Məhkəmə qərarları › İş №2-1(120)-283/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-283/2021

31.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-283/2021 31.03.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, Cavabdeh Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı «xx.xx.2020-ci il tarixli **********0 saylı qərarın ləğv edilməsi» tələbinə dair işə Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, 6 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********0 saylı qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsinini xahiş etmişdir. İş məhkəmənin dəftərxanasında inzibati iş kimi qeydə alınaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş hesab edilmişdir. İşin hallarını və mübahisənin vəziyyətini, iddianın mümkünlük məsələsini müzakirə etmək üçün hazırlıq icraatı çərçivəsində tərəflər məhkəməyə dəvət olunmuşlar. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 məhkəmə hazırlıq iclasında iddia tələbinə etiraz edərək, bildirdi ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********0 saylı «Əmlakın siyahıya alınması haqqında» Qərarı ilə iddiaçının Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən əmlaklarının siyahıya alınması qərara alınmışdır. Sözügedən qərar əsasında müvafiq əmlaklar siyahıya alınaraq xx.xx.2020-ci il tarixli, **********0 saylı «Əmlakın siyahıya alınması haqqında» protokol və siyahı tərtib olunmuşdur. xx.xx.2020-ci il tarixli, **********0 saylı «Əmlakın siyahıya alınması haqqında» Qərar 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» xx.xx.2020-ci il tarixli **********276300 saylı və xx.xx.2020-ci il tarixli **********457200 saylı qərarların icrası ilə əlaqədar qəbul edilmişdir. Belə ki, həmin qərarlar əsasında iddiaçıya hesablanmış vergi borcunun ödənilməsi məqsədilə əmlaklar siyahı alınmış və siyahıya alınmış əmlakların ixtisaslaşdırılmış hərracda satılıb vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə məhkəmədə iddia qaldırılmışdır. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İş materialında olan 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» xx.xx.2020-ci il tarixli **********276300 saylı və xx.xx.2020-ci il tarixli **********457200 saylı qərarların təsdiq olunmuş surətindən görünür ki, İddiaçı vergi hesablanmışdır. İş materialında olan 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********0 saylı «Əmlakın siyahıya alınması haqqında» Qərarının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən əmlaklarının siyahıya alınması qərara alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» xx.xx.2020-ci il tarixli **********276300 saylı və xx.xx.2020-ci il tarixli **********457200 saylı qərarlar ilə İddiaçı vergi hesablanmışdır. Həmin qərarların icrası məqsədilə 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********0 saylı «Əmlakın siyahıya alınması haqqında» Qərarı ilə İddiaçı Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən əmlaklarının siyahıya alınması qərara alınmışdır. Hazırda iddiaçı 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********0 saylı «Əmlakın siyahıya alınması haqqında» Qərarının ləğv edilməsini xahiş edir. Lakin iddiaçı vergilərin hesablanması barədə qərarların qanuniliyini mübahisələndirmədən hazırkı iddianı qaldırmışdır. Məhkəmə hesab edir ki, vergilərin hesablanması barədə qərarların qanuniliyi mübahisələndirilmədən hazırkı iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayıla bilməz. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 1.3cü maddəsində qeyd olunur ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd olunur ki, ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 3.4cü maddəsində qeyd olunmuşdur ki, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. İddiaçı məhkəməyə ünvanladığı teleqramda tələb olunmuş qərarın ləğvində anlaşılmazlıq olduğunu və iddia tələbinin dəqiq olmadığını qeyd edərək, hesab etmişdir ki, iddia ərizəsini geri götürüb və yenidən iddianı hazırlayaraq Şirvan İnzibati Məhkəməsinə müraciət etməyi məqsədəmüvafiqdir. Qeyd etmişdir ki, uzun müddətdir məhkəmənin icraatında olduğuna görə hazırda iddia tələbinin dəqiqləşdirilməsi üçün vaxt verilməsi məhduddur. Ona görə də iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması haqqında məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İş üzrə prosessual xərclər yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 83 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı «xx.xx.2020-ci il tarixli **********0 saylı qərarın ləğv edilməsi» tələbinə dair iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmasın. Məhkəmə qərardadından inzibati məhkəmə icraatının iştirakçıları onun elan olunduğu gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verə bilər. Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar