Məhkəmə qərarları › İş №2-1(120)-2819/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2819/2025

29.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2819/2025 29.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə qarşı “sürücülük vəsiqəsinin dəyişdirilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “sürücülük vəzifəsinin dəyişdirilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2819/2025 nömrəli, 13 avqust 2025-ci il tarixli qərardadı ilə, iddia tələbinə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə qarşı “sürücülük vəsiqəsinin dəyişdirilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, 2021-ci ildə X6 5 saylı Lənkəran rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinə müraciət edib sürücülük vəsiqəsinin dəyişdirilməsini xahiş etmişdir. Sürücülük vəsiqəsinin müddəti bir il müddətinə uzadılmış və ona bildirilmişdir ki, sürücülük vəsiqəsinin verildiyi Rusiya Federasiyası İrkutsk vilayətinin Ust-İlimskiy ravon daxili işlər şöbəsinə sorğu göndəriləcək və təsdiqləyici cavab aldıqdan sonra ona yeni sürücülük vəsiqəsi veriləcəkdir. Bir ildən sonra yenə müraciət etmiş və Rusiyadan cavab gəlmədiyini bildirib, vəsiqəsinin müddətini növbəti 1 ilə uzatmışlar. Beləliklə, 3 dəfə sürücülük vəsiqəsinin müddətini uzatmışlar və sorğularına Rusiyadan cavab gəlmədiyini bildirib bu il ona vəsiqəsinin müdətini uzatmaqdan və adına yeni sürücülük vəsiqəsi verməkdən imtina etmişlər. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, İddiaçı şöbəyə xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinin Azərbaycan Respublikasının milli nümunəli sürücülük vəsiqəsinə dəyişdirilməsi məqsədilə müraciət etmiş və bununla bağlı qanunvericiliyin tələbləri diqqətinə çatdırılmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 35-1 maddəsinin İ hissəsinin tələbinə görə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. Vət.İddiaçı məxsus sürücülük vəsiqəsi 2021, 2022, 2023-cü illərdə Lənkəran regional qeydiyyat-imtahan və texniki baxış şöbəsində hər il 1 (bir) il müddətinə Azərbaycan Respublikasının milli nümunəli sürücülük vəsiqəsinə dəyişdirilmiş, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinin həqiqiliyinin təsdiqi barədə sorğumuza cavab verilmədiyindən sürücülük vəsiqəsi yenilənməmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur.Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Lənkəran rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Lənkəran rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkündür, lakin əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 2-S-216330 nömrəli məktubda göstərilmişdir ki, Rusiya Federasiyasından aldığı sürücülük vəsiqəsinin Azərbaycan Respublikasının milli nümunəli sürücülük vəsiqəsinə dəyişdirilməməsi ilə bağlı DİN Baş X7 İdarəsinə ünvanladığı elektron müraciətə baxılmışdır. Rusiya Federasiyasından aldığı sürücülük vəsiqəsinin etibarlılıq müddəti 2014-cü ildə bitmişdir. Xarici ölkələrin səlahiyyətli orqanları tərəfindən verilmiş sürücülük vəsiqələri 1968-ci il 8 noyabr tarixli "Yol hərəkəti haqqında" X3 ilə müəyyən edilmiş beynəlxalq standartların tələblərinə uyğun olmadıqda tədris müəssisələrində müvafiq kurs keçməklə və ya müstəqil surətdə (yalnız A1 A B1 B kateqoriyası üzrə) hazırlaşaraq yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları uğurla verdikdən sonra Azərbaycan Respublikasının milli sürücülük vəsiqəsini ala bilər. - İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-cü il tarixli 2-40513/2025 nömrəli məktubda göstərilmişdir ki, İddiaçı Rusiya Federasiyasından aldığı sürücülük vəsiqəsinin Azərbaycan Respublikasının 10 illik milli nümunəli sürücülük vəsiqəsinə dəyişdirilməsi ilə bağlı DİN Baş X7 İdarəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli 2-1 (120)-2819/2025 nömrəli müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, vət. İddiaçı Rusiya Federasiyasından aldığı sürücülük vəsiqəsinin etibarlılıq müddəti 2014-cü ildə bitmişdir. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 35-1 maddəsinin İ hissəsinin tələbinə görə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlılıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. Xarici ölkələrin səlahiyyətli orqanları tərəfindən verilmiş sürücülük vəsiqələri 1968-ci il 8 noyabr tarixli "Yol hərəkəti haqqında" X3 ilə müəyyən edilmiş beynəlxalq standartların tələblərinə uyğun olmadıqda şəxs tədris müəssisələrində müvafiq kurs keçməklə və ya müstəqil surətdə (yalnız A1 A B1 B kateqoriyası üzrə) hazırlaşaraq yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları uğurla verdikdən sonra Azərbaycan Respublikasının milli sürücülük vəsiqəsini ala bilər. - İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-cü il tarixli 4144/2025 nömrəli məktubda göstərilmişdir ki, İddiaçı xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinin Azərbaycan Respublikasının milli nümunəli sürücülük vəsiqəsinə dəyişdirilməsinə dair inzibati iş üzrə 09 iyun 2025-ci İİ tarixində keçiriləcək Məhkəmə iclasında iştirakımızı və qeyd olunan inzibati işə baxılması ilə əlaqədar müvafiq məlumatların verilməsinə dair müraciətə baxılmışdır. İddiaçı məxsus sürücülük vəsiqəsi Lənkəran regional qeydiyyat-imtahan və texniki baxış şöbəsində 1 (bir) il müddətinə olmaqla xx.xx.2021 -ci tarixində BD406655, xx.xx.2022-ci il tarixində BD415365 və xx.xx.2023-cü il tarixində BD425432 nömrəli Azərbaycan Respublikasının milli nümunəli sürücülük vəsiqəsinə dəyişdirilmiş, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinin həqiqiliyinin təsdiqi barədə sorğuya cavab verilmədiyindən sürücülük vəsiqəsi yenilənməmişdir. İddiaçı əvvəllər AA******* nömrəli sürücülük vəsiqəsinin verilibverilməməsinə dair sorğuya cavab olaraq, qeyd olunan seriyanın vətəndaşa məxsus olan şəxsiyyət vəsiqəsinin nömrəsinin olduğunu bildirilir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2025-ci il tarixli, 3-38-33/2-3278/25 saylı məktubundan görünür ki, xx.xx.1973-cü il təvəllüdlü İddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2025-ci il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: xx.xx.2016 Çıxış, P4475769 Rusiya; xx.xx.2017 Giriş P4475769 Rusiya; xx.xx.2018 Çıxış C02039295 Rusiya; xx.xx.2018 Giriş C02039295 Rusiya; xx.xx.2019 Çıxış C02039295 Rusiya; xx.xx.2019 Giriş C02039295 Rusiya; xx.xx.2020 Çıxış C02039295 Rusiya; xx.xx.2021 Giriş C02039295 Rusiya. İşdə olan RF DİN-nin Bələdiyyələrarası İdarəsinin Dövlət X1 "Ust-İlimsk" qeydiyyat və imtahan şöbəsinin xx.xx.2023-cü il tarixli arayışına və AE 042472 saylı şəhadətnamənin surətinə əsasən, xx.xx.1973-cü il təvəllüdlü İddiaçı Nurəddin oğlu xx.xx.2012-ci ildə RF DİN-nin Bələdiyyələrarası İdarəsinin X1 "Ust-İlimsk" qeydiyyat və imtahan şöbəsi idən "B" kateqoriyalı, etibarlılığı xx.xx.2014-cü ilədək olan 3810 835004 sürücülük vəsiqəsi verilmişdir. İPM-in 12-ci maddəsinin müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 33. Nəqliyyat vasitələrini idarəetmə hüququ İ. Bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. İİİ. Hər hansı şəxsin sağlamlıq cəhətdən sürücülüyə yararlı hesab edilməsinin əsaslarını, habelə nəqliyyat vasitələrini idarə etməsinə mane olan xəstəliklərin və ya fiziki pozuntuların siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir və sürücülüyə yararsız hesab edilən şəxslər barədə məlumatları müvafiq icra hakimiyyəti orqanına göndərir. İV. Velosiped, kiçik elektrik nəqliyyat vasitəsi, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. V. Azərbaycan Respublikasının ərazisindəki yollarda hər hansı fiziki şəxsin nəqliyyat vasitələrini idarəetmə hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər: 1) şəxsin sürücülük vəsiqəsinin etibarlıq müddəti qurtarıbsa — sürücülük vəsiqəsi dəyişdirilənədək; 2) şəxs tərəfindən yol hərəkətinin qaydaları bu Qanunla müəyyən edilmiş hallarda kobud surətdə pozulmuşdursa — Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada beş ildən artıq olmayan müddətin qurtarmasınadək; 3) şəxsdə bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş xəstəliklər və ya fiziki pozuntular müəyyən edilərsə — xəstəlik müalicə olunanadək və ya fiziki pozuntu aradan qaldırılanadək. Vİ. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi siyahıda nəzərdə tutulmuş xəstəliklərlə əlaqədar psixiatriya və ya narkoloji dispanserlərin uçotunda olan, yaxud nəqliyyat vasitələrini idarə etmək sahəsində üç ildən az təcrübəsi olan, yaxud axırıncı iki il ərzində insanlara xəsarət yetirilməsi və ya onların ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi törətməyə, habelə nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməyə görə sürücülük hüququndan məhrum olunmuş şəxslər avtobusları, tramvayları və trolleybusları idarə etməyə buraxılmırlar. Maddə 34. Sürücülük vəsiqəsi İ. Sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir. Sürücülük vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. İİİ. Sürücülük vəsiqəsində ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı - “AZ” və rəqəmlərlə nömrələnmiş aşağıdakı məlumatlar göstərilir:

1. vəsiqə sahibinin soyadı;

2. vəsiqə sahibinin adı və atasının adı;

3. vəsiqə sahibinin doğulduğu tarix və yer; 4a. vəsiqənin verildiyi tarix; 4b. vəsiqənin etibarlılıq müddətinin qurtardığı tarix; 4c. vəsiqəni vermiş qurumun adı və ya möhürü; 4d. vəsiqə sahibinin fərdi identifikasiya nömrəsi;

5. vəsiqənin nömrəsi;

6. vəsiqə sahibinin fotoşəkli;

7. vəsiqə sahibinin imzası;

8. vəsiqə sahibinin yaşayış yeri;

9. vəsiqə sahibinin idarə etmək hüququna malik olduğu nəqliyyat vasitələrinin kateqoriyaları (altkateqoriyaları);

10. hər bir kateqoriyanın (altkateqoriyanın) verildiyi tarix;

11. hər bir kateqoriyanın (altkateqoriyanın) etibarlılıq müddətinin qurtardığı tarix;

12. hər bir kateqoriya (altkateqoriya) haqqında əlavə məlumat və ya məhdudiyyətlər (eynəklə idarəetmə və ya yalnız avtomatik transmissiyalı nəqliyyat vasitələrini idarə etmək hüququnun verildiyinə dair qeyd);

14. qeydiyyat və ya yol hərəkətinin təhlükəsizliyinə aid olan digər məlumatlar (vəsiqə sahibinin qan qrupu və ya “əlilliyi olan şəxs” tanınma nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququnun verildiyinə dair qeyd). Maddə 35. Sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması İ. Bu Qanunun 33-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş sürücülük vəsiqəsini almaq istəyən hər bir şəxs: 1) müvafiq kateqoriyalı nəqliyyat vasitələri sürücülərinin hazırlanması üzrə tədris planlarında və proqramlarında nəzərdə tutulan həcmdə hazırlıq keçməli; 2) yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları verməli; 3) Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödəməlidir. İ-İ. Sürücülük vəsiqəsini almaq istəyən hər bir şəxs yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara müstəqil hazırlaşa bilər və ya nəqliyyat vasitələri sürücülərinin hazırlanması kursunda hazırlıq keçə bilər. “A” və “B” kateqoriyalarına, “A1” və “B1” altkateqoriyalarına kateqoriyalarına aid nəqliyyat vasitələri istisna olmaqla, digər kateqoriyalara aid nəqliyyat vasitələrinin idarə edilməsi üçün sürücülük vəsiqəsini almaq istəyən hər bir şəxs nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursunda hazırlıq keçməlidir. İİ. Sürücülük vəsiqəsi almaq istəyən şəxs Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına aşağıdakı sənədləri təqdim etməlidir: 1) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 2) müstəqil hazırlıq keçən şəxslər istisna olmaqla, digər şəxslər üçün müvafiq kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitələri sürücülərinin hazırlanması üzrə tədris planlarında və proqramlarında nəzərdə tutulan həcmdə hazırlıq keçmələri barədə təhsil müəssisəsinin sənədi; 3) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş formada tibbi arayış; 4) sürücülük vəsiqəsi verilməsi üçün dövlət rüsumunun ödənilməsi sənədi. İİ-İ. Sürücülük vəsiqəsinin verilməsi üçün zəruri olan sənədlərin X4 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin X4 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. İİİ. Sürücülük vəsiqəsi almaq istəyən şəxs Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına sənədləri bilavasitə və ya internet vasitəsilə təqdim edir (göndərir). Sənədlər bu Qanunun 33-cü və 35-ci maddələrində göstərilən tələblərə uyğun olduqda şəxsə yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahan verəcəyi tarix və vaxt barədə bilavasitə və ya internet vasitəsilə məlumat verilir. Sənədlər göstərilən tələblərə uyğun olmadıqda şəxsə uyğunsuzluğun aradan qaldırılması qaydası izah olunur. Şəxs yaşadığı və ya olduğu ərazi üzrə imtahan-qeydiyyat məntəqəsində imtahan vermək hüququna malikdir. İV. Bu Qanunla müəyyən edilmiş yaş və sağlamlıq vəziyyəti tələblərinə cavab verən: 1) sürücülərin hazırlanması və onların ixtisasının artırılması kurslarının məzunları; 2) avtomobil nəqliyyatı vasitələri ixtisası üzrə kadrların hazırlanması nəzərdə tutulmuş ali və orta ixtisas təhsili müəssisələrinin məzunları; 3) yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara müstəqil hazırlaşmış şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etdikdən sonra, üç gün müddətində yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara buraxılırlar. İV-İ. İmtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi zamanı aşağıdakılar təmin olunmalıdır: 1) dövlət rüsumunun, şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən inzibati cərimənin yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya İnternet vasitəsi ilə ödənilməsi; 1-1) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1 - 57.4-cü və 97.4-cü maddələrində nəzərdə tutulmuş qaydada çatdırmaq mümkün olmayan yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə sənədlərin çatdırılması; 2) növbələrin yaranmasını istisna edən sənədlərin qəbulu və verilməsinin elektron idarəetmə sistemi; 3) sənədlərin qəbulu və verilməsi, həmçinin imtahan prosesini interaktiv şəkildə əks etdirən monitorlar, o cümlədən imtahan zalında videokamera; 4) nəzəri imtahanın informasiya-kommunikasiya texnologiyaları vasitəsilə verilməsi; 5) nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanların qəbulunda növbələri istisna edəcək sayda və imtahan verilən gün istehsal tarixi beş ildən artıq olmayan, imtahan prosesini qeydə alan videokameralarla təchiz edilmiş nəqliyyat vasitələrindən istifadə. İV-İİ. “B” kateqoriyasına aid nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqəsini almaq istəyən şəxsin seçiminə əsasən nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahan mexaniki və ya avtomatik transmissiyalı nəqliyyat vasitəsində verilə bilər. Mexaniki transmissiyalı nəqliyyat vasitəsində idarəetmə vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə vermiş şəxsə mexaniki və avtomatik transmissiyalı nəqliyyat vasitələrini idarə etmək hüququ verilir. Avtomatik transmissiyalı nəqliyyat vasitəsində idarəetmə vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə vermiş şəxsə isə yalnız avtomatik transmissiyalı nəqliyyat vasitələrini idarə etmək hüququ verilir. V. Sürücülük vəsiqəsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının imtahan-qeydiyyat məntəqələrində yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları müvəffəqiyyətlə vermiş şəxslərə həmin orqan tərəfindən 30 dəqiqə ərzində verilir. Sürücülük vəsiqələrinin verilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsiqaydaları haqqında” Əsasnaməyə uyğun olaraq həyata keçirilir. Vİ. Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 1) onun etibarlıq müddətinin qurtarması; 2) sahibinin soyadı, adı və ya atasının adının dəyişdirilməsi; 3) onun yazılarında dəqiqsizlik müəyyən edilməsi; 4) onun yararsız hala düşməsi; 5) onun itirilməsi; 6) yeni nümunəsinin bu Qanunla müəyyən edilmiş qaydada təsdiqi nəticəsində ölkədə sürücülük vəsiqələrinin dəyişdirilməsi; 7) yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinə malik Azərbaycan Respublikasının vətəndaşının ölkə ərazisinə daxil olduğu vaxtdan bir aydan artıq müddətdə burada nəqliyyat vasitələrini idarə etmək niyyətində olması; 8) yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinə malik olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alması. Vİİ. Sürücülük vəsiqəsinin dəyişdirilməsi sahibinin ərizəsi əsasında əvvəllər malik olduğu bütün kateqoriyalar (altkateqoriyalar) saxlanılmaqla, bu Qanunun 35-ci maddəsinin Vİİİ hissəsində nəzərdə tutulan sənədlər təqdim edildikdə və şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən inzibati cərimə ödənildikdə imtahansız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən 30 dəqiqə ərzində həyata keçirilir. Vİİİ. Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün aşağıdakı sənədlər təqdim edilir: 1) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 2) sürücülük vəsiqəsi (sürücülük vəsiqəsinin itirilməsinə görə onun dəyişdirilməsi halı istisna olmaqla); 3) qanunla müəyyən edilmiş dövlət rüsumunun ödənilməsi barədə sənəd; 4) bu Qanunun 34-cü maddəsinin V hissəsinin 2–4-cü bəndlərində nəzərdə tutulduğu hallarda tibbi arayış. Sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarında dəqiqsizlik müəyyən edilməsi ilə bağlı olduqda dövlət rüsumu ödənilmir. Vİİİ-İ. Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün zəruri olan sənədlərin X4 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin X4 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. İX.Sürücülükvəsiqəsində göstərilmiş kateqoriyaların (altkateqoriyaların) dəyişdirilməsi məqsədi ilə sürücülük vəsiqəsinin dəyişdirilməsi bu maddənin birinci— beşinci hissələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. X. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş sürücülük vəsiqələrindəki məlumatların mərkəzləşdirilmiş uçotunu aparmalıdır. Xİ. Hər hansı şəxs bu Qanunla müəyyən edilmiş qaydada ona sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi haqqında ərizəyə baxılmamasından və yaxud belə ərizənin süründürülməsindən, habelə yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara onun buraxılmasından imtina edilməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər. Xİİ. Bu Qanunun tələblərinə zidd olaraq, sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi haqqında ərizəyə baxılmamasında və ya baxılarkən süründürməçilik edilməsində, yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara buraxılmasından əsassız imtina edilməsində, habelə sürücülük vəsiqəsinin qəsdən korlanmasında, oğurlanmasında, qanunsuz hazırlanmasında, saxtalaşdırılmasında, satılmasında və ya ondan qanunsuz istifadə olunmasında təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “Avtomotonəqliyyat vasitələrini və onların qoşqularını idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi qaydaları haqqında” Təlimata əsasən, 3.15. Sürücülük vəsiqəsi, yol hərəkətinin qaydalarına dair nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları müvəffəqiyyətlə vermiş şəxslərə QİM tərəfindən 30 dəqiqə ərzində verilir. 3.15-1. Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün aşağıdakı hallar əsas sayılır: 3.15-1.1. etibarlılıq müddətinin qurtarması; 3.15-1.2. sahibinin soyadı, adı və ya atasının adının dəyişdirilməsi; 3.15-1.3. yazılarında dəqiqsizlik müəyyən edilməsi; 3.15-1.4. yararsız hala düşməsi; 3.15-1.5. itirilməsi; 3.15-1.6. yeni nümunəsinin təsdiqi nəticəsində ölkədə sürücülük vəsiqələrinin dəyişdirilməsi; 3.15-1.7. yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinə malik Azərbaycan Respublikasının vətəndaşının ölkə ərazisinə daxil olduğu vaxtdan bir aydan artıq müddətdə burada nəqliyyat vasitələrini idarə etmək niyyətində olması; 3.15-1.8. yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinə malik olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alması. 3.15-2. Sürücülük vəsiqəsinin dəyişdirilməsi sahibinin ərizəsi əsasında əvvəllər malik olduğu bütün kateqoriyalar saxlanılmaqla, imtahansız QİM tərəfindən 30 dəqiqə ərzində həyata keçirilir. 3.15-3. Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün aşağıdakı sənədlər təqdim edilir: 3.15-3.1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3.15-3.2. sürücülük vəsiqəsi (sürücülük vəsiqəsinin itirilməsinə görə onun dəyişdirilməsi halı istisna olmaqla), habelə bu Əsasnamənin 3.15-5-ci və 3.15-6-cı bəndlərində nəzərdə tutulmuş hallarda xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi; 3.15-3.3. qanunla müəyyən edilmiş dövlət rüsumunun ödənilməsi barədə sənəd; 3.15-3.4. bu Əsasnamənin 3.3-cü bəndinin üçüncü, dördüncü və beşinci abzaslarında nəzərdə tutulduğu hallarda tibbi arayış; 3.15-3.5. Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs sürücülük vəsiqəsini dəyişdirdikdə, həmin icazənin notarial qaydada təsdiq edilmiş surəti. 3.15-5. Azərbaycan Respublikasının vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlılıq müddəti bitməmiş sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay müddətində idarə etmək hüququna malikdir. Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu Əsasnamənin 3.15-1 - 3.15-4cü bəndləri ilə müəyyən edilmiş qaydada dəyişdirməlidir. 3.15-6. Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlılıq müddəti bitməmiş sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu Əsasnamənin 3.15-1 - 3.15-4-cü bəndləri ilə müəyyən edilmiş qaydada dəyişdirməlidir. 3.15-7. Bu Əsasnamənin 3.15-5-ci və 3.15-6-cı bəndlərində nəzərdə tutulmuş hallarda sürücülük vəsiqəsi dəyişdirildikdə, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi yeni sürücülük vəsiqəsi ilə birlikdə həmin şəxsə qaytarılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı sürücülük vəsiqəsinin dəyişdirilməsi ilə əlaqədar inzibati orqana müraciət etmiş, lakin İddiaçı müraciətindən imtina edilərək, Rusiya Federasiyasından aldığı sürücülük vəsiqəsinin etibarlılıq müddəti 2014-cü ildə bitmişdir. Xarici ölkələrin səlahiyyətli orqanları tərəfindən verilmiş sürücülük vəsiqələri 1968-ci il 8 noyabr tarixli "Yol hərəkəti haqqında" X3 ilə müəyyən edilmiş beynəlxalq standartların tələblərinə uyğun olmadıqda tədris müəssisələrində müvafiq kurs keçməklə və ya müstəqil surətdə (yalnız A1 A B1 B kateqoriyası üzrə) hazırlaşaraq yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları uğurla verdikdən sonra Azərbaycan Respublikasının milli sürücülük vəsiqəsini ala bilər. Bundan sonra iddiaçı məhkəməyə ryni tələblə müraciət etmişdir. Məhkəmə tərəfindən qeyd edilir ki, iddiaçıya verilmiş 3810 835004 sürücülük vəsiqəsinin müddəti xx.xx.2014-cü il tarixdə bitdikdən sonra İddiaçı dəfələrlə 2016-2021-ci illər ərzində Rusiya Federasiyasına getmişdir, lakin bu illər ərzində sürücülük vəsiqəsini Rusiya Federasiyasında dəyişdirməmişdir. Azərbaycan Respublikasında isə İddiaçı məxsus sürücülük vəsiqəsi Lənkəran regional qeydiyyat-imtahan və texniki baxış şöbəsində 1 (bir) il müddətinə olmaqla xx.xx.2021-ci tarixdə BD406655, xx.xx.2022-ci il tarixdə BD415365 və xx.xx.2023-cü il tarixində BD425432 nömrəli Azərbaycan Respublikasının milli nümunəli sürücülük vəsiqəsinə dəyişdirilmişdir. Bundan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən məhkəməyə xx.xx.2025-cü il tarixli 2-40513/2025 nömrəli məktub ünvanlayaraq, göstərmişdir ki, İddiaçı Rusiya Federasiyasından aldığı sürücülük vəsiqəsinin etibarlılıq müddəti 2014-cü ildə bitmişdir. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 35-1 maddəsinin İ hissəsinin tələbinə görə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlılıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. Xarici ölkələrin səlahiyyətli orqanları tərəfindən verilmiş sürücülük vəsiqələri 1968-ci il 8 noyabr tarixli "Yol hərəkəti haqqında" X3 ilə müəyyən edilmiş beynəlxalq standartların tələblərinə uyğun olmadıqda şəxs tədris müəssisələrində müvafiq kurs keçməklə və ya müstəqil surətdə (yalnız A1 A B1 B kateqoriyası üzrə) hazırlaşaraq yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları uğurla verdikdən sonra Azərbaycan Respublikasının milli sürücülük vəsiqəsini ala bilər. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı tədris müəssisələrində müvafiq kurs keçdikdən və ya müstəqil surətdə (yalnız A1 A B1 B kateqoriyası üzrə) hazırlaşaraq yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları uğurla verdikdən sonra Azərbaycan Respublikasının milli sürücülük vəsiqəsini əldə edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan məhz qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçıya sürücülük vəsiqəsinin dəyişdirilməsindən imtina etmişdir. Bəhs olunanlara əsasən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə qarşı “sürücülük vəsiqəsinin dəyişdirilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4-cü, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə qarşı “sürücülük vəsiqəsinin dəyişdirilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, H.Z.Tağıyev, 10) verilə bilər.

Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar