Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2812/2025 03.09.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X7 Filialına qarşı “hüququnun yarandığı tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq, Təsviri hissə: İşin halları İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X7 Filialına qarşı “Hidrosutikinti QSC idarəsində işlədiyi müddət sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə pensiya hüququnun yarandığı tarixdən əmək pensiyasının təyin olunmas öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Sonradan, iddiaçı iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək iddia tələbinin dəyişdirilərək “hüququnun yarandığı tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiаçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 31 il 06 ay 05 gün "xxxx" QSC-nin Muğan sahəsində güzəştli şərətlərlə pensiya hüququ verən "xxxx" QSC-nin sahə rəisi vəzifəsində işləmiş, əsas işi respublikası ərazisində tunel, açıq dağ-mədən işləri, qazma-partlayıs işləri, texniki quyuların qazılmas, və digər ixtisaslaşdırılmış tikinti quraşdırma işlərinin aparılmasından ibarət olmuşdur. Güşətli şərtlərlə pensiya təyinatı üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X7 Filialına müraciət etsə də xx.xx.2024cü il tarixli məktubla imtina cavabı verilmişdir. Halbuki, işlədiyi "xxxx" QSC tərəfindən müvafiq arayışlar alaraq “Şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair” arayışlar almış, xx.xx.2024-cü il tarixli məktubda göstərilir ki, "xxxx" QSC-nin fəaliyyət sahəsi sözügedən arayışlarda istinad olunan və yuxarıda qeyd edilən dağ-mədən işləri sahəsinə aid deyildir. Bu baxımdan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alaraq hüququnun yarandığı tarixdən, yəni 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya etiraz edərək bildirmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə X7 filialına güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinə baxılmış və əlavə olunmuş sənədlərə əsasən iddiaçının güzəştli iş stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün hesab olunmadığı bildirilmişdir. Bundan narazı qalan iddiaçı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edirik ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 ıl sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısfnın dağ-mədən işləri bölməsinin (1) açıq üsulla kömürün, filizin, şistin, ozokeritin, talkın, kaolininin, qrafitin, dolomitin, kvarsitin, əhəng daşının, mergelin, maqnezitin, çöl və plavik şpatının, gipsin, baratların, pyezokvarsın, əqiqin, boritlərin, fosforitin, apatitlərin, kükürdün, almazların, mərmərin, qranitin, andezitin, təbaşirin, qumlardan qiymətli və əlvan metalların, diabazanın, qranodioritin, bazaltın. qumdaşının. kəhrəbanın, slyudanın, azbestin, duz və tərkiblərində 1- 2-ci sinif təhlükəli zəhərli maddələr, həmçinin 3-cü sinif təhlükəli zəhərli maddələr olan digər filiz olmayan qazıntıların hasilatı, şaxtaların, mədənlərin, kəsmələrin, karxanaların, draqların, metropolitenlərin, tunellərin, yeraltı arxların və digər yeraltı qurğuların tikintisi, torpaqların rekultivasiyası, texniki quyuların qazılması, yeraltı yanğınların, terrikon və süxur laylarında yanğınların profilaktikası və söndürülməsi üzrə dağ-mədən işləri bəndinin (1.2) açıqda dağ-mədən işləri və yer səthində işlər yarımbəndində (1.2.1) qazmaçılar, qazma qurğularının maşinistləri, sahə rəisləri, iş icraçıları vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən "xxxx" QSC-nin 22 yanvar 2024-cü il tarixli 10-021 /g, 11-021/g, 12-021 /g, 13-021 /g, 15-021 /g nömrəli arayışlarında xx.xx.1985-ci il tarixdən bugünədək İddiaçı adıçəkilən müəssisədə qazmaçı, qazma qurğuları maşinisti, iş icraçısı, sahə rəisi vəzifələrində işlədiyi qeyd olunmuşdur. Bildiririk ki, iddiaçının işlədiyi "xxxx" QSC-nin fəaliyyət sahəsi sözügedən arayışlarda istinad olunan, yuxarıda qeyd edilən dağmədən işləri sahəsinə aid deyil. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı yoxdur. Hidroxüsusitikinti” QSC tərəfindən verilmiş 18 noyabr 2024-cü il tarixli 114-02/g nömrəli arayışa əlavəsində QSC-nin 1972-ci il tarixdən bugünədək respublika ərazisində tunel, açıq dağ-mədən işləri, qazma-partlayış işləri, texniki quyuların qazılması və digər ixtisaslaşmış tikinti quraşdırma işlərini yerinə yetirdiyi qeyd olunmuşdur. Həmçinin, “Hidroxüsusitikinti" QSC-nin rəsmi internet saytında müəssisənin fəaliyyəti və gördüyü işlər barədə ətraflı məlumatlar əks olunmuşdur. Müəssisənin fəaliyyət istiqamətlərinə dair aşağıdakılar qeyd olunmuşdur: Müxtəlif təyinatlı tunel və yeraltı qurğuların tikintisi və təmiri; Hidroqovşağların, kollektorların, kanalların, düker və akvedukların tikintisi və təmiri; Hidrotexniki qurğular üçün avadanlığın quraşdırılması və təmiri; Hidrotexniki qurğuların idarəetmə və monitorinqi sisteminin quraşdırılması; Svay işləri, o cümlədən qazma-doldurma svaylar, mikro-svaylar, inyeksiya svayları və ankerli svaylar; Binaların və qurğuların bünövrələrinin bərkidilməsi və çökmələrin aradan qaldırılması; Dəmir-beton konstruksiyaların bərkidilməsi və təmiri; İzolyasiyası və filtirasiyaya qarşı tədbirlər; Beton və dəmir-beton konstruksiyalar və qurğuların partlayişsiz və titrəməsiz sökülməsi; Qazma partlayış işləri; Sənaye partladıcı materialların və vasitələrinin daşınması və saxlanılması. İddiaçı “Hidroxüsusitikinti" QSC-də işlədiyi illərdə görülən işlər sırasında 1982-1986 Viləşçay su anbarı - qazma-partlayış işləri; 1986-1987 Çernobl AES (Ukrayna) - qəzanın nəticələrinin aradan qaldırılması üçün Şirkətin 76 əməkdaşı göndərilmişdir; 1988-1993 Şəmkir texniki kanalı - daşqın tuneli; 1989-1991 Monolit dəmir-beton texnologiyası ilə Azərbaycanda ilk çox mərtəbəli (16) yaşayış binasının tikintisi - Bakı, Binəqədi ray., 7-ci mkr.; Azərbaycan Dövlət Kukla Teatrının binası - çökmənin aradan qaldırılması və bünövrənin bərkidilməsi; "xxxx" MMC (Qobustan) - istehsal sexlərinin fundamentınin çökməsinin aradan qaldırılması, fundament plitələrinin tikintisi və avtoklav dəstəyi; Cəyirli su anbarı - bəndin sementasiyası; 2012-2013, 2015-2017 Xanbulan su anbarı - şlüzlərin və suburaxıcı tunelinin filtirasiyasının aradan qaldırırılması, və.s mövcuddur. Göründüyü kimi "xxxx" QSC-nin fəaliyyət istiqamətləri çoxşaxəli olmaqla, yalnız daq-mədən işlərini deyil, həmçinin tikinti sahəsində bina, qurğu və digər obyektlərin in$ası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri işlərini də əhatə edir. Bu səbəbdən iddiaçının güzəştli arayışda istinad olunan məhz açıqda daq-mədən islərində məşğul olmasını təsdiqləyən və yer səthində şaxtaların, mədənlərin, kəsmələrin, karxanaların, metropolitenlərin, daraqların, tunellərin, yeraltı arxların və digər yeraltı qurğuların tikintisinin sənaye meydançalarında işlərdə müvafiq vəzifələrdə Qanunla tələb olunan ən az 12 il 6 ay əmək fəaliyyəti ilə məşğul olduğunu müəyyən etmək mümkün deyil. Bildiririk ki, İddiaçı məhz müəssisə tərəfindən təqdim edilən arayışa müvafiq olaraq daq-mədən işlərində çalışmasını təsdiq edən əlavə sənədlər (məhz qeyd olunan sahədə işləməsinə dair əmr kitabından çıxarışlar, əmək haqqı cədvəlləri, zərərli iş şəraitinə görə əmək haqqında əlavələr və əlavə məzuniyyətin verilməsini təsdiq edən sənədlər və s.) Mərkəzi Filiala təqdim edildikdən sonra ona güzəştli şərtlərlə pensiya təyinatı məsələsinə baxıla bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, ış yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, apelyasiya instansiyası məhkəməsi iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və köda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə çalışmasını müəyyən etməyə imkan verməlidir. Yuxarıda istinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlum olduğu kimi iddiaçı əmək şəraiti xüsusilə zərərli və ağır olan islərdə çalışdığını, bu səbəbdən də ona güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin edilməli olduğunu iddia etsə də, işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçının güzəştli iş stajı mövcud olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir və cavabdeh tərəfindən yerilmiş imtina ganunauyğun olmuşdur. İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması’’ tələbinə dair 2-1 (120)-2812/2025 nömrəli iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. İddiaçı məhkəmə iclasında izahat verərək qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 iddia tələbinə qarşı qeyd etdiklərini etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İddianın növü və mümkünlüyü. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir, İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxıldığından və iddiaçı Masallı rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan öncə inzibati orqana müraciət etmiş və cavabdeh orqan tərəfindən tələbin təmin edilməsindən imtina edilmiş, bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İşdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə Masallı rayonunun Ərkivan kəndində anadan olmuş, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus xx.xx.1985-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.2017-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. İşdə olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 110-02/g nömrəli arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikasınin əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən qazmaçı vəzifəsində "xxxx" QSC-nin Muğan sahəsində xx.xx.1985-ci il tarixdən, 220/k, xx.xx.1985ci il tarixli əmrlə xx.xx.1989-cu ilə kimi işləyib. İşlədiyi vəzifə üzrə iş stajı 04 il, 03 ay, 08 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: Hidravlik quyularının qazılması işlərindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 1-ci bəndin A yarımbəndinin və 2010100a-11964 vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. İşdə olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 111-02/g nömrəli arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikasınin əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən qazma qurğuları maşinisti vəzifəsində "xxxx" QSC-nin Muğan sahəsində xx.xx.1989-cu il tarixdən, 133 /k, xx.xx.1989-cu il tarixli əmrlə xx.xx.1990-cı ilə kimi işləyib. İşlədiyi vəzifə üzrə iş stajı 10 ay, 17 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: Hidravlik quyularının qazılması işlərindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 1-ci bəndin A yarımbəndinin və 2010100a-13590 vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. İşdə olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 112-02/g nömrəli arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikasınin əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən iş icraçısı vəzifəsində "xxxx" QSC-nin Muğan sahəsində xx.xx.1990-c il tarixdən, 103/k, xx.xx.1990-cı il tarixli əmrlə xx.xx.1993-cü ilə kimi işləyib. İşlədiyi vəzifə üzrə iş stajı 3 il, 03 ay, 20 gün təşkil edir. İşdə olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 113-02/g nömrəli arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikasınin əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən sahə rəisi vəzifəsində "xxxx" QSC-nin Muğan sahəsində xx.xx.1993-cü il tarixdən, 18/k, xx.xx.1993cü il tarixli əmrlə bu günə kimi işləyir. İşlədiyi vəzifə üzrə iş stajı 31 il, 06 ay, 05 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: Hidravlik quyularının qazilması işlərindən ibarət olmaqla , Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 1-ci bəndin B yarımbəndinin və 1.2.1 vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. (kod-2010100b-24097) İşdə olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 114-02/g nömrəli arayışına əlavədən görünür ki, İddiaçı verilən 110-113 saylı xx.xx.2024-cü il tarixli güzəştli şərtlə pensiya hüququ verən arayışlara əsasən bildiririk ki, "xxxx"QSC-i 1972-ci il tarixdən bu günə kimi respublika ərazisində tunel, açıq dağ- mədən işləri, qazma- partlayış işləri, texniki quyuların qazılması və digər ixtisaslaşmış tikinti quraşdırma işlərini yerinə yetirir. Qeyd:"xxxx" Qapalı Səhmdar Cəmiyyəti Arpaçay ixtisaslaşmış idarəsinin, Azərbaycan İxtisaslaşmış idarəsinin və "xxxx"QSŞ-nin hüquqi varisidir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-Ə-319062/2024 nömrəli məktubundan görünür ki, Mərkəzi Filiala təqdim etdiyi "xxxx" QSC-nin 22 yanvar 2024-cü il tarixli 10-021 /g, 11-021 /g, 12- 021 /g, 13-021 /g, 15-021/g nömrəli arayışlarında xx.xx.1985-ci il tarixindən bugünədək adıçəkilən müəssisədə qazmaçı, qazma qurğuları maşinisti, iş icraçısı, sahə rəisi vəzifələrində işlədiyi qeyd olunub. İşlədiyi "xxxx" QSC-nin fəaliyyət sahəsi sözügedən arayışlarda istinad olunan, yuxanda qeyd edilən dağ-mədən işləri sahəsinə aid deyil. Bu səbəbdən də güzəştli iş stajı yoxdur. Qeyd edilənlərə əsasən, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-17-1/2-41162/2025 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın dağ-mədən işləri bölməsinin (1) açıq üsulla kömürün, filizin, şistin, ozokeritin, talkın, kaolininin, qrafitin, dolomitin, kvarsitin, əhəng daşının, mergelin, maqnezitin, çöl və plavik şpatının, gipsin, baratların, pyezokvarsın, əqiqin, boritlərin, fosforitin, apatitlərin, kükürdün, almazların, mərmərin, qranitin, andezitin, təbaşirin, qumlardan qiymətli və əlvan metalların, diabazanın, qranodioritin, bazaltın, qumdaşının, kəhrəbanın, slyudanın, azbestin, duz və tərkiblərində 1- 2-ci sinif təhlükəli zəhərli maddələr, həmçinin 3-cü sinif təhlükəli zəhərli maddələr olan digər filiz olmayan qazıntıların hasilatı, şaxtaların, mədənlərin, kəsmələrin, karxanaların, draqların, metropolitenlərin, tunellərin, yeraltı arxların və digər yeraltı qurğuların tikintisi, torpaqların rekultivasiyası, texniki quyuların qazılması, yeraltı yanğınların, terrikon və süxur laylarında yanğınların profilaktikası və söndürülməsi üzrə dağ-mədən işləri bəndinin (1.2) açıqda dağ-mədən işləri və yer səthində işlər yarımbəndində (1.2.1) qazmaçılar, qazma qurğularının maşinistləri, sahə rəisləri, iş icraçıları vəzifələri nəzərdə tutulmuşdur. Eyni zamanda bildiririk ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi "xxxx" QSC-nin ona dair 22 yanvar 2024-cü il tarixli 10-021/g, 11-021/g, 12-021/g, 13-021/g, 15-021/g nömrəli arayışlarında xx.xx.1985-ci il tarixindən bugünədək sözügedən müəssisədə qazmaçı, qazma qurğuları maşinisti, iş icraçısı, sahə rəisi vəzifələrində işlədiyi qeyd olunub. İddiaçı işlədiyi "xxxx" QSC-nin fəaliyyət sahəsi sözügedən arayışlarda istinad olunan, yuxarıda qeyd edilən dağ-mədən işləri sahəsinə aid deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Əlavə olaraq bildiririk ki, Rövşən X4 təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun ümumi iş stajı 38 il 3 il 1 gün (xx.xx.2006-cı il tarixinədək 20 il 5 ay 1 gün (xx.xx.1985-xx.xx.2005-ci il tarixləri arasındakı dövr), həmin tarixdən sonra 17 il 10 ay), fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı isə 65177,62 manat təşkil edir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının etiraza əlavəsindən görünür ki, iddiaçı R Əliyev xx.xx.2024-cü ıl tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə X7 filialına güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir Cavabdeh tərəfindən iddiaçının müraciətinə baxılmış və əlavə olunmuş sənədlərə əsasən iddiaçının güzəştli iş stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün hesab olunmadığı bildirilmişdir Bundan narazı qalan iddiaçı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən "xxxx" QSC-nın 22 yanvar 2024-cü il tarixli 10-021/g, 11-021/g, 12-021/g, 13-021/g, 15-021/g nömrəli arayışlarında xx.xx.1985-ci il tarixdən bugunədək İddiaçı adıçəkilən müəssisədə qazmaçı, qazma qurğuları maşinisti, iş icraçısı, sahə rəisi vəzifələrində işlədiyi qeyd olunmuşdur. Bildiririk ki. iddiaçının işlədiyi "xxxx" QSC-nin fəaliyyət sahəsi sözügedən arayışlarda istinad olunan, yuxarıda qeyd edilən dağ-mədən işləri sahəsinə aid deyil. Bu səbəbdən də iddiaçı R Əliyevin güzəştli iş stajı yoxdur. Əlavə olaraq bildiririk kı, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, umumı is stajı 37 il 2 ay 1 qun (xx.xx.2006-cı il tarixınədək 20 il 5 ay 1 gün (xx.xx.1985-xx.xx.2005-ci il tarixləri arasındakı dövr), həmin tarixdən sonra isə 16 il 9 av) təşkil edir. İşdə olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2025-ci il tarixli, 68-2/g nömrəli şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair güzəştli arayışından görünür ki, İddiaçı həqiqətən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş 1 və 2 saylı siyahıda nəzərdə tutulmuş müəssisədə (sexdə istehsalatda) Azərbaycan İxtisaslaşmış İdarəsində və "xxxx"QSC- də xx.xx.1985-ci il tarixdən bu günə kimi müxtəlif vəzifələrdə işləyir. O cümlədən: xx.xx.1985-cı il tarixdən xx.xx.1988-ci ilə kimi qazmaçı vəzifəsində (əmr- 220/k, xx.xx.1985-cı il. kod - 2010100a - 11964). xx.xx.1988-ci ildən xx.xx.1990-cı ilə kimi qazma qurğuları maşinisti vəzifəsində (əmr 132/k,xx.xx.1988-ci il. kod- 2010100a- 13590). c) 26.09. 1990-cı il tarixdən xx.xx.1993-cü ilə kimi iş icraçısı vəzifəsində (əmr-103/k, xx.xx.1990 -cı il. kod - 2010100b- 24441). xx.xx.1993 - cü il tarixdən bu günə kimi sahə rəisi vəzifəsində (əmr 18/k,xx.xx.1993- ci il.kod -2010100b - 24097). Arayış xx.xx.1985-ci il tarixdən bu günə kimi işlədiyi dövrün forma T-2 və cəmiyyət üzrə əmrlər kitabı əsasında verilib və güzəştli iş stajı 39 il 7 ay təşkil edir. "xxxx"QSC-i 1972-ci il tarixdən bu günə kimi qazma-partlayış, texniki quyuların qazılması və tunel işləri ilə məşğuldur. İşdə olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2025ci il tarixli, 71-02/g nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci ilə kimi işlədiyi qazmaçı vəzifəsinə aid bildirmək istəyirik ki, həmin dövrdə o 2 saylı sahədə texniki quyuların qazılmasında qazmaçı vəzifəsini yerinə yetirmişdir. xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cu ilə kimi İddiaçı qazma qurğuları maşinisti vəfizəsinə aid bildirmək istəyirik ki, bu dövrdə İddiaçı Cəmiyyətdə 2 saylı sahədə texniki quyuların qazılmasında qazma qurğularının maşinisti vəzifəsini yerinə yetirmişdir. O xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü ilə kimi Cəmiyyətdə iş icraçısı vəzifəsində çalışmış və yenə həmin 2 saylı sahədə texniki quyuların qazılması işlərində iş icraçısı vəzifəsini yerinə yetirmişdir. Bildirmək istəyirik ki, İddiaçı xx.xx.1993-cü ildən bu günə kimi Cəmiyyətdə sahə rəisi (Muğan sahəsi) vəzifəsində işləyir və tabeliyində olan işçilərin intizam qaydalarına, əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına riayət etməsinə nəzarət etmək, daxili qaydalarla və ya qanunveriliklə müəyyən olunmuş dövriliklə tibbi müayinədən keçmək və tabeliyindəki işçilərin müayinədən keçməsinə nəzarət etmək, texniki quyuların layihəyə uyğun və təhlükəsiz şəkildə qazılmasını təşkil etmək, qazıntı işlərinin keyfiyyətli və vaxtında yerinə yetirilməsinə nəzarət etmək, sahədə istifadə olunan texnika və avadanlıqların düzgün istismarını və texniki sazlığını təmin etmək, gündəlik, həftəlik və aylıq iş planlarını tərtib etmək və rəhbərliyə təqdim etmək, layihə sənədlərini və geoloji məlumatları təhlil etmək və icra prosesini planlaşdırmaq, sahədə baş verən texniki nasazlıqlar və qəza hallarının aradan qaldırılması üçün operativ tədbirlər görmək, icra olunmuş işlərə dair aktlar, texniki hesabatlar və digər sənədləri hazırlamaqla bağlı vəzifələri icra edir. Əlavə məlumat üçün bidiririk ki, İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1993-cü ilədək dövr üzrə çalışdığı vəzifələr üzrə yerinə yetirdiyi işlərə dair vəzifə təlimatı saxlanlmamışdır. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətə qiymət verilən zaman, cavabdeh imtina üçün bir halı əsas götürmüşdür:
1. Güzəştli iş stajının toplanmaması; Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1963-cü ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin onun 12 il 6 ay güzəştli iş stajının olması səbəbindən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün pensiya təyin olunmasına əsas verən sığorta stajının və xüsusi sahələrdə işlədiyi illərinin nə qədər təşkil etdiyi müəyyən edilməli, bundan başqa ümumiyyətlə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya kapitalı ilə bağlı şərtin zəruri olubolmaması aydınlaşdırılmalıdır. Məhkəmə bu istiqamətdə zəruri qiymətləndirmənin aparılması üçün “Əmək pensiyaları haqqında” Qanunun müddəalarına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərəli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və ya göstəricilərin 2 nömrəli Siyahısı” (Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Şərh ounan normaların tələblərinə əsasən iddiaçının ümumi və güzəştli stajına münasibət bildirilməsi zəruri hesab edilir. Məhkəmə qeyd edir ki, iddiaçının 60 yaşınadək ümumi iş stajının nə qədər olması əmək kitabçasında olan qeydlər əsasında müəyyən edilir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-17-1/2-41162/2025 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın dağ-mədən işləri bölməsinin (1) açıq üsulla kömürün, filizin, şistin, ozokeritin, talkın, kaolininin, qrafitin, dolomitin, kvarsitin, əhəng daşının, mergelin, maqnezitin, çöl və plavik şpatının, gipsin, baratların, pyezokvarsın, əqiqin, boritlərin, fosforitin, apatitlərin, kükürdün, almazların, mərmərin, qranitin, andezitin, təbaşirin, qumlardan qiymətli və əlvan metalların, diabazanın, qranodioritin, bazaltın, qumdaşının, kəhrəbanın, slyudanın, azbestin, duz və tərkiblərində 1- 2-ci sinif təhlükəli zəhərli maddələr, həmçinin 3-cü sinif təhlükəli zəhərli maddələr olan digər filiz olmayan qazıntıların hasilatı, şaxtaların, mədənlərin, kəsmələrin, karxanaların, draqların, metropolitenlərin, tunellərin, yeraltı arxların və digər yeraltı qurğuların tikintisi, torpaqların rekultivasiyası, texniki quyuların qazılması, yeraltı yanğınların, terrikon və süxur laylarında yanğınların profilaktikası və söndürülməsi üzrə dağ-mədən işləri bəndinin (1.2) açıqda dağ-mədən işləri və yer səthində işlər yarımbəndində (1.2.1) qazmaçılar, qazma qurğularının maşinistləri, sahə rəisləri, iş icraçıları vəzifələri nəzərdə tutulmuşdur. Eyni zamanda bildiririk ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi "xxxx" QSC-nin ona dair 22 yanvar 2024-cü il tarixli 10-021/g, 11-021/g, 12-021/g, 13-021/g, 15-021/g nömrəli arayışlarında xx.xx.1985-ci il tarixindən bugünədək sözügedən müəssisədə qazmaçı, qazma qurğuları maşinisti, iş icraçısı, sahə rəisi vəzifələrində işlədiyi qeyd olunub. İddiaçı işlədiyi "xxxx" QSC-nin fəaliyyət sahəsi sözügedən arayışlarda istinad olunan, yuxarıda qeyd edilən dağ-mədən işləri sahəsinə aid deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Əlavə olaraq bildiririk ki, Rövşən X4 təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun ümumi iş stajı 38 il 3 il 1 gün (xx.xx.2006-cı il tarixinədək 20 il 5 ay 1 gün (xx.xx.1985-xx.xx.2005-ci il tarixləri arasındakı dövr), həmin tarixdən sonra 17 il 10 ay), fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı isə 65177,62 manat təşkil edir. Məhkəmə qanunvericiliyin müddəalarını əmək kitabçasında olan qeydlər ilə birgə qiymətləndirdikdə müəyyən etdi ki, iddiaçının 60 yaşı tamam olduğu vaxta, yəni xx.xx.2023-cü il tarixə ümumi iş stajı 25 ildən çox təşkil edir. Qeyd edilməlidir ki, iddiaçının ümumi iş stajı cavabdeh inzibati orqan tərəfindəndə mübahisələndirilməmiş və mübahisəsiz hal kimi qəbul edilmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı iiə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və vəzifəyə uyğun olması, gördüyü tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməsi bildirilmişdir. Məhkəmə cavabdehin imtina məktubunda göstərdiyi əsasa münasibətdə bildirir ki, iddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun qazanılması üçün güzəştli iş stajı ilə bağlı şərti də ödəmişdir. İlkin olaraq qeyd olunmalıdır ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Sorğu nəticəsində məhkəməyə ünvanlanan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2025-ci il tarixli, 68-2/g nömrəli şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair güzəştli arayışından görünür ki, İddiaçı həqiqətən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş 1 və 2 saylı siyahıda nəzərdə tutulmuş müəssisədə (sexdə istehsalatda) Azərbaycan İxtisaslaşmış İdarəsində və "xxxx"QSC- də xx.xx.1985-ci il tarixdən bu günə kimi müxtəlif vəzifələrdə işləyir. O cümlədən: xx.xx.1985-cı il tarixdən xx.xx.1988-ci ilə kimi qazmaçı vəzifəsində (əmr- 220/k, xx.xx.1985-cı il. kod - 2010100a -11964). xx.xx.1988-ci ildən xx.xx.1990-cı ilə kimi qazma qurğuları maşinisti vəzifəsində (əmr 132/k,xx.xx.1988-ci il. kod- 2010100a- 13590). c) 26.09. 1990-cı il tarixdən xx.xx.1993-cü ilə kimi iş icraçısı vəzifəsində (əmr-103/k, xx.xx.1990 -cı il. kod - 2010100b-24441). xx.xx.1993 - cü il tarixdən bu günə kimi sahə rəisi vəzifəsində (əmr 18/k,xx.xx.1993- ci il.kod -2010100b - 24097). Arayış xx.xx.1985-ci il tarixdən bu günə kimi işlədiyi dövrün forma T-2 və cəmiyyət üzrə əmrlər kitabı əsasında verilib və güzəştli iş stajı 39 il 7 ay təşkil edir. "xxxx"QSC-i 1972-ci il tarixdən bu günə kimi qazma-partlayış, texniki quyuların qazılması və tunel işləri ilə məşğuldur. - "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 71-02/g nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci ilə kimi işlədiyi qazmaçı vəzifəsinə aid bildirmək istəyirik ki, həmin dövrdə o 2 saylı sahədə texniki quyuların qazılmasında qazmaçı vəzifəsini yerinə yetirmişdir. xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cu ilə kimi İddiaçı qazma qurğuları maşinisti vəfizəsinə aid bildirmək istəyirik ki, bu dövrdə İddiaçı Cəmiyyətdə 2 saylı sahədə texniki quyuların qazılmasında qazma qurğularının maşinisti vəzifəsini yerinə yetirmişdir. O xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü ilə kimi Cəmiyyətdə iş icraçısı vəzifəsində çalışmış və yenə həmin 2 saylı sahədə texniki quyuların qazılması işlərində iş icraçısı vəzifəsini yerinə yetirmişdir. Bildirmək istəyirik ki, İddiaçı xx.xx.1993-cü ildən bu günə kimi Cəmiyyətdə sahə rəisi (Muğan sahəsi) vəzifəsində işləyir və tabeliyində olan işçilərin intizam qaydalarına, əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına riayət etməsinə nəzarət etmək, daxili qaydalarla və ya qanunveriliklə müəyyən olunmuş dövriliklə tibbi müayinədən keçmək və tabeliyindəki işçilərin müayinədən keçməsinə nəzarət etmək, texniki quyuların layihəyə uyğun və təhlükəsiz şəkildə qazılmasını təşkil etmək, qazıntı işlərinin keyfiyyətli və vaxtında yerinə yetirilməsinə nəzarət etmək, sahədə istifadə olunan texnika və avadanlıqların düzgün istismarını və texniki sazlığını təmin etmək, gündəlik, həftəlik və aylıq iş planlarını tərtib etmək və rəhbərliyə təqdim etmək, layihə sənədlərini və geoloji məlumatları təhlil etmək və icra prosesini planlaşdırmaq, sahədə baş verən texniki nasazlıqlar və qəza hallarının aradan qaldırılması üçün operativ tədbirlər görmək, icra olunmuş işlərə dair aktlar, texniki hesabatlar və digər sənədləri hazırlamaqla bağlı vəzifələri icra edir. Əlavə məlumat üçün bidiririk ki, İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1993-cü ilədək dövr üzrə çalışdığı vəzifələr üzrə yerinə yetirdiyi işlərə dair vəzifə təlimatı saxlanılmamışdır. Cavabdeh inzibati orqan etiraz və etiraza ərizə əlavəsində həmçinin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət sahəsinin dağ-mədən işləri sahəsinə aid omadığını qeyd etmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2025-ci il tarixli, 68-2/g nömrəli şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair güzəştli arayışından və məhkəməyə təqdim edilən xx.xx.2025-ci il tarixli 69-2/g nömrəli arayışa əlavədən görünür ki, "xxxx"QSC-i 1972-ci il tarixdən bu günə kimi qazma-partlayış, texniki quyuların qazılması və tunel işləri ilə məşğuldur və qeyd edilən işləri yerinə yetirir. Dəqiqləşmələr aparılması məqsədilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2025-ci il tarixli, 70-02/g nömrəli ümumi məlumata nəzər yetirilən zaman müvafiq dağ mədən sahəsi üzrə görüdüyü işlər və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyindən bütün növ tikinti işləri aparmaq üçün və Dağ-Mədən işləri, dağ və buruq qazmalarının aparılması üçün müddətsiz lisenziyalar aldığı müəyyən edilmişdir. Belə olduğu halda məhkəmə mövcud olan sənədləri qanunvericiliyin müddəaları ilə birgə təhlil etdikdə, inzibati orqanın imtinasında qeyd edilən halların mövcud olmadığını və iddiaçının güzəştli iş stajının 12 il 06 aydan çox təşkil etdiyini müəyyən edir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ilə bağlı mübahisə yaranmamış, iddiaçının ilkin müraciəti zamanı verilmiş imtina məktubunda, həmçinin yazılı etirazda bununla bağlı mülahizə irəli sürülməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış kapital ilə bağlı şərt ödənildiyindən, həmin hissədə əlavə araşdırmanın aparılmasına zərurət yaranmamışdır. Məhkəmə qeyd edir ki, müvafiq dövr üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə X7 Filialı tərəfindən sübuta yetirilmədiyindən və mübahisələndirilmədiyindən mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Məhkəmə diqqətə çatdırır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Hazırkı işin hallarından eləcə də cavabdehin təqdim etdiyi etiraz məktubundan müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və digər əlaqəli qanunların müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamış və müəssisənin iddiaçı ilə bağlı təqdim etdiyi arayışla kifayətlənərək güzəştli iş stajının olduğunu bildirmişdir. Beləliklə, iddiaçıya hüququnun yarandığı 60 yaşdan, yəni xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə X7 Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. İş üzrə araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası pensiya hüququnun yarandığı tarixdən, yəni 60 yaşdan təyin edilməli olduğundan adıçəkilən Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün deyil, məhz onun pensiya hüququ yarandığı tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən, yəni 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim: Hilal Nəcəfov