Məhkəmə qərarları › İş №2-1(120)-284/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-284/2025

29.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-284/2025 29.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı X12 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X13-Sosial Ekspert Komissiyasının 13 fevral 2023-cü il tarixli Z00071672YİE saylı qərarının ləğv edilməsi, müəyyən faiz dərəcəsində 13 fevral 2023-cü il tarixdən etibarən ümumi xəstəlik səbəbindən X14 müddətsiz əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağızadə Aygün Bahadır qızının katibliyi, İddiaçı X12 nümayəndəsi İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə, İddiaçı X12 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “X14 xx.xx.2023-cü il tarixdən etibarən ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 29 oktyabr 2025-ci il tarixdə, məhkəmənin binasında (ünvan: ünvan 1asında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri Hissə İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “X14 xx.xx.2023-cü il tarixdən etibarən ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəqiqləşdirilməsi (iddianın dəyişdirilməsi) barədə ərizə təqdim edərək iddiaçı və cavabdehin olduğu kimi saxlanılmasını, iddia tələbinə “Sağlamlıq imkanları məhdud olması səbəbindən himayəsində olan xx.xx.2007-ci il təvəllüdlü X14 Əlillik dərəcəsinin təyin edilməsinə dair cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X13-Sosial Ekspert Komissiyasının qəbul etdiyi qərarın ləğv edilməsi” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2785/2023 nömrəli, 11 dekabr 2023-cü il tarixli qərardadına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “X14 xx.xx.2023-cü il tarixdən etibarən ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddiaçı və cavabdehin olduğu kimi saxlanılması, iddia tələbinə “Sağlamlıq imkanları məhdud olması səbəbindən himayəsində olan xx.xx.2007-ci il təvəllüdlü X14 Əlillik dərəcəsinin təyin edilməsinə dair cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X13-Sosial Ekspert Komissiyasının qəbul etdiyi qərarın ləğv edilməsi” kimi baxılması qərara alınmışdır. Daha sonra yenidən iddiaçı İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, “X14 xx.xx.2023-cü il tarixdən etibarən ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddiaçı və cavabdehin olduğu kimi saxlanılmasını, iddia tələbinə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X13-Sosial Ekspert Komissiyasının 13 fevral 2023-cü il tarixli Z00071672YİE saylı qərarının ləğv edilməsi, orqanizmin funksiyasının pozulması faizi 61-80 olmaqla, 13 fevral 2023-cü il tarixdən etibarən ümumi xəstəlik səbəbindən himayəsində olan övladı X14 müddətsiz əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-284/2025 nömrəli, 15 iyul 2025-ci il tarixli qərardadına əsasən əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “X14 xx.xx.2023-cü il tarixdən etibarən ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddiaçı və cavabdehin olduğu kimi saxlanılmasını, iddia tələbinə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X13- Sosial Ekspert Komissiyasının 13 fevral 2023-cü il tarixli Z00071672YİE saylı qərarının ləğv edilməsi, orqanizmin funksiyasının pozulması faizi 61-80 olmaqla, 13 fevral 2023-cü il tarixdən etibarən ümumi xəstəlik səbəbindən himayəsində olan övladı X14 müddətsiz əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı yenidən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəqiqləşdirilməsi (iddianın dəyişdirilməsi) barədə ərizə təqdim edərək İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X13-Sosial Ekspert Komissiyasının 13 fevral 2023-cü il tarixli Z00071672YİE saylı qərarının ləğv edilməsi, orqanizmin funksiyasının pozulması faizi 61-80 olmaqla, 13 fevral 2023-cü il tarixdən etibarən ümumi xəstəlik səbəbindən himayəsində olan övladı X14 müddətsiz əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi üzrə İddiaçı adının iddiaçı sırasından çıxarılmasını, iddiaçı qismində X12 tanınmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-284/2025 nömrəli, 13 oktyabr 2025-ci il tarixli qərardadına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X13-Sosial Ekspert Komissiyasının 13 fevral 2023-cü il tarixli Z00071672YİE saylı qərarının ləğv edilməsi, orqanizmin funksiyasının pozulması faizi 61-80 olmaqla, 13 fevral 2023-cü il tarixdən etibarən ümumi xəstəlik səbəbindən himayəsində olan övladı X14 müddətsiz əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi üzrə İddiaçı adının iddiaçı sırasından çıxarılması, iddiaçı qismində X12 tanınması qərara alınmışdır. İddiaçı yenidən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəqiqləşdirilməsi (iddianın dəyişdirilməsi) barədə ərizə təqdim edərək “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X13- Sosial Ekspert Komissiyasının 13 fevral 2023-cü il tarixli Z00071672YİE saylı qərarının ləğv edilməsi, müəyyən faiz dərəcəsində 13 fevral 2023-cü il tarixdən etibarən ümumi xəstəlik səbəbindən X14 müddətsiz əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi” baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-284/2025 nömrəli, 29 oktyabr 2025-ci il tarixli qərardadına əsasən iddiaçı X12 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X13-Sosial Ekspert Komissiyasının 13 fevral 2023-cü il tarixli Z00071672YİE saylı qərarının ləğv edilməsi, müəyyən faiz dərəcəsində 13 fevral 2023-cü il tarixdən etibarən ümumi xəstəlik səbəbindən X14 müddətsiz əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi” baxılması qərara alınmışdır. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, azyaşlı uşağı 07 oktyabr 2007-ci il təvəllüdlü X17 anadangəlmə epilepsiya xəstəliyindən əziyyət çəkir. Dəfələrlə Respublikanın İxtisaslı Tibb Müəssisələrində müainə və müalicə olunmuşdur. Tibbi Sosial Ekspertiza Komissiyasının 2012-ci il tarixli qərarı ilə azyaşlı uşağına sağlamlıq imkanları məhdud xəstə uşaq kimi əlillik dərəcəsi təyin edilmişdir. 2012-ci ilin dekabr ayından xx.xx.2023-cü il tarixə kimi xəstə uşağı sağlamlıq imkanları məhdud uşaq kimi sosial müavinat almışdır. xx.xx.2023-cü il tarixdə növbəti müainəsinin vaxtı idi. Qanunun tələbləri üzrə iddiaçı uşağın xəstəlik sənədlərini, stasionar müainə və müalicə sənədlərini Sabirabad MRX–nin Həkim-Məsləhət Komissiyasına təqdim edərək uşağına əlillik dərəcəsinin təyinatı ilə bağlı Forma 088 adlı elektron göndərişlə cavabdeh DTSERA-nə müraciət etmişdir. 4 ay ərzində 3 dəfə müraciət etdiyinə baxmayaraq hər dəfə şablon xarakterli eyni məzmunlu imtina cavabları almışdır. Sonuncu imtina cavabı xx.xx.2023-cü il tarixdə verilib. Cavabdeh orqan konkret olaraq bu hərəkətləri ilə əlilliyi olmuş uşağın Beynəlxalq Konvensiya qanunları ilə, eləcə də Ali Qanunlarımız olan Konstitusiyada təsbit edilmiş sosial təminat hüquqlarını kobudcasına pozmaqla məşğuldur. Qəsdən əlilliyi olan xəstələri incidir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən verilən xx.xx.2023-cü il tarixli imtina cavabları tam olaraq əsassız və qanunsuzdur. İddia ərizəsinə əlavə etdiyi imtina ilə bağlı DTSERA-nın xx.xx.2023-cü il tarixli sonuncu qiymətləndirmə sənədindən müəyyən olunur ki, imtinada qeyd olunan səbəblər göndərişdəki diaqnozlarla uyğun gəlmir. Yəni göndəriş tam doldurulsada, təyinatı tam aparılsada cavabdeh orqan yenədə öz iyrənc əməllərindən əl çəkmir, əlilliyi olan şəxslərin hüquqlarını pozmaqla yanaşı onların hissləri ilə oynayır və əsassız imtinalar verir. Bu səbəbdən də cavabdehə qarşı məhkəmədə iddia qaldırmaq məcburiyyətindədir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı münasibəti (etiraz): İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə bildirilir ki, iddiaçının oğlu X12 əlillik vəsiyyətinə sonuncu dəfə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası"nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq "Əlilliyin müəyyən olunması meyarları"na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyalar (bundan sonra - Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri"nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator va ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına manə olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyatində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinasinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat "Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri"nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndarişi təsdiq eden vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrənilərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir va gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyyə edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişlər. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı X12 nümayəndəsi İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X7 təqdim olunmuş etiraza uyğun izahat verərək, iddianın təmin olunmamasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcbur etmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, həmin qərar cavabdeh inzibati orqan tərəfindən xx.xx.2023-cü il tarixdə sistemə daxil edilmişdir. İddiaçının iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və qeydə alınmışdır. Bu hal onu deməyə əsas verir ki, cavabeh inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt məhkəmə icraatına qədər iddiaçıya təqdim edilməmiş, məhkəmə icraatı zamanı iddiaçı həmin qərardan məlumatlı olmuş və səbəbdən tələbinin dəqiqləşdirməsinə dair ərizə məhkəməyə təqdim etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallatında olan: AZE seriyalı, 11157726 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X17 xx.xx.2007-ci ildə Saatlı şəhərində anadan olmuşdur. K.Y.Fərəcova Adına X2 X10 4362 nömrəli, xx.xx.2022-ci il tarixli Epikrizin surətindən görünür ki, X17 müalicə üçün qəbul olunmuşdur. Şikayətləri: tez-tez təkrarlanan tutmalardan, əsəbidir, yuxusu pozulub, baş ağrıları. 3 yaşından xəstədir. Dəfələrlə UNX-da ambulatory və stasionar müalicə alıb. Depakin chorno 300 fasiləsiz qəbul edir, lakin tutmaları ayda 10-12 dəfə təkrarlanır. Tutma zamanı: huşunu itirir, ətraflarda tonik-klinik yığılmalar qeyd olunur, ağzından köpük gəlir, qeyri-iradi sidik ifrazı qeyd olunur. Xəstə xx.xx.2022-ci il tarixində həkim-məsləhət komissiyasından keçib və ona “Fokal idiopatik epilepsiya” diaqnozu qoyulmuşdur. Məhkəmənin müvafiq sorğusuna əsasən verilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli 3-17-4/2-22651/2023 nömrəli məktubundan görünür ki, N.Mirzəyevə xx.xx.2012-ci il tarixində ilkin təyin edilmiş 2 il müddətinə (xx.xx.2014-cü il müddətinə) sağlamlıq imkanları məhdud uşaq statusu hər dəfə 2 il olmaqla xx.xx.2016-cı il tarixinə kimi qüvvədə saxlanmışdır. Sonrakı dövrdə vətəndaşa xx.xx.2016-cı il tarixində 3 il müddətinə aparılan sağlamlıq imkanları məhdud uşaq statusu hər dəfə 3 il olmaqla xx.xx.2022-ci il tarixinə kimi qüvvədə saxlanılmışdır. Bildirilir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Sağlamlıq imkanları məhdudluğunun bitdiyi xx.xx.2022-ci il tarixindən sonra vətəndaşın əlillik vəziyyəti Sabirabad Rayon Mərkəzi Xəstəxanasının D00060024VRY və Z00071672YİE nömrəli göndərişləri əsasında xx.xx.2022 və xx.xx.2023-cü il tarixlərində qiymətləndirilmiş və əsas diaqnoz və ağırlıq dərəcəsini dəqiqləşdirmək üçün ixtisaslaşdırılmış xəstəxanada müayinə və müalicə olunması, həmçinin ekspertiza üçün əhəmiyyətli patofunksional göstəricilərinin dəqiqləşdirilməsi məsləhət görüldüyündən hər iki halda əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli 3-17-4/2-17038/2024 nömrəli məktubundan görünür ki, məhkəmə qərardadına əsasən N.Mirzəyev əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə dövlət tibb müəssisəsinin C00128295YGP nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının 07 iyun 2024-cü il tarixli, 3-17-4/3-1-12893/2024 saylı Qərarından görünür ki, Sabirabad rayon sakini xx.xx.2007-ci il təvəllüdlü X12 əlillik müddəti tamamlandıqdan sonra anası X8 müraciəti əsasında 5 dəfə göndəriş rəsmiləşdirilsə də, əlillik təyinatı aparılmamış və qərardan narazı olan valideyn məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə iddiaçı qəyyum X8 övladı X12 əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinənin aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Bununla bağlı N.Mirzəyevə əyani müayinə aparılaraq məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla tibbi-sosial ekspertizası həyata keçirildi. Əlillik AS-də olan məlumatlara əsasən məlum olmuşdur ki, X12 əlillik vəziyyəti ilk dəfə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının “Ensefalopatiya teztez qıcolma tutmaları ilə, MSS-nin oyanıqlığı simptomik anemiya” diaqnoz ilə rəsmiləşdirilmiş göndərişləri əsasında Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək barəsində, xx.xx.2012-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək 2 (iki) il müddətinə “ilkin” SİMU; xx.xx.2014-cü il tarixindən xx.xx.2016-cı il tarixinədək 2 (iki) il müddətinə “təkrar” SİMU; xx.xx.2016-cı il tarixindən xx.xx.2019-cu il tarixinədək Əlillik AS tərəfindən avtomatlaşdırılmış şəkildə 3 (üç) il müddətinə uzadılaraq “təkrar” SİMU; xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək 3 (üç) il müddətinə “təkrar” SİMU təyinatı aparılmışdır. Əlillik müddəti tamamlandıqdan sonra, valideynin müraciəti əsasında Sabirabad Rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2022-ci il tarixli D00060024VRY nömrəli və xx.xx.2023-cü il tarixli Z00071672YİE nömrəli göndəriş rəsmiləşdirilsə də, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək barəsində, ixtisaslaşmış tibb müəssisələrində müayinə və müalicə müddəti yetərli olmadığından “əlavə müalicəyə ehtiyacın olması”na dair qərar qəbul edilmiş, xx.xx.2023-cü il tarixli S00100268UZS nömrəli, xx.xx.2023-cü il tarixli E00108206CJL nömrəli, xx.xx.2023-cü il tarixli C00128295YGP nömrəli rəsmiləşdirilmiş göndərişləri isə “Qeydiyyatda olduğunuz bölgə üzrə ərazi TSEK-inə yaxınlaşmağınız xahiş olunur” səbəbindən geri qaytarılmışdır. Qərardan narazı olan valideyn məhkəməyə müraciət etmiş, xx.xx.2024-cü il tarixində məhkəmə qərardadı əsasında, övladı N.Mirzəyev DTSERA-da Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmiş və bəzi instrumental müayinələr aparılmışdır. xx.xx.2024-cü il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı, anasından alınan məlumatlara əsasən övladın qıcolma tutmalarından, əqli gerilikdən əziyyət çəkdiyi, mütəmadi olaraq müalicə aldığı məlum olmuşdur. Təqdim edilmiş sənədlər arasında, X10 xx.xx.2016-xx.xx.2016-cı il tarixli 1596 nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz “Ensefalopatiya tez-tez təkrarlanan qıcolma tutmaları ilə” şəklində göstərilmiş, orada xx.xx.2016-cı il tarixində aparılmış EEQ müayinəsinin nəticəsi “Ləng delta dalğalarının paroksizmal sıçrayışları, ənsə-gicgah nahiyədə (epi-komponent) qeyd olunur” kimi qeyd edilmiş, Psixi Sağlamlıq Mərkəzində xx.xx.2022-ci il tarixində aparılmış EEQ müayinəsinin nəticəsi “Rezidual orqanik tipli EEQ irradiasiya ləngdir, hər iki yarımkürədə əsasən sağda alın-gicgah-ənsədə paroksizm aşkar edildi. Ocaq aktivdir, ocaqda sönmə yoxdur” kimi qiymətləndirilmiş, Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 1510 nömrəli tibbi rəyi və K.Y.Fərəcova adına X1 X10 xx.xx.2022-xx.xx.2022-ci il tarixli 4362 nömrəli tibbi kartından çıxarışına əsasən diaqnoz “Fokal idiopatik epilepsiya. Gərginlik tipli baş ağrısı. Yüngül dərəcəli əqli geriliyi, davranış qüsurları ilə” kimi müəyyən edilmişdir. Həmçinin, N.Mirzəyevin “Fokal epilepsiya, tez-tez baş verən qıcolma tutmaları ilə (ayda 10 (on)-12 (on iki) dəfə). Yüngül dərəcəli əqli gerilik” diaqnozu ilə xx.xx.2023xx.xx.2023, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində Saatlı Rayonu Mərkəzi Xəstəxanasında müalicə aldığı məlum olmuşdur. Obyektiv müayinə zamanı, düzgün bədən quruluşu, dəri və görünən selikli qişaların rəngi normal olmuş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları aydın eşidilmiş, AT 120/85 mm civ.süt, nəbz ritmik (1 dəqiqədə 82 vurğu), dili nəm, ərpsizdir, qarnı yumuşaq, göbəkətrafı və epiqastral nahiyədə ağrısız izlənilmiş, DTSERA-da həkim-nevropatoloq müayinəsi zamanı, təqdim edilən EEQ müayinə nəticəsi ilə 2019-cu və 2022-ci il tarixli EEQ dalğalarını müqayisə edərək epiaktivliyin itməsi istiqamətində müsbət dinamikanın olduğu, son EEQ müayinəsində epiaktivliyin izlənilmədiyi aşkar edilmiş, həkim-psixiatr müayinəsinin nəticəsinə əsasən, vətəndaşın aqravasiya etdiyi, sualları anlasa da ləng və qısa cavablandırdığı, bəsitsuallara belə “bilmirəm” kimi cavablar verdiyi, mimikasının canlı olduğu müəyyən edilmişdir. Nəticədə, obyektiv müayinədə və dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən göndərişlərində Azərbaycan Respublikasının hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən, xx.xx.2023cü il tarixli C00128295YGP nömrəli rəsmiləşdirilmiş göndəriş əsasında Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki, “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-284/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə-tibbi ekspertizasının təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X16” X21 xx.xx.2025-ci il tarixli, 845 nömrəli Ekspert rəyindən görünür ki, 2007-ci il təvəllüdlü X12 adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1. N.İddiaçı adına Sabirabad rayon Mərkəzi Xəstəxanası tərəfinən tərtib edilmiş xx.xx.2023-cü il tarixli Z00071672YİE saylı Forma 088 göndərişində XBT 10 kodu üzrə qeyd edilmiş “G40.0-Fokal başlanğıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və pileptik sidromlar. Fokal idiopatik epilepsiya tez-tez qıcolma tutmaları ilə (ayda 10-12dəfə); F02.8*-Başqa rublikalarda təsnif edilən, digər dəqiqləşdirilməmiş xəstəliklər zamanı demensiya. Epilepsiya nəticəsində intellektin geriliyi, davranış pozuntusu ilə; F70.1-Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Yüngül əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə” diaqnoz onun stasionarda müayinə və müalicələri zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələrinin əsasında qoyulmuş aparılmış müalicə tədbirləri diaqnoza uyğun olduğundan, xəstəlik qənaətbəxş proqnozla nəticələnmiş və əlillik dərəcəsinin təyini ilə əlaqədar şəxsin TSEK-də müayinələri zamanı əmək qabiliyyətinin itirilməsi 0% olmuşdur. Xəstəliklər anadangəlmə olduğu üçün onun hazırda da həmin xəstəlikdən əziyyət çəkməsini inkar etmək mümkün deyildir. Aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza belə xəstələr yaşayış yeri üzrə uşaqlıqdan həkim nevroloq tərəfindən qeydiyyat götürülür və nəzarət altında təyin edilmiş dərman preparatlarını vaxtaşırı qəbul edirlər. 2.Əlilliyin təyini ilə əlaqədar sualların həlli məhkəmə tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyasının səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Sabirabad rayon X6 Poliklinika Şöbəsinin 233 nömrəli, 01 may 2025-ci il tarixli Tibbi Arayışdan görünür ki, ünvan 2 ünvanda yaşayan xx.xx.2007-ci il təvəllüdlü X17 xx.xx.2012-ci ildən Y.40.0, F.70.1, Fokal epilepsiya yüngül əqli gerilik, ciddi davranış pozuntusu müalicə tələbi ilə hər ay dərmanla təmin edilir. Tətbiq edilən hüquq. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. 3.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. 3.6. Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.7. Şəxsin əlilliyinin müəyyən edilməsi və əlilliyin müəyyən olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar X11 Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu qərarlarda göstərilən məlumatların X18 üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 6.5. Dövlət əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarına bu Qanunla müəyyən edilmiş hüquqlarını həyata keçirmək üçün şərait yaradılmasına təminat verir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə” Bənd 3.1.2. Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları. 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası:

1. Ümumi müddəalar ... 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyaları (bundan sonra– TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır.

2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır.

3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında” Əsasnamə

1.1. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə” (bundan sonra Əsasnamə) Azərbaycan Respublikası Prezidentinin “Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” 2018-ci il 5 sentyabr tarixli 258 nömrəli Fərmanının 2.4.1-ci yarımbəndinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra– Nazirlik) Mərkəzləşdirilmiş elektron informasiya sistemindən (bundan sonra– MEİS) istifadənin, MEİS-də informasiya ehtiyatlarının formalaşdırılmasının, uzlaşdırılmasının, aparılmasının, inkişaf etdirilməsinin və informasiya təhlükəsizliyinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir. 1.2. MEİS-in əsas təyinatı əmək, məşğulluq, sosial müdafiə və sosial təminat, habelə Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə (bundan sonra müvafiq sahə) informasiyanın yaradılması, toplanılması, işlənməsi, saxlanılması və axtarışı işlərinin avtomatlaşdırılmasından ibarətdir. 2.1. MEİS-in strukturuna aşağıdakı altsistemlər daxildi. 2.1.4. “Sosial ödənişlər” altsistemi; 2.1.5. “Əlillik” (TSERAS) altsistemi; 2.1.8. “Pensiya” altsistemi; 2.2. MEİS-in strukturuna aşağıdakı reyestrlər daxildir: 2.2.2. “Əlilliyi olan şəxslərin” reyestri; 2.3. MEİS-in strukturuna daxil olan altsistemlər vasitəsilə aşağıdakılar təmin edilir: 2.3.5. “Əlillik” (TSERAS) altsistemi vasitəsilə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsinin, əlilliyi olan şəxslərin reyestrinin aparılması, eləcə də əlilliyi olan şəxslərin bərpa mərkəzlərinə qəbulunun, onlara göstərilən reabilitasiya xidmətlərinin uçotunun elektron qaydada aparılması; 2.3.5-1. “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi vasitəsilə hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilməyə, o cümlədən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15.3-cü maddəsinə uyğun olaraq aparılan yekun tibbi müayinəyə dair sənədlər üzrə məlumatların toplanması və sistemləşdirilməsi; 2.3.8. “Pensiya” altsistemi vasitəsilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmək pensiyası təyin edilmiş şəxslərin qeydiyyatı, əmək pensiyalarının sığorta və yığım hissələri üzrə pensiya kapitalının uçotu, əmək pensiyalarının təyini, yenidən hesablanması və ödənilməsi, eləcə də statistik hesabatların hazırlanması və təhlillər aparılması; 2.4. Vətəndaşların təqdim etdikləri, həmçinin başqa informasiya ehtiyatlarından sorğular vasitəsilə əldə olunan və MEİS-ə daxil edilən informasiyanın tərkibi və informasiyanın növü Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq, əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin məşğulluğu, sosial müdafiəsi və sosial təminatı, demoqrafiya, tibbi-sosial ekspertiza, əlilliyi olan şəxslərin reabilitasiyası sahələrində dövlət siyasətini həyata keçirmək üçün zəruri məlumatları əhatə edir.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu

Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.2. inzibati akt- inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.8. qarşılıqlı etimad- inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.

MƏHKƏMƏNİN MÖVQEYİ

Hazırkı iş üzrə iddiaçının tələbi onun hüquqi marağı və məqsədi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X13-Sosial Ekspert Komissiyasının 13 fevral 2023-cü il tarixli Z00071672YİE saylı qərarının ləğv edilməsi, müəyyən faiz dərəcəsində 13 fevral 2023-cü il tarixdən etibarən ümumi xəstəlik səbəbindən ona müddətsiz əlillik dərəcəsinin təyin edilməsinə nail olmaqdan ibarətdir. İlkin olaraq məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında” Əsasnaməsinin tələblərinə görə, şəxslərin TSEK-də əlilliyinin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir. TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir (4.1, 4.3, 4.16-cı bəndlər). “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə görə, göndərişlər “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə hərbi həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.7-ci bəndinə əsasən, şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Həmçinin, həmin dövrdə qüvvədə olan "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Nəzərə alınmalıdır ki, əlilliyin qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyinin səbəbini, dərəcəsini və müddətini TSEK və həmin normalarda nəzərdə tutulan müəyyən hallarda isə TSEK-in funksiyalarını həyata keçirən Agentlik müəyyən edir. TSEK tərəfindən ümumi xəstəlik, istehsalat zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, terror hadisəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəblər üzərindən əlillik müəyyən edilir. İstinad olunan normalara əsasən, şəxs TSEK tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İşin yuxarıda göstərilən halları onu deməyə imkan verir ki, iddiaçıya 2012-ci il tarixdən (beş yaşından) hesablanmaqla “sağlamlıq imkanları məhdud xəstə uşaq kimi” sosial müavinat təyin edilmiş və xx.xx.2023-cü il tarixdən dayandırılmışdır. İş materiallarında olan X10 4362 nömrəli, xx.xx.2022-ci il tarixli Epikrizindən də göründüyü kimi iddiaçı X17 müalicə üçün qəbul olunmuşdur. Şikayətləri: tez-tez təkrarlanan tutmalardan, əsəbidir, yuxusu pozulub, baş ağrıları. 3 yaşından xəstədir. Dəfələrlə UNX-da ambulator və stasionar müalicə alıb. Depakin chorno 300 fasiləsiz qəbul edir, lakin tutmaları ayda 10-12 dəfə təkrarlanır. Tutma zamanı: huşunu itirir, ətraflarda tonik-klinik yığılmalar qeyd olunur, ağzından köpük gəlir, qeyri-iradi sidik ifrazı qeyd olunur. Xəstə xx.xx.2022-ci il tarixində həkim-məsləhət komissiyasından keçib və ona “Fokal idiopatik epilepsiya” diaqnozu qoyulmuşdur. Bundan başqa Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X16” X21 xx.xx.2025-ci il tarixli, 845 nömrəli Ekspert rəyindən görünür ki, 2007-ci il təvəllüdlü X12 adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1. N.İddiaçı adına Sabirabad rayon Mərkəzi Xəstəxanası tərəfinən tərtib edilmiş xx.xx.2023cü il tarixli Z00071672YİE saylı Forma 088 göndərişində XBT 10 kodu üzrə qeyd edilmiş “G40.0-Fokal başlanğıclı qıcolma tutmaları ilə müşahidə olunanlokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və pileptik sidromlar. Fokal idiopatik epilepsiya tez-tez qıcolma tutmaları ilə (ayda 10-12dəfə); F02.8*-Başqa rublikalarda təsnif edilən, digər dəqiqləşdirilməmiş xəstəliklər zamanı demensiya. Epilepsiya nəticəsində intellektin geriliyi, davranış pozuntusu ilə; F70.1-Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Yüngül əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə” diaqnoz onun stasionarda müayinə və müalicələri zamanı anamnestik, kliniki, laboratorinstrumental müayinələrinin əsasında qoyulmuş aparılmış müalicə tədbirləri diaqnoza uyğun olduğundan, xəstəlik qənaətbəxş proqnozla nəticələnmiş və əlillik dərəcəsinin təyini ilə əlaqədar şəxsin TSEK-də müayinələri zamanı əmək qabiliyyətinin itirilməsi 0% olmuşdur. Xəstəliklər anadangəlmə olduğu üçün onun hazırda da həmin xəstəlikdən əziyyət çəkməsini inkar etmək mümkün deyildir. Aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza belə xəstələr yaşayış yeri üzrə uşaqlıqdan həkim nevroloq tərəfindən qeydiyyat götürülür və nəzarət altında təyin edilmiş dərman preparatlarını vaxtaşırı qəbul edirlər. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Sabirabad rayon X6 Poliklinika Şöbəsinin 233 nömrəli, 01 may 2025-ci il tarixli Tibbi Arayışdan görünür ki, ünvan 2 ünvanda yaşayan xx.xx.2007-ci il təvəllüdlü X17 xx.xx.2012-ci ildən Y.40.0, F.70.1, Fokal epilepsiya yüngül əqli gerilik, ciddi davranış pozuntusu müalicə tələbi ilə hər ay dərmanla təmin edilir. İnzibati icraat zamanı təqdim edilmiş sənədlər arasında, X10 xx.xx.2016xx.xx.2016-cı il tarixli 1596 nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz “Ensefalopatiya tez-tez təkrarlanan qıcolma tutmaları ilə” şəklində göstərilmiş, orada xx.xx.2016-cı il tarixində aparılmış EEQ müayinəsinin nəticəsi “Ləng delta dalğalarının paroksizmal sıçrayışları, ənsə-gicgah nahiyədə (epi-komponent) qeyd olunur” kimi qeyd edilmiş, Psixi Sağlamlıq Mərkəzində xx.xx.2022-ci il tarixində aparılmış EEQ müayinəsinin nəticəsi “Rezidual orqanik tipli EEQ irradiasiya ləngdir, hər iki yarımkürədə əsasən sağda alın-gicgah-ənsədə paroksizm aşkar edildi. Ocaq aktivdir, ocaqda sönmə yoxdur” kimi qeyd edilmişdir. Kifayət qədər əsaslar olduğu halda cavabdeh inzibati orqan iddiaçının arzuladığı aktı qəbul etməmiş, baxmayaraq ki, 2012-ci il tarixdən 2023-cü il tarixədək ona müddətli əlillik təyin edilsədə iddiaçının sağlamlıq vəziyyətinin yaxşılaşmasını həmçinin yuxarda sadalanan tibb müəssisələri tərəfindən təqdim edilmiş sənədləri təkzib edən sübutları təqdim etmədən iddiaçının hüquqi marağının ziddinə qərar qəbul edilmişdir. Cavabdeh inzibati orqanın etirazının dəlili ondan ibarət olmuşdur ki, obyektiv müayinə zamanı, düzgün bədən quruluşu, dəri və görünən selikli qişaların rəngi normal olmuş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları aydın eşidilmiş, AT 120/85 mm civ.süt, nəbz ritmik (1 dəqiqədə 82 vurğu), dili nəm, ərpsizdir, qarnı yumuşaq, göbəkətrafı və epiqastral nahiyədə ağrısız izlənilmiş, DTSERA-da həkim-nevropatoloq müayinəsi zamanı, təqdim edilən EEQ müayinə nəticəsi ilə 2019-cu və 2022-ci il tarixli EEQ dalğalarını müqayisə edərək epiaktivliyin itməsi istiqamətində müsbət dinamikanın olduğu, son EEQ müayinəsində epiaktivliyin izlənilmədiyi aşkar edilmiş, həkim-psixiatr müayinəsinin nəticəsinə əsasən, vətəndaşın aqravasiya etdiyi, sualları anlasa da ləng və qısa cavablandırdığı, bəsitsuallara belə “bilmirəm” kimi cavablar verdiyi, mimikasının canlı olduğu müəyyən edilmişdir. Nəticədə, obyektiv müayinədə və dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən göndərişlərində Azərbaycan Respublikasının hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən, xx.xx.2023-cü il tarixli C00128295YGP nömrəli rəsmiləşdirilmiş göndəriş əsasında Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki, “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqan kifayət qədər tibbi sənədlərin mövcud olduğu halda, vətəndaşın aqravasiya etdiyi, sualları anlasa da ləng və qısa cavablandırdığı, bəsit suallara belə “bilmirəm” kimi cavablar verdiyi, mimikasının canlı olduğu kimi hallara əsaslanmış yəni mötəbər tibbi sənəd olmadan mücərrəd fikirlərdən istifadə etməklə ixtisaslamış tibb müəssisələri tərəfindən xəstəliyin dinamikası ilə bağlı sübutları təkzib etmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.6.3-cü maddəsində təsbit olunmuş normanın təfsiri, iddiaçının etimad hüququnun qorunmağa layiq olub-olmamasının müəyyən edilməsi və etimad hüququnun müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə Məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd olunanlar nəzərə alınmaqla məhkəmə hesab edir ki, cavabdehin özünün ehtimal olunan təqsiri nəticəsində, iddiaçının sağlamlığında 2012-ci il tarixdən hazır ki, vaxta kimi hər hansı müsbət irəlləyiş olmamışdır. İddiaçının xeyrinə kifayət qədər müxtəlif tibb müəssələrindən arayışlar təqdim edilməsinə baxmayaraq cavabdeh tərəfindən həyata keçirilmiş ekspertiza üçün əhəmiyyət kəsb etməmiş və əlillik təyinatına əsas vermədiyi qeyd edilsədə bu halların hər hansı mötəbər subutlarla əsalandırmamışdır. Göstərilən bu hal ona dəlalət edir ki, iddiaçıya 2012-ci il tarixdən başayaraq xx.xx.2023-cü il tarixədək müddətli əlillik təyin edilmişdir. İddiaçının əvvələr 10 (on) ildən artıq müddətə əlliliyi müəyyən edildiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən onun barəsində müddətsiz əlillik təyin edilməsinə əsasdır. Lakin orqanizmin funksiyalarının pozulma faizinə aid hissədə məhkəmə qeyd edir ki, iddiaçı ona qanunvericilikdə nəzərdə tutulmuş faiz dərəcəsinin yəni 31-60% və ya 61-80 % olmasını cavabdeh inzibati orqanın mülahizəsinə buraxdığını bildirmişdir. Yəni tibbi sənədlərlə X12 orqanizmin funksiyalarının pozulması faizi hər iki katiqoriyaya uyğun gəldiyi üçün hesab edir ki, həmin hissədə cavabdeh inzibati orqan özü dəyərləndirmə aparmalıdır. Beləliklə, iş materiallarına əlavə olunmuş tibbi sənədlərlə müəyyən edilir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X13-Sosial Ekspert Komissiyasının 13 fevral 2023-cü il tarixli Z00071672YİE saylı qərarı ləğv edilməli, müəyyən faiz dərəcəsində 13 fevral 2023cü il tarixdən etibarən ümumi xəstəlik səbəbindən iddiaçıya müddətsiz əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının tələbi əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı X12 barəsinə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X13-Sosial Ekspert Komissiyasının 13 fevral 2023-cü il tarixli Z00071672YİE saylı qərarı ləğv edilsin, müəyyən faiz dərəcəsində 13 fevral 2023-cü il tarixdən etibarən ümumi xəstəlik səbəbindən iddiaçı X14 müddətsiz əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar