Məhkəmə qərarları › İş №2-1(120)-2870/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2870/2023

18.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2870/2023 18.12.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 4N-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.19N4-cü il tarixdə Ağcabədi rayonu, Sarıcalı kəndində anadan olmuşdur. xx.xx.1993-cü il tarixdə Ağcabədi RHK-dan hərbi xidmətə çağırılmışdır.xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində, xx.xx.1994-cü il tarixdən- 199N-ci il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.199N-ci il tarixdən-xx.xx.1998-ci il tarixədək N nömrəli hərbi hissədə hərbi xidmət etmişdir və N nömrəli hərbi hissə komandirinin xx.xx.1998-ci il tarixli, N nömrəli əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılaraq ordudan ehtiyata buraxılmışdır. Ordu sıralarından ehtiyata buraxıldıqdan sonra xx.xx.1998-ci ildə Ağcabədi RHK-da hərbi uçot üzrə qeydiyyata alınmışdır.xx.xx.1994-cü il tarixdən-xx.xx.1994-cii il tarixədək olan dövr ərzində N saylı hərbi hissənin tərkibində Ağdam və Füzuli rayonları ərazisində gedən döyüşlərdə iştirak etmişdir.Neçə illərdir ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün aidiyyatı orqanlara yazılı və şifahi müraciətlər etmişdir, aidiyyatı qurumlar bu faktı təsdiqləyəcək kifayət qədər sübutlar olmasına baxmayaraq, müxtəlif bəhanələr gətirərək müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina etmişlər. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Naziri Katibliyinin ona ünvanladığı xx.xx.2022-cı il tarixli, 4/3-13634 nömrəli məktubunda göstərilmişdir ki, Döyüş əməliyyatları aparılan dövrdə hərbi hissəni özbaşına tərk etdiyinə və ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığına görə ’’Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur.Məhkəməyə müraciət etməyi məqsədəuyğundur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4N-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, İcraatınızda İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə” veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə baxılır.İddiaçının tələbinin mahiyyəti iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarət olmuşdur.Hesab edirik ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz.Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci ilin fevralın 1-dən 1994-cü ilin mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində-Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla) keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan(Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığınının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı təsdiq edən başqa sənədlər əsasında verilir.Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətinin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə qeyd edilməsidir.Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır.Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir.

1. Şəxsin xidmət keçməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması.

2. Bunun müvafiq sənədlərdə əks edilməsi. Bu zaman zəruri sənədlər məfumuna AR Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteram” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır.İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, İddiaçı döyüş əməliyyatları aparılan dövrdə hərbi hissəni özbaşına tərk etdiyindən Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya 15 noyabr 2022-ci il tarixli qərarı ilə əsaslı olaraq iddiaçıya Müharibə veteranı adı vəsiqəsinin veirlməsindən imtina etmişdir.Yuxarıda qeyd olunanları nəzərə alaraq və AR İPM-nin 14.3, 48.2-ci maddələrini rəhbər tutaraq məhkəmədən,İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə” veteranı adı və vəsiqəsinin verilməsinə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ

Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Ağcabədi rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Sabirabad rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, 4/3-13634 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki, Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır.Döyüş əməliyyatları aparılan dövrdə hərbi hissəni özbaşına tərk etdiyinizə və ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılmağınız barədə məlumat olmadığına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur.Əlavə olaraq bildiririk ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, 4/2-6N59 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, verilir X3 ondan ötrü ki, Ağçabədi RHK-nın çağırışçısı, sıravi X5 hərbi hissəni özbaşına tərk etdiyinə görə, Müdafiə nazirinin xx.xx.1994-cü il tarixli əmrinə müvafiq olaraq, N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 46 №-li əmrilə (əsas: §-1, səh-30, sıra-NN6) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq hərbi qeydiyyat sənədləri Azərbaycan Respublikasının Hərbi Komissarlığına göndərilmişdir.Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin fevral-mart 1993-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır.N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh-NN, sıra- 288) xx.xx.1994-cü il tarixdə Ağcabədi RHK-dan çağırılmış, 19N4-cü il təvəllüdlü X2 hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınası barədə məlumat yazılmış və xx.xx.1994-cü il tarixdə qaçması və fərariliyə görə xx.xx.1996-cı il tarixdə ştatdan çıxarılması barədə məlumat qeyd olunmuş, lakin komandirin əmrinin nömrəsi və tarixi göstərilməmişdir.N Nq-İİ hərbi hissənin “Fərarilərin qeydiyyatı kitabında (əsas: səh- 168, sıra-48N, kitabda atasının adı əlyazması ilə sonradan əlavə olubmuşdur) X4 adı qeyd olunmuşdur.Ağcabədi RHK-dan çağırılmış, 19N4 il təvəllüdlü X5 N Nq-İİ hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N №-li əmrilə (əsas: §-1, sıra-6, vəzifəsi yazılmamışdır) hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ müavinatlara salınmış və 5-ci tabarda vəzifəyə təyin olunmuşdur.N Nq-İİ hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 300 Nq-İİ əmrində (əsas: §-9, səh-34, sıra-282, əmrdə hərbi rütbəsi və vəzifəsi yazılmamışdır) N Nq-İİ hərbi hissəyə xidməti ezamiyyətə getmiş hesab edilən 5-ci motoatıcı taborun hərbi qulluqçuların siyahısında X2 adı qeyd olunmuşdur.Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin fevral, iyul 1996-cü il tarixli nizami hissə üzrə əmrlərində X2 xidməti barədə məlumat aşkar olunmamışdır.Azərbaycan Respublikası CMnın 42-ci maddəsi tətbiq edilmiş, məhkum əsgər X2 Azərbaycan Respublikası Silahli Qüvvələrin Baş Qərargah rəisinin 1N.01,199N-ci il tarixli müvafiq sərəncamına əsasən, haqqında çıxarılmış hökümün icrası təxirə salındığından N Nq-İİ hərbi hissə komandirinin 25.01,199N-ci il tarixli 25 Nq-İİ əmrilə (əsas: §-2, səh-3) gəlmiş hesab edilərək şəxsi heyətin siyahısına, bütün təminat növlərinə salınmış və 3-cü MAT-da ştat arxasına yazılmışdır.Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.199N-ci il tarixli müvafiq əmrinə əsasən, 3-cü MAT-ön ştat arxası hərbi qulluqçusu, əsgər X5 ehtiyata tərxis olunduğuna görə, N №-li hərbi hissə komandirinin xx.xx.1998-ci il tarixli 22 №-li əmrilə (əsas: §-8, səh-N1, sıra-1) hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan silinərək qeydiyyata durmaq üçün Ağcabədi RHK-na göndərilmişdir. - İşdə olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.19N4-cü ildə anadan olmuş və Ağcabədi rayonu, Sarıcalı kəndində qeydiyyatdadır. - İşdə olan AO ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1993cü il tarixdə Ağcabədi RHK-dan hərbi xidmətə çağırılmışdır.xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində, xx.xx.1994-cü il tarixdən-199N-ci il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.199N-ci il tarixdən-xx.xx.1998-ci il tarixədək N nömrəli hərbi hissədə hərbi xidmət etmişdir. - İşdə olan Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun 3-3-120/2-005968/23 nömrəli, xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, vətəndaş Arif Məmmədovun xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək N №-li. xx.xx.1994-cü il tarixdən 199Ncı ilədək N №-li və xx.xx.199N-ci il tarixdən xx.xx.1998-ci il tarixədək N hərbi hissələrdə xidmət etməsilə bağlı müəyyən edilmişdir ki, xx.xx.1996-cı il tarixdə N N°-li hərbi hissənin əsgəri X2 barəsində Füzuli hərbi prokurorluğu tərəfindən xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş CM-nin 243-cü maddəci ilə cinayət işi başlanmış və həmin cinayət işinin istintaqı xx.xx.1996-cı il tarixdə tamamlanaraq baxılması üçün Füzuli hərbi məhkəməsinə göndərilmişdir. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 1205 nömrəli məktubunda göstərilmişdir ki, Ağcabədi RHK-dan çağırılmış, 19N4-cü il təvəllüdlü X5 N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N №-li əmrilə (əsas: §-1, sıra-6, əmrdə soyadı “Mərmədov” yazılmış, hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir) hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ müavinatlara salınmış və 5-ci taborda vəzifəyə təyin olunmuşdur.N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 300 №-li əmrində (əsas: §-9, səh-34, sıra-282, əmrdə soyadı “Məmmədov” yazılmış, hərbi rütbəsi və vəzifəsi yazılmamışdır) N №-li hərbi hissəyə xidməti ezamiyyətə getmiş hesab edilən 5-ci motoatıcı taborun hərbi qulluqçularının siyahısında X2 adı qeyd olunmuşdur.Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin xx.xx.1994-xx.xx.1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində məlumat aşkar olunmamışdır.N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: 1992-1996, səh-, N, sıra-288, məlumatda soyadı “Məmmədov” yazılmışdır) xx.xx.1994-cü il tarixdə Ağcabədi RHK-dan çağırılmış, 19N4-cü il təvəllüdlü X2 hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması barədə məlumat yazılmış və hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması qrafasında xx.xx.1994-cü il tarixdə hərbi hissəni özbaşına tərk etməsi, fərariliyə görə xx.xx.1996-cı il tarixdə ştatdan çıxarılması barədə məlumat qeyd olunmuş, lakin komandirin əmrinin nömrəsi göstərilməmişdir. N №-li hərbi hissənin “Fərarilərin qeydiyyatı” kitabında (əsas: səh-168, sıra-48N, kitabda soyadı “Məmmədov” yazılmış, atasının adı əlyazması ilə sonradan əlavə olubmuşdur) sıravi X4 adı qeyd olunmuşdur.110 №-li hərbi hissədən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmuşdur. - İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-43-4/2-N26/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Ağcabədi rayon Sarıcalı kənd sakini xx.xx.19N4-cü il təvəllüdlü ehtiyatda olan əsgər İddiaçı barəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsində olan qeydiyat kartasındakı məlumatlara əsasən N saylı hərbi hissədə xx.xx.1993 -xx.xx.1994; N saylı hərbi hissədə xx.xx.1994 -0N.1996; N saylı hərbi hissədə xx.xx.199N-xx.xx.1998-ci il tarixə kimi hərbi xidmət keçdiyi və xx.xx.1994 - xx.xx.1994-cü il tarixlərdə Ağdam və Füzuli rayonları istiqamətində döyüşlərdə iştirakı qeyd edilmişdir. xx.xx.1998-ci iltarixdə Müdafiə Nazirinin xx.xx.199N-ci il tarixli 203 nömrəli əmrilə ehtiyata burax ilmişdir. Xidmət yerini özbaşına tərk etməyə, cinayət məsuliyyətinə cəlb olunması barədə məlumat yoxdur.xx.xx.1998-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsində həbi qeydiyatdadır.. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. (maddə 3). Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti,Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur) tərəfindən verilir (maddə N). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin 1-ci bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir (Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.). Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Məhkəmə müəyyən etdi ki, iddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan Döyüş əməliyyatları aparılan zaman hərbi hissəni özbaşına tərk etdiyinə görə və ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığına görə müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış məktubda göstərilmişdir ki, Ağcabədi RHK-dan çağırılmış, 19N4-cü il təvəllüdlü X5 xx.xx.1994-cü il tarixdə Ağcabədi RHK-dan çağırılmış, 19N4-cü il təvəllüdlü X2 hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması barədə məlumat yazılmış və hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması qrafasında xx.xx.1994-cü il tarixdə hərbi hissəni özbaşına tərk etməsi, fərariliyə görə xx.xx.1996-cı il tarixdə ştatdan çıxarılması barədə məlumat qeyd olunmuş, lakin komandirin əmrinin nömrəsi göstərilməmişdir. N №-li hərbi hissənin “Fərarilərin qeydiyyatı” kitabında (əsas: səh-168, sıra-48N, kitabda soyadı “Məmmədov” yazılmış, atasının adı əlyazması ilə sonradan əlavə olubmuşdur) sıravi X4 adı qeyd olunmuşdur.110 №-li hərbi hissədən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmuşdur. Həmçinin məhkəmə tərəfindən qeyd edilir ki, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən məhkəməyə verilmiş məlumata əsasən, xx.xx.1996-cı il tarixdə N N°-li hərbi hissənin əsgəri X2 barəsində Füzuli hərbi prokurorluğu tərəfindən xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş CM-nin 243-cü maddəci ilə cinayət işi başlanmış və həmin cinayət işinin istintaqı xx.xx.1996-cı il tarixdə tamamlanaraq baxılması üçün Füzuli hərbi məhkəməsinə göndərilməsi qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, bunun müvafiq sənədlərdə əks edilməsi və hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarılmasıdır. İddiaçının qanuni əsasla ehtiyata buraxılması hər hansı mötəbər sübutla təsdiq olunmur. Müdafiə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, əmrlərdən çıxarışlar,hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda müharibə veteranı adının verilməsi üçün əsaslar olsa da, məhkəmə araşdırması nəticəsində iddiaçının ehtiyata buraxılmasına dair Mərkəzi Arxivdə olan hərbi hissənin sənədlərində hər hansı məlumatın mövcud olması aşkar edilməmişdir. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Prezidentinin «Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında» xx.xx.1996-cı il tarixli 433 nömrəli Fərmanına əsasən tərxis olunmamışdır, onun bu Fərmandan əvvəl hərbi xidmətini başa vurmasının qanuniliyi iş materialları ilə təsdiqini tapmır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün Əsasnamədə qeyd edilən əsaslar, yəni iddiasının ehtiyata buraxılmasına dair hərbi hissənin nizami hissə üzrə əmri və ya arxiv arayışı olmadığından cavabdeh inzibati orqan məhz qanunvericiliyin tələblərinə uyğun düzgün olaraq iddiaçıya müharibə veteranı adının verilməsindən imtina etmişdir. Bəhs olunanlara əsasən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 1N). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.N). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabadehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4-cü, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, H.Z.Tağıyev, 10) verilə bilər.

Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar