Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2804/2023 04.12.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Ağcabədi Bələdiyəsinə qarşı (X13 üçüncü şəxs qismində cəlb edilməklə) ”Ağcabədi Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 10 saylı protokolunun etibarsız hesab edilməsi, Ağcabədi Bələdiyyəsinin sədri X2 hərəkətlərinin qanunsuz hesab edilməsi və Ağcabədi Bələdiyyəsinin sədri X2 barəsində xüsusi qərardad çıxararaq prokurorluğa göndərilməsi” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq,müəyyən etdi Təsviri hissə: İddiaçı cavabdeh Ağcabədi Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Ağcabədi Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 10 saylı protokolunun etibarsız hesab edilməsi, Ağcabədi Bələdiyyəsinin sədri X2 hərəkətlərinin qanunsuz hesab edilməsi və Ağcabədi Bələdiyyəsinin sədri X2 barəsində xüsusi qərardad çıxararaq prokurorluğa göndərilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2-1(120)-2804/2023 nömrəli qərardadı ilə iddia tələbinə “Ağcabədi Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 10 saylı protokolunun etibarsız hesab edilməsi, Ağcabədi Bələdiyyəsinin sədri X2 hərəkətlərinin qansuz hesab edilməsi və Ağcabədi Bələdiyyəsinin sədri X2 barəsində xüsusi qərardad çıxararaq prokurorluğa göndərilməsi” kimi baxılması qərara alınmışdır və X13 zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Ağcabədi bələdiyyəsinin xx.xx.2000-ci il tarixli, 118-2-63 nömrəli qərarına və xx.xx.2001-ci il tarixli icarə müqaviləsinə əsasən Ağcabədi bələdiyyə ərazisindən 35.0 ha kənd təsərrüfatı məhsullarının istaehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsi 20 il müddətinə onun icarəsinə verilmiş, icarə müqaviləsinin müddəti 2021-ci ildə başa çatmışdır. Buna baxmayaraq icarədar tərəfindən icarə müqaviləsinin davam etdirilməsi və ya ləğv edilməsi ilə bağlı hər hansı rəsmi məlumat ona bildirilməmiş, öz növbəsində tərəfindən icarə haqqının ödənilməsi davam etdirilmiş və o hal-hazırda davam etməklə bir il ərzində torpaqdan istifadə etmişdir. İcarəyə götürdüyü 20 il üçün bələdiyyə torpağının icarə haqqını, 2022-ci il daxil olmaqla hər il bələdiyyəyə ödəmişdir. Ağcabədi bələdiyyəsinin ona ünvanladığı xx.xx.2022-ci il tarixli 248 №-li arayışda qeyd edilmişdir ki, onun «Ağcabədi Bələdiyyəsinə 2000-ci il tarixdən 2022-ci il daxil olmaqla icarə haqqı tərəfindən bələdiyyəyə ödənilmişdir.».Tərəfindən 2022-ci il üçün də Ağcabədi Bələdiyyəsinə icarə haqqı ödənilmiş və bələdiyyə tərəfindən həmin məbləğ geri qaytarılmamış, başqa sözlə müqavilənin davam etdirilməsinə icarə haqqını ödəməklə də bir daha razılıq verilmişdir. O, icarəyə götürülmüş mübahisəli torpağı 20 il ərzində təyinatı üzrə istifadə etmişdir. Həmin torpaqda taxıl və pambıq əkib, ailəsinin dolanışığını təmin etmişdir. Lakin Ağcabədi bələdiyyəsi ilə aralarında bağlanmış müqavilənin yenilənməsi ilə əlaqədar şəxsən öz təşəbbüsü ilə Ağcabədi bələdiyyəsinə müraciət edərək növbəti 20 il müddətinə icarə müqaviləsi bağlanmasını şifahi olaraq təklif etmişdir. Həmin zaman bələdiyyənin sədri torpaq sahəsi ilə bağlı razılığa gələ biləcəklərini ona bildirmiş və gözləməyini təklif etmişdir. Bundan bir neçə ay sonra yəni 2022-ci ilin dekabr ayında ona məlum olmuşdur ki, Ağcabədi bələdiyyəsinin 17 uyun 2022-ci il tarixli 10 saylı iclas protokolu əsasında ona icrarəyə verilmiş mübahisəli torpaq sahəsinin 27.0 hektarının müsabiqəyə çıxarılması qərara alınmışdır. Bu barədə ona heç bir rəsmi məlumat verilməmiş və nəhayətində torpaq sahəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Hərracların Təşkili üzrə X5 Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən keçirilmiş 15 dekabr 2022-ci il tarixli hərraca çıxarılmış və süni şəkildə şişirdilmiş məbləğlə cavabdeh Ağcabədi şəhər sakini X13 həmin hərracın qalibi olmuşdur.Belə ki. cavabdeh Ağcabədi bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 10 saylı iclas qərarı ilə sözügedən torpaq sahəsinin 27 hektarı əkinçiliyin inkişafı məqsədi üçün mülkiyyət hüququnun tanınmasına görə müsabiqəyə çıxarılmış və cavabdeh X13 müsabiqənin qalibi olmuş, torpaq sahəsi hər il üçün 9501,0 (doqquz min beş yüz bir) manat icarə haqqı müqabilində 20 il müddətnə onun icarəsinə verilmişdir. Bu barədə “X8” publik hüquqi şəxsi tərəfindən cavabdeh X7 adına Seriya HTM № 002042 saylı Şəhadətnamə verilmişdir.Həracın nəticələrindən sonra isə 26 dekabr 2022-ci il tarixdə Ağcabədi bələdiyyəsi ilə F.Paşayev arasında icarə müqaviləsi bağlanmış, sonuncu tərəfindən və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əldə edilmişdir. Torpaq sahəsi hərraca çıxarılmamışdan əvvəl, onun məlumatı olmamış, qanunvericiliyə uyğun olaraq hərracın keçirilməsi barədə hərrac elanları Ağcabədi bələdiyyəsinin binasının lövhəsində və şəhər əhalisinin gediş-gəlişi yüksək olan ictimai yerlərdə elanlar göstərilməli olduğu halda edilməmişdir. Bələdiyyənin qanunsuz hərəkətindən Bərdə regional Ədliyyə İdarəsinə şikayət etmiş, lakin bələdiyyənin barəsində heç bir tədbir görülməmişdirdir. Hesab edir ki, Ağcabədi Bələdiyyəsinin sədri X3 bu hərəkətləri qanunsuz hesab edilməli və onun barəsində Äzərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsində nəzərdə tutulan əsaslarla xüsusi qərardad çıxanlaraq prokurorluq orqanlarına verilməlidir. Hazırlıq icraatı ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə tərəflərin və onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki,məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. Məhkəmə İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbini və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarında göstərilən tövsiyyələri rəhbər tutaraq iddiaçıyayazılı şəkildə yardım göstərib, iddia tələbinin dəqiqləşdirilməsi yəni hazırkı mübahisənin həlli üçün subyektiv hüququna dair və yaxud cavabdeh inzibati orqan tərəfindən subyektiv hüququnun pozulmasına dair sənədlərin məhkəməyə təqdim olunması ilə bağlı hüquqlarını izah etmişdir. Buna baxmayaraq iddiaçı həmin sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 6.1-ci maddəsində qeyd olunur ki, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin qərarın 6.2-ci bəndində isə qeyd olunur ki, eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilənin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı Ağcabədi Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 10 saylı protokolunun etibarsız hesab edilməsi, Ağcabədi Bələdiyyəsinin sədri X2 hərəkətlərinin qansuz hesab edilməsi və Ağcabədi Bələdiyyəsinin sədri X2 barəsində xüsusi qərardad çıxararaq prokurorluğa göndərilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının tələbini yuxarıda qeyd olunan sübut və hüquq normaları ilə yanaşı, mövcud qanunvericiliyin aşağıda qeyd olunan hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir: Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanunun 6.1-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56-cı maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Həmin Məcəllənin 56-cı maddəsinin 2-ci bəndinə əsasən Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci və 146.2-ci maddələrinə uyğun olaraq daşınmaz əmlakla bağlı hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Müvafiq olaraq daşınmaz əmlak üzərində sərəncam vermək, hüququ həmin əmlakın dövlət reyestrində qeydiyyatı tarixindən əmələ gəlir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə Ağcabədi Bələdiyyəsi arasında xx.xx.2000-ci il tarixli müqaviləyə əsasən, Ağcabədi Bələdiyyəsi tərəfindən 20 il müddətinə 35 ha İddiaçı istifadəyə verilmişdir. İddiaçıya Ağcabədi Bələdiyyəsinin xx.xx.2000-ci il tarixli sərəncamı ilə İddiaçı 35 ha əkin sahəsi ayrılması barədə tərtib edilmiş müqavilə, torpaqayırma aktı və yerquruluşu planı təsdiq edilməsi, Torpaq Məcəlləsinin 38, 45, 66, 67, 68-ci maddələrinə əsasən torpaqdan istifadə hüququna dair şəhadətnamə aldıqdan sonra torpaqdan istifadəyə başlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Xəritəçəkmə və Torpaq komitəsinin Ağcabədi rayon şöbəsi tərəfindən ona şəhadətnamə də verilmişdir, icarə müqaviləsi 2020-ci il tarixdə bitmişdir, iddiaçı icarə müqaviləsinin bitdiyi andan 2022-ci ilə kimi icarə müqaviləsi ilə hesablanmış icarə haqlarının vaxtlı-vaxtında ödədiyini bildirmişdir. Lakin iddiaçı tərəfindən 2020-2022-ci illər ərzində icarə haqlarını ödəməsi barədə sübutlar təqdim etməmişdir. İddiaçı iddia ərizəsi üzrə Ağcabədi Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 10 saylı protokolunun etibarsız hesab edilməsini onunla əsaslandırmışdır ki, torpaq sahəsinin hərraca çıxarılmamışdan əvvəl onun xəbərinin olmadığını, qanunverciliyə uyğun olaraq hərracın keçirilməsi barədə hərrac elanları Ağcabədi bələdiyyəsinin binasının lövhəsində və şəhər əhalisinin gediş-gəlişi yüksək olan ictimai yerlərdə elanlar göstərilməli olduğu halda edilməmişdir. Bələdiyyənin qanunsuz hərəkətindən Bərdə regional Ədliyyə İdarəsinə şikayət etmiş, lakin bələdiyyənin barəsində heç bir tədbir görülməmişdir. Halbuki işdə olan Ağcabədi bələdiyyəsinə qarşı Ağcabədi Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 10 saylı protokolundan çıxarış ilə Ağcabədi bələdiyyəsinin icarə predmeti olan keçmiş N.Nərimanov adına təsərrüfatın ərazisində yerləşən ehtiyyat fond torpaqlqarına aid olan kənd təsərrüfatlı təyinatlı əkinçiliyin inkişafı məqsədilə 27 ha əkin torpaq sahəsinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilmədiyindən habelə elektrik, rabitə, nəqliyyat, qaz, su kanalizasiya və digər komunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşmədiyindən həmin torpaq sahəsi ilə bağlı müsabiqənin keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması, Daşınmaz Əmlakın həmin torpaq sahəsinin texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı və Rəqəmsal Kadastr xəritəsindən çıxarışın nəzərə alınması, bələdiyyənin icarə məqsədilə müsabiqəyə çıxarmaq istədiyi bu torpaq sahəsi mülkiyyət hüququnun qanunveriliklə müəyyən edilmiş qaydada çıxarışın, eləcə də qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmamasına (mülkiyyətinə) dair arayışın verilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsindən xahiş edilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti X6 publik hüquqi şəxsinin Beyləqan ərazi torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqə və hərracının nəticələri barədə xx.xx.2022-ci il tarixli, 195 nömrəli protokolunda göstərilmişdir ki, komissiya tərəfindən Ağcabədi ərazisində yerləşən Ağcabədi bələdiyyə mülkiyyətinə aid 27.0 ha torpaq sahəsinin satılması icarəyə verilməsi məqsədi ilə 15 dekabr 2022-ci il tarixdə keçirilən müsabiqədə iştirak edən 4 şəxsdən biri məhz İddiaçı olmuşdur və hərracın keçirilməsində iştirak etmişdir. Göründüyü kimi, iddiaçının iddia ərizəsində iddia etdiyi kimi şifahi olaraq icarə müqaviləsini bağlamasını təklif etdiyini, bələdiyyənin sədri torpaq sahəsi ilə bağlı razılığa gələ bilməyəcəyini ona bildirmiş və gözləməsini təklif etmişdir. 2022-ci ilin dekabr ayında ona Ağcabədi bələdiyyəsinin 17 uyun 2022-ci il tarixli 10 saylı iclas protokolu əsasında ona icarəyə verilmiş mübahisəli torpaq sahəsinin 27.0 hektarının müsabiqəyə çıxarılması qərara alınmasının məlum olduğunu, torpaq sahəsinin hərraca çıxarılmamışdan əvvəl, onun məlumatının olmadığını, qanunvericiliyə uyğun olaraq hərracın keçirilməsi barədə hərrac elanları Ağcabədi bələdiyyəsinin binasının lövhəsində və şəhər əhalisinin gedişgəlişi yüksək olan ictimai yerlərdə elanlar göstərilməli olduğu halda edilmədiyini bildirmişdir və üçüncü şəxs F.Paşayevin müsabiqənin qalibi olması, torpaq sahəsinin onun istifadəsinə qanunsuz olaraq verilməsini əsaslandırsa da, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti X6 publik hüquqi şəxsinin Beyləqan ərazi torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqə və hərracının nəticələri barədə xx.xx.2022-ci il tarixli, 195 nömrəli protokolunda İddiaçı müsabiqədə iştirak etməsi barədə məlumat öz əksini tapmışdır. Məhkəmə tərəfindən qeyd edilir ki, Ağcabədi bələdiyyəsinə qarşı Ağcabədi Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 10 saylı protokolundan çıxarış üzrə Ağcabədi bələdiyyəsinin icarə predmeti olan keçmiş N.Nərimanov adına təsərrüfatın ərazisində yerləşən ehtiyyat fond torpaqlqarına aid olan kənd təsərrüfatlı təyinatlı əkinçiliyin inkişafı məqsədilə 27 ha əkin torpaq sahəsinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilmədiyindən habelə elektrik, rabitə, nəqliyyat, qaz, su kanalizasiya və digər komunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşmədiyindən həmin torpaq sahəsi ilə bağlı müsabiqənin keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması barədə 2022-ci il tarixdən məlumatlı olmuşdur, hətta müsabiqədə iştirak etmək üçün ərizə təqdim etmiş, 27 ha torpaq sahəsinin icarəyə verilməsi üçün 5500 manat təklif etmiş, həmçinin keçirilmiş müsabiqədə iddiaçının iştirakı təmin edilmiş, lakin müsabiqənin qalibi başqa şəxs olmuşdur. Müsabiqə nəticələrindən 4 ay müddət keçdikdən sonra 2023-cü ilin aprel ayında məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Ağcabədi Bələdiyyəsinin xx.xx.2022ci il tarixli, 10 saylı protokolunu mübahisələndirmiş, protokolun etibarsız hesab edilməsini xahiş etmişdir. "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş Əsasnamənin 1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Əsasnamənin 16-cı bəndinə əsasən, ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin Əsasnamənin 22-ci bəndinə əsasən, bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Həmin Əsasnamənin 27-ci bəndinə əsasən, torpağa mülkiyyət, istifadə və icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən sənəd qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Göründüyü kimi Ağcabədi Bələdiyyəsi qanunvericilik üzrə ona verilmiş səlahiyyətlərə uyğun fəaliyyət göstərərək xx.xx.2022-ci il tarixli, 10 saylı protokolunun qərarını qəbul etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 64.1-ci maddəsinə əsasən. inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən, aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən, maraqlı şəxsin ərizəsi üzrə bu Qanunun 52-ci maddəsində müəyyən edilmiş müddət ərzində inzibati orqan tərəfindən inzibati aktın qəbul olunmadığı hallarda maraqlı şəxs məhkəməyə müraciət edə bilər. Ağcabədi Bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 10 saylı protokolunda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 65.1-ci maddəsində sadalanan normalar öz əskini tapmamışdır. -İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan ərazi idarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-45/2-4618/2023 nömrəli məktubundan göstərilmişdir ki, müraciətdə qeyd edilən 06 iyun 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, JN-9068 (kod ********) nömrəli torpaqdan müvəqqəti istifadə şəhadətnamənin və həmin sənədlərin verilməsinə əsas olan iclas qərarının, 26 dekabr 2022-ci il tarixli icarə müqaviləsinin və həmin sənədlərin verilməsinə əsas olan sənədlərin təsdiq edilmiş surətləri təqdim olunur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışın surətindən görünür ki, Ağcabədi şəhəri, Nəriman Nərimanov kolxozunda yerləşən 27.0 ha torpaq sahəsi X7 xeyrinə yüklü edilmişdir. İşdə olan Ağcabədi rayonu Ağcabədi bələdiyyəsi ilə X13 arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, X1 Nərimanov kolxozunda yerləşən 27.0 ha torpaq sahəsini xx.xx.2042-ci ilədək, hər il 9501 manat ödəməklə icarəyə götürmüşdür. İşdə olan Ağcabədi rayonu Ağcabədi bələdiyyəsinin 17 iyun 2022-ci il tarixli 10 saylı iclas protokolunda göstərilmişdir ki, Bələdiyyə torpaqlarının torpaq hərracı və ya müsabiqələri vasitəsi ilə verilməsinin tənzimlənməsi məqsədi ilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə "Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli 409-11 1 QD nömrəli Qanunu ilə dəyişikliklər və əlavələr edilmiş və Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-11 QD nömrəli qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında “Əsasnamənin 16-cı bəndinin tələblərinə müvafiq olaraq Ağcabədi bələdiyyəsi icarə məqsədi ilə ehtiyyat fond torpaqlarına aid olan kənd təsərrüfatiı təyinatlı əkinçiliyin inkişafı məqsədi üçün 27 ha əkin torpaq sahəsi mülkiyyət hüququ tanınmasına görə müsabiqəyə çıxarılmasına görə Ağcabədi bələdiyyəsinin iclası qərar qəbul etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş **********65 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, Ağcabədi şəhəri, Nəriman Nərimanov kolxozunda yerləşən 27.0 ha torpaq sahəsini Ağcabədi bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan Ağcabədi rayonu Dövlət Arxivinin 03 iyul 2023-cü il tarixli 53 nömrəli məktubunda göstərilmişdir ki, Ağcabədi rayon Dövlət Arxivi bildirir ki,arxivdə mühafizə olunan Ağcabədi Bələdiyyəsinin sənədlərinə baxış keçirildi.Baxış zamanı məlum oldu ki,2022-ci ili əhatə edən Ağcabədi Bələdiyyəsinin sənədləri Ağcabədi rayon Dövlət Arxivinə təhvil verilməmişdir.Bu səbəbdən Ağcabədi Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 10 saylı iclas qərarı və xx.xx.2022-ci il tarixli icarə müqaviləsi haqqında sizə məlumat vermək mümkün olmadı. İşdə olan Ağcabədi rayonu Ağcabədi bələdiyyəsinin 10 iyul 2023-cü il tarixli 312 nömrəli məktubunda göstərilmişdir ki, Ağcabədi bələdiyyəsi Sizin 13 aprel 2023-cü il tarixli İŞ N -2-1 ( 120)- 2804/ 2023-cü il tarixli sərəncamınızla əlaqədar bildirir ki, Ağcabədi bələdiyyəsinin 17 iyun 2022-ci il tarixli 10 saylı iclasının qərarına əsasən Ağcabədi bələdiyyəsinin icarə predmeti olan keçmiş N.Nərimanov adına təsərrüfatın ərazisində yerləşən ehtiyyat fond torpaqlarına aid olan əkin məqsədi ilə 27 ha torpaq sahəsinin hərraca çıxarılması məqsədi ilə həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydə alınma prosedurası başlanmışdır. Mülkiyyət hüququnu təsdiq edən çıxarış və plan-ölçü sənədləri alındıqdan sonra bələdiyyə iclasının qərarına əsasən həmin torpaq sahəsinin icarəyə verilməsi ilə əlaqədar hərrac və müsabiqə üçün X11 Xidmətinin tabeliyində “X6” publik hüquqi şəxsinin Beyləqan ərazi Torpaq müsabiqə və hərrac komissiyasına göndərilmişdir. 15 dekabr 2022-ci il tarixdə keçirilən hərrac və müsabiqə komissiyasında keçmiş icarəçi İddiaçı şəxsən iştirak etmişdir. Onun sözügedən 27 ha torpaq sahəsinin hərrac və müsabiqəyə çıxarılması ilə əlaqədar bütün proseduralardan tam məlumatlı olmuşdur. İddiaçı iddia ərizəsində irəli sürdüyü iddia tələbinin heç bir hüquqi əsası yoxdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə regional Ədliyyə İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-16-22/2-903/2023 nömrəli məktubunda göstərilir ki, Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “X6" publik hüquqi şəxsin Beyləqan Ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən xx.xx.2022-ci il tarixdə keçirilmiş müsabiqənin qalibi X13 ilə Ağcabədi bələdiyyəsi arasında notarial qaydada bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin surəti göndərilmişdir. İşdə olan Ağcabədi rayonu Ağcabədi bələdiyyəsinin 25 avqust 2023-cü il tarixli 434 nömrəli məktubunda göstərilmişdir ki, Ağcabədi bələdiyyəsi 19 iyun 2023-cü il tarixli iş N- 2-1(120)- 2804/2023 saylı xx.xx.2023-cü il tarixdə Ağcabədi bələdiyyəsinə daxil olmuş məktuba cavab olaraq bildirir ki, Ağcabədi bələdiyyəsinin mülkiyyətində icarə predmeti olan keçmiş N.Nərimanov adına təsərüffatı ərazisində yerləşən ehtiyyat fond torpaqlarına aid olan kənd təsərüffatı əkinçiliyin inkişafı məqsədi ilə 15 dekabr 2022-ci il tarixdə müsabiqəyə çıxarılmış 27 hektar torpaq sahəsinin hərracında əvvəlki icarəçi İddiaçıda iştirak etmiş, lakin hərracın qalibi olmamışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti X6 publik hüquqi şəxsinin məhkəməyə ünvanladığı 13 oktyabr 2023-cü il tarixli 3-21-3-03/2-302/2023 nömrəli məktubunda göstərilmişdir ki, inzibati işə baxılması ilə əlaqədar xx.xx.2022-ci il tarixli, 195 nömrəli protokolun və həmin protokolun tərtib edilməsinə əsas olan sənədlərin təsdiq olunmuş sürətlərinin təqdim edilməsi barədə müraciətinizə X6 publik hüquqi şəxsində baxılmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti X6 publik hüquqi şəxsinin Beyləqan ərazi torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqə və hərracının nəticələri barədə xx.xx.2022-ci il tarixli, 195 nömrəli protokolunda göstərtilmişdir ki, komissiya tərəfindən Ağcabədi ərazisində yerləşən Ağcabədi bələdiyyə mülkiyyətinə aid 27.0 ha torpaq sahəsinin satılması icarəyə verilməsi məqsədi ilə 15 dekabr 2022-ci il tarixdə keçirilən müsabiqədə iştirak edən 4 şəxsin (İddiaçı, X9, X4 və X13) siyahısı təsdiq edilmişdir. Müsabiqədə 9501.00 manat ən yüksək təklif vermiş X13 müsabiqənin qalibi hesab edilmişdir. Məhkəmə qeyd edir ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verılənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, baxılan mübahisəyə münasibətdə iddiaçının tələb etdiyi Ağcabədi bələdiyyə ərazisində 35.0 ha kənd təsərrüfatı məhsullarının istaehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsinə dair subyektiv hüququnun mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur. Bununla əlaqədar nəzərə almaq lazımdır ki, iddiaçının subyektiv hüququnun olmaması, qeyd edilən torpaq sahəsinə dair qərarın etibarsız hesab edilməsi cavabdehdən tələb etmək imkanını istisna edir. Başqa sözlə, iddiaçının hüquqmüəyyənedici sənəd olmadan hal-hazırda Ağcabədi bələdiyyəsi ilə bağlanmış icarə müqaviləsinin müddəti bitdiyi halda onun həmin torpaq sahəsi ilə bağlı tələb hüququnun mövcud olması və cavabdehin ona münasibətdə iddia olunan məzmunda öhdəlik daşıması kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Ağcabədi bələdiyyəsinə qarşı Ağcabədi Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 10 saylı protokolunun etibarsız hesab edilməsi, Ağcabədi Bələdiyyəsinin sədri X2 hərəkətlərinin qansuz hesab edilməsi və Ağcabədi Bələdiyyəsinin sədri X2 barəsində xüsusi qərardad çıxararaq prokurorluğa göndərilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-2804/2023
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2804/2023
04.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver