Məhkəmə qərarları › İş №2-1(120)-2808/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2808/2025

16.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2808/2025 16.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsindən irəli gələn hallarla bağlı ondan tutulan 31374,0 manat pul məbləğindən faktiki borc tutulmaqla, əlavə tutulmuş 12898,0 manat pul məbləğinin cavabdehdən alınaraq ona qaytarılması” tələbinə dair iddianın mümkünlük məsələsinə 16 aprel 2025-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xeyrinə kredit müqaviləsindən irəli gələn hallarla bağlı ondan tutulan 31374,0 manat pul məbləğindən faktiki borc tutulmaqla, əlavə tutulmuş 12898,0 manat pul məbləğinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən alınaraq ona qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçıya real yardım edilməklə iddianın mümkünlüyü məsələsinin müzakirəsi üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Məhkəmənin müraciəti iddiaçıya çatdırılsa da iddiaçı məhkəmənin müraciətinə münasibət bildirməmiş, təyin olunmuş məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Neftçilər filialından xx.xx.2015-ci il tarixdə 30-xx-xx-020690 saylı kredit müqaviləsi üzrə 29 %-lə 48 ay müddətinə cəmi 12982,0 ABŞ dolları məbləğində kredit almışdır. Lakin məlum infilyasiya, eyni zamanda manatın dollar qarşısında devolvasiyası ilə bağlı dolların Azərbaycan manatına nisbətdə 2 (iki) dəfədən çox bahalaşması ilə bağlı 30-xx-xx-020690 saylı kredit müqaviləsindən irəli gələn öhdəlikləri və kredit məbləğinin ödənilməsini yerinə yetirə bilməmişdir. xx.xx.2015-ci il tarixli Cavabdeh ASC ilə arasında olan kredit müqaviləsinə əlavə edilən 30-xx-xx-020690 saylı kredit müqaviləsinə 1 saylı Əlavəyə əsasən xx.xx.2015-ci il tarixindən 08 oktyabr 2015-ci il tarixinədək kredit müqaviləsi üzrə ödənişləri vaxtlı-vaxtında icra etməklə borc verənin, Cavabdeh ASC-nin Lənkəran filialına (VÖEN: **********1) AZ 88 MUQA **********00001 USD 61 hesab nömrəsinə 04 iyun 2015ci il tarixdə 460, 08 iyul 2015-ci il tarixdə 230 və daha sora 30, 24 avqust 2015-ci il tarixində 460, 23 sentyabr 2015-ci il tarixində 460 ABŞ dolları ödəməklə, sonuncu dəfə 23 oktyabr 2015-ci il tarixdə 460 ABŞ dolları 30-xx-xx-020690 saylı kredit müqaviləsindən və həmin kredit müqaviləsi üzrə 1 saylı Əlavəyə uyğun olaraq 2300 ABŞ dolları kredit borcu öhdəliklərini yerinə yetirməklə ödənişlər etmişdir. Cavabdeh ASC Lənkəran Rayon Məhkəməsində iddia tələbi irəli sürərək Cavabdeh ASC-nin Neftçilər filialı ilə aralarında bağlanan 30-xx-xx-020690 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsini və ondan 12209,22 ABŞ dolları əsas borc, 5525,31 ABŞ dolları faiz borcu, 709,38 ABŞ dolları dəbbə pulu, cəmi 18443,91 ABŞ dolları kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının iddia tələbi üzrə Lənkəran Rayon Məhkəməsi 16 may 2017-ci il tarixində 2(049)-3368/2017 saylı qətnamə qəbul etmiş, iddia tələbi təmin olunmuş və Cavabdeh ASC-nin Neftçilər filialı ilə onun arasında bağlanmış 30-xx-xx-020690 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi ləğv edilmiş, İddiaçı 12209,22 ABŞ dolları əsas borc, 5525,31 ABŞ dolları faiz borcu, 709,38 ABŞ dolları dəbbə pulu, cəmi 18443,91 ABŞ dolları kredit borcu və 30 manat dövlət rüsumunun tutularaq Cavabdeh ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi 18443,91 ABŞ dolları məbləğində kredit borcu Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş manat məzənnəsi ilə hesablanması qərara alınmışdır. Lakin məhkəmə 08 may 2015-ci il tarixindən 08 oktyabr 2015-ci il tarixinədək hər ay kredit müqaviləsinə əlavə edilən 1 saylı Əlavə üzrə ümumilikdə ödədiyi 2300 ABŞ dollarını nəzərə almamışdır. Bundan başqa məhkəmə iddiaçının tələb etdiyi 12209,22 ABŞ dolları əsas borc, 5525,31 ABŞ dolları faiz borcu, habelə 709,38 ABŞ dolları dəbbə pulu tələbini təmin etməklə vəziyyətini daha da ağırlaşdırmışdır. Məhkəmənin qətnaməsi Lənkəran rayon İcra və Probasiya şöbəsi tərəfindən icraata yönəldilmiş 2(049)-3368/2017 saylı, 16 may 2017-ci il tarixli icra sənədi əsas götürülməklə Lənkəran şəhəri, Z.Əliyeva küçəsi, 78/4-35-də qeydiyyatda olan İddiaçı 18443,91 ABŞ dolları məbləğində borc pul və məhkəmə baxışı üçün ödənilən dövlət rüsumunun ünvan 2 ünvanında yerləşən tələbkar Cavabdeh ASC-nin xeyrinə ödənilməsi barədə qərar qəbul edilmişdir. Kredit borcundan irəli gələn öhdəliklərin yerinə yetirilməsi ilə bağlı icra və probasiya şöbəsi borc məbləğinin tutulmasını əmək pensiyasına yönəltmişdir. Lənkəran Rayon Məhkəməsinin 16 may 2017-ci il tarixli, 2(049)-3368/2017 saylı icra sənədinə əsasən əmək pensiyasından xx.xx.2018-ci il tarixindən xx.xx.2024-cü il tarixədək dövr ərzində Cavabdeh ASC-nin xeyrinə ümumilikdə 22872,13 manat pul vəsaiti tutulmuş, bundan başqa xx.xx.2024-cü il tarixdən 2024-cü ilin dekabr ayınadək davam etmişdir. xx.xx.2024-cü il tarixinə Cavabdeh ASC-yə qalıq kredit borcu 8502,52 manat təşkil etmiş, eyni zamanda 2194,82 manat icra ödənişi üzrə borcunun qalması ona Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən bildirilmişdir. Beləliklə, bildirir ki, ondan tutulmasına qərar verilmiş 5525,31 ABŞ dolları və 709,38 ABŞ dolları, ümumilikdə 6234,69 ABŞ dolları məbləğində əlavə ödənişlərin ödənilməsi ləğv edilməlidir. Bundan başqa 2194,82 manat icra ödənişi də aşağı həddə endirilməlidir. Belə olan halda məhkəmə qətnaməsində yer almış 18443,91 ABŞ dollarından 6234,69 ABŞ dolları faiz və dəbbə pulu çıxıldıqda yerdə qalan məbləğ 12209,22 ABŞ dolları təşkil etməlidir ki, bununda icra haqqı 2194,72 manat deyil, 1100 manat təşkil etməli idi. Onun əmək pensiyasından hər ay tutulan əsas borcdan əlavə faiz və dəbbə pulları tələbkar Cavabdeh ASC tərəfindən geri qaytarılmalıdır. Belə ki, 6234,69 ABŞ dollarının Azərbaycan manatına məzənnəsi 10598,97 manat təşkil edir ki, həmin məbləğdə 31374,65 manatdan çıxıldıqda yerdə qalan məbləğ 21775,68 manat təşkil edir. Ona görə də tələbkar orqandan faiz və dəbbə pulu kimi əlavə ondan aldığı 10598,0 manat ona alınıb qaytarılmalıdır. Ona ödəniləcək məbləğin üzərinə Cavabdeh ASC-nin Lənkəran filialındakı bank hesabına AZ 88 MUQA **********00001 USD 61 hesab nömrəsinə ödədiyi 2300 ABŞ dolları da əlavə etməklə, ümumilikdə 12898 manat geri qaytarılmalıdır. Bildirir ki, Cavabdeh ASC-nin rəhbərliyinə xx.xx.2018-ci il tarixində göndərdiyi kredit məbləğinin dolların manatla əvəz edilməsi və hər ay 300 manat ödəniş etməyi ilə bağlı müraciəti olmuşdur. Bundan başqa həyat yoldaşı X1 Azərbaycan Respublikasının Prezidentinə müraciət edərək bildirmişdir ki, həyat yoldaşı İddiaçı Cavabdeh ASC-dən götürdüyü kreditlə bağlı onlardan artıq ödənişlər tutulub ki, bu da maddi vəziyyətlərini pisləşdirmişdir. Müraciətçi artıq tutulan pulların geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı bu müraciətlə bağlı 13 oktyabr 2023-cü il tarixdə 6-1-26/2 T-8156-0-10808/2023 saylı məktubla Cavabdeh ASC-yə bildirmişdir ki, Azərbaycan Respublikası Prezident Adminstrasiyası tərəfindən Mərkəzi Banka daxil olmuş müraciət araşdırılsın və 7 (yeddi) iş günü ərzində vətəndaşa məlumat verilsin. Lənkəran rayon icra şöbəsi 23 noyabr 2017-ci il tarixli, 5097/04 saylı saylı qərarı ilə DSMF-nun Hərbi qulluqçuları və Xüsusi rütbəli şəxslər İş Departamentinə icraata başlama və tutulmalar barədə icra rəisi Davud Ağayev bildiriş göndərmişdir. Elnur Qurbanovun ünvanladığı 1(bir) vərəqədən ibarət məktubdan göründüyü kimi ondan xx.xx.2018-ci il - xx.xx.2024-cü il tarixlərində faktiki olaraq 22872,13 manat pul vəsaiti tutulmuşdur. xx.xx.2019-cu il tarixli Lənkəran rayon İcra və Probasiya şöbəsinin rəisi Davud Ağayevin 2092/06 saylı qərarından 1391,07 ABŞ dolları icra ödənişinin tutulması üçün Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala məlumat verilmişdir. Beləliklə hesab edir ki, məhkəmə MPM-nin 14.2-ci, 88-ci maddələrinin, habelə bu Məcəllənin 217.4-cü maddəsinin tələblərini pozmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Məhkəmə iddia ərizəsi və əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, hazırki iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında hazırki məhkəmə tərəfindən baxılmalı olmadığından iddia mümkün sayılmamlıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçının məhkəməyə müraciət etməkdə olan hüquqi marağı iddia etdiyi kimi ondan artıq tutulmuş 12898,0 manat pulun ona qaytarılmasından ibarətdir. Bundan başqa eyni zamanda müəyyən olunur ki, iddiaçıdan tutulmuş vəsait iş üzrə tələbkarın hesabına ödənilmişdir. Belə olan halda iddiaçının geri qaytarılmasını tələb etdiyi vəsait iş üzrə tələbkarda olduğundan iddiaçı müstəqil iddia vasitəsi ilə cavabdeh olaraq Cavabdeh ASC-yə qarşı Mülki Prosessual Məcəllədə müəyyən olunmuş aidiyyət qaydalarına uyğun ümumi (rayon, şəhər) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən maddənin tələbindən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianı inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılmaı üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığından mümkün sayılmamalıdır. Yuxarıda da qeyd olunduğu kimi belə iddialar inzibati mübahisə hesab edilmədikləri üçün ona inzibati məhkəmə icraatı qaydasında baxılması yol verilməzdir. İnzibati iddiaların ilkin ümumi mümkünlük şərti isə İPM-in 1.1-ci maddəsində təsbit edilmiş qaydaya görə mübahisənin inzibati hüquq münasibətləri ilə bağlı yaranmış olmasıdır. Bu səbəbdən də iddiaçıya izah olunmalıdır ki, iş üzrə borclu icra sənədinin icrası ilə bağlı icra sənədini verən məhkəməyə müraciət etməlidir. Bundan başqa məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılan iddialar göstərilmişdir. Məcəllənin 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında yalnız inzibati mübahisənin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır ki, iddiaçı ilə müvafiq inzibati oprqanlar arasında yaranmış mübahisə inzibati hüquq münasiblərindən, yəni publik (ümumi) hüquq münasibətlərindən irəli gələn mübahisə olmamaqla inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbi deyildir. İddiaçının tələbi onun iddiasına görə icra sənədinin icrası ilə bağlı ondan artıq tutulmuş pulun ona qaytarılması tələbidir ki, artıq tutulmuş pulun qaytarılması tələbinə dair iddialara isə inzibati məhkəmə icraatı qaydasında baxılması qanunvericilikdə nəzərdə tuitulmamışdır. Göründüyü kimi, iddiaçının tələbi bu əsasla da inzibati məhkəmə icraatı qaydasında baxılmalı deyildir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının hazırki tələbinə inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılmalı olmadığından iddia mümkün sayılmamalıdır. İddiaçının diqqətinə çatdırılır ki, o, iddia tələbinə cavab verməli olan cavabdehə qarşı hazırki tələblə cavabdehin hüquqi ünvanı üzrə ümumi (rayon, şəhər) məhkəməyə, icra sənədinin icrası ilə bağlı icra qurumunun hərəkət və ya hərəkətsizliyindən isə icra sənədini vermiş və icra icraatına nəzarəti həyata keçirən Lənkəran Rayon Məhkəməsinə müraciət edə bilər. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsindən irəli gələn hallarla bağlı ondan tutulan 31374,0 manat pul məbləğindən faktiki borc tutulmaqla, əlavə tutulmuş 12898,0 manat pul məbləğinin cavabdehdən alınaraq ona qaytarılması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar