Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-282/2024 18.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X12, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “Sabirabad rayonu Qaralar Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 17 saylı iclas protokolundan çıxarış əsasında satılmış 11,80 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi və Sabirabad rayonu Qaralar bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 17/1 saylı iclas protokolundan çıxarış əsasında icarəyə verilmiş 8.0 ha torpaq sahəsinə dair icarə hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1 T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, Sabirabad rayonu Qaralar bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 17 saylı qərarı və xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsi əsasında satılmış 11,80 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi və Sabirabad rayonu Qaralar bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 17/1 saylı qərarı və xx.xx.2004-cü il tarixli icarə müqaviləsi əsasında icarəyə verilmiş 8 ha torpaq sahəsinə dair icarə hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş hesab edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli 2-1(120)2262/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinə qarşı iddia tələbi dəqiqləşdirilərək, “Sabirabad rayonu Qaralar Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 17 saylı iclas protokolundan çıxarış əsasında satılmış 11,80 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi və Sabirabad rayonu Qaralar bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 17/1 saylı iclas protokolundan çıxarış əsasında icarəyə verilmiş 8.0 ha torpaq sahəsinə dair icarə hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmış və Sabirabad rayonu Qaralar bələdiyyəsi adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli 2-1(120)800/2023 nömrəli qərardadı ilə, inzibati iş üzrə Babaşov Rasim İsrail oğlu və Babaşov Babaş İsrail oğlu zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sabirabad rayon Qaralar bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 17 saylı iclasında bələdiyyənin kənd təsərrüfatına şərti yararsız ərazisindən 11,80 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə ona satılması barədə qərar qəbul edilmişdir. Qərarın icrası ilə əlaqədar satılması nəzərdə tutulan torpaq sahəsinin dəyəri müəyyən edilmiş, xx.xx.2004-cü ildə alqı-satqı müqaviləsinin bağlanmış, torpağın dəyəri bələdiyyəyə ödənilmiş, alıcı kimi iddiaçı müvafiq sənədlərlə təmin edilmişdir. Sabirabad rayon Qaralar bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 17/1 saylı iclasında bələdiyyənin kənd təsərrüfatına yararlı ərzisindən 8,0 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə iddiaçıya icarəyə verilməsi barədə qərar qəbul edilmişdir. Qərarın icrası ilə əlaqədar icarəyə verilməsi nəzərdə tutulan torpaq sahəsinin bələdiyyə tərəfindən ona icarəyə verilməsi barədə xx.xx.2004-cü il tarixli, 10 saylı torpaq icarə müqaviləsi bağlanmışdır. İcarə müddəti 99 il müəyyən edilmişdir. İcarə müqaviləsi bağlanılması üçün müsbət rəy alınmış, torpaq sahəsini yerquruluşu planı hazırlanaraq təsdiq edilmişdir. İcarəçi kimi o müvafiq sənədlərlə təmin edilmişdir. Hər iki topraq sahəsi, yəni həm bələdiyyə tərəfindən ona satılmış, həm də bələdiyyə tərəfindən ona icarəyə verilmiş torpaq sahəsi 2004-cü ildən bu günə qədər onun formal və faktik istifadəsindədir. Həmin torpaq sahələrinin onun tərəfindən qanunsuz istifadə edilməsi barədə bu günə qədər bələdiyyə tərəfindən ona pretenziya edilməyib və mübahisələndirilməyib.Torpaqdan təyinatı üzrə istifadə edilir və müqavilədə nəzərdə tutulan hüquq və vəzifələrə əməl edir və istifadə edir.Lakin onun hüquqları cavabdeh təşkilat olan Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən pozulur.Sabirabad rayon Qaralar bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 17 saylı iclasında bələdiyyənin kənd təsərrüfatına şərti yararsız ərazisindən 11,80 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə ona satılması barədə qəbul edilmiş qərar əsasında bağlanmış alqı satqı müqaviləsi qüvvədədir. Aldığı torpaq sahəsi onun istifadə və sahibliyindədir. Lakin cavabdeh tərəfindən əsassız olaraq həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Sabirabad rayon Qaralar Bələdiyyəsinin sədri Niyaməddin Məmmədov tərəfindən cavabdeh təşkilata edilən rəsmi xahiş və ona əlavə edilən zəruri sənədlərlə birlikdə cavabdehə onun tərəfindən 11,80 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınması ilə əlaqədar Çıxarış verilməsi xahiş edilmişdir. Cavabdeh təşkilat tərəfindən ona ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********99 saylı «daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə» bildirişlə mülkiyyət hüquqlarının qeydə alınmasından imtina edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi iddia ərizəsinə etiraz göndərərək bildirmişdir ki, iddiaçı Nəsirov X5 rayonu Qaralar kəndində yerləşən 11.80 ha və 8.0 ha torpaq sahələrinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatı ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsinə dair iddiaçının adına Sabirabad rayonu, Qaralar Bələdiyyəsinin xx.xx.2004-cu il tarixli 12 saylı qərarı və xx.xx.2004-cü il tarixli 5 saylı icarə müqaviləsi ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən uçotu aparılmiş və 15 il müddətinə JN-7034 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə” sənədi tərtib edilmişdir. Həmin müddəti bitmiş JN-7034 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə” sənədi elektron məlumat bazasından silindikdən sonra, müraciətdə göstərilən torpaq sahəsi üzərində ilkin prosedur qaydasında bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq hərrac və ya müsabiqəyə çıxarılır. Belə ki, hərrac və ya müsabiqə yolu ilə torpaq sahəsinə dair notarial təsdiq edilmiş icarə müqaviləsi təqdim edəcəyi təqdirdə müraciətin icrası istiqamətində qanunvericiliyin tələblərinə uyğun olaraq baxılmağı bildirilmişdir.Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin Torpaq Məcəlləsinin 56.3.-cü, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 7.2,-ci və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6.3.-cü maddələrinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir.Bundan əlavə, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin bir hissəsi digər şəxslərin mülkiyyətində olan və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən uçotu aparılmiş torpaq sahələri ilə üst-üstə düşür. Azərbaycan Respublikasının Konstitusiyasının 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci və 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.Odur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən iddiaçının müraciətinin icrasından imtina edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması.müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq, məhkəmədən iddia tələbinin təmin edilməsinə etiraz etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbində göstərilən məzmunda izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 8.1.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü və 34.1-ci maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Başqa sözlə, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Belə iddialar isə öhdəliyin icrası haqqında iddia olmaqla inzibati mübahisədir. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, İPM-in 8.1.1-ci maddəsinin təsir dairəsinə düşür. Daşınmaz əmlak (torpaq sahəsi) isə Sabirabad rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Sabirabad rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********99 saylı məktubunda göstərilmişdir ki, sözügedən torpaq sahəsinə dair Sabirabad rayonu, Qaralar Bələdiyyəsinin xx.xx.2004-cu il tarixli 12 saylı qərarı və xx.xx.2004-cü il tarixli 5 saylı icarə müqaviləsi ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən uçotu aparılmiş və 15 il müddətinə JN-7034 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə” sənədi tərtib edilmişdir. Həmin müddəti bitmiş JN-7034 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə” sənədi elektron məlumat bazasından silindikdən sonra, müraciətdə göstərilən torpaq sahəsi üzərində ilkin prosedur qaydasında bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq hərrac və ya müsabiqəyə çıxarılır. Belə ki, hərrac və ya müsabiqə yolu ilə torpaq sahəsinə dair notarial təsdiq edilmiş icarə müqaviləsi təqdim edəcəyi təqdirdə müraciətinin icrası istiqamətində qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin Torpaq Məcəlləsinin 56.3.-cü, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 7.2-ci və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6.3-cü maddələrinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. Faktiki istifadə etdiyi torpaq sahəsinin bir hissəsi digər şəxslərin mülkiyyətində olan və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən uçotu aparılmış torpaq sahələri ilə üst-üstə düşür. Azərbaycan Respublikasının Konstitusiyasının 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Təqdim etdiyi 11,12.2004-cü il tarixli 10 nömrəli torpaq icarəsi müqaviləsi və xx.xx.2004-cü il tarixli 91 nömrəli “Torpaqların alqı satqısına dair akt” sənədləri barədə məlumatlar 13 saylı Şirvan Ərazi İdarəsinə Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş arxiv məlumatlarında aşkar edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci və 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda göstərilən səbəblərdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən müraciətin icrasından imtina edilir. -İddiaçının AZE0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və iş materiallarından görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuş, Sabirabad rayonu, Qaralar kəndində qeydiyyatdadır. - İşdə olan Sabirabad rayonu Qaralar Bələdiyyəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli, 44 nömrəli məktubunda göstərilmişdir ki, bələdiyyənin kənd təsərrüfatlı şərti yararsız ərazisindən Qaralar kəndində yerləşən Qaralar kənd sakini İddiaçı 11 dekabr 2004-cü il tarixdli 17 saylı qərara əsasən.Qaralar bələdiyyəsinin 11.80 ha torpaq sahəsinin kənd təsərrüfatlı şərti yararsız məqsədi üçün çıxarışın verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. - İşdə olan Sabirabad rayonu Qaralar Bələdiyyəsinin Azərbaycan Respublikası Dövlət Torpaq və X2 Rayon Şöbəsinə ünvanladığı xx.xx.2004-cü il tarixli məktubunda göstərilmişdir ki, Qaralar bələdiyyəsi Qaralar kənd sakini İddiaçı 01 dekabr 2004 cu il tarixdə rəsmi ərizə iləbələdiyyəyə müraciyyət edərək bələdiyyənin kənd təsərrüfatına şərti yararsız ərazisindən 11,80 ha torpaq sahəsinin kənd təsərrüfatı məqsədi ilə onun xüsusi mülkiyyətinə satılmasını 8,0 ha kənd təsərrüfatına yararlı torpaq sahəsinin isə kənd təsərrüfatı məqsədi ilə onun uzun müddətli icarəsinə verilməsini xahiş etmişdir. Torpaq sahəsinin xüsusi müikiyyətə satılması və icarəyə verilməsi ilə bağlı ilkin razılaşma vardır. Odur ki, bələdiyyənin BEF və KPİ ərazisindən 8.0 ha torpaq sahəsinin kənd təsərrüfatı məqsədilə uzunmüddətli icarəsinə verilməsinə, 11.80 ha torpaq sahəsinin kənd təsərrüfatı məqsədilə onun xüsusi mülkiyyətinə satılmasına aid müvafiq yerquruluşu-torpaqayırma sənədlərinin hazırlanmasına köməklik göstərilməsini xahiş etmişdir. - İşdə olan Sabirabad rayonu Qaralar Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 17 saylı iclas protokolundan çıxarışda göstərilmişdir ki, Qaralar kənd sakini İddiaçı müraciəti nəzərə alınaraq, bələdiyyənin kənd təsərrüfatına şərti yararsız ərazisindən 11,8 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün Qaralar kənd sakini İddiaçı xüsusi mülkiyyətinə satılması qərara alınmışdır. - İşdə olan Sabirabad rayonu Qaralar Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 17/1 saylı iclas protokolundan çıxarışda göstərilmişdir ki, Qaralar kənd sakini İddiaçı müraciəti nəzərə alınaraq, bələdiyyənin kənd təsərrüfatına yararlı ərazisindən 8.0 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün Qaralar kənd sakini İddiaçı icarəsinə verilməsi qərara alınmışdır. - İşdə olan xx.xx.2004-cü il tarixli AKT-da göstərilmişdir ki, DT XK-nin Sabirabad rayon şöbəsinin müdiri Mahmud İsrəfilov, Qaralar bələdiyyəsinin üzvü Kamran Nuriyev və Qaralar kənd sakini İddiaçı öz imzaları ilə təsdiq edərək, Qaralar Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 17 saylı iclasında bələdiyyənin kənd təsərrüfatına şərti yararsız ərazisindən 11,8 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün Qaralar kənd sakini İddiaçı xüsusi mülkiyyətinə satılması qərara alınmışdır. - İşdə olan xx.xx.2004-cü il tarixli aktda göstərilmişdir ki, DT XK-nin Sabirabad rayon şöbəsinin müdiri Mahmud İsrəfilov, Qaralar bələdiyyəsinin üzvü Kamran Nuriyev və Qaralar kənd sakini İddiaçı öz imzaları ilə təsdiq edərək, Qaralar Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 17/1 saylı iclasında bələdiyyənin kənd təsərrüfatına yararlı ərazisindən 8.0 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün Qaralar kənd sakini İddiaçı icarəsinə verilməsi qərara alınmışdır. - İşdə olan DTXK-nın Sabirabad rayon şöbəsinin xx.xx.2004-cü il tarixli 3/9 nömrəli RƏY-də göstərilmişdir ki, Sabirabad rayonu Qaralar bələdiyyəsi 11 dekabr 2004-cü il tarixli 17 saylı iclasında bələdiyyənin kənd təsərrüfatına şərti yararsız ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün Qaralar kənd sakini İddiaçı xüsusi mülkiyyətinə 11.8 ha torpaq sahəsinin satılması ilə bağlı müvafiq qərar qəbul edilmişdir. Xüsusi mülkiyyətə satılması nəzərdə tutulan torpaq sahəsi 11.8 heku. olmaqla, hamısı kənd təsərrüfatına şərti yararsız torpaq sahəsidir. Bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmetidir. - İşdə olan Qaralar Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli torpaqların alqı-satqısına dair aktdan görünür ki, Qaralar Bələdiyyəsi ilə İddiaçı arasında müqavilə bağlanmış, İddiaçı 11,8 ha torpaq sahəsi satılmış, əvvəlcədən 1975 manat ödəniş etmişdir. - İşdə olan Sabirabad rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığl xx.xx.2022-ci il tarixli, 96 nömrəli məktubunda göstərilmişdir ki, Qaralar bələdiyyəsinin sənədləri mühafizə üçün Sabirabad rayon Dövlət Arxivinə təhvil verilməmişdir. - İşdə olan Qaralar Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 132 nömrəli məktubunda göstərilmişdir ki, 17 saylı qərarın və xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinin xx.xx.2004- cü tarixli 17/1 saylı qərarının və xx.xx.2004 cü il tarixli icarə müqaviləsinin və həmin sənədlərin tərtib edilməsində əsas olan sənədlər, torpaq sahələrinin yerquruluşu planları, xx.xx.2004-cü il tarixli arayış, DTXK-nin Sabirabad Rayon Şöbəsinin xx.xx.2004cü il tarixli, 3/9 saylı rəy və s. sənədlərin sürətlərin təsdiq olunub təqdim edilmişdir. - İşdə olan xx.xx.2004 cü il tarixli icarə müqaviləsindən görünür ki, Sabirabad rayonu Qaralar Bələdiyyəsi ilə İddiaçıxx.xx.2004- cü tarixli 17\1 saylı qərar əsasında aralarında müqavilə bağlayaraq sahəsi 8.0 hektar olan torpaq sahəsini o cümlədən su ilə örtülmüş sahəsi 8.0 hektar olan ərazini İddiaçı 99 il istifadəsinə vermişdir. - İşdə olan ünvan 6 ünvanladığı xx.xx.2024-cü il tarixli 5-70-25/2-01/2024 nömrəli məktubunda göstərilmişdir ki, X4 Sabirabad rayonu Qaralar bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 17 saylı qərarı və xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsi əsasında satılmış 11.80 ha torpaq sahəsi və Sabirabad rayonu Qaralar bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 17/1 saylı qərarı və xx.xx.2004 cu il tarixli icarə müqaviləsi əsasında icarəyə verilmiş 8.ha torpaq sahəsi hal-hazırda İddiaçı istifadəsindədir. - İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3- 21-3-38/2-1798/2024 nömrəli məktubunda göstərilmişdir ki, baza məlumatlarına əsasən İddiaçı istifadəsində olan torpaq sahələri digər şəxlərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməsinə baxmayaraq vətəndaşların mülkiyyətində olan torpaq sahələrinin faktiki istifadə vəziyyəti ilə heç bir üst-üstə düşmə halı mövcud deyil. Vətəndaşların mülkiyyətində olan pay torpaq sahələrinin faktiki istifadə vəziyyəti ilə uçot məlumatları arasında mövcud olan uyğunsuzluqların yerquruluşu qaydasında ardan qaldırılması və X6 X7 dürüstləşdirilməsi istiqamətində Sabirabad rayonu Qaralar kəndi ərazisində nümayəndələrin iştirakı çöl-ölçmə işləri aparılmış və müvafiq akt tərtib olunmuşdur. Halhazırda Sabirabad rayonu Qaralar kəndində aparılmış çöl ölçmə işlərinin nəticəsinə uyğun olaraq X6 X7 düzəlişlərin aparılması istiqamətində müvafiq tədbirlər görülür. X6 X7 müvafiq düzəlişlər edildikdən sonra bu barədə əlavə məlumat veriləcəkdir. - İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********58 nömrəli məktubunda göstərilmişdir ki, JN-7034 (kod ********) nömrəli Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamənin təsdiq olunmuş surəti sizə təqdim olunur. JN-7034 (kod ********) nömrəli Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamənin icarə müddəti bitdiyi üçün (01,09.2004-cü il tarixindən 15 illik icarə müqaviləsinə əsasən) hüquqi qüvvəsini itirmişdir. Şəhadətnamənin verilməsinə səbəb olan sənədlər idarəyə təhvil verilməyib. - İşdə olan JN-7034 (kod ********) nömrəli Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2005-ci il tarixdə Sabirabad rayonu Qaralar Bələdiyyəsinin torpaq sahəsindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün İddiaçı mülkiyyətinə 15 il müddətinə 18.0 hektar torpaq sahəsi müvəqqəti istifadə üçün verilmişdir. - İşdə olan Sabirabad rayon məhkəməsinin xx.xx.2003-cü il tarixli, 2-25/2003 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Babaşov Rasim İsmayıl oğlunun ona verilmiş torpağa mülkiyyət hüququna dair J№-0223 seriyalı, kod №-si 90912018 olan Dövlə Aktının qeydiyyata alınmasına görə DTXK Sabirabad rayon şöbəsinin müdiri M.İsrafilovun hərəkətlərindən şikayətə dair xüsusi iddiası rədd edilmişdir. Qarşılıqlı iddia təmin edilərək Sabirabad rayonu X9 xx.xx.2000-ci il tarixli, 09 saylı R.Babaşova bələdiyyə ehtiyyat fondundan baş sxemdə 37-ci sahədən pay torpağı ayrılması haqqında qərarı və R.Babaşova verilən torpağa mülkiyyət hüququna dair Y№-0223 seriyalı, kod №-si 90912013 olan Dövlət Aktı etibarsız hesab edilməsi qərara alınmışdır. - İşdə olan Sabirabad rayon məhkəməsinin xx.xx.2003-cü il tarixli, 2-29/2003 nömrəli qətnaməsindən görünür ki, Sabirabad rayonu Qaralar bələdiyyəsinin sədri X1 qanunsuz hərəkət və hərəkətsizliyi nəticəsinsə şəxsə dəymiş 22825000 iyirmi iki milyon səkkiz yüz iyirmi beş manat məbləğində zərər AR Sabirabad rayon Qaralar kənd bələdiyyəsinin hesabından alınaraq Qaralar kənd sakini, bələdiyyə üzvü İddiaçı ödənilməsi qərara alınmışdır. - İşdə olan Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2003-cü il tarixli 1mk-1474/2002 nömrəli qətnaməsindən görünür ki, Sabirabad rayon məhkəməsinin 29 yanvar 2003-cü i! tarixli qətnaməsində dəyişiklik edilərək, Sabirabad rayon Qaralar Bələdiyyəsinin sədri X1 qanunsuz hərəkətlərindən iddiaçıya dəymiş ******* (yeddi milyon dörd yüz qırx bır min aitı yüz altı) manat zərər Sabirabad rayon Qaralar kənd Bələdiyyəsinin hesabından alınaraq İddiaçı verilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin Sabirabad rayon Qaralar Bələdiyyəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-3-38/2-4714/2024 nömrəli məktubunda göstərilmişdir ki, Sabirabad rayonu Qaralar bələdiyyəsinin mülkiyyətində olan JN-7034 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə” ilə İddiaçı ayrılmış 18.0 ha torpaq sahəsi ilə JN 0223 və JN 0224 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktları ilə Babaşov Rasim İsrayıl oğlunun və Babaşov Babaş İsrayıl oğlunun mülkiyyətlərinə verilmiş pay torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi və torpaq sahəsinin yüklülüyü ilə bağlı məlumat verilməsi barədə müraciətinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən baxılmışdır. X6 X10 əsasən aparılan araşdırma zamanı JN-7034 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə” ilə İddiaçı ayrılmış 18.0 ha torpaq sahəsi ilə JN 0223 və JN 0224 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Akfları ilə Babaşov Rasim İsrayıl oğlunun və Babaşov Babaş israyıl oğlunun mülkiyyətlərinə verilmiş pay torpaq sahələrinin üst-üstə düşmədiyi müəyyən olunmuşdur. Sözügedən 18.0 ha torpaq sahəsi üzərində digər şəxslərə aid istifadə və ya icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2262/2022 saylı, 08,12.2022-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/5634 nömrəli məktubu ilə, xx.xx.2023-cü il tarixli, 10/5634 №-li ekspert rəyi məhkəməyə ünvanlanmışdır. Həmin ekspert rəyinin nəticə hissəsi aşağıdakı kimi göstərilmişdir: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Elçin Kərimovun tərtib etdiyi 10 iyul 2023-cü il tarixli, 3-21-3-38/2-1719/2023 saylı mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir: Sabirabad rayonu Qaralar bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 17 saylı qərarı ilə İddiaçı ayrılmış 11.80 ha torpaq sahəsinin ilkin torpaqayırma sənədləri əsasında əraziyə baxış keçirilən, mütəxəssis tərəfindən ölçülən və onun faktiki istifadəsində olan 12.15 ha müəyyən edilən (1.8 ha, 6.28 ha, 1.66 ha, 2.41 ha) torpaq sahəsinin döngə nöqtələrinin koordinatları naturada (yerdə) müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Sabirabad rayonu Qaralar bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 17 saylı qərarı ilə İddiaçı ayrılmış 11.80 ha torpaq sahəsinin ilkin torpaqayırma sənədləri əsasında naturada (yerdə) müəyyən edilən və onun faktiki istifadəsində olan 12.15 ha müəyyən edilən (1.8 ha, 6.28 ha, 1.66 ha, 2.41 ha) torpaq sahəsinin hal-hazırdakı vəziyyəti 1.8 ha və 6.28 ha torpaq sahəsinin mülkiyyətibələdiyyə, kateqoriyası- ehtiyat fond torpaqları, uqodiyası- əkin, 1.66 ha və 2.41 ha torpaq sahəsinin isə mülkiyyəti- xüsusi, kateqoriyası- kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası-əkin torpaq sahəsidir. Sabirabad rayonu Qaralar bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 17/1 saylı qərarı ilə İddiaçı ayrılmış 8.0 ha torpaq sahəsinin ilkin torpaqayırma sənədləri əsasında əraziyə baxış keçirilən və onun faktiki istifadəsində olan 8.0 ha (5.5 ha və 2.5 ha) müəyyən edilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları naturada (yerdə) müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Sabirabad rayonu Qaralar bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 17/1 saylı qərarı ilə İddiaçı ayrılmış 8.0 ha torpaq sahəsinin ilkin torpaqayırma sənədləri əsasında naturada (yerdə) müəyyən edilən və onun faktiki istifadəsində olan 8.0 ha müəyyən edilən (5.5 ha və 2.5 ha) torpaq sahəsinin hal-hazırdakı vəziyyəti- 5.5 ha torpaq sahəsinin mülkiyyəti- bələdiyyə, kateqoriyası- ehtiyat fond torpaqları, uqodiyası- əkin, 2.5 ha torpaq sahəsinin isə mülkiyyəti- bələdiyyə, kateqoriyası- yaşayış məntəqələri torpaqları, uqodiyası- əkin torpaq sahəsidir. Sabirabad rayonu Qaralar bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 17 saylı qərarı ilə İddiaçı ayrılmış 11.80 ha torpaq sahəsinin ilkin torpaqayırma sənədlərində göstərilən torpaq sahəsi ilə 12.15 ha faktiki istifadə edilən torpaq sahəsi arasında qismən uyğunsuzluq mövcuddur. Sabirabad rayonu Qaralar bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 17/1 saylı qərarı ilə İddiaçı ayrılmış 8.0 ha torpaq sahəsinin ilkin torpaqayırma sənədlərində göstərilən torpaq sahəsi ilə 8.0 ha faktiki istifadə edilən torpaq sahəsi arasında heç bir uyğunsuzluq aşkar edilmədi. Sabirabad rayonu Qaralar bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 17 saylı qərarı ilə İddiaçı ayrılmış 11.80 ha torpaq sahəsinin ilkin torpaqayırma sənədləri əsasında əraziyə baxış keçirilən və onun faktiki istifadəsində olan 12.15 ha müəyyən edilən torpaq sahəsinin 1.66 hektarı və 2.41 hektarı digər şəxslərin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı-əkin (pay) torpaq sahəsi ilə üst-üstə düşür. Lakin iddiaçının istifadəsində olan 8.0 ha torpaq heç bir şəxsin istifadəsinə və sahibliyində olan torpaq sahəsi ilə üst-üstə düşmür. 12.15 ha və 8.0 ha torpaq sahələri bütövlükdə İddiaçı istifadəsində olduğu müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sabirabad rayonu Qaralar Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 17 saylı iclas protokolundan çıxarış əsasında bələdiyyənin kənd təsərrüfatına şərti yararsız ərazisindən 11,80 ha torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsi qərara alınmışdır. xx.xx.2004-cü il tarixdə tərəflər arasında torpaqların alqı-satqı aktı bağlanmış, 11.8 ha torpaq sahəsi İddiaçı satılmışdır. Sabirabad rayonu Qaralar Bələdiyyəsinin Azərbaycan Respublikası Dövlət Torpaq və X2 Rayon Şöbəsinə ünvanladığı xx.xx.2004-cü il tarixli məktubu, DT XK-nin Sabirabad rayon şöbəsinin müdiri Mahmud İsrəfilov, Qaralar bələdiyyəsinin üzvü Kamran Nuriyev və Qaralar kənd sakini İddiaçı öz imzaları ilə təsdiq edərək, Qaralar Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 17 saylı iclasında bələdiyyənin kənd təsərrüfatına şərti yararsız ərazisindən 11,8 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün Qaralar kənd sakini İddiaçı xüsusi mülkiyyətinə satılması qərara alınması barədə xx.xx.2004-cü il tarixli akt, mübahisəli torpaq sahəsinin yerquruluşu planı, xx.xx.2004-cü il tarixli arayış, DTXK-nin Sabirabad Rayon Şöbəsinin xx.xx.2004-cü il tarixli, 3/9 saylı rəy təqdim edilmişdir. Həmçinin Sabirabad rayonu Qaralar Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 17/1 saylı iclas protokolundan çıxarışda göstərilmişdir ki, Qaralar kənd sakini İddiaçı müraciəti nəzərə alınaraq, bələdiyyənin kənd təsərrüfatına yararlı ərazisindən 8.0 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün Qaralar kənd sakini İddiaçı icarəsinə verilməsi qərara alınmışdır. xx.xx.2004 cü il tarixli icarə müqaviləsinə əsasən, Sabirabad rayonu Qaralar Bələdiyyəsi ilə İddiaçı xx.xx.2004-cü tarixli 17/1 saylı qərar əsasında aralarında müqavilə bağlayaraq sahəsi 8.0 hektar olan torpaq sahəsini o cümlədən su ilə örtülmüş sahəsi 8.0 hektar olan ərazini İddiaçı 99 il istifadəsinə vermişdir. Sabirabad rayonu Qaralar Bələdiyyəsinin Azərbaycan Respublikası Dövlət Torpaq və X2 Rayon Şöbəsinə ünvanladığı xx.xx.2004-cü il tarixli məktubu, DT XK-nin Sabirabad rayon şöbəsinin müdiri Mahmud İsrəfilov, Qaralar bələdiyyəsinin üzvü Kamran Nuriyev və Qaralar kənd sakini İddiaçı öz imzaları ilə təsdiq edərək, Qaralar Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 17/1 saylı iclasında bələdiyyənin kənd təsərrüfatına yararlı ərazisindən 8.0 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün Qaralar kənd sakini İddiaçı icarə verilməsi barədə xx.xx.2004-cü il tarixli akt, mübahisəli torpaq sahəsinin yerquruluşu planı təqdim edilmişdir. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları əsasında qiymətləndirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AzərbaycanRespublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanına əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AzərbaycanRespublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestri Azərbaycan RespublikasınınDaşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilir və aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı isə cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas müəyyən edilmədi. Bunun əksi olaraq sözügedən, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahələri üzərində mülkiyyət və icarə hüququnun qeydə alınması üçün kifayət qədər faktiki və hüquqi əsaslar müəyyən olunmuşdur. Belə ki, cavabdeh orqan tərəfindən iddiaçıya ərizəsindən imtina edilərək göstərilmişdir ki, 8.0 ha torpaq sahəsinə dair Sabirabad rayonu, Qaralar Bələdiyyəsinin xx.xx.2004-cu il tarixli 12 saylı qərarı və xx.xx.2004-cü il tarixli 5 saylı icarə müqaviləsi ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən uçotu aparılmiş və 15 il müddətinə JN-7034 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə” sənədi tərtib edilmişdir. Həmin müddəti bitmiş JN-7034 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə” sənədi elektron məlumat bazasından silindikdən sonra, müraciətdə göstərilən torpaq sahəsi üzərində ilkin prosedur qaydasında bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq hərrac və ya müsabiqəyə çıxarılır. Faktiki istifadə etdiyi torpaq sahəsinin bir hissəsi digər şəxslərin mülkiyyətində olan və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən uçotu aparılmış torpaq sahələri ilə üst-üstə düşür. Təqdim etdiyi xx.xx.2004-cü il tarixli 10 nömrəli torpaq icarəsi müqaviləsi və xx.xx.2004-cü il tarixli 91 nömrəli “Torpaqların alqı satqısına dair akt” sənədləri barədə məlumatlar 13 saylı Şirvan Ərazi İdarəsinə Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş arxiv məlumatlarında aşkar edilməmişdir. Məhkəmə tərəfindən ilk öncə qeyd edilir ki, mübahisəli torpaq sahələrinə dair Bələdiyyə tərəfindən əsli ilə düzdür qeyd edilərək, möhürlənmiş hüquqmüəyyənedici sənədlər təqdim edilmişdir. Məhkəmə tərəfindən həmçinin bildirilir ki, qərar və icarə müqaviləsinin 13 saylı Şirvan Ərazi İdarəsinə Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş arxiv məlumatlarında aşkar edilməməsində iddiaçının təqsiri yoxdur, buna görə onun ziyanına şərh edilməməlidir. Həmçinin məhkəmə tərəfindən nəzərə çatdırılır ki, cavabdeh orqan tərəfindən imtina məktubunda qeyd edilən 8.0 ha torpaq sahəsinə dair Sabirabad rayonu, Qaralar Bələdiyyəsinin xx.xx.2004-cu il tarixli 12 saylı qərarı və xx.xx.2004-cü il tarixli 5 saylı icarə müqaviləsi ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən uçotu aparılmiş və 15 il müddətinə JN-7034 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə” hüquqi qüvvəsini itirməsi və Həmin müddəti bitmiş JN-7034 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə” sənədi elektron məlumat bazasından silindikdən sonra, müraciətdə göstərilən torpaq sahəsi üzərində ilkin prosedur qaydasında bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq hərrac və ya müsabiqəyə çıxarılmalı olması barədə məlumat öz əksini tapmışdır. İddiaçı Sabirabad rayonu Qaralar bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 17 saylı qərarı və xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsi əsasında satılmış 11.80 ha torpaq sahəsi və Sabirabad rayonu Qaralar bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 17/1 saylı qərarı və xx.xx.2004 cu il tarixli icarə müqaviləsi əsasında icarəyə verilmiş 8.ha torpaq sahəsi hal-hazırda İddiaçı istifadəsindədir. Cavabdeh orqan tərəfindən həmçinin göstərilmişdir ki, faktiki istifadə etdiyi torpaq sahəsinin bir hissəsi digər şəxslərin mülkiyyətində olan və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən uçotu aparılmış torpaq sahələri ilə üst-üstə düşür. Məhkəmə təqdim edilmiş mütəxəssis rəyi və ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Sabirabad rayonu Qaralar bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 17 saylı qərarı ilə İddiaçı ayrılmış 11.80 ha torpaq sahəsinin ilkin torpaqayırma sənədlərində göstərilən torpaq sahəsi ilə 12.15 ha faktiki istifadə edilən torpaq sahəsi arasında qismən uyğunsuzluq mövcuddur. Sabirabad rayonu Qaralar bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 17/1 saylı qərarı ilə İddiaçı ayrılmış 8.0 ha torpaq sahəsinin ilkin torpaqayırma sənədlərində göstərilən torpaq sahəsi ilə 8.0 ha faktiki istifadə edilən torpaq sahəsi arasında heç bir uyğunsuzluq aşkar edilmədi. Sabirabad rayonu Qaralar bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 17 saylı qərarı ilə İddiaçı ayrılmış 11.80 ha torpaq sahəsinin ilkin torpaqayırma sənədləri əsasında əraziyə baxış keçirilən və onun faktiki istifadəsində olan 12.15 ha müəyyən edilən torpaq sahəsinin 1.66 hektarı və 2.41 hektarı digər şəxslərin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı-əkin (pay) torpaq sahəsi ilə üst-üstə düşür. Lakin iddiaçının istifadəsində olan 8.0 ha torpaq heç bir şəxsin istifadəsinə və sahibliyində olan torpaq sahəsi ilə üst-üstə düşmür. 12.15 ha və 8.0 ha torpaq sahələri bütövlükdə İddiaçı istifadəsində olduğu müəyyən edilmişdir. Məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin mühəndisi P.Gülalıyev, 13 saylı Şirvan Ərazi idarəsinin mühəndisi S.Nuriyev, Qaralar İƏD üzrə icra nümayəndəsi İddiaçı, Qaralar bələdiyyəsinin sədri N.Məmmədov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli akta əsasən müəyyən olunmuşdur ki, pay torpaq sahələrinin faktiki istifadə vəziyyəti ilə uçot məlumatları arasında mövcud olan uyğunsuzluqların (sərhəd,yerləşmə və konfiqurasiya fərqlərinin) yerquruluşu qaydasında aradan qaldırılması və X6 X7 dürüstləşdirilməsi işlərinə kömək məqsədilə Sabirabad rayonu Qaralar kənd inzibati ərazi dairəsində (X16 Qəfərli Ərazi Vahidləri) vətəndaşların faktiki istifadəsində olan pay torpaq sahəsində GPS aləti vasitəsi ilə ölçü işləri aparılmış və ərazinin koordinatları müəyyənləşdirilmişdir. Vətəndaşların faktiki istifadəsində olan torpaq sahələrinin koordinatlarına uyğun elektron uçot məlumatlarında düzəlişlərin aparılması məqsədəmüvafiq hesab edilir. Vətəndaşların faktiki istifadəsinə uyğun pay torpaq sahələrinə dair razılaşma siyahısı akta əlavə olunur. 13 saylı Şirvan Ərazi idarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, X6 X10 əsasən aparılan araşdırma zamanı JN-7034 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə” ilə İddiaçı ayrılmış 18.0 ha torpaq sahəsi ilə JN 0223 və JN 0224 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Akfları ilə Babaşov Rasim İsrayıl oğlunun və Babaşov Babaş İsrayıl oğlunun mülkiyyətlərinə verilmiş pay torpaq sahələrinin üst-üstə düşmədiyi müəyyən olunmuşdur. Sözügedən 18.0 ha torpaq sahəsi üzərində digər şəxslərə aid istifadə və ya icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçı tərəfindən məhkəməyə məlumat verilmişdir ki, Babaşov Rasim İsrayıl oğlu və Babaşov Babaş İsrayıl oğluna ayrılmış torpaq sahələri üzrə hər hansı mübahisə qalmamışdır. Mübahisəli torpaq sahələri İddiaçı faktiki istifadəsindədir, torpaq sahələrinə dair vergilər və digər ödənişlər onun tərəfindən həyata keçirilir, torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlər hal-hazırda qüvvədədir. Cavabdeh inzibati orqan tərəfindən Sabirabad rayonu Qaralar bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 17 saylı qərarı, Sabirabad rayonu Qaralar bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 17/1 saylı qərarının qanunsuz olmasını, iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasına maneələr törətməsini nə inzibati icraatı aparıldığı müddətdə, nədə məhkəmə iclaslarında sübuta yetirə bilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İş materiallarına əlavə edilmiş sənədlərlə (Sabirabad rayonu Qaralar Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 17 saylı iclas protokolundan çıxarış, 11.8 ha torpaq sahəsinin satılması barədə xx.xx.2004-cü il tarixli torpaqların alqı-satqı aktı, Sabirabad rayonu Qaralar Bələdiyyəsinin Azərbaycan Respublikası Dövlət Torpaq və X2 Rayon Şöbəsinə ünvanladığı xx.xx.2004-cü il tarixli məktubu, 11,8 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün Qaralar kənd sakini İddiaçı xüsusi mülkiyyətinə satılması qərara alınması barədə xx.xx.2004-cü il tarixli akt, mübahisəli torpaq sahəsinin yerquruluşu planı, xx.xx.2004-cü il tarixli arayış, DTXK-nin Sabirabad Rayon Şöbəsinin xx.xx.2004-cü il tarixli, 3/9 saylı rəy) Sabirabad rayonu, Qaralar kəndində yerləşən 11.80 ha torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsi übut olunur və cavabdeh bu əsasla iddiaçının hüquqlarını dövlət reyestrində qeydə almaqdan imtina etməklə onun hüquqlarını pozmuşdur. İş materiallarına əlavə edilmiş sənədlərlə (Sabirabad rayonu Qaralar Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 17/1 saylı iclas protokolundan çıxarış, sahəsi 8.0 hektar olan torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2004-cü il tarixli icarə müqaviləsi, Sabirabad rayonu Qaralar Bələdiyyəsinin Azərbaycan Respublikası Dövlət Torpaq və X2 Rayon Şöbəsinə ünvanladığı xx.xx.2004-cü il tarixli məktubu, DT XK-nin Sabirabad rayon şöbəsinin müdiri Mahmud İsrəfilov, Qaralar bələdiyyəsinin üzvü Kamran Nuriyev və Qaralar kənd sakini İddiaçı öz imzaları ilə təsdiq edərək, Qaralar Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 17/1 saylı iclasında bələdiyyənin kənd təsərrüfatına yararlı ərazisindən 8.0 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün Qaralar kənd sakini İddiaçı icarə verilməsi barədə xx.xx.2004-cü il tarixli akt, mübahisəli torpaq sahəsinin yerquruluşu planı) Sabirabad rayonu, Qaralar kəndində yerləşən 8.0 ha torpaq sahəsinin İddiaçı icarəsinə verilməsi sübut olunur və cavabdeh bu əsasla iddiaçının hüquqlarını dövlət reyestrində qeydə almaqdan imtina etməklə onun hüquqlarını pozmuşdur. Əlavə olaraq məhkəmə qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia olduğundan hazırkı qərarın inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin hazırkı iş üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyindən belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İşə baxılarkən və ekspert rəyinə əsasən, cavabdeh sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasına dair dövlət reyestrindən çıxarışın verilməsini istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etsə də, bunu sübut edə bilməmişdir. Məhkəmə qanunçuluq və etimad prinsipinə əsaslanaraq onu da qeyd edir ki, iddiaçının adına tərtib edilmiş Sabirabad rayonu Qaralar Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 17 saylı iclas protokolundan çıxarış, 11.8 ha torpaq sahəsinin satılması barədə xx.xx.2004-cü il tarixli torpaqların alqı-satqı aktı, Sabirabad rayonu Qaralar Bələdiyyəsinin Azərbaycan Respublikası Dövlət Torpaq və X2 Rayon Şöbəsinə ünvanladığı xx.xx.2004cü il tarixli məktubu, 11,8 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün Qaralar kənd sakini İddiaçı xüsusi mülkiyyətinə satılması qərara alınması barədə xx.xx.2004-cü il tarixli akt, mübahisəli torpaq sahəsinin yerquruluşu planı, xx.xx.2004-cü il tarixli arayış, DTXK-nin Sabirabad Rayon Şöbəsinin xx.xx.2004-cü il tarixli, 3/9 saylı rəy, Sabirabad rayonu Qaralar Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 17/1 saylı iclas protokolundan çıxarış, sahəsi 8.0 hektar olan torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2004-cü il tarixli icarə müqaviləsi, Sabirabad rayonu Qaralar Bələdiyyəsinin Azərbaycan Respublikası Dövlət Torpaq və X2 Rayon Şöbəsinə ünvanladığı xx.xx.2004cü il tarixli məktubu, 8.0 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün Qaralar kənd sakini İddiaçı icarə verilməsi barədə xx.xx.2004-cü il tarixli akt, mübahisəli torpaq sahəsinin yerquruluşu planı mübahisələndirilmədiyindən, hər hansı orqan tərəfindən ləğv və ya etibarsız hesab edilmədiyindən həmin sənədlərin qanuniliyini şübhə altına almaq düzgün deyildir. Məhkəmə tərəfindən Sabirabad rayonu Qaralar Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 17 saylı iclas protokolundan çıxarış, 11.8 ha torpaq sahəsinin satılması barədə xx.xx.2004-cü il tarixli torpaqların alqı-satqı aktı, Sabirabad rayonu Qaralar Bələdiyyəsinin Azərbaycan Respublikası Dövlət Torpaq və X2 Rayon Şöbəsinə ünvanladığı xx.xx.2004cü il tarixli məktubu, 11,8 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün Qaralar kənd sakini İddiaçı xüsusi mülkiyyətinə satılması qərara alınması barədə xx.xx.2004-cü il tarixli akt, mübahisəli torpaq sahəsinin yerquruluşu planı, xx.xx.2004-cü il tarixli arayış, DTXK-nin Sabirabad Rayon Şöbəsinin xx.xx.2004-cü il tarixli, 3/9 saylı rəy, Sabirabad rayonu Qaralar Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 17/1 saylı iclas protokolundan çıxarış, sahəsi 8.0 hektar olan torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2004-cü il tarixli icarə müqaviləsi, Sabirabad rayonu Qaralar Bələdiyyəsinin Azərbaycan Respublikası Dövlət Torpaq və X2 Rayon Şöbəsinə ünvanladığı xx.xx.2004cü il tarixli məktubu, 8.0 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün Qaralar kənd sakini İddiaçı icarə verilməsi barədə xx.xx.2004-cü il tarixli akt, mübahisəli torpaq sahəsinin yerquruluşu planı mötəbər sübut kimi qəbul edilmişdir. «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanına əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AzərbaycanRespublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilir və aparılır. bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətləri nəzərə alınmaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətləri "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimləyir. Həmin Qanunun: -6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. -6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. -6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin:- -1 -ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. -7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşutəsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. -16-cı bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin İ0-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. -17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. -18-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. -19-cu bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. -21 -ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. -23-cü bəndinə əsasən bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. -27-ci bəndinə əsasən torpağa mülkiyyət, istifadə və icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən sənəd qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Yuxarıda istinad olunan normaların məzmunundan da göründüyü kimi, bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət hüququ ilə hüquqi və fiziki şəxslərə verilən zaman bələdiyyə torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alqı-satqı müqaviləsi bağlanılmalıdır. Bunun əksi olaraq sözügedən, cavabdeh inzibati orqanın iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün kifayət qədər faktiki və hüquqi əsaslar müəyyən olunmuşdur. "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə "Azərbaycan Respublikasında X6 X13nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilmişdir. Həmin Fərmanın 2-ci bəndində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır ki: 2.3. X6 X13nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra - ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, X6 X7 zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; 2.4. X6 X10 ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin. "Azərbaycan Respublikasında X6 X13nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”nın:- 2.2-ci bəndinə əsasən kameral hazırlıq işləri zamanı aşağıdakı plan-kartoqrafik materialların və uçot məlumatlarının toplanması, sistemləşdirilməsi, təhlili aparılır və onlar çöl işlərinin icrası zamanı istifadə üçün hazırlanır: 2.2.5. torpaqların texniki uçotunun nəticələrinə dair əvvəlki illərə aid hesabatlar və yerquruluşu planları; 2.2.6.mülkiyyətdə, istifadədə və icarədə olan torpaq sahələri və onların üzərində mövcud olan daşınmaz əmlak haqqında daşınmaz əmlakın dövlət reyestrində, yerli icra hakimiyyəti başçılarının kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri tərəfindən aparılan təsərrüfatbaşına kitablarda saxlanılan məlumatlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43.3-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi yerquruluşu işlərinə aid edilmişdir. İstinad olunan qanunvericilik normalarından da göründüyü kimi torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi Əmlak Məsələləri Dövlət Komitəsinin səlahiyyətlərinə aid edilmişdir. Qeyd olunan normaların tələbləri baxımından məhkəmə hesab edir ki, bələdiyyə mülkiyyətində olmuş və hazırda da qüvvədə olan bələdiyyə qərarı ilə satılmış torpaq sahələrinin sonradan "X8 X13” işlənərkən dövlət mülkiyyəti kimi bazaya işlənməsi bu sahə üzrə səlahiyyətli qurumun səhvi və yaxud yanlış hərəkətinin nəticəsi olduğundan hazırda müvafiq düzəlişin edilməsi də həmin qurumun öhdəliyi kimi nəzərə alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İş materiallarına əlavə edilmiş sənədlər Qaralar kəndində yerləşən 11.80 ha torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi və 8 ha torpaq sahəsinin iddiaçının icarəsinə verilməsi sübut olunur və cavabdeh bu əsasla iddiaçının hüquqlarını dövlət reyestrində qeydə almaqdan imtina etməklə onun hüquqlarını pozmuşdur. Ona görə də, qeyd olunanlar iddiaçının hüquqlarının qeydiyyata alınmasından imtina üçün əsas vermir. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanuna ziddir və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinası əsassızdır. Beləliklə də məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin edilməsindən imtina etməsində heç bir qanuni əsas müəyyən edilmədi. Bunun əksi olaraq iddiaçının tələbinin qanuni və əsaslı olduğu müəyyən edildi. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında (İatridis Yunanıstana qarşı, Beyeler İtaliyaya qarşı, “X14 S.C.” və başqaları Belçikaya qarşı) göstərilmişdir ki, “mülkiyyət” və «əmlak» anlayışları müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da “mülkiyyət hüquqları” hesab edilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin məqsədləri baxımından həmin hüquqlar və maraqlar da mülkiyyət sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi öz qərarlarında hər hansı tikiliyə mülkiyyət hüququnun tanınması zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin maraqları arasında ədalətli tarazlığın nəzərə alınmasını zəruri hesab edir. “Önəryıldızın Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarını nümunə göstərmək olar. Ərizəçi (Önəryıldız) 1988-ci ildə Umraniyədə (İstanbul) dövlətə məxsus torpaq sahəsində yerləşən və tullantıların atıldığı zibilliyin yaxınlığında özünün və ailəsinin yaşadığı ev (daxma) tikmiş, 1993-cü ilədək orada yaşamışdır. Ərizəçi öz ərizəsində göstərmişdir ki, öz evindən davamlı surətdə və kifayət qədər uzun müddət ərzində istifadə etdiyinə görə evin mülkiyyətçisi hesab edilməlidir. Ərizəçinin fikrincə, insanlar yoxsul evlərində məskunlaşarkən, dövlət orqanlarının buna müdaxilə etməməsi və ən zəruri xidmətlərin dövlət tərəfindən təchiz edilməsi və hər şeydən əvvəl tikinti aparılan sahələrdə potensial seçiciləri razı salmaq üçün zaman keçdikcə qəbul edilən, yoxsul evlərinə aid məsələləri tənzimləyən qanunlar belə güman etməyə əsas vermişdir ki, onun mülkiyyət hüququ susmaq yolu ilə təsdiq edilib. Hökumət isə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsini pozan hər hansı müdaxilənin baş verdiyini inkar edərək ərizəçinin mənzilini «ikiqat qanunsuz» hesab etmişdir. Birincisi, ev icazəsiz tikildiyinə görə «mülkiyyət hüququnu» əmələ gətirə, yaxud sözügedən müddəanın məqsədləri baxımından «mülkiyyət» təşkil edə bilməz; bundan başqa, bu cür hüququn istər susma yolu ilə, istərsə də aydın ifadə edilmə vasitəsilə daxili qanunvericilikdə tanınacağı heç vaxt gözlənilməyib. İkincisi, ərizəçi tutmuş olduğu torpaq üzərində hər hansı hüquqa malik olduğunu iddia edə bilməz, çünki həmin torpaq dövlətin mülkiyyətindədir. Avropa İnsan Hüquqları Məhkəməsi özbaşına tutulmuş torpaq sahəsində ərizəçinin tikdiyi evlə əlaqədar bunları qeyd etmişdir; «Ərizəçi 1988-ci ildən bəri dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşamışdır, bu, o demək idi ki, o, digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını orada yerləşdirə bilərdi. Ərizəçi orada sosial mühit, habelə ailə mühiti yaratmışdı və 28 aprel 1993-cü il tarixli bədbəxt hadisəyə qədər özünün və ailəsinin elə həmin yerdə qalacağına ümüd etməsinə mane olan heç nə yox idi. Bu amillər və məsələn, adekvat tədbirlərin görülməsi Önəryıldızın vəziyyətinə dövlət orqanlarının dolayısı ilə dözümlülük nümayiş etdirməsi deməkidi». Həmin işdə Avropa İnsan Hüquqları üzrə Məhkəməsi «Mülkiyyətin mövcud olub-olmaması barədə» qərarının B bəndinin 2-ci hissəsində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər və beləliklə, onlar sözügedən müddəanın məqsədləri baxımdan «mülkiyyət» sayıla bilərlər. Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avdanlıqların sahibi idi və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsus idi. 1988-ci ildən bəri o, dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşayırdı, bu o, demək idi ki, o digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını yerləşdirə bilərdi. Ərizəçi orada sosial, habelə ailə mühiti yaratmışdır. Yekun olaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərara almışdır; «Məhkəmə hesab edir ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə ordakı yaşayış yeri, onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə «Sporrinq və Lonnort İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi qiymətləndirmişdir. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 19 noyabr 2021-ci il tarixli qərarına qeyd etmişdir ki, “Torpaq sahəsinin planlaşdırılması layihəsinin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaması və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən torpaq sahəsinin yerquruluşu işlərinin (planlama) aparılmamasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir. Bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publikhüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarınınrəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyətiorqanlarınınrəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. O da göstərilməlidir ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri). Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir.” “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. İddiaçı ərizə təqdim edərək, ekspert xərcinin ona aid edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, prosessual xərc - məhkəmə ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Sabirabad rayonu Qaralar Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 17 saylı iclas protokolundan çıxarış əsasında satılmış Qaralar kəndində yerləşən 11,80 ha (yeni qaydalarda ünvanları nəzərə alınmaqla) torpaq sahəsinin İddiaçı adına mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestdən çıxarışın verilməsi və Sabirabad rayonu Qaralar bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 17/1 saylı iclas protokolundan çıxarış əsasında 99 il müddətinə icarəyə verilmiş 8.0 ha (yeni qaydalarda ünvanları nəzərə alınmaqla) torpaq sahəsinin İddiaçı adına icarə hüququnun dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab №AZ43CTRE********************) köçürülsün. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğugündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-282/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-282/2024
18.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver