Məhkəmə qərarları › İş №2-1(120)-2838/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2838/2024

07.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2838/2024 07.08.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “onun əmək pensiyasının yenidən hesablanaraq sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasını “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinə əsasən 25 illik qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (1203,31 manat) 80 faizi miqdarında təyin edilməsi və 29 aprel 2023-cü il tarixindən yeni əmək pensiyası təyininə qədər müddətdəki fərqin hesablanıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 07 avqust 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əmək pensiyasının yenidən hesablanaraq sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasını “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinə əsasən 25 illik qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (1203,31 manat) 80 faizi miqdarında təyin edilməsi və 29 aprel 2023-cü il tarixindən yeni əmək pensiyası təyininə qədər müddətdəki fərqin hesablanıb ona ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, adından etibarnamə əsasında çıxış edən şəxs, X5 cavabdeh orqana etdiyi xx.xx.2023-cü il tarixli müraciətində qeyd etmişdir ki, adından etibarnamə üzrə çıxış etdiyi şəxs İddiaçı 18 may 2023-cü il tarixində (29 aprel 2023-cü il tarixindən hesablanmaqla) sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilibdir. Vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 490,00 manat, qulluq stajına görə əlavəsi 142,93 manat, ixtisas dərəcəsina görə əlavəsi 80,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 153,50 manat, digər növ əlavəsi 336, 88 manat olmaqla orta aylıq əmək haqqısı 1203,31 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinə əsasən 16 il 9 ay 25 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (1203,31 manat) 55,25 faizi-664,83 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. Lakin adından etibarnamə əsasında çıxış etdiyi şəxs, İddiaçı əmək pensiyası hesablanarkən yalnışlığa və qanunun qeyri-düzgün tətbiqinə yol verilmiş, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinə əsasən 25 illik qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (1203,31 manat) 80 faizi miqdarında əmək pensiyası almalı olduğu halda ona 16 il 9 ay 25 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (1203,31 manat) 55,25 faizi- 664,83 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Belə ki, ərizəyə əlavə etdiyi İddiaçı əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətinin 16-19-cu səhifələrindəki qeydlərdən və Hacıqabul şəhər İƏD üzrə nümayəndəliyinin 17 noyabr 2023-cü il tarixli, 1869 saylı arayışından görünür ki, o, 10 fevral 1996-cı ildən 24 aprel 1998-ci il tarixədək Qazıməmməd şəhər İƏD üzrə nümayəndəlikdə baş memar vəzifəsində işləmişdir. Hacıqabul rayon Dövlət Arxivinin verdiyi № 3-48-17RA/2-185/2023 saylı, xx.xx.2023-cü il tarixli arxiv arayışında göstərilir ki, Hacıqabul şəhəri üzrə inzibati Ərazi Vahidliyinin 1996-1999-cu illərə aid əmr kitabları Hacıqabul rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün Hacıqabul şəhər İnzibati Ərazi Vahidliyində işləmə barədə əmrlər arxivdə aşkar edilməmişdir. Bundan başqa ərizəyə əlavə etdiyi İddiaçı əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətinin 18-21-ci səhifələrindəki qeydlərdən və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş 3-33/3-4-184/2023 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, o, həqiqətən, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 28 aprel 1998-ci il tarixli, 219 Ş nömrəli əmri ilə X1 şöbəsinin böyük inspektoru vəzifəsinə xidmətə qəbul edilibdir. Komitənin 16 avqust 1999-cu il tarixli, 365Ş nömrəli əmri ilə həmin şöbənin rəis müavini vəzifəsinə keçirilibdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 18 aprel 2005-ci il tarixli, 129Ş nömrəli əmri ilə Komitənin sərəncamına götürülüb və onun gömrük orqanlarında xidmətinə Komitənin 20 fevral 2006-ci il tarixli, 141Ş nömrəli əmri ilə “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 120-ci maddəsinin 1-ci bəndinə əsasən öz təşəbbüsü ilə xitam verilmişdir. Gömrük orqanlarında xidmət stajı 7 il, 9 ay, 23 gün təşkil edir. Azərbaycan Respublikası X8 ünvanladıqları müraciətə cavab olaraq verilmiş 9-3/2-Ə-48xx-xx-1018/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir ki, “Sizin İddiaçı 1996-1998-ci illərdə Qazıməmməd şəhər inzibati ərazi vahidi üzrə nümayəndəliyində baş memar vəzifəsində və 1998-2006-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X1 şöbəsində böyük inspektor və həmin gömrükxananın rəis müavini vəzifələrində iş müddətinin dövlət qulluğunda qulluq stajına daxil edilib-edilməməsi ilə bağlı ünvanladığınız müraciətə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajina görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. İddiaçı 1996- 1998-ci illərdə Qazıməmməd şəhər inizbati ərazi vahidi üzrə nümayəndəliyində baş memar vəzifəsində iş müddətilə bağlı bildirirlər ki, yuxarıda qeyd edilən Siyahının 2.13-cü bəndində (1991-ci il oktyabrın 18-dən 31 avqust 2003-cü il tarixədək olan dövr) rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının aparatında baş mütəxəssis vəzifəsi rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının aparatında baş məsləhətçi vəzifəsinə uyğunlaşdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nun 2.1.8-ci yarımbəndinə əsasən yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində mövcud olan vəzifələr inzibati vəzifələrin yeddinci təsnifatına aiddir. İddiaçı 1998-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X1 şöbəsində böyük inspektor və həmin gömrükxananın rəis müavini vəzifələrində iş müddətilə bağlı bildirirlər ki, Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqinda Əsasnamə”nin 1-ci maddəsinə əsasən gömrük orqanlarında xidmət - Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 7-1-ci hissəsinə əsasən dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri həmin Qanunun 22.7-2-ci maddəsinə uyğun olaraq, qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınmaqla onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun həmin Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 oktyabr tarixli 7 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi haqqinda Əsasnamə”nin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikasında gömrük işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqandır. Eyni zamanda, Əli-Bayramlı gömrükxanası həmin Fərman ilə təsdiq edilmiş Dövlət Gömrük Komitəsinin sisteminə daxil olan gömrük orqanları və təşkilatlarının siyahısında nəzərdə tutulmuşdur. Qeyd edilən struktur və əsasnamə xx.xx.2012-dək qüvvədə olmuşdur. Qeyd edilənlərə əsasən İddiaçı 1998-2006cı illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X1 şöbəsində böyük inspektor və həmin gömrükxananın rəis müavini vəzifələrində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır”. Göründüyü kimi İddiaçı əmək pensiyası hesablanarkən onun pensiya hüququ pozulmuşdur. Hacıqabul şəhəri üzrə İnzibati Ərazi vahidliyinin 1996-1999-cu illərə aid əmr kitabları Hacıqabul rayon Dövlət Arxivinə təhvil verilməməsi məsələsinə gəldikdə isə bildirir ki, o, bu işdə məsuliyyət daşımır və bu hal onun pensiya hüququnun pozulması üçün (əmək pensiyasının iş stajına görə daha az hesablanması) əsas ola bilməz. Ona əmək pensiyasının yenidən hesablanaraq sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasını “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinə əsasən 25 illik qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (1203,31 manat) 80 faizi miqdarında təyin edilməsini və 29 aprel 2023-cü il tarixindən yeni əmək pensiyası təyininə qədər müddətdəki fərqin hesablanıb ödənilməsini xahiş edir. Müraciətləri 08 yanvar 2024-cü il tarixdə cavabdeh orqana çatdırılmış və cavabdeh orqanın ünvanladığı 24 yanvar 2024-cü il tarixli, 3-17-1/2-Ə-16865/2024 saylı cavab məktubunda müraciətin təmin olunmasının mükünsüz olması bildirilmışdır. İmtina məktubunda qeyd edilmişdir ki, bildiririk ki, İddiaçı 29 aprel 2023-cü il tarixindən 664,83 manat məbləğində sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilərək müvafiq kart hesabına köçürülür. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə göstərdiyiniz müraciətinizdə uyğunlaşdırılması Siyahısı”nda İddiaçı Qazıməmməd şəhər inzibati ərazi vahidi üzrə nümayəndəliyində baş memar vəzifəsi nəzərdə tutulmayıb. Bununla əlaqədar adıçəkilən şəxsin sözügedən vəzifədəki fəaliyyət müddətinin dövlət qulluğu stajına aid edilib-edilməməsinə dair tərəfimizdən Azərbaycan Respublikası X8 sorğu göndərilib. Cavab olaraq göndərilmiş məktubda həmin fəaliyyət dövrünün dövlət qulluğu stajına aid edilib-edilməməsinə konkret münasibət bildirilməyib. Qeyd olunanları nəzərə alaraq, İddiaçı xx.xx.1996-xx.xx.1998-ci il dövlət qulluğu stajının tarixləri arasındakı dövr ərzindəki fəaliyyət müddətinin hesablanması zamanı nəzərə alınması mümkün deyil. Eyni zamanda bildiririk ki, 31 may 2021-ci il tarixli 340-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən “Dövlət qulluğu haqqında” Qanuna əlavə edilmiş 22.7-2-ci maddəsinə uyğun olaraq qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Sözügedən qaydaların və şərtlərin hazırlanması Azərbaycan Respublikası Prezidentinin 14 iyul 2021-ci il tarixli 1398 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə olunub. Bununla əlaqədar olaraq müraciətinizdə göstərdiyiniz İddiaçı gömrük orqanlarında xidmət etdiyi dövrün dövlət qulluğu stajının hesablanması zamanı nəzərə alınması məsələsinə sözügedən qaydalar və şərtlər müəyyən edildikdən sonra baxıla bilər.” Hesab edir ki, bu cavab qanunsuzdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi iddiaya qarşı məhkəməyə etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı ərizə ilə əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətini xx.xx.2024-cü il tarixli, 3-17-1/2-Ə-16865/2024 nömrəli məktubla cavablandırmışdır. Həmin məktubla İddiaçı Hacıqabul (Qazıməmməd) Şəhər İnzibati Ərazi Vahidliyinin baş memarı vəzifəsində işlədiyi xx.xx.1996-xx.xx.1998-ci il tarixləri arasındakı dövrün dövlət qulluğu stajına aid edilib-edilməməsinə dair Azərbaycan Respublikasının X8 ünvanlanan sorğuya cavabın məzmununda həmin fəaliyyət dövrünün dövlət qulluğu stajına aid olub-olmamasına konkret münasibət bildirilməmişdir. Tərəflərindən Azərbaycan Respublikasının X8 xx.xx.2024-cü il tarixli, 3-17-1/2-88656/2024 nömrəli sorğu göndərilmiş, lakin cavab daxil olmamışdır. İddia ərizəsində qeyd edilmişdir ki, İddiaçı 1998-2006-cı illərdə iddiaçının Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X1 şöbəsində böyük inspektor və həmin gömrükxananın rəis müavini vəzifələrində çalışmış və bu vəzifələrin dövlət qulluğunun xüsusi növü olduğu nəzərə çatdırılmışdır. Dövlət qulluğunun xüsusi növündə qulluq illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 1398 nömrəli Fərmanı ilə həmin qurum Azərbaycan Respublikası Nazirlər Kabinetidir. Məntiqi olaraq, İddiaçı gömrük orqanlarında xidmət etdiyi dövrün dövlət qulluğu stajı kimi nəzərə alınması məsələsinə həmin qaydalar və şərtlər müəyyən edildikdən sonra baxılması mümkün olacaqdır. Bundan narazı qalan İddiaçı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən isə dövlət qulluqçusu “bu Qanunla müəyyən edilmiş qaydada maaşlı dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır”. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 3-cü maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır. Həmin Qaydaların 6-cı maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibi onların həmin dövrdəki gəliri əsasında müəyyən edildikdə, dövlət məvacibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanında nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısına müvafiq olaraq mövcud dövlət qulluğu vəzifəsi üzrə nəzərə alınır. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 9-cu bəndində müəyyən edilmişdir ki, dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci ilin oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu” qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması “Əmək pensiyaları haqqında” Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olduqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında işləmiş dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırlması Siyahısının 1-ci və 2-ci bəndlərinə əsasən aparılır. Azərbaycan SSR Nazirlər Sovetinin 1973-cü il 5 noyabr tarixli 360 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR Nazirlər Soveti yanında Mərkəzi Statistika idarəsi və Naxçıvan MSSR-də, DQMV-də, Azərbaycan SSR şəhər və rayonlarında dövlət statistika orqanları haqqında Əsasnamə”nin 28-ci bəndinə əsasən dövlət statistikasının rayon və şəhər informasiya-hesablama stansiyaları (mərkəzləri) təsərrüfat hesabı əsasında fəaliyyət göstərmişdir. Dövlət statistikası rayon və şəhər məlumat hesablama stansiyalarının (mərkəzlərinin) bütün xərcləri təsdiq edilmiş istehsal-maliyyə planlarına və xərclər smetalarına uyğun olaraq onların təsərrüfat fəaliyyəti nəticəsində əldə etdiyi vəsait hesabına ödənilmişdir. Sözügedən Əsasnamə “Azərbaycan SSR Dövlət Statistika Komitəsi haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan SSR Nazirlər Sovetinin 30 mart 1988- ci il tarixli 114 nömrəli Qəranına əsasən qüvvədən düşmüşdür. “Ölkədə statistika işlərinin əsaslı surətdə yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi və Azərbaycan SSR Nazirlər Sovetinin 17 avqust 1987-ci il tarixli 294 nömrəli Qərarı ilə bağlı Azərbaycan SSR Dövlət Statistika Komitəsinin 31 avqust 1987-ci il tarixli 3 nömrəli əmrinin 2-ci bəndinə əsasən rayon məlumat hesablama mərkəzləri (stansiyaları) rayon statistika idarələrinə çevrilmişdir və statistika idarələrinin fəaliyyəti “Dövlət müəssisəsi (birliyi) haqqında” Qanuna uyğun olaraq təsərrüfat hesabı əsasında həyata keçirilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasma əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Həmin Qanunun 20.11.ci və 20.12.ci maddələrinə əsasən: 20.11. Bu Qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. 20.11-1. Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların bu Qanunun 20.11-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. 20.12. Bu Qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeyd edilənlərdən aydın olur ki, iddiaçının Hacıqabul (Qazıməmməd) Şəhər İnzibati Ərazi Vahidliyinin baş memarı vəzifəsində işlədiyi xx.xx.1996-xx.xx.1998-ci il tarixləri arasındakı dövrün və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X1 şöbəsində böyük inspektor və həmin gömrükxananın rəis müavini vəzifələrində işlədiyi 1998-2006-cı illər arasındakı dövrün dövlət qulluğu stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Hacıqabul rayon İcra Hakimiyyəti başçısının Hacıqabul şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 17 noyabr 2023-cü il tarixli, 1869 nömrəli arayışından müəyyən olunur ki, İddiaçı 10 fevral 1996-cı il tarixdən 24 aprel 1998-ci il tarixədək 2 il 2 ay 14 gün Qazıməmməd şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə baş memar vəzifəsində işləmişdir. Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2023-cü il tarixli, 3-33/3-4-184/2023 nömrəli arayışına əsasən İddiaçı Dövlət Gömrük Komitəsinin 28 aprel 1998-ci il tarixli, 219Ş nömrəli əmri ilə Əli X3 şöbəsinin böyük inspektoru vəzifəsinə xidmətə qəbul edilmiş, Komitənin 16 avqust 1999cu il tarixli, 365Ş nömrəli əmri ilə həmin şöbənin rəis müavini vəzifəsinə keçirilmiş, Dövlət Gömrük Komitəsinin 18 aprel 2005-ci il tarixli, 129Ş nömrəli əmri ilə Komitənin sərəncamına götürülmüş, onun gömrük orqanlarında xidmətinə öz təşəbbüsü ilə 20 fevral 2006-cı il tarixli, 141Ş nömrəli əmrlə xitam verilmişdir. Gömrük orqanlarında xidmət stajı 7 il 9 ay 23 gün təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 9-3/2- 2093/2024 saylı məktubunda bildirilmişdir ki, Sizin 1996-1998-ci illərdə Qazıməmməd şəhər inzibati ərazi vahidi üzrə nümayəndəliyində baş memar vəzifəsində iş müddətinin dövlət qulluğunda qulluq stajına daxil edilib-edilməməsi məsələsinə münasibət bildirilməsi ilə bağlı 10 iyun 2024-cü il tarixli, 2-1(120)-2838/2024 nömrəli məktubunuza Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısfmn 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. 1996-1998-ci illərdə Qazıməmməd şəhər inzibati ərazi vahidi üzrə nümayəndəliyində baş memar vəzifəsində iş müddətilə bağlı bildiririk ki, yuxarıda qeyd edilən Siyahının 2.13-cü bəndində (1991-ci il oktyabrın 18-dən 31 avqust 2003-cü il tarixədək olan dövr) rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nun 2.1.8-ci yarımbəndinə əsasən yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində mövcud olan vəzifələr inzibati vəzifələrin yeddinci təsnifatına aiddir. İş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin iddiaçının nümayəndəsi və vəkili X2 ünvanlanmış xx.xx.2023-cü il tarixli, 9-3/2-Ə-48xx-xx- 1018/2023 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Sizin İddiaçı 1996-1998-ci illərdə Qazıməmməd şəhər inzibati ərazi vahidi üzrə nümayəndəliyində baş memar vəzifəsində və 1998-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X1 şöbəsində böyük inspektor və həmin gömrükxananın rəis müavini vəzifələrində iş müddətinin dövlət qulluğunda qulluq stajına daxil edilib-edilməməsi ilə bağlı ünvanladığınız müraciətə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. İddiaçı 1996-1998-ci illərdə Qazıməmməd şəhər inizbati ərazi vahidi üzrə nümayəndəliyində baş memar vəzifəsində iş müddətilə bağlı bildiririk ki, yuxarıda qeyd edilən Siyahının 2.13-cü bəndində (1991-ci il oktyabrın 18-dən 31 avqust 2003-cü il tarixədək olan dövr) rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının aparatında baş mütəxəssis vəzifəsi rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının aparatında baş məsləhətçi vəzifəsinə uyğunlaşdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nun 2.1.8-ci yarımbəndinə əsasən yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində mövcud olan vəzifələr inzibati vəzifələrin yeddinci təsnifatına aiddir. İddiaçı 1998-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əli- X3 şöbəsində böyük inspektor və həmin gömrükxananın rəis müavini vəzifələrində iş müddətilə bağlı bildiririk ki, Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 1-ci maddəsinə əsasən gömrük orqanlarında xidmət - Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 7-1-ci hissəsinə əsasən dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri həmin Qanunun 22.7-2-ci maddəsinə uyğun olaraq, qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınmaqla onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun həmin Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Azərbaycan Respublikası Prezidentinin 1998ci il 27 oktyabr tarixli 7 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikasında gömrük işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Eyni zamanda, Əli-Bayramlı gömrükxanası həmin Fərman ilə təsdiq edilmiş Dövlət Gömrük Komitəsinin sisteminə daxil olan gömrük orqanları və təşkilatlarının siyahısında nəzərdə tutulmuşdur. Qeyd edilən struktur və əsasnamə xx.xx.2012-dək qüvvədə olmuşdur. Qeyd edilənlərə əsasən İ.İ.Cəbrayılovun 1998-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X1 şöbəsində böyük inspektor və həmin gömrükxananın rəis müavini vəzifələrində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. İddiaçı ona yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2024-cü il tarixli, 3-17-1/2-Ə-16865/2024 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, İddiaçı 29 aprel 2023-cü il tarixindən 664,83 manat məbləğində sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilərək müvafiq kart hesabına köçürülür. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda İddiaçı müraciətinizdə göstərdiyiniz Qazıməmməd şəhər inzibati ərazi vahidi üzrə nümayəndəliyində baş memar vəzifəsi nəzərdə tutulmayıb. Bununla əlaqədar adıçəkilən şəxsin sözügedən vəzifədəki fəaliyyət müddətinin dövlət qulluğu stajına aid edilib-edilməməsinə dair tərəfimizdən Azərbaycan Respublikası X8 sorğu göndərilib. Cavab olaraq göndərilmiş məktubda həmin fəaliyyət dövrünün dövlət qulluğu stajına aid edilib-edilməməsinə konkret münasibət bildirilməyib. Qeyd olunanları nəzərə alaraq, İddiaçı xx.xx.1996-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzindəki fəaliyyət müddətinin dövlət qulluğu stajının hesablanması zamanı nəzərə alınması mümkün deyil. Eyni zamanda bildiririk ki, 31 may 2021-ci il tarixli 340-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən “Dövlət qulluğu haqqında” Qanuna əlavə edilmiş 22.8-2-ci maddəsinə uyğun olaraq qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Sözügedən qaydaların və şərtlərin hazırlanması Azərbaycan Respublikası Prezidentinin 14 iyul 2021-ci il tarixli 1398 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə olunub. Bununla əlaqədar olaraq, müraciətinizdə göstərdiyiniz İddiaçı gömrük orqanlarında xidmət etdiyi dövrün dövlət qulluğu stajının hesablanması zamanı nəzərə alınması məsələsinə sözügedən qaydalar və şərtlər müəyyən edildikdən sonra baxıla bilər. Beləliklə, iş materiallarına əsasən cavabdeh inzibati orqan tərəfindən İddiaçı dövlət qulluğu stajı Hacıqabul rayon İcra Hakimiyyəti başçısının Hacıqabul şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 10 fevral 1996-cı il tarixdən 24 aprel 1998-ci il tarixədək baş memar vəzifəsində işlədiyi 2 il 2 ay 14 gün və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əli Bayramlı gömrükxanasında yük şöbəsinin böyük inspektoru və həmin şöbənin rəis müavini vəzifələrində xidmət etdiyi 7 il 9 ay 23 gün, ümumilikdə isə 10 il 7 gün dövlət qulluğu stajı kimi nəzərə alınmadan 16 il 9 ay 25 gün müəyyən edilmiş, buna uyğun olaraq orta aylıq əmək haqqının 55,25 faizi miqdarında ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin olunmuş, iddiaçı Hacıqabul şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində və Dövlət Gömrük Komitəsinin Əli Bayramlı gömrükxanasında işlədiyi 10 il 7 gün müddətin onun dövlət qulluğu stajına daxil edilərək dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə cavabdehə müraciət etmiş, cavabdeh müraciətin təmin olunmasından imtina etmiş, buna əsas kimi Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda İddiaçı Qazıməmməd şəhər inzibati ərazi vahidi üzrə nümayəndəliyində işlədiyi baş memar vəzifəsinin nəzərdə tutulmadığını, bununla əlaqədar iddiaçının sözügedən vəzifədəki fəaliyyət müddətinin dövlət qulluğu stajına aid edilib-edilməməsinə dair Azərbaycan Respublikası X8 verilən sorğunun cavabında həmin fəaliyyət dövrünün dövlət qulluğu stajına aid edilib-edilməməsinə konkret münasibət bildirilmədiyini, həmçinin, 31 may 2021-ci il tarixli 340-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən “Dövlət qulluğu haqqında” Qanuna əlavə edilmiş 22.8-2-ci maddəsinə uyğun olaraq qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasının və şərtlərinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurum) təsdiq etdiyini, həmin qaydaların və şərtlərin hazırlanmasının Azərbaycan Respublikası Prezidentinin 14 iyul 2021-ci il tarixli 1398 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə olunduğunu, bununla əlaqədar olaraq, İddiaçı gömrük orqanlarında xidmət etdiyi dövrün dövlət qulluğu stajının hesablanması zamanı nəzərə alınması məsələsinə sözügedən qaydalar və şərtlər müəyyən edildikdən sonra baxıla biləcəyini qeyd etmişdir. Məhkəmə İddiaçı Hacıqabul şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində və Dövlət Gömrük Komitəsinin Əli Bayramlı gömrükxanasında işlədiyi müvafiq olaraq 2 il 2 ay 14 gün və 7 il 9 ay 23 gün olmaqla, ümumilikdə 10 il 7 gün müddətin onun dövlət qulluğu stajına daxil edilərək dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının yenidən hesablanmasından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının imtinasının dəlillərini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azerbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajina görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasınm Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısının 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. İ.İ.Cəbrayilovun 1996-1998-ci illərdə Qazıməmməd şəhər inizbati ərazi vahidi üzrə nümayəndəliyində işlədiyi baş memar vəzifəsi, yəni yuxarıda qeyd edilən Siyahının 2.13-cü bəndində (1991ci il oktyabrın 18-dən 31 avqust 2003-cü il tarixədək olan dövr) rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının aparatında baş mütəxəssis vəzifəsi rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının aparatında baş məsləhətçi vəzifəsinə uyğunlaşdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nun 2.1.8-ci yarımbəndinə əsasən yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində mövcud olan vəzifələr inzibati vəzifələrin yeddinci təsnifatına aiddir. Həmçinin, Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqinda Əsasnamə”nin 1-ci maddəsinə əsasən gömrük orqanlarında xidmət - Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Azerbaycan Respublikası Prezidentinin 2002-ci il il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ila təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 7-1-ci hissəsinə əsasən dövlət qulluqçusunun "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri həmin Qanunun 22.7-2-ci maddəsinə uyğun olaraq, qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınmaqla onun dövlət qulluğu stajina və dövlət qulluğu stajı onun həmin Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 oktyabr tarixli 7 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi haqqinda Əsasnamə”nin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikasında gömrük işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqandır. Eyni zamanda, Əli-Bayramlı gömrükxanası həmin Fərman ilə təsdiq edilmiş Dövlət Gömrük Komitəsinin sisteminə daxil olan gömrük orqanları və təşkilatlarının siyahısında nəzərdə tutulmuşdur. Qeyd edilən struktur və əsasnamə xx.xx.2012-dək qüvvədə olmuşdur. Qeyd edilənlər iş materiallarında olan Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9-3/2-Ə-48xx-xx-1018/2023 nömrəli məktubunda da öz əksini tapmışdır. Göründüyü kimi, qanunverici İddiaçı Hacıqabul rayon İcra Hakimiyyəti başçısının Hacıqabul şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 10 fevral 1996-cı il tarixdən 24 aprel 1998-ci il tarixədək işlədiyi baş memar vəzifəsini və həmçinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əli Bayramlı gömrükxanasında işlədiyi yük şöbəsinin böyük inspektoru və həmin şöbənin rəis müavini vəzifələrini dövlət qulluğu hesab etməklə, qeyd olunan vəzifələrdə işlədiyi müvafiq olaraq 2 il 2 ay 14 gün və 7 il 9 ay 23 gün olmaqla, ümumilikdə isə 10 il 7 gün müddətin onun dövlət qulluğu stajı hesablanarkən nəzərə alınmalı olduğunu tələb edir. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərin tədqiqi və yuxarıda sadalanan qanunvericilik aktları məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, iddiaçının dövlət qulluğu stajı ümumilikdə 26 il 10 ay 2 gün (mübahisə edilməyən 16 il 9 ay 25 gün + mübahisələndirilən 2 il 2 ay 14 gün və 7 il 9 ay 23 gün) təşkil edir və İddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hesablanarkən onun pensiya hüququ pozulmuş, habelə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə iddiaçının tələbindən imtina edilərkən işin faktiki və hüquqi halları düzgün müəyyən olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı əmək pensiyasının yenidən hesablanaraq sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasını “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinə əsasən 25 illik qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (1203,31 manat) 80 faizi miqdarında təyin edilməsini və 29 aprel 2023-cü il tarixindən yeni əmək pensiyası təyininə qədər müddətdəki fərqin hesablanıb ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin imtina dəlilləri qanunsuz, iddiaçının tələbi isə əsaslı olduğundan iddia tələbi təmin edilməli, iddiaçının tələbi üzrə cavabdeh inzibati orqanın üzərinə öhdəlik qoyulmalıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı Hacıqabul rayon İcra Hakimiyyəti başçısının Hacıqabul şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 10 fevral 1996-cı il tarixdən 24 aprel 1998-ci il tarixədək baş memar vəzifəsində işlədiyi 2 il 2 ay 14 gün və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əli Bayramlı gömrükxanasında yük şöbəsinin böyük inspektoru və həmin şöbənin rəis müavini vəzifələrində işlədiyi 7 il 9 ay 23 gün olmaqla, ümumilikdə 10 il 7 gün stajı onun dövlət qulluğu stajına daxil edilməklə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasınının yenidən hesablanması, pensiya məbləğinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinə əsasən 25 illik qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (1203,31 manat) 80 faizi miqdarında təyin edilməsi və 29 aprel 2023-cü il tarixindən yeni əmək pensiyası təyininə qədər müddətdəki fərqin hesablanıb ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı Hacıqabul rayon İcra Hakimiyyəti başçısının Hacıqabul şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 10 fevral 1996-cı il tarixdən 24 aprel 1998-ci il tarixədək baş memar vəzifəsində işlədiyi 2 il 2 ay 14 gün və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əli Bayramlı gömrükxanasında yük şöbəsinin böyük inspektoru və həmin şöbənin rəis müavini vəzifələrində işlədiyi 7 il 9 ay 23 gün olmaqla, ümumilikdə 10 il 7 gün stajı onun dövlət qulluğu stajına daxil edilməklə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasınının yenidən hesablanması, pensiya məbləğinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinə əsasən 25 illik qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (1203,31 manat) 80 faizi miqdarında təyin edilməsi və 29 aprel 2023-cü il tarixindən yeni əmək pensiyası təyininə qədər müddətdəki fərqin hesablanıb ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar