Məhkəmə qərarları › İş №2-1(120)-2835/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2835/2023

02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2835/2023 02.11.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal оğlunun sədrliyi, Məhkəmə iclas katibi X20 оğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2009-cu il tarixli, 33 nömrəli ölüm akt qeydinə düzəliş edilərək, ölən şəxsin ata adının “Məlikalı”dan, Mülkalıya” dəyişdirilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması” tələbinə dair işə Şirvan şəhərində məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 2-1(120)-2835/2023 nömrəli qərardadı ilə iddia tələbinə “xx.xx.2009-cu il tarixli, 33 nömrəli ölüm akt qeydinə düzəliş edilərək, ölən şəxsin ata adının “Məlikalı”dan, Mülkalıya” dəyişdirilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı və cаvаbdеh Cavabdehnə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. İddia tələbinə dair məzmuna aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - 07 fevral 2023-cü il tarixli, AZ-Q 236693 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X1 xx.xx.1958-ci il tarixdə doğulması barədə qeydiyyat aparılmış, həmçinin ata qrafasında X4 adı qeyd edilmişdir. - 17 iyun 1966-cı il tarixli, AZ ******* nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.1966-cı il tarixdə doğulması barədə qeydiyyat aparılmış, həmçinin ata qrafasında X7 adı qeyd edilmişdir. - 25 sentyabr 1969-cu il tarixli, AZ ******* nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.1964-cü il tarixdə doğulması barədə qeydiyyat aparılmış, həmçinin ata qrafasında X7 adı qeyd edilmişdir. - 24 dekabr 2008-ci il tarixli, AZ-İ 983961 nömrəli ölüm haqqında akt qeydindən görünür ki, X9 xx.xx.2018-ci ildə vəfat etməsi barədə qeydiyyat aparılmışdır. - 16 noyabr 2009-cu il tarixli, AZ-İ 362757 nömrəli ölüm haqqında akt qeydindən görünür ki, X5 xx.xx.2009-cu ildə vəfat etməsi barədə qeydiyyat aparılmışdır. - 27 iyul 2022-ci il tarixli, AZ-İİ 266149 nömrəli ölüm haqqında akt qeydindən görünür ki, X2 xx.xx.2022-ci ildə vəfat etməsi barədə qeydiyyat aparılmışdır. - “Torpağa mülkiyyət hüququna dair” JN 0020, kod 80707058 nömrəli dövlət aktından görünür ki, Neftçala rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 41 saylı qərarı ilə 2.89 ha torpaq sahəsi X10 və X3 verilmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) növündə mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının atası X5 barəsində Neftçala rayon İcra Hakimiyyətinin Həsənabad qəsəbə İcra Nümayəndəliyi tərəfindən xx.xx.2009-cu il tarixli, 33 nömrəli ölüm akt qeydi tərtib olunarkən ölüm akt qeydində ölən şəxsin adı “Mülkalı” əvəzinə “Məlikalı” qeyd edilmişdir. İddiaçı müvafiq sənədlər əsasında ölüm haqqında akt qeydində düzəliş edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin (Ümumi müddəalar) 2.2.2-ci bəndinə əsasən vətəndaşın doğum haqqında şəhadətnaməsi ilk dəfə şəxsiyyət vəsiqəsinin verilərkən tələb olunan sənədlərdən biridir. xx.xx.2009-cu il tarixli, 33 nömrəli ölüm akt qeydində iddiaçının atasının ata adı “Mülkalı” əvəzinə “Məlikalı” qeyd edilmiş, iddiaçı isə uzun illər ərzində müvafiq sənədlərdə icra edilmiş qeydlərin düzgünlüyünə etimad göstərmişdir. Buna görə də məhkəmə hesab edir ki, xx.xx.2009-cu il tarixli, 33 nömrəli ölüm aktı üzrə ölən şəxsin atasının adının “Məlikalı”dan “Mülkalı”ya düzəliş edilməsi üçün kifayət qədər əsaslar olmuşdur və cavabdeh orqan, müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sırasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.2009-cu il tarixli, 33 nömrəli ölüm aktı üzrə ölən şəxsin atasının adının “Məlikalı”dan “Mülkalı”ya düzəliş edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar