Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-287/2025 16.09.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “sağlamlığının yoxlanılması və komission həkim ekspertizasından keçməsi ilə əlaqədar yenidən göndərişin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “sağlamlığının yoxlanılması və komission həkim ekspertizasından keçməsi ilə əlaqədar yenidən göndərişin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: Тəsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “sağlamlığının yoxlanılması və komission həkim ekspertizasından keçməsi ilə əlaqədar yenidən göndərişin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5382/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası 2-ci Qarabağ döyüşlərində 44 günlük müharibədə Şuşa şəhərində gedən döyüşlərdə iştirak etmiş və döyüşdən sonra medallarla təltif olunmuşdur. O, müharibədən qayıtdıqdan bir neçə vaxtdan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə işə qəbul üçün müraciət etmişdir. Daxili İşlər Nazirliyinə işə qəbul zamanı “Diamed” Tibb Mərkəzinə sağlamlıq müayinəsindən keçən zaman həmin klinikanın həkim professoru Əli Allahverdiyev tərəfindən verilən müayinə kağızına əsasən onda nevroz xəstəliyi aşkar olunmuşdur. Qeyd edir ki, bundan əvvəl bir neçə xəstəxanadan həkim müayinəsindən keçmişdir və bütün müayinə kağızlarında sağlamlığı ilə bağlı probelmlə qarşılaşmamışdır. X3 tərəfindən ona verilən arayışa əsasən o, Daxili İşlər Nazirliyinə işə qəbul oluna bilməmişdir. Hesab edir ki, müəssisə tərəfindən verilmiş tibbi rəy etibarsızdır. Bu səbəbdən də, qeyd olunanlarla bağlı yenidən sağlamlığının yoxlanılması və komission həkim ekspertizasından keçməyi ilə əlaqədar ona göndəriş verilməsi ilə bağlı cavabdeh orqana ərizə ilə müraciət etsə də, DİN-in Xüsusi- Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli rəyinə əsasən daxili işlər orqanlarında sıravi və kiçik rəis heyəti vəzifəsinə yararsız hesab edilməyi səbəbindən xidmətə qəbul olmağı mümkün hesab edilməmişdir. Odur ki, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdehin etirazında qeyd edir ki, iddiaçının Daxili İşlər Nazirliyinə xidmətə qəbulla bağlı prosedur barədə mülahizələri yanlışdır və bu yanlışlıqlara əsaslanaraq qaldırılmış hazırkı iddia tələbləri doğru formulə edilməmişdir. İlk növbədə qeyd edilməlidir ki, iddiaçının məhkəməyə müraciət etməkdə əsas hüquqi marağı yenidən komission yoxlanışdan keçərək DİO-da xidmətə qəbulla bağlı növbəti mərhələdə iştirak etməkdir. Son nəticədə iddiaçının məqsədi DİO-da xidmətə qəbul olunmaq olduğu üçün, iddiaçının hazırki niyyət üçün seçdiyi hüquqi vasitə uğurlu deyil və iddia mümkün hesab edilməməlidir. İddiaçının DİO-ya xidmətə qəbul edilməsi DİN-in öhdəliyi olmadığı üçün iddiaçının belə tələb irəli sürmək üçün subyektiv hüququ yoxdur. Belə ki, vətəndaşın DİOya xidmətə qəbul edilməsi üçün hər iki tərəfin razılığı olmalıdır. “Daxili işlər orqanlarında xidmətə qəbul” Qaydalarına əsasən daxili işlər orqanlarında xidmətə könüllülük əsasında, şəxsi keyfiyyətlərinə, fiziki və peşə hazırlığına sağlamlıq vəziyyətinə və təhsil səviyyəsinə görə bu orqanlarda xidmətə yararlı olan, habelə hərbi xidmət keçmiş və hərbi mükəlləfiyyəti (qadınlar istisna olmaqla) Azərbaycan Respublikasının dövlət dilini bilən, yaşı 20-dən aşağı və bir qayda olaraq yaşı 30-dan yuxarı olmayan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tədris müəssisələrinə yaşı 18-ə çatmamış orta təhsilli şəxslər də qəbul edilə bilərlər. Maliyyə, təsərrüfat, kriminalistik təhqiqatlar, tibb xidmətlərinə, həmçinin mühəndisproqramçı, tədris müəssisələrində orta və böyük rəis heyəti vəzifələrinə yaşı 35-dək olan şəxslər qəbul oluna bilərlər. Zərurət yarandıqda tədris müəssisələrinə və digər xidmət sahələrinə yaşı 40-dək olan elmi dərəcəyə malik mütəxəssislər qəbul oluna bilərlər. Göründüyü kimi, inzibati qurumun xidmətə qəbul qaydaları çərçivəsində öz mülahizəsi və seçimi ilə (qiymətləndirmə azadlığı) tətbiq etdiyi diskresion səlahiyyətləri və dispozitiv davranış imkanları nəzərə alınmaqla məhkəmə təftişinin predmeti ola bilər. X6 Nazirliyi hətta xidmətə qəbul üçün yararlı olan şəxslərin peşəyə qəbul edilməsi ilə bağlı diskresion səlahiyyətə malikdir. Məhkəmənin belə hallarda iddiaçının tələbinə uyğun olan qərar qəbul etmək səlahiyyəti yoxdur. DİN diskresion səlahiyyətləri həyata keçirdiyindən hər-hansı bir səhvə yol versə belə, bu hələ iddiaçının nəyisə tələb edə bilməsi demək deyil. Əgər məhkəmə DİN-in iddiaçının xidmətə qəbul edilməməsi ilə bağlı qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz, inzibati qurumun diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. DİO-ya xidmətə qəbul DİN-in müstəsna diskresion səlahiyyətini təşkil edir. Məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşdığından hüququn icrasını əhatə etmir. İddia mahiyyəti üzrə də əsassızdır: Belə ki, xx.xx.2000-ci il təvəllüdlü İddiaçı DİO-da sıravi və kiçik rəis heyətinə qəbulla əlaqədar tibbi şəhadətləndirmə ilə bağlı İmişli RPŞ-nin göndərişinə əsasən 05 yanvar 2022-ci il tarixdə DİN-in Tibb İdarəsinin Xüsusi Həkim Komissiyasında olmuşdur. Tibbi şəhadətləndirmənin prosedur qaydalarına uyğun olaraq İddiaçı xx.xx.2022-ci il tarixli 19 nömrəli tibbi müayinə aktı tərtib edilmişdir. İİ Qarabağ müharibəsində iştirakı nəzərə alınmaqla, mümkün gizli sinir-psixi patologiyanın müəyyən edilməsi ilə bağlı XHK-nin göndərişi ilə DİAMED MG klinikasında dərinləşdirilmiş kompyuterli EEQ (Ensefaloqramma) müayinəsinə cəlb edilmiş, nəticədə Tibb İdarəsinin konsultantı, tibb elmləri doktoru professor Ə.R.Allahverdiyev tərəfindən “Baş-beyin qıcolma hazırlığı həddinin enməsi” diaqnozu təyin olunmuş, baş-beyni vizualizasiya müayinəsi məsləhət bilinmişdir. Aşkar edilmiş pozuntuların şəraitdən asılı olaraq remissiyalarla gedişi (əlavə olunur), DİO-da xidmətin spesifikliyi nəzərə alınmaqla DİN-in 2002-ci il tarixli 25 nömrəli əmrinin xəstəliklər cədvəlinin “23ç” maddəsi ilə İddiaçı DİO-da sıravi və kiçik rəis heyəti vəzifəsində xidmətə yararsız hesab edilmişdir. Odur ki, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. xx.xx.2000-ci il təvəllüdlü İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırkı tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. Xüsusi mümkünlük şərti kimi iddiaçı məhkəmədə iddia qaldırmamışdan öncə inzibati orqana müraciət etmiş və cavabdeh orqan tərəfindən tələbin təmin edilməsindən imtina edilmişdir. Həmçinin iddiaçının yaşadığı ünvan İmişli rayonunun Qaralar kəndidir. İPM-in 8.1.2ci maddəsinə görə, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən İmişli rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: İddiaçıya məxsus SX № ******* nömrəli, xx.xx.2019-cu il tarixli hərbi biletin surətindən görünür ki, İddiaçı N nömrəli hərbi hissənin tərkibində xx.xx.2020-ci il tarixdən Füzuli, Cəbrayıl, Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib. Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Daxili işlər orqanlarında xidmətə qəbul olunmağınız ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə daxil olmuş təkrar müraciətinizə baxılmışdır. Bildiririk ki, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə müvafiq olaraq daxili işlər orqanlarında xidmətə sağlamlıq vəziyyətinə görə bu orqanlarda xidmətə yararlı olan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar. DİN-in Xüsusi-Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli müvafiq rəyinə əsasən daxili işlər orqanlarında sıravi və kiçik rəis heyəti vəzifəsinə yararsız hesab edildiyinizdən xidmətə qəbulunuz mümkün deyildir. Müdafiə Nazirliyinin Baş X1 şöbəsi Radiologiya bölməsinin xx.xx.2021-ci il tarixli Kranial KT müayinəsində qeyd edilmişdir ki, Aksial planda alınmış konirastsız tomoqramlarda: Posterior fossa ölçüləri normaldır. Beyincik yarımkürələri və vermiş normaldır. İV mədəcik orta xətdə olub, normal genişlikdədir. Bazal sisternaların genişliyi normaldır. Pons və mezensefalon normal görünüşlüdür. Bazal ganglionlar (qabıqaltı nüvələr) nahiyələri və sentrum semiovalelər normaldır. İİİ və lateral mədəciklər orta xətdə olub, normal genişlikdədir. Böyük beyin yarımkürələri, onların kortikal sulkus və girusları normaldır. İntrakranial həcimli proses əlamətləri qeyd olunmadı. Kəllə əsası və qapaq sümüklərində deformasiya və destruksiya aşkar edilmədi Kəsiklər daxilində paranazal sinusların aerasiyası normaldır. Kəsiklər daxilində hər iki tərəfdə orbital strukturlar normal olub, okulyar bulbuslar. optik sinirlər və retrobulbar nahiyələrdə patoloji dəyişiklik qeyd edilməmişdir. KT nəticə: Kranial KT müayinəsində intrakranial ocaqlı və həcmli patoloji dəyişikliklər aşkar edilmir. Müdafiə Nazirliyi N saylı hərbi hissənin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin tərkibində “Vətən müharibəsi”ndə iştirak edərək göstərdiyiniz fədakarlığa və əsgəri vəzifə borcuna görə, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən müharibəsinin iştirakçısı” medalları ilə təltif olunmasına təqdim olunmusuz. Hərbi Prokurorluğunun xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2000-ci il təvəllüdlü İddiaçı barəsində cinayət işinin və ya araşdırma materialının olması müəyyən edilməmişdir. Daxili İşlər Nazirliyi İmişli Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2000-ci il ildə İmişli rayonu, Qaralar kəndində anadan olmuş İddiaçı barəsində RPŞ-də hər hansı təqsirləndirici material və ya cinayət işi yoxdur. Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsi məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin Xüsusi Həkim Komissiyasında tibbi şəhadətləndirilərkən ona “baş-beyin qıcolma hazırlığı həddinin enməsi” diaqnozu təyin edilmiş və Nazirliyin 2002-ci il 23 yanvar tarixli 25 nömrəli əmrinin xəstəliklər cədvəlinin “24a” maddəsi ilə daxili işlər orqanlarında sıravi və kiçik rəis heyəti vəzifəsində xidmətə yararsız hesab edilmişdir. Qeyd olunan əmrdə həmin diaqnoz təyin edilmiş şəxslərin təkrar şəhadətləndirilməsi nəzərdə tutulmadığından İddiaçı yeni göndərişin verilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Daxili İşlər Nazirliyi Tibb İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2000-ci il təvəllüdlü İddiaçı DİO- da sıravi və kiçik rəis heyətinə qəbulla əlaqədar tibbi şəhadətləndirmə ilə bağlı İmişli RPŞ-nin göndərişinə əsasən 05 yanvar 2022-ci il tarixdə DİN-in Tibb İdarəsinin Xüsusi Həkim Komissiyasında olmuşdur. Tibbi şəhadətləndirmənin prosedur qaydalarına uyğun olaraq İddiaçı xx.xx.2022-ci il tarixli 19 nömrəli tibbi müayinə aktı tərtib edilmişdir. İİ Qarabağ müharibəsində iştirakı nəzərə alınmaqla, mümkün gizli sinir-psixi patologiyanın müəyyən edilməsi ilə bağlı XHK-nın göndərişi ilə “DİAMED”MG klinikasında dərinləşdirilmiş kompyuterli EEQ (Ensefaloqramma) müayinəsinə cəlb edilmiş, nəticədə Tibb İdarəsinin konsultantı, tibb elmləri doktoru professor Ə.R.Allahverdiyev tərəfindən “Baş-beyin qıcolma hazırlığı həddinin enməsi” diaqnozu təyin olunmuş, baş-beyni vizualizasiya müayinəsi məsləhət bilinmişdir. Aşkar edilmiş pozuntuların şəraitdən asılı olaraq remissiyalarla gedişi (əlavə olunur), DİO-da xidmətin spesifikliyi nəzərə alınmaqla DİN-in 2002-ci il tarixli 25 nömrəli əmrinin xəstəliklər cədvəlinin “23ç” maddəsi ilə İddiaçı DİO-da sıravi və kiçik rəis heyəti vəzifəsində xidmətə yararsız hesab edilmişdir. XHK-nin 19 saylı rəyindən görünür ki, İddiaçı vegetativ damar distoniyası, baş beyin qıcolma hazırlığı həddinin enməsi diaqnozu qoyulmuş və DİN-in xx.xx.2002-ci il tarixli, 25 saylı əmrinin Xəstəliklər Cədvəlinin İ qrafasının 24 ç maddəsinə İ təyinat qrupu üzrə Xüsusi-həkim komissiyasında şəhadətləndirilərkən DİO-da PPXB-nin polis nəfəri vəzifəsinə yararsız hesab edilmişdir. Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin Xüsusi Həkim Komissiyasında tibbi şəhadətləndirilərkən ona “baş-beyin qıcolma hazırlığı həddinin enməsi” diaqnozu təyin edilmiş və Nazirliyin 2002-ci il 23 yanvar tarixli 25 nömrəli əmrinin xəstəliklər cədvəlinin “24a” maddəsi ilə daxili işlər orqanlarında sıravi və kiçik rəis heyəti vəzifəsində xidmətə yararsız hesab edilmişdir. Qeyd olunan əmrdə həmin diaqnoz təyin edilmiş şəxslərin təkrar şəhadətləndirilməsi nəzərdə tutulmadığından İddiaçı yeni göndərişin verilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cw il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin Xüsusi Həkim Komissiyasında tibbi şəhadətləndirilərkən ona “baş-beyin qıcolma hazırlığı həddinin enməsi” diaqnozu təyin edilmiş və Nazirliyin 2002-ci il 23 yanvar tarixli 25 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası daxili işlər orqanlarında tibbi şəhadətləndirilmə qaydaları haqqında Əsasnamə”nin xəstəliklər cədvəlinin “24a” maddəsi ilə daxili işlər orqanlarında sıravi və kiçik rəis heyəti vəzifəsində xidmətə yararsız hesab edilmişdir. Qeyd olunan əmrdə həmin diaqnoz təyin edilmiş şəxslərin təkrar şəhadətləndirilməsi nəzərdə tutulmadığından İddiaçı yeni göndərişin verilməsi məqsədəmüvafiq hesab edilməmişdir.. Daxili İşlər Nazirliyi Tibb İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2000-ci il təvəllüdlü İddiaçı DİO-da sıravi və kiçik rəis heyətinə qəbulla əlaqədar tibbi şəhadətləndirmə ilə bağlı İmişli RPŞ-nin göndərişinə əsasən 05 yanvar 2022-ci il tarixdə DİN-in Tibb idarəsinin Xüsusi Həkim Komissiyasında olmuşdur. Tibbi şəhadətləndirmənin prosedur qaydalarına uyğun olaraq İddiaçı xx.xx.2022-ci il tarixli 19 nömrəli tibbi müayinə aktı tərtib edilmişdir. İİ Qarabağ müharibəsində iştirakı nəzərə alınmaqla, mümkün gizli sinir-psixi patologiyanın müəyyən edilməsi ilə bağlı XHK-nin göndərişi ilə “DİAMED”MG klinikasında dərinləşdirilmiş kompyuterli EEQ (Ensefaloqramma) müayinəsinə cəlb edilmiş, nəticədə Tibb İdarəsinin konsultantı, tibb elmləri doktoru professor Ə.R.Allahverdiyev tərəfindən “Baş-beyin qıcolma hazırlığı həddinin enməsi” diaqnozu təyin olunmuş, baş-beyni vizualizasiya müayinəsi məsləhət bilinmişdir. Aşkar edilmiş pozuntuların şəraitdən asılı olaraq remissiyalarla gedişi (əlavə olunur), DİO-da xidmətin spesifikliyi nəzərə alınmaqla DİN-in 2002-ci il tarixli 25 nömrəli əmrinin xəstəliklər cədvəlinin “23ç” maddəsi ilə İddiaçı DİO-da sıravi və kiçik rəis heyəti vəzifəsində xidmətə yararsız hesab edilmişdir. Daxili İşlər Nazirliyi Tibb İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, DİN-in Baş Kadrlar İdarəsinin Şirvan İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-13-21/2-2025/2024 nömrəli məktubda İddiaçı DİN-in 2002-ci il tarixli 25 nömrəli əmrinin xəstəliklər cədvəlinin “24a” maddəsi ilə xidmətə yararsız hesab edilməsi Tibb İdarəsinin Xüsusi Həkim Komissiyasının məlumatına əsasən qeyd edilmişdir. DİN-in Tibb İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-29/2-293 nömrəli məktubunda İddiaçı yuxarıda qeyd olunan əmrin “23ç” maddəsi ilə xidmətə yararsız hesab edilməsi barədə qeyd məktubu elektron variantda işləyən operatorun diqqətsizliyi nəticəsində baş vermişdir. Belə ki, İddiaçı xidmətə yararsız olması barədə qərarın qəbul edilməsində 25 nömrəli əmrin “24a” maddəsinə istinad edilməsi XHK-nin göndərişi ilə ““DİAMED”MG klinikasında Tibb İdarəsinin konsultantı, tibb elmləri doktoru professor Ə.R.Allahverdiyev tərəfindən keçirilmiş kompyuterli EEQ (Ensefaloqramma) müayinəsi nəticəsində “Baş-beyin qıcolma hazırlığı həddinin enməsi” diaqnozunun təyin olunması ilə bağlıdır. Məhkəmənin xx.xx.2024-cü il qərardadı ilə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütun halların araşdırılması məqsədilə, həmçinin, xüsusi bilik tələb edən digər sualların izah olunması üçün iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 tərəfindən tərtib edilmiş T 377/2024 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, 2000-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1-4,6,7. Vətəndaş İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə “Baş beynin qıcolma hazırlığının həddinin enməsi, nevroz” diaqnozu qoyulsa da özünün əyani müayinəsi zamanı onda hal-hazırda əlillik təyinatına əsas verən patofunksional dəyişikliklər və əmək qabiliyyətsiz hesab edilməsinə səbəb olan xəstəliklərin klinik əlamətləri aşkar edilmədi. İddiaçı hal-hazırda müalicəyə ehtiyacı yoxdur. Vətəndaş İddiaçı xidmətə yararlı olub-olmamasının təyini hərbi həkim komissiyasının səlahiyyətinə aiddir. Daxili İşlər Nazirliyi Tibb İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, DİN-in Baş Kadrlar İdarəsinin Şirvan İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-13-21/2-2025/2024 nömrəli məktubda İddiaçı DİN-in 2002-ci il tarixli 25 nömrəli əmrinin xəstəliklər cədvəlinin “24a” maddəsi ilə xidmətə yararsız hesab edilməsi Tibb idarəsinin Xüsusi Həkim Komissiyasının məlumatına əsasən qeyd edilmişdir. DİN-in Tibb İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-29/2-293 nömrəli məktubunda İddiaçı yuxarıda qeyd olunan əmrin “23ç” maddəsi ilə xidmətə yararsız hesab edilməsi barədə qeyd məktubu elektron variantda işləyən operatorun diqqətsizliyi nəticəsində baş vermişdir. Belə ki, vət. İddiaçı xidmətə yararsız olması barədə qərarın qəbul edilməsində 25 nömrəli əmrin “24a” maddəsinə istinad edilməsi XHK-nin göndərişi ilə “DİAMED”MG klinikasında Tibb İdarəsinin konsultantı, tibb elmləri doktoru professor Ə.R.Allahverdiyev tərəfindən keçirilmiş kompyuterli EEQ (Ensefaloqramma) müayinəsi nəticəsində “Baş-beyin qıcolma hazırlığı həddinin enməsi” diaqnozunun təyin olunması ilə bağlıdır. Məhkəmənin xx.xx.2025-ci il qərardadı ilə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütun halların araşdırılması məqsədilə, həmçinin, xüsusi bilik tələb edən digər sualların izah olunması üçün iş üzrə mütəxəssis rəyinin verilməsi Məhkəmə Psixiatrik Ekspertiza X4 Şəxsinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinkasına tapşırılmışdır. Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 1447 saylı rəyində qeyd edilmişdir ki, İddiaçı hal-hazırda hər hansı PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ aşkar olunmur. Hazırki psixiatrik müayinə zamanı yoxlanılan şəxsin sağlamlığı ilə bağlı təqdim etdiyi şikayətləri onda hər hansı bir psixi xəstəliyin və yaxud psixi pozuntunun mövcudluğuna dəlalət etmir. Yekun hissəsi: İnzibati iş materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1- ci sual: xx.xx.2000-ci il tarixdə İmişli rayonunda anadan olmuş, İmişli rayonu Qaralar kəndi ünvanında qeydiyyatda olan İddiaçı (ş/v AA 0078449) Azərbaycan Resublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin Xüsusi Həkim Komissiyası tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 23 yanvar 2002-ci il tarixli 25 nömrəli əmrinin xəstəliklər cədvəlinin “24a” bəndində nəzərdə tutulan “baş beyin qıcolma hazırlığı həddinin enməsi” və “nevroz” qoyulmuş diaqnozu üzrə xəstəliyin olub-olmaması? Cavab: İddiaçı hal-hazırda hər hansı psixi xəstəlik aşkar edilmir. 2- ci sual: Aparılmış əyani müayinələrin nəticələrinə dair tibbi sənədlərdə, həmçinin müvafiq ekspert rəyində İddiaçı təyin olunmuş diaqnoz aparılmış müayinələrin nəticələrinə uyğundurmu və ya aparılmış müayinələrin nəticələri İddiaçı müvafiq diaqnozun təyin olunması və ya təyin olunmaması üçün kifayət edirmi? Cavab: İddiaçı təyin olunmuş diaqnoz aparılmış müayinələrin nəticələrinə uyğundur. Aparılmış müayinələrin nəticələri İddiaçı müvafiq diaqnozun təyin olunması üçün kifayət edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 12.1-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 16-cı maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə:
1. Daxili işlər orqanlarında xidmət keçmə - bu orqanlarının funksiya, vəzifə və hüquqların öz peşə fəaliyyətləri ilə keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür.
11. Daxili işlər orqanlarında xidmətə könüllük əsasında, şəxsi keyfiyyətlərinə, fiziki və peşə hazırlığına sağlamlıq vəziyyətinə və təhsil səviyyəsinə görə bu orqanlarda xidmətə yararlı olan, habelə hərbi xidmət keçmiş və hərbi mükəlləfiyyəti (qadınlar istisna olmaqla). Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən, yaşı 20-dən aşağı və bir qayda olaraq yaşı 30-dan yuxarı olmayan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisələrinə yaşı 18-ə çatmamış tam orta təhsilli şəxslər də qəbul edilə bilərlər. Maliyyə, təsərrüfat, kriminalistik təhqiqatlar, tibb xidmətlərinə, həmçinin mühəndisproqramçı, təhsil müəssisələrində orta və böyük rəis heyəti vəzifələrinə yaşı 35-dək olan şəxslər qəbul oluna bilərlər. Zərurət yarandıqda təhsil müəssisələrinə və digər xidmət sahələrinə yaşı 40-dək olan elmi dərəcəyə malik mütəxəssislər müstəsna hal kimi qəbul oluna bilərlər. Bu Əsasnamə ilə müəyyən edilmiş tələblərə cavab verən şəxslər siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq müddətli müqavilə əsasında qəbul edilə bilərlər. Müddətli müqavilənin forması və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
15. Daxili işlər orqanlarında xidmətə qəbul olunan şəxslərin fiziki hazırlığı və sağlamlığı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanın müəyyənləşdirdiyi qaydada yoxlanılmalıdır.
17. İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyət olmayan və ya məhdud fəaliyyəti hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, əvvəllər işdə yol verdiyi ciddi nöqsanlara, daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olmasına, xidmətə tam yararsız olmasına, daxili işlər orqanlarının əməkdaşı adına ləkə gətirən hərəkətlərə görə daxili işlər və digər hüquqmühafizə orqanlarından xaric edilmiş şəxslər daxili işlər orqanlarında xidmətə qəbul oluna bilməzlər. Daxili İşlər Nazirliyinin 2002-ci il 23 yanvar tarixli 25 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası daxili işlər orqanlarında tibbi şəhadətləndirilmə qaydaları haqqında Əsasnamə”: 1.1.Bu Əsasnamə Azərbaycan Respublikasının 28 oktyabr 1999-cu il tarixli “Polis haqqında” Qanununa, Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə müvafiq olaraq Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətə qəbul olunan şəxslərin fiziki inkişaf və sağlamlığının, habelə daxili işlər orqanları əməkdaşlarının və onların ailə üzvlərinin tibbi şəhadətləndirilməsi qaydalarını müəyyən edir. 1.2.Daxili işlər orqanlarında tibbi şəhadətləndirmə DİN-in Tibb idarəsinin Xüsusihəkim komissiyası, Naxçıvan MR DİN-in Xüsusi-həkim komissiyası və DİN-in A.N.Heydərov adına Mərkəzi hospitalının ştatdankənar xüsusi-həkim komissiyası tərəfindən həyata keçirilir. İİ. Xüsusi-həkim komissiyasının əsas vəzifələri və təşkili qaydaları 2.1. Xüsusi-həkim komissiyasının əsas vəzifələri aşağıdakılardan ibarətdir: 2.1.1.Xidmətə yeni qəbul edilən şəxslərin sağlamlıq vəziyyətinin və fiziki inkişaf səviyyəsinə görə daxili işlər orqanlarının sıravi və rəis heyəti vəzifəsində xidmətə yararlılıqlarının müəyyən edilməsi; ... 2.5.Barəsində çıxarılan tibbi rəydən hər bir şəxs məhkəməyə şikayət verə bilər. Məhkəmənin qərarı ilə həmin şəxs nəzarəti müayinəyə göndərilə bilər. Komissiyanın rəyi, həmin rəydə başqa hal nəzərdə tutulmayıbsa, altı ay müddətində qüvvədədir. Rəy həyata keçirilməmişsə və ya şəxsin səhhətində əvvəl qəbul edilmiş rəyin nəticələrinə təsir edə biləcək dəyişikliklər baş vermişsə, komissiya təkrar müayinə keçirməlidir. ... 2.11.DİO-da xidmətə qəbul edilən şəxslərin və əməkdaşların xidmətə yararlılıq kateqoriyası Xüsusi-həkim komissiyaları tərəfindən Xəstəliklər cədvəli və Əlavə tələblər cədvəli əsasında müəyyən edilir. Xidmətə qəbul olunan şəxsin sağlamlıq vəziyyətinə görə konkret xidmət növünə yararlılığı Əlavə tələblər cədvəlinə əsasən müəyyən edilir. Əlavə tələblər cədvəlində xidmətlərin 4 təyinat qrupu və müvafiq olaraq 4 yararlılıq kateqoriyası müəyyən edilib. 1-ci təyinat qrupu-1-ci dərəcə, 2-ci təyinat qrupu-2-ci dərəcə, 3-cü təyinat qrupu-3-cü dərəcə, 4-cü təyinat qrupu-4-cü dərəcə. 3.1.Xidmətə yeni qəbul olunan şəxslər tibbi müayinə keçməzdən əvvəl onların 5 ildən az olmayan müddət üçün sağlamlıqlarını xarakterizə edən müvafiq müalicəprofilaktika müəssisələrindən ambulator xəstənin tibbi vərəqəsindən və ya tibbi kitabçadan, xəstəlik tarixindən çıxarışı və digər tibbi sənədləri, eləcə də psixonevroloji, narkoloji, göstəriş olduqda vərəm, dəri-zöhrəvi və digər müalicə müəssisələrindən arayışları, əvvəllər müddətli hərbi xidmətdə olmuş şəxslər isə hərbi sənədlərindən çıxarışları XHK-yə təqdim etməlidirlər. 3.2.Tibbi müayinənin nəticələrinə dair komissiya tərəfindən xidmətə qəbul olunan şəxslərə dair aşağıdakı qərarlardan biri qəbul olunur: -daxili işlər orqanlarında xidmətə yararlıdır, -daxili işlər orqanlarında xidmətə müvəqqəti yararsızdır, -daxili işlər orqanlarında xidmətə yararsızdır. ... 6.1.Xüsusi-həkim komissiyaları tibbi müayinənin nəticələrinə əsasən aşaıdakı qərarlardan birini qəbul edirlər: 6.2.Daxili işlər orqanlarında xidmətə yeni qəbul edilənlər barədə: “A”- vəzifədə ((vəzifəni, ixtisası göstərilməli), bölmə və fəaliyyət növü və ya təyinat qrupu) xidmətə yararlıdır, “Ç”- xidmətə müvəqqəti yararsızdır, “D”- xidmətə yararsızdır. Xəstəliklər Cədvəli …
24. Baş və onurğa beyninin damar xəstəlikləri (subaraxnoidal, beyindaxili qansızmalar, digər kəllədaxili qansızmalar, beyin infarktı, baş və onurğa beyninin damar zədələnmələrinin nəticələri) : a) funksiyaların mühüm dərəcədə pozulması D D b) funksiyaların mülayim dərəcədə pozulması D D c) funksiyaların cüzi dərəcədə pozulması D B, D fərdi ç) beyin qan dövranının keçid pozulmamları D B, D fərdi d) ürəkgetmə (sadə və qıcolma) ilə müşayiət olunan vegetativ damar distoniyası D B
Məhkəmənin mövqeyi: Məhkəmə tərəfi dinləyərək, iddia ərizəsini, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə müəyyən edir ki, iddiaçı Daxili İşlər orqanlarında işə qəbul olmaq üçün cavabdeh inzibati orqana müraciət etmiş və onun sağlamlıq vəziyyəti yoxlanılmaqla DİN-in Xüsusi-Həkim Komissiyasının müvafiq rəyinə əsasən daxili işlər orqanlarında sıravi və kiçik rəis heyəti vəzifəsinə yararsız hesab edilmişdir. Bundan sonra o, təkrar şəhadətləndirilməsi üçün müraciət etsə də, cavabdeh tərəfindən imtina edilmişdir. Belə ki, XHK-nin 19 saylı rəyindən görünür ki, İddiaçı vegetativ damar distoniyası, baş beyin qıcolma hazırlığı həddinin enməsi diaqnozu qoyulmuş və DİN-in xx.xx.2002-ci il tarixli, 25 saylı əmrinin Xəstəliklər Cədvəlinin İ qrafasının 24 ç maddəsinə İ təyinat qrupu üzrə Xüsusi-həkim komissiyasında şəhadətləndirilərkən DİO-da PPXB-nin polis nəfəri vəzifəsinə yararsız hesab edilmişdir. İddiaçının sağlamlıq vəziyyətinin müəyyən edilməsi istiqamətində aparılmış araşdırma nəticəsində əldə edilmiş və iş materiallarında olan Müdafiə Nazirliyinin Baş X1 şöbəsi Radiologiya bölməsinin xx.xx.2021-ci il tarixli Kranial KT müayinəsində qeyd edilmişdir ki, iddiaçıda Kranial KT müayinəsində intrakranial ocaqlı və həcmli patoloji dəyişikliklər aşkar edilmir. Həmçinin Məhkəmənin xx.xx.2024-cü il qərardadı ilə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütun halların araşdırılması məqsədilə, həmçinin, xüsusi bilik tələb edən digər sualların izah olunması üçün iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 tərəfindən tərtib edilmiş T 377/2024 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, 2000-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə “Baş beynin qıcolma hazırlığının həddinin enməsi, nevroz” diaqnozu qoyulsa da özünün əyani müayinəsi zamanı onda halhazırda əlillik təyinatına əsas verən patofunksional dəyişikliklər və əmək qabiliyyətsiz hesab edilməsinə səbəb olan xəstəliklərin klinik əlamətləri aşkar edilmədi. İddiaçı hal-hazırda müalicəyə ehtiyacı yoxdur. Bundan əlavə Məhkəmənin xx.xx.2025-ci il qərardadı ilə iddiaçının sağlamlıq vəziyyətinintam araşdırılması və bu istiqamətdə yaranmış sualların izah olunması üçün iş üzrə mütəxəssis rəyinin verilməsi Məhkəmə Psixiatrik Ekspertiza X4 Şəxsinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinkasına tapşırılmış və Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 1447 saylı rəyində qeyd edilmişdir ki, İddiaçı hal-hazırda hər hansı PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ aşkar olunmur. Hazırki psixiatrik müayinə zamanı yoxlanılan şəxsin sağlamlığı ilə bağlı təqdim etdiyi şikayətləri onda hər hansı bir psixi xəstəliyin və yaxud psixi pozuntunun mövcudluğuna dəlalət etmir. Beləliklə də, işin araşdırılması nəticəsində əldə edilmiş mötəbər sübutlara, rəylərə istinadən məhkəmə bu nəticəyə gəlir ki, iddiaçıya qoyulmuş həmin diaqnoz hal-hazırda onda aşkar olunmur və o, ümumiyyətlə hər hansı bir psixi xəstəlikdən əziyyət çəkməməklə onda psixi xəstəliyin və yaxud psixi pozuntunun əlamətləri aşkar edilmir. Məhkəmə iş materiallarını və mövcud qanunvericilik müddəalarını araşdıraraq hesab edir ki, müvafiq əmrdə həmin maddə və diaqnoz təyin edilmiş şəxslərin təkrar şəhadətləndirilməsinin qadağan edilməsi ilə bağlı norma nəzərdə tutulmamışdır. Bundan başqa Daxili İşlər Nazirliyinin 2002-ci il 23 yanvar tarixli 25 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası daxili işlər orqanlarında tibbi şəhadətləndirilmə qaydaları haqqında Əsasnamənin 2.5-ci bəndinə əsasən, Komissiyanın rəyinin, həmin rəydə başqa hal nəzərdə tutulmayıbsa, altı ay müddətində qüvvədə olduğu qeyd olunmuşdur. Rəy həyata keçirilməmişsə və ya şəxsin səhhətində əvvəl qəbul edilmiş rəyin nəticələrinə təsir edə biləcək dəyişikliklər baş vermişsə, komissiya təkrar müayinə keçirməlidir. Həmçinin məhkəmə qeyd edir ki, inzibati orqan iddiaçının hansı maddə üzrə xidmətə yararsız hesab edilməsində də səhvə yol vermişdir. Belə ki, XHK-nin rəyində iddiaçının xəstəliyi Xəstəliklər Cədvəlinin İ qrafasının 24 ç maddəsinə uyğun hesab edilsə də, digər məktublarda “23ç” maddəsi ilə xidmətə yararsız hesab edilməsi, bir başqa məktubda isə Nazirliyin məhkəməyə ünvanladığı digər məktublarda İddiaçı xəstəliyinin xəstəliklər cədvəlinin “24a” maddəsi ilə daxili işlər orqanlarında sıravi və kiçik rəis heyəti vəzifəsində xidmətə yararsız hesab edildiyi və qeyd olunan əmrdə həmin maddə və diaqnoz təyin edilmiş şəxslərin təkrar şəhadətləndirilməsinin nəzərdə tutulmadığından İddiaçı yeni göndərişin verilməsi məqsədəmüvafiq hesab edilmədiyi qeyd edilmişdir. Cavabdeh qeyd olunan uyğunsuzluğu belə əsaslandırmışdır ki, İddiaçı DİN-in 2002-ci il tarixli 25 nömrəli əmrinin xəstəliklər cədvəlinin “24a” maddəsi ilə xidmətə yararsız hesab edilməsi Tibb İdarəsinin Xüsusi Həkim Komissiyasının məlumatına əsasən qeyd edilmişdir və DİN-in Tibb İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-29/2-293 nömrəli məktubunda İddiaçı yuxarıda qeyd olunan əmrin “23ç” maddəsi ilə xidmətə yararsız hesab edilməsi barədə qeyd məktubu elektron variantda işləyən operatorun diqqətsizliyi nəticəsində baş vermişdir. Belə ki, İddiaçı xidmətə yararsız olması barədə qərarın qəbul edilməsində 25 nömrəli əmrin “24a” maddəsinə istinad edilməsi XHK-nin göndərişi ilə “DİAMED”MG klinikasında Tibb İdarəsinin konsultantı, tibb elmləri doktoru professor Ə.R.Allahverdiyev tərəfindən keçirilmiş kompyuterli EEQ (Ensefaloqramma) müayinəsi nəticəsində “Baş-beyin qıcolma hazırlığı həddinin enməsi” diaqnozunun təyin olunması ilə bağlıdır. Lakin XHK-nin 19 saylı rəyində Xəstəliklər Cədvəlinin İ qrafasının 24 ç maddəsi üzrə xidmətə yararsız hesab edilmişdir. Belə olan halda İddiaçı təkrar şəhadətləndirilməsinin qadağan edilməsi onun hüquqlarının məhdudlaşdırıması, bərpasının mümkünsüzlüyü və sosial təminat, bərabərlik hüququnun pozulması ilə nəticələnmiş olacaqdır. Bundan əlavə cavabdeh orqan etirazında qeyd etmişdir ki, Daxili İşlər Nazirliyi şəxslərin xidmətə qəbul edilməsi ilə bağlı diskresion səlahiyyətidir və məhkəmənin belə hallarda iddiaçının tələbinə uyğun olan qərar qəbul etmək səlahiyyəti yoxdur, DİN diskresion səlahiyyətləri həyata keçirdiyindən hər-hansı bir səhvə yol versə belə, bu hələ iddiaçının nəyisə tələb edə bilməsi demək deyil və əgər məhkəmə DİN-in iddiaçının xidmətə qəbul edilməməsi ilə bağlı qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz, inzibati qurumun diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Məhkəmə müəyyən edir ki, iddiaçının hazırki tələbi xidmətə qəbul yox, ona diaqnoz və maddənin düzgün tətbiq edilməməsi səbəbindən və həmçinin təkrar şəhadətləndirilməsi qadağan edildiyindən sağlamlığının yoxlanılmasının mümkünsüzlüyünün qanunsuz hesab edilməsi ilə əlaqədardır. Cavabdehin etiraz dəlilinə münasibətdə məhkəmə qeyed edir ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanunverici inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Göründüyü kimi, iddiaçıya sağlamlığının yoxlanılması və komission həkim ekspertizasından keçməsi ilə əlaqədar yenidən göndərişin verilməsi cavabdehin də hər hansı bir hüququnu pozmamaqla onun üçün mövcud diskression səlahiyyətlərinin həyata keçirilməsində məhdudiyyət yaratmıyacaqdır. Belə ki, iddiaçı təkrar şəhadətləndirildikdən sonra xidmətə qəbul edilib-edilməməsi qanunvericiliyin müddəaları əsasında inzibati orqan tərəfindən qiymətləndiriləcəkdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, iddiaçıya sağlamlığının yoxlanılması və komission həkim ekspertizasından keçməsi ilə əlaqədar yenidən göndəriş verilməlidir. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə prosessual xərc yoxdur.
Nəticəvi hissə: Şərh olunanlara əsasən və İnzibati Prosessual Məcəllənin 2, 4, 68-69, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı sağlamlığının yoxlanılması və komission həkim ekspertizasından keçməsi ilə əlaqədar yenidən göndərişin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim: Pərvanə Qurbanova