Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2838/2023 24.08.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “oğlu X1 Ağabəyli soyadına dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 24 avqust 2023-cü il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlu X1 Ağabəyli soyadına dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadl ilə X5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məkəmənin icraatına qəbul edildikdə sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Lakin cavabdeh inzibati orqanın iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə təqdim olunmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 14 dekabr 2015-ci il tarixdə X3 ilə ailə həyatı qurmuşdur. Həmin nigahdan oğlulları X4 xx.xx.2021-ci il tarixdə Cəlilabad şəhərində anadan olmuşdur. Bu barədə 14 dekabr 2015-ci il tarixdə Cavabdehndə doğum faktı qeydə alınmış və AZ-İİ № 010412 saylı doğum haqqında şəhadətnamə verilmişdir. Ata adının əbədiləşdirilməsi və yaşadılması məqsədilə oğlu X1 «Ağabəyli» soyadına dəyişdirilməsi məqsədilə Cavabdehnə müraciət etmişdir.xx.xx.2023-cü il tarixli 3-16-5/8-10- 101/23 saylı məktubla onun müraciətinə imtina edilmişdir. İmtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının AM-nin 53-cü maddəsinə əsasən uşağın soyadı valideynlərin soyadına uyğun yazılır. Valideynlərin soyadı müxtəlif olduqda aralarında soyadla bağlı münasibətdə razılıq olmadıqda məsələ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. Bundan sonra Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Aparatına müraciət etmişdir. Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Aparatından da xx.xx.2023cü il tarixdə 5-41/1-A-48-164/2023 saylı məktubla müraciətinə imtina edilmişdir. İmtina məktubunda göstərilmişdir ki, Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynlərinin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verilə bilər. Həmin məktubda övladı X1 Ağabəyli soyadı ilə dəyişdirilməsi üçün aidiyyəti üzrə müraciət etməyi tövsiyə olunmuşdur. Hesab edir ki, cavabdehlərin imtinası qanunsuzdur və heç bir əsası yoxdur. Bundan əlavə həyat yoldaşı Alışova (Novruzova) İlhamə İlham qızı oğlumun soyadının «Ağabəyli» kimi göstərilməsinə etiraz etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mulki Məcəlləsinin 26.1.-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Hesab edir ki, uşağın soyadının dəyişdirilməsinə maneə yoxdur, həyat yoldaşı soyadın dəyişdirilməsinə etiraz etmir. Odur ki, iddiamın təmin olunmasını sizdən xahiş edirəm. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmədə iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə doğum tarixi xx.xx.2021-ci il olan X2 doğum akt qeydi tərtib edilmiş və həmin akt qeydində onun “atası” qrafasına İddiaçı, “anası” qrafasına İddiaçı qızı qeyd olunmuşdur. Bundan əlavə iş materiallarından görünür ki, Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə doğulmuş X2 adına AZ-İV seriyalı 607700 nömrəli “Doğum haqqında şəhadətnamə” verilmiş və şəhadətnamədə onun valideynləri kimi İddiaçı və İddiaçı qızı göstərilmişdir. İddiaçı övladı X1 “Alışzadə”dən “Ağabəyli”yə dəyişdirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2023-cü il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, Sizin xx.xx.2021-ci il tarixdə anadan olmuş övladınız X1 “Ağabəyli” soyadına dəyişdirilməsi Cavabdehndə baxılmışdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53-cü maddəsinə əsasən uşağın soyadı valideynlərin soyadına uyğun yazılır. Valideynlərin soyadı müxtəlif olduqda, aralarında soyada münasibətdə razılıq olmadıqda məsələ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. Məsələ ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materialları və iddiaçı tərəfin və üçüncü şəxsin məhkəmə icasındakı izahatları əsasında aparılmış məhkəmə araşdırılması ilə məlum olur ki, İddiaçı ilə İddiaçı qızı xx.xx.2015-ci il tarixdə nikaha daxil olmuşlar və onların birgə nikahlarından xx.xx.2021-ci il tarixdə Təmkin adlı oğlan övladları doğulmuşdur. Uşağa Cavabdeh tərəfindən “Alışzadə” soyadı qeyd edilməklə AZ-İV seriyalı 607700 nömrəli “Doğum haqqında şəhadətnamə” verilmişdir. İddiaçı uşağın soyadının “Alışzadə”dən “Ağabəyli”yə dəyişdirilməsi ilə bağlı Cavabdehnə müraciət etmişdir, lakin cavabdeh inzibati orqan məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə mübahisəyə qiymət verilməsi ilə bağlı qanunvericiliyin aşağıdakı müddəalarını diqqətə çəkir: «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müəddəalar”-ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.11-ci bəndinə əsasən valideynlərin soyadları olmadıqda uşağa babasının və ya ulu babasının adı ilə soyad verilir. Uşağa valideynlərinin adı ilə soyad verilməsinə icazə verilmir. Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən həll edilir. Göründüyü kimi, mövcud qanunvericilik uşağın soyadının valideynlərinin soyadı ilə verildiyini nəzərdə tutsa da, yalnız valideynlərin adı ilə ona soyad verilməsini qadağan edir və babasının adı ilə uşağa soyad verilməsini də mümkünsüz etmir. Doğrudur, sadalanan normalarda uşağın babasının adı ilə ona soyad verilməsi valideynlərin soyadının olmadığı hallarda nəzərdə tutur, lakin nəzərə alınmalıdır ki, hazırkı halda uşağın valideynləri arasında fikir ayrılığı mövcud deyil (cavabdehin imtinasında bu barədə heç nə bildirilməmişdir) və soyadın dəyişdirilməsinin uşağın mənafeyinə zidd olması ilə bağlı hallar meydana çıxmır. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı uşağı X1 “Alışzadə”dən “Ağabəyli”yə dəyişdirilməsindən cavabdeh inzibati orqan Cavabdeh imtinası əsaslı deyil və idiaçının hüquqlarının pozulması ilə nəticəlmişdir. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəzticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin edilərək İddiaçı 08 avqust 2021-ci il tarixdə doğulmuş övladı X1 “Alışzadə”dən “Ağabəyli”yə dəyişdirilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 14.3, 23.1, 30.4, 33, 58.7, 62.3, 68-69, 73, 75, 78-79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia tələbi təmin edlsin. İddiaçı 08 avqust 2021-ci il tarixdə doğulmuş övladı X1 “Alışzadə”dən “Ağabəyli”yə dəyişdirilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-2838/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2838/2023
24.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver