Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-286/2025 07.02.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “İddiaçı işdən çıxarılmağı barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********095500 saylı əmrin ləğv edilməsi, İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməsi və işdən çıxaıldığı gündən öz işinə bərpa olunanadək əmək haqqının hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “işdən çıxarılmağı barədə əmrin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa edilməsi və işdən çıxarıldığı gündən işinə bərpa olunanadək əmək haqqının hesablanıb ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-1711/2023 nömrəli qərardadına əsasən iddia tələbinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. . İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia “İddiaçı işdən çıxarılmağı barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********0955000 saylı əmrin ləğv edilməsi, İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməsi və işdən çıxaıldığı gündən öz işinə bərpa olunanadək əmək haqqının hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-2807/2023 nömrəli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, on bir ildən çoxdur ki, Vergi sistemində müxtəlif vəzifələrdə çalışmış, son illərdə Bakı şəhər Lokal Gəlirlər Baş idarəsində X11 vəzifəsində işləmiş, bu illər ərzində öz işini tam layiqincə, qüsursuz yerinə yetirmiş, hətta bu 11 il (on bir) ərzində bir dəfə olsun məzuniyyətə buraxılmamışdır. xx.xx.2020-ci ildə COVİD 19 xəstəliyinə yoluxmuş və xx.xx.2020-ci ilə kimi müalicə olunmuş, xx.xx.2020-ci ildə ona verilən Əmək qabiliyyətinin olmaması vərəqəsində göstərilir ki, xəstəlik davam edir. Belə bir zamanda işlədiyi idarədən onun sərəncama götürülməyi barədə məlumat verdilər. Qanunvericiliyin tələbinə görə əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövrdə işçi haqqında hər hansı tədbir görülməsi qadağandır. Onun hansı əsasla sərəncama çıxarılmağı məsələsinə aydınlıq gətirilməsi və müvafiq tədbirin görülməsi barədə yazılı surətdə Dövlət Vergi Xidmətinə müraciət etmiş, Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli, **********586500 saylı məktubu ilə onun ərizəsinə formal olaraq cavab verilmişdir. Sərəncama çıxarılmağı barədə əmrdə, nə də ona göndərilən cavab məktubunda sərəncama çıxarılmağı barədə heç bir əsaslandırıcı fikir yoxdur. Məktubda formal olaraq göstərilir ki, onun sərəncamda olma müddəti xx.xx.2021ci il tarixinədək uzadılır. Məktubda sərəncama çıxarılmağı barədə heç bir əsaslandırıcı fikir yoxdur. Bundan sonra yenə də sərəncamda olma müddətini qanunsuz və əsassız olaraq uzatdılar. 02 iyun 2022-ci ildə maaş kartına daxil olan pul məbləği ilə maraqlandıqda şifahi olaraq bildirdi ki, işdən azad olunmuş, müraciət etməyinə baxmayaraq əmrin surətini ona verilməmişdir. Bu mübahisənin mediasiya qaydasında həll olunmasını təklif etsə də, cavabdeh təklifinə cavab verməmiş və yazılı surətdə 20 iyun 2022-ci ildə mediasiya təşkilatına müraciət etmiş, Mediasiya təşkilatı tərəfindən 14 iyul 2022 ci il, saat 14:00-a mediasiya iclası təyin olunmuş, lakin Vergi orqanı mediasiya iclasında iştirak etməmiş, bu barədə ona müvafiq arayış təqdim olunmuşdur. “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38-ci maddəsində deyilir: Təşkilati-ştat təbdirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə, əmək haqqı saxlanılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həmin orqanın sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə uzadıla bilər. Bu müddətdə vergi orqanının vəzifəli şəxsinin xəstə olduğu, əsas və əlavə məzuniyyətlərdə olduğu müraciət daxil edilmir. Əmək Məcəlləsinin Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları göstərillib: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Əmək Məcəlləsinin 83.2-ci maddəsində deyilir: Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsinin 84-cü maddəsində Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununda hansı məlumatların əks etdirməyin vacib olduğu göstərilir. -əmək müqaviləsinin ləğv edilməsinin əsası; -əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 saylı qərarının 6-cı bəndinə görə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və onun regional bölmələri inzibati orqan hesab edilir. İnzibati Prosessual Məcəllənin 2.2-ci maddəsində deyilir: İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); Yuxarıda göstərilənləri nəzərə alaraq onun işdən çıxarılmağı barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********0955000 saylı əmrin ləğv edilməsi, İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməsi və işdən çıxaıldığı gündən öz işinə bərpa olunanadək əmək haqqının hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin iddiaya qarşı etirazında qeyd olunmuşdur ki, Əliyev X9 vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət idarəsinin Ticarət sahəsi üzrə şöbəsinin Topdan ticarət sahələri bölməsinin böyük X11 vəzifəsində çalışmışdır. Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli **********025100 nömrəli əmri ilə “Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnamənin 38-ci maddəsinə əsasən İddiaçı tutduğu vəzifədən azad edilmiş və 3 ay müddətinə Dövlət Vergi Xidmətinin sərəncamına götürülmüşdür. Xidmətin xx.xx.2022-ci il tarixli **********095500 nömrəli əmri ilə İddiaçı "Dövlət vergi orqanlarında xidmət haqqında' Əsasnamənin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsinə xitam verilərək Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmışdır. İddiaçı ilə xx.xx.2021-ci il tarixli **********025100 nömrəli əmrin icrası ilə əlaqədar olaraq xx.xx.2021-ci il tarixdə təhvil-təslim işləri aparılmış və müvafiq akt əlavəsi ilə birlikdə iddiaçı tərəfindən imzalanmışdır. Həmin təhvil-təslim aktına əsəsən sabiq əməkdaş İddiaçı tərəfindən xidməti vəsiqə təhvil verilmiş və iddiaçı onun tutduğu vəzifədən azad edilməsi və sərəncama götürülməsi ilə əlaqədar xx.xx.2021 -ci il tarixli **********025100 nömrəli əmrlə tanış edilmiş və əmrin bir nüsxəsi ona təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmağa çalışmışdır ki, onun sərəncamda olma müddəti qanunsuz və əsasız olaraq uzadılmışdır. Bununla bağlı qeyd etməliyik ki, Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin 38-ci bəndinə əsasən təşkilati-ştat təbdirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə, əmək haqqı saxlanılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həmin orqanın sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə uzadıla bilər. Göründüyü kimi iddiaçının sərəncamda qalması "Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnaməyə uyğun olaraq həyata keçirilir və onun tərəfindən gətirilən dəlillər hüquqi cəhətdən əsaslandırılmamışdır. Bununla yanaşı iddiaçı xx.xx.2022-ci il tarixdə onun hesab kartına pul məbləğinin daxil olduğunu, həmin məbləğin ona şifahi olaraq son haqq-hesab ödənişi olduğunu, lakin sərəncamdan çıxarılması barədə əmrin surətinin ona verilmədiyini bildirmişdir. Qeyd etməliyik ki, Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********095500 nömrəli əmri ilə S.X13 Xidmətinin sərəncamından çıxarılarkən xx.xx.2022-cı il tarix': **********298300 nömrəli məktubla ona məxsus olan əmək kitabçasını İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsindən götürməyi və ya poçt vasitəsilə göndərilməsinə rəsmi razılıq verməyi xahiş edilməsinə baxmayaraq sabiq əməkdaş tərəfindən hər hansı hərəkətlər edilməmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə iddiaçı Dövlət Vergi Xidmətin - nzıba: t nasında İnsan resursları baş idarəsi tərəfindən keçirilmiş qəbul zamanı Xidmətin sərəncamında olan əməkdaşlarına, o cümlədən İddiaçı ərazi verg orqanlarında ştat üzrə müvafiq vəzifə təklif olunmuş, lakin təklif olunan vəzifədən imtina etmişdir Bununla bağlı xx.xx.2022-ci il tarixli Akt tərtib olunmuş və vergi orqanın vəzifəli şəxslən tərəfindən imzalanmışdır. Həmçinin iddiaçı məhkəmə baxışı davam edərkən təklif olunan vəzifələr ə razılaşmadığını daha öncə bildirmişdir. Məlum olduğu kimi. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin 75-cı maddəsinin 3-cü hissəsinə əsasən təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə vergi orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilə bilər. Məhz qeyd olunan müddəaya əsasən iddiaçının əmək müqaviləsinə xitam verilərək DVX-nın sərəncamından çıxarılmışdır. Bundan əlavə bildiririk ki, iddiaçı xx.xx.2021-ci il tarixli əmrin nəticələrinin ləğv edilməsi ilə bağlı daha öncə. xx.xx.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və iş üzrə həmin məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(112)-3435/2022 nömrəli qərardadı ilə iddia tələbi mümkün hesab edilməmişdir. Həmin qərardaddan iddiaçının verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1 (103)- 2591/2022 saylı qərardadı ilə təmin edilməmişdir İddiaçı tərəfindən kassasiya şikayəti verilmədiyindən Bakı Apellyasiya Məhkəməsin n xx.xx.2022-ci il tarixli qərardadı qanuni qüvvəyə minmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 8.1-8.3- cü bəndlərinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3cü maddəsinə əsasən qərardad qəbul edir. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmac ğ nı müəyyən edir. Buna görə də. iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı ilə keçirilmiş canlı görüş zamanı əmrlər barədə faktiki məlumatlandırılmış olması gətirilmiş dəlillərin formal xarakterli olmasına dəlalət edir. Xüsusilə qeyd etməliyik ki, iddiaçının gətirdiyi bütün dəlillər, o cümlədən xx.xx.2022-ci il tarixli **********095500 nömrəli əmrin ləğvi onun arzuladığı hüquqi nəticəyə, yəni tutduğu vəzifəyə bərpa edilməsinə gətirib çıxara bilməz. Belə ki, həmin əmrlə iddiaçı sərəncamdan çıxarılmış, onun qəbul edilməsindən öncə vergi orqanının sərəncamında olmuşdur və bu əmrin ləğvi yalnız iddiaçının sərəncama qayıtmasına gətirib çıxara bilər. Bu isə yolverilməzdir. Çünki, 'Dövlət vergi orqanlarında xidmət haqqında’ Əsasnamənin 38-ci bəndinin məzmununa əsasən sərəncamda saxlanılma müddəti bir ildən artıq davam edə bilməz. İddiaçının işdən azad olunması xx.xx.2021-ci il tarixli **********025100 nömrəli əmr əsasında olmuş və həmin əmrin icrası ilə bağlı həyata keçirilən hərəkətlər cavabdeh tərəfindən daha öncə təqdim edilmiş etirazda, həmçinin prosessual müddətlərin ötürülməsi barədə dəlillərdə əks olunmuşdur. Başqa sözlə iddiaçının onun barəsində qəbul edilmiş işdən azad edilmə və sərəncamdan çıxarılma barədə əmrlərdən məlumatlı olmadığına dair gətirdiyi bütün dəlillər əsassız olmaqla yanaşı həmin əmrlərin məhkəmə tərəfindən ləğv edilməsinə nail olmağa yönəlmişdirlər. Odur ki, gətirilən dəlillər əsassız hesab edilməklə İddiaçı iddia tələbi rədd edilməlidir. İddiaçı iddia tələbinin rədd edilməsi barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iş materiallarına əsaslanaraq və İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, inzibati işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirinin xx.xx.2016-cı il tarixli, **********946000 nömrəli əmri ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktının təsdiq edilmiş surətindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin rəis müavini, baş vergi xidməti müşaviri X6, Proqnoz göstəricilərinin icrasına nəzarət idarəsinin rəisi, baş vergi xidməti müşaviri X3, həmin idarənin rəis müavini, 1-ci dərəcəli müfəttiş X8, Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsinin rəisi, vergi xidməti müşaviri X2 və Maliyyə, təminat və mühasibat uçotu şöbəsinin rəisi - baş mühasibi, baş vergi xidməti müşaviri İsmayılova Gülşad ismayıl qızı, digər tərəfdən sabiq əməkdaş iqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət idarəsinin Ticarət sahəsi üzrə şöbəsinin Böyük X11, 1-ci dərəcəli müfəttiş İddiaçı aktı və əlavəsini imzalamaqla təsdiq edirik ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “işdən azad edilmə və sərəncama götürülmə haqqında” xx.xx.2021-ci il tarixli **********025100 nömrəli əmrinin icrası ilə əlaqədar akta əlavə olunmuş siyahıda qeyd olunan sənədlər inventar, avadanlıq və ofis ləvazimatı bu aktda sabiq əməkdaş qismində qeyd olunan şəxsdən təhvil alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********095500 saylı əmrinin təsdiq edilmiş surətindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli, **********025100 nömrəli əmri ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sərəncamına götürülmüş İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmış hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, **********298300 nömrəli məktubundan görünür ki, onun barəsində verilmiş “Xidmətə xitam verilmə və sərəncamdan çıxarılma barədə” əmrinin surətini təqdim edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydalan”nın 6-cı bəndinin tələblərinə uyğun olaraq ona məxsus olan əmək kitabçasını İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsindən götürməyi və ya poçt vasitəsilə göndərilməsinə rəsmi razılıq verməyi xahiş etmişdirlər. İş materiallarında olan Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-3435/2022 nömrəli məktubundan görünür ki, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinə qarşı “sərəncama götürülmə barədə əmrin ləğv edilməsi” tələbinə dair iş üzrə iddia məhkəmənin 2-1(112)-3435/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə prosessual müddətin bərpa edilməsinə dair ərizə (vəsatət) təmin edilməyərək iddia mümkün sayılmamışdır. Sonradan iddiaçı tərəfindən verilən apellyasiya şikayətinə əsasən iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)- 3435/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023cü il tarixli, **********047400 nömrəli məktubunda qeyd edilmişdir ki, Sabiq vergi orqanı əməkdaşı İddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2021-ci il tarixədək vergi orqanlarında işləmiş, istifadə edilməmiş əmək məzuniyyətinin 242 təqvim gününü nəzərə alaraq 5641,02 AZN son haqq - hesab hesablanmış və xx.xx.2022-ci il tarixində 4031,39 AZN vəsait hesabına köçürülmüşdür. Eyni zamanda bildirilir ki, İddiaçı istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiya hesablanması zamanı “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası” nın 2.7-ci bəndinə əsasən mükafatlar (əmək haqqına əlavə) nəzərə alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məhkəməyə ünvanladığı xx.xx.2023cü il tarixli, 3-17-1/2-24286/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, sığortaedən tərəfindən təqdim edilmiş 2021-ci ilin lll-İV rübləri və 2022-ci ilin İ, İİİ, İV rübləri üzrə hesabatlara əsasən İddiaçı adı sığortaolunan kimi qeyd olunmamışdır. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sığortaolunanların fərdi şəxsi hesabına daxil edilməli olan məlumatları sığortaçıya, bu Qanunun 5.2.11 -ci və 5.2.12-ci maddələrində nəzərdə tutulmuş məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) bu Qanuna və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən tam və düzgün təqdim etmək sığortaedənin vəzifəsidir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliyə əsasən 2019-cu ilin 1 yanvar tarixindən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə, həmçinin məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə nəzarət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, **********142400 nömrəli məktubunda qeyd edilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə İddiaçı arasında mediasiya keçirilməsi ilə bağlı razılıq (müqavilə) olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, **********440600 nömrəli məktubunda qeyd edilmişdir ki, Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli **********025100 nömrəli əmri ilə “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38-ci maddəsinə əsasən İddiaçı tutduğu vəzifədən azad edilmiş və 3 ay müddətinə Dövlət Vergi Xidmətinin sərəncamına götürülmüşdür. Həmin əmrin icrası ilə əlaqədar olaraq xx.xx.2021-ci il tarixdə təhvil-təslim işləri aparılmış və müvafiq akt əlavəsi ilə birlikdə iddiaçı tərəfindən imzalanmışdır. Təhvil-təslim aktına əsəsən sabiq əməkdaş İddiaçı tərəfindən xidməti vəsiqə təhvil verilmiş və iddiaçı onun tutduğu vəzifədən azad edilməsi və sərəncama götürülməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixli **********025100 nömrəli əmrlə tanış edilmiş və əmrin bir nüsxəsi ona təqdim edilmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı Dövlət Vergi Xidmətinin inzibati binasında İnsan resursları baş idarəsi tərəfindən keçirilmiş qəbul zamanı Xidmətin sərəncamında olan İddiaçı ərazi vergi orqanlarında ştat üzrə müvafiq vəzifə təklif olunmuş, lakin təklif olunan vəzifədən imtina etmişdir. Bununla bağlı xx.xx.2022-ci il tarixli Akt tərtib olunmuş və vergi orqanın vəzifəli şəxsləri tərəfindən imzalanmışdır. Bu səbəbdən Xidmətin xx.xx.2022-ci il tarixli **********095500 nömrəli əmri ilə S.X13 Xidmətinin sərəncamından çıxarılmışdır. Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********095500 nömrəli əmri ilə S.X13 Xidmətinin sərəncamından çıxarılarkən xx.xx.2022-cı il tarixli **********298300 nömrəli məktubla ona məxsus olan əmək kitabçasını Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsindən götürməyi və ya poçt vasitəsilə göndərilməsinə rəsmi razılıq verməyi xahiş edilməsinə baxmayaraq sabiq əməkdaş tərəfindən hər hansı hərəkətlər edilməmişdir. Sərəncamdan çıxarılma ilə əlaqədar İddiaçı ilə son haqq - hesab aparılmış və xx.xx.2022-ci il tarixində ödənilməsi təmin edilmişdir. Bunlardan əlavə bildiririk ki, İddiaçı işə bərpa ilə bağlı daha öncə, xx.xx.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və iş üzrə həmin məhkəmənin xx.xx.2022- ci il tarixli 2-1(112)-3435/2022 nömrəli qərardadı ilə iddia tələbi mümkün hesab edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(103)- 2591/2022 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. İddiaçı tərəfindən həmin qərardaddan kassasiya şikayəti verilmədiyindən qərardad qanuni qüvvəyə minmişdir. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb mübahisələndirmə haqqında iddia növünə aiddir. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1 -ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1 -ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. İddiaçıərizə ilə məhkəməyə müraciət edərək, onun işdən azad olunmasını xx.xx.2022-ci ildə maaş kartına pul vəsaiti daxil olduqdan sonra məlumatı olduğunu, sonradan bir neçə dəfə işdən azad olunmağı barədə əmrin surətinin və əmək kitabçasının və son haqq-hesabın ona təqdim olunması barədə müraciət etdiyini, lakin vergi orqanında heç bir cavab almadığı üçün işin mediasya vasitəsi ilə həll olunması üçün cavabdehə tərəfindən mediasiya təklifi göndərildiyini, lakin cavabdeh tərəfindən heç bir cavab verilmədiyi üçün xx.xx.2022-ci ildə Mediasiya Təşkilatına müraciət etmiş və xx.xx.2022-ci ilə təyin olunan mediasiya sessiyasında vergi orqanının iştirak etmədiyini bildirmişdir və qeyd edilən hallardan sonra tərəfindən məhkəməyə müraciət olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının ərizə təmin edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “İddiaçı işdən çıxarılmağı barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********0955000 saylı əmrin ləğv edilməsi, İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməsi və işdən çıxaıldığı gündən öz işinə bərpa olunanadək əmək haqqının hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən iddia mümkün iddia olduğu müəyyən edilir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərilən qanunvericiliyin normaları ilə əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hərkəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnamənin Təşkilati-ştat təbdirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə aylıq vəzifə maaşı, xüsusi rütbə üzrə maaşı, xidmət illərinə və elmi dərəcəyə görə əlavələr saxlanılmaqla həmin orqanın sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə uzadıla bilər. Bu müddətə vergi orqanının vəzifəli şəxsinin xəstə olduğu, əsas və əlavə məzuniyyətlərdə olduğu müddət daxil edilmir. Həmin Əsasnamənin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə vergi orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilə bilər. “İnzibati icraat haqqına” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı" müddəasının şərh edilməsinə dair” 13 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: -inzibati orqan tərəfindən qəbul edilməli; -ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; -ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; -hakimiyyət tədbiri olmalıdır. Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir. Qeyd olunmalıdır ki, qanunverici tərəfindən belə aktın xüsusiyyətlərinin müəyyən edilməsi ictimai maraqlar və dövlət maraqları ilə şərtləndirilir, publik hüquq münasibətləri müstəvisində yaranan müəyyən məsələnin və ya mübahisənin həllinə yönəlir. Bununla əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələrinin inzibati xətalar haqqında işlər üzrə icraata aidiyyəti baxımından şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Bu isə özündə inzibati orqanlar tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələlərin həllinə dair inzibati aktların qəbul edilməsini ehtiva edir. İnzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Eyni zamanda inzibati akt müxtəlif hüquq subyektlərinin hüquqi statusunu fərqli müəyyən edə bilər. Göründüyü kimi inzibati akt konstitutiv formada hüquq və vəzifələr yaradır, ləğv edir və ya dəyişdirir, deklarativ formada isə maraqlı şəxs üçün əlavə hüquqi əsaslar yaradır. Sənədin formasına görə inzibati akt, qanunvericiliklə müəyyən edilən səlahiyyətlər çərçivəsində publik idarəetmənin müvafiq subyektləri tərəfindən qəbul edilən qərar, sərəncam və ya digər növ aktdır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, “inzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində inzibati akt hesab edilən hakimiyyət tədbirinin əlamətləri sadalanaraq onların dəqiq adı və siyahısı göstərilməmişdir. Lakin maddənin dispozisiyası belə nəticəyə gəlməyə imkan verir ki, adından asılı olmayaraq hər hansı bir hakimiyyət orqanının sənədi həmin maddədə sadalanan əlamətləri özündə əks etdirdiyi təqdirdə inzibati akt hesab edilməlidir. Beləliklə, Konstitusiya Məhkəməsi adıçəkilən 13 iyun 2013-cü il tarixli Qərarında bu nəticəyə gəlmişdir ki, “inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan məktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, inzibati aktın məzmunu da nəzərə alınmalıdır”. İddiaçının tələbi işdən çıxarılmağı barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********095500 saylı əmrin ləğv edilməsi formasında olsa da, o, iddia ərizəsində onun sərəncama çıxması ilə bağlı hərəkətlərin qanunsuz olmasını dəfələrlə vurğulamışdır. Məhkəmə hesab edir ki, qeyd edilən hal işə bərpa edilmə üçün əsas hesab oluna bilməz. Belə ki, iddiaçının hüquqi marağına uyğun olaraq işə bərpa yalnız onun barəsində işdən çıxma barədə əmrin ləğv edilməsi ilə mümkündür. İddiaçı məhz xx.xx.2022-ci il tarixli əmrlə işdən azad edilmiş, onunla əmək müqaviləsinə, əmək hüquq münasibətlərinə həmin əmrlə xitam verilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, “işdən azad edilmə və sərəncama götürülmə haqqında” xx.xx.2021-ci il tarixli, **********095500 nömrəli əmr iddiaçı üçün hər bir halda hüquqi nəticə yaratmışdır. Lakin bu nəticə yuxarıda qeyd edildiyi kimi iddiaçının işdən azad edilməsi deyildir. Mübahisə predmeti olan əmrin nəticəsi ondan ibarətdir ki, iddiaçının sərəncamda olduğu müddət ərzində onun uyğun hesab ediləcəyi hər hansı vəzifəyə götürülmə barədə inzibati orqandan gözləntisi var idisə, sonradan inzibati orqan onu sərəncamdan çıxardığından iddiaçı üçün yalnız bu gözlənti imkanı aradan qalxmışdır. Qeyd edilən inzibati aktın ləğv edilməsi məsələsi cavabdeh orqanın diskresion səlahiyyəti baxımından qiymətləndirmə tələb edir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə görə diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Həmin Qanunun 14-cü maddəsinə görə inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Məhkəmə qeyd edir ki, inzibati orqanın diskresion səlahiyyəti inzibati akt formasında həyata keçirdiyi bütün hərəkətlərinə münasibətdə tətbiq olunur. Diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Başqa sözlə, inzibati orqan bu hərəkəti edə də bilər, etməyə də. Qeyd edilməlidir ki, sərəncamda saxlama səlahiyyəti inzibati orqanın diskresion səlahiyyəti olmaqla inzibati orqana öz mülahizəsinə görə qiymətləndirmə aparmaqla işdən azad etdiyi işçini qanunla müəyyən edilmiş müddət daxilində onda olan mümkün vəzifələrdən birinə yerləşdirmə imkanını nəzərdə tutur. Yəni bu müddət ərzində inzibati orqan iddiaçını konkret olaraq əmək funksiyalarının icrasına buraxmır, lakin eyni zamanda onun başqa bir vəzifəyə təyin edilmə imkanlarının olub-olmaması baxımından özlüyündə qiymətləndirmə aparır. Sərəncama götürülmə diskresion səlahiyyət olmaqla yanaşı sərəncamdan çıxarılma da diskresion səlahiyyət kimi qiymətləndirilməlidir. Bu mənada məhkəmə hesab edir ki, cavabdehin iddiaçı barəsində qəbul etdiyi və hazırkı iddiada mübahisələndirilən xx.xx.2021-ci il tarixli əmr inzibati orqanın diskresion səlahiyyəti əsasında qəbul etdiyi inzibati akdır. İşin hallarından görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixli əmrlə təşkilati-ştat tədbirləri ilə əlaqədar işdən azad edilmiş və eyni vaxtda 3 ay müddətinə sərəncama götürülmüşdür. Həmin əmrin surəti iddiaçıya təqdimedilmiş və əmrə uyğun olaraq iddiaçı ilə xx.xx.2021-ci il tarixdə təhviltəslim işləri aparılmışdır, iddiaçının əmək kitabçasında onun sərəncama götürülməsi, sərəncamda qalma müddətinin uzadılması barədə müvafiq qeydlər edilmişdir iddiaçının sərəncamda qalma müddəti Əsasnamənin 38-ci maddəsinin tələbinə uyğun olaraq 1 ilədək müddətə uzadılmış, yekunda iddiaçı 1 ilin tamamında sərəncamdan çıxarılmışdır. xx.xx.2022-ci il tarixli akta əsasən həmin tarixdə iddiaçıya cavabdeh tərəfindən başqa vəzifəyə keçirilməsi təklif olunmuş, lakin iddiaçı təklif olunan vəzifədə işləməyə razı olmadığını bildirməklə başqa vəzifəyə keçməkdən imtina etmişdir. Bu halı, məhkəmə iclasında iştirak edən iddiaçı özü də, təsdiq etmişdir. Bundan sonra vergi orqanı tərəfindən “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 75-ci maddəsinin 3-cü hissəsinə istinad edilməklə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərək o, Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmış hesab edilmişdir. Cavabdeh texniki səbəblərdən iddiaçının sərəncamdan çıxarılma məsələsi ilə bağlı əmrin rəsmiləşdirilməsinin gecikdirildiyini, eyni zamanda, rəsmiləşdirilmənin müddəti ilə bağlı qanunvericilikdə hər hansı bir məhdudlaşdırıcı normanın da, mövcud olmadığına istinad etmişdir. Bundan sonra cavabdeh orqan iddiaçıya xx.xx.2022-ci il tarixli məktub ünvanlayaraq əmək kitabçasının götürülməsi və ya poçt vasitəsilə göndərilməsinə razılıq verilməsini xahiş etmişdir. İnzibati orqan dəqiqləşdirilmiş iddia tələbinə münasibət bildirən zaman hal-hazırda mübahisələndirilən tələb üzrə iddianın təmin edilməsi əmrin ləğvinə yönələcəyi təqdirdə iddiaçının yalnız sərəncama qayıtmasına gətirib çıxara biləcəyini və həmin hissəyə münasibət bildirilməsinə zərurət yarandığını qeyd etmişdir. Həmin hissə ilə bağlı məhkəmə sənədlərə nəzər yetirilən zaman iddiaçı tərəfindən artıq sözügedən “işdən azad edilmə və sərəncama götürülmə haqqında” xx.xx.2021-ci il tarixli, **********095500 nömrəli əmrin Bakı İnzibati Məhkəməsində mübahisələndirildiyi, nəticə etibarı ilə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3435/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə prosessual müddətin bərpa edilməsinə dair ərizə (vəsatət) təmin edilməyərək iddia mümkün sayılmadığı, iddiaçı tərəfindən verilən apellyasiya şikayəti üzrə isə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3435/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanıldığı müəyyən edilir. Məhkəmə mövcud qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək, sübutları qiymətləndirərək və iş üzrə qeyd edilən hallara məcmuu halında münasibət bildirərək qeyd edir ki, iş üzrə iddiaçının tələbi əsaslı sayılmamalıdır. Cavabdeh inzibati orqan tərəfindən səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarına əsassız müdaxiləyə yol verilməmişdir. Belə ki, qeyd edilən mübahisə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatında və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində struktur dəyişiklikliyinin aparılma nəticəsində yaranmış, digər şəxslərlə yanaşı İddiaçı da vergi orqanlarında ştat üzrə müvafiq vəzifə təklif edilmiş, lakin o, təklif olunan vəzifədən imtina etmişdir. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə vergi orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilə bilər. Hazırki halda mübahisələndirilən əmr qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyindən və onun qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirildiyindən iddiaçının cavabdeh inzibati orqana qarşı olan tələbi əsaslı olmadığı müəyyən edilir. Eləcə də, inzibati orqanının diskresion səlahiyyətini aşması, diskresion səlahiyyətindən sui-istifadə, səlahiyyətin məqsədlərinə açıq-aşkar zidd hərəkət etməsi halları inzibati məhkəmə icraatında müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının işə bərpa barədə iddia tələbi əsassız hesab edilməklə təmin edilmədiyindən hüquqi müqəddəratı onunla bağlı olan məcburi iş buraxma dövrünə görə ona ödənilməli olan məvacibin bütün əlavələri nəzərə alınmaqla hesablanaraq ödənilməsi barədə tələbi də, müzakirə edilmədən təmin edilməməlidir. Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81,85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-286/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-286/2025
07.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver