Məhkəmə qərarları › İş №2-1(120)-281/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-281/2023

18.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-281/2023 18.04.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə qarşı “4-cü X3 xx.xx.N1-ci il tarixli, 011 əç nömrəli əmrinin dəyişdirilməsi və əmrdə ehtiyata buraxılma əsasının “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinin həmin Əsasnamənin 156-cı maddəsinin “v” bəndi ilə (xəstəliyə görə) əvəz edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 18 aprel N3-cü il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti)açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4-cü X3 xx.xx.N1-ci il tarixli, 011 saylı əmrinin dəyişdirilməsi və əmrdə ehtiyata buraxılma əsasının “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinin həmin Əsasnamənin 157-ci maddəsinin “b” bəndi ilə (xəstəliyə görə) əvəz edilməsi, xidmət etdiyi dövr üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatının ödənilməsi vəzifəsinin həmin hərbi hissənin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsinin N mart N1-ci il tarixli, 011 nömrəli əmrinin ləğv edilməsi və barəsində “Hərbi qulluqkeçmə haqqında” Əsasnamənin 155-ci maddəsinin “b” bəndinin tələblərini nəzərə almaqla ehtiyata buraxılmağı barədə əmrin qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “4-cü X3 xx.xx.N1-ci il tarixli, 011 saylı əmrinin dəyişdirilməsi və əmrdə ehtiyata buraxılma əsasının “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinin həmin Əsasnamənin 156-cı maddəsinin “v” bəndi ilə (xəstəliyə görə) əvəz edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin xx.xx.N2-ci il tarixli sərəncamı ilə həmin Məcəlləsinin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 16 noyabr 2014-cü il tarixdən N nömrəli hərbi hissədə hərbi xidmətə başlamışdır, 05 oktyabr 2016-cı il tarixdən N nömrəli hərbi hissədə, N dekabr 2018-ci il tarixdən Cavabdeh xidmətini davam etdirmişdir. N mart N1-ci il tarixdə 4-cü X3 011 saylı əmrinə əsasən “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafıq olaraq ehtiyata buraxılmışdır. Əmr aşağıdakı qaydada verilmişdir: Qadın hərbi qulluqçu, kiçik çavuş İddiaçı, hərbi hissənin, 2ci mexanikləşdirilmiş taborunun tibb məntəqəsinin sanitar radiotelefonçusu, 4-cü X3 N mart N1-ci il tarixli 011 əç nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafıq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılsın. N №-li hərbi hissənin N mart N1-ci il tarixli, 88 №-li əmrinə əsasən həmin tarixdən işlərini və vəzifəsini təhvil vermiş hesab edilsin, hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılsın və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinə göndərilsin. Qadın hərbi qulluqçu kiçik çavuş İddiaçı, Azərbaycan Respublikası Müdafıə Nazirinin 19 oktyabr 2017-ci il tarixli, 22 nömrəli əmrinə əsasən N1-ci ildə xidmət etdiyi dövr üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatını almağa layiq deyil. Qadın hərbi qulluqçu kiçik çavuş İddiaçı, N1-ci il üçün nəzərdə tutulmuş maddi yardım ödənilib, N1-ci ilin növbəti məzuniyyətindən tam istifadə edib, N1-ci il üçün nəzərdə tutulmuş məzuniyyət pulu ilə təmin olunmayıb. Hesab edir ki, barəsində qanunsuz əmr verilmişdir. İşlədiyi müddət ərzində heç bir intizam cəzası almamışdır. Vətəninə layiqli xidmət göstərmişdir. Bütün bunlara baxmayaraq, barəsində belə bir əmr verilmişdir və o, hərbi xidmətdən əmrdə nəzərdə tutulduğu kimi bir növ qovulmuşdur. Müdafıə Nazirliyinin 19 oktyabr 2017ci il tarixli, 22 nömrəli əmrinə əsasən N1-ci ildə xidmət etdiyi nəzərdə tutulmuş pul mükafatını almağa layiq görülməmişdir. Əslində isə “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 155-ci maddəsində hərbi qulluqçuların həqiqi hərbi xidmətdə buraxılması əsasları göstərilmişdir. Həmin maddənin “a” bəndində göstərilir ki, əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmamışlarsa, səhhətlərinə görə dinc, yaxud müharibə dövründə hərbi xidmətə yararlıdırlarsa, ehtiyata buraxılırlar. Həmin maddənin 3cü abzasında göstərilmişdir ki, hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması bu Əsasnamənin 156-159-cu maddələrindən birinin nəzərdə tutduğu əsasla icra edilir. Bu zaman buraxılmaq üçün bir neçə əsası olan müsbət atestasiya edilmış hərbi qulluqçular buraxıldıqdan sonra ən yüksək hüquqlar və güzəştlər verən əsasla, yaşlarına və səhhətlərinə görə buraxılmaq hüququ olanlar isə onların arzusu nəzərə alınaraq bu səbəblərdən birinə əsasən buraxılmağa təqdim edilirlər. Əsasnamənin 155-ci maddəsinin digər bəndində göstərilmişdir ki, hərbi qulluqçu törətdiyi xətalara görə həqıqi hərbi xidmətdən müvafıq şərəf məhkəməsinin vəsatəti ilə, yaxud birbaşa buraxılırsa, buraxılma bu Əsasnamənin 156-cı maddəsinin “ə” bəndinə (hərbi qulluqçunun şərəfıni ləkələyən nalayiq hərəkətlər törətdikdə) əsasən yerinə yetirilir. Yuxarıda qeyd etdiyi kimi o, heç bir intizam məsuliyyətinə işlədiyi dövrdə cəlb olunmamışdır. Buna görə də səhhətinə görə buraxılmaq hüququna malikdir. Əgər hərbi hissədən əmrdə qeyd edildiyi kimi xidməti uyğunsuzluğa görə işdən azad edilirdisə onda şərəf məhkəməsinin vəsatəti ilə işdən azad edilməli idi. O, şərəf məhkəməsinin olub-olmamasından xəbəri olmayıb və şərəf məhkəməsinin qərarı ona təqdim edilməyib. Buna görə də hesab edir ki, şərəf məhkəməsi keçirilmədən barəsində əsassız olaraq belə bir qərar verilmişdir. Digər tərəfdən o, uzun müddət xəstə olmuş, həmin sənədləri işə əlavə edir. Tibb kitabçasına əlavə olunmuş sənədlərdən görünür ki, bir neçə dəfə müxtəlif illərdə müayinədən keçirilmiş, həmin sənədləri işə əlavə edir. Xəstəlik haqqında 14851 nömrəli 21 iyun N1-ci il tarixli Mərkəzi Hərbi Həkim Komissyasının qərarı ilə sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı sayılmışdır. 20 noyabr 2018-ci il tarixli Müdafıə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 250 saylı arayışında xroniki C virus hepatiti natamam remisiya mərhələsində diaqnozu verilmiş xəstəlikdir, “hərbi xidmət dövründə alınmışdır” kimi qeyd edilmişdir. Qeyd olunanlardan da göründüyü kimi o, səhhətinə görə hərbi xidmətdən azad olunmalı idi, yəni “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinə görə deyil, 156-cı maddəsinin “v” bəndinə xəstəliyə görə (hərbi həkim komissiyaları tərəfındən hərbi xidmətə yararsız sayılaraq hərbi uçotdan çıxarıldıqda) işdən azad edilməli idi. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbinin əsassız olduğunu və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan MN Mərkəzi Hərbi Hərbi-Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli, 250 nömrəli arayışından görünür ki, İddiaçı Cavabdeh komandirinin xx.xx.2018-ci il tarixli, 12686 saylı göndərişi əsasında 20 noyabr 2018-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir. Qısa anamnezi: deməsinə görə və təqdim edilmiş tlbbi sənədlərə əsasən, bel-oma nahiyəsində ağrılar 2012-ci ildən müşahidə olunur. Lakin, həkimə müraciət etməmişdir. Könüllü hərbi xidmətə daxil olarkən tibbi şəhadətləndirilmiş və “Hərbi xidmətə yararlıdr. Könüllü hərbi xidmətə daxil olmağa yararlıdır” qərarı verilmişdir. 2016-cı ilin yanvar ayında sağ qabırğaaltı nahiyədə ağrı, köp, qıcqırma şikayətləri ilə əlaqədar Silahlı Qüvvələrin Baş Klinik Hospitalının qastroenterologiya bölməsində “Hepatit “C” virusun daşıyıcısı, epatosteatoz. Vegetativ-damar distoniyası“ diaqnozu ilə stasionar müayinə və müalicə olunmuşdur. Müalicədən sonra tövsiyəiər verilməklə kafi vəziyyətdə hərbi hissəyə yazılmışdır. Şikayətlərin şiddətlənməsi ilə əlaqədar xəstə 2017-ci ilin avqust-sentyabr aylarında SQ BKH-da “Vegetativ-damar distoniyası. Xroniki “C” virus hepatiti, replikasiya mərhələsində”, 2018-ci ilin yanvar-fevral aylarında “Xroniki “C” virus hepatiti, replikasiya mərhələsində. Vertebrogen mənşəli lümbalgiya” 2018-ci ilin aprel-may aylarında “Diskogen mənşəli soltərəfli L5 radikulopatiyası. L4-L5 fəqərələrarası diskin L5 sinir kökünü kompressiya edən yırtığı. Xroniki “C” virus hepatiti, replikasiya mərhələsində” diaqnozu ilə stasionar müayinə və müalicə almışdır. Müayinə zamanı virus yükü 9,17x105 İU/ml təşkil etmişdir. 2018-ci ilin sentyabr-oktyabr aylarında təkrar SQ BKH-da stasionar müalicə almışdır. Şikayətlərin davam etməsi ilə əlaqədar hərbi hissə komandiri tərəfindən hərbi xidmətə yararlılıq dərəcəsini təyin etmək məqsədilə hərbi-həkim komissiyasına göndəriş verilmişdir. Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında MHHK-nın qərarı: Xroniki “C” virus hepatiti, natamam remissiya mərhələsində. Diskogen mənşəli soltərəfli L5 radikulopatiyası. L4-L5 fəqərələrarası diskın L5 sinir kökünü kompressiya edən yırtığı. Hər iki gözün miopik astiqmatizmi M 4, 0D və 2,0 D nəticəsində görmə itiliyinin 0,3-ə qədər azalması, korreksiya ilə 0,6 olmaqla. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. “Xəstəliklər cədvəli”nin 58 b maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən Sıradankənar hərbi xidmətə yararlıdır. İş materiallarında olan 21 iyun N1-ci il tarixli, 14851 nömrəli “Xəstəlik haqqında Şəhadətnamə”nin surətindən görünür ki, kiçik çavuş İddiaçı Cavabdeh komandirinin xx.xx.N1-ci il tarixli, 2240 nömrəli göndərişi ilə MN Mərkəzi Hərbi Poliklinikasının hərbihəkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında HHK-nın qərarı: Sağ aşağı ətrafın distal parezi ilə müşayiət olunan, tez-tez residivləşən xroniki bel-oma radikuliti, natamam remisiya mərhələsində, funksiyasının mülayim dərəcədə pozulması ilə. Xroniki “C” virus hepatiti remisiya mərhələsində. Sağtərəfli sakroileitlə müşayiət olunan serpneqativ spondiloartirit natamam remisiya mərhələsində, oynaq funksiyasının cüzi dərəcədə pozulması ilə. İkinci dərəcəli alimentar konstitusional piylənmə, BŞİ 34.2. Hər iki gözün mürəkkəb miopik astiqmatizmi M.4. 0D və M.2. 0D nəticəsində görmə itiliyinin 0,3-ə qədər azalması, korreksiya ilə 0,6 olmaqla. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqımda qərarı: “Xəstəliklər cədvəli”nin 26b.58b, 64c, 13d maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən Sülh dövründə xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Müşayiətçiyə zərurət yoxdur. İş materiallarında olan 21 iyun N1-ci il tarixli, 14851 nömrəli “Xəstəlik haqqında Şəhadətnamə”nin (Davamı) surətindən görünür ki, (Cavabdeh, MAHHXHQ kiçik çavuş İddiaçı xx.xx.1981-ci il təvəllüdlü, xx.xx.2014-cü il tarixdən SHXÇDX-nin Lənkəran rayon şöbəsi tərəfindən). 8 ....... Sidik yolu infekasiyası. Hər iki gözün mürəkkəb miopik astiqmatizmi M 4.0 D və M 2 0D Xroniki C virus hepatiti, natamam remissiya mərhələsində. Funksional qəbizlik. Dəmir defisitli anemiya, yüngül dərəcə”, xx.xx.N0xx.xx.N0-ci il tarixdə SQ BKH-da “Xroniki diskogen mənşəli sağtərəfii L5 bel radikuliti. Hər iki gözün mürəkkəb miopik astiqmatizmi, refraksiya M 1,0 D və M 2,0D nəticəsində görmə itiliyinin 0,4-ə qədər azalması, korreksiya ilə 0,9-a qədər azalması korreksiya ilə 0,9 olmaqla. Refraksiya sol gözdə M 0.5D və M 1.75D nəticəsində görmə itiliyinın 0 6-ya qədər azalması, korreksiya ilə 0,9 olmaqla. Bakterial vaginoz”. xx.xx.N1-27.02 N1-cı il tarixdə SQ BKH-da “Seroneqativ spondioartrit, kəskin gedişli birinci dərəcə fəallıq, sağ oma-qılça oynağının zədələnməsi ilə. Dissosiativ reaksiya, C virus hepatiti, remissiya mərhələsində. Hepatosteatoz. Onurğa sütununun bel nahiyəsinin ostexondrozu. Fəqərə cisminin künclərinin itililəşməsilə, L2-L3, L3-L4, L4-L5 fəqərələrarası disklərin protruziyası. Diskogen mənşəli sağtərəfli L5 radikulopatiyası, remissiya mərhələsində. vegetativ damar distoniyası, L4 fəqərə cisminin hemangioması, hər iki gözün mürəkkəb miopik astiqmatizmi, refraksiya M 1,0 D və M 2.0D nəticəsində görmə itiliyinin 0,6-ya qədər azalması, korreksiya ilə 1,0 olmaqla “diaqnozu ilə stasionar müalicə almışdır (əsas: 1497, 8281, 2407, 4614,: 6783, 8537, 117, 2833, 1068, nömrəli xəstəlik tarixlərindən çıxarış epikrizləri epikrizləri). xx.xx.2018-ci il tarixdə MHHK-da “Xəstəliklər cədvəli”nin 58b maddəsinin İİİ qrafasına əsasən şəhadətləndirilərək “Sıradankənar hərbi xidmətə yararlıdır” qərarı verilmişdir. Cavabdeh komandiri tərəfindən hərbi xidmətə yararlığının təyini üçün hərbi-həkim komissiyasına göndərilmişdir. SQ baş nevroloqu SQ BKH-nın revmatoloqu və neyrocərrahı ilə konsultasiya olunmuşdur. İş materiallarında olan 877№-li hərbi hissə komandirinin təqdimatının təsdiq olunmuş surətində qeyd edilmişdir ki, hərbi qulluqçu, kiçik çavuş İddiaçı xx.xx.2017-ci il tarixdən hərbi hissədə xidmət edir. Xidmət etdiyi müddət ərzində xidməti işinə münasibəti və məsuliyyəti qənaətbəxş deyil, kollektivdə və yoldaşları arasında hörmət qazanmaqda çətinlik çəkir. Nizamnamə qaydalarını zəif bilir və gündəlik işini onların tələblərinə uyğun qurmaqda çətinlik çəkir. Komandanlıq tərəfindən verilən əmr və tapşırıqları vaxtında, düzgün yerinə yetirə bilmir. Xidmətində buraxdığı ciddi nöqsanlara görə komandanlıq tərəfindən dəfələrlə intizam qaydasında cəzalandırılmışdır. Buna baxmayaraq ona tutulan iradlardan düzgün nəticə çıxarmamış, işində dönüş yaratmamışdır. Hərbi qulluqçunun şərəf və ləyaqətini alçaldaraq Türkiyə Respublikası vətəndaşları ilə sosial şəbəkələrdə danışmış (intim mövzuda söhbətlər aparmış, müxtəlif bəhanələrlə onlardan pul istəmişdir), xidmətə qəbul olarkən atası və qardaşı haqqında yalan məlumatlar vermişdir. Yuxarıda qeyd olunanlara əsasən kiçik çavuş İddiaçı xidmətə uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması məqsədəuyğun hesab edilmişdir. İş materiallarında olan 4-cü X3 N mart N1-ci il tarixli 011 əç nömrəli əmrindən görünür ki, qadın hərbi qulluqçu, hərbi hissənin 2-ci mexanikləşdirilmiş taborunun tibb məntəqəsinin sanitar radiotelefonçusu, kiçik çavuş İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafıq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İş materiallarında olan Cavabdeh komandirinin xx.xx.N1-ci il tarixli, 88 nömrəli əmrindən çıxarışdan görünür ki, qadın hərbi qulluqçu, hərbi hissənin 2-ci mexanikləşdirilmiş taborunun tibb məntəqəsinin sanitar radiotelefonçusu, kiçik çavuş İddiaçı N nömrəli hərbi hissə komandirinin N mart N1-ci il tarixli, 011 əç nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafıq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə, işlərini və vəzifəsini təhvil vermiş hesab edilsin, N mart N1-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılsın və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinə göndərilsin. Qadın hərbi qulluqçu kiçik çavuş İddiaçı Azərbaycan Respublikası Müdafıə Nazirinin 19 oktyabr 2017-ci il tarixli, 22 nömrəli əmrinə əsasən N1-ci ildə xidmət etdiyi dövr üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatını almağa layiq deyil. Qadın hərbi qulluqçu kiçik çavuş İddiaçı, N1-ci il üçün nəzərdə tutulmuş maddi yardım ödənilmiş, N1-ci ilin növbəti məzuniyyətindən tam istifadə etmiş, N1-ci il üçün nəzərdə tutulmuş məzuniyyət pulu ilə təmin olunmamışdır. Əsas: N nömrəli hərbi hissə komandirinin N mart N1-ci il tarixli, 011əç nömrəli əmri. Məhkəmənin hazırkı iş üzrə xx.xx.N2-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X7 ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı sual qoyulmuşdur: İddiaçı N nömrəli hərbi hissə komandirinin N mart N1-ci il tarixli 011 əç nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafıq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılarkən iş materiallarında olan 21 iyun N1-ci il tarixli, 14851 nömrəli “Xəstəlik haqqında Şəhadətnamə”də qeyd edilmiş xəstəliklər mövcud olmuşdurmu? Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 iş üzrə məhkəməyə təqdim edilmiş “canlı şəxsin ekspertizası” barədə xx.xx.N2-ci il tarixli, T533/N2 nömrəli rəyindən görünür ki, 1981-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir ki, “Vətəndaş İddiaçı xx.xx.N1-ci il tarixli, 14851 nömrəli “Xəstəlik haqqında Şəhadətnamə”də qeyd edilmiş “Sağ aşağı ətrafın distal parezi ilə müşayiət olunan tez-tez residivləşən xroniki bel-oma radikuliti, natamam remissiya mərhələsində, funksiyasının mülayim dərəcədə pozulması ilə, xroniki “C” virus hepatiti remissiya mərhələsində, sağtərəfli sakroileitlə müşayiət olunan seroneqativ spondiloartirit natamam remissiya mərhələsində, oynaq funksiyasının cüzi dərəcədə pozulması ilə ikinci dərəcəli alimentar konstitusional piylənmə, BŞİ 34.2, hər iki gözün mürəkkəb miopik astiqmatizmi M.4,0D və M.2,0D nəticəsində görmə itiliyinin 0,3-ə qədər azalması, korreksiya ilə 0,6 olmaqla” xəstəlikləri o, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmazdan əvvəl olmuşdur. Belə ki, həmin diaqnozla xx.xx.N1-xx.xx.N1-ci il tarixdə SQ BKH-da müalicədə olmuşdur. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 160-cı maddəsinə əsasən “Dinc dövrdə hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları aşağıdakı qaydada həyata keçirilir: müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları — korpus (diviziya) komandirləri, onlara bərabər və onlardan yuxarı rəislər tərəfindən”. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, N №-li hərbi hissə komandirinin təqdimatına əsasən 4-cü X3 N mart N1-ci il tarixli 011 əç nömrəli əmri ilə qadın hərbi qulluqçu, hərbi hissənin 2-ci mexanikləşdirilmiş taborunun tibb məntəqəsinin sanitar radiotelefonçusu, kiçik çavuş İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafıq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı barəsində “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafıq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə təqdimatın “Təqdimatın əsaslandırılması” barədə İİ bölməsinin üçüncü abzasında qeyd olunmuş “Hərbi qulluqçunun şərəf və ləyaqətini alçaldaraq Türkiyə Respublikası vətəndaşları ilə sosial şəbəkələrdə intim mövzuda söhbətlər aparması, müxtəlif bəhanələrlə onlardan pul istəməsi” məlumatlarını məhkəmə əsassız hesab edir. Belə ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 155-ci maddəsinin b) bəndinə əsasən “Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması bu Əsasnamənin 156 - 159-cu maddələrindən birinin nəzərdə tutduğu əsasla icra edilir. Hərbi qulluqçu törətdiyi xətalara görə həqiqi hərbi xidmətdən müvafiq şərəf məhkəməsinin vəsatəti ilə, yaxud birbaşa buraxılırsa, buraxılma bu Əsasnamənin 156-cı maddəsinin «ə» bəndinə (hərbi qulluqçu hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə) əsasən yerinə yetirilir”. Lakin iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “ə” bəndinə əsasən deyil, “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafıq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı barəsində “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafıq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə təqdimatın “Təqdimatın əsaslandırılması” barədə İİ bölməsinin ikinci abzasında qeyd olunmuşdur ki, “Xidmət etdiyi müddət ərzində xidməti işinə münasibəti və məsuliyyəti qənaətbəxş deyil, kollektivdə və yoldaşları arasında hörmət qazanmaqda çətinlik çəkir. Nizamnamə qaydalarını zəif bilir və gündəlik işini onların tələblərinə uyğun qurmaqda çətinlik çəkir. Komandanlıq tərəfindən verilən əmr və tapşırıqları vaxtında, düzgün yerinə yetirə bilmir. Xidmətində buraxdığı ciddi nöqsanlara görə komandanlıq tərəfindən dəfələrlə intizam qaydasında cəzalandırılmışdır”. İş materiallarında olan 28 yanvar N2-ci il tarixli məktubdan görünür ki, 4-cü X3 N mart N1-ci il tarixli, 011 əç nömrəli əmrinin verilməsinə səbəb olan sənədlərin məhkəməyə təqdim olunması N №-li hərbi hissədən tələb olunmuş, lakin məhkəmənin bu sorğusu cavablandırılmamışdır. Məhkəmə iclasında İddiaçı barəsində “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafıq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə təqdimatın “Təqdimatın əsaslandırılması” barədə İİ bölməsinin ikinci abzasında qeyd olunmuş “Xidmət etdiyi müddət ərzində xidməti işinə münasibəti və məsuliyyətinin qənaətbəxş olmamasını, kollektivdə və yoldaşları arasında hörmət qazanmaqda çətinlik çəkməsini, Nizamnamə qaydalarını zəif bilməsi və gündəlik işini onların tələblərinə uyğun qurmaqda çətinlik çəkməsini, komandanlıq tərəfindən veilən əmr və tapşırıqları vaxtında, düzgün yerinə yetirə bilməməsini, xidmətində buraxdığı ciddi nöqsanlara görə komandanlıq tərəfindən dəfələrlə intizam qaydasında cəzalandırılmasını, yəni həmin təqdimatın verilməsinə əsas olan bu halların mövcudluğunu təsdiq edən sübutların (“Şərəf məhkəməsi”nin qərarı, müvafiq aktlar və s.) təqdim olunması təklif olunsa da, cavabdeh təşkilatın nümayəndəsi bu barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Halbuki, İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Digər tərəfdən, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 161-ci maddəsinə əsasən “Həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həmin Əsasnamənin 162-ci maddəsinin tələbinə görə “Hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan (təqdimat verilməmişdən) qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. Bu zaman həqiqi hərbi xidmətdən yaşına, səhhətinə və ya ştatların ixtisarına görə buraxılan hərbi qulluqçularla (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) adətən söhbət buraxılmadan 2 ay qabaq aparılır. Gözlənilən buraxılma ilə bağlı söhbətlər aşağıdakı qaydada aparılır: polkovnik-leytenant da daxil olmaqla ona qədər olan hərbi qulluqçularla: hərbi hissədə - bilavasitə rəis və hərbi hissə komandiri tərəfindən; İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. Aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 165-ci maddəsinə əsasən “Xidməti uyğunsuzluğa, hərbi qulluqçu şərəfini ləkələyən xətalara və ya törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməməklə cəza tədbirlərinə məhkum olunmuş hərbi qulluqçularla hərbi hissəni tərk etməzdən qabaq söhbət aparılır və onlara zəruri izahat və məsləhətlər verilir. İddiaçıya münasibətdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 161-ci, 162-ci və 165-ci maddələrinin tələblərinin yerinə yetirilməsini təsdiq edən hər hansı bir sübut növü cavabdeh təşkilat tərəfindən məhkəməyə təqdim olunmamışdır. Göründüyü kimi, N №-li hərbi hissə tərəfindən iddiaçıya münasibətdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələbləri ciddi şəkildə pozulmuşdur. Qeyd olunanlar məhkəməyə İddiaçı barəsində “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafıq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə təqdimatın verilməsini zəruri edən faktiki şərtlərin mövcud olmaması qənaətinə gəlməyə əsas verir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin 1-ci bəndinə görə hərbi qulluqçular sanitar-gigiyena, epidemiyaya qarşı, müalicə-profilaktik tədbirlər görülməsi, səhhətə daim nəzarət edilməsi, tibbi bölmələrdə, hissələrdə və idarələrdə hər növ tibbi yardım göstərilməsi hüququna malikdirlər. Hərbi qulluqçular məcburi qaydada ambulator və ya stasionar tibbi müayinədən keçirlər. Qeyd olunduğu kimi, işdə olan 21 iyun N1-ci il tarixli, 14851 nömrəli “Xəstəlik haqqında Şəhadətnamə”nin surətindən görünür ki, kiçik çavuş İddiaçı Cavabdeh komandirinin xx.xx.N1-ci il tarixli, 2240 nömrəli göndərişi ilə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında HHK-nın qərarı: Sağ aşağı ətrafın distal parezi ilə müşayiət olunan, tez-tez residivləşən xroniki bel-oma radikuliti, natamam remisiya mərhələsində, funksiyasının mülayim dərəcədə pozulması ilə. Xroniki “C” virus hepatiti remisiya mərhələsində. Sağtərəfli sakroileitlə müşayiət olunan serpneqativ spondiloartirit natamam remisiya mərhələsində, oynaq funksiyasının cüzi dərəcədə pozulması ilə. İkinci dərəcəli alimentar konstitusional piylənmə, BŞİ 34.2. Hər iki gözün mürəkkəb miopik astiqmatizmi M.4. 0D və M.2. 0D nəticəsində görmə itiliyinin 0,3-ə qədər azalması, korreksiya ilə 0,6 olmaqla. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqımda qərarı: “Xəstəliklər cədvəli”nin 26b.58b, 64c, 13d maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən Sülh dövründə xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Müşayiətçiyə zərurət yoxdur. İş materiallarından, o cümlədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 “canlı şəxsin ekspertizası” barədə xx.xx.N2-ci il tarixli T533/N2 nömrəli rəyindən görünür ki, İddiaçı xx.xx.N1-ci il tarixli, 14851 nömrəli “Xəstəlik haqqında Şəhadətnamə”də qeyd edilmiş “Sağ aşağı ətrafın distal parezi ilə müşayiət olunan tez-tez residivləşən xroniki bel-oma radikuliti, natamam remissiya mərhələsində, funksiyasının mülayim dərəcədə pozulması ilə, xroniki “C” virus hepatiti remissiya mərhələsində, sağtərəfli sakroileitlə müşayiət olunan seroneqativ spondiloartirit natamam remissiya mərhələsində, oynaq funksiyasının cüzi dərəcədə pozulması ilə ikinci dərəcəli alimentar konstitusional piylənmə, BŞİ 34.2, hər iki gözün mürəkkəb miopik astiqmatizmi M.4,0D və M.2,0D nəticəsində görmə itiliyinin 0,3-ə qədər azalması, korreksiya ilə 0,6 olmaqla” xəstəlikləri o, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmazdan əvvəl olmuşdur. Belə ki, həmin diaqnozla xx.xx.N1-xx.xx.N1-ci il tarixdə SQ BKH-da müalicədə olmuşdur. Beləliklə, göründüyü kimi, İddiaçı həm “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafıq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə xx.xx.N1-ci il tarixli əmrdən iki həftə əvvəl, yəni xx.xx.N1-ci il tarixdən xx.xx.N1-ci il tarixədək, həm də, N №-li hərbi hissənin həmin əmrin verilməsindən iki gün sonrakı, yəni hələ ehtiyata buraxılmadığı xx.xx.N1-ci il tarixli 2240 nömrəli göndərişi ilə xx.xx.N1-ci il tarixdən xx.xx.N1-ci il tarixədək müayinə və müalicə olunmuş, MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən 21 iyun N1-ci il tarixli, 14851 nömrəli “Xəstəlik haqqında Şəhadətnamə”si ilə şəhadətləndirilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 166-cı maddəsinə əsasən “Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılma günü həmin şəxslərin hərbi hissə üzrə əmrlə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün hesab edilir (bu Əsasnamənin 20-ci maddəsi). Hərbi hissənin yerləşdiyi yerin dəyişdirilməsi hərbi qulluqçunun həqiqi hərbi xidmətdən vaxtından əvvəl buraxılmasına, habelə onların başqa hərbi hissəyə köçürülməsinə əsas ola bilməz. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hərbi qulluqçu, N №-li hərbi hissənin 2-ci mexanikləşdirilmiş taborunun tibb məntəqəsinin sanitar radiotelefonçusu, kiçik çavuş İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə—hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması qanunamüvafiq olduğu halda, cavabdeh təşkilat zəruri araşdırma aparmadan onu həmin Əsasnamənin iddiaçıya münasibətdə heç bir dəlil-sübutla təsdiqini tapmayan 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılması barədə xx.xx.N1-ci il tarixli, 011 əç nömrəli əmr vermişdir. Halbuki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 155-ci maddəsinin a) bəndinə əsasən əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmamışlarsa, səhhətlərinə görə dinc, yaxud müharibə dövründə hərbi xidmətə yararlıdırlarsa, ehtiyata buraxılırlar. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; Həmin Məcəllənin 8.1.3-cü maddəsinə görə inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.1). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə olan şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). Göstərilənlərə məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirdiyi xx.xx.N1-ci il tarixli 011 əç nömrəli əmr qismən qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Ona görə də, həmin əmr dəyişdirilərək onda «“e” bəndinə əsasən» sözlərinin yerinə «”v” bəndinə əsasən» sözləri qeyd olunmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 70ci, 74-cü, 75-ci, 78 – 79-cu, 81-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. 4-cü X3 xx.xx.N1-ci il tarixli, 011 əç nömrəli əmri dəyişdirilərək, əmrdə «“e” bəndinə əsasən» sözlərinin yerinə «“v” bəndinə əsasən» sözləri qeyd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar