Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-281/2020 02.06.2020 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, Cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Specelektromas X1 direktoru İddiaçı cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı Specelektromas X1 direktoru İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı Specelektromas X1 direktoru İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər idarəsinə qeydiyyat sayı xx.xx.2019-cu il tarixli **********335200 saylı məktubla rəsmi müraciət etmişdir. Müraciəti ilə əlaqədar xx.xx.2007-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan şəxsi hesab vərəqəsindən çıxarış təqdim olunmuşdur. Həmin hesab çıxarışa əsasən “SpecelektromasTəcrubə-Layihə İstehsalat Müəssisəsinin” 5 saylı Ərazi Vergilər idarəsinə 6575 manat 67 qəpik artıq vergi ödəməsi müəyyən olunmuşdur. Bunu sözügedən hesabdan çıxarış təsdiq edir. Dəfələrlə bu barədə Vergilər Nazirliyinin əlaqədar qurumlarına müraciət etsə də qaneedici cavablar almamışdırlar. xx.xx.2011-ci tarixli müraciətinə və digər artıq ödəmələrin istifadə edilməsi tələbinə bəhanələr gələrək artıq ödənilmiş vəsaiti geri qaytarmamışdır. Cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsinə artıq ödəmənin yaranma tarixi xx.xx.2007-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövrü əhatə edir. Lakin cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsinin Hacıqabul rayon İcra Hakimiyyətinə xx.xx.2017-ci il tarixli **********353500saylı müraciətində İddiaçı 2005-ci ildən xx.xx.2017-ci il tarixinə 8277.96 manat torpaq icarə haqqı üzrə borcunun dövlət büdcəsinə ödənilməmiş qalması barədə müraciət ünvanlanmışdır. Göründüyü kimi indiki halda cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər idarəsi tərəfindən tərəfinizdən artıq ödənilmiş 6575 manat 67 qəpik pul vəsaitinin artıq ödəməsi etiraf olunur, lakin eyni zamanda 8277.96 manat torpaq icarə haqqı üzrə borcunun olması xüsusi vurğulanır. Göstərilənləri nəzərə və 3000 manata qədər ödədiyini nəzərə alaraq ödənilməli olan məbləğin 12 il əvvələ aid olduğunu nəzərə alarag, cavabdehinxx.xx.2019-cu il tarixli cavabını qeyri qənaətbəxş hesab edir və tələbi 14 il olduğu üçün artıq ödənilmiş mələğ geri qaytarilmalidir.Qeyd olunanların nəzərə alınaraq iddiaçı Specelektromas Təcrübə-Layihə İstehsalat Müəssisəsinin cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı tərəfindən artıq ödənilmiş 6575 manat 67 qəpik artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması barədə öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X5 şifahi məhkəmə baxışı iclasında iddianı qəbul etməyərək, iddia ərizəsinin rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı Specelektromas X1 direktoru İddiaçı lazımi qaydada xəbərdar edilmişdir. Lakin, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli **********099900 nömrəli məktubunda qeyd edilmişdir ki, 5 saylı Ərazi Vergilər İdarəsində “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının” qaytarılması haqqında müraciətinizə baxılmışdır.Bildiririk ki, artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” ilə tənzimlənir.Həmin qaydaların 1.1-ci bəndinə əsasən “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 87.4-cü maddəsinə, “Sosial sığorta haqqında” Azərbaycan RespublikasıQanununun 9-1.2-ci maddəsinə və “işsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 7-1 -ci maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisindən və ya sığortaedəndən düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, hesablanmış faizlərin, habelə vergi və məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının, eyni zamanda, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisinin (bundan sonra - büdcəyə artıq ödəmələr) məbləğlərinin qaytarılması qaydalarını müəyyən edir.Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 ıl ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir.Bildiririk ki, şəxsi hesab vərəqənizdə artıq ödəmənin yaranma tarixindən 5 il müddət keçdiyindən artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin geri qaytarılmasını və ya əvəzləşdırıiməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, **********622800 saylı məktubunda qeyd edilmişdir ki, 5 saylı Ərazi Vergilər İdarəsində “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının” qaytarılması haqqında müraciətinizə baxılmışdır. Bildiririk ki, müraciətiniz xx.xx.2019-cu il tarixli **********099900 nömrəli məktubla cavablandırılmışdır. Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzinə və ya Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2019-cu il tarixli, **********199300 saylı etirazında qeyd edilmişdir ki, iddiaçı Specelektromas Təcrübə-Layihə istehsalat X4-İqtisadi Məhkəməsinə müraciət edərək artıq ödənilmiş 6575,67 manat pul vəsaitinin geri qaytarılması barədə öhdəliyin cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsinin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsi aşağıdakı qeyd edilən səbəblərə görə iddiaçının iddiasını əsassız hesab edir: Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Qeyd etmək istəyirik ki, artıq ödəmənin yaranma tarixi iddiaçının ərizədə göstərdiyi kimi xx.xx.2007-ci ildən xx.xx.2016cı il tarixə qədər olan dövrü əhatə etmir. Belə ki, Specelektromas Təcrübə-Layihə İstehsalat Müəssisəsinin şəxsi hesab vərəqəsindən də göründüyü kimison ödəmə (10 manat məbləğində) xx.xx.2010-cu il tarixində olmuşdur. Artıq ödəmə məbləği isə 2007-ci ildən əvvəlki dövrlərdə yaranmışdır. Artıq ödəmənin yarandığı vaxtdan 12 ildən artıq müddət, sonuncu ödənişin vaxtından isə 9 ildən artıq vaxt keçmişdir. Beləliklə, şəxsi hesab vərəqəsindən də göründüyü kimi iddiaçı tərəfindən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılması və ya əvəzləşdirilməsi üçün Vergi Məcəlləsinin 85.5-ci maddəsində nəzərdə tutulmuş 5 illik müddət ötürülmüşdür. Həmçinin qeyd etmək istəyirik ki, iddiaçı Specelektromas Təcrübə-Layihə İstehsalat Müəssisəsinin 5 saylı Ərazi Vergilər İdarəsinə “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının” qaytarılması haqqında müraciətinə baxılmış və 31,10.2019-cu il tarixli **********099900 nömrəli cavab məktubunda şəxsi hesab vərəqəsində artıq ödəmənin yaranma tarixindən 5 il müddət keçdiyindən artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin geri qaytarılmasının və ya əvəzləşdirilməsinin Vergi Məcəlləsində nəzərdə tutulmadığı qeyd edilmişdir. Qeyd edilənlərə əsasən iddiaçı Specelektromas Təcrübə- Layihə İstehsalat Müəssisəsinin cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “artıq ödənilmiş 6575,67 manat pul vəsaitinin cavabdehə qaytarılması barədə” iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edirik. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı Specelektromas Təcrübə-Layihə İstehsalat Müəssisəsinin son ödəməsi (10 manat məbləğində) xx.xx.2010cu il tarixində olmuşdur. Artıq ödəmə məbləği isə 2007-ci ildən əvvəlki dövrlərdə yaranmışdır. Artıq ödəmənin yarandığı vaxtdan 12 ildən artıq müddət, sonuncu ödənişin vaxtından isə 9 ildən artıq vaxt keçmişdir. Başqa sözlə, iş materiallarında olan sənədlərdən (şəxsi hesab vərəqəsindən) müəyyən olunur ki, iddiaçı tərəfindən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılması və ya əvəzləşdirilməsi üçün Vergi Məcəlləsinin 85.5-ci maddəsində nəzərdə tutulmuş 5 illik müddət ötürülmüşdür. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Həmin Məcəllənin 15.1.4-cü maddəsinə əsasən artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüquqlarına daxildir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən vergi ödəyicisinin hüquqları və qanuni maraqları qanunvericilik normaları ilə təmin edilir. Vergi ödəyicisinin hüquqlarının və qanuni maraqlarının müdafiəsi qaydası bu Məcəllə və digər qanunlarla müəyyən edilir. Həmin Məcəllənin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Odur ki, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, qanuni əsası olmadığından iddiaçı Specelektromas X1 direktoru İddiaçı cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
1. İddiaçı Specelektromas X1 direktoru İddiaçı cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddiası təmin edilməsin.
2. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər.
3. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim Samir Həsənov