Məhkəmə qərarları › İş №2-1(120)-2855/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2855/2025

28.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2855/2025 28.11.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəcəfov Ramin Ramiz oğlunun katibliyi ilə, İddiaçı, Üçüncü şəxslər Rəhimov Firuz İmran oğlunun və X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X19 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı üçüncü şəxslər Rəhimov Firuz İmran oğlu və X6 zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə “24 noyabr 2024-cü il tarixli və Rəhimov Firuz İmran oğlunun adına verilmiş çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X19 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “24 noyabr 2024-cü il tarixli və Rəhimov Firuz İmran oğlunun adına verilmiş çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İnzibati Prosessual Məcəllənin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2855/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Rəhimov Firuz İmran oğlunun iş üzrə zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2855/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə X4 iş üzrə zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Rəhimov Firuz İmran oğlu iddia ərizəsinə etiraz edərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X6 iddia ərizəsinə etiraz edərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X19 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ozünə məxsus olan qeyri yaşayış binasında qanuni əsaslarla istifadə etmişdir. Firuz Rəhimova verilmiş 106 nömrəli qeydiyyat vəsiqəsinə əsasən 20 yanvar küçəsində olmuş 36 kv.m sahəsi olan qeyri yaşayış binası 2007-ci ildə Dövlət tərəfindən tamamilə sökülmüşdür. Sonradan əsassız olaraq ona qarşı məhkəmədə iddia qaldıraraq istifadəsində olan qeyri yaşayış binasından çıxarılıması barədə iddia irəli surülmüş və məhkəmələr tərəfindən onun iddiası rədd edilmişdir. Buna baxmayaraq sonradan əsassız olaraq onun xəbəri olmadan təzədən həmin ərazini tam əhatə etməsədə qeyri qanuni çıxarış almışdır. Onun əldə etdiyi çıxarış onun tikililərə olan hüquqlarını məhdudlaşdırır o da, hazırda cavabdeh tərəfindən əldə edilmiş çıxarışın ləğv edilməsini tələb edir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X19 8 saylı Cəlilabad Ərazi İdarəsi iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, İddiaçı məhkəməyə müraciət edərək, Rəhimov Firuz İmran oğlunun adına ünvan 2ndə yerləşən 0,0044 ha torpaq sahəsinə və üzərində olan 38 kv.metr qeyri-yaşayış binasına verilmiş xx.xx.2024-cü il tarixli **********76-06301 reyestr nömrəli çıxarışın ləğv edilməsini xahiş etmişdir. Qeyd edirlər ki, ünvan 2ndə yerləşən 0,0044 ha torpaq sahəsinə və üzərində olan 38 kv.metr qeyriyaşayış binasına Rəhimov Firuz İmran oğlunun adına verilmiş çıxarış Masallı Rayon İcra Hakimiyyəti Başçısının 13 sentyabr 2002-ci tarixli 153 saylı sərəncamına, texniki pasporta və tikintinin texniki vəziyyətinə dair akta əsasən verilmişdir. Hesab edirlər ki, Rəhimov Firuz İmran oğlunun adına verilmiş xx.xx.2024-cü il tarixli **********76-06301 reyestr nömrəli çıxarış qanunvericiliyin tələbləri pozulmadan verildiyindən onun ləğv olunması üçün hər hansı əsas yoxdur. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı vermiş iddia ərizəsinə etiraz edirlər və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. İş materiallarında olan Masallı rayon Məhkəməsinin 16(050)-163/2024 nömrəli qərardadı ilə ərizəçi Rəhimov Firuz İmran oğlunun ərizəsinin təmin edilməsi, ünvan 2ndə yerləşən Rəhimov Firuz İmran oğluna məxsus dükanda X13 hər-hansı fəaliyyətlə məşğul olmasına qadağa qoyulması qərara alınmışdır. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 17 may tarixli 2-2(106)-67/2022 saylı qətnaməsi ilə iddiaçı Rəhimov Firuz İmran oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Şirvan Kommersiya Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, e2-2(121)-122/2022 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qət edirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-2(102)-591/2022-ci il tarixli qərarı ilə iddiaçı Rəhimov Firuz İmran oğlunun kassasiya şikayətinin təmin edilməməsi, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 17 may tarixli 2-2(106)-67/2022 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Masallı rayon İcra Hakimiyyəti Başçısının 153 nömrəli, 13 sentyabr 2002-ci il tarixli Sərəncamının surətindən görünür ki, Masallı şəhərində yerləşan "Savalan" X9 rayon X16 Rayasət heyətinin 31 iyul 1992-ci il tarixli 7 saylı Qərarı ilə şəhərin 20 Yanvar küçəsində torpaq sahəsi ayrılmışdır. "Savalan" Gənclik Mərkəzinin təsisçisi Rəhimov Firuz İmran oğlu ayrılmış sahədə kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün mağaza binası tikmək istəyir. F.Rəhimovun həmin sahədə öz hesabına ümumi sahəsi 36 kv.m olan mağaza binası tikməsi məqsədə müvafiqdir. F.Rəhimovun ərizəsini və Masallı rayon İHB-nın Masallı şəhəri üzrə nümayəndəsinin 04 may 2001-ci il tarixli 38 saylı təqdimat məktubu nəzərə aralaq: 1. Masallı şəhər sakini Rəhimov Firuz İmran ogluna sahəsi 36 kv.m olan mağaza tikintisinə icazə verilməsi; 2.Vətəndaş F.Rəhimova tapşırılsın ki, tikinti təsdiq olunmuş lahiyyə-smeta sənədləri əsasında aparılması, sanitariya qaydalarına və yanğından mühafizə tələblərinə cavab verilməsini; 3. Rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhəri üzrə nümayəndəsinə və tikinti və memarlıq şöbəsinə tapşırılsın ki, tikinti işləri ayrılmış sahədə aparılmasının şəhərin arxitekturasına uyğun olması qərara alınmışdır. İş materiallarında olan Dövlət Statistika Komitəsinin xx.xx.1995-ci il tarixli, 2 saylı qərarı ilə təsdiq edilmiş 38 nömrəli Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 324 nömrəli Texniki Pasportun surətindən görünür ki, ünvan 2 sahibkar Rəhimov Firuz İmran oğluna Masallı Rayon İcra Hakimiyyəti Başçısının 13 sentyabr 2002-ci il tarixli, 153 saylı sərəncamı ilə qeyri-yaşayış binasına texniki pasport verilmişdir. İş materiallarında olan Masallı rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 1182 nömrəli, xx.xx.2021-ci il tarixli Arayışından görünür ki, X15 2007-ci ildə Masallı şəhəri 20 Yanvar küçəsində aparılan abadlıq-quruculuq işləri zamanı sahibkarlara məxsus primitiv ticarət obyektləri dövlət tərəfindən sökülmüş və sahibkarlar tərəfindən həmin küçədə yeni üslubda ticarət obyektləri tikilmişdir. İş materiallarında olan Azərenerji ASC-nin 01/13-204 nömrəli, xx.xx.2012-ci il tarixli 06224 nömrəli Texniki Şərtin surətindən görünür ki, ünvan 1 ünvanda yaşayan İddiaçı məxsus şəhərin 20 Yanvar küçəsində yerləşən və gücü 5.0 kvt İİİ kateqoriyalı istehlakçı olan mağazanın 110/35/10 kv Masallı y/st-dan çıxan 10 kv 4 saylı h/x-dən el.enerjisi ilə təchiz olunması üçün aşağıdakı texniki şərtlərin yerinə yetirilməsi ilə etiraz etmirlər. 1. Obyektin qidalandırılması üçün tələbatçı tərəfindən görüləcək işlər. 1.1. 110/35/10 kv Masallı y/st-dan çıxan 10 kv 4 saylı h/x-dən qidalanan 10/0,4 kv- luq 400 kva (8050204) trtorun 0.4 kv tərəfində 18 saylı dayağından obyektə qədər təqribən 17 metr 220 v- luq xəttin çəkilməsi. 2. Obyektin girişində mövcud qaydalara uyğun 220 v-luq paylayıcı şkaf, açar və müasir tipli 220 v-luq elektrik sayğacı quraşdırılması. 3. Adı çəkilən işlər EQQQ və EEİQ-nin tələblərinə uyğun yerinə yetirilməsi. 4. Enerji təchizatçısı ilə tələbatçı arasında elektrik avadanlıqlarının balans mənsubiyyətinə görə xidmət sərhəddi aktı tərtib edilməsi.

5. Obyektin elektrik təsərrüfatının istismarına tələbatçı cavabdehdir. 6. Obyektin şəbəkəyə qoşulması X20 İdarəsindən istismara buraxılış aktı alındıqdan və Masallı EŞ-nin Enerji Satış şöbəsi ilə müqavilə bağlandıqdan sonra mümkündür. 7. Texniki şərtin tələblərinin yerinə yetirilməsinə Masallı EŞ rəhbərliyi cavabdehdir. 8. Obyektin razılaşdırılmış elektrik gücü artırılarsa, yeni texniki şərt almaq üçün müraciət edilməlidir. 9. Bu texniki şərtin müddəti 2 (iki) ildir. İş materiallarında olan Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi X20 İdarəsinin 44-17-05/98 nömrəli, 16 oktyabr 2012-ci il tarixli Atının surətindən görünür ki, Masallı şəhəri 20 yanvar küçəsində yerləşən İddiaçı məxsus mağazanın elektrik işlədicilərinin istismara buraxılması üçün tərtib edilmişdir. Obyektə tikinti və quraşdırma işləri qurtarmış hesab edilib istismara yararlı sayılmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən 38 kv.m qeyri-yaşayış binası daşınmaz əmlakın **********76-06301 reyestr nömrəsi ilə xx.xx.2024cü il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 58 nömrəli vərəqində Rəhimov Firuz İmran oğlunun adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 13 avqust 2025-ci il tarixli, 3- 21-2-13/2-61388/2025 nömrəli məktubundan görünür ki, Uçot-baza və arxiv məlumatlarına əsasən bildirilmişdir ki, “Savalan" Gənclik Mərkəzi adında hüquqi şəxsin dövlət qeydiyyatında olması barədə 6 saylı Ərazi Vergilər Baş İdarəsində məlumat mövcud deyildir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2025-ci il tarixli, 3-34/2-26401-3/2025 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində Masallı rayonu üzrə "Savalan” Gənclik Mərkəzinə dair məlumat mövcud deyildir. Bununla yanaşı nəzərə çatdırılır ki, statistik vahidlərin Dövlət reyestrində müəssisələrlə bağlı məlumatların axtarışı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyat zamanı hüquqi şəxsə təqdim olunmuş vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və yaxud da Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmuş statistik identifikasiya kodu vasitəsi ilə həyata keçirilir. Belə ki, müəssisənin yalnız "ada" görə axtarışı səhv nəticələrə gətirib çıxara bilər. Qeyd olunanları nəzərə alaraq, gələcəkdə maraqlandıracaq bu və ya digər müəssisəyə dair məlumatların statistik vahidlərin Dövlət reyestrində axtarışının dəbiq aparılması üçün onun vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) və yaxud statistik identifikasiya kodunun təqdim olunmasını, bunların heç biri olmadığı halda isə hüquqi şəxslərin qeydiyyat orqanı olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edilməsi xahiş olunmuşdur. İş materiallarında olan 18 avqust 2025-ci il tarixli, 5-66/2-911/2025 nömrəli məktubunun surətindən görünür ki, "Milli arxiv fondu haqqında" Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinə əsasən rayon və şəhər İcra Hakimiyyətinin idarə arxivində sənədlərin müvəqqəti mühafizə müddəti 5 il müəyyən edilmiş və qeyd edilən müddət keçdikdən sonra arxiv sənədləri daimi mühafizə edilməsi üçün dövlət arxivinə təhvil verilir. Bu səbəbdən aidiyyəti üzrə 2-1(120)-2855/2025 nömrəli, 06 avqust 2025-ci il tarixli müraciət X14 filialına göndərilmiş və nəticəsi barədə məhkəməyə məlumat verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Masallı rayon İcra Hakimiyyəti Masallı Rayon Dövlət Arxivinin 18 sentyabr 2025-ci il tarixli, 3-48-33RA/2-203/2025 nömrəli məktubunun surətindən görünür ki, XDS-nin prtokollarına və İHB-nın sərəncamlarına köməkçi sənədlər əlavə edilmədiyindən, qərarın qəbul edilməsinə və sərəncamın verilməsinə əsas olan sənədlərin təsdiqlənmiş surətlərinin məhkəməyə təqdim olunması imkanları xaricindədir. İş materiallarında olan Masallı rayon X7 Rəyasət Heyətinin 31 iyul 1992-ci il tarixli iclasının 97 nömrəli protokolunun surətindən görünür ki, 1. Rayon İcra Hakimiyyəti Başçısının 26 may 1992-ci il tarixli, 977 nömrəli təqdimatı və rayon Sovetinin torpaq komissiyasının 29 may 1992-ci il tarixli (protokol) qərarının nəzərə alınması; 2. Rayondakı öz fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən sahibkar X5 mağazasının tikintisi altında şəhərin 2722 nömrəli avtomobil dəstəsinin şimal hasarı yaxınlığında olan boş sahədən 12 kv.m torpaq sahəsinin ayrılması və bununla əlaqədar yaradılmış komissiyanın 19 may 1992-ci il tarixli aktının təsdiq edilməsi qərara alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın AN-İ seriyalı, ******* nömrəli, 17 fevral 2025-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Rəhimov Firuz İmran oğlu (istifadədə olan 0.0044 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 38 kv/m olan qeyri-yaşayış binasını) X2nun mülkiyyətinə verir. 2. Satılan daşınmaz əmlak aşağıdakı hüquqmüəyyənedici sənədə əsasən Satıcıya məxsusdur: -ƏMDK-nin yanında DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2024 tarixdə Rəhimov Firuz İmran oğluna verilmiş **********76-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə, 38 kv/m: 3. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2025 il tarixli, qeydiyyat nömrəsi **********SE33507 olan arayışa əsasən müqavilə bağlananadək ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. 4 Satıcı(lar) daşınmaz əmlaki 20000 manat 00 qəpik (iyirmi min manat sıfır qəpik) qiymətinə satdı(lar), Alıcı(lar) isə həmin qiymətə aldı(lar): - Alıcı X1 Rəhimov Fíruz İmran oğlundan satdığı tam hissəni (38 kv/m) ondan 20000 manat 0 qəpik(iyirmi min manat sıfır qəpik) qiymətinə aldı. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4- 14/2-608/2025 nömrəli məktubunun surətindən görünür ki, "Savalan" Gənclik Mərkəzinə məxsus təsis sənədləri iş materiallarında aşkar edilməmişdir. İş materiallarında olan Masallı rayon regional Asan Xidmət mərkəzində notariat ofisinin 17 fevral 2025-ci il tarixli 211 nömrəli məktubundan görünür ki, X6 (FiN : 19K0PW2) tərəfindən notariat qaydasında təsdiq edilmiş qeyri-yaşayış binasının alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 20256.50 (iyirmi min iki yüz əlli altı manat 50 qəpik) AZN məbləğində pulun müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra onun məktubu əsasında Rəhimov Firuz İmran oğluna ( FİN 23NK036) 256.5 (iki yüz əlli altı manat 50 qəpik) AZN manat dövlət xəzinədarlıq Agentliyinə köçürülməsi üçün vergi məbləği çıxmaqla 20000.00 (iyirmi min manat 00 qəpik) AZN manat verilməsi üçün bankda olan AZ79AİİB410400F**********219 №-li depozit hesabına qəbul olunması xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X19 8 saylı Cəlilabad Ərazi İdarəsinin 3-21-3-44/2-9218/2025 nömrəli, 20 noyabr 2025-ci il tarixli məktubunun surətindən görünür ki, ünvan 2ndə yerləşən qeyri-yaşayış binası üzərində Rəhimov Firuz İmran oğlunun mülkiyyət hüquqları ********** nömrəli çıxarışla qeydiyyata alınarkən texniki pasport tərtib edilmədiyindən çöl-ölçmə işləri aparılmamış və müayinə aktı tərtib edilməmişdir.

Əsaslandırma hissəsi:

Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarının 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 1.3-cü bəndində qeyd edilir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Göründüyü kimi iddianın mahiyyəti üzrə baxılması üçün iddianın mümkün olması vacib şərtdir. İddianın mümkünlük məsələsi yoxlanılarkən diqqət yetirilməli vacib məsələrdən bir də iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Belə ki, iddiaçının iddia ərizəsindən görünür ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “24 noyabr 2024cü il tarixli və Rəhimov Firuz İmran oğluna verilmiş çıxarışın ləğv edilməsi” bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlər nəzərdən keçirilən zaman müəyyən edilmişdir ki, İddiaçı məhkəmədə iddia qaldıraraq SSS Nurlan MMC”-nin sənədlərinin araşdırılması və qanunsuzluqlara görə Rəhimov Firuz İmran oğluna verilmiş çıxarışın ləğv edilməsini xahiş etmiş, lakin həmin Rəhimov Firuz İmran oğluna verilmiş 38 (otuz səkkiz) kv.m sahəsinin İddiaçı məxsus olmasına, həmçinin subyektiv hüququnun pozulmasına dair heç bir sübutu məhkəməyə təqdim etməmiş və məhkəmə araşdırması zamanı da belə bir sübutun olması müəyyən edilməmişdir. İddiaçı məhkəmə iclasında subyektiv hüququnun pozulmasına dair sübutların təqdim edilməsi təklif edilmiş, o, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-2(102)-591/2022-ci il tarixli qərarında (8-ci səhifəsinin 50-ci abzasında) Masallı rayon İcra Hakimiyyətinin Başçısının 2002-ci il 13 sentaybr tarixli, 153 nömrəli, sərəncamına əsasən Masallı rayonu X11 Rəyasət Heyyətinin 1992-ci il 31 iyul tarixli 7 nömrəli qərarı ilə təsisçisi olduğu X12 kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün ayrılmış torpaq sahəsində İddiaçı 36 kv.m sahəsi olan mağaza tikməyə icazə verildiyini qeyd edərək subyektiv hüququnun mövcud olduğunu bildirmişdir. Məhkəmə sorğuları əsasında cavablandırılmış Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4-14/2-608/2025 nömrəli məktubunun surətindən görünür ki, "Savalan" Gənclik Mərkəzinə məxsus təsis sənədləri iş materiallarında aşkar edilməmiş, İddiaçıa dair hər hansı hüquqmüəyyənedici sənəd məhkəməyə təqdim edilməmişdir. Bunun əksi olaraq iş materiallarına əlavə edilmiş Masallı rayon İcra Hakimiyyəti Başçısının 153 nömrəli, 13 sentyabr 2002-ci il tarixli Sərəncamının surətindən görünür ki, Masallı şəhərində yerləşən "Savalan" X9 rayon X16 Rayasət heyətinin 31 iyul 1992-ci il tarixli 7 saylı Qərarı ilə şəhərin 20 Yanvar küçəsində torpaq sahəsi ayrılmışdır. "Savalan" Gənclik Mərkəzinin təsisçisi Rəhimov Firuz İmran oğlu ayrılmış sahədə kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün mağaza binası tikmək istəyir. F.Rəhimovun həmin sahədə öz hesabına ümumi sahəsi 36 kv.m olan mağaza binası tikməsi məqsədə müvafiqdir. F.Rəhimovun ərizəsini və Masallı rayon İHB-nın Masallı şəhəri üzrə nümayəndəsinin 04 may 2001-ci il tarixli 38 saylı təqdimat məktubu nəzərə aralaq: 1. Masallı şəhər sakini Rəhimov Firuz İmran ogluna sahəsi 36 kv.m olan mağaza tikintisinə icazə verilməsi; 2.Vətəndaş F.Rəhimova tapşırılsın ki, tikinti təsdiq olunmuş lahiyyə-smeta sənədləri əsasında aparılması, sanitariya qaydalarına və yanğından mühafizə teləblərinə cavab verilməsini; 3. Rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhəri üzrə nümayəndəsinə və tikinti və memarlıq şöbəsinə tapşırılsın ki, tikinti işləri ayrılmış sahədə aparılmasının şəhərin arxitekturasına uyğun olması qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı subyektiv hüququnun pozulması halını təsdiq edən sənəd kimi, onun adına tərtib edilmiş "xxxx" ASC-nin 01/13-204 nömrəli, xx.xx.2012-ci il tarixli 06224 nömrəli Texniki Şərtinin mövcud olmasını əsas göstərmişdir. Məhkəmə xüsusi ilə qeyd edir ki, "xxxx" ASC-nin 01/13-204 nömrəli, xx.xx.2012-ci il tarixli 06224 nömrəli Texniki Şərt haqqında verdiyi sənəd daşınmaz əmlak üzərində mülkiyyət hüququnu müəyyən edən sənəd deyil. Sadəcə enerjisi ilə təchiz olunması üçün nəzərədə tutulmuş müvafiq sənəddir. Həmin texniki şərtin müddəti 2 (iki) müəyyən edilmişdir. Nəzərə alsaq ki, iddiaçının istinat etdiyi "xxxx" ASC-nin 01/13-204 nömrəli, xx.xx.2012-ci il tarixli 06224 nömrəli Texniki Şərt haqqında verdiyi sənəd xx.xx.2014-cü il tarixdə öz qüvvəsini itirmişdir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarının tələbindən çıxış edərək hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddiaçı cavabdeh inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıran sübutları təqdim etməmişdir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən 38 kv.m qeyri-yaşayış binası daşınmaz əmlakın **********76-06301 reyestr nömrəsi ilə xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 58 nömrəli vərəqində Rəhimov Firuz İmran oğlunun adına qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın AN-İ seriyalı, ******* nömrəli, 17 fevral 2025-ci il tarixli Alqı-Satqı Müqaviləsinin surətindən görünür ki, satıcı Rəhimov Firuz İmran oğlu (istifadədə olan 0.0044 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 38 kv/m olan qeyri-yaşayış binasını) X2nun mülkiyyətinə vermişdir. Satılan daşınmaz əmlak aşağıdakı hüquqmüəyyənedici sənədə əsasən Satıcıya məxsusdur: -ƏMDK-nin yanında DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2024 tarixdə Rəhimov Firuz İmran oğluna verilmiş **********76-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə, 38 kv/m: Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2025 il tarixli, qeydiyyat nömrəsi **********SE33507 olan arayışa əsasən müqavilə bağlananadək ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Satıcı(lar) daşınmaz əmlakı 20000 manat 00 qəpik (iyirmi min manat sıfır qəpik) qiymətinə satdı(lar), Alıcı(lar) isə həmin qiymətə aldı(lar): - Alıcı X1 Rəhimov Fíruz İmran oğlundan satdığı tam hissəni (38 kv/m) ondan 20000 manat 0 qəpik(iyirmi min manat sıfır qəpik) qiymətinə almışdır. İddiaçının iddia tələbindən görünür ki, iddiaçı 24 noyabr 2024-cü il tarixli Rəhimov Firuz İmran oğlunun adına verilmiş çıxarışın ləğv edilməsini mübahisələndirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisələndirdiyi İddiaçı adına verilmiş 24 noyabr 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas olan sənəd Masallı rayon İcra Hakimiyyəti Başçısının 13 sentyabr 2002-ci il tarixli, 153 nömrəli sərəncamıdır. Belə olduğu halda məhkəmə hesab edir ki, iddiaçının hüquqi marağına uyğun sözügedən çıxarışın verilməsinə əsas olan sənədi, yəni Masallı rayon İcra İcra Hakimiyyəti Başçısının 13 sentyabr 2002-ci il tarixli, 153 nömrəli sərəncamını mübahisələndirmək hüququ vardır. Məhkəmə həmçinin qeyd edir ki, sözügedən tələbə cavab verməli olan inzibati orqan Daşınmaz Əmlakın Dövlət Kadatrı və Reyestri” X19 8 saylı Cəlilabad Ərazi İdarəsi deyil, Masallı rayon İcra Hakimiyyəti olmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir: “qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilibedilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəmə iclasında şifahi qayda və xx.xx.2025-ci il tarixli, 2-1(120)-2855/2025 nömrəli hüquqi yardım məktubu göndərilsə də, iddiaçı hüquqi yardım məktubuna münasibət bildirməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

Nəticəvi hissə:

Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə

qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X19 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı üçüncü şəxslər Rəhimov Firuz İmran oğlu və X6 zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə “24 noyabr 2024-cü il tarixli və Rəhimov Firuz İmran oğlunun adına verilmiş çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar