyğun izahat verərək təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 iddia tələbinin təmin olunmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Belə ki, iddia tələbindən göründüyü kimi iddiaçı “mərhum həyat yoldaşı X13 ilə Sabirabad rayon Bala-Həşimxanlı (Moranlı) Bələdiyyəsi arasında bağlanmış xx.xx.2004-cü il tarixli X6 etibarsız hesab edilməsi barədə Sabirabad rayon Bala-Həşimxanlı (Moranlı) Bələdiyyəsinin 29 aprel 2022-ci il tarixli, 07 saylı qərarının ləğv edilərək həmin torpaq sahəsinə dair onunla icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonraİnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin 20 avqust 2025-ci il tarixli, 3-21-3-38/2- 2827/2025 nömrəli məktubunun surətindən görünür ki, 70 ha torpaq sahəsi üzrə bağlanmış 20 avqust 2004-cü il tarixli, 04 saylı icarə müqaviləsi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsinin arxiv materiallarında və elektron məlumat bazasında məlumat aşkar olunmamışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışının surətindən müəyyən olunur ki, ünvan 1i ünvanında yerləşən 10.55 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 83 nömrəli reyestr kitabının 42 nömrəli vərəqində Sabirabad rayon Moranlı Bələdiyyəsinin adına qeydə alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışının surətindən müəyyən olunur ki, ünvan 1i ünvanında yerləşən 9.5 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 83 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində Sabirabad rayon Moranlı Bələdiyyəsinin adına qeydə alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışının surətindən müəyyən olunur ki, ünvan 1i ünvanında yerləşən 10.9 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 83 nömrəli reyestr kitabının 42 nömrəli vərəqində Sabirabad rayon Moranlı Bələdiyyəsinin adına qeydə alınmışdır. İş materiallarında olan Sabirabad Rayon Dövlət Arxivinin 18 mart 2025-ci il tarixli, 3- 487-38/BA-07/2025 nömrəli məktubunun surətindən görünür ki, Sabirabad rayon Bala- Həşimxanlı (Moranlı) Bələdiyyəsinin sənədləri Sabirabad rayon Dövlət Arxivinə təhvil verilməmişdir. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-512/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadının surətindən görünür ki, İddiaçı ərizəsinin təmin edilməsi, İddiaçı cavabdeh Sabirabad rayonu Moranlı Bələdiyyəsinə qarşı “torpaq sahəsinə dair onunla icarə müqaviləsi bağlanması öhdliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinin geri qaytarılmasının və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş materialları ilə müəyyən olunmuşdur ki, Sabirabad rayon Moranlı bələdiyyəsinin 29 aprel 2022-ci il tarixli, 07 saylı iclas protokoluna (qərarına) əsasən Moranlı bələdiyyəsinin mülkiyyətinə aid 70 ha torpaq sahəsinə münasibətdə bağlanmış 20 avqust 2004-cü il tarixli, 04 saylı icarə müqaviləsi etibarsız hesab olunaraq ləğv edilmiş və torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılması təmin edilməməsi qərara alınmışdır. Lakin iddiaçı tələbində yoldaşı X13 ilə Sabirabad rayon Bala-Həşimxanlı (Moranlı) Bələdiyəsi arasında 70 ha torpaq sahəsinin 50 il müddətinə icarəyə verilməsi ilə bağlı bağlanılmış xx.xx.2004-cü il tarixli, 04 saylı X6 etibarsız hesab olunmasına dair Sabirabad rayon Bala Həşimxanlı (Moranlı) Bələdiyyəsinin 18 aprel 2022-ci il tarixli, 07 saylı qərarının ləğv edilməsini xahiş edir. Göründüyü kimi, hazırki işdə iddiaçının Sabirabad rayon Bala Həşimxanli (Moranlı) Bələdiyyəsinin 18 aprel 2022-ci il tarixli, 07 saylı qərarından məlumatı olmuş, lakin qanunvericilikdə nəzərədə tutulmuş müddətlərdə məhkəmədə iddia qaldırmamışdır. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə qanunla nəzərdə tutulmuş qaydada İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım məktubu göndərilərək izah olunmuşdur ki, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayət dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxdan 30 gün müddətində qaldırıla bilər. Odur ki, Sabirabad rayon Bala-Həşimxanlı (Moranlı) Bələdiyyəsinin 29 aprel 2022-ci il tarixli, 07 saylı qərarının ona məlum olmasına və ya müddətin ötürülməsinin üzürlü hesab edilməsinə dair sübutların məhkəməyə təqdim edilməsi izah olunmuşdur. Beləliklə iddiaçıya məhkəmə tərəfindən mübahisələndirilən qərarın iddiaçıya məlum olmasını və müddətin ötürülməsini üzürlü hesab edilməsi üçün sübutların təqdim olunması təklif olunsa da, qeyd olunan hallar iddiaçı tərəfindən aradan qaldırılmamışdır. İddiaçının mübahisələndirdiyi qərardan 2022-ci il tarixindən məlumatlı olduğundan və prosessual müddətin axımını həmin qərardan məlumatlı olduğu vaxtdan hesablandığından, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş olur. Bu halın mövcudluğu onu deməyə əsas verir ki, iddiaçı hazıki mübahisələndirdiyi qərarın məzmunundan məlumatlı olmuş və onu vaxtında məhkəmə qaydasında mübahisələndirməmişdir. İddia ərziəsi xx.xx.2025-ci il tarixdə poçt vasitəsilə məhkəməyə təqdim edilmiş, xx.xx.2025-ci il tarixdə isə məhkəməyə daxil olmuşdur. Başqa sözlə İddiaçı iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi inzibati aktdan məlumatlı olduğu vaxtdan 2 (iki) ildən artıq vaxt keçdikdən sonra müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Sabirabad rayon Bala-Həşimxanlı (Moranlı) Bələdiyyəsinə qarşı hazırkı iddia tələbi üzrə, iddia müddətini ötürmüşdür. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. Məhkəmə qeyd edir ki, iddia tələbi ilə əlaqədar olaraq xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı” Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə tənzimlənir. 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Hazırkı iş üzrə mübahisə predmetini iddiaçının mərhum həyat yoldaşı X13 ilə Sabirabad rayonu Bala-Həşimxanlı (Moranlı) Bələdiyyəsi arasında bağlanmış xx.xx.2004cü il tarixli X6 etibarsız hesab edilməsi barədə Sabirabad rayon Bala-Həşimxanlı (Moranlı) Bələdiyyəsinin 29 aprel 2022-ci il tarixli, 07 saylı qərarının ləğv edilərək həmin torpaq sahəsinə dair onunla icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 01 yanvar 2011-ci il tarixədək inzibati orqanın qərarının, hərəkətinin (hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir: “qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilibedilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-711/2024 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbini və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarında göstərilən tövsiyyələri rəhbər tutaraq yuxarıda qeyd edilən məsələrlə bağlı iddiaçıya yazılı şəkildə və məhkəmə iclasında şifahi şəkildə yardım göstərib, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqları izah olunmuşdur. Buna baxmayaraq iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi aparılmamışdır və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə hazırkı iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, hazırkı iddia mümkün iddia deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Yuxarıda qeyd edilən məsələlərlə bağlı iddiaçıya xx.xx.2025-ci il tarixli 2-1(120)- 2803/2025 saylı məktubla və məhkəmə iclasında şifahi qaydada iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqları izah olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 8-ci bəndində göstərilmişdir ki: 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Sabirabad rayon Bala-Həşimxanlı (Moranlı) Bələdiyyəsinə qarşı “mərhum həyat yoldaşı X13 ilə Sabirabad rayonu Bala-Həşimxanlı (Moranlı) Bələdiyyəsi arasında bağlanmış xx.xx.2004-cü il tarixli X6 etibarsız hesab edilməsi barədə Sabirabad rayon Bala-Həşimxanlı (Moranlı) Bələdiyyəsinin 29 aprel 2022-ci il tarixli, 07 saylı qərarının ləğv edilərək həmin torpaq sahəsinə dair onunla icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-2803/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2803/2025
03.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver