Məhkəmə qərarları › İş №2-1(120)-287/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-287/2024

06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-287/2024 06.06.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X5, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “Şirvan şəhəri, L.İbrahimov küçəsində yerləşən 0,0009 ha (9 kv.m) torpaq sahəsinə (yeni qaydalarda ünvanları nəzərə alınmaqla) icarə hüququnun qeydə alınması və çıxarışın verilməsi öhdəliyi” tələbinə dair iddiası üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin binasında (ünvan: ünvan 2 T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan şəhəri, L.M.İbrahimov küçəsində yerləşən 0.0009 ha torpaq sahəsinədair icarə hüquqlarının dövlət qeydiyyatına alınmasının cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 –49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2277/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Şirvan şəhər Bələdiyyəsi və Şirvan şəhər İcra Hakimiyyəti adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-287/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək, iddia tələbinə “Şirvan şəhəri, L.İbrahimov küçəsində yerləşən 0,0009 ha (9 kv.m) torpaq sahəsinə (yeni qaydalarda ünvanları nəzərə alınmaqla) icarə hüququnun qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət edərək Şirvan şəhəri, L.M.İbrahimov küçəsində yerləşən 0.0009 ha torpaq sahəsinə dair icarə hüquqlarının dövlət qeydiyyatına alınmasını dair ərizə vermişdi. 09 avqust 2022-ci il tarixlində 13 saylı Şirvan Ərazi İdarəsi Daşınmaz Əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə bildirişi ona göndərmişdir. Həmin torpaq köşk qoyularaq işlədilməsi üçün 17 oktyabr 2003-cü ildə 28 ıl müddətinə Əli Bayramlı şəhər Bələdiyyəsi ilə aralarında bağlanan icarə müqaviləsi əsasında verilmişdir. Hal-hazırda torpağa kupça alınmadan köşkün işlədilməsi mümkünsüz olmuşdur. Odur ki, zərurət yarandığından hüquqların dövlət qeydiyyatına alınması mütləqdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi iddia ərizəsinə etiraz göndərərək bildirmişdir ki, həmin torpaq sahəsi elektron məlumat bazasına dövlət mülkiyyətinə aid torpaq sahəsi kimi daxil edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46.4-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları keçirirlər. Eyni zamanda, Torpaq Məcəlləsinin 109-cu maddəsinə əsasən torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahəsinin özbaşına dəyişdirilməsi barədə bağlanan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları müqavilələr etibarsız sayılır. Yuxarıda göstərilən səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən müraciətin icrasından imtina edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqlarının qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından ina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci madddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual əlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq, məhkəmədən iddia tələbinin təmin edilməsinə etiraz edir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsini qəbul etməyərək, iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AA1571543 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1970-ci il tarixdə anadan olmuş, Şirvan şəhəri, S.Zeynalov k, 5, 30-da qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********75 saylı məktubunda göstərilmişdir ki, Şirvan şəhəri, L.M.İbrahimov küçəsində yerləşən 0.0009 ha torpaq sahəsinə dair icarə hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı ********** nömrəli ərizəyə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsində baxılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, həmin torpaq sahəsi elektron məlumat bazasına dövlət mülkiyyətinə aid torpaq sahəsi kimi daxil edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46.4-cü maddəsinəəsasən dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları keçirirlər. Eyni zamanda, Torpaq Məcəlləsinin 109-cu maddəsinəəsasən torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahəsinin özbaşına dəyişdirilməsi barədə bağlanan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları müqavilələr etibarsız sayılır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Şirvan filialının məhkəməyə ünvanladığı 23 noyabr 2022-ci il tarixli 646 nömrəli məktubunda göstərilmişdir ki, Əli-Bayramlı şəhər Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli, 23 nömrəli sərəncamının (İddiaçı sahibkarlıq fəaliyyəti üçün bələdiyyə ərazisindən torpaq sahəsinin icarəyə verilməsi barədə) və ona qoşma sənədlərin müvafiq təsdiq olunmuş surətini təqdim etmişdir. İş materiallarında olan Əli-Bayramlı şəhər Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli sərəncamında göstərilmişdir ki, şəhər sakini Qarabağ əlili İddiaçı Bələdiyyə hüdudları daxilində sahibkarlıq fəaliyyəti üçün ticarət köşkünün qoyulmasına icazə verilmişdir. Ticarət köşkünün qoyulması üçün şəhərin L.İbrahimov küçəsində ümumi istifadədə olan ərazidən 9 kv.m torpaq sahəsi icarəyə verilmişdir. Əli-Bayramlı şəhər X9-Bayramlı şəhər Bələdiyyəsinə ünvanıanmış məktubuna əsasən, şəhər sakini İddiaçı icazə veriləcək torpaq sahəsinin yerquruluşu sənədləri tərtib edilərək təqdim olunmuşdur. Əli-Bayramlı şəhər Torpaq Şöbəsinin məlumatına əsasən, Əli-Bayramlı şəhər Bələdiyyəsinin L.İbrahimov küçəsində yerləşən ümumi istifadədə olan ərazisindən şəhər sakini Qarabağ əlili İddiaçı sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsinin icarəyə verilməsi məqsədəmüvafiqdir və faktiki ölçüsü 9.0 kv.m-dir. Əli-Bayramlı şəhər Yaşıllaşdırma Təsərrüfat İdarəsinin xx.xx.2001-ci il tarixli rəyi, Əli-Bayramlı rayonlararası Ekologiya və X4 Komitəsinin xx.xx.2001-ci il tarixli torpaqayırma və yerseçmə ekoloji rəyi xx.xx.2001-ci il tarixli Əli-Bayramlı şəhər Bələdiyyəsi tərəfindən təsdiq edilmiş Əli Bayramlı şəhərində 9 kv.m torpaq sahəsi ayrılması haqqında akt, plan sxemi təqdim edilmişdir. İşdə olan Əli-Bayramlı şəhər İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli icazə sənədinə əsasən, İddiaçı köşk qoyuluşu üçün L.İbrahimov küçəsində xüsusi şərtləri yerinə yetirməklə icazə verilmişdir. İşdə olan Əli-Bayramlı şəhər İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli aktına əsasən, İddiaçı L.İbrahimov küçəsində köşk qoyulması məqsədilə torpaq sahəsi ayrılması üçün aktlaşdıılmışdır. İşdə olan 5 nömrəli, xx.xx.2001-ci il tarixli qəbzə əsasən, Əli-Bayramlı şəhər Bələdiyyəsinin hesabına İddiaçı 34000 manat ödəniş edilmişdir. İşdə olan 342 saylı, xx.xx.2003-cü il tarixli torpaq icarəsi müqaviləsinə əsasən, Əli- Bayramlı şəhər Bələdiyyəsi tərəfindən sahibkarlıq fəaliyyəti üçün 9 kv.m torpaq sahəsi illik 14850 manat pul məbləğində icarə haqqı müqabilində xx.xx.2028-ci ilədək İddiaçı icarəyə verilmişdir. Şirvan şəhər Bələdiyyəsinin nümayəndəsi X8 məhkəməyə mülahizə təqdim edərək göstərmişdir ki, Əli-Bayramlı şəhər Bələdiyyəsi xx.xx.2001-ci il tarixdə İddiaçı icarə müqaviləsi ilə torpaq sahəsi vermişdir. İddiaçının iddiasının təmin edilməsinə etiraz etməmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2277/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8329 nömrəli məktubu ilə xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8329 saylı ekspert rəyi məhkəməyə ünvanlanmışdır. xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8329 nömrəli ekspert rəyinin nəticə hissəsi aşağıdakı kimi göstərilmişdir: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Müseyib Nağıyevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Əli Bayramlı şəhər Bələdiyyəsinin 23 saylı xx.xx.2001-ci il tarixli sərəncamı ilə Qarabağ əlili İddiaçı bələdiyyə hüdudları daxilində sahibkarlıq fəaliyyət üçün ticarət köşkünün qoyulması üçün şəhərin L.M.İbrahimov küçəsində ümumi istifadədə olan ərazidən 9 kv.m (0.0009 ha) torpaq sahəsi və İddiaçı verilmiş Əli Bayramlı şəhər İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli icazəsinəəsasən L.M.İbrahimov küçəsindəki köşk və döngə nöqtələrinin koordinatları rəyəəlavə edilmiş yerquruluşu planında qeyd olunmuşdur. Əli Bayramlı şəhər Bələdiyyəsinin 23 saylı xx.xx.2001-ci il tarixli sərəncamı ilə Qarabağ əlili İddiaçı bələdiyyə hüdudları daxilində sahibkarlıq fəaliyyət üçün ticarət köşkünün qoyulması üçün şəhərin L.M.İbrahimov küçəsində hər hansı köşk tikili mövcuddur. Həmin tikili iddiaçıya məxsus olan torpaq sahəsinin hüdudları daxilində yerləşir. Əli-Bayramlı şəhər Bələdiyyəsinin 23 saylı xx.xx.2001-ci il tarixli sərəncamı ilə Qarabağ əlili İddiaçı bələdiyyə hüdudları daxilində sahibkarlıq fəaliyyət üçün ticarət köşkünün qoyulması üçün şəhərin L.M.İbrahimov küçəsində ümumi istifadədə olan ərazidən 9 kv.m (0.0009 ha) torpaq sahəsinin 2001-ci ildə Şirvan şəhər bələdiyyəsinin hüdudları daxilində bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxeminə əsasən bələdiyyə mülkiyyətində olmaqla yaşayış məntəqələri torpaqlarına aid təhsil səhiyyə mədəniyyət nəqliyyat rabitə və digər sosial və ictimai tikinti altında olan torpaq sahəsi kimi. Hal-hazırda Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-ci il tarixli 818 saylı Fərmanına əsasən Şirvan şəhərində aparılmış elekton kadastr uçot işlərinin nəticəsində tərtib edilmiş Şirvan bələdiyyəsinin xəritəsində isə dövlət mülkiyyətində olmaqla yaşayış məntəqələri torpaqlarına aid təhsil səhiyyə mədəniyyət nəqliyyat rabitə və digər sosial və ictimai tikinti altında olan torpaq sahəsi kimi qeyd olunmuşdur. Əli-Bayramlı şəhər bələdiyyəsinin 23 saylı, xx.xx.2001-ci il tarixli, sərəncamı ilə Qarabağ əlili İddiaçı bələdiyyə hüdudları daxilində sahibkarlıq fəaliyyəti üçün ticarət köşkünün qoyulması üçün şəhərin L.M.İbrahimov küçəsində ümumi istifadədə olan ərazidən ayrılmış 9 kv.metr (0.0009 ha) torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluq mövcud deyildir. Əli Bayramlı şəhər Bələdiyyəsinin 23 saylı xx.xx.2001-ci il tarixli sərəncamı ilə Qarabağ əlili İddiaçı bələdiyyə hüdudları daxilində sahibkarlıq fəaliyyət üçün ticarət köşkünün qoyulması üçün şəhərin L.M.İbrahimov küçəsində ümumi istifadədə olan ərazidən 9 kv.m (0.0009 ha) torpaq sahəsi faktiki olaraq iddiaçının özünün istifadəsindədir və təyinatı üzrə istifadə edilir. Əli Bayramlı şəhər Bələdiyyəsinin 23 saylı xx.xx.2001-ci il tarixli sərəncamı ilə Qarabağ əlili İddiaçı bələdiyyə hüdudları daxilində sahibkarlıq fəaliyyət üçün ticarət köşkünün qoyulması üçün şəhərin L.M.İbrahimov küçəsində ümumi istifadədə olan ərazidən 9 kv.m (0.0009 ha) torpaq sahəsinin koordinatlaşəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları ... 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ....... Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Əli-Bayramlı şəhər Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli sərəncamında göstərilmişdir ki, şəhər sakini Qarabağ əlili İddiaçı Bələdiyyə hüdudları daxilində sahibkarlıq fəaliyyəti üçün ticarət köşkünün qoyulmasına icazə verilmişdir. Ticarət köşkünün qoyulması üçün şəhərin L.İbrahimov küçəsində ümumi istifadədə olan ərazidən 9 kv.m torpaq sahəsi icarəyə verilmişdir. Bundan sonra Bələdiyyə ilə iddiaçı arasında icarə müqaviləsi bağlanmış və Əli-Bayramlı şəhər X9-Bayramlı şəhər Bələdiyyəsinə ünvanıanmış məktubları, Əli-Bayramlı şəhər Yaşıllaşdırma Təsərrüfat İdarəsinin xx.xx.2001-ci il tarixli rəyi, Əli-Bayramlı rayonlararası Ekologiya və X4 Komitəsinin xx.xx.2001-ci il tarixli torpaqayırma və yerseçmə ekoloji rəyi, xx.xx.2001-ci il tarixli Əli-Bayramlı şəhər Bələdiyyəsi tərəfindən təsdiq edilmiş Əli Bayramlı şəhərində 9 kv.m torpaq sahəsi ayrılması haqqında akt, plan sxemi, Əli-Bayramlı şəhər İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli icazə sənədi verilmişdir. Hal-hazırda İddiaçı mübahisəli torpaq sahələri üzərində icarə hüquqlarının dövlət reyestrində qeydiyyata alınması tələbi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh orqan tərəfindən 9 kv.m torpaq sahəsinə dair icarə hüququnun qeydə alınmasından imtina edilmişdir. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları əsasında qiymətləndirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AzərbaycanRespublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanına əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AzərbaycanRespublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilir və aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı isə cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas müəyyən edilmədi. Bunun əksi olaraq sözügedən, cavabdeh inzibati orqanın iddiaçının mübahisəli torpaq sahəsi üzərində icarə hüququnun qeydə alınması üçün kifayət qədər faktiki və hüquqi əsaslar müəyyən olunmuşdur. Belə ki, cavabdeh orqan tərəfindən mübahisəli torpaq sahəsinin elektron məlumat bazasına dövlət mülkiyyətinə aid torpaq sahəsi kimi daxil edilməsi barədə imtina məktubunda qeyd etmişdir. Məhkəmə təqdim edilmiş ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Əli-Bayramlı şəhər Bələdiyyəsinin 23 saylı xx.xx.2001-ci il tarixli sərəncamı ilə Qarabağ əlili İddiaçı bələdiyyə hüdudları daxilində sahibkarlıq fəaliyyət üçün ticarət köşkünün qoyulması üçün şəhərin L.M.İbrahimov küçəsində ümumi istifadədə olan ərazidən 9 kv.m (0.0009 ha) torpaq sahəsinin 2001-ci ildə Şirvan şəhər bələdiyyəsinin hüdudları daxilində bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxeminə əsasən bələdiyyə mülkiyyətində olmaqla yaşayış məntəqələri torpaqlarına aid təhsil səhiyyə mədəniyyət nəqliyyat rabitə və digər sosial və ictimai tikinti altında olan torpaq sahəsi kimi. Hal-hazırda Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-ci il tarixli 818 saylı Fərmanına əsasən Şirvan şəhərində aparılmış elekton kadastr uçot işlərinin nəticəsində tərtib edilmiş Şirvan bələdiyyəsinin xəritəsində isə dövlət mülkiyyətində olmaqla yaşayış məntəqələri torpaqlarına aid təhsil səhiyyə mədəniyyət nəqliyyat rabitə və digər sosial və ictimai tikinti altında olan torpaq sahəsi kimi qeyd olunmuşdur. İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verilmiş 9 kv.metr torpaq sahəsinin hal-hazırda Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-ci il tarixli 818 saylı Fərmanına əsasən Şirvan şəhərində aparılmış elekton kadastr uçot işlərinin nəticəsində tərtib edilmiş Şirvan bələdiyyəsinin xəritəsində isə dövlət mülkiyyətində olmaqla yaşayış məntəqələri torpaqlarına aid təhsil səhiyyə mədəniyyət nəqliyyat rabitə və digər sosial və ictimai tikinti altında olan torpaq sahəsi kimi qeyd olunsa da, Əli-Bayramlı şəhər Bələdiyyəsinin 23 saylı xx.xx.2001-ci il tarixli sərəncamı ilə Qarabağ əlili İddiaçı bələdiyyə hüdudları daxilində sahibkarlıq fəaliyyət üçün ticarət köşkünün qoyulması üçün şəhərin L.M.İbrahimov küçəsində ümumi istifadədə olan ərazidən 9 kv.m (0.0009 ha) torpaq sahəsinin 2001-ci ildə Şirvan şəhər bələdiyyəsinin hüdudları daxilində bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxeminə əsasən bələdiyyə mülkiyyətində olmaqla yaşayış məntəqələri torpaqlarına aid təhsil səhiyyə mədəniyyət nəqliyyat rabitə və digər sosial və ictimai tikinti altında olan torpaq sahəsi kimi qeyd olunmuşdur. Məhkəmə tərəfindən Əli-Bayramlı şəhər Bələdiyyəsinin 23 saylı xx.xx.2001-ci il tarixli sərəncamı, torpaq icarə müqaviləsi, Əli-Bayramlı şəhər İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli icazə sənədi mötəbər sübut kimi qəbul edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İş materiallarına əlavə edilmiş sənədlərlə (Əli-Bayramlı şəhər Bələdiyyəsinin 23 saylı xx.xx.2001-ci il tarixli sərəncamı, torpaq icarə müqaviləsi, Əli-Bayramlı şəhər X9- Bayramlı şəhər Bələdiyyəsinə ünvanlanmış məktubları, Əli-Bayramlı şəhər Yaşıllaşdırma Təsərrüfat İdarəsinin xx.xx.2001-ci il tarixli rəyi, Əli-Bayramlı rayonlararası Ekologiya və X4 Komitəsinin xx.xx.2001-ci il tarixli torpaqayırma və yerseçmə ekoloji rəyi, xx.xx.2001-ci il tarixli Əli-Bayramlı şəhər Bələdiyyəsi tərəfindən təsdiq edilmiş Əli Bayramlı şəhərində 9 kv.m torpaq sahəsi ayrılması haqqında akt, plan sxemi, Əli-Bayramlı şəhər İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli icazə sənədi) 9 kv.m torpaq sahəsinin iddiaçının icarəsinə verilməsi sübut olunur və cavabdeh bu əsasla iddiaçının hüquqlarını dövlət reyestrində qeydə almaqdan imtina etməklə onun hüquqlarını pozmuşdur. Əlavə olaraq məhkəmə qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia olduğundan hazırkı qərarın inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin hazırkı iş üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyindən belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İşə baxılarkən və ekspert rəyinə əsasən, cavabdeh sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasına dair dövlət reyestrindən çıxarışın verilməsini istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etsə də, bunu sübut edə bilməmişdir. Cavabdeh inzibati orqan iddiaçının ilkin müraciətindən imtina etməsini cavabdeh orqan tərəfindən sözügedən torpaq sahəsi üzərində ilkin prosedur qaydasında Şirvan şəhəri, L.İbrahimov küçəsi ərazisində yerləşən 0,0009 ha (9 kv.m) torpaq sahəsinin elektron məlumat bazasına dövlət mülkiyyətinə aid torpaq sahəsi kimi daxil edildiyini əsas gətirmişdir. Məhkəmə qanunçuluq və etimad prinsipinə əsaslanaraq onu da qeyd edir ki, iddiaçının adına tərtib edilmiş Əli-Bayramlı şəhər Bələdiyyəsinin 23 saylı xx.xx.2001-ci il tarixli sərəncamı, torpaq icarə müqaviləsi, Əli-Bayramlı şəhər X9-Bayramlı şəhər Bələdiyyəsinə ünvanlanmış məktubları, Əli-Bayramlı şəhər Yaşıllaşdırma Təsərrüfat İdarəsinin xx.xx.2001-ci il tarixli rəyi, Əli-Bayramlı rayonlararası Ekologiya və X4 Komitəsinin xx.xx.2001-ci il tarixli torpaqayırma və yerseçmə ekoloji rəyi, xx.xx.2001-ci il tarixli Əli-Bayramlı şəhər Bələdiyyəsi tərəfindən təsdiq edilmiş Əli Bayramlı şəhərində 9 kv.m torpaq sahəsi ayrılması haqqında akt, plan sxemi, Əli-Bayramlı şəhər İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli icazə sənədi mübahisələndirilmədiyindən, hər hansı orqan tərəfindən ləğv və ya etibarsız hesab edilmədiyindən həmin sənədlərin qanuniliyini şübhə altına almaq düzgün deyildir. Ona görə də, qeyd olunanlar iddiaçının hüquqlarının qeydiyyata alınmasından imtina üçün əsas vermir. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanuna ziddir və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinası əsassızdır. Beləliklə də məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin edilməsindən imtina etməsində heç bir qanuni əsas müəyyən edilmədi. Bunun əksi olaraq iddiaçının tələbinin qanuni və əsaslı olduğu müəyyən edildi. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında (İatridis Yunanıstana qarşı, Beyeler İtaliyaya qarşı, “X7 S.C.” və başqaları Belçikaya qarşı) göstərilmişdir ki, “mülkiyyət” və «əmlak» anlayışları müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da “mülkiyyət hüquqları” hesab edilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin məqsədləri baxımından həmin hüquqlar və maraqlar da mülkiyyət sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi öz qərarlarında hər hansı tikiliyə mülkiyyət hüququnun tanınması zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin maraqları arasında ədalətli tarazlığın nəzərə alınmasını zəruri hesab edir. “Önəryıldızın Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarını nümunə göstərmək olar. Ərizəçi (Önəryıldız) 1988-ci ildə Umraniyədə (İstanbul) dövlətə məxsus torpaq sahəsində yerləşən və tullantıların atıldığı zibilliyin yaxınlığında özünün və ailəsinin yaşadığı ev (daxma) tikmiş, 1993-cü ilədək orada yaşamışdır. Ərizəçi öz ərizəsində göstərmişdir ki, öz evindən davamlı surətdə və kifayət qədər uzun müddət ərzində istifadə etdiyinə görə evin mülkiyyətçisi hesab edilməlidir. Ərizəçinin fikrincə, insanlar yoxsul evlərində məskunlaşarkən, dövlət orqanlarının buna müdaxilə etməməsi və ən zəruri xidmətlərin dövlət tərəfindən təchiz edilməsi və hər şeydən əvvəl tikinti aparılan sahələrdə potensial seçiciləri razı salmaq üçün zaman keçdikcə qəbul edilən, yoxsul evlərinə aid məsələləri tənzimləyən qanunlar belə güman etməyə əsas vermişdir ki, onun mülkiyyət hüququ susmaq yolu ilə təsdiq edilib. Hökumət isə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsini pozan hər hansı müdaxilənin baş verdiyini inkar edərək ərizəçinin mənzilini «ikiqat qanunsuz» hesab etmişdir. Birincisi, ev icazəsiz tikildiyinə görə «mülkiyyət hüququnu» əmələ gətirə, yaxud sözügedən müddəanın məqsədləri baxımından «mülkiyyət» təşkil edə bilməz; bundan başqa, bu cür hüququn istər susma yolu ilə, istərsə də aydın ifadə edilmə vasitəsilə daxili qanunvericilikdə tanınacağı heç vaxt gözlənilməyib. İkincisi, ərizəçi tutmuş olduğu torpaq üzərində hər hansı hüquqa malik olduğunu iddia edə bilməz, çünki həmin torpaq dövlətin mülkiyyətindədir. Avropa İnsan Hüquqları Məhkəməsi özbaşına tutulmuş torpaq sahəsində ərizəçinin tikdiyi evlə əlaqədar bunları qeyd etmişdir; «Ərizəçi 1988-ci ildən bəri dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşamışdır, bu, o demək idi ki, o, digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını orada yerləşdirə bilərdi. Ərizəçi orada sosial mühit, habelə ailə mühiti yaratmışdı və 28 aprel 1993-cü il tarixli bədbəxt hadisəyə qədər özünün və ailəsinin elə həmin yerdə qalacağına ümüd etməsinə mane olan heç nə yox idi. Bu amillər və məsələn, adekvat tədbirlərin görülməsi Önəryıldızın vəziyyətinə dövlət orqanlarının dolayısı ilə dözümlülük nümayiş etdirməsi deməkidi». Həmin işdə Avropa İnsan Hüquqları üzrə Məhkəməsi «Mülkiyyətin mövcud olub-olmaması barədə» qərarının B bəndinin 2-ci hissəsində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər və beləliklə, onlar sözügedən müddəanın məqsədləri baxımdan «mülkiyyət» sayıla bilərlər. Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avdanlıqların sahibi idi və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsus idi. 1988-ci ildən bəri o, dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşayırdı, bu o, demək idi ki, o digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını yerləşdirə bilərdi. Ərizəçi orada sosial, habelə ailə mühiti yaratmışdır. Yekun olaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərara almışdır; «Məhkəmə hesab edir ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə ordakı yaşayış yeri, onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə «Sporrinq və Lonnort İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi qiymətləndirmişdir. Mübahisəli torpaq sahəsi bələdiyyə tərəfindən iddiaçıya ayrılarkən torpaq sahəsinin elektron məlumat bazasına dövlət mülkiyyətinə aid torpaq sahəsi kimi daxil edilməsi barədə cavabdehin dəlilləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 19 noyabr 2021-ci il tarixli qərarına qeyd etmişdir ki,”Torpaq sahəsinin planlaşdırılması layihəsinin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaması və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən torpaq sahəsinin yerquruluşu işlərinin (planlama) aparılmamasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir. Bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publikhüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarınınrəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyətiorqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyətiorqanlarınınrəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. O da göstərilməlidir ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri). Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Beləliklə məhkəmə hesab edir ki, Şirvan şəhəri, L.İbrahimov küçəsi ərazisində yerləşən 0,0009 ha (9 kv.m) torpaq sahəsi ayrıldığı vaxt hüquqi statusu, kateqoriyası, uqodiyası, növü, təyinatıbələdiyyələrin mülkiyyəti göstərilmişdir, həmçinin mübahisəli torpaq sahəsinin ayrılmasına dair inzibati aktlar hal-hazırda qüvvədədir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir.” “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, prosessual xərc - məhkəmə ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsindən tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı Şirvan şəhəri, L.İbrahimov küçəsi ərazisində yerləşən 0,0009 ha (9 kv.m) torpaq sahəsinə (yeni qaydalarda ünvan nəzərə alınmaqla) icarə (istifadə) hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ

22. Hesab №AZ43CTRE********************) köçürülsün. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar