Məhkəmə qərarları › İş №2-1(120)-2871/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2871/2023

16.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2871/2023 16.11.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Abdullayev Cavid Tariyel oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin nümayəndəsi X4, Cavabdeh, Üçüncü şəxs Neftçala Rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin Cavabdeh qarşı “ünvan 1 ünvanında qanunsuz tikinti işlərinin aparılması nəticəsində yan divarlarının və dam örtüyünün tikintisi başa çatmış tikinti obyektinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq cavabdehin hesabına sökülməsi öhdəliyinin qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin Cavabdeh qarşı “ünvan 1 ünvanında qanunsuz tikinti işlərinin aparılması nəticəsində yan divarlarının və dam örtüyünün tikintisi başa çatmış tikinti obyektinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq cavabdehin hesabına sökülməsi öhdəliyinin qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 16 iyun 2023-cü il tarixli qərardadı ilə Neftçala Rayon İcra Hakimiyyəti və Neftçala bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdurlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyi (bundan sonra - Agentlik) tərəfindən tikintiyə dövlət nəzarəti həyata keçirilən zaman ünvan 1 ünvanında Cavabdeh tərəfindən icazəverici sənəd təqdim etmədən iaşə obyektinin tikintisinin aparılması aşkarlanmışdır. Agentlik tərəfindən tikinti işlərinin dayandırılması barədə 04 aprel 2021-ci il tarixli 0186 nömrəli Qərar verilərək, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1-ci maddəsi tələblərinin pozulması bildirilmiş və həmin pozuntu aradan qaldırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi tapşırılmışdır. Bundan sonra cavabdeh tikinti işləri müəyyən müddətə dayandırmış və şifahi olaraq bildirilmişdir ki, o icazəverici orqana müraciət edib və icazənin alınması ərəfəsindədir. Sonradan, Neftçala Rayon İcra Hakimiyyəti 10 fevral 2023-cü il tarixli 5-67/2-51/2023 nömrəli məktubla müraciət edərək, Neftçala rayonu ərazisində Cavabdeh tərəfindən özbaşına tikinti işlərinin aparıldığı bildirmişdir. Həmin müraciət əsasında Agentliyin mütəxəssisləri tərəfindən 28 fevral 2023-cü il tarixində keçirilən texniki baxış nəticəsində ünvan 1 ünvanında yerləşən tikinti obyektində tikinti-quraşdırma işlərinin dayandırılması barədə Qərarın tələblərini yerinə yetirilmədən yan divarlarının və dam örtüyünün quraşdırılması ilə tikinti işlərinin başa çatdırılması müəyyən edilmişdir. Yuxarıda göstərilənlərlə əlaqədar qeyd edirik ki, tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda onun sökülməsi həmin Məcəllənin 95.1.2-ci maddəsi ilə müəyyən edilir. Bu zaman, yan divarların və dam örtüyünün mövcüdluğu Agentlik tərəfindən məhkəməyə müraciət edilməsini zəruri edir. Eyni zamanda, Neftçala Bələdiyyəsinin 06 mart 2023-cü il tarixli 22 nömrəli məktubu ilə ünvan 2 ünvanında Cavabdeh tikinti obyekti Neftçala bələdiyyəsinin ehtiyat fonduna aid torpaq sahəsində yerləşdirilməsi barədə məlumat Agentliyə daxil olmuşdur. Belə ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1-ci maddəsinə əsasən tikintiyə dövlət nəzarəti çərçivəsində tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan tikildikdə müvafiq icra hakimiyyəti orqanı tikinti işlərinin dayandırılması barədə qərar qəbul edir. Eyni zamanda, Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1.2-ci maddəsinə əsasən tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda sökülür. Həmin Məcəlləsinin 95.2-ci və 95.3-cü maddəsinə əsasən Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Digər hallarda isə müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. Şəhərsalma və Tikinti Məcəlləsinin 97-ci maddəsinə uyğun olaraq tikintiyə dövlət nəzarəti zamanı obyektin tikintisinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun aparılması, inşaat konstruksiyalarının yararlılığı, tikintinin təhlükəsizliyinin təmin olunması, habelə şəhərsalma və tikinti fəaliyyəti subyektlərinin öz vəzifələrini lazımi qaydada icra etmələri yoxlanılır. Şəhərsalma və Tikinti Məcəlləsinin 7-ci maddəsi ilə sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə bağlı sosial minimumların, təhlükəsizliyin və şəhərsalma sənədlərinə uyğunluğun təmin edilməsi şəhərsalma və tikinti fəaliyyətinin əsas prinsipləri kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin tətbiqi ilə bağlı qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli 695 nömrəli Fərmanının 4.10-cu bəndinə əsasən Məcəllənin 92-ci, 95-ci və 97-ci maddələrində (yuxarıda qeyd olunan) “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti işlərinin dayandırılması Qaydası”nın 1.4-ci bəndinə uyğun olaraq, Nazirlik öz səlahiyyətlərini Nazirliyin Tikintidə X5 Agentliyi və həmin Agentliyin Baş Dövlət Tikinti Müfəttişliyi vasitəsilə həyata keçirir. Həmin Qaydaların 3.1.1-ci maddəsinə əsasən tikintiyə icazə tələb olunan tikinti obyektinin tikintisi, belə icazə alınmadan aparılması aşkar edildikdə, texniki baxış aktı tərtib olunur və onun əsasında Agentlik tikinti işlərinin dayandırılması barədə qərar qəbul edir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sökülməsi Qaydaları"nın 1.3-cü bəndinə uyğun olaraq Nazirlik öz səlahiyyətlərini Nazirliyin Tikintidə X5 Agentliyi və həmin Agentliyin Baş Dövlət Tikinti Müfəttişliyi vasitəsilə həyata keçirir. Həmin Qaydaların 2.1.2-ci maddəsinə əsasən tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi tikintiyə icazənin tələb olunmasına baxmayaraq, belə icazə alınmadan tikildikdə və həmin tikinti işlərinin dayandırılması barədə Şəhərsalma və Tikinti Məcəllənin 92.4.1-ci maddəsinə əsasən qərar qəbul edildiyi gündən 1 (bir) il ərzində tikintiyə icazə alınmadıqda sökülür. Həmin Qaydaların 5-ci hissəsinə əsasən obyektlərdə yan divarların və dam örtüyünün tikintisi tam başa çatdırıldıqda, Agentlik tikinti obyektinin və ya onun hissəsinin sökülməsi barədə məhkəməyə müraciət edir. Nəzərinizə çatdırırıq ki, həmin işlərin layihə sənədləri ekspertizadan keçirilmədən aparılması, qeyd olunan binanın istismarına və orada işləyən və ya toplanan insanların həyat və sağlamlığına ciddi təhlükə yaradır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 348 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları”na uyğun olaraq tikinti obyektinin tikintisi (inşası, əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi) ilə bağlı şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əsasən hazırlanmış tikinti layihəsi Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin nəzdində fəaliyyət göstərən X1 Baş İdarəsi tərəfindən ekspertizadan keçirilməlidir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən tikinti layihələrinin ekspertizadan keçirilməsində məqsəd həmin layihələrin etibarlılıq və təhlükəsizlik baxımından şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun yoxlanılmasından ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2014-cü il tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 2.20-ci bəndinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarın surəti Agentlik tərəfindən icra üçün sifarişçiyə, tikinti ərazisinə nəzarət etmək üçün tikintiyə icazə verən orqana (quruma) və yerli polis orqanlarına, həmçinin müvafiq yerli icra hakimiyyəti orqanlarına göndərilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəlləsinin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarının 10.4-cü bəndinə əsasən Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq tikinti obyektlərinin sökülməsi barədə iddianı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi qaldıra bilər. Həmin mübahisələr ümumi (publik) hüquq münasibətlərindən irəli gəldiyindən, onlara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. ünvan 1 ünvanında qanunsuz tikinti işlərinin aparılması nəticəsində yan divarlarının və dam örtüyünün tikintisi başa çatmış tikinti obyektinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq cavabdehin hesabına sökülməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması, həmçinin iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərclərinin müəyyən edilərək dövlət nəfinə keçirilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyi (bundan sonra - Agentlik) tərəfindən tikintiyə dövlət nəzarəti həyata keçirilən zaman ünvan 1 ünvanında Cavabdeh tərəfindən icazəverici sənəd təqdim etmədən iaşə obyektinin tikintisinin aparılması aşkarlanmışdır. Agentlik tərəfindən tikinti işlərinin dayandırılması barədə 04 aprel 2021 -ci il tarixli 0186 nömrəli Qərar verilərək, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1 -ci maddəsi tələblərinin pozulması bildirilmiş və həmin pozuntu aradan qaldırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi tapşırılmışdır. Bundan sonra cavabdeh tikinti işləri müəyyən müddətə dayandırmış və şifahi olaraq bildirilmişdir ki, o icazəverici orqana müraciət edib və icazənin alınması ərəfəsindədir. Sonradan, Neftçala Rayon İcra Hakimiyyəti 10 fevral 2023-cü il tarixli 5-67/2-51/2023 nömrəli məktubla müraciət edərək, Neftçala rayonu ərazisində Cavabdeh tərəfindən özbaşına tikinti işlərinin aparıldığı bildirmişdir. Həmin müraciət əsasında Agentliyin mütəxəssisləri tərəfindən 28 fevral 2023-cü il tarixində keçirilən texniki baxış nəticəsində ünvan 1 ünvanında yerləşən tikinti obyektində tikinti-quraşdırma işlərinin dayandırılması barədə Qərarın tələblərini yerinə yetirilmədən yan divarlarının və dam örtüyünün quraşdırılması ilə tikinti işlərinin başa çatdırılması müəyyən edilmişdir. Yuxarıda göstərilənlərlə əlaqədar qeyd edirik ki, tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda onun sökülməsi həmin Məcəllənin 95.1.2-ci maddəsi ilə müəyyən edilir. Bu zaman, yan divarların və dam örtüyünün mövcüdluğu Agentlik tərəfindən məhkəməyə müraciət edilməsini zəruri edir. Eyni zamanda, Neftçala Bələdiyyəsinin 06 mart 2023-cü il tarixli 22 nömrəli məktubu ilə ünvan 2 ünvanında Cavabdeh tikinti obyekti Neftçala bələdiyyəsinin ehtiyat fonduna aid torpaq sahəsində yerləşdirilməsi barədə məlumat Agentliyə daxil olmuşdur. Belə ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1-ci maddəsinə əsasən tikintiyə dövlət nəzarəti çərçivəsində tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan tikildikdə müvafiq icra hakimiyyəti orqanı tikinti işlərinin dayandırılması barədə qərar qəbul edir. Eyni zamanda, Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1.2-ci maddəsinə əsasən tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda sökülür. Həmin Məcəlləsinin 95.2-ci və 95.3-cü maddəsinə əsasən Məcəllənin 95.1.1ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Digər hallarda isə müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. Şəhərsalma və Tikinti Məcəlləsinin 97-ci maddəsinə uyğun olaraq tikintiyə dövlət nəzarəti zamanı obyektin tikintisinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun aparılması, inşaat konstruksiyalarının yararlılığı, tikintinin təhlükəsizliyinin təmin olunması, habelə şəhərsalma və tikinti fəaliyyəti subyektlərinin öz vəzifələrini lazımi qaydada icra etmələri yoxlanılır. Şəhərsalma və Tikinti Məcəlləsinin 7-ci maddəsi ilə sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə bağlı sosial minimumların, təhlükəsizliyin və şəhərsalma sənədlərinə uyğunluğun təmin edilməsi şəhərsalma və tikinti fəaliyyətinin əsas prinsipləri kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin tətbiqi ilə bağlı qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli 695 nömrəli Fərmanının 4.10-cu bəndinə əsasən Məcəllənin 92-ci, 95-ci və 97-ci maddələrində (yuxarıda qeyd olunan) “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti işlərinin dayandırılması Qaydası”nın 1.4-ci bəndinə uyğun olaraq, Nazirlik öz səlahiyyətlərini Nazirliyin Tikintidə X5 Agentliyi və həmin Agentliyin Baş Dövlət Tikinti Müfəttişliyi vasitəsilə həyata keçirir. Həmin Qaydaların 3.1.1-ci maddəsinə əsasən tikintiyə icazə tələb olunan tikinti obyektinin tikintisi, belə icazə alınmadan aparılması aşkar edildikdə, texniki baxış aktı tərtib olunur və onun əsasında Agentlik tikinti işlərinin dayandırılması barədə qərar qəbul edir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sökülməsi Qaydaları"nın 1.3-cü bəndinə uyğun olaraq Nazirlik öz səlahiyyətlərini Nazirliyin Tikintidə X5 Agentliyi və həmin Agentliyin Baş Dövlət Tikinti Müfəttişliyi vasitəsilə həyata keçirir. Həmin Qaydaların 2.1.2-ci maddəsinə əsasən tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi tikintiyə icazənin tələb olunmasına baxmayaraq, belə icazə alınmadan tikildikdə və həmin tikinti işlərinin dayandırılması barədə Şəhərsalma və Tikinti Məcəllənin 92.4.1-ci maddəsinə əsasən qərar qəbul edildiyi gündən 1 (bir) il ərzində tikintiyə icazə alınmadıqda sökülür. Həmin Qaydaların 5-ci hissəsinə əsasən obyektlərdə yan divarların və dam örtüyünün tikintisi tam başa çatdırıldıqda, Agentlik tikinti obyektinin və ya onun hissəsinin sökülməsi barədə məhkəməyə müraciət edir. Nəzərinizə çatdırırıq ki, həmin işlərin layihə sənədləri ekspertizadan keçirilmədən aparılması, qeyd olunan binanın istismarına və orada işləyən və ya toplanan insanların həyat və sağlamlığına ciddi təhlükə yaradır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 348 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları”na uyğun olaraq tikinti obyektinin tikintisi (inşası, əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi) ilə bağlı şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əsasən hazırlanmış tikinti layihəsi Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin nəzdində fəaliyyət göstərən X1 Baş İdarəsi tərəfindən ekspertizadan keçirilməlidir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən tikinti layihələrinin ekspertizadan keçirilməsində məqsəd həmin layihələrin etibarlılıq və təhlükəsizlik baxımından şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun yoxlanılmasından ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2014cü il tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 2.20-ci bəndinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarın surəti Agentlik tərəfindən icra üçün sifarişçiyə, tikinti ərazisinə nəzarət etmək üçün tikintiyə icazə verən orqana (quruma) və yerli polis orqanlarına, həmçinin müvafiq yerli icra hakimiyyəti orqanlarına göndərilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəlləsinin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarının 10.4-cü bəndinə əsasən Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq tikinti obyektlərinin sökülməsi barədə iddianı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi qaldıra bilər. Həmin mübahisələr ümumi (publik) hüquq münasibətlərindən irəli gəldiyindən, onlara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X16 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinin əsassız olduğunu və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X6 iddia tələbinin əsaslı olduğunu və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin 04 aprel 2021-ci il tarixli, 0186 nömrəli qərarından görünür ki, ünvan 1 ünvanında yerləşən Cavabdeh məxsus iaşə obyektinin tikintisi barədə tərtib olunmuş 172614 nömrəli texniki baxış aktına əsasən aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün cavabdehə 30 gün müddət təyin olunmuşdur. İş materiallardan, o cümlədən iddia ərizəsinə əlavə olunmuş fotoşəkillərdən, həmçinin məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən 0,005 torpaq sahəsində olan qeyri-yaşayış obyektinin yan divarlarının və dam örtüklərinin inşası başa çatmışdır. İş materiallarında olan Neftçala rayon İcra Hakimiyyətinin başçısı aparatının Memarlıq və tikinti şöbəsinin aparıcı məsləhətçisi (mühəndis) X10, Neftçala rayon İcra Hakimiyyətinin başçısının inzibati dairəsi üzrə nümayəndəsi X11, Neftçala bələdiyyəsinin sədr müavini X8, Neftçala rayon İcra Hakimiyyətinin başçısının inzibati dairəsi üzrə nümayəndəsinin müavini X3 və tikintinin sahibi Cavabdeh tərəfindən tərtib edilmiş 17 avqust 2022-ci il tarixli aktdan görünür ki, Neftçala şəhəri, M.Ə.Sabir küçəsi ünvanında vətəndaş Cavabdeh tərəfindən inşa edilən obyektə baxış keçirilmiş, həmin zaman vətəndaş tərəfindən qanunsuz olaraq 10 x 20 x 4,5 metr ölçülü üstü bağlanmış iaşə obyektinin tikintisinn aparılması faktı aşkarlanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən ünvan 1 ünvanında yerləşən Cavabdeh məxsus ölçüləri 20,0 x 8,0 metr olan, 1 mərtəbəli qeyriyaşayış obyektində pozuntularla (tikintiyə dair icazəverici sənədləri olmaması) müşayiət olunan tikinti işlərinin aparılması faktı aşkar edilmiş və bu barədə xx.xx.2023-cü il tarixli, 172614 nömrəli texniki baxış aktı tərtib olunmuşdur. İş materiallarında olan Neftçala rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 5-67/2-51/2023 nömrəli məktubundan görünür ki, “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın tələblərinin təmin edilməsi ilə əlaqədar Neftçala rayonu ərazisində icazəsi tələb edilən tikinti obyektlərinin qeyri-qanuni inşası ilə əlaqədar qanunvericiliyin tələblərinin pozulması hallarının müəyyən edilərək qarşısının alınması məqsədilə Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən reyd zamanı şəhərin M.Ə.Rəsulzadə küçəsi ev-562 ünvanda yaşayan Cavabdeh tərəfindən ünvan 3anındakı, xx.xx.2007-ci il tarixdən 15 il müddətinə yüklü edilmiş və yükliilük müddəti xx.xx.2022-ci ii tarixdə bitmiş 0,05 ha. torpaq sahəsində tikintisi tam başa çatmış, dam örtüyü şiferlənmiş 10m x 20m x 4,5m ölçüdə qeyri yaşayış obyekti (iaşə obyekti) inşa edilməsi aşkar edilərək sənədləşdirilmişdir. İş materiallarında olan Neftçala bələdiyyəsi tərəfindən Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 22 nömrəli məktubundan görünür ki, vətəndaş Cavabdeh ünvan 1 ünvanında aparılmış olduğu qanunsuz tikili Neftçala bələdiyyəsinin ehtiyat fonduna aid torpaq sahəsində yerləşir. İş materialarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən Cavabdeh adına verimiş xx.xx.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi xx.xx.2007-xx.xx.2022-ci il tarixədək Neftçala bələdiyyəsi tərəfindən 15 il müddətinə icarə müqaviləsi başlanmış, icarə müqaviləsi əsasında Cavabdeh adına rəsmiləşdirilmişdir. Beləliklə, iş üzrə təqdim edilmiş sənədlərlə və məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh icarə müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən 0.05 ha torpaq sahəsində 10m x 20m x 4,5m ölçüdə qeyri yaşayış obyekti (iaşə obyekti) inşa etmişdir. İş materiallarına əlavə edilən xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən ünvan 1 ünvanında yerləşən Cavabdeh məxsus ölçüləri 20,0 x 8,0 metr olan, 1 mərtəbəli qeyriyaşayış obyektində pozuntularla (tikintiyə dair icazəverici sənədləri olmaması) müşayiət olunan tikinti işlərinin aparılması faktı aşkar edilmiş və bu barədə xx.xx.2023-cü il tarixli, 172614 nömrəli texniki baxış aktı tərtib olunmuşdur. Akt əsasında Cavabdeh məxsus qeyri-yaşayış obyektində tikinti başlayan zaman Agentlik tərəfindən 0180 nömrəli, xx.xx.2021-ci il tarixli “tikini işlərinin dayandırılması” barədə qərarın qəbul edildiyi, lakin cavabdeh tərəfindən tikinti işlərinin davam etdirildiyi, tikintidə dam örtüyünün quraşdırılaraq tikinti işlərinin başa çatdığı müəyyən edilir. Qeyd olunan tikilinin inşa edilməsi üçün Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3-cü maddəsinin tələblərinə uyğun olaraq tikintiyə xüsusi razılığın, tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın, tikinti layihəsinə dair ekspertiza rəyinin olduğunu təsdiq edən dəlil-sübutların təqdim edilməsi təklif olunsa da, cavabdeh bu barədə məhkəməyə heç bir hüquqmüəyyəedici sənəd təqdim etməmiş, bununla da, məhkəmə iclasında iddiaya etdiyi etirazın əsası kimi istinad etdiyi halların mövcudluğunu sübuta yetirə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, işin məhkəmə araşdırılması ilə məlum olur ki, cavabdeh heç bir hüquqmüəyyənedici sənədi olmadan tikinti işləri apararaq ünvan 1 ünvanında yerləşən ölçüləri 10m x 20m x 4,5m metr olan, 1 mərtəbəli qeyri-yaşayış obyektində tikintisi başa çatmış bir mərtəbəli özbaşına inşa etdirmiş, bununla da şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Qeyd olunan Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinin tələbinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən bu Məcəllənin 74.1-ci maddəsində nəzərdə tutulmuş qayda tikinti obyektlərinin sökülməsinə də şamil edilir. Şəhərsalma və Tikinti Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafiq icra hakimiyyəti orqanına (quruma) sorğu ilə müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti (75.3.1.); tikinti layihəsi (75.3.2) və s. Həmin Məcəllənin 95.3-cü maddəsinə əsasən bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar (hazırki mübahisədə daşınmaz əmlakla bağlı qeyd olunan hüquq normalarında göstərilən hallar mövcud deyildir) istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2014-cü il tarixli, 349 nömrəlı Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçırilməsi Qaydaları”nın 3.1.6-cı bəndinə uyğun olaraq tikintiyə dövlət nəzarətini həyata keçirən vəzifəli şəxs tərəfındən, tikınti obyektində şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərınin pozulması müəyyən edildiyi hallarda həmin obyektdə Məcəlləyə və bu Qaydalara uyğun olaraq tikinti quraşdırma işlərının dayandırılması və zəruri hallarda obyektin sökulməsi haqqında müvafiq qaydada məsələ qaldırmaq hüququ vardır. Həmin Qaydalara əsasən tikintiyə dövlət nəzarətinin həyata keçırılməsi səlahiyyətləri X9 tərəfindən Nazirliyin Tikintidə Təhlukəsizliyə X13 və Agentliyin Baş Dövlət Tikinti Müfəttışliyi vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 534 nomrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sökülməsi Qaydaları”nın 5-ci bəndinə uyğun olaraq Qaydaların 2.1.3-cü, 2.1.4-cu və 2.1.5-ci yarımbəndlərində nəzərdə tutulmuş hallarda, habelə Qaydaların 4-cü və 5-ci hissələrində göstərilən obyektlərdə yan divarların və dam örtüyünün tikintisi tam başa çatdırıldıqda Agentlik tikinti obyektinin və ya onun hissəsınin sökulməsi barədə məhkəməyə müraciət edir. İnzibati və mülki hüquq münasıbətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarının 10.4cü bəndınə əsasən Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq tikinti obyektlərinin sökulməsı barədə iddianı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi qaldıra bilər. Məhkəmə qanunvericiliyin yuxarıda sadalanan normalarını işin hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən bir mərtəbəli qeyri-yaşayış binasının üzərində qanunsuz inşa olunmuş tikilinin cavabdehin hesabına sökülməsini tələb etməkdə haqlıdır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü, 33.1-ci, 33.2-ci və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmçinin, iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərclərinin müəyyən edilərək dövlət nəfinə keçirilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, çəkilən xərclər barədə subutların iddiaçı tərəfindən təqdim edə bilmədiyindən iddia iddia tələbi həmin hissədə əsaslı hesab edilməli və iddia həmin hissədə təmin edilməlidir. İddia tələbinin ikinci hissəsi iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərclərinin müəyyən edilərək dövlət nəfinə keçirilməsi ilə bağlıdır. Məhkəmə həmin hissəyə münasibət bildirərək qeyd edir ki, iddiaçı tərəfindən çəkilən xərclər barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş və məhkəmə tərəfindən çəkilən xərclər müəyyən edilməmişdir. İrəlidə hər hansı prosessual xərclər yaanacağı təqdirdə iddiaçının məhkəməyə ərizə və sübutlarla müraciət etmək hüququ vardır. Belə olan halda məhkəmə tələbin həmin hissəsinin təmin edilməməsi qənaətinə gəlir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, ünvan 1 ünvanında qanunsuz tikinti işlərinin aparılması nəticəsində yan divarlarının və dam örtüyünün tikintisi başa çatmış tikinti obyektinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq Cavabdeh hesabına sökülməsi öhdəliyi qoyulmalı, iddia qalan hissə də təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 69-cu, 75-ci, 78 – 79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. İddiaçı ünvan 1 ünvanında qanunsuz tikinti işlərinin aparılması nəticəsində yan divarlarının və dam örtüyünün tikintisi başa çatmış tikinti obyektinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq Cavabdeh hesabına sökülməsi öhdəliyi qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar