Məhkəmə qərarları › İş №2-1(120)-284/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-284/2024

17.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-284/2024 17.04.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3, Üçüncü şəxsin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2020-ci il tarixli, xxxxxxx0015 nömrəli qərarına əsasən ona təyin edilən müddətsiz əlilliyin dəyişdirilərək 61-80 faiz müddətsiz əlillik kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “31 avqust 2017-ci il tarixdə cavabdeh orqan tərəfindən 5 il müddətinə təyin olunmuş 2-ci qrup əlillik statusunun müddəti dəyişdirilərək müddətsiz kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Cəlilabad rayon X7 Hüquqi Şəxsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, ona 3-cü dərəcə əlilliyin verilməsini qanunsuz hesab edilməsi və ona 2-ci dərəcə əlilliyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Sonradan İddiaçı məhkəməyə ərizə təqdim edərək və iddianın dəyişdirilərək “cavabdehin xx.xx.2020-ci il tarixli, xxxxxxx0015 nömrəli qərarına əsasən ona təyin edilən müddətsiz əlilliyin dəyişdirilərək 61-80 faiz müddətsiz əlillik kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 31 avqust 2017-ci il tarixdə ona 5 il müddətinə 2-ci qrup əlillik statusu təyin olunmuş və buna əsasən 188817 nömrəli əlillik vəsiqəsi verilmişdir. 2013cü ildə avtomobil qəzası keçirmiş, məhs bundan sonra oynaqların kontrakturası, sol aşıq-baldır oynağının kontrakturası, hərəkətin və yerişin pozulmaları, yeriş və dayağın pozulması, bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, bel-oma fəqərələrinin yayılmış osteoxondrozu xəstəliyindən əziyyət çəkir. Avtoqəza nəticəsində sol ayağı tamamilə hərəkət qabiliyyətini itirmişdir. Müalicənin mümkünsüz olması səbəbi ilə dəfələrlə cavabdeh orqana müraciət edərək əlillik statusunun müdətsiz təyin olunmasını xahiş etmiş, lakin cavabdeh orqan poçt vasitəsi ilə olunan müraciətlərinə rəsmi və qeyri rəsmi şəkildə cavab verməmişdir. Belə ki, hazırda sol ayağının müalicə olunmasının və gələcəkdə müsbətə doğru dəyişiklər olmaması ilə bağlı əsaslı həkim rəyləri vardır. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarının 4.1-ci bəndinə əsasən Birinci dərəcə əliliik və tibbi göstərişolan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsinə görə, “insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Konstitusiyanın 16-cı maddəsinin İ hissəsinə əsasən, “Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalır.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə görə, “məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.” Həmin Məcəllənin 33.2-ci maddəsinə görə, “bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur”. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, “inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.” Bundan əlavə məhkəmələr tərəfindən çıxarılan qərarlar qanuni olmaqla bərabər, həm də ədalətli olmalı, ictimai münasibətlərin düzgün tənzimlənməsinə xidmət etməlidir. İnsan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən,hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Məhkəmə hakimiyyətinə içtimaiyyət tərəfindən etimad bəslənilməsi və ona hörmət olunması məhkəmə işinin səmimiliyinin təminatıdır. Məhkəmələr nəinki konkret məhkəmə araşdırmasında iştirak edən tərəflərin, eləcə bütövlükdə cəmiyyətin etimadına malik olmalıdırlar.Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında Akimova Azərbaycana qarşı 27 sentyabr 2007-ci il; Delcourt Belçikaya qarşı işi üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; X11rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər,ədalətin bərqərar edildiyidə aydın görünməlidir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi sərəncama münasibət barədə məktubla bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “5 il müddətinə təyin olunmuş İİ qrup əlillik statusunun müddəti dəyişdirilərək müddətsiz kimi qeyd olunması” tələbinə dair iş üzrə bildirdi ki, iddiaçının əlillik vəziyyətinə Cəliləbad rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S90- S99 - Aşıq-baldır oynağı və ayaq nahiyələrinin travmaları => S99 - Aşıq-baldır oynağı və ayağın digər...; Diaqnozun mətni: Sol aşıq-baldır oynağının sınığı, barmaqların açıcı bükücü kontrkturası.Aşağı ətrafın funksiya pozğunluğu ilə; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3 bəndinə uyğundur” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Cəliləbad rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : ümumi xəstəlik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S90-S99 - Aşıq-baldır oynağı və ayaq nahiyələrinin travmaları => S99 - Aşıq-baldır oynağı və ayağın digər...; Diaqnozun mətni: Sol aşıq-baldır oynağının sınığı, barmaqların açıcı bükücü kontrkturası.Aşağı ətrafın funksiya pozğunluğu ilə.; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3 bəndinə uyğundur” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Cəliləbad rayon Mərkəzi Xəstəxanasının xx.xx.2016-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M20-M25 - Oynaqların digər zədələnmələri => M24 - Oynaqların digər spesifik zədələnmələri =>...; Diaqnozun mətni: Oynaqların kontrakturası. Sol aşıq baldır oynağının kontrakturası. Hərəkətin və yerişin pozulmaları. Aşağı ətrafların funksiya pozğunluğu, yerişin pozulması ilə; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9,G80-G80.9);” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Cəliləbad rayon Mərkəzi Xəstəxanasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : ümumi xəstəlik; X1: Xlll Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri = > M00-M25 - Artropatiyalar = > M20- M25 - Oynaqların digər zədələnmələri => M24 - Oynaqların digər spesifik zədələnmələri =>...; Diaqnozun mətni: Oynaqların kontrakturası, sol aşıq-baldır oynağının kontrakturası. Hərəkətin və yerişin pozulmaları. Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə,bel-oma fəqərələrinin yayılmış osteoxondrozu; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30- G32.9,G80-G80.9);” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Cəliləbad rayon Mərkəzi Xəstəxanasının xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : ümumi xəstəlik; “X1: Xlll Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri = > M00-M25 - Artropatiyalar = > M20- M25 - Oynaqların digər zədələnmələri => M24 - Oynaqların digər spesifik zədələnmələri = >...; Diaqnozun mətni: Sol aşıq-baldır oynağının kontrakturası. Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, Bel-oma fəqərələrinin yayılmış osteoxondrozu.Hərəkətin və yerişin pozulmaları, Yeriş və dayağın pozulması.; Meyar: 2.3 Üçüncü dərəcə əlillik = > 2.5.6. hər iki topuğun ankilozu və ya kəskin kontrakturası (M24.5-M24.6);’’ səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Cəliləbad rayon Mərkəzi Xəstəxanasının xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : ümumi xəstəlik; “X1: XXİ Sinif - Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; Diaqnozun mətni: Oynaqların kontrakturası, Sol aşıq-baldır oynağının kontrakturası. Hərəkətin və yerişin pozulmaları, Yeriş və dayağın pozulması. Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, Bel-oma fəqərələrinin yayılmış osteoxondrozu; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9,G80-G80.9);” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Əlilliyin qiymətləndirilməsindən narazı olan Cəlilabad rayon sakini İddiaçı xx.xx.2022-ci il tarixdə DTSERA-da əyani müayinədə olmuş, tibbi-sosial ekspertiza müayinəsindən keçirilmişdir. Müəyyən olunmuşdur ki, İddiaçı (FİN-xxxxxxx) əlillik vəziyyəti səhiyyə müəssisəsinin E00018957PXR nömrəli göndərişinə əsasən xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və “Göndərişin natamam doldurulması” barədə qərar verilmişdir. Ətraflı səbəb: “Diaqnoz və agirlaşmaları təsdiq edən müayinələr ətraflı qeyd olunmayıb, dəqiqləşdirilsin.” Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, səhiyyə müəssisəsinin E0Q018957PXR nömrəli göndərişində qeyd edilmiş məlumatlar əsasında “Göndərişin natamam doldurulması” qərarı düzgün verilmişdir. Lakin əyani müayinədə iddiaçının obyektiv vəziyyəti və təqdim edilmiş tibbi sənədlər (epikriz, tibbi müayinələrin nəticələri) təkrar qiymətləndirmə zərurəti yaratmışdır. Aparılan əyani müayinə zamanı İddiaçı hal-hazırki vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş (Diaqnoz və agirlaşmaları təsdiq edən müayinələr ətraflı qeyd olunmayıb, dəqiqləşdirilsin.) diaqnozun uyğunluq təşkil etməsi və əlillik təyinatına əsas verməsi müəyyən edilmişdir. İddiaçı əlillik səviyyəsində OFP-50%-ə uyğun olduğundan və uyğun meyar olmadığından uyğunlaşdırılmış meyarla 13.4.32-50% müddətsiz əlillik təyini qərarı verilmişdir. Göründüyü kimi, əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə” nin 13.4.32 bəndinə əsasən 50 % müddətsiz əlilliyə uyğun gəlir. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim- məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddianı qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X9 İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2020-ci il tarixli, xxxxxxx0015 nömrəli qərarına əsasən ona təyin edilən müddətsiz əlilliyin dəyişdirilərək 61-80 faiz müddətsiz əlillik kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddia tələbi mümkün olsa da əsassızdır, ona görə də təmin oluna bilməz. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin Tibbi Sosial Ekspertiza və X2 görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən ikinci dərəcəli əlillik təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin Tibbi Sosial Ekspertiza və X2 görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən ikinci dərəcəli əlillik təyin edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktın təsdiq edilmiş surətindən görünür ki, əlilliyin qiymətləndirilməsindən narazı olan Cəlilabad rayon sakini İddiaçı DTSERA-da əyani müayinədə olmuş, tibbi-sosial ekspertiza müayinəsindən keçirilmişdir. Müəyyən olunmuşdur ki, Cəlilabad r-n Babək küç. 16 ünvanında qeydiyyatda olan İddiaçı (FİN-xxxxxxx) əlillik vəziyyəti səhiyyə müəssisəsinin E00018957PXR nömrəli göndərişinə əsasən xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və “Göndərişin natamam doldurulması” barədə qərar verilmişdir. Ətraflı səbəb: “Diaqnoz və agirlaşmaları təsdiq edə~ müayinələr ətraflı qeyd olunmayıb, dəqiqləşdirilsin.” Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, səhiyyə müəssisəsinin E00018957PXR nömrə göndərişində qeyd edilmiş məlumatlar əsasında “Göndərişin natamam doldurulması” qərarı düzgün verilmişdir. Lakin əyani müayinədə xəstənin obyektiv vəziyyəti və təqdim edilmiş tibbi sənədlə' (epikriz, tibbi müayinələrin nəticələri) təkrar qiymətləndirmə zərurəti yaradır. Aparılan əyani müayinə zamanı İddiaçı hal-hazırki vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş (Diaqnoz və agirlaşmaları təsdiq edən müayinələr ətraflı qeyd olunmayıb, dəqiqləşdirilsir diaqnozun uyğunluq təşkil etməsi və əlillik təyinatına əsas verməsi müəyyən edilmişdir. Xəstə əlillik səviyyəsindədir OFP-50%-ə uyğundur. Lakin uyğun meyar olmadığına göre uyğunlaşdırılmış meyarla Anar Bayramovun razılıği ilə 13.4.32-50% müddətsiz əlillik təyini qərarı verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrə:; qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə” nin 13.4.32 bəndinə əsasən 50 % müddətsiz əlilliyin təyini qərarı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktubundan görünür ki, araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı ilk dəfə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında “ümumi xəstəlik” səbəbindən xx.xx.2014-cü ildən 1 il müddətinə üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Növbəti dəfə şəxsin üçüncü dərəcə əlilliyi (Diaqnoz: Sol aşıq-baldır oynağının sınığı, barmaqların açıcı-bükücü kontrakturası. Aşağı ətrafın funksiya pozuntusu ilə) xx.xx.2015-ci ildə 1 il müddətinə qüvvədə saxlanılmışdır. Sonrakı dövrdə İddiaçı əlillik vəziyyəti Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının 0340003AACW9 nömrəli göndərişinə uyğun olaraq xx.xx.2016-cı ildə Tibbi-sosial ekspert komissiyası (bundan sonra-TSEK) tərəfindən qiyməiiəndiriimiş və müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli Qərarına uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişi (Forma-088) əsasında adsızlaşdırılmış sənədlər üzərindən şəxsin iştirakı olmadan elektron qiymətləndirilir. Əlillik dərəcəsinin gücləndirilməsi ilə əlaqədar İddiaçı əlillik vəziyyəti 0340003AAPWG göndərişinə uyğun olaraq TSEK-lər tərəfindən qiymətləndirilərək, xx.xx.2017-ci ildən müddətsiz üçüncü dərəcə təyinat aparılmışdır. Qərardan narazı qalan vətəndaşin əlillik vəziyyəti Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının 0340003AAQ83 nömrəli göndərişinə əsasən yenidən TSEK-lər tərəfindən şəxsin iştirakı olmadan elektron qiymətləndirilmiş (Diaqnoz: Sol aşıq-baldır oynağının kontrakturası. Hərəkətin və yerişin pozulmaları. Bel-oma fəqərələrinin yayılmış osteoxondrozu) və xx.xx.2017-ci ildən 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Bildiririk ki, qeyd edilmiş diaqnoz və ağırlaşmalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq birinci dərəcə əlilliyin təyininə əsas vermir. Buna görə də birinci dərəcə əlillik təyinatının aparılması mümkün olmamış və əsaslı olaraq beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Həmçinin həmin Əsasnamənin 4.2. bəndinə uyğun olaraq ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Vətəndaşın əlillik müddətinin bitdiyi xx.xx.2022-ci ildən sonra “Əlillik” altsisteminə dövlət tibb müəssisəsi tərəfindən 1 göndəriş daxil olmuş və diaqnoz və ağırlaşmaları təsdiq edən müayinələr ətraflı qeyd olunmadığından, göndərişin natamam doldurulması səbəbindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına geri qaytarılmışdır. Qeyd edək ki, ekspertiza üçün əhəmiyyətli sayılan müayinələr ətraflı yazıldıqdan sonra yeni göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi mövcud qanunvericiliyə uyğun şəkildə həyata keçiriləcəkdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsi xx.xx.2022-ci il tarixli T569/2023 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, 01 dekabr 2022-ci il tarixdə İddiaçı Birliyin Təkrari ekspertizalar şöbəsində TSEK-in ekspertləri ilə birgə müayinədən keçirildi. Deməsinə görə 2013-cü ildə avtomobil qəzası keçirmişdir. Həmin ildə İİİ qrup əlillik təyin edilmiş, sonradan İİ qrupa keçirilmişdir. TSEK tərəfindən müddətsiz İİİ qrup əlillik təyin edilmiş, bununla razı olmadığından İnzibati Məhkəməyə müraciət etmişdir. Hal-hazırda şikayəti ətraflarında və belində olan ağrıdandır. Müayinə olunan orta boylu, düzgün bədən quruluşlu, kafi köklükdədir. Qoltuqaltı əsaların köməkliyi ilə çətinliklə hərəkət edir. Beləliklə, İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən tibb müəssisəsinin tərtib etdiyi E000189557PXR saylı göndərişdə qeyd edilmiş diaqnozu şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişiklərlə öz təsdiqini tapdığından, yəni əlillik səviyyəsi OFP-50%-ə uyğun olduğundan uyğunlaşdırılmış meyarla 13.4.32-50% müddətsiz əlillik təyini qərarı düzgün olmuşdur. 1989-cu il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1,2,3,4,5,7. Vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına tibb müəssisəsində sonuncu dəfə doldurulub göndərilmiş (Forma TQS №-088) E000189557PXR saylı göndərişində qeyd edilmiş və hazırda da əziyyət çəkdiyi “M24.5-oynaqların kontrakturası, diz oynağının kontrakturası (açma-170dər., bükmə- 130dər.), barmaq daraq, daraqarxası və aşıq-baldır oynaqlarının kontrakturası. Ağırlaşma: M21.8ətrafların dəqiqləşdirilmiş digər deformasiyaları, incik sümüyü başının deformasiyası, sağ pəncənin ekvinovarus deformasiyası. Meyar: 13.4.32. Ağırlaşma: M21.8-sümük-əzələ sisteminin xəstəlikləri => ətrafların digər qazanılma deformasiyaları => ətrafların digər qazanılma deformasiyaları => ayağın 7 sm-dən çox qısalması” diaqnozu şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişiklərlə öz təsdiqini tapdığından əlilliyin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 13.4.32 bəndinə əsasən 50% müddətsiz əlillik təyini qərarı düzgün verilmişdir. Yuxarıda göstərilən xəstəliklər tam reabilitasiya olunmurlar. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsi xx.xx.2023-cü il tarixli T139/2023 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Nuriyev X6 Təkrari ekspertizalar şöbəsində məhkəmətibbi müayinədən keçirildi. Deməsinə görə: Hazırkı deməsi əvvəlki müayinəsində dedikləri ilə eynidir. Hazırda şikayəti ətraflarında və belində ağrı, əsa ilə gəzməsindəndir. Müayinə olunan orta alçaq boylu olub, düzgün bədən quruluşludur. Qoltuqaltı əsaların köməkliyilə çətinliklə hərəkət edir. Sol ayaq pəncəsi ayaqdaraqarxası sümüklər səviyyəsindən əyilərək qatlanmışdır, ayaqda hissiyyat yoxdur, parez qeyd edilir. 1989-cu il təvəllüdlü İddiaçı oğlunun adma tərtib edilmiş sənədlərə özünün məhkəmə-tibbi müayinəsinə, və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1-7.İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi- sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adma tibb müəssisəsində sonuncu dəfə doldurulub göndərilmiş göndərişində qeyd edilmiş “Əsas diaqnoz- M24.5- Oynaqların kontrakturası, diz oynağının kontrakturası. (açma-170dər., bükmə- 130dər.) Barmaq daraq, daraqarxası və aşıqbaldır oynaqlarının kontrakturası. Ağırlaşma: M21.8- Ətrafların dəqiq-ləşdirilmiş digər deformasiyaları, incik sümüyü başının deformasiyası. Sağ pəncənin ekvinovarus deformasiyası. Ağırlaşma:M21.8- Sümük-əzələ sisteminin xəstəlikləri => Ətrafların digər qazanılma deformasiyaları => Ətrafların digər qazanılma deformasiyaları => Ayağın 7sm-dən çox qısalması” əsas xəstəlik və ağırlaşmaları ona stasionarda müyinə və müalicələri zamanı laborator funksional diaqnostik müayinələrinin nəticələri əsasında müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından xəstəliyin səmərəliliyi və klinik proqnozu qənaətbəxş olmuş, TSEK-də müayinələri zamanı əmək zəmanəti ilə əlaqədar sonuncu dəfə “uzun müddət ayaqüstə dayanma tələb olunmayan yüngül işlərdə işləyə bilər” qeydiyyatı aparılmışdır. - Qeyd edilən xəstəliklər hazırda da onda müəyyən olunur və onlar tam reabilitasiya olunmurlar. - Əlilliyin təyini ilə əlaqədar sualların həlli məhkəmə tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nm 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qnununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyin qiymətləndirmək məqsədilə Tibbi-Sosial Ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi Tibbi-Sosial Ekspertiza Komissiyaları tərəfindən həyata keçirilir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsi xx.xx.2023-cü il tarixli T498/2023 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, 27 iyul 2023-cü il tarixdə İddiaçı Birliyin Təkrari ekspertizalar şöbəsində TSEKnın həkimləri ilə birgə müayinədən keçirilərkən xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə dediklərini təsdiq etdi. Müayinə olunan orta boylu, düzgün bədən quruluşlu, kafi köklükdədir. Qoltuqaltı əsaların köməkliyilə çətinliklə hərəkət edir. Sol ayaq pəncəsi ayaq-daraqarxası sümüklər səviyyəsindən əyilərək qatlanmışdır, hər iki aşağı ətrafda parez qeyd edilmir. Beləliklə, İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən tibb müəssisəsinin tərtib etdiyi E000189557PXR saylı göndərişdə qeyd edilmiş diaqnoz şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişiklərlə öz təsdiqini tapdığından, yəni əlillik səviyyəsi OFP-50%-ə uyğun olduğundan uyğunlaşdırılmış meyarla 13.4.32-50% müddətsiz əlillik təyini qərarı düzgün olmuşdur. 1989-cu il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1-2. Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş E000189557PXR saylı göndərişdə qeyd edilən “Əsas diaqnoz: M24.5-oynaqların kontrakturası, diz oynağının kontrakturası (açma-170 dər, bükmə-130 dər), barmaq daraq, daraqarxası və aşıq-baldır oynaqlarının kontrakturası. Ağırlaşma: M21.8-ətrafların dəqiqləşdirilmiş digər deformasiyaları, incik sümüyü başının deformasiyası, sağ pəncənin ekvinovarus deformasiyası, sümük-əzələ sisteminin xəstəlikləri => ətrafların digər qazanılma deformasiyaları => ətrafların digər qazanılma deformasiyaları => ayağın 7 sm-dən çox qısalması” diaqnozu ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 13.4.32. bəndinə (XBT kodu M21.8 göstərilməklə) əsasən 50% müddətsiz əlillik, xx.xx.2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3. bəndinə (M24.5-M24.6) uyğun müddətsiz üçüncü dərəcə əlillik təyini qərarı düzgün verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Azərbaycan Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 3- 28-11/2-303/2023 nömrəli məktubundan görünür ki, iş üzrə iddiaçı olan İddiaçı oğlu xx.xx.2023-cü il tarixdə “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsə daxil olmuş, müalicə həkimi poliklinika şöbəsinin həkimi X5 olmuşdur. Ona sol incik sümüyünün proksimal 1/3 -nin bitişmiş sınığı, sol pəncənin sallanması, sol ayaq barmaqlarının poliklinika şöbəsinin həkimi və ona sol incik sümüyünün proksimal 1/3 -nin bitişmiş sınığı, sol pəncənin sallanması, sol ayaq barmaqlarının çəkicə bənzər deformasiyası, daimi ağrı sindromu və dayaq hərəkət funksiyasının pozulması diaqnozu qoyulmuşdur. Diz və sol aşıq baldır oynağının kontrakturası diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1-2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; 1.6-cı bəndinə əsasən Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır; 2.1-ci bəndinə əsasən Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; 2-2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli Şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ilk dəfə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında “ümumi xəstəlik” səbəbindən xx.xx.2014-cü ildən 1 il müddətinə üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Növbəti dəfə şəxsin üçüncü dərəcə əlilliyi (Diaqnoz: Sol aşıq-baldır oynağının sınığı, barmaqların açıcı-bükücü kontrakturası. Aşağı ətrafın funksiya pozuntusu ilə) xx.xx.2015-ci ildə 1 il müddətinə qüvvədə saxlanılmışdır. Sonrakı dövrdə İddiaçı əlillik vəziyyəti Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının 0340003AACW9 nömrəli göndərişinə uyğun olaraq xx.xx.2016-cı ildə Tibbi-sosial ekspert komissiyası (bundan sonra-TSEK) tərəfindən qiymətləndirilmiş və müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli Qərarına uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişi (Forma-088) əsasında adsızlaşdırılmış sənədlər üzərindən şəxsin iştirakı olmadan elektron qiymətləndirilir. Əlillik dərəcəsinin gücləndirilməsi ilə əlaqədar İddiaçı əlillik vəziyyəti 0340003AAPWG göndərişinə uyğun olaraq TSEK-lər tərəfindən qiymətləndirilərək, xx.xx.2017-ci ildən müddətsiz üçüncü dərəcə təyinat aparılmışdır. İddiaçı ona xx.xx.2020-ci il tarixli, xxxxxxx0015 nömrəli qərara əsasən təyin edilən müddətsiz əlilliyin dəyişdirilərək 61-80 faiz müddətsiz əlillik kimi qeyd edilməsindən imtina edilmişdir. Hazırda iddiaçı ona 61-80 faiz müddətsiz əlilliyin təyin edilməsini tələb edir. Məhkəmə araşdırması zamanı keçirilmiş ekspert rəyləri ilə müəyyən edildi ki, iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 13.4.32. bəndinə (XBT kodu M21.8 göstərilməklə) əsasən 50% müddətsiz əlillik, xx.xx.2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3. bəndinə (M24.5-M24.6) uyğun müddətsiz üçüncü dərəcə əlillik təyini qərarı düzgün verilmişdir. Məhkəmə prosesi zamanı tərəflərlə qeyd edilən xəstəliklə bağlı iddiaçıya əvvəllər İİ dərəcə əlilliyin sonradan isə 31-60 faiz əlilliyin (köhnə dərəcə ilə İİİ dərəcə) verilməsinin fərqliliyi barədə müzakirə aparılmış və müəyyən edilmişdir ki, iddiaçıda olan M24.5-oynaqların kontrakturası, diz oynağının kontrakturası (açma-170 dər, bükmə-130 dər), barmaq daraq, daraqarxası və aşıqbaldır oynaqlarının kontrakturası. Ağırlaşma: M21.8-ətrafların dəqiqləşdirilmiş digər deformasiyaları, incik sümüyü başının deformasiyası, sağ pəncənin ekvinovarus deformasiyası, sümük-əzələ sisteminin xəstəlikləri => ətrafların digər qazanılma deformasiyaları => ətrafların digər qazanılma deformasiyaları => ayağın 7 sm-dən çox qısalması diaqnozu ilə qoyulan xəstəlik xx.xx.2016-cı ildə Tibbi-sosial ekspert komissiyası (bundan sonra-TSEK) tərəfindən qiymətləndirililən zaman meyarlara uyğun olaraq İİ dərəcə əlillik verilməsi üçün əsas olduğu halda sonradan keçirilən qiymətləndirmələr zamanı qanunvericilikdə edilən dəyişikliklərə uyğun olaraq müddətsiz İİ qrup əlillik meyarı kimi qeyd edildiyindən ona 50% müddətsiz əlillik verilmişdir. İddiaçı onda əlavə xəstəliklərin olduğunu bildirsə də, məhkəmə tərəfindən proses zamanı qanunvericiliyin tələbləri bir daha iddiaçıya onda olan digər xəstəliklərlə bağlı yeni Forma-o88 tərtib edilib qiymətləndirilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsi məqsədilə Cəlilabad rayon X7 Hüquqi Şəxsinə müraciət edə biləcəyi izah olunmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1 -ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ei maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1 -ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-Oİ maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1,68, 69, 75.4, 85.1 -ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2020-ci il tarixli, xxxxxxx0015 nömrəli qərarına əsasən ona təyin edilən müddətsiz əlilliyin dəyişdirilərək 61-80 faiz müddətsiz əlillik kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar