Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-286/2020 11.03.2020 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinə qarşı «şəhid ailəsi» statusu barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı məhkəmədə iddia qaldıraraq mərhum X3na döyüş postunda xidmət aparan zaman həlak olmasına görə şəhidlik statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2-1(120)-286/2020 saylı qərardadı ilə iddia tələbinə «şəhid ailəsi» statusu barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi baxılması, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsi ilə əvəz edilməsi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin cavabdeh siyahısından çıxarılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbi üzrə izahat verərək bildirdi ki,oğlu xx.xx.1999-cu il təvəllüdlü X1 Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci taborunun 8-ci bölüyünün 3-cü taqımının 2-ci manqasında şərti olaraq “Bəbir” adlandırılan döyüş postunda əsgər vəzifəsində xidmət aparan zaman həmin manqanın digər əsgəri X6 tərəfindən qəsdən olaraq onun xidməti avtomat silahından açılan atəş nəticəsində öldürülümüşdür. Etdiyi cinayət əməlinə görə X6 Azərbaycan Respublikasının CM-nin 120.2.4 və 120.2.9-cu madəlləri ilə təqsirləndirilərək Gəncə Hərbi məhkəməsinin 20 iyun 2019-cu il tarixli, 1-1(095)-119/2019 saylı hökmünə əsasən 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. X3 məhz döyüş postunda xidmət aparan zaman həlak olmuş və buna görə də ona şəhidlik statusu verilməlidir. Ərizə ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edərək mərhum X3na şəhidlik statusunun verilməsini xahiş etmişdir. Həmin Xidmətdən xx.xx.2019-cu il tarixli məktubla cavab verilərək mərhum X3na şəhidlik statusunun verilməsindən imtina olunmuşdur. Göründüyü kimi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti mərhum X3na şəhidlik statusunun verilməsindən imtina etmişdir ki, bu imtina da onun inzibati məhkəməyə müraciət etməsi üçün hüquqi əsas yaratmışdır. Odur ki, iddia tələbini müdafiə etdiyini və oğlu şəhid olduğundan ona “şəhid» ailəsi statusu barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinəməhkəmə iclasının vaxtı və yeri haqqında rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının İnzibatiProsessual Məcəlləsinin 62.3-cü maddəsinəəsasən işə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materialını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən, iddia təmin edilməməlidir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iddia tələbinin mahiyyəti cavabdeh tərəfindən oğlunun şəhid, özünün isə şəhid ailəsi olmasının tanınması, yəni cavabdeh tərəfindən bu faktı təsdiq edən sənədin (arayışın) verilməsi olmuşdur. Başqa sözlə, iddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı ondan ibarətdir ki, cavabdeh tərəfindən oğlunun şəhid olmasını təsdiq edən sənəd (arayış) verildiyi halda, o, oğlunun adını müvafiq qanunvericiliyə uyğun əbədiləşdirəcək və şəhid ailələrinə edilən güzəştlərdən istifadə edəcəkdir. Məhkəmə iddiaçının iddia tələbi üzrə nəticəyə gələrkən aşağıdakı sübutları və hüquq normalarını rəhbər tutmuşdur. Belə ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin iddiaçıya ünvanladığı 05 noyabr 2019-cu il tarixli B/3977 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş təkrar müraciətinizə yenidən baxılmışdır. Bildiririk ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarının 1.2.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili İşlər, dövlət təhlükəsizliyi orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların verinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanıhəlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Bu Qərarın 4.1-ci bəndinə əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Belə ki, Gəncə Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(095)- 119/2019 nömrəli hökmünə əsasən, mərhum Azər Babayev xx.xx.2019-cq il tarixdə N saylı hərbi hissədə xidmət keçərkən əsgər yoldaşının qisas almaq məqsədilə AKM markalı silahdan açdığı atəşlə qəsdən öldürülmüşdür. X2 döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı yox, qarşılıqlı münasibətlərin pozulması ilə bağlı baş vermiş cinayət əməli nəticəsində öldürüldüyündən,onun şəhid hesab edilməsi yuxarıda göstərilən qanunvericiliyin tələblərinə ziddir. Nəzərinizə çatdırırıq ki, müraciətdə qeyd etdiyiniz məsələ ilə əlaqədar Sizə Xidmətin Aparatı tərəfindən xx.xx.2019-cu il tarixli B/1335 nömrəli məktubla ətraflı cavab verilmişdir. İş materiallarında olan AZ-İ 984535 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X8 xx.xx.2019-cu ildə odlu silahdan atəş açma nəticəsində ölmüşdür. İş materiallarında olan Gəncə Hərbi Məhkəməsinin məhkəməyə ünvanladığı 18 dekabr 2019-cu il tarixli 573 saylı məktubuna əlavə olunmuş Azərbaycan Respublikası Gəncə Hərbi Məhkəməsinin 20 iyun 2019-cu il tarixli, 1-1(095)-119/2019 nömrəli hökmündən görünür ki, X8 xx.xx.2019-cu il tarixdə əsgər yoldaşı tərəfindən açılan atəş nəticəsində həlak olmuşdur. Faktla bağlı cinayət işinə Gəncə Hərbi Məhkəməsində baxılmış, məhkəmənin hökmü ilə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü və 120.2.9-cu maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş və 17 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Gəncə Apelyasiya Məhkəməsinin 02 sentyabr 2019-cu il tarixli, 1-1(104)-87/2019 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Gəncə Hərbi Məhkəməsinin 20 iyun 2019-cu il tarixli, 1-1(095)-119/2019 nömrəli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, 1/B-5947 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ünvanladığınız ərizəyə Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsində baxılmışdır. Məlumat üçün bildiririk ki, övladınız X4 həlak olması faktı üzrə hazırda məhkəmə baxışındadır. Yekunda məhkəmə tərəfindən çıxarılmış hökmə əsasən ona şəhidlik statusunun verilməsinə baxılacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin xx.xx.2019-cu il tarixli, 382 saylı arayışında qeyd edilmişdir ki, verilir Beyləqan rayonunun Aşqallılar kənd sakini vətəndaş İddiaçı ondan ötrü ki, onun oğlu N nömrəli hərbi hissədə sanitar-atıcı vəzifəsində xidmət edən əsgər X8 düşmənlə təmas xəttində yerləşən döyüş mövqeyində xidməti vəzifələrini yerinə yetirərkən əsgər yoldaşının açdığı odlu silah atəşi ilə (döş boşluğunun dəlib keçən çox saylı odlu silah güllə yarası) zədələnməsi nəticəsində həlak olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, N nömrəli hərbi hissənin əsgəri X8 xx.xx.2019-cu il tarixdə saat 13:40 radələrində əsgər yoldaşı X6 tərəfindən xuliqanlıq niyyəti ilə silahdan açılan atəş nəticəsində həlak olmuşdur. Hazırda iddiaçı X4 atası oğlunun xidməti vəzifəsini yerinə yetirərkən həlak olduğunu qeyd edərək, ona «şəhid ailəsi» statusu barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-2.2.2-ci maddələrinə əsasən inzıbati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati icraat haqqında Qanunun 11-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Məhkəmə, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin hərəkətlərinin qanuna əsaslanmasını yoxlayarkən belə qənaətə gəlir ki, inzibati orqan tərəfindən iddiaçının hüquqlarına müdaxilə edilməmişdir. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» 03 sentyabr 1993-cü il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğurunda həlak olan, hərbi əməliyyatlarla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxs şəhid hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq olunmuş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər. Həmin Qaydaların 4.1-ci maddəsinə əsasən şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin Kadrlar İdarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) İcra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 №-li qərarı ilə təsdiq olunmuş «Şəhid adının əbədləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun 1-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 dekabr 2008-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş «şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı bəndinin, «о cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər» müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun 1-ci maddəsinin tətbiq edilməli olduğu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı bəndinin «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun tələblərinə müvafiq təkmilləşdirilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə tövsiyə edilməsi qərara alınmışdır. İddiaçı X3nun xidməti vəzifəsinin icrası zamanı həlak olduğunu qeyd edərək, X4 şəhid olduğunu hesab edir buna görə də «şəhid ailəsi» statusu barədə arayış verilməli olan şəxslər kateqoriyasına aid olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, N nömrəli hərbi hissənin atıcısı - əsgər X8 xx.xx.2019-cu il tarixdə saat 13:40 radələrində əsgər yoldaşı X6 tərəfindən xuliqanlıq niyyəti ilə açılan atəş nəticəsində aldığı güllə yarasından ölmüşdür. Faktla bağlı cinayət işinə Gəncə Hərbi Məhkəməsində baxılmış, məhkəmənin hökmü ilə xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə dair fakt müəyyən edilmiş və X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü və 120.2.9-cu maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 17 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçının X3 hərbi xidmət keçərkən vəfat etsə də, onun ölümü Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyünün qorunması ilə əlaqədar deyil, cinayət hadisəsi nəticəsində baş verdiyindən X5 şəhid adının verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə,məhkəmə işin yuxarda qeyd olunan hallarına və sadalanan hüquq normalarına məcmu halda qiymət verərəkhesab edir ki, qanuni əsası olmadığından İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinə qarşı «şəhid ailəsi» statusu barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4, 68-70, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinə qarşı «şəhid ailəsi» statusu barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddası təmin edilməsin. Qərаrdаn, оnun tаm fоrmаdа təqdim оlunduğu gündən 30 (оtuz) gün müddətində Şirvаn İnzibаti Məhkəməsi vаsitəsi ilə Şirvаn Аpеlyаsiyа Məhkəməsinə (Şirvаn şəhəri, Nахçıvаn küçəsi 3) apelyasiya şikаyəti vеrilə bilər. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-286/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-286/2020
11.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver