Məhkəmə qərarları › İş №2-1(120)-2866/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2866/2025

07.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2866/2025 07.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “ölüm akt qeydində düzəliş edilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıqov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “ölüm akt qeydində düzəliş edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı Cavabdehnə qarşı “Neftçala rayon Yenikənd kənd İcra Nümayəndəsi tərəfindən X7 adına tərtib olunmuş xx.xx.2005-ci il tarixli, 22 nömrəli ölüm haqqında akt qeydində dəyişiklik edilərək adının X4 yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilmişdir. İddiaçının əsaslandırması: İddiaçı tərəfindən iddia ərizəsi onunla əsaslandırılmışdır ki, X3 xx.xx.1938-ci ildə Salyan şəhərində anadan olmuşdur. O, cavan yaşlarında Neftçalada yerləşən balıqartırma zavodunda işə başlamış, xx.xx.1962-ci ildə X11 ilə ailə qurub Netçala rayonu Yenikənd kəndində yaşamışlar. Onların birgə nikahından xx.xx.1963-cü ildə anadan olmuş X12 doğum haqqında şəhadətnaməsində qeydiyyat rus dilində qeyd edildiyindən ata adı “Aflan” kimi yazılmışdır. xx.xx.1976-cı ildə X13 anadan olmuş, onun doğum haqqında şəhədətnaməsində qeydiyyat rus dilində qeyd edildiyindən “Aflan” qızı kimi yazılmışdır. Taranə 11.12. 2024-cü ildə vəfat etmişdir. Onun ölüm haqqında şəhadənaməsində ata adı Əflan qızı kimi qeyd edilmişdir. O, xx.xx.1966-cı ildə anadan olmuşdur. Doğum haqqında şəhddətnamədə ata adı Əflan kimi, lakin şəxsiyyət vəsiqəsində texniki səhv buraxılaraq Aflan qızı kimi qeyd edilmişdir. X3 xx.xx.2005-ci ildə vəfat etmişdir. Sağlığında vəsiyyət etmişdir ki, onu Salyan şəhər qəbirstanlığında valideynlərinin yanında dəfn etsinlər. Onun vəsiyyətinə əməl olunaraq Salyan şəhər qəbirstanlığında dəfn edilmişdir. Vərəsəlik işi ilə bağlı olaraq notariat ofisinə müraciət etmişdir. Notariat ofisində onun ölümü haqqında şəhadətnamə istənilmişdir. Ölüm haqqında şəhadətnamə əllərində olmadığından Netçala rayon qeydiyyat şöbəsində təkrar şəhadətnamənin verilməsi üçün müraciət olunmuş, Cavabdeh xx.xx.2025-ci il tarxli 3-16-5/ 8-D-12/2025 saylı məktubu ilə təkrar ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Həmin imtina məktubunda göstərilir ki, ərizədə və əlavə edilmiş sənədlərdə atasının adının “Əflan” olduğu müəyyən olunmuşdur. Lakin Neftçala rayon, Yenikənd kənd İƏN tərəfindən tərtib olunmuş xx.xx.2005-ci il tarixli, 22 nömrəli ölüm haqqında akt qeydindən görünür ki, ölən şəxs X14r.. Neftçala rayon Yenikəd kənd Ərazi Nümayəndəsinin 21.01. 2025-ci il tarixli 18 saylı arayışından görünür ki, X21 xx.xx.1938-ci ildə Salyan şəhərində anadan olmuşdur. Yenikənd İƏN-i tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 22 nömrəli ölüm haqqında akt qeydiyyatı kitabında onun adı “Əfqan” kimi yazılmışdır. Uzun illər Yenikənd kənd İƏN-də qeydiyyatda olmasına baxmayaraq X1 rayon qəbirstanlığında dəfn edilmişdir. Mərhumun baş daşında adı X5 qeyd edilmişdir. Ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, X20 onların atasıdır. X15 Neftçala rayon Yenikənd kəndində uzun illər yaşamasının və həmin kənddə vəfat etməsinin Yenikənd sakinləri, Salyan şəhər qəbirstanlığında dəfn olunmasını həm Yenikənd kənd sakinləri, həm də Salyan şəhərində yaşayan qohumları Salyan şəhər qəbirsantlığında dəfn olunan “Əfqan” deyil, Əlfan olmasını məhkəmədə şahid qismində təsdiq edə bilərlər. Qeyd olunanlara əsaən, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Tərəflərin iştirakı və izahatları: İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq hazırlıq icraatına başlanılmış və İPM-in 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı və cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saydı. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. xx.xx.1966-cı il təvəllüdlü İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırkı tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. Həmçinin cavabdeh inzibati orqanın ünvanı Neftçala rayonudur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası “apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Neftçala rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: H3 № ******* nömrəli Hərbi biletin surətindən görünür ki, X22 xx.xx.1964-cü il tarixdə Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. xx.xx.2025-ci il tarixli, AZ-T№ 296191 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı Əflan oğlu xx.xx.1966-cı ildə Neftçala rayonu Bankə qəsəbəsində anadan olmuşdur, X3, anası X6. Salyan rayonu Yenikənd İnzibati Ərazi nümayəndəsinin xx.xx.2025-ci il tarixli, 18 nömrəli arayışında qeyd edilmişdir ki, X20 xx.xx.1938-ci ildə Salyan şəhərində anadan olmuşdur. Yenikənd İƏN tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 22 nömrəli ölüm haqqında akt qeydiyyatı kitabında onun adı “Əfqan” kimi yazılmışdır. Uzun illər Yenikənd İƏN-də qeydiyyatda olmasına baxmayaraq X1 rayon qəbirstanlığında dəfn edilmişdir. Mərhumun baş daşında adı X5 qeyd edilmişdir. X25 filialının xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X25 filialında mühafizə olunan Salyan rayon Qeydiyyat şöbəsinin arxiv sənədləri, o cümlədən 1938-ci ilə aid doğum qeydi aktları araşdırıldı, lakin mərhum X8 doğum tarixi aşkar olunmadı. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ərizənizdə və ərizənizə əlavə edilmiş sənədlərdə atanızın adının “Əflan”olduğu müəyyən olunmuşdur. Lakin Neftçala rayon, Yenikənd kənd İƏN tərəfindən tərtib olunmuş xx.xx.2005-ci il tarixli, 22 nömrəli ölüm haqqında akt qeydindən görünür ki, ölən şəxs X14r. Belə ki, atanız doğulması ilə bağlı doğumu haqqında akt qeydinin əldə olunması üçün Neftçala rayon və Salyan rayon arxivlərindən əldə etmək mümkün olmadığından, həmçinin təqdim olunmuş digər sənədlərə əsasən müvafiq ölüm haqqında akt qeydində düzəliş və dəyişik edilməsi üçün kifayət qədər əsas olmadığından Neftçala rayon, Yenikənd kənd İƏN tərəfindən tərtib olunmuş xx.xx.2005-cı il tarixli, 22 nömrəli ölüm haqqında akt qeydində ölən şəxsin adına qeydiyyat şöbəsi tərəfindən düzəliş edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Göstərilənlərlə bağlı bildiririk ki, müvafiq akt qeydinə düzəliş və ya dəyişiklik edilməsi ilə bağlı məhkəməyə müraciət edə bilərsiniz. Daxili İşlər Nazirliyi Neftçala Rayon Polis Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2025ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1938-ci il təvəllüdlü X16 Neftçala rayon polis şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixdə AZE-02242566 nömrəli şəxsiyyət vəsiqəsinin əsas olan sənədlər Azərbaycan Respublikası DİN-nin müvafiq əmrinə uyğun olaraq məhv edildiyindən (sənədlərin saxlanılma müddəti 5 il olduğundan) həmin sənədlərin surətlərinin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. xx.xx.1976-cı il tarixli, İV-ЖГ 311441 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.1976-cı ildə Neftçala rayonunda anadan olmuşdur, atası X22, anası X2. AA ******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət vəsiqəsindən görünür ki, X26 xx.xx.1963-cü ildə Neftçala rayonu, Bankə qəsəbəsində doğulmuşdur. AZ-İ№ 709463 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2014-cü il tarixdə Neftçala rayonunda vəfat etmişdir (ölmüşdür). xx.xx.2005-ci il tarixli, 22 nömrəli Ölüm haqqında akt qeydinin surətindən görünür ki, X21 xx.xx.2005-ci ildə vəfat etmişdir. xx.xx.1963-cü il tarixli, 57 nömrəli Doğum akt qeydinin surətindən görünür ki, X26 xx.xx.1963-cü ildə Neftçala rayonunda anadan olmuşdur, X3, anası X2. Fevral 1966-cı il tarixli, 145 nömrəli Doğum akt qeydinin surətindən görünür ki, İddiaçı Əflan qızı xx.xx.1966-cı ildə Neftçala rayonunda anadan olmuşdur, X3, anası X2. xx.xx.1976-cı il tarixli, 142 nömrəli Doğum akt qeydinin surətindən görünür ki, X18 xx.xx.1976-cı ildə Neftçala rayonunda anadan olmuşdur, X3, anası X2. Nikahın bağlanması haqqında xx.xx.1998-ci il tarixli, 236 nömrəli akt qeydindən görünür ki, X20 ilə X9 xx.xx.1998-ci ildə rəsmi nikaha girmişlər. Salyan Rayon Salyan Bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1938-ci il tarixdə anadan olmuş, xx.xx.2005- ci il tarixdə vəfat etmiş mərhum X20 barədə həmən illərdə dəfnlərin qeydiyyatı kitabı olmadığı üçün Salyan bələdiyyəsində aşkar olunmadı. Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Neftçala Rayon Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, vətəndaşlar ilkin hərbi qeydiyyata alınarkən onlar üçün hazırlanmış şəxsi işlər müddətli həqiqi hərbi xidmətə göndərildikdən 2 (iki) il sonra, ehtiyata keçirilərkən isə 35 (otuz beş) yaşı tamam olduqdan sonra məhv olunur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin struktur bölmələrində yalnız ehtiyatda olan zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının şəxsi işləri saxlanılır. Əlavə olaraq bildirir ki, 1938-ci ildə anadan olmuş X10 qeydiyyat kartası xx.xx.2018-ci il tarixli “Ehtiyatda olmağın son yaş həddini (50 yaş) keçdiyinə görə hərbi qeydiyyatdan çıxarılmış şəxslərin qeydiyyat kartalarının ləğv edilməsi” aktına əsasən (səhifə 29, s/s 605) yandırmaq yolu ilə məhv edilmişdir. Neftçala rayon Polis şöbəsində iddiaçının adına tərtib edilmiş fərdi uçot kartoçkasından görünür ki, X20 xx.xx.1938-ci il tarixdə Salyan şəhərində doğulmuş, yaşayış yeri Neftçala rayonu Yenikənd kəndi, X23 ilə evlidir. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, atanış X7 ölümü haqqında akt qeydində düzəliş edilməsi barədə ərizənizə Cavabdehndə baxılmışdır. Ərizənizdə və ərizənizə əlavə edilmiş sənədlərdə atanızın adının “Əflan”olduğu müəyyən olunmuşdur. Lakin Neftçala rayon, Yenikənd kənd İƏN-i tərəfindən tərtib olunmuş xx.xx.2005-ci il tarixli, 22 nömrəli ölüm haqqında akt qeydindən görünür ki, ölən şəxs X14r. Belə ki, atanız doğulması ilə bağlı doğumu haqqında akt qeydinin əldə olunması üçün Neftçala rayon və Salyan rayon arxivlərindən əldə etmək mümkün olmadığından, həmçinin təqdim olunmuş digər sənədlərə əsasən müvafiq ölüm haqqında akt qeydində düzəliş və dəyişik edilməsi üçün kifayət qədər əsas olmadığından Neftçala rayon, Yenikənd kənd İƏN-i tərəfindən tərtib olunmuş xx.xx.2005-cı il tarixli, 22 nömrəli ölüm haqqında akt qeydində ölən şəxsin soyadına qeydiyyat şöbəsi tərəfindən düzəliş edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Tətbiq olunan hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 12.1-ci maddəsinə (bərabərlik prinsipi) hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 63.1-ci maddəsinə görə inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. 63.2-ci maddəsinə görə inzibati orqan düzəliş edilməsi zəruri olan sənədi tələb edə bilər. 26.5.Fiziki şəxsin doğularkən aldığı ad, habelə soyadınıı dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Ailə Məcəlləsi: 159.2.Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”: 8.1. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. 8.2. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. 8.3. Ölüm haqqında məlumatın Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, həmin məlumatın EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsləri qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. 8.4. Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. 8.5-1. Azərbaycan Respublikası vətəndaşının, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və ya əcnəbinin xarici ölkədə öldüyü və ölüm həmin ölkənin səlahiyyətli orqanlarında və konsulluq idarəsində qeydə alınmadığı hallarda ölümün qeydiyyatı bu ölkədə verilmiş ölüm faktını təsdiq edən tibbi sənəd əsasında qeydiyyat şöbəsi tərəfindən aparılır. 8.6. Ölüm, ölüm haqqında akt qeydləri aparmaq yolu ilə qeydə alınır. Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müəddəalar”-ın: 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 3-cü bəndinə görə isə vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik edilir. 8-ci bəndinə görə şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. 10-cu bəndinə görə isə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə, vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi ölüm haqqında akt qeydində düzəlişlərin edilməsidir ki, bu zaman məhkəmə, ölüm haqqında akt qeydində səhvlərə yol verilib-verilməməsini müəyyən etməli və bu istiqamətdə qiymətləndirməni mövcud qanunvericiliyin müddəaları əsasında həyata keçirməlidir. İddiaçı Neftçala rayon Yenikənd kənd İcra Nümayəndəsi tərəfindən atası X7 adına tərtib olunmuş xx.xx.2005-ci il tarixli, 22 nömrəli ölüm haqqında akt qeydində dəyişiklik edilərək Əfqan adının Əflan kimi qeyd edilməsini xahiş etsə də, cavabdeh tərəfindən müvafiq ölüm haqqında akt qeydində düzəliş və dəyişik edilməsi üçün kifayət qədər əsasın olmaması əsası ilə tələbinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə işin araşdırılması nəticəsində müəyyən edir ki, iddiaçının X3 xx.xx.1938ci ildə Salyan şəhərində anadan olmuşdur. Bu fakt həm Salyan rayonu Yenikənd İnzibati Ərazi nümayəndəsinin xx.xx.2025-ci il tarixli, 18 nömrəli arayışı, həmçinin də Neftçala rayon Polis şöbəsin tərəfindən təqdim edilən fərdi uçot kartoçkası ilə öz təsdiqini tapır. Belə ki, Salyan rayonu Yenikənd İnzibati Ərazi nümayəndəsinin xx.xx.2025-ci il tarixli, 18 nömrəli arayışında qeyd edilmişdir ki, X20 xx.xx.1938-ci ildə Salyan şəhərində anadan olmuşdur. Yenikənd İƏN tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 22 nömrəli ölüm haqqında akt qeydiyyatı kitabında onun adı “Əfqan” kimi yazılmışdır. Uzun illər Yenikənd İƏN-də qeydiyyatda olmasına baxmayaraq X1 rayon qəbirstanlığında dəfn edilmişdir. Mərhumun baş daşında adı X5 qeyd edilmişdir. Həmçinin Neftçala rayon Polis şöbəsində iddiaçının adına tərtib edilmiş fərdi uçot kartoçkasından görünür ki, X20 xx.xx.1938-ci il tarixdə Salyan şəhərində doğulmuş, yaşayış yeri Neftçala rayonu Yenikənd kəndi, X23 ilə evlidir. Bundan əlavə X10 iş materiallarında olan həm nikah akt qeydində, həmçinin də övladlarının doğum akt qeydlərində onun adı Əflan kimi qeyd edilmişdir. Belə ki, Nikahın bağlanması haqqında xx.xx.1998-ci il tarixli, 236 nömrəli akt qeydindən görünür ki, X20 ilə X9 xx.xx.1998-ci ildə rəsmi nikaha girmişlər. Həmçinin xx.xx.1963-cü il tarixli, 57 nömrəli Doğum akt qeydinin surətindən görünür ki, X26 xx.xx.1963-cü ildə Neftçala rayonunda anadan olmuş, X3, anası X2, Fevral 1966cı il tarixli, 145 nömrəli Doğum akt qeydinin surətindən görünür ki, İddiaçı Əflan qızı xx.xx.1966-cı ildə Neftçala rayonunda anadan olmuş, X3, anası X2, xx.xx.1976-cı il tarixli, 142 nömrəli Doğum akt qeydinin surətindən görünür ki, X18 xx.xx.1976-cı ildə Neftçala rayonunda anadan olmuş, X3, anası X2. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı Neftçala rayon Yenikənd kənd İcra Nümayəndəsi tərəfindən tərtib olunmuş xx.xx.2005-ci il tarixli, 22 nömrəli ölüm haqqında akt qeydində ölənin adının “Əfqan”dan “Əflan”a dəyişiklik edilməsini tələb etməkdə haqlıdır. Odur ki, Cavabdeh imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə əsasən, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilməli və xx.xx.2005-ci il tarixli, 22 nömrəli ölüm haqqında akt qeydində ölənin adının “Əfqan”dan “Əflan”a dəyişiklik edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 2, 4.1, 68-ci , 69cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. xx.xx.2005-ci il tarixli, 22 nömrəli ölüm haqqında akt qeydində ölənin adının “Əfqan”dan “Əflan”a dəyişiklik edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar