Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-282/2023 03.03.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 03 mart 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına buraxılmaq öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddia tələbinin dəyişdirilərək “ona hüququnun yarandığı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1959-cu ildə Salyan şəhərində anadan olmaqla hazırda da Salyan şəhərində yaşayır. O, 1980-ci ildə hərbi xidmətdən qayıdandan sonra əmək fəaliyyətinə başlamaqla xx.xx.1981-ci ildə Salyan şəhərindəki X8 zavoduna çilıngər peşəsinə qəbul olunmuşdur. xx.xx.1981-ci ildə öz ərizəsi ilə işdən azad olunmuşdur. xx.xx.1981-ci Bakı Tunel-Tikinti İdarəsinin 3 saylı Tikinti Quraşdırma İdarəsinə 2-ci dərəcəli maşinist peşəsinə qəbul olunmuş, xx.xx.1987-ci ildə öz ərizəsinə əsasən işdən azad olunmuşdur. xx.xx.1987-ci ildə 13 saylı Salyan “İxtisasquraşdırma” Filialına (SPMK-13 Trest APSMS idarəsinə) usta vəzifəsinə qəbul olunmuşdur. l0.11.2001-ci ildə iş həcmi olmadığından işdən azad olunmuşdur. xx.xx.2001-ci ildə 11 nömrəli tikinti materialları istehsalat kombinatına işə qəbul olunmuşdur. Sonradan tikinti ustası vəzifəsinə keçirilmiş, xx.xx.2003-cü ildə ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən ştat ixtisarı ilə əlaqədar olaraq işdən azad olunmuşdur. İxtisarla əlaqədar olaraq işdən azad olunduğundan Məşğulluq Mərkəzində işsiz kimi rəsmi qeydə alınaraq işsizlik müavinəti ilə təmin olunmuşdur. xx.xx.2007-ci ildə “Sosial İnşaat Şirkətində” sahə rəisi vəzifəsinə qəbul olunmuş və xx.xx.2007-ci ildə öz razılığı ilə işdən azad olunmuşdur. xx.xx.2007-ci ildə "xxxx" MMC-nə işə qəbul olunmuş və işlədiyi idarə tərəfindən 2 il müddətində onun hesabına Məcburi dövlət sığortası ödənilmişdir. 2013-cü ildə "xxxx" MMC-nə işə qəbul olunmuş və həmin idarədən də onun adına məcburi icbari dövlət sığortası ödənilmişdir. xx.xx.2019-cu ildə "xxxx" QSC-də Cəmiyyətin tikinti departamentinə iş icraçısı vəzifəsinə qəbul olunmuşdur. xx.xx.2020-ci ildə yenidən öz təşəbbüsü ilə işdən azad olunmuşdur. xx.xx.2021-ci ildə yenidən həmin cəmiyyətə işə qəbul olunmuşdur. Hazırda da həmin cəmiyyətdə işləyir. Onun 1987-ci ildən 2001-ci ilə kimi işlədiyi illər güzəştli şərtlər hesab olunmaqla pensiyaya buraxılmağından ötəri əsas hesab olunmalıdır. Eləcə də 1981-ci ildən 1987-ci ilə kimi “Bakıtunel tikinti” idarəsində işlədiyi illər də güzəştli şərtlərlə pensiyaya buraxılmağı üçün əsas hesab olunur. O, xx.xx.2021-ci il tarixdə "xxxx" QSC-nin Arxiv arayışını almış və həmin arayışda da birbaşa göstərilmişdir ki, həmin idarədə işlədiyi illər “Güzəştli şərtlərə görə əmək pensiyası vermək hüquqü verən istehsalat sahəsi” hesab olunur. Bu məqsədlə də o, xüsusi şərtlərlə pensiyaya buraxılmağında köməkliyin göstərilməsindən ötəri aidiyyəti üzrə DOST Mərkəzinə müraciət etmiş və onlar onun sənədlərini DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərmişlər. DSMF-nun XŞTÜMF-nın 24 dekabr 2021-ci il tarixdə ona verdiyi cavabda qeyd etmişdilər ki, guya onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ yoxdur. Lakin o, onların cavablarını ədalətsiz hesab edir və bilir ki, onun güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ vardır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafıq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər -60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını lıəmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitah əmək pensiyasınm minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, Qanunun 9.1-ci maddəsinin iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 60 yaşı tamam olduğu tarixədək güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 4 şərtə riayət edilməklə yaranır: 1) İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqmda” 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarında göstərilməsi; 4) yetərli pensiya kapitalı. Hazırki iş üzrə 4-cü şərtə əməl edilməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı müvafıq olaraq fərdi hesabın sıgorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Həmin Qanunun 6.2-ci maddəsinə görə, əmək pensiyasının sığorta hissəsinin 1992-ci ilin yanvarın 1-dək qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği, habelə bu Qanunun 19-cu və 20-ci maddələrində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin, digər bütün məbləğlər isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda, müvafıq xərclər digər mənbə hesabına maliyyələşdirilir. Həmin Qanunun 6.3-cü maddəsinə görə, əmək pensiyasının yığım hissəsinin müəyyən edilməsi və ödənilməsi sığortaolunanın fərdi hesabının yığım hissəsində müvafiq vəsait olduğu halda həyata keçirilir. Həmin Qanunun 45-ci maddəsinə görə, bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafıq icra hakimiyyəti orqanı tərəfındən müəyyən edilir. Bu Qanunun 9cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi miiddəti aylarının sayı giizəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasi Prezidentinin Fərmanının 2.11-ci bəndinə əsasən, gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) təşkil edir. Əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçıya münasibotdə 34000,00 manat hesablanmışdır. İddiaçınm isə cəmi pensiya kapitalı 11069,09 manat təşkil edir. İddiaçımn fərdi hesabımn sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasımn minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi iddiaya qarşı əlavə etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı 15 noyabr 2021-ci il və 22 iyul 2022-ci il tarixli ərizəsi ilə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir, lakin iddiaçının tələb olunan ümumi və güzəştli iş stajı, həmçinin pensiya kapitalı olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İddiaçı cavabdeh orqanın təqdim etdiyi imtina məktubu ilə razılaşmayaraq ona güzəştli şərlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, iddiaçının müraciət etdiyi tarixə münasibətdə iddiaçıya ünvanlanmış 24 dekabr 2021-ci il tarixli, **********0 nömrəli imtina məktubuna əsasən onun əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 34000,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 11069,09 manat təşkil edir. Qeyd edirlər ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı cavabdeh orqana təqdim etdiyi 20 iyul 1981-ci il tarixində açılmış əmək kitabçasının 6-7ci səhifələrində onun xx.xx.1987-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ATSC-nin Salyan İxtisasquraşdırma filialında (13 saylı XİMK-da) işlədiyi qeyd olunmuşdur. İddiaçının həmin dövrdə ümumi iş stajının, o cümlədən güzəştli iş stajınm, əmək haqlarının və xx.xx.1992-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsinin dəqiqləşdirilməsi məqsədilə tərəflərindən Dövlət Sosial Müdafiə Fondunun 6 saylı regional ərazi filialına xx.xx.2021-ci il tarixində sorğu göndərilmişdir. Həmin sorğu əsasında ona dair məlumatların yerində yoxlanılması həyata keçirilmiş və xx.xx.2021-ci il tarixli qarşılıqlı yoxlama aktı tərtib olunmuşdur. Akta əsasən, İddiaçı dair "xxxx" ATSC-in Salyan ixtisasquraşdırma filialının xx.xx.2021-ci il tarixli, 05 nömrəli arayışının adıçəkilən şəxsin əmək kitabçasına əsasən yazılıb verildiyi, eləcə də həmin müəssisənin əməkhaqqı cədvəllərinin, əmr kitablarının saxlanc yeri məlum olmadığı və Salyan Arxiv İdarəsinə təhvil verilmədiyi müəyyən edilmişdir. Buna görə də, yuxarıda qeyd olunan dövr üzrə adıçəkilən şəxsin ümumi və güzəştli iş stajını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda, İddiaçı xx.xx.2006-cı il tarixinədək ümumi iş staji 25 ildən az (10 il 28 gün xx.xx.1978-xx.xx.1980-ci il, xx.xx.1981-xx.xx.1981-ci il, 11.08.81-30.04.87-ci il, xx.xx.2004-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər)) xx.xx.2006-cı il tarixindən sonra sosial sığorta stajı isə 1 il təskil edir. Qeyd olunanları nəzərə alaraq adıçəkilən şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Beləliklə, İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün tələb olunan ümumi və güzəştli iş stajı, həmçinin fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı kifayət etmədiyindən onun güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmamışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 125/13 nömrəli Arxiv Arayışından görünür ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı aşağıda qeyd olunan illərdə “BEMZ”də işləmişdir: 1) xx.xx.1976-cı il –sex 5 (mexaniki yığma) – tornaçı şagirdi (Əmr 1018, xx.xx.1976-cı il); 2) xx.xx.1976-cı il - sex 5 (mexaniki yığma) –tornaçı-2-ci dərəcə (Prot 56, xx.xx.1976-cı il); xx.xx.1977-ci il –sex 3 (bərkidici elementlər) –tornaçı 2-ci dərəcə (Əmr xx.xx.1977-ci il); xx.xx.1977-ci il–Üzürsüz səbəbdən işə gəlmədiyinə görə işdən azad olunub (Əmr 554, xx.xx.1977-ci il). 1) xx.xx.1980-ci ildə BEMZ baş zavod kimi “Azərelektromaş” İstehsalat Birliyinin tərkibinə daxil edilib. Əmr № 423, xx.xx.1980-ci il SSRİ Elektrotexnika Sənayesi Nazirliyi. 2) xx.xx.1988-ci il SSRİ ETSN-nin xx.xx.1988-ci il tarixli, 604 saylı əmrinə əsasən “Azərelektromaş” İB-“Azərelektromaş” X5 çevrilib. xx.xx.2001-ci il Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti direktorunun xx.xx.2001-ci il tarixli, 06 saylı Sərancamına əsasən Azərelektromaş” EİB-nin baş zavodu olan “Bakı Elektrik Maşınqayırma Zavodu” "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. İddiaçının bu müəssisədə iş stajı 10 ay 15 gün təşkil etmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 123/02 saylı arayışından görünür ki, İddiaçı xx.xx.1976-cı ildən (Əmr 1018, xx.xx.1976-cı il) xx.xx.1977-ci ilədək (Əmr 554, xx.xx.1977-ci il) Bakı Elektrik Maşınqayırma zavodunda (BEMZ) indiki "xxxx" ASC-də tornaçı vəzifəsində işləmişdir. İş materiallarında olan 20 iyul 1981-ci il tarixdə İddiaçı adına tərtib və notarial qaydada təsdiq olunmuş ИТ–İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1981-ci il tarixli, 13-k nömrəli əmrə əsasən xx.xx.1981-ci il tarixdən Salyan X8 zavodunda havalandırma sistemləri üzrə 3-cü dərəcəli cilingər vəzifəsinə təyin edilmiş, xx.xx.1981-ci il tarixli, 43 nömrəli əmrə əsasən ona cilingər vəzifəsi üzrə 4-cü dərəcə verilmiş, xx.xx.1981-ci il tarixli, 57-k saylı əmrə əsasən xx.xx.1981-ci il tarixdən öz arzusu ilə işdən azad edilmiş və həmin müəssisədə 5 ay iş stajı toplamış, xx.xx.1981-ci il tarixli, 210/лс nömrəli əmrə əsasən xx.xx.1981-ci il tarixdən Bakı Tunel Tikinti TQİ-3-ə yeraltı əmək şəraitində 2-ci dərəcəli nasos maşinisti qəbul edilmiş, xx.xx.1981-ci il tarixli, 57/ш saylı əmrə əsasən xx.xx.1981-ci il tarixdən həmin vəzifə üzrə ona 3-cü dərəcə müəyyən edilmiş, xx.xx.1982-ci il tarixli 34/ш saylı əmrlə xx.xx.1982-ci il tarixdən yeraltı əmək şəraitində 4-cü dərəcəli erektor maşinisti vəzifəsinə keçirilmiş, xx.xx.1983-cü il tarixli, 19/ш saylı əmrə əsasən xx.xx.1983-cü il tarixdən yeraltı əmək şəraitində 5-ci dərəcəli şit maşinisti vəzifəsinə keçirilmiş, xx.xx.1987-ci il tarixli, 81/лс nömrəli əmrə əsasən xx.xx.1987-ci il tarixdən öz arzusu ilə işdən azad edilmiş və bu müəssisədə 5 il 8 ay 20 gün iş stajı toplamış, xx.xx.1987-ci il tarixli, 59§2 nömrəli əmrə əsasən xx.xx.1987-ci il tarixdən "xxxx" ATSC-nin Salyan “İxtisasquraşdırma” filialının 13 saylı X1 dəstədə usta vəzifəsinə təyin edilmiş, xx.xx.1990-cı il tarixli, 54 nömrəli əmrə əsasən xx.xx.1990-cı il tarixdən ştat cədvəli üzrə iş icraçısı vəzifəsinə keçirilmiş, xx.xx.2001-ci il tarixli, 08 saylı əmrə əsasən iş həcmi olmadığı üçün həmin tarixdən işdən azad olunmuş və bu müddət ərzində 14 il 5 ay 21 gün iş stajı toplamış, xx.xx.2001-ci il tarixli, 21 nömrəli əmrə əsasən xx.xx.2001-ci il tarixdən 11 nömrəli Tikinti Materialları və X2 tikinti ustası vəzifəsinə qəbul olunmuş, xx.xx.2003-cü il tarixli, 28 saylı əmrə əsasən ştat ixtisarı ilə əlaqədar həmin tarixdən işdən azad olunmuş və bu müddət ərzində 1 il 10 ay 6 gün iş stajı toplamış, Salyan rayon Məşğulluq Mərkəzinin xx.xx.2004-cü il tarixli, 4 nömrəli və xx.xx.2004-cü il tarixli, 1s nömrəli, həmçinin xx.xx.2005-ci il tarixli 6s və xx.xx.2005-ci il tarixli əmrlərinə əsasən hər dəfə 6 ay olmaqla 1 il işsizlik müavinəti ilə təmin olunmuşdur. xx.xx.2007-ci il tarixli, 20 ş/h saylı əmrlə xx.xx.2007-ci il tarixdən "xxxx" MMC-də sahə rəisi vəzifəsinə qəbul edilmiş, xx.xx.2007-ci il tarixli, 64 ş/h saylı əmrlə həmin tarixdən öz təşəbbüsü ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, həmin cəmiyyətdə 4 ay 17 gün iş stajı toplamış, xx.xx.2019-cu il tarixli əmrlə "xxxx" QSC-nin Tikinti Departamentində iş icraçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.2020-ci il tarixli 75 nömrəli əmrlə öz təşəbbüsü ilə işdən azad olunmuş, departamentdə iş stajı 1il 3 ay 19 gün təşkil etmişdir. xx.xx.2021-ci il tarixli əmrlə yenidən "xxxx" QSC-nin Tikinti Departamentində iş icraçısı vəzifəsinə qəbul edilmiş və hal-hazırda həmin müəssisədə işləyir. İş materiallarında olan notarial qaydada təsdiq olunmuş xx.xx.1978-ci il tarixli, НЗ- 3655940 saylı hərbi biletdən görünür ki, İddiaçı 19 noyabr 1978-ci il tarixdən 03 dekabr 1980-ci il tarixədək 2 il 14 gün keçmiş Sovet ordusunda xidmət keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialının xx.xx.2021-ci il tarixli, 681 saylı Arxiv Arayışından görünür ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialında mühafizə olunan Salyan rayon 13 №-li X1 Dəstənin arxiv sənədlərində, o cümlədən 1987-1989-cu illərə aid əmək haqqı cədvəlində İddiaçı işləyib əmək haqqı alması aşağıdakı kimidir: - 1987-ci ilin may-dekabr, 1988-ci ilin yanvar-dekabr, 1989-cu ilin fevral-mart, may-dekabr ayları üzrə. İş materiallarında olan “Salyan Aqrar-Tikinti” filialının xx.xx.2021-ci il tarixli, 05 nömrəli Arayışından görünür ki, xx.xx.1959-cu ildə anadan olmuş İddiaçı həqiqətən xx.xx.1987-ci il tarixdən (Əmr № 59/2) Salyan “İxtisaslaşdırılmış” filialına (SPMK-13, Trest APSMS- №1) tikinti ustası qəbul edilmiş, xx.xx.1990-cı il tarixdən (Əmr № 54) həmin idarədə iş icraçısı vəzifəsinə keçirilmiş, xx.xx.2001-ci il tarixdən (Əmr № 08) iş həcmi olmadığı üçün işdən azad edilmişdir. İşlədiyi peşə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li Qərarının 35-ci (ümumi peşələr) bəndinə əsasən güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. Qeyd: Salyan “İxtisaslaşdırılmış” filialı "xxxx" ASC-nin səhmdarlarının 15 may 2002-ci il tarixli ümumi yığıncağının qərarına əsasən ləğv edilərək Salyan “Aqrartikinti” filialı adlandırılmışdır. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, A/327 nömrəli Arxiv Arayışından görünür ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1981-ci il tarixindən “Bakıtuneltikinti” İdarəsinin 3 №-li Tikinti-Quraşdırma İdarəsinə İİ dərəcə ilə nasos maşinisti (yeraltı əmək şəraiti üzrə) peşəsinə qəbul edilmişdir (Əmr № 210/лс, xx.xx.1981-ci il); xx.xx.1981-ci il tarixindən İİ dərəcə verilmişdir (Əmr № 57/лс, xx.xx.1981-ci il); xx.xx.1982-ci il tarixindən İV dərəcə ilə erektor maşinisti (yeraltı əmək şəraiti üzrə) peşəsinə keçirilmişdir (Əmr № 34/лс, xx.xx.1982-ci il); xx.xx.1983-cü il tarixindən V dərəcə ilə şit maşinisti (yeraltı əmək şəraiti üzrə) peşəsinə keçirilmişdir (Əmr № 19/лс, xx.xx.1983-cü il); xx.xx.1987-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən işdən azad edilmişdir (Əmr № 81/лс, xx.xx.1987-ci il). İddiaçı yeraltı şəraitində əmək stajı 05 il 08 ay 20 gün təşkil edir və onun yeraltı şəraitində çalışdığı peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 1-ci Dağ-mədən işləri bölməsinin 1.1-ci Faydalı qazıntıların çıxarılması. Geoloji kəşfiyyat işləri. Şaxtaların, mədənlərin, metropolitenlərin, yeraltı arxların, tunellərin və digər yeraltı qurğuların tikintisi, rekonstruksiyası, texniki cəhətdən təchizat vasitələrinin tamamilə yeniləşdirilməsi və əsaslı təmir olunması hissəsinin 1.1.1-ci Faydalı qazıntıların çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda; drenaj şaxtalarında, şaxtaların, mədənlərin tikintisində yeraltı işlər maddəsinin a) yeraltı işlərdə tam iş günündə məşğul olan bütün fəhlələr bəndinə aiddir. “Bakıtuneltikinti” İdarəsinin xx.xx.1992-ci il tarixli, 01 saylı əmrinə əsasən 3 №-li Tunel-Quraşdırma İdarəsinin adı dəyişdirilib 1 №-li Tunel-Tikinti İdarəsi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 851 saylı, xx.xx.1998-ci il tarixli Sərancamına əsasən “Bakıtuneltikinti” İdarəsi “Azərtunelmetrotikinti” SC adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 289 saylı Sərancamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. Beləliklə, iş materiallarına, o cümlədən işdə olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 123/02 saylı arayışına, xx.xx.1978-ci il tarixli, НЗ-3655940 saylı hərbi biletə və 20 iyul 1981-ci il tarixli ИТ–İ seriyalı ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı hazırki vaxtadək ümumilikdə 29 il 11 ay 12 gün, o cümlədən xx.xx.2006-cı il tarixə 26 il 4 ay 16 gün iş stajı toplanmış və bu müddətin 20 il 2 ay 11 günü güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təminatı hüququnu verən iş stajıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********5 saylı arayışdan (müvafiq məlumatların göndərilməsi haqqında) görünür ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı Mərkəzi Filiala təqdim etdiyi 20 iyul 1981-ci il tarixində açılmış əmək kitabçasının 6-7-ci səhifələrində onun xx.xx.1987-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ATSC-nin Salyan İxtisasquraşdırma filialında (13 saylı XİMK-da) işlədiyi qeyd olunmuşdur. Adıçəkilən şəxsin həmin dövrdə ümumi iş stajının, o cümlədən güzəştli iş stajının, əmək haqlarının və xx.xx.1992-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsinin dəqiqləşdirilməsi məqsədilə tərəfimizdən Dövlət Sosial Müdafiə Fondunun 6 saylı regional ərazi filialına xx.xx.2021-ci il tarixində sorğu göndərilmişdir. Həmin sorğu əsasında ona dair məlumatların yerində yoxlanılması həyata keçirilmiş və xx.xx.2021-ci il tarixli qarşılıqlı yoxlama aktı tərtib olunmuşdur (surəti əlavə olunur). Akta əsasən, İddiaçı dair "xxxx" ATSC-in Salyan İxtisasquraşdırma filialının xx.xx.2021-ci il tarixli, 05 nömrəli arayışının adıçəkilən şəxsin əmək kitabçasına əsasən yazılıb verildiyi, eləcə də həmin müəssisənin əməkhaqqı cədvəllərinin, əmr kitablarının saxlanc yeri məlum olmadığı və Salyan Arxiv İdarəsinə təhvil verilmədiyi müəyyən edilmişdir. Buna görə də, yuxarıda qeyd olunan dövr üzrə adıçəkilən şəxsin ümumi və güzəştli iş stajını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda, İddiaçı xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (10 il 28 gün (xx.xx.1978-xx.xx.1980-ci il, xx.xx.1981-xx.xx.1981-ci il, 11.08.81-30.04.87-ci il, xx.xx.2004-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər)) 01.01 2006-cı il tarixindən sonra sosial sığorta stajı isə 1 il təşkil edir. Qeyd olunanları nəzərə alaraq adıçəkilən şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2021-ci il tarixli, **********0 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 34000,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 11069,09 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunduğu kimi, iş materiallarında olan cavabdeh təşkilatın “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” xx.xx.2021-ci il tarixli, **********0 nömrəli məktubuna və iddiaya qarşı xx.xx.2022-ci il tarixli etirazına əsasən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatından imtina edilməsinin yeganə səbəbi kimi onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi göstərilmişdir. Həmçinin, cavabdeh təşkilatın iş materiallarında olan xx.xx.2021-ci il tarixli qarşılıqlı yoxlama aktına əsasən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, **********5 saylı arayışından və 06 dekabr 2022-ci il tarixli iddiaya qarşı digər etirazından görünür ki, iddiaçının 20 iyul 1981-ci il tarixində açılmış əmək kitabçasının 6-7-ci səhifələrində onun xx.xx.1987xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ATSC-nin Salyan İxtisasquraşdırma filialında (13 saylı XİMK-da) işlədiyi dövrdə əməkhaqqı cədvəllərinin, əmr kitablarının saxlanc yeri məlum olmadığından və Salyan Arxiv İdarəsinə təhvil verilmədiyindən qeyd olunan dövr üzrə İddiaçı ümumi və güzəştli iş stajını müəyyən etmək mümkün olmamış, bununla əlaqədar onun xx.xx.1987-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində topladığı 14 il 5 ay 21 gün, həmçinin"xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 123/02 saylı Arayışına əsasən xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilədək Bakı Elektrik Maşınqayırma zavodunda tornaçı vəzifəsində işləməklə topladığı iş stajı nəzərə alınmadan xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (10 il 28 gün (xx.xx.1978-xx.xx.1980-ci il, xx.xx.1981-xx.xx.1981-ci il, 11.08.81-30.04.87-ci il, xx.xx.2004-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər)) hesablanmış, nəticədə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatından imtina edilməsi üçün cavabdehin qeyd etdiyi dəlillər əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Cavabdeh təşkilatın həm imtina məktubundan, həm də iddiaya etirazlarından görünür ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatından imtina edilməsinin hüquqi əsası kimi, “Əmək pensiyaları haqqında” Qanunun 01 iyul 2017-ci ildə edilmiş dəyişikliklərdən sonrakı redaksiyada verilmiş 9.1-ci maddəsinə istinad edilmişdir. Lakin iş materiallarına əsasən xx.xx.1959-cu il təvəllüdlü iddiaçının 26 il 4 ay 16 gün ümumi və 20 il 2 ay 11 günü güzəştli iş stajı xx.xx.2006-cı il tarixə kimi toplanmış və 57 yaşı xx.xx.2016-cı il tarixdə tamam olmuşdur. Qanunvericiliyin tələbinə əsasən hazırkı mübahisəyə xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun və “Əmək pensiyaları haqqında” Qanunun 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş maddələrinə istinad edilməklə hüquqi qiymət verilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əasən Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən (01 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyada) axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ həmin Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. İddiaçının hüquqi marağı hüququnun yarandığı tarixdən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə (01 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyada) əsasən onun 57 yaşı tamam olmalı və xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən o, xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajına malik olmalı və bunun azı 12 il 6 ayı güzəştli iş stajı olmalıdır. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Bununla bağlı Ali Məhkəmənin qərarlarında formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sənədlərinin arxivdə olmadığına görə əldə edilməməsi və ya qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Məhkəmə tərkibi həmçinin qeyd etmişdir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi həm də ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Digər tərəfdən isə məhkəmə tərkibi qeyd edir ki, cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı və ya müəssisə tərəfindən verilmiş əmək fəaliyyətini təsdiq edən digər sənəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. İddiaçı xx.xx.1959-cu il təvəllüdlü İddiaçı xx.xx.1987-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ATSC-nin Salyan İxtisasquraşdırma filialında (13 saylı XİMK-da) işlədiyi və cavabdeh tərəfindən onun ümumi iş stajına daxil edilməyən 14 il 5 ay 21 gün, o cümlədən usta vəzifəsində 3 il 2 ay 21 gün və iş icraçısı vəzifəsində 11 il 3 ay iş stajı ona məxsus 20 iyul 1981-ci il tarixli ИТ–İ seriyalı ******* nömrəli əmək kitabçasında müəssisə rəhbərinin xx.xx.1987-ci il tarixli, 59§2 nömrəli, xx.xx.1990-cı il tarixli, 54 nömrəli və xx.xx.2001-ci il tarixli, 08 saylı əmrləri, həmçinin, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmiş Bakı Elektrik Maşınqayırma Zavodunda tornaçı vəzifəsində işlədiyi və cavabdeh tərəfindən onun ümumi iş stajına dail edilməyən 10 ay 15 gün iş stajı müəssisə rəhbərinin xx.xx.1976-cı il 1018 nömrəli və xx.xx.1977-ci il tarixli 554 nömrəli əmrləri ilə təsdiq olunmuşdur. Beləliklə, xx.xx.2006-cı il tarixə iddiaçının 26 il 4 ay 16 gün ümumi iş stajina malik olması iş üzrə təqdim olunmuş sənədlərlə tam təsdiq olunur və cavabdeh təşkilatın xx.xx.2006-cı il tarixə iddiaçının ümumi stajının 25 ildən az olması dəlili əsassızdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən (01 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyada) axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən, həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına (Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair) əsasən müəyyən edilir. Məhkəmədə müəyyən olundu ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1987-ci il tarixədək “Bakıtuneltikinti” İdarəsinin 3 №-li Tikinti-Quraşdırma İdarəsində İİ və İİİ dərəcəli nasos maşinisti (yeraltı əmək şəraiti üzrə) peşəsi, İV dərəcəli erektor maşinisti (yeraltı əmək şəraiti üzrə) peşəsi, V dərəcə ilə şit maşinisti (yeraltı əmək şəraiti üzrə) peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 1-ci Dağ-mədən işləri bölməsinin 1.1-ci bəndinin və 1.1.1-ci bəndinin “a” yarımbəndinin təsir dairəsinə düşür və bu müddətdə topladığı iş stajı 5 il 8 ay 20 gün təşkil edir. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, A/327 nömrəli Arxiv Arayışından da görünür ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1981-ci il tarixindən “Bakıtuneltikinti” İdarəsinin 3 №-li Tikinti-Quraşdırma İdarəsinə İİ dərəcə ilə nasos maşinisti (yeraltı əmək şəraiti üzrə) peşəsinə qəbul edilmiş (Əmr № 210/лс, xx.xx.1981-ci il), xx.xx.1981-ci il tarixindən ona İİ dərəcə verilmiş (Əmr № 57/лс, xx.xx.1981-ci il), xx.xx.1982-ci il tarixindən o, İV dərəcə ilə erektor maşinisti (yeraltı əmək şəraiti üzrə) peşəsinə keçirilmiş (Əmr № 34/лс, xx.xx.1982-ci il), xx.xx.1983-cü il tarixindən V dərəcə ilə şit maşinisti (yeraltı əmək şəraiti üzrə) peşəsinə keçirilmiş (Əmr № 19/лс, xx.xx.1983-cü il), xx.xx.1987-ci il tarixindən Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən işdən azad edilmişdir (Əmr № 81/лс, xx.xx.1987-ci il). İddiaçı yeraltı şəraitində əmək stajı 05 il 08 ay 20 gün təşkil edir və onun yeraltı şəraitində çalışdığı peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 1-ci Dağ-mədən işləri bölməsinin 1.1-ci bəndinə və 1.1.1-ci bəndinin “a” yarımbəndinə aiddir. Həmçinin, məhkəmədə müəyyən olundu ki, İddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Salyan “İxtisaslaşdırılmış” filialında (SPMK-13, Trest APSMS- №1) işlədiyi tikinti ustası və iş icraçısı vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li Qərarının 29-cu (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) bölməsinin “b” bəndinin təsir dairəsinə düşür və bu müddətdə topladığı iş stajı 14 il 5 ay 21 gün təşkil edir. İş materiallarında olan “Salyan Aqrar-Tikinti” filialının xx.xx.2021-ci il tarixli, 05 nömrəli arayışından da görünür ki, xx.xx.1959-cu ildə anadan olmuş İddiaçı həqiqətən xx.xx.1987-ci il tarixdən (Əmr № 59/2) Salyan “İxtisaslaşdırılmış” filialına (SPMK-13, Trest APSMS- №1) tikinti ustası qəbul edilmiş, xx.xx.1990-cı il tarixdən (Əmr № 54) həmin idarədə iş icraçısı vəzifəsinə keçirilmiş, xx.xx.2001-ci il tarixdən (Əmr № 08) iş həcmi olmadığı üçün işdən azad edilmişdir. İşlədiyi peşə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li Qərarına əsasən güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. Göründüyü kimi, xx.xx.2006-cı il tarixə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təminatı hüququnu verən 20 il 2 ay 11 gün ümumi iş stajina malik olması iş üzrə təqdim olunmuş sənədlərlə tam təsdiq olunur və cavabdeh təşkilatın xx.xx.2006-cı il tarixə iddiaçının güzəştli iş stajı ilə bağlı dəlili də əsassızdır. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərə, o cümlədən "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 123/02 saylı arayışına, xx.xx.1978-ci il tarixli, НЗ-3655940 saylı hərbi biletə və 20 iyul 1981-ci il tarixli ИТ–İ seriyalı ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.2006-cı il tarixə 26 il 4 ay 16 gün iş stajı toplanmış və bu müddətin 20 il 2 ay 11 günü güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təminatı hüququnu verən iş stajıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün yuxarıda istinad olunan normalarla tələb olunan dispozisiya şərtləri iddiaçıya münasibətdə ödənilmişdir. Belə ki, iddiaçının 01 yanvar 2006cı il tarixə 25 ildən az olmayan ümumi və azı 12 il 6 ay güzəştli iş stajı mövcud olmuşdur. Ona pensiyanın təyin olunması üçün müraciət etdiyi tarixə iddiaçı tələb olunan yaş həddinə çatmışdır. Bu baxımdan, iddiaçı 57 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı sayılmalıdır. Cavabdehin mübahisələndirdiyi digər məsələ iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi ilə bağlıdır. Cavabdehin bu dəlili ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən xx.xx.2006-cı il tarixədək 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajına malik olmuş, “Əmək pensiyaları haqqında Qanunun 9.1-ci maddəsinə (01 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyada) əsasən onun 57 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixdə güzəştli pensiya hüququ yaranmışdır. Belə olan halda, iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tələb oluna bilməz. Çünki “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununu güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün belə şərt nəzərdə tutmurdu. Odur ki, iddiaçının zəruri pensiya kapitalına malik olmadığına görə güzəştli şərtlərlə pensiya hüququnun yaranmadığı barədə cavabdehin imtinası əsaslı sayıla bilməz. Beləliklə, məhkəmə tərəfindən aparılmış araşdırmalar nəticəsində və iş materiallarından olan mötəbərliyi mübahisələndirilməyən sübutlarla müəyyən edilmişdir ki, iddiaçının iş illəri və hərbi xidmət illəri nəzərə alınmaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı vardır və bu cavabdeh təşkilat qarşısında ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyini yaradır. Bununla yanaşı, həm də nəzərə alınmalıdır ki, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək olan redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 37.7-ci maddəsinə müvafiq olaraq keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmin Qanunun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun hər iki redaksiyada olan maddələrini birgə təhlil etdikdə müəyyən olunur ki, 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. Məhkəmə, nəzərə alır ki, hazırkı işin halları ilə oxşarlıq təşkil edən mübahisələrlə bağlı əvvəllər Ali Məhkəmənin icraatında olmuş işlərdə Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, 1 iyul 2017-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərin barəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi (əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir) tətbiq edilməməlidir. Bununla yanaşı, məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 2020-ci il 8 oktyabr tarixli Qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Hazırda qüvvədə olan məhkəmə praktikasına görə hər bir vətəndaşın sosial təminat sahəsindəki olan hüquqlarının bərabərlik prinsipinin təmin edilməsi üçün əmək pensiyaçılarının pensiya hüququnun yaranma tarixindən asılı olmayaraq, ödənilməmiş pensiya məbləğinin yalnız müraciət olunan tarixdən geriyə 3 il ərzində ödənilməsi mümkün sayılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, həmçinin qeyd edilməlidir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası adıçəkilən qərardadında “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi ilə bağlı göstərmişdir ki, yeni tənzimləmələri nəzərdə tutan qanun 2017-ci il 10 mart tarixində qəbul edilmiş, 2017-ci il may ayının 3-də mətbuatda dərc edilmiş, 2017-ci il 1 iyul tarixindən etibarən isə qüvvəyə minmişdir. Yəni faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmələr hüququ əvvəlki normalar əsasında yaranmış şəxslərin hüquqlarının həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. Bu kateqoriya şəxslər qanunun qüvvəyə mindiyi günədək müraciət etməklə özlərinin hüquqlarının əvvəlki normanın müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdilər. Məhz buna görə də, Kollegiya hesab etmişdir ki, yeni tənzimləmələrin əmək pensiyaçılarının hüquqlarına təsirini minimuma endirmək üçün faktiki imkan və işlək mexanizmlər mövcud olmuşdur. Bunu nəzərə alaraq Ali Məhkəmənin İnzibati Kollegiyası belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. İş materiallarında olan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış 24 dekabr 2021-ci il tarixli, **********0 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubdan müəyyən olunur ki, iddiaçı ilk dəfə hazırki tələblə cavabdeh inzibati orqana 2021-ci ilin noyabr ayının 17-də müraciət etmişdir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı işlədiyi dövlər sosial sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı 57 yaşdan, yəni, 22 mart 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli və ona ödəniləcək pensiya məbləğinin fərqinin cavabdeh inzibati orqana ilk dəfə müraciət edilən tarixdən (17 noyabr 2021-ci il) əvvəlki illər üçün, yəni 17 noyabr 2018-ci il tarixdən 17 noyabr 2021-ci il tarixədək hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. İddiaçı işlədiyi dövlər sosial sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı 57 yaşdan, yəni, 22 mart 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilsin və ona ödəniləcək pensiya məbləğinin fərqinin cavabdeh inzibati orqana ilk dəfə müraciət edilən tarixdən (17 noyabr 2021-ci il) əvvəlki illər üçün, yəni 17 noyabr 2018-ci il tarixdən 17 noyabr 2021-ci il tarixədək hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-282/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-282/2023
03.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver