Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-284/2022 02.02.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “icra sənədi üzrə icraata xitam verilməsi barədə 17 sentyabr 2020-ci il tarixli qərarın ləğv edilməsi və qanunsuz sökülmüş darvaza və çəpərin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına 02 fevral 2022-ci il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh icra məmuru Ağamirzə Talıbovun hərəkətlərinin qanunsuz hesab edilməsi, Cavabdeh 08 dekabr 2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı qanunsuz və əsassız olduğundan həmin qərarı ləğv edib, icraya dönüş edilməsi, qanunsuz sökülmüş darvaza və çəpərin bərpa edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, iddiaçı X7 cavabdehlər X1 və X2 qarşı “zəbt olunmuş yolun açılması, yolun üzərində tikilmiş tövlənin sökülməsi və cavabdehlərin özbaşınalıq hərəkətlərinə son qoyulması” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin 03 may 2019-cu il tarixli, 2(106)-171/2019 saylı qətnaməsi üzrə verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə Cavabdeh 08 dekabr 2020-ci il tarixli qərarında qeyd edilir ki, Şirvan Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(106)- 171/2019 saylı, 03.05.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilsin. Belə ki, Şirvan Apellyasiya Məhkəməsinin 03.05.2019-cu il tarixdə vermiş olduğu icra vərəqəsində qeyd olunur ki, cavabdeh İddiaçıli oğlunun nümayəndəsi və vəkili X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 27 sentyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilərək qətnamədən Astara rayonunun Şahağacı kəndində yerləşən və iddiaçı X8 məxsus olan 0.06 ha torpaq sahəsinin zəbtdən azad olunmasına dair müddəa çıxarılsın. Astara Rayon Məhkəməsinin 27 sentyabr 2017-ci il tarixli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Astara Rayon Məhkəməsinin 27 sentyabr 2017-ci il tarixli qətnaməsi barədə verilmiş icra vərəqəsində qeyd olunur ki, “iddiaçı X7 cavabdehlər X1 və X2 qarşı “zəbt olunmuş yolun açılması, yolun üzərində tikilmiş tövlənin sökülməsi və cavabdehlərin özbaşınalıq hərəkətlərinə son qovulması” tələbinə dair iddiası tam təmin olunsun. Astara rayonunun Şahağacı kəndində yerləşən və iddiaçı X8 məxsus olan 0.06 ha torpaq sahəsi zəbtdən azad edilsin. Sözügedən torpaq sahəsində yerləşən yolun üzərində tikilmiş tövlə cavabdehlərin hesabına sökülsün. Göründüyü kimi, hər iki icra vərəqəsində zəbt olunmuş yolun açılması, yolun üzərində tikilmiş tövlənin sökülməsi və cavabdehlərin özbaşınalıq hərəkətlərinə son qoyulması tələbindən başqa bir tələb yoxdur. Lakin Cavabdeh icra məmuru Ağamirzə Talıbov məhkəmə qətnaməsində olmayan və icra vərəqəsində göstərilməyən tələbləri öz vəzifə səlahiyyətlərini aşaraq icra etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsində qeyd olunur ki, İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 7.1.5-ci hissəsində qeyd olunur ki, icra vərəqəsində məhkəmə və ya digər orqanın qərarının nəticə hissəsi icra vərəqəsində göstərilməlidir. İcra məmuruna verilmiş 03 may 2019-cu il tarixli icra vərəqəsində məhkəmə qətnaməsinin nəticə hissəsi göstərilmişdir, lakin məhkəmənin qətnaməsinin icra vərəqəsində iddiaçı Zakir Səmədovun həyətinə gedən yolun həm şimaldan, həm də cənubdan açılmasına dair tələb yoxdur, eyni zamanda cavabdeh İddiaçı darvazasının, çəpərinin sökülməsinə dair hər hansı bir tələb yoxdur. Əgər qətnamədə belə bir tələb varsa onda həmin tələb icra vərəqəsində yazılmalıydı. Həmin Qanunun 9.1-ci maddəsində qeyd olunur ki, İcra məmuru bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmayan icra sənədini onun daxil olduğu vaxtdan ən geci üç gün müddətində icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarır və bu barədə qərar qəbul edir. İcra məmuru qanunun bu tələbinə də əməl etməmişdir. İcra məmuru öz hərəkətlərini Astara Rayon Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli, 8(018)-444/2019 saylı qərardadı ilə izah edir. Həmin qərardadda qeyd olunur ki, “İzah edilsin ki, Astara Rayon Məhkəməsinin 27 sentyabr 2017 ci il tarixli, 2(018)- 1560/2017 saylı qətnaməsinin nəticəvi hissəsində qeyd olunmuş “cavabdehlərin özbaşınalıq hərəkətlərinə son qoyulsun” cümləsinin açıqlaması cavabdehlər İddiaçıli oğlu və X4 tərəfindən yolun açıldıqdan sonra belə yenidən hər hansı bir vasitə ilə tutulması mənasına gəlməkdədir. Göründüyü kimi, həmin darvaza və çəpər yol açılanadək olduğu üçün həmin qərardadın təsiri altına düşmür. Həmin icra vərəqəsinə və ya məhkəmə qərardadına əsaslanıb, məhkəmə qətnaməsində olmayan darvazanın və çəpərin sökülməsi özbaşınalıq və vəzifə səlahiyyətlərini aşmaqdır. İcra məmuru icranın keçiriləcəyi barədə borcluya məlumat vermiş olsa da, borclu İddiaçı xəstə olduğu üçün üzürlü səbəbdən icrada iştirak edə bilməyəcəyi barədə icra məmuruna teleqrqam vasitəsi ilə məlumat vermişdir. Lakin icra məmuru onu gözləməmiş, icranı təxirə salmamış və qanunun tələblərini pozaraq borclunun iştirakı olmadan icranı həyata keçirmişdir. Belə ki, icra bölməsində izahat verən borclu İddiaçı icra məmurundan tələb elmişdir ki, “mülkiyyətimdə olan darvazanı, tor çəpəri könüllü olaraq sökürəm, bu şərtlə ki, Siz bu barədə mənə icra vərəqəsi verin, vermiş olduğunuz icra vərəqəsində həmin hərəkətlərin edilməsi barədə hər hansı bir göstəriş yoxdur”. İcra məmuru ona belə bir icra vərəqəsi təqdim etməmiş, qanunsuz olaraq onun darvazasını və çəpərini sökmüşdür. Göstərilənlərə əsasən, Cavabdeh 17.09.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın ləğv edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Şirvan İnzibati Məhkəməsinin (hakim Samir Həsənov) 16 may 2021-ci il tarixli, 2- 1(120)-930/2021 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı «icraata xitam verilməsi barədə 08.12.2020-ci il tarixli qərarın ləğv edilməsi və qanunsuz sökülmüş darvaza və çəpərin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiaya inzibati icraat qaydasında baxılmasının mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan İddiaçı nümayəndəsi və vəkili X6 tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan İnzibati Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2-1(120)-930/2021 nömrəli qərardadının ləğv edilməsi xahiş edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən İ.H.Əhmədov, hakimlər T.X.Heydərov və T.S.Kərimovdan ibarət tərkibdə) 15 iyul 2021-ci il tarixli, 2- 1(106)-389/2021 nömrəli qərardadı ilə İddiaçı nümayəndəsi və vəkili X6 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 16 may 2021ci il tarixli, 2-1(120)-930/2021 nömrəli qərardadının ləğv edilməsi, iddia ərizəsinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün işin Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Şirvan İnzibati Məhkəməsinə göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Birinci instansiya məhkəməsinin qərardadından müəyyən edilir ki, iddia ərizəsi üzrə mübahisə Şirvan Apelyasiya Məhkəməsinin 03.05.2019-cu il tarixli, 2(106)-171/2019 saylı icra sənədinin icrasına xitam verilməsi barədə Cavabdeh 08.12.2020-ci il tarixli qərarı ilə bağlı olmuşdur. Lakin işdən görünür ki, Cavabdeh Şirvan Apelyasiya Məhkəməsinin 03.05.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə 8.12.2020-ci il tarixli qərarı mövcud deyil. İşə əlavə edilmiş qərar Şirvan Apelyasiya Məhkəməsinin 03.05.2019cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar olsa da, bu qərarın tarixi 8.12.2020-ci il deyil, 17.09.2020-ci il tarixli qərardır. Beləliklə işdə İddiaçı şikayətinin predmeti olan qərar yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Şirvan İnzibati Məhkəməsinin 16 may 2021-ci il tarixli 2-1(120)-930/2021 saylı qərardadı ləğv edilməli, iş Şirvan İnzibati Məhkəməsinə qaytarmalı, İddiaçı iddiasının Cavabdeh hansı icra sənədi üzrə və hansı tarixli qərarı ilə bağlı verilmiş iddia olması aydınlaşdırılmalıdır. Cavabdeh 08.12.2020-ci il tarixli qərarın olub-olmaması, hansı məhkəmənin hansı icra sənədi ilə bağlı olması müəyyənləşdirilməli, ondan sonra iddianın mümkünlüyü məsələsinə yenidən baxılaraq qanunauyğun qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İPM-in 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Apelyasiya instansiyası məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2-1(106)-389/2021 nömrəli qərardadındakı göstərişlər (hüquqi mövqe) nəzərə alınaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçıya real hüquqi yardım göstərilmişdir. İşə birinci instansiya məhkəməsində təkrar baxılarkən iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Cavabdeh 17.09.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. İş üzrə məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı nümayəndəsi və vəkili X6 gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X6 iddianı müdafiə etdi və hazırkı işə inzibati məhkəmə icraatı qaydasında baxılmasının qanuna uyğun olduğunu bildirdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hazırki tələbə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia mümkün sayılmamalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununa 30 dekabr 2016-cı il tarixli, 497-VQD nömrəli qanunla əlavə edilmiş 20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir. Həmin Qanunun 20.4-cü maddəsinə əsasən icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən məhkəmələrin mülki, kommersiya və inzibati mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların, habelə probasiya nəzarəti ilə əlaqədar tədbirlərin düzgün və vaxtında icra edilməsinə nəzarət icra və probasiya qurumlarının rəhbərləri və hakim tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında da bu mövqedən çıxış edərək qeyd etmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir”. İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. Məkhəmə onu da qeyd edir ki, “İcra haqqında” Qanunun 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ isə ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün aşağıdakı məsələlər nəzərə alınmalıdır. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəməyə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, “İcra haqqında” Qanun məcəllələşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə (mülki prosessual, cinayət-prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. Ona görə də, hazırkı halda icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativhüquqi akt kimi “İcra haqqında” Qanun deyil, Mülki Prosessual və İnzibati Prosessual Məcəllələr çıxış edir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara (edilən hərəkət və ya hərəkətsizliyə) məhkəməyə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Bununla yanaşı, icra məmurunun icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan qanunsuz qərarları, eləcə də hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı bir tərəfə (borclu və ya tələbkara, eləcə də üçüncü şəxslərə) ziyan vurulduğu iddia edilirsə, həmin mübahisələrə İPM-ə müvafiq olaraq inzibati məhkəmədə baxıla bilər. Qeyd edilənlərin hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, icra sənədinin icrasının təmin edilməsi ilə bağlı icra məmuru tərəfindən hərəkət və ya hərəkətsizliyə yol verildikdə, onun mübahisələndirilməsi məsələsi icra sənədini vermiş və icra icraatına nəzarət edən məhkəmə tərəfindən həll edilməli məsələdir. Ona görə də, iddiaçı (icra icraatında borclu) müvafiq əsasların mövcudluğunda icra məmurunun hərəkətinə qiymət verilməsi üçün icra icraatına nəzarət edən məhkəməyə müraciət etməlidir. Göründüyü kimi İcra haqqında qanunvericiliyin, habelə onun şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən icra qurumunun icra icraatına xitam verilməsinə dair qərarından tərəflər icra sənədini vermiş məhkəməyə şikayət verə bilər. Bu isə icra icraatına xitam verilməsinə dair qərarın mübahisələndirilməsinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığını ehtiva edir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, hazırda mübahisə predmeti olan Cavabdeh icra sənədi üzrə icraata xitam verilməsi barədə 17.09.2020-ci il tarixli qərarın ləğv edilməsi barədə şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılmalı olduğundan hazırki iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci, 35-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “icra sənədi üzrə icraata xitam verilməsi barədə 17 sentyabr 2020-ci il tarixli qərarın ləğv edilməsi və qanunsuz sökülmüş darvaza və çəpərin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-284/2022
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-284/2022
02.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver