Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-2865/2023 09.08.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə və Azərbavcan Respublikası Maliyvə Nazirliyinə qarşı «təhsil haqqı borcunun ödənilməsi öhdəliyinin cavadehlərin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına 09 avqust 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə və Azərbavcan Respublikası Maliyvə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Azərbaycan Respublikası Qacqınların və X5 Üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üzərinə 2020/2021-ci illər üçün hesablanmış 1500 (bir min beş yüz) manat təhsil haqqı borcunun 3-cü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi vasitəsilə maraqlı şəxs Azərbaycan Texnologiya Universitetinə ödənilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, xx.xx.2002-ci il tarixdə Beyləqan şəhərində anadan olmuşdur. O, Füzuli rayonundan olan məcburi köçkündür. O, 2020-ci ildə ödənişli əsaslarla Azərbaycan Texnologiya Universitetinin “Avtomatika, Telekommunikasiya və İnformatika” fakültəsinin “Kompyuter mühəndisliyi” ixtisası üzrə 1-ci kursa qəbul olmuş və hazırda da əyani təhsil formasında təhsilini davam edir. Təhsil haqqı 1500 (bir min beş yüz) manat təşkil edir. 2020/2021-ci tədris ilində respublikada və dünyada mövcud olan sanitar-epidemioloji vəziyyətlə, (COVİD-19) pandemiya ilə əlaqədar olaraq respublikada daxili hərəkətlərə məhdudiyyət qoyulma səbəbindən universitetdə sənədlərin qeydiyyatı elektron qaydada həyata keçirilmiş, həmçinin tədris distant qaydada həyata keçirilmişdir. 2021/2022-ci tədris ilində o, artıq 2-ci kursda təhsil aldığı müddət ərzində 1-ci kurs üçün 1500 manat təhsil haqqı borcunun olduğu ona bildirilmişdir. O, imtiyaza dair əsasverici sənədlərini universitetə təqdim etdikdən sonra universitet rəhbərliyinin müvafıq əmri ilə o, məcburi köçkün kimi təhsil haqqı ödənişindən azad olunmuşdur. Pandemiya ilə əlaqədar olaraq distant (onlayn) təhsil sisteminə keçdikləri üçün tərəfındən universitetə imtiyaza dair əsasverici sənədlərin əsli yox surətləri göndərilmişdir. Ona görə də o, təhsil haqqından azad olunmağı barədə imtiyazdan istifadə edə bilməmişdir. Hazırda 2020/2021-ci tədris ili üçün 1500 manat təhsil haqqı borcunun olması universitet tərəfındən ona bildirilmişdir. 2020/2021-ci il tədris ilindən təhsil haqqı borcu kimi heablanmış 1500 manat pul vəsaitinin silinməsi üçün Azərbaycan Texnologiya Universitetinə müraciət etmiş, Azərbaycan Texnologiya Universiteti də öz növbəsində ərizəsini əlavə etməklə xx.xx.2022-ci il tarixli, 48-01-153/06 nömrəli və xx.xx.2022-ci il tarixli, 48-01-322/06 nömrəli məktublarla Azərbaycan Respublikası Qacqınların və X5 Üzrə Dövlət Komitəsinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciətlər eləsə də Azərbaycan Respublikası Qacqınların və X5 Üzrə Dövlət Komitəsi tərəfındən göndərilmiş xx.xx.2022-ci il tarixli, 01/1311 nömrəli məktubunda tələbələrin məcburi köçkün statusunu təsdiq edən vəsiqələrini universitetə gec təqdim etmələri onların məcburi köçkün statusu olmadığı anlamına gəlmədiyini və tələbələrin qanunla nəzərdə tutulmuş ödənişsiz təhsil alma hüququndan istiladə etmələrinə köməklik göstərilməsinə dair xahiş etməsi, xx.xx.2022-ci il tarixli, 02/1689 nömrəli məktubunda isə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il taıixli 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş Komitənin Əsasnaməsinə əsasən qeyd olunan məsələ Komitənin səlahiyyətlərinə aid olmadığı üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət edilməsi tövsiyyə edilməklə təhsil haqqı borcu ödəniməmişdir. Bu barədə Azərbaycan Texnologiya Universitetinin 14 mart 2023-cü il tarixli, 50-24-193/08 nömrəli məktubu ilə ona bildirilmiş, həmçinin Maliyyə Nazirliyi tərəfındən təhsil xidmətinin göstərilməsinə görə təhsil alanlar tərəfındən ödənilmiş təhsil haqqının geri qaytarılması, eləcə də valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olunmuş uşaqlara əvvəlki illər üçün təqaüdün ödənilməsi mexanizmi və əvvəlki illə üçün təhsil haqqının ödənilməsi nəzərdə tutulmadığı göstərilməklə imtina edilmişdir. Məktubda həmçinin Ağdam rayonundan məcburi köçkün olmağı ilə əlaqədar olaraq 2020/2021-ci il tədris ili üçün yaranmış təhsil haqqımn borcun dövlət tərəfındən ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Qaçqınların və X5 Üzrə Dövlət Komitəsinə universitet tərəfındən müraciət edilməsi və Komitə tərəfındən verilən rəsmi cavab barədə ona əlavə məlumat verilməsi göstərilmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Qacqınların və X5 Üzrə Dövlət Komitəsi tərətındən və Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfındən onun hüquqları pozulmuşdur. Hazırda o, Ağdam rayonundan olan məcburi köçkündür, lakin imtiyazının olmasına baxmayaraq 2020/2021-ci tədris ili üçün nəzərdə tutulmuş 1500 manat pul vəsaitinin təhsil haqqı borcu kimi ona yazılmışdır. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli, 1722 nömrəli Sərancamına əsasən 2011/2012-ci tədris ilindən etibarən Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) təhsil səviyyələrinə və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə yeni qəbul olunmuş və ödənişli əsaslarla təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşlarının təhsil müddəti ərzində təhsil haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, İddiaçı sözügedən iddia tələbi tam əsassız olduğundan, həmçinin heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, Azərbaycan Texnologiya Universiteti Komitəyə ünvanlanmış 2022-ci il 28 fevral tarixli 48-01-153/06 nömrəli məktubunda, İddiaçı da caxil olduğu bir qrup tələbənin 2020-2021-ci tədris ili üçün nəzərdə tutulmuş təhsil haqqı ödənişlərinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi vasitəsilə Azərbaycan Texnologiya Universitetinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Texnologiya Universitetinin müvafıq müraciəti Komitənin 2022-ci il 16 mart tarixli 01/1311 nömrəli məktubu ilə cavablandırılaraq bildirilmişdir ki, müraciətinizdə adları qeyd olunan 7 tələbənin hər biri məcburi köçkündür və universitetə təqdim etdikləri məcburi köçkün statusunu təsdiq edən vəsiqələr onlara Komitənin Regional idarəetmə və status şöbəsinin Status sektoru tərəfindən verilmişdir. Əlavə olaraq bildiririk ki, həmin tələbələrin məcburi köçkün statusunu təsdiq edən vəsiqələrini universitetə gec təqdim etmələri onların məcburi köçkün statusunun olmadığı anlamına gəlmir. Odur ki, həmin tələbələrin qanunla nəzərdə tutulmuş ödənişsiz təhsil alma hüququndan istifadə etmələrinə köməklik göstərməyinizi xahiş edirik. Azərbaycan Texnologiya Universiteti Komitəyə yenidən ünvanlanmış 2022-ci il 16 iyun tarixli 48-01-322/06 nömrəli məktubunda, İddiaçı da daxil olduğu bir qrup tələbənin 2020-2021-ci tədris ili üçün nəzərdə tutulmuş təhsil haqqı ödənişlərinin Azərbaycan Respublikası Maliyyə Nazirliyindən alınaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi vasitəsilə Azərbaycan Texnologiya Universitetinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Texnologiya Universitetinin müvafiq müraciəti Komitənin 2022-ci il 4 iyul tarixli 02/1689 nömrəli məktubu ilə cavablandırılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş Komitənin Əsasnaməsinə əsasən qeyd olunan məsələ Komitənin səlahiyyətlərinə aid olmadığından aidiyyəti üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur. Diqqətinizə çatdırırıq ki, Azərbaycan Respublikasında məcburi köçkünlərin təhsil xərclərinə dair güzəştlərdən istifadə etməsi ilə bağlı münasibətlər “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa, “Dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 1308 nömrəli Sərəncamına, “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 14 sentyabr tarixli 1722 nömrəli Sərəncamına və “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilr.iəsİ ilə bağlı bəzi məsələlər barədə” 2012-ci il 24 yanvar tarixli 12 nömrəli Qərarına əsasən həyata keçirilir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən, təhsil hüququnun təmin edilməsi məcburi köçkünlər barəsində tətbiq edilən sosial müdafiə tədbiri qismində müəyyən edilmişdir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, yaşayış məntəqələrindən kənarda yaradılmış düşərgələrdə məskunlaşmış məcburi köçkün uşaqlarının məktəbəqədər və ümumi orta təhsili müvafiq icra hakimiyyəti orqanı tərəfindən təhsil standartlarına uyğun olaraq təşkil edilir. Ümumtəhsil məktəblərində oxuyan məcburi köçkün uşaqları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada dərsliklərlə və dərs ləvazimatları ilə təmin olunurlar. Qeyri-dövlət ali və orta peşə-ixtisas təhsil müəssisələri məcburi köçkün tələbələrin normal təhsili üçün müəyyən güzəştlər edə bilərlər. “Dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 1308 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikasının dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqmda” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları 2002/2003-cü tədris ilindən etibarən təhsillərini başa çatdıranadək təhsil haqqını ödəməkdən azad edilmişdirlər. “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil ulan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 14 sentyabr tarixli 1722 nömrəli Sərəncamına əsasən, 2011/2012-ci tədris ilindən etibarən Azərbaycan Respublikasının dövlət aii təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) təhsil, səviyyələrinə və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə yeni qəbul olunmuş və ödənişli əsaslarla təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşlarının təhsil müddəti ərzində təhsil haqqının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi müəyyən olunmuşdur. “Azərbaycan Respublikasmın dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasmın magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi ilə bağlı bəzi məsələlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 yanvar tarixli 12 nömrəli Qərarınm 3-cü hissəsinə əsasən, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və dövlət ali təhsil müəssisələrinin rəhbərləri ilə birlikdə: müvafiq tədris ili üçün ayrı-ayrı ixtisaslar üzrə dövlət ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilı) və magistratura (rezidentura) səviyyələrinə və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə ödənişli əsaslarla qəbul olunmuş məcburi köçkünlərin adlı siyahısını hər il oktyabrın 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin; bu qərarın 1-ci hissəsində qeyd olunan şəxslərin statusunda və təhsil formasında il ərzində dəyişiklik baş verdikdə, həmin şəxslər barədə müvafiq məlumatların 1 ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunmasını və dövlət büdcəsindən həmin şəxslər üçün ayrılmış vəsaitin istifadə olunmayan hissəsinin büdcəyə qaytarılmasını təmin etsin. Yuxarıda qeyd olunanlara əsasən məhkəmənin diqqətinə çatdırırıq ki, Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) səviyyələrinə və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə ödənişli əsaslarla daxil olmuş məcburi köçkünlərin adlı siyahısının Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim edilməsi ilə bağlı bilavasitə səlahiyyətə malik deyildir, belə ki, sözügedən siyahılar Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq Qərarda qeyd olunmuş qurumlarla birlikdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim edilməlidir. Qeyd olunmalıdır ki, ödənişli əsaslarla təhsil alan və məcburi köçkün statusuna malik olan şəxslərin müəyyən edilməsi məqsədilə, Komitədə yaradılmış məcburi köçkünlər haqqında vahid məlumat bazası X2 Sistemi üzərindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin informasiya sisteminə inteqrasiya edilmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, “2020/2021 tədris ilində respublikada və dünyada mövcud olan sanitarepidemioloji vəziyyətlə, (COVİD-19) pandemiya ilə əlaqədar olaraq respublika daxili hərəkətlərə məhdudiyyət qoyulma səbəbindən universitetdə sənədlərin qeydiyyatı elektron qaydada həyata keçirilmiş, həmçinin tədris distant qaydada həyata keçirilmişdir. 2021/2022-ci tədris ilində mən artıq 2-ci kursda təhsil aldığım müddət ərzində 1-ci kurs üçün 1500 manat təhsil haqqı borcumun olduğu mənə bildirilmişdir. Mən imtiyaza dair əsasverici sənədlərimi universitetə təqdim etdikdən sonra universitet rəhbərliyinin müvafiq əmri ilə mən məcburi köçkün kimi təhsil haqqı ödənişindən azad olunmuşam. Pandemiya ilə əlaqədarolaraq distant (onlayn) təhsil sisteminə keçdiyimiz üçün tərəfimdən universitetə imtiyaza dair əsasverici sənədlərin əsli yox, surətləri göndərilmişdir. Ona görə də mən təhsil haqqımdan azad olunmağım barədə imtiyazdan istifadə edə bilməmişəm”. Qeyd olunan fikirlərlə əlaqədar məhkəmənin diqqətinə çatdırırıq ki, Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”sində göstərilmiş hüquq, vəzifə və funksiyaları çərçivəsində fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş Komitənin Əsasnaməsində, ödənişli əsaslarla təhsil müəssisələrinə daxil olmuş məcburi köçkünlərin təhsil xərclərinin maliyyələşdirilməsinə dair heç bir fəaliyyət istiqaməti müəyyən olunmamışdır. Həmçinin Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi dövlət büdcəsi hesabına maliyyələşən mərkəzi icra hakimiyyəti orqanı olmaqla, dövlət büdcəsindən onun üçün ayrılmış vəsait hesabına ödənişləri yalnız təsdiqlənmiş xərclər smetasında nəzərdə tutulmuş təyinatlar üzrə həyata keçirir. Qeyd edirik ki, sosial müdafiə tədbiri qismində, təhsil xərclərinin ödənilməsi ilə bağlı məcburi köçkünlərə köməklik göstərilməsi ilə əlaqədar Komitəyə heç bir vəsait ayrılmır. Qeyd edirik ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 2013-cü il 5 iyun tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın tələblərinə uyğun olaraq Komitə tərəfindən şəxslərə məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi həyata keçirilir. İddiaçı oğıuna Komitənin xx.xx.2019-cu il tarixli qərarına əsasən, AA seriyalı 434490 nömrəli məcburi köçkün vəsiqəsi təqdim edilmişdir. Şəxsin məcburi köçkün statusundan irəli gələn müvafiq güzəşt və imtiyazlardan faydalanması, onun öz iradə ifadəsinə (müraciətinə) əsaslanır və şəxsin güzəşt və imtiyazların tətbiq edilməsinə dair müraciəti üzrə aidiyyəti orqan (qurum) tərəfindən inzibati icraat çərçivəsində işin bütün hallarının araşdırılmasına uyğun olaraq öz həllini tapır. Qeyd olunanlara əsasən bildiririk ki, İddiaçı müvafiq iddia tələbi üzrə Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi cavabdeh qismində çıxıs etmir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 5 nömrəli Qərarının 1.3-cü bəndinə əsasən, mümkürılük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 5 nömrəlı Qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 5 nömrəli Qərarınm 7-ci bəndinə əsasən, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin mümkün sayılmaması xahiş olunmuşdur. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayədəsi X3 gəlmiş, cavabdehlərin nümayəndələri isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehlərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını nəzərdən keçirərək mübahisənin ərazi aidiyyəti məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayədəsi X3 işin aidiyyəti üzrə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 8.1.3-cü maddəsinə görə inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 8.1.3-1-ci maddəsinə görə Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən dəniz gəmisinin və ya daxili səfər gəmisinin kapitanının vəsiyyətnamənin təsdiqi ilə əlaqədar hərəkəti və ya hərəkətsizliyi, yaxud onu təsdiq etməkdən imtina etməsi ilə bağlı iddialara həmin gəminin qeydiyyat limanınınyerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 8.1.4-cü maddəsinin tələblərinə görə digər (maddə 8.1.1-8.1.3-1-də nəzərdə tutulan hallardan başqa) hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İnzibati işin materiallarından müəyyən edilmişdir ki, iş üzrə İddiaçı Füzuli rayonu, Qaraxanbəyli kəndində qeydiyyatda olsa da, o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, korpus 10 ünvanında yaşayır. Bu isə onu deməyə əsas verir ki, iddiaçının yaşayış yeri Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, korpus 10 ünvanıdır ki, İPM-in 8.1.2-ci maddəsinə əsasən, sübutların toplanması, məhkəməyə çatımlılığın təmin edilməsi, habelə məhkəmə araşdırmasının daha tez və səmərəli aparılması üçün hazırki mübahisəyə iddiaçının faktiki yaşayış ünvanı üzrə baxılmalıdır. Belə ki, şərh olunduğu kimi iddiaçının tələbi İPM-də nəzərdə tutulan müstəsna aidiyyətlə bağlı tələblərə aid olmamaqla 8.1.2-ci maddədə nəzərdə tutulan aidiyyət qaydasının təsir dairəsinə düşür. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Bundan əlavə, oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin hüquqi mövqeyinə görə iddianın ərazi aidiyyətini müəyyən etmək üçün ilk növbədə iddianın növü müəyyən olunmalıdır. İddianın predmeti xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X4 haqqında arayışın təsdiq edilmiş surətinin iddiaçıya təqdim edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədədir. İPM-nin yuxarıda bəhs olunan müddəalarına görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Belə olan halda iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-nin 8.1.2-ci maddəsi münahisələndirmə haqqında iddia növü üzrə inzibati akt səlahiyyəti birdən çox məhkəmənin yuridiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin (iddiaçının) yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxıldığını təsbit etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında 9 iyul 2021ci il tarixli Qanunun 1.1-ci maddəsi ilə 8.1.2-ci maddəyə edilmiş dəyişikliyə əsasən bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunmuşdur. Dəyişiklik edilməsi haqqında 9 iyul 2021-ci il Qanun 2021-ci ilin oktyabrın 1-dən qüvvəyə minmiş, Qanunun 1.1-ci maddəsinin Qanunun qüvvəyə minməsindən sonra verilən iddia ərizələrinə şamil edilməsi nəzərdə tutulmamışdır. Qanunverici şəxsin olduğu yer dedikdə onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digə belə ictimai yerlər, habelə yaşayış binasını (özünün, qohumunun, tanışının və b.) nəzərdə tutur. İddiaçı Laçın rayonunda qeydiyyatda olsa da, məlum səbəblərdən hələ Laçında, yəni qeydiyyatda olduğu yerdə yox, Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 105 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 23 noyabr 2018-ci il tarixli arayışa əsasən Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 15, mənzil 48-də yaşayır. İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə 26 oktyabr 2021-ci il tarixdə, yəni İPM-nin 8.1.2-ci maddəsinə edilmiş dəyişiklik qüvvəyə mindikdən sonra müraciət etmişdir. Hazırki iddia növü öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan və iddiaçının olduğu yer Bakı şəhəri olduğuna görə mübahisəyə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. İPM-in 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in 8.5-ci maddəsinə görə bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 8-ci, 23.1-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə və Azərbavcan Respublikası Maliyvə Nazirliyinə qarşı «təhsil haqqı borcunun ödənilməsi öhdəliyinin cavadehlərin üzərinə qoyulması” barədə iddia tələbinə dair iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-2865/2023
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2865/2023
09.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver